Məhkəmə qərarları › İş №2-2(102)-706/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-706/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-706/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh LLC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, malların göndərilməsi, avans Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdeh LLC-yə qarşı (“X2 Azərbaycan” QSC, "xxxx" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı, "xxxx" MMC və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) “müqavilə üzrə pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin 2*24-cü il 23 aprel tarixli 2-2(1*3)-432/2*24 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. LLC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış, tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş 2*21-ci il 5 mart tarixli GR-34SUM nömrəli müqaviləyə (bundan sonra – “Müqavilə İ”) əsasən, satıcı satmağı, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş 8.*** ton Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq almağı öhdəsinə götürmüşdür, DAP şərti ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*).

2. Müqavilə İ-in şərtlərinə əsasən: - Mallar 2*21-ci il 3* iyun tarixinədək dəmir yolu ilə bunker tipli taxıl vaq onlarında göndərilməlidir. - Satılan malların qiyməti hazırkı müqavilə üzrə 1 metrik ton üçün 24* ABŞ dollarıdır (ƏDV dərəcəsi *%). - Müqavilənin ümumi dəyəri bəndinə uyğun olaraq 1.92*.*** ABŞ dolları (* % ƏDV dərəcəsi ilə) təşkil edir. - Müqavilənin imzalandığı gündən və əvvəlcədən ödəmə üçün hesab-fakturanın verilməsindən 3 bank günü ərzində müqavilənin ümumi dəyərinin 1**% məbləğində ilkin ödəniş edilir, mallar üçün son ödəniş isə vaqonlar yola salındıqdan sonra və göndərmə sənədləri təqdim edilərkən 3 bank günü ərzində edilir. Erkən ödənişə icazə verilir. - Müqavilə hər iki tərəfə münasibətdə onun imzalandığı andan qüvvəyə minir və 2*21ci il 31 dekabr tarixinə qədər qüvvədə olacaqdır. 3. 2*21-ci il 5 mart tarixli *3-*5 nömrəli əvvəlcədən ödəniş invoysundan (prepayment invoice) görünür ki, Müqavilə İ-ə əsasən LLC tərəfindən təqdim ediləcək malın (1 tonun qiyməti 24* ABŞ dolları olan ümumi çəkisi 8.*** ton buğda) ümumi dəyəri 1.92*.*** ABŞ dolları təşkil edir (satıcı LLC, idxalçı - "xxxx" MMC-dir).

4. Müqavilə İ-ə 2*21-ci il 28 dekabr tarixli 28/12/21 nömrəli əlavə razılaşmaya əsasən tərəflər müqavilənin qüvvədə olma müddətinin 2*22-ci il 3* aprel tarixinədək uzadılması barədə razılığa gəlmişlər.

5. Müqavilə İ-ə 2*22-ci il 9 mart tarixli *9/*3/22 nömrəli əlavə razılaşmaya əsasən tərəflər məhsulun çəkisini azaldaraq satıcının seçiminə görə 4*** ton, eləcə də məhsulun qiymətində dəyişiklik edərək hər ton üçün 26* ABŞ dolları olması barədə razılığa gəlmişlər. 6. "xxxx" MMC (alıcı) ilə LLC (satıcı) arasında bağlanmış, tərəflərin imzaları və möhürü ilə təsdiq edilmiş 2*21-ci il 2* aprel tarixli GR-35-SUM nömrəli müqaviləyə (bundan sonra – “Müqavilə İİ”) əsasən satıcı satmağı, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş 42** ton Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq almağı, DAP şərtləri ilə Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*).

7. Müqavilənin şərtlərinə əsasən: - Mallar 2*21-ci il 3* iyun tarixinədək dəmir yolu ilə bunker tipli taxıl vaqonlarında göndərilməlidir. - Satılan malların qiyməti hazırkı müqavilə üzrə 1 metrik ton üçün 24* ABŞ dollarıdır (ƏDV dərəcəsi *%). - Müqavilənin ümumi dəyəri bəndinə uyğun olaraq 1.**8.*** ABŞ dolları (* % ƏDV dərəcəsi ilə) təşkil edir. - Müqavilənin imzalandığı gündən və əvvəlcədən ödəmə üçün hesab-fakturanın verilməsindən 3 bank günü ərzində müqavilənin ümumi dəyərinin 1 **% məbləğində ilkin ödəniş edilir, mallar üçün son ödəniş isə vaqonlar yola salındıqdan sonra və göndərmə sənədləri təqdim edilərkən 3 bank günü ərzində edilir. Erkən ödənişə icazə verilir. - Müqavilə hər iki tərəfə münasibətdə onun imzalandığı andan qüvvəyə minir və 2*21ci il 31 dekabr tarixinə qədər qüvvədə olacaqdır. 8. 2*21-ci il tarixli aşağıdakı ödəniş sənədlərinə əsasən Müqavilə İ üzrə pul vəsaitləri köçürülmüşdür: - 25 may tarixli ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən ("xxxx" ASC-dəki bank hesabından) LLC-nin hesabına (The Bank of X3 (24* X1 York)) 1**.*** ABŞ dolları; - 4 may tarixli (göndərənin reference nömrəsi PA21*5*4**68 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X2 Azərbaycan” QSC-dəki bank hesabından) LLC-nin hesabına (The Bank of X3 (X4 New York)) 6**.* ** ABŞ dolları; - 1 iyun tarixli (göndərənin reference nömrəsi PA21*531*631 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X2 Azərbaycan” QSC-dəki bank hesabından) LLC-nin hesabına (The Bank of X3 (X4 New York)) 2**.*** ABŞ dolları; - 17 may tarixli (göndərənin reference nömrəsi PA21*5171**1 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X2 Azərbaycan” QSC-dəki bank hesabından) LLC-nin hesabına (The Bank of X3 (X4 New York)) 1**.*** ABŞ dolları; - 8 iyun tarixli (göndərənin reference nömrəsi PA21*6*8*383 olan) ödəniş sənədinə əsasən "xxxx" MMC tərəfindən (“X2 Azərbaycan” QSC-dəki bank hesabından) LLC-nin hesabına (The Bank of X3 (X4 New York)) 1**.*** ABŞ dolları. 9. 2*21-ci il tarixli aşağıdakı gömrük bəyannamələrinə əsasən göndərən (ixracatçı) LLC tərəfindən malı qəbul edən ( idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış 3-cü sinif buğda (göndərən ölkə - Rusiya) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir: - 7 sentyabr tarixli *1211***294425 nömrəli gömrük bəyannaməsinə əsasən invoys dəyəri 429.78* ABŞ dolları olan 1.482 ton; - 7 sentyabr tarixli *1211***294263 nömrəli gömrük bəyannaməsinə əsasən invoys dəyəri 267.539,5* ABŞ dolları olan 922,55 ton; - 9 sentyabr tarixli *1211***297467 nömrəli gömrük bəyannaməsinə əsasən invoys dəyəri 285.215 ABŞ dolları olan 983,5* ton; - 13 sentyabr tarixli *1211***3**947 nömrəli gömrük bəyannaməsinə əsasən invoys dəyəri 162.878,5* ABŞ dolları olan 561,65 ton; - 7 oktyabr tarixli *1211***3346*9 nömrəli gömrük bəyannaməsinə əsasən invoys dəyəri 2*.*82,5* ABŞ dolları olan 69,25 ton.

10. LLC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış 2*2*-ci il 2* noyabr tarixli GR12HAZ nömrəli müqaviləyə əsasən satıcı satmağı, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq almağı, DAP şərtləri ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*) 2*2*-2*21-ci illəri əhatə edən gömrük bəyannamələrinə əsasən müxtəlif şirkətlər (ООО “Трансагротек”, СПСК “СОЮЗ”) və s.) tərəfindən göndərilən və malı qəbul edən (idxalatçı) "xxxx" MMC-yə ünvanlanmış müxtəlif dəyərdə və çəkilərdə buğda (göndərən ölkə - Rusiya) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir.

11. LLC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış 2*2*-ci il 2* noyabr tarixli GR-11-HAZ n ömrəli müqaviləyə əsasən satıcı satır, alıcı isə 2*2*-ci ildə istehsal olunmuş Rusiya mənşəli ərzaq buğdasını toplu olaraq alır, DAP şərtləri ilə - Samur keçid stansiyasından keçməklə (Şimali Qafqaz dəmir yolu), kod 5449* (İncoterms 2*1*).

12. LLC şirkəti ilə "xxxx" MMC arasında bağlanmış 2*21-ci il 21 yanvar tarixli GR-33SUM-1 nömrəli və 2*21-ci il 2* avqust tarixli GR-41-SUM nömrəli müqavilələri üzrə 2*21-ci il 1 noyabr - 2 dekabr arası dövrü əhatə edən qarşılıqlı üzləşmə aktına əsasən 2*21-ci il 2 dekabr tarixinə LLC-nin "xxxx" MMC-yə 86*.*96,5* ABŞ dolları təşkil edir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2*23-cü il 6 iyun tarixli 3(**5)1635/2*23 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta nı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 514.5*4,5* ABŞ dolları valyuta vəsaiti məbləğinin 2* faizi miqdarında, 1*2.9**,9 ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, 2*21-ci il 3 may tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" MMC tərəfindən “X2” ASC-də olan hesabdan 514.5*4,5* ABŞ dolları məbləğində pul vəsaiti “Cavabdeh” şirkətinin hesabına köçürülmüşdür; “X2” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 2*23-cü il 5 may tarixli məktubdan görünür ki, "xxxx" MMC ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməs ini təsdiq edən sənədləri təqdim etməmişdir. Beləliklə, "xxxx" MMC 514.5*4,5* ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 2*21-ci il 4 may tarixində bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2*23-cü il 16 iyun tarixli 3(**5)1753/2*23 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1**.*** ABŞ dolları valyuta vəsaiti məbləğinin 2* faizi miqdarında 2*.*** ABŞ dolları məbləğində (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 2*21-ci il 17 may tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" MMC tərəfindən “X2” ASC-də olan hesabdan 1**.*** ABŞ dolları məbləğində pul vəsaiti “Cavabdeh” şirkətinin hesabına köçürülmüşdür. “X2” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş 2*23-cü il 18 may tarixli məktubdan görünür ki, "xxxx" MMC 1**.*** ABŞ dolları məbləğində ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Beləl iklə, "xxxx" MMC ümumilikdə 1**.*** ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 2*21-ci il 17 may tarixində bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır.

15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2*23-cü il 11 iyul tarixli 3(**5)199*/2*23 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 2**.*** ABŞ dolları valyuta vəsaiti məbləğinin 2* faizi miqdarında, yəni 4*.*** ABŞ dolları (qərar çıxarılan günü manata olan məz ənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, iş materiallarında olan “X2” QSC-nin 2*23-cü il 7 iyun tarixli **121 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının tələbi olaraq idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətlərin idxalını təsdiq edən sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında "xxxx" MMC göstərilmişdir. İş materiallarında olan 2*21-ci il 31 may tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC 2**.*** ABŞ dolları məbləğində pulun ölkə xa ricinə köçürülməsi üçün “X2 Azərbaycan” QSC-yə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, "xxxx" MMC 2*21-ci il 1 iyun tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 2**.*** ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçdikdən sonra 2**.*** ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2*23-cü il 18 iyul tarixli 3(**5)2*75/2*23 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1**.*** ABŞ dolları valyuta vəsaiti məbləğinin 2* faizi miqdarında, yəni 2*.*** ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərara əsasən müəyyən olunur ki, iş materiallarında olan "xxxx" ASC-nin 2*23-cü il 13 iyun tarixli **127 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının tələbi olaraq idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətlərin idxalını təsdiq edən sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında "xxxx" MMC göstərilmişdir. İş materiallarında olan 2 *21-ci il 8 iyun tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" MMC 1**.*** ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün “X2” ASC-yə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, "xxxx" MMC 2*21-ci il 8 iyun tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 1**.*** ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçdikdən sonra 1**.*** ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 17. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2*23-cü il 3 iyul tarixində LLC-yə (bundan sonra – “cavabdeh”) qarşı (“X2 Azə rbaycan” QSC, "xxxx" ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) iddia ərizəsi ilə, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Müqavilə İ və İİ əsasında 8.*** və 4.2** ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı tərəfindən qabaqcadan (avans) olaraq cavabdehə köçürülmüş 914.5*4 ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, maliyyə sanksiyası olaraq iddiaçıya tətbiq olunan 182.9** ABŞ dolları cərimənin, 4** manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1.521,93 manat dövlət rüsumunun, 4** manat poçt xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia ərizə si onunla əsaslandırılmışdır ki, tərəflər arasında Müqavilə İ və İİ bağlanmışdır. İddiaçı Müqavilə İ və İİ (bax §§ 1-7) əsasında cavabdehə Rusiya mənşəli ərzaq buğdasını almaq üçün qabaqcadan (avans) ödəmə olaraq “X2 Azərbaycan” QSC və "xxxx" ASC vasitəsilə həmin müqavilələr üzrə cəmi 86*.*96,5* ABŞ dolları məbləğində pul köçürmüşdür. İddiaçı tərəfindən 86*.*96,5* ABŞ dolları məbləğində pulun qabaqcadan (avans) köçürülməsinə baxmayaraq, cavabdeh köçürülən həmin vəsait dəyərində ərzaq buğdasını Azərbaycana idxal etməmişdir. Müqavilələrdə nəzərdə tutulan çəkidə növdə ərzaq buğdası cavabdehin hərəkətsizliyi ilə vaxtında göndərilməməsi iddiaçının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi, maliyy ə sanksiyası ilə üzləşməsi və alıcıları qarşısında öhdəliyinin pozulması təhlükəsi yaratmışdır. Ərzaq buğdasının vaxtında idxal olunmasının cavabdeh tərəfindən təmin edilməməsinin təsiri nəticəsində iddiaçının sahibkarlıq subyekti olaraq fəaliyyətinə və işgüzar nüfuzuna xələl gəlmişdir. Tərəflər arasında imzalanmış Üzləşmə Aktına əsasən cavabdehin iddiaçıya idxal olunmayan ərzaq buğdasına görə qabaqcadan (avans) köçürülmüş 86*.*96,5* ABŞ dolları məbləğində borcu vardır, ərzaq buğdası Azərbaycan Respublikasına idxal olunmadığı üçün həmin pul vəsaiti cavabdeh tərəfindən geri qaytarılmalıdır. Hazırkı vaxta qədər cavabdeh, köçürülən vəsait həcmində ərzaq buğdasını göndərəcəyini bildirsə də, bu hərəkət baş verməmişdir və tərəflərindən qabaqcadan (avans) köçürülən vəsaitin qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciətlərin edilməsinə, yazışmaların aparılmasına baxmayaraq cavabdeh hərəkətsizlik göstərməkdə davam etmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 2*24-cü il 12 yanvar tarixli e-2-2(113)-152/2*24 nömrəli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir (hakim – L.Əliyeva).

20. Məhkəmə mübahisənin mahiyyəti barədə qeyd etmişdir ki, iddiaçı tərəf Müqavilə İ və İİ üzrə cavabdehə köçürülmüş 914.5*4 ABŞ dolları məbləğində ödənişin müqabilində malların (taxılın) onlara təqdim edilmədiyini əsas göstərərək sözügedən pul vəsaitinin qaytarılması və cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində onlara vurulmuş maddi zərərin əvəzi olaraq 182.9** ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması tələblərini irəli sürül müşdür. Cavabdeh tərəf isə tərəflər arasında mübahisəli müqavilələrin bağlanması faktını ümumiyyətlə inkar etmiş, həmin müqavilələr üzrə ödənilmiş 1.1**.*** ABŞ dolları məbləğində pulun malın müqabilində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehə olan borcunun bağlanması məqsədilə ödənildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş etmişdir.

21. Məhkəmə tərəfindən müəyyən edilməli olan birinci mübahisəli hal tərəflər arasında mübahisəli alqı-satqı müqavilələrinin bağlanıb-bağlanmamasıdır. Mübahisəli müqavilələrin əsli, eləcə həmin müqavilələrin elektron rabitə vasitələri ilə cavabdeh tərəfindən iddiaçıya göndərilməsini təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsə də, iş materiallarına əlavə edilmiş SWİFT sistemi vasitəsilə edilmiş ödənişləri təsdiq edən sənədlərdən, eləcə də gömrük bəyannamələrindən görünür ki, cavabdehə mübahisəli müqavilələr üzrə ödənişlər edilmiş, eləcə də cavabdeh həmin müqavilələri əsas kimi qeyd etməklə iddiaçıya mallar göndərmiş, eyni zamanda tərəflər mübahisəli müqavilələr üzrə “Mediasiya tətbiqi barədə saziş” imzalamışlar. Odur ki, məhkəmə göstərilən halları tərəflərin mübahisəli müqavilələrin mühüm şərtləri barədə razılığa gəlmələrinə, yəni tərəflər arasında həmin müqavilələrin bağlanmasına dəlalət edən hallar kimi qiymətləndirir və tərəflər arasında mübahisəli müqavilələrin bağlanmaması barədə dəlilləri əsassız sayır.

22. İkinci müəyyən edilməli olan hal tərəflər arasında bağlanmış mübahisəli müqavilələrin etibarlı olub-olmamaları ilə bağlıdır. Mübahisəli müqavilələrin fərqli subyektlər arasında (Cavabdeh və "xxxx" MMC) bağlanmış müqavilələr üzrə borcun ödənilməsini pərdələmək üçün bağlanması, mübahisəli ödənişlərin təyinatlarının əslində mübahisəli müqavilələr üzrə avans ödənişi deyil, "xxxx" MMC-nin cavabdehə olan borcun ödənilməsi olması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

23. Cavabdehin dəlillərinin əsaslılığını sübuta yetirmək üçün istinad etdiyi sənədlər (tələbin güzəşti barədə 2*22-ci il 14 dekabr tarixli müqavilə layihəsi, "xxxx" MMC-nin mediasiya prosesinin tətbiqi barədə 2*23-cü il 17 yanvar tarixli təklifi, “Mediasiya tətbiqi barədə saziş” və s.) yalnız mübahisəli müqavilələr bağlandıqdan 2 ilə yaxın müddət sonra tərəflər arasında "xxxx" MM C-nin cavabdehə olan borcunun cavabdehin iddiaçıya olan borcu ilə əvəzləşdirilməsi ilə bağlı danışıqlar aparılması faktını təsdiq etməklə mübahisəli müqavilələr bağlanarkən və eləcə də mübahisəli ödənişlər edilərkən tərəflərin niyyətlərinin müqavilənin növünə uyğun hüquqi nəticələr yaratmaq, yəni taxıl məhsullarını alqı-satqı etməkdən deyil, "xxxx" MMC-nin cavabdehin qarşısındakı borc öhdəliyinin iddiaçıya verilməsindən ibarət olması barədə nəticəyə gəlməyə əsas vermir. Əksinə, iş materiallarına əlavə edilmiş gömrük bəyannamələri mübahisəli müqavilələr əsasında cavabdeh tərəfindən iddiaçıya malların təqdim edilməsi faktını təsdiq etməklə yanaşı, mübahisəli müqavilələrin digər əqdi (öhdəliyinin verilməsi barədə müqaviləni) pərdələmək məqsədilə bağlanmış yalan əqd olması ehtimalını faktiki o laraq istisna edir.

24. Məhkəmə tərəfindən müəyyən edilməli olan üçüncü hal isə Müqavilə İ və İİ üzrə iddiaçının cavabdehə artıq ödənişinin olub-olmaması ilə bağlıdır. İlk növbədə məhkəmə qeyd etmişdir ki, ödənişin təyinatı olaraq mübahisəli müqavilələr göstərilməklə iddiaçı tərəfindən cavabdehə 1.1**.*** ABŞ dolları məbləğində pulun köçürülməsi faktı işin mübahisəsiz halını təşkil edir. Digər tərəfdən, iş materiallarında olan gömrük bəyannamələrinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli müqavilələr üzrə cavabdehin adından iddiaçının adına invoys dəyəri cəmi 1.165.495,5 ABŞ dolları olan taxıl məhsulları Azərbaycan Respublikasına gətirilmişdir.

25. Məhkəmədə verdiyi izahatında iddiaçının nümayəndəsi əvvəl mübahisəli müqavilələr üzrə pul köçürmələrinin 1.1**.*** ABŞ dollar ı məbləğində olması, lakin həmin müqavilələr üzrə həmçinin nəğd ödənişlərin edilməsi ehtimalının mövcud olmasını vurğulamış, sonrakı məhkəmə iclasında isə iddiaçı tərəfindən iki müqavilə üzrə cəmi 2.*2*.*** ABŞ dolları məbləğində ödəniş edilməsini qeyd etmiş, lakin məhkəmənin təklif etməsinə baxmayaraq qalan 92*.*** ABŞ dolları (2.*2*.***-1.1**.***) məbləğində ödənişi təsdiq edən sübutları təqdim etməyəcəyini, məhkəməyə iddiaçı şirkət adından ödəniş edilməsi barədə arayış verə biləcəyini bildirmişdir.

26. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə sənədləri iş materiallarına əlavə edilmiş 1.1**.*** ABŞ dolları məbləğində ödənişlərdən əlavə mübahisəli müqavilələr üzrə hər hansı ödəniş alması faktını inkar etmişdir.

27. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflərin məhkəməyə təqdim etdiyi sübutlara əsasən mübahisəli müqavilələr üzrə iddiaçı tərəfindən ödənilmiş 1.1**.*** ABŞ dollarının müqabilində cavabdeh tərəfindən 1.165.495,5 ABŞ dolları məbləğində malların təqdim edilməsi müəyyən edildiyindən iddiaçının həmin müqavilələr üzrə artıq ödəməsinin olması öz təsdiqini tapmır.

28. İddiaçının məhkəməyə təqdim etdiyi qarşılıqlı borcların üzləşdirilməsi aktına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin aktda tərəflər mübahisəli müqavilələr üzrə deyil, 2*21-ci il 21 yanvar tarixli GR-33-SUM-1 və 2*21-ci il 2* avqust tarixli GR-41-Sum müqavilələri üzrə cavabdehin iddiaçıya borcunun olmasını təsdiq etdiyindən sözügedən akt hazırkı mübahisəyə aidiyyəti olan sübut kimi qiymətləndirilə bilməz.

29. İddiaçının irəli sürdüyü ikinci iddia tələbi mübahisə li müqavilələr üzrə ödənilmiş qabaqcadan ödənişin müqabilində malları təqdim etmək öhdəliyinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Həmin hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı məhkəmə qərarları ilə inzibati qaydada cərimələnmişdir.

30. Bununla bağlı məhkəmə ilk növbədə qeyd etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi iş materiallarında olan sübutlara əsasən cavabdehin mübahisəli müqavilələr üzrə avans ödənişlərinin müqabilində malların təqdim edilməməklə həmin müqavilələr üzrə öhdəliklərini pozması öz təsdiqini tapmamışdır. İkincisi, iddiaçının istinad etdiyi inzibati xətaya dair işlər üzrə məhkəmə qərarlarına gəldikdə məhkəmə qeyd etmişdir ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi tərəflər arasında mübahisəli müqavilələrdən əvvəl və sonra çoxsaylı müqavilələr bağlanmışdır. İstinad edilən məhkəmə qərarlarında isə tərəflər arasında bağlanmış müqavilələrə ümumiyyətlə istinad edilməmiş, cərimə növündə inzibati tənbehin məhz hansı müqavilələr üzrə malların Azərbaycan Respublikasına gətirilməməsinə görə tətbiq edilməsi müəyyən edilməmişdir.

31. İkincisi, həmin qərarlarda inzibati tənbehin tətbiq edilməsi üçün əsas kimi ödənişlərin müqabilində malların cavabdeh tərəfindən Azərbaycan Respublikasına gətirilməməsi faktına deyil, iddiaçının həmin ödənişlərinin müqabilində malların gətirilməsini təsdiq edən gömrük bəyannamələrini banka təqdim etməməsi faktına istinad edilmişdir. Odur ki, yuxarıda istinad edilə n qərarlar cavabdehin mübahisəli müqavilələr üzrə ödənişlərin müqabilində malları təqdim etməməsi, faktını təsdiq etmir.

32. Belə olan halda isə, iddiaçıya maddi zərərin vurulması faktı, yəni barəsində inzibati cərimələrin tətbiq edilməsi faktı öz təsdiqini tapsa da, həmin zərərin məhz cavabdeh tərəfindən mübahisəli müqavilələr üzrə öhdəliklərinin təqsirli pozuntusuna yol verilməsi ilə bağlı vurulması, eləcə də inzibati tənbehin tətbiqi ilə cavabdehin əməli arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilmir.

33. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsinə əsaslanaraq irəli sürdüyü 182.9** ABŞ dolları məbləğində maddi zərərin ödənilməsi tələbi də əsassız olmaqla rədd edilməlidir.

34. Birinci ins tansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 21.1, 21.2, 34*.2, 385.1, 4*5.1, 442, 443.1, 443.7, 448.1, 567, 599.3-cü maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 2*19-cu il 18 mart tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34*.2-ci maddəsinin şərh edilməsinə” dair 2*22-ci il 18 mart tarixli qərarlarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 8*, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın təmin edilmə si barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2*24-cü il 23 aprel tarixli 2-2(1*3)-432/2*24 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan və yuxarıda istinad olunan ödəniş sənədlərinə əsasən hazırkı mübahisənin predmeti olan Müqavilə İ və İİ üzrə iddiaçının cavabdehə ödədiyi pul vəsaitlərinin cəmi 1.1**.*** ABŞ dolları təşkil edir və iddiaçı tərəfindən həmin ödəniş sənədlərində n başqa sübutlar təqdim edilməmişdir.

38. İddiaçının istinad etdiyi inzibati xəta haqqında qərarlarla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, öhdəliyin pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda bu növ iddialar üzrə cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.

39. Belə ki, iddiaçının istinad etdiyi inzibati xəta haqqında qərarlarda hazırkı mübahisənin predmeti olan Müqavilələrə istinad olunmamış və həmin qərarlara əsasən köçürül ən pul vəsaitlərinin qeyd olunan müqavilələr üzrə olması müəyyən edilmir.

40. Bundan başqa, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarda müəyyən edilən hallar MPM-in 82-ci maddəsində göstərilən hallara, yəni sübut etməkdən azad olan hallara aid deyil. Çünki həmin maddədə inzibati xəta haqqında qərarda müəyyən edilən halların mülki işə baxan məhkəmə üçün məcburi olması müəyyən edilməmişdir. Ona görə də hətta iddiaçının qeyd etdiyi inzibati xəta haqqında qərarlarda hazırkı mübahisənin predmeti olan Müqavilə İ və İİ-yə istinad olunsaydı belə, bu hal hazırkı məhkəmə üçün heç bir preyudisial əhəmiyyət daşımazdı və cavabdehin müqavilə üzrə malları iddiaçıya təhvil verməsinə dair sübutları təqdim etmək imkanını məhdudlaşdıra bilməzdi.

41. Təqdim edilmiş sübutlardan da müəyyən edilir ki, M üqavilə İ və İİ üzrə iddiaçı tərəfindən cavabdehə cəmi 1.1**.*** ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüş və bunun müqabilində cavabdehin adından iddiaçının adına invoys dəyəri cəmi 1.165.495,5 ABŞ dolları olan taxıl məhsulları Azərbaycan Respublikasına gətirilmişdir. Ona görə də iddiaçı tərəfindən irəli sürülmüş hər iki iddia tələbi müvafiq olaraq MM-in 599.3 və 443.1-ci maddələrinin dispozisiya şərtləri müəyyən edilmədiyinə görə təmin edilə bilməz.

42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normaları ilə əsaslandırmışdır.

43. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

44. MM-in 577.1-ci maddəsi üzrə - Müqavilə İ və İİ-də iddiaçıya verilməli buğdanın miqdarı çəki ilə, qiyməti xarici valyutada pulla ifadə olunmuşur.

45. MM-in 599.4-cü maddəsi üzrə - Cavabdeh dəyəri qabaqcadan ödənilmiş buğdanı vermək vəzifəsini icra etmədiyi üçün müqavilələrə görə verilməli olduğu gündən iddiaçıya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən MM-in 449-cu maddəsinə uyğun faizlər ödəməlidir. Məhkəmə maddi hüquq normasını hazırkı mübahisəyə tətbiq etməmişdir.

46. MM-in 4*5.1-ci maddəsi üzrə - İddiaçı və cavabdeh aralarında bağlanmış Müqavilə İ və İİ-in bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Eyni zamanda müqavilənin predmetinə dair şərtlər iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh şərtləri lazımınca yerinə yetirməmişdir. İddiaçı müqavilələr üzrə Rusiya mənşəli buğdanın alınması üçün avans pul köçürmüş, cavabdeh vəsaiti qəbul etmiş, lakin köçürülən pul həcmində buğda məhsulunu tam olaraq idxal etməmişdir. Məhkəmə tərəfindən qeyd edilən normaya istinad edilsə də, müqavilənin predmetinə dair şərtlərin iddiaçı tərəfindən tam olaraq yerinə yetirilməsinə, cavabdeh tərəfindən isə yerinə yetirilməməsinə əhəmiyyət verilməmiş, sonda səhv hüquqi nəticəyə gəlinmişdir. 47. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndi üzrə - Məhkəmə hazırkı mübahisəni tənzimləyən bu qaydaya nəzər və diqqət yetirməmişdir. Halbuki həmin qaydada birmənalı şəkildə qeyd edilmişdir ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 1*.*** ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İddiaçı tərəfindən Müqavilə İ və İİ üzrə buğdanın alınması məqsədilə ödəniş tapşırıqları ilə cəmi 2.*8*.*** ABŞ dolları cavabdehin bank hesabına pul köçürülümş, köçürülmüş məbləğin 1.165.495,5* ABŞ dolları hissəsi həcmində buğda Azərbaycana idxal olunmuş, gömrük bəyənnamələri köçürməni həyata keçirən Banka təqdim etmiş, köçürülən vəsaitin 914.5*4.5* ABŞ dolları hissəsi həcmində buğda 2 il ərzində Azərbaycana idxal edilmədiyi üçün köçürməni həyata keçirən Bank bu barədə Mərkəzi Banka müraciət etmişdir və iddiaçı barəsində müvafiq qaydada inzibati tədbirlər həyata keçirilmişdir ki, bu tədbirləri təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir.

48. MM-in 568.1-ci maddəsi üzrə - Müqavilə İ və İİ görə malın alınması üçün pul vəsaitinin köçürülməsini təsdiq edən sənədlər ödəniş tapşırıqlarıdır, malın ölkəyə idxal olunmasını təsdiq edən sənədlər gömrük bəyannamələridir və bu bəyannamələr əsasında vəsaiti köçürən Bankın ödəniş tapşırıqlarının əsl nüsxələrində qeydləridir. Cavabdeh malın alınmasına dair vəsaitin iddiaçı tərəfindən avans köçürülməsinə baxmayaraq, müqavilə ilə razılaşdırılmış qaydada malı tam həcmində Azərbaycana idxal etməmişdir.

49. MM-in 567-ci maddəsi üzrə - Müqavilə İ və İİ görə cavabdeh buğdanı iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə buğdanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürsə də, iddiaçı həmin müqavilələr üzrə üzərinə düşən öhdəliyi avans pul köçürməklə yerinə yetirmə sinə baxmayaraq, digər tərəf olan cavabdeh öhdəliyini tam yerinə yetirməyərək buğda məhsulunu tam həcmində Azərbaycana idxal etməmişdir.

50. MM-in 595.1-ci maddəsi üzrə - Cavabdeh Müqavilə İ və İİ üzrə öhdəliyini yerinə yetirmədiyi üçün iddiaçı tərəfindən cavabdehə məktub, pretenziya və mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh iddiaçı tərəfindən göndərilən bu sənədləri qəbul etdikdən sonra hər hansı bir etirazı daxil olmamışdır, əksinə mübahisənin həlli məqsədilə mediasiyanın tətbiqi barədə müqaviləni imzalamışdır və sonradan mediasiyada iştirak edilməsindən imtina etmişdir.

51. MM-in 21.1, 21.2, 443.1-ci maddələri üzrə - Zərər 182.9** ABŞ dollarıdır. Hansı ki, inzibati xətanın bilavasitə obyekti olmuş 914.5*4 ABŞ dolları valyuta vəsaiti məbləğinin 2* faizidir. Bakı şə həri Nərimanov Rayon Məhkəməsi tərəfindən bununla bağlı 4 qərar qəbul edilmişdir. Zərərin öhdəliyi pozulması nəticəsində vurulması qabaqcadan ödəniş məbləğini almış cavabdeh 914.5*4 ABŞ dolları məbləğində buğdanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etməmiş, öhdəliyini pozmuşdur. Zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddiaçı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolların məzmununda iddiaçı tərəfindən hansı məbləğdə vəsaitin, hansı tarixdə göndərilməsi, vəsaiti alan şəxsin adı, göndərilən vəsaitdən nə qədər malın ölkəyə idxal edilməməsi tam olaraq açıq formada qeyd edilmişdir. Zərər vuran şəxsin təqsirli olmasını Müqavilə İ və İİ üzrə cavabdehə qabaqcadan köçürülmüş ödənişlərdən 914.5*4 ABŞ dolları məbləğində ödənişin müqabilində mallar (taxıl) iddiaçıya göndərilməmişdir. Göründüyü kimi hazırkı işdə bu əsasların hamısının mövcud olmasına baxmayaraq, məhkəmə zərərin əvəzinin ödənilməsini təmin etməməklə, düzgün nəticəyə gəlməmişdir.

52. MM-in 599.3-cü maddəsi üzrə - İddiaçı tərəfindən qabaqcadan (avans) olaraq köçürülmüş ödənişlər Banklar tərəfindən təsdiq edilən ödəniş tapşırıqları ilə təsdiq olunur. Məhkəmənin iki müqavilə üzrə qabaqcadan (avans) olaraq köçürülmüş ödənişlərin ümumi məbləğini müəyyən etmək, araşdırmaq imkanı olmasına baxmayaraq, araşdırılmamış, bununla bağlı sorğu göndərilərək məlumat alınmamış, ümumiyyətlə mübahisənin düzgün həllinə heç bir səy göstərilməmişdir. “X2” ASC və "xxxx" ASC vasitəsilə Ümumilikdə: 2 müqavilə üzrə 2.*8*.*** ABŞ dolları avans olaraq pul vəsaiti köçürüldüyü halda, məhkəmə qətnaməsində qeyd etmişdir ki, müqavilələr üzrə 1.1**.*** ABŞ dolları məbləğində pulun köçürülməsi faktı işin mübahisəsiz halını təşkil edir. Hesab edirik ki, məhkəmənin belə nəticəyə gəlməsi yanlışdır. Müqavilə İ və İİ əsasında iddiaçı tərəfindən qabaqcadan (avans) olaraq cavabdehə köçürülmüş məbləğ ümumilikdə 2.*8*.*** ABŞ dolları təşkil etmişdir. Aşağıda, mübahisəli müqavilələr üzrə hansı tarixdə, hansı müqavilə üzrə, hansı bank vasitəsilə, nə qədər qabaqcadan (avans) olaraq pulun köçürülməsi öz əksini tapır. a) Müqavilə İ üzrə cavabdehə: 1) "xxxx" ASC vasitəsilə 2*21-ci il 5 mart tarixində 2**.*** ABŞ dolları; 2) "xxxx" ASC vasitəsilə 2*21-ci il 11 mart tarixində 2**.*** ABŞ dolları; 3) "xxxx" ASC vasitəsilə 2*21-ci il 18 mart tarixində 1**.*** AB Ş dolları; 4) "xxxx" ASC vasitəsilə 2*21-ci il 21 aprel tarixində 48*.*** ABŞ dolları; 5) "xxxx" ASC vasitəsilə 2*21-ci il 24 may tarixində 1**.*** ABŞ dolları; 6) “X2” ASC vasitəsilə 2*21-ci il 4 may tarixində 6**.*** ABŞ dolları; 7) “X2” ASC vasitəsilə 2*21-ci il 17 may tarixində 1**.*** ABŞ dolları; 8) “X2” ASC vasitəsilə 2*21-ci il 1 iyun tarixində 2**.*** ABŞ dolları; Ümumilikdə: 1.98*.*** ABŞ dolları. b) Müqavilə İİ üzrə cavabdehə: 1) “X2” ASC vasitəsilə 2*21-ci il 8 iyun tarixində 1**.*** ABŞ dolları pul köçürülmüşdür. Ümumilikdə: 2 müqavilə üzrə 1.98*.***+1**.***=2.*8*.*** ABŞ dolları. Digər tərəfdən, iş materiallarında olan gömrük bəyannamələrinə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisəli müqavilələr üzrə cavabdehin adından iddiaçının adına invoys dəyəri cəmi 1.165.49 5,5 ABŞ dolları olan taxıl məhsulları Azərbaycan Respublikasına gətirilmişdir. Beləliklə, mübahisəli müqavilələr üzrə iddiaçı tərəfindən ödənilmiş 2.*8*.*** ABŞ dollarının müqabilində cavabdeh tərəfindən 1.165.495,5 ABŞ dolları məbləğində mallar göndərildiyindən iddiaçının həmin müqavilələr üzrə 2.*8*.***- 1.165.495,5=914.5*4 ABŞ dolları artıq ödəməsi olmuşdur. Qabaqcadan ödəniş məbləğini almış cavabdeh 914.5*4 ABŞ dolları məbləğində buğdanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etməmiş və bununla da iddiaçının buğda üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmamış, hüquq normasının pozulmasına yol verilmişdir.

53. MPM-in 76.1-ci maddəsi üzrə - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddiaçı barəsində tərtib edilmiş adları yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş bütün sənədlər Nərimanov rayon məhkəməsinə rəsmi olaraq göndərilmişdir və həmin sənədlər üzrə elektron məhkəmə sistemində mövcuddur. Həmin protokolların məzmununda iddiaçı tərəfindən hansı məbləğdə vəsaitin, hansı tarixdə göndərilməsi, vəsaiti alan şəxsin adı, göndərilən vəsaitdən nə qədər malın ölkəyə idxal edilməməsi tam olaraq açıq formada qeyd edilmiş, eyni zamanda protokola bununla bağlı sübutlar qismində qoşma olaraq ödəniş sənədləri və müqavilələr əlavə edilmişdir.

54. MPM-in 9.1-ci maddəsi üzrə - Müqavilə İ və İİ əsasında iddiaçı tərəfindən qabaqcadan (avans) olaraq cavabdehə köçürülmüş m əbləğ ümumilikdə 2.*8*.*** ABŞ dolları təşkil etmişdir. Müqavilə İ üzrə 2*21-ci il 4 may tarixində köçürülmüş 6**.*** ABŞ dolları pul vəsaitinin 85,5* USD hissəsi məbləğində olan malların Azərbaycana idxal olunması istisna olmaqla qalıq 514.5*4,5* ABŞ dolları, 2*21-ci il 17 may tarixində köçürülmüş 1**.*** ABŞ dolları, 2*21-ci il 1 iyun tarixində köçürülmüş 2**.*** ABŞ dolları və Müqavilə İİ üzrə 2*21-ci il 8 iyun tarixində 1**.*** ABŞ dolları məbləğində buğda məhsulu Azərbaycana idxal olunmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 43*.4-cü maddəsi ilə iddiaçı barəsində 182.9** ABŞ dolları məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, hansı ki, iddia tələbində vurulmuş maddi zərər kimi cavabdehdən tutulması tələb edilmişdir. 182.9** ABŞ dolları cərimə inzibati xətanın bilavasitə obyekti olmuş 914.5*4 ABŞ dolları valyuta vəsaiti məbləğinin 2* faizidir. Ədalət mühakiməsi faktlar əsasında həyata keçirilmədiyi üçün xüsusilə külli miqdar təşkil edən və ölkədən kənara çıxan 914.5*4,5* ABŞ dolları vəsaitin ABŞ şirkəti tərəfindən mənimsənilməsinə, Azərbaycan şirkəti olan iddiaçının iflasına şərait yaratmışdır.

55. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə mübahisəyə düzgün yanaşmamış və sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmənin İnzibati xəta haqqında qərarların mübahisənin predmeti olan Müqavilə İ və İİ-yə aid olub-olmamasını araşdırmaq imkanı olmasına baxmayaraq, araşdırılmamış, bununla bağlı sorğu göndərərək məlumat almamış, ümumiyyətlə mübahisənin həllinə səy göstərməmişdir. İddiaçının tələbinin əksini ifadə edəcək sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir, ya lnız formal mülahizələrə əsaslanmışdır. Cavabdeh tərəfindən yalnız işə aidiyyəti olmayan ərizələr verməklə mübahisəyə aidiyyəti olmayan üçüncü şəxslərin işə cəlb olunmasına nail olmuşdur. Həmin şəxslər də məhkəmədə hazırkı mübahisənin onlara heç bir aidiyyətinin olmamasını qeyd etmişlər. İddiaçının təqdim etdiyi mötəbər sübutları məhkəmə qiymətləndirə bilməmişdir. Hazırkı iş üzrə məhkəmə mövcud olmayan və formal mülahizələrə əsaslanan və yalan ifadələr üzərində qurulan cavabdehin izahatlarını sübut kimi müəyyən etmiş və qiymətləndirmişdir.

56. MPM-in 82-ci maddəsi üzrə - Apellyasiya instansiya məhkəməsi hazırkı mübahisəyə qeyd edilən prosessual hüquq normasını tətbiq etməməklə səhv hüquqi nəticəyə gəlmişdir Hazırkı mübahisəyə birbaşa aidiyyəti olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları vardır və həmin qərarlar qəbul edilərkən protokolla birlikdə məhkəməyə təqdim edilmiş sübutlar da iş üçün mühüm əhəmiyyət daşıyır. Bu qərarlardan bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Qanuni qüvvəyə minmiş bu qərarlar ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar hazırkı iş üzrə məcburidir. Həmin qərarlarda vəsaitin qabaqcadan köçürülməsi və köçürülmüş vəsait həcmində buğdanın 2 il ərzində ölkəyə idxal olunmadığı üçün qaytarılmalı olan 914.5*4 ABŞ dolları valyuta vəsaiti inzibati xətanın bilavasitə obyekti olmuş və iddiaçı İXM-nin 43*.4-cü maddəsinə müvafiq olaraq 2*% miqdarında, yəni 182.9** ABŞ dolları cərimə edilmişdir.

57. MPM-in 14.1, 14.2-ci maddələ ri üzrə - Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İddiaçı həqiqətə nail olmaq üçün Mərkəzi Bankı, "xxxx" ASC-ni və "xxxx" ASC-ni üçüncü şəxs kimi işə cəlb etməkdə məqsədi, hazırkı mübahisə ilə əlaqədar sübutların təqdim edilməsi və qiymətləndirilməsinə şərait yaratmaq olmuşdur. Elektron Məhkəmə Sistemi vasitəsilə məhkəməyə təqdim olunan bütün sənədləri, ərizələri və s. bütün tərəflər görür. Əgər iddiaçının hazırkı mübahisəni qaldırmaqda subyektiv hüququ olmasa idi, üçüncü şəxslər münasibət bildirərdilər. Münasibətin bildirilməməsi iddiaçının tələbinin haqlı olmasını sübut edir. İddiaçı işin hərtərəfli, tam və obyektiv tədqiqinə dair bütün sənədləri məhkəməyə təqdim etmişdir, məhkəmə isə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2*19-cu il 18 mart tarixli qərarı ilə təsbit edilmiş “hüquqi həqiqət” prinsipinə də əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

59. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 4*3.1 və 416-cı maddələri).

60. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, ape llyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

61. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəz ərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə 34*. Uydurma və yalan əqdlərin etibarsızlığı... 34*.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə 4*5. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 4*5.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu i lə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabd ehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....”

62. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 2*19-cu il 18 mart tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “...çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübut ların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır....”

63. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34*.2-ci maddəsinin şərh edilməsinə” dair 2*22-ci il 18 mart tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “...məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə gör ə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 34*.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir....”

64. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.... 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətlə ri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 1* faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir....” “Maddə 8*. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 2*9. İşə mahiyyəti üzrə baxmağın qurtarması... 2*9.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Mə hkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

361. Apellyasiya şikayətinin məzmunu... 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə 4*7. Kassasiya şikayətinin forması, məzmunu və ə lavə edilən sənədlər... 4*7.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsasız hesab edir.

66. İddiaçı tərəfindən Müqavilə İ və İİ üzrə buğdanın alınması məqsədilə ödəniş tapşırıqları ilə cəmi 2.*8*.*** ABŞ dolları cavabdehin bank hesabına pul köçürülməsinə dair dəlilləri üzrə qeyd olunur ki, həmin rəqəmin cəmi 1.1**.*** manat təşkil etməsi iddiaçının özünün təqdim etdiyi ödəniş sənədləri əsasında hazırkı işə baxan məhkəmələr tərəfindən müəyyən edilm işdir.

67. İş üzrə qəbul edilmiş qətnamələrdən və iş materiallardan o da məlum olur ki, məhkəmədə verdiyi izahatında iddiaçının nümayəndəsi əvvəl mübahisəli müqavilələr üzrə pul köçürmələrinin 1.1**.*** ABŞ dolları məbləğində olması, lakin həmin müqavilələr üzrə həmçinin nağd ödənişlərin edilməsi ehtimalının mövcud olmasını vurğulamış, sonrakı məhkəmə iclasında isə iddiaçı tərəfindən iki müqavilə üzrə cəmi 2.*2*.*** ABŞ dolları məbləğində ödəniş edilməsini qeyd etmiş, lakin məhkəmənin təklif etməsinə baxmayaraq qalan 92*.*** ABŞ dolları (2.*2*.***-1.1**.***) məbləğində ödənişi təsdiq edən sübutları təqdim etməyəcəyini, məhkəməyə iddiaçı şirkət adından ödəniş edilməsi barədə arayış verə biləcəyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə sənədlə ri iş materiallarına əlavə edilmiş 1.1**.*** ABŞ dolları məbləğində ödənişlərdən əlavə mübahisəli müqavilələr üzrə hər hansı ödəniş alması faktını inkar etmişdir.

68. İddiaçının öz mövqeyini əsaslandırmaq üçün hazırkı kassasiya şikayətinə əlavə etdiyi sənədlərə gəldikdə isə, məhkəmə kollegiyası MPM-in 4*7.2-ci maddəsinin (bax § 64) tələbləri baxımından onlara kassasiya icraatında istinad olunmasını və bununla əlaqədar hüquqi qiymətləndirmə aparılmasını ümumiyyətlə yolverilməz hesab edir.

69. Belə ki, MPM-in: - 78.1-ci maddəsinin (bax § 64) tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsasl ar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. - 2*9.3-cü maddəsinin (bax § 64) tələbinə görə, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. - 361.4-cü maddəsinin (bax § 64) tələbinə görə, apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şika yətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. - 372.2-ci maddəsinin (bax § 64) tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

70. Bütün qeyd edilən prosessual normalar ona xidmət edir ki, hər bir proses iştirakçısı öz məsuliyyətini dərk edərək iş üzrə malik olduğu sübutları vaxtında məhkəməyə təqdim etsin, qarşı tərəf də bundan xəbərdar olaraq çəkişmə prinsipinə uyğun olaraq həmin sübutlara qarşı öz mövqeyini düzgün şəkildə qura bilsin, eyni zamanda məhkəmə həmin sübutlar əsasında i ş üzrə düzgün nəticəyə gələrək qəbul etdiyi aktları lazımi qaydada əsaslandıra bilsin. İstənilən məhkəmə qərarı yuxarı məhkəmə tərəfindən yalnız o halda ləğv edilə bilər ki, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilsin, yəni qanunsuz və əsassız olsun.

71. Beləliklə, iddiaçı kassasiya şikayətində istinad etdiyi dəlilləri və bu şikayətə əlavə etdiyi sənədləri hazırkı kassasiya icraatında deyil, prosessual qanunun tələblərinə əməl etməklə müvafiq aşağı məhkəmə instansiyasında təqdim etməli idi. 72. 182.9** ABŞ dolları məbləğində zərərin 4 məhkəmə qərarı ilə tətbiq edilən inzibati cərimələr nəticəsində yaranmasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə, tərəflər arasında mübahisəli müqavilələrdən əvvə l və sonra çoxsaylı müqavilə münasibətləri mövcud olmuşdur. İstinad edilən inzibati cərimələrin tətbiqi haqqında məhkəmə qərarlarında isə tərəflər arasında bağlanmış müqavilələrə ümumiyyətlə istinad edilməmiş, inzibati cərimənin məhz hansı müqavilələr üzrə malların Azərbaycan Respublikasına gətirilməməsi ilə bağlı tətbiq edilməsi müəyyən edilməmişdir.

73. Ən azından, iş üzrə qəbul edilmiş qətnamələrdən görünür ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi tərəflər arasında bağlanmış 2*21-ci il 21 yanvar tarixli GR-33SUM-1 saylı və 2*21-ci il 2* avqust tarixli GR-41-Sum saylı müqavilələr üzrə qarşılıqlı üzləşmə aktında 2*21-ci il 2 dekabr tarixinə cavabdehin iddiaçıya borcunun 86*.*96,5* ABŞ dolları təşkil etdiyi qeyd olunmuşdur. Lakin həmin borcun hazırda mübahisə predmeti olan müqavilələrlə bağlılığının olmaması səbəbindən məhkəmə sözügedən aktı hazırkı mübahisəyə aidiyyəti olan sübut kimi qiymətləndirməmişdir.

74. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçı tərəfindən mübahisəli müqavilələr üzrə cavabdehə ödənilmiş avans məbləğinin cəmi 1.1**.*** ABŞ dolları təşkil etməsinə və iddia olunan zərərin əvəzinin ödənilməsinə dair əsasların mövcud olmamasına dair mövqeyi ilə razılaşmamaq üçün hər hansı əsas tapmır.

75. Məhkəmənin işin hallarını araşdırmaq üçün aidiyyəti üzrə sorğu göndərməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, MPM-in 78.2-ci maddəsinin (bax § 64) tələblərinə uyğun olaraq, ilk növbədə iddiaçı tərəfin özü belə sorğularla müvafiq ünvanlara müraciət etməli, yalnız həmin sorğular nəticəsiz qaldığı təqdirdə məhkəmə tərəfindən so rğu verilməsi üçün müraciət etməli idi. Lakin iddiaçının sözügedən prosessual tələblərə əməl etmək şərtilə məhkəməyə müvafiq vəsatət verməsi iş materiallarından görünmür.

76. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 64) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 64) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

77. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 2*24-cü il 23 aprel tarixli 2-2(1*3)-432/2*24 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2*24-cü il 23 aprel tarixli 2-2(1*3)-432/2*24 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar