Məhkəmə qərarları › İş №2-2(102)-706/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-706/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-706/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı MMC-nin həmin iddia tələbi üzrə cavabdeh X2 qarşı “borcun tutulması”na dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı X1 həmin iddia tələbi üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Komme rsiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)574/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ: 1. 2018-ci il 1 sentyabr tarixli, 0109/2018 saylı müqavilədən görünür ki, satıcı İddiaçı MMC alıcı X2 ümumi dəyəri 16.000 manat olan 2 ədəd “Baca tipi sulu filtr”i satmışdır. - Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, alıcı malın tam dəyərini hissə-hissə 5 bank günü ərzində Azərbaycan manatı ilə satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd yolu ilə ödəyir. - Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, satıcı ilk 50% avans ödənişindən (ödənişin qalan hissəsi mal təhvil verildiyi zaman həyata keçiriləcəkdir) sonra 2-6 həftə ərzində malların alıcıya təhvil verilməsini öhdəsinə götürür. - Həmin müqavilənin 2.4-cü bəndinə əsasə, əgər ödənişin həyata keçirilməsi gecikərsə, alıcı satıcıya hər gecikdirilmiş həftə üçün müqavilənin ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. - Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, hazırkı müqavilə 2019-cu il 1 sentyabr tarixədək qüvvədə qalır. 2. 2019-cu il 13 fevral tarixli, EAAQ seriyalı 326257 nömrəli elektron qaimədən görünür ki, Machine Filter adlı 16000 m3//h-lıq 1 ədəd avadanlıq müqabilində X1 İddiaçı MMC-yə 8.000 manat məbləğində borcu yaranmışdır.

3. İddiaçı MMC tərəfindən X2 ünvanlanmış 2019-cu il 23 oktyabr tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında 2018-ci il 1 sentyabr tarixində imzalanan alğı-satqı müqaviləsi üzrə X3 16.000 manat dəyərində 2 ədəd “Baca tipi sulu filtr” almış v ə 3.700 manat məbləğində vəsait ödəmiş və qeyd olunan vəsaitin 12.300 manat məbləğində borcu ödənilməmişdir. Vəsaitin zamanında ödənilmədiyi üçün 1.200 manat məbləğində maddi ziyan dəymişdir. 12.300 manat məbləğində borc və 1.200 manat məbləğində dəymiş maddi ziyan, cəmi 13.500 manat vəsaitin 7 gün müddətində X3 tərəfindən ödənilməsini xahiş etmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) X2 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 13.500 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir.

5. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri və ətraf ərazilərdə ictimai iaşə obyektlərindən, restoran və şadlıq evlərindən atmosferə atılan tüstü qazlarının qarşısını almaq məqsədilə bu obyektlərə təmizləyici qurğuların satışını həyata keçirmişdir.

6. Belə ki, hələ sentyabr ayının əvvəlindən etibarən iddiaçı tərəfindən bir sıra restoran və şadlıq evləri ilə danışıqlar aparılmış və qarşılıqlı qiymət razılaşdırılması əsasında müqavilələr imzalanmışdır. Bu müqavilələr müxtəlif zaman intervalları ilə sentyabr, oktyabr və noyabr ayları ərzində bağlanmışdır. Bağlanmış müqavilələr hər bir obyektdə müxtəlif miqdarda avans ödənişlər vasitəsilə həyata keçirilmişdir (cihazın dəyərinin 30-70 faizi). Bu aylar ərzində müqavilə bağlanan əksər obyektlər cihazla təchiz edilmişdir. Cihazın təchizatından sonra geridə qalan məbləğin iddiaçıya ödənilməsi tələb olunsa da, bəzi obyekt sahibləri müxtəlif bəhanə və vasitələrlə ödənişdən imtina etmiş və bir sıra bürokratik əngəllər yaratmışlar.

7. Prosesin zəncirvari olduğunu nəzərə alaraq, bu ödənişlərin zamanında həyata keçirilməməsi digər obyektlərə də söz verilən cihazların verilməsini ləngitmişdir. Belə bir fakt ünvan 1 ünvanında yerləşən “ NİEL” şadlıq şarayının sahibi olan cavabdeh ilə yaranmışdır.

8. Cavabdeh ilə 2018-ci il 1 sentyabr tarixli, 0109/2018 saylı müqavilə əsasında “NİEL” şadlıq şarayına ümumi dəyəri 16.000 manat olan 2 ədəd “Baca tipi sulu filtr”in alınması üçün 50% avans ödəniş edilməsi nəzərdə tutulmuşdur. Lakin müəyyən müddətdən sonra cavabdehin qardaşı və “NİEL” şadlıq evinin inz ibatçısı olan Hüseynov Niyaz iddiaçıya avadanlığı gətirməyini xahiş etmiş və avadanlıq gəldikdən sonra pulu ödəyəcəklərini bildirmişdir. İddiaçı isə öz növbəsində avadanlığın alınması üçün nəzərdə tutulmuş avans ödənişi etdikdən sonra bu avadanlığı sifariş verib gətirəcəyini bildirmişdir. Tərəflər arasında razılıq əldə edildikdən sonra noyabr ayının əvvəllərində 2 ədəd avadanlıq “NİEL” şadlıq evinə təhvil verilmişdir. İddiaçı pulu tələb etmiş və qısa zamanda pulun veriləcəyini bildirən Hüseynov Niyaz, iddiaçının da avadanlığı quraşdırıb təhvil verməsini ondan xahiş etdiyini bildirmişdir.

9. Müqavilədə heç bir öhdəliyi olmadığı halda avadanlıqlardan 1 ədədinin quraşdırılmasını iddiaçı öz üzərinə götürmüş və avadanlıq quraşdırılıb təhvil verilmişdir. Quraşdırılma zamanı 2 dəfə olmaqla, ümumi likdə 1.000 manat pul ödənilmişdir. Daha sonra cavabdeh qalan vəsaitin ödənilməsindən yayınırdı. “NİEL” şadlıq sarayının sahibi olan cavabdehin borcu rəsmi olaraq vergi orqanlarında da təsdiqlənmişdir. 10. 2019-cu il 4 mart tarixində bu və digər şadlıq evlərində olan, iddiaçıya borclu olduqları qalıq pulları almaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə araşdırılması üçün göndərilmiş məktuba baxılmış və bu idarədə qalıq 15.000 manat borcdan ancaq 2.700 manat pul ödənilmiş, qalan 12.300 manat borc isə bu günədək ödənilməmişdir.

11. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin irəli sürdüyü 12.300 manat əsas borc, 1.200 manat dəymiş maddi ziyan, cəmi 13.500 manat pulun tutulmasına dair iddi anın rədd edilməsi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2018-ci il 1 sentyabr tarixli, 0109/2018 saylı müqavilənin etibarsız hesab edilməsi, avadanlıqların hər birinin dəyəri 6.500 manat olmaqla 2 ədəd avadanlıq üçün ödədiyi – 13.000 manat, habelə onların quraşdırılması və işlək vəziyyətə gətirilməsi üçün ödədiyi 2 ədəd dinamonın (işlənmiş vəziyyətdə) dəyəri olan – 1.500 manat, tüstü borularının (manqal ilə tüstü-baca avadanlığının birləşdirmək üçün) dəyəri olan – 2.300 manat və usta xərci kimi ödədiyi – 1.000 manat, filterin quraşdırılması üçün – 600 manat olmaqla, ümumilikdə 18.400 manat məbləğində xərcin qarşılıqlı iddia üzrə iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, id diaçı iddianın faktiki əsası kimi müqaviləyə istinad etmişdir. Qeyd olunan müqavilə cavabdeh tərəfindən imzalanmamış və cavabdeh həmin müqavilədəki şərtlərdən, məbləğlərdən məlumatsızdır, belə bir müqavilə rəsmiləşdirilməmişdir. İddiaçı ilə hava təmizləmə qurğusunun (Sulu Filtre 16.000 m3/h) alğısatqısına və quraşdırılmasına dair razılıq olmuş və razılığa əsasən hər birinin qiyməti 6.500 manat olmaqla, 2 ədəd avadanlığın (ümumi dəyəri 13.000 manat) quraşdırılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin alğı-satqının bu müqavilə ilə heç bir əlaqəsi yoxdur.

13. Qeyd edilən 13.000 manat məbləğində vəsait cavabdeh tərəfindən tam şəkildə ilk iddia üzrə iddiaçıya ödənilsə də, sonradan məlum olmuşdur ki, avadanlıqlar tam komplekt deyil və istifadə halına gətirmək üçün müəyyən hissələrlə təchi z etmək lazımdır. Həmin hissələri təhvil verilməsinin tələb edilməsinə baxmayaraq, avadanlığın hissələri təhvil verilməmişdir. Bundan sonra cavabdehin hesabına dəyəri 1.500 manat olan 2 ədəd dinamo (işlənmiş vəziyyətdə), 2.300 manat məbləğində tüstü trubaları (manqal ilə tüstü-baca avadanlığının birləşdirmək üçün) və 1.000 manat usta xərci, filtir quraşdırılması üçün 600 manat olmaqla, ümumilikdə 5.400 manat xərc çəkilmişdir. Avadanlıqları alan şəxslər və işi görən ustalar bu qeyd edilənləri təsdiq edə və şahid qismində məhkəmədə ifadə verərək qeyd edilənləri təsdiq edə bilərlər. Qeyd olunan vəsaitlərin ayrılmasına rəğmən, avadanlıqlar istənilən keyfiyyətdə olmamış və ekoloji standartların tələblərinə cavab verməmişdir.

14. Qarşılıqlı iddia üzrə cavabdeh tələbinin maddi hüquqi əsası kimi “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarına istinad edilmişdir.

15. İlkin və qarşılıqlı iddia tələbinə dair etiraz təqdim edilməmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 fevral tarixli, e-2-2(113)-517/2021 saylı qərardadı ilə ilkin və qarşılıqlı iddia üzrə məhkəmə-texniki ekspertizası təyin edilmişdir (hakim – E.Əliyev).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2021-ci il 29 mart tarixli, 10/1124 məktubuna əsasən, sulu filter avadanlıqlarının ölçülərinin, işçi gücünün, hazırlanma üsulunun və suallarda göstərilən digər məsələlərin müəyyən edilməsi Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan ekspertizal arın həll etdiyi məsələlərin dairəsinə aid olmadığına görə məhkəmə mühəndistexniki ekspertizasının aparılmasından imtina edilmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 3 mart tarixli, e-2-2(113)-67/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehdən 6.700 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilmiş, 1.200 manat maddi ziyan tələbi hissəsində rədd edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir (hakim – E.Əliyev).

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında “NİEL” şadlıq sarayının üzərində manqalın istifadəsi vaxtı bacadan atmosferə atılan tüstü qazlarının qarşısını almaq məqsədilə qiyməti 8.000 manat olan 1 ədəd təmizləyici avadanlığının satılması ilə bağlı 2018-ci ilin sentyabr ayında şifahi razılaşma əldə edilmiş, daha sonra həmin ilin oktyabr ayında cavabdeh tələb olunan vəsaitin 70%-ni (WhatsApp yazışması), yəni 5.600 (8.000x70%) manatı iddiaçıya ödəmişdir. Lakin sonradan cavabdeh manqalın həcminə görə əlavə bir ədəd təmizləyici avadanlığı sifariş etmiş və həmin ilin noyabr ayında sözügedən 2 ədəd qurğu cavabdehə təhvil verilmiş və iddiaçıya əlavə 1.000 manat pul ödənilmişdir. İddiaçı borcun ödənilməməsi ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq idarəsinə şikayət yazmış və oraya dəvət edilmiş cavabdeh 2019-cu ilin aprel ayında 2018-ci il 1 sentyabr tarixli müqaviləni imzalamaqla əlavə olaraq 2.700 manat pulu satıcıya ödəmişdir.

20. İddiaçı tərəfindən tüstü qazlarının qarşısını almaq məqsədilə hər birinin qiyməti 8.000 manat cəmi 16.000 manat məbləğində olan 2 ədəd təmizləyici avadanlıq cavabde hə satılsa da, sonuncu bunun müqabilində cəmi 9.300 (5.600+1.000+2.700) manat borcu ödəmiş, 6.700 manat isə ödənilməmiş qalmışdır.

21. Həmçinin iddiaçının nümayəndəsi “WhatsApp”da 2018-ci il 27 oktyabr tarixli “70% “ödəniş almışam sizdən” yazısının cavabdehin xahişi ilə yazıldığına istinad etsə də, habelə 1.200 manat məbləğində maddi ziyan tələb etsə də, məhkəməyə bununla bağlı kifayət qədər sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə əvvəl 1 ədəd, daha sonra isə əlavə bir cəmi 2 ədəd təmizləyici avadanlıqların sifariş olunduğu ilə razılaşmışdır.

22. Belə ki, elektron qaimədə yalnız bir ədəd qurğu qeyd edilmiş, halbuki “NİEL” şadlıq sarayının üzərində faktiki iki ədəd təmizləyici avadanlıq 2018-ci ilin noyabr ayında quraşdırılmışdır. Həmçinin məhkəmə hər iki təmizləyici qurğunun 8.000 manat dəyərində olması ilə razılaşmışdır.

23. Belə ki, cavabdeh 2019-cu il 13 fevral tarixli elektron qaimədə 1 ədəd avadanlığının 8.000 manat dəyərində olması ilə etiraz verməməklə razılaşır, “NİEL” şadlıq sarayının üzərində isə faktiki iki ədəd eyni həcmli təmizləyici avadanlıq quraşdırıldığı müəyyən edilmişdir.

24. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, cavabdeh 2019-cu ilin aprel ayında imzalanmış 2018-ci il 1 sentyabr tarixli, 0109/2018 saylı müqavilənin etibarsız hesab edilməsini, 2021-ci ilin yanvar ayında məhkəməyə müraciət etməklə həmin tələbi irəli sürmək üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüş, bununla yanaşı həmin müqaviləni imzalayan cavabdehin zorakı hərəkətlərə və hədəyə məruz qalması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı cavabdeh keyfiyyətsiz, standartlara uyğun və zavod istehsalı olmayan avadanlığını satıldığına istinad etsə də, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) normasına əsasən həmin tələb 2 il ərzində, yəni 2020-ci ilin noyabr ayınadək irəli sürülə bilər.

25. Həmçinin cavabdeh 13.000 manat məbləğində vəsaitin ödədiyini bildirsə də, bununla yanaşı 2 ədəd dinamoya görə 1.500 manat, tüstü borularına görə 2.300 manat və usta xərci kimi 1.000 manat və filterin quraşdırılması üçün – 600 manat tələb etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflərin arasında 2 ədəd təmizləyici qurğunun satılması və quraşdırılması deyil, yalnız satılması ilə bağlı müqavilə bağlanmışdır.

26. Məhkə mə öz mövqeyini MM-in 339.4, 354.2, 385.1, 386.1, 589.2-ci maddələrinə istinad etmişdir.

27. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddia üzrə tələbin tam şəkildə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, müqavilənin etibarsız hesab edilməsi, 18.400 manat məbləğində vəsaitin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-574/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).

29. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin ilk iddia qismən təmin edilən və qarşılıqlı iddia rədd olunan hissədə ləğv edilərək, həmin hissədə də ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması xahiş edildiyi, iddiaçı ilk iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinə ilk iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Qətnamənin əsaslığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) h üquqi qiymət verilməli, qalan hissəyə, tərəflər arasında mübahisəsiz olduğundan, toxunulmamalı, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə yalnız ilk iddia təmin olunan və qarşılıqlı iddia rədd edilən hissələrdə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

30. Qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyən şifahi qaydada bağlanmış alğı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə razılaşdırılmış qaydada icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməli və iddiaçı tərəfindən tüstü qazlarının qarşısını almaq məqsədilə hər birinin qiyməti 8.000 manat, cəmi 16.000 manat məbləğdə olan 2 ədəd təmizləyici qurğu cavabdehə satılsa da, sonuncu bunun müqabilində cəmi 9.300 (5.600 + 1.000 + 2.700) manat ödəmiş, 6.700 manat isə ödənilməmiş olaraq qalmışdır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının avadanlıqları quraşdırmaq vəzifəsi alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmadığı halda onun qurğulardan birini quraşdırması digərini də quraşdırmaq öhdəliyini götürməsi anlamına gəlmir, iddiaçı belə bir vəzifəsi olduğunu qəbul etmir, əksini sübuta yetirmək cavabdehin üzərinə düşür, lakin sonuncu bununla bağlı heç bir mötəbər sübuta istinad etməmişdir. Cavabdeh hər birinin qiyməti 6.500 manat olmaqla 2 ədəd avadanlığın (ümumi dəyər i 13.000 manat) quraşdırılaraq təhvil verilməsini razılaşdırdıqlarını və 13.000 manat məbləğdə vəsaiti tam şəkildə iddiaçıya ödədiyini irəli sürsə də, bu barədə də hər hansı mötəbər sübut təqdim edilməmişdir.

32. Sulu hava filterlərinin işləməsi üçün tələb olunan əlavə boru və sair avadanlığın satıcı tərəfindən alıcıya təqdim edilməli olması və onun tərəfindən quraşdırılmalı olması da alğısatqı müqaviləsi ilə nəzərdə tutulmamışdır. Tərəflərin bununla bağlı sair qaydada razılaşdığı da iş materialları ilə təsdiqini tapmamış, cavabdeh də buna dair heç bir mötəbər sübuta istinad etməmişdir. Mübahisəli qurğuların ölçülərinin müqavilə ilə razılaşdırılan 220x110x110 sm əvəzinə 200x100x100 sm olması, həmçinin, keyfiyyətsiz, standartlara uyğun və zavod istehsalı olmayan avadanlığın satılması haqq ında dəlillər də eyni əsasla qəbul edilmir.

33. Həmçinin iddiaçı ölçülərin dəyişmədiyini, həmin ölçülərə hava filterlərinin əsas gövdəsinə əlavə edilən avadanlıqların ölçülərinin əlavə edilməli olduğunu bildirmişdir ki, fotoşəkillərə əsasən bu arqumentlər inandırıcı hesab edilmişdir.

34. Məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün MM-in 5.3, 14.2, 14.2.1, 339.4, 354.2, 386.1, 399.1, 404.1, 404.2, 425.1, 442, 448.1, 448.2, 567, 589.1, 589.2, “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli Qərarı, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh e dilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 372, 384.0, 384.0.1-ci maddələrinə istinad etmişdir.

35. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 8 avqust tarixdə iş üzrə tərəflərə göndərilmiş və cavabdehin vəkilinin şəxsi elektron kabinetində yerləşdirilmişdir.

36. Cavabdeh həmin qətnamədən 2022-ci il 8 sentyabr tarixində kasasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri:

37. MM-in 5.3, 331.1, 339.4, 354.2, 404.2, 425.1, 442, 448.1, 589.1, maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmənin hansı tərəfə münasibətdə bu maddələrə istinad etməsi məlum olmasa da yekun gəldiyi nəticədən aydın olmuşdur ki, ilk iddia üzrə cavabdeh öhdəliklərini lazımınca icra etməmiş və buna görə də bütün bu öhdəliklərin icrası cavabdehin risk dairəsinə aiddir. Məhkəmə cavabdeh tərəfindən irəli sürülmüş iş üzrə faktiki dəlillərə müqavilənin bağlanmaması, iddiaçının öz üzərinə düşən vəzifələri vicdanla icra etməməsinə (lazımı keyfiyyətdə, ölçüdə avadanlığı verməməsi) düzgün hüquqi qiymət verməmiş, bu maddəyə istinad edərək cavabdehin üzərinə düşən vəzifələri lazımınca icra etmədiyi qənaətinə gəlmişdir. Lakin iş üzrə təqdim edilmiş sübutlar, eləcə də araşdırma zamanı müəyyənləşdirilmiş işin faktiki halları iddiaçının öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməsini deməyə kifayət qədər əsas vermişdir.

38. Qarşılıqlı iddia ərizəsində müqavilənin etibarsızlığı mübahisələndirsə də prosesin gedişində ilk iddia üzrə iddiaçının 2018-ci il 1 sentyabr tarixli müqavilənin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırılması zamanı cavabdeh tərəfindən imzalandığını bildirməsini əsas götürərək iddiaçı tərəfindən qarşılıqlı iddianın əsaslarına dəyişiklik edilmiş, müqavilənin formal olması, eləcə də faktiki hədə qorxu və təzyiq altında cavabdeh tərəfindən imzalanması faktına məhkəmə tərəfindən hüquqi qiymət verilməli olması vurğulanmışdır.

39. İlk iddia üzrə iddiaçının qeyd etdiyi kimi tərəflər arasında 2018-ci il 1 sentyabr tarixli, 0209/2018 saylı müqavilə 2019-cu ilin aprel ay ında geri tarixə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində imzalanmışdır. Hazırki iş materiallarına əsasən müqavilənin 2019-cu ilin aprel ayında imzalandığı halda onun tarixinin 2018-ci il 1 sentyabr göstərməklə, müqavilə həmin tarixdə bağlanıbmış formasında görüntü yaradılması saxtakarlıqdır və bu hal müqavilənin etibarsızlığına dəlalət edir.

40. Apellyasiya şikayətində geniş şəkildə qeydlər edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi dəlilə formal yanaşaraq, əsassız və qanunsuz mövqe sərgiləmişdir. Belə ki, alğı-satqı müqaviləsinin mütləq yazılı qaydada bağlamasına dair forma şərti müəyyən edilməmişdir. Başqa sözlə qanunvericiliyə görə alğı-satqı müqaviləsi şifahi qaydada da və qeyd edildiyi kimi bu baş vermişdir.

41. İddiaçının təhvil verdiyi malların işçi həcmi n ə də keyfiyyəti saz vəziyyətdə olmamışdır. Bundan başqa texniki göstəricilərinin, işçi həcminin uyğun olmaması ilə bağlı iş materiallarında mütəxəssis rəyləri və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyləri, həmçinin şahid qismində dindirilmiş şəxslərin ifadələri qeyd olumuşdur.

42. Müqavilənin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində geri tarixə imzalanması, cavabdeh tərəfindən 2.700 manat pulun ödənilməsi kimi hallar müqavilənin təzyiq altında imzalanması faktını təsdiq edən əsas arqumentlərdəndir. Qarşılıqlı iddiaya verilən əlavədə, həm də apellyasiya şikayətində qeyd edilməyinə rəğmən, bu hala apellyasiya məhkəməsi tərəfindən əhəmiyyət verilməmiş, əvəzində məhkəmə hər 2 avadanlığın faktiki təhvil verildiyini əsas götürərək müqavilənin yazıl ol ub – olmamasının işə təsir etmədiyini qeyd etmişdir.

43. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin müddətlə bağlı mövqeyini təsdiq etməmişdən öncə, cavabdehin sübutlarına dair araşdırma aparmalı və daha sonra birinci instansiya məhkəməsinin mövqeyinin haqlı və ya haqsız olması qənaətinə gəlməli olduğu halda, cavabdehin müddətə dair sübutuna heç bir münasibət bildirməmişdir. Məhkəmə həm müddətin keçməsi, həm yazılı müqavilənin mübahisə predmetinə təsiri imkanı, eyni zamanda müqavilənin bağlanması şəraiti və anı ilə bağlı məsələlərdə, müqavilənin təfsirini düzgün aparmamış, müqavilənin yazılı sənəd kimi ciddi əhəmiyyət daşımaması qənaətinə gəlmişdir.

44. MPM-in 217.1, 217.2, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tamamilə əda lətsiz və heç bir həqiqətə uyğun olmayan, apellyasiya şikayətinin dəlillərini təhrif etməklə qətnamə çıxarmışdır. Məhkəmə nə işdə olan mütəxəssis rəylərinə, nə rəylərdəki avadanlığın kustar üsulla hazırlanmış olmasına, avadanlığın ölçülərinin müqavilədəki ölçülərə uyğun gəlməməyinə hüquqi qiymət verməmişdir.

45. İş üzrə mövcud olan sübutlara qiymət verilməməsi, prosesin formal olaraq keçirilməsi fikrini yaratmışdır. Bundan başqa müddətin ötməsi barədə birinci instansiya məhkəməsinin fikrini təsdiq edən məhkəmə cavabdehin müddətin keçməməsinə dair arqumentinə heç bir münasibət bildirməmişdir. Məhkəmə cavabdehin müddətlə bağlı təqdim etdiyi sübuta izah verilməmiş və dəlillərin əsassız olması bildirilmişdir. Bu kimi hallar iş üzrə təqdim edilmiş, məhkəmənin qiymət vermədiyi bütün digər sübutl ara şamil olunmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri:

46. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASASİYA BAXİŞİNİN HƏDLƏRİ.

47. Kasasiya şikayəti vaxtında verilmiş, kasasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

48. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.

49. Kasasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onl ara istinad olunması zəruridir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı... 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohu mlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır....” “Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və if adələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müv afiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək ol maz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla gö ndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır....”

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-574/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

53. İşin apellyasiy a məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında razılaşmaya əsasən, iddiaçı cavabdehə 16.000 manat məbləğində olan (hər birinin 8.000 manat) 2 ədəd avadanlığı verməyi öhdəsinə götürmüş, cavabdeh verilmiş 1 ədəd avadanlığın pulunu tam deyil, cəmi 5.600 manatını qarşı tərəfə ödəmiş, bundan başqa cavabdeh əlavə avadanlıq da sifariş verərək həmin avadanlıq üçün 1.000 manat məbləğində pul ödəmiş, 2018-ci il 1 sentyabr tarixli, 0109/2018 saylı müqaviləyə əsasən, apellyasiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirmiş, cavabdeh isə mövqeyinin tam əsaslandırılması üzrə məhkəməyə sübut təqdim etməmişdir.

54. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütü n hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməli və iddiaçı tərəfindən tüstü qazlarının qarşısını almaq məqsədilə hər birinin qiyməti 8.000 manat, cəmi 16.000 manat məbləğdə olan 2 ədəd təmizləyici qurğu cavabdehə satılsa da, sonuncu bunun müqabilində cəmi 9.300 (5.600 + 1.000 + 2.700) manat ödəmiş, 6.700 manat isə ödənilməmiş olaraq qalmış, iddiaçının avadanlıqları quraşdırmaq vəzifəsi alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmadığı halda onun qurğulardan birini quraşdırması, digərini də quraşdırmaq öhdəliyini götürməsi anlamına gəlmir, iddiaçı belə bir vəzifəsi olduğunu qəbul etmir, əksini sübuta yetirmək cavabdehin üzərinə düşdüyü halda, sonuncu bununla bağlı heç bir mötəbər sübuta istinad etməmişdir. C avabdeh hər birinin qiyməti 6.500 manat olmaqla 2 ədəd avadanlığın (ümumi dəyəri 13.000 manat) quraşdırılaraq təhvil verilməsini razılaşdırdıqlarını və 13.000 manat məbləğdə vəsaiti tam şəkildə iddiaçıya ödədiyini irəli sürsə də, bu barədə də məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

55. Kassasiya şikayətinin, iddiaçı tərəfindən verilmiş malların keyfiyyətsiz olması barədə (§§41-43) dəlilləri ilə bağlı qeyd edilməlidir ki, sulu hava filterlərinin işləməsi üçün tələb olunan əlavə boru və sair avadanlığın satıcı tərəfindən alıcıya təqdim edilməli olması və onun tərəfindən quraşdırılmalı olması da alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmamış, tərəflərin bununla bağlı sair qaydada razılaşdığı da iş materialları ilə təsdiqini tapmamış, cavabdeh də buna dair heç bir mötəbər sübuta i stinad etməmişdir. Mübahisəli qurğuların ölçülərinin müqavilə ilə razılaşdırılan 220x110x110 sm əvəzinə 200x100x100 sm olması, həmçinin, keyfiyyətsiz, standartlara uyğun və zavod istehsalı olmayan avadanlığın satılması haqqında dəlillər də eyni əsasla qəbul edilməmişdir.

56. Məhkəmələr düzgün olaraq o nəticəyə gəlmişlər ki, cavabdeh 2019-cu ilin aprel ayında imzalanmış 2018-ci il 1 sentyabr tarixli, 0109/2018 saylı müqavilənin etibarsız hesab edilməsi üçün 2021-ci ilin yanvar ayında məhkəməyə müraciət etməklə, qanunla nəzərdə tutulmuş 1 illik müddəti ötürmüş, həmçinin həmin müqaviləni imzalayan cavabdehin zorakı hərəkətlərə və hədəyə məruz qalması ilə bağlı heç bir sübut təqdim etməmiş, cavabdeh keyfiyyətsiz, standartlara uyğun və zavod istehsalı olmayan avadanlığın satıldığına istinad e tsə də, məhkəmə hesab etmişdir ki, həmin tələb (MM-in 589.2-ci maddəsi) 2 il ərzində, yəni 2020-ci ilin noyabr ayınadək irəli sürülə bilərdi.

57. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-574/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Respublikası MPM-nin 417-419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

59. Bakı Apellyasiya Məhkəməsinin Kommersi ya Kollegiyasının 2022-ci il 15 iyul tarixli, 2-2(103)-574/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərara qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar