Məhkəmə qərarları › İş №2-2(102)-709/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-709/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-709/2024 23.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç və İnzibati Kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli e-2-2(117)-1583/2024 nömrəli qərardadına əsasən, Zaqatala Rayon Məhkəməsi ilə Şəki Kommersiya Məhkəməsi arasında fikir ayrıl ığının həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Zaqatala Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 25 iyul tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.980 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sifarişlə məişət avadanlıqların alqı-satqısı ilə məşğul olmuş, hazırda sahibkarlıq fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. 2023-cü il 18 deka br tarixində cavabdeh ondan ümumi olaraq 2.540 manat dəyərində bir neçə məişət avadanlıqları nisyə olaraq almışdır. Həmin avadanlıqların dəyərindən ilkin olaraq 560 manat ödəmiş, yerdə qalan 1.980 manat məbləği 6 ay ərzində hissə-hissə ödəyəcəyinə söz vermişdir. Lakin həmin məbləğdən bu günədək heç bir manat ödəniş etməmiş və öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də cavabdehə şikayət edəcəyini bildirdikdə, cavabdeh 2024-cü il 7 may tarixində ona yazılı kağız verərək ona ümumi olaraq 1.980 manat borclu olduğunu etiraf etmiş və həmin borcunu 2 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ona olan 1.980 manat pul borcunu bu günədək ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, öz öhdəliyini icra etməmişdir. Bununla da, cavabdeh aralarında 2024-cü il 7 may tarix ində gəldikləri razılaşmaya əsasən ona olan 1.980 manat pul borcunu 2 ay ərzində ödəyəcəyinə söz versə də, öhdəliyini gecikdirmişdir. Beləliklə, cavabdehin ona ödəməli olduğu 1.980 manat pul vəsaitinin cavabdehdən məcburi qaydada alınıb ona ödənilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur.

3. Zaqatala Rayon Məhkəməsinin 2024-cü il 3 oktyabr tarixli e-2(033)-930/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – V.Məmmədov).

4. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışlara əsasən, iddiaçı ixtisaslaşdırılmış mağazalarda kosmetika və ətriyyat mallarının pərakəndə satışının fəaliyyətinə görə vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatd an keçmiş, fəaliyyətini müvəqqəti dayandırmışdır. Cavabdeh isə taksi fəaliyyətinə görə vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatdan keçmiş, hazırda VÖEN statusu aktivdir. Göründüyü kimi, tərəflər fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslərdir, mübahisənin predmeti pulun ödənilməsi tələbidir, iddiaçı cavabdehə mal verdiyi zaman onun VÖEN statusu aktiv olmuş və tərəflərin hüquqi münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. b) Şəki Kommersiya Məhkəməsindəki icraat

5. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli e-2-2(117)-1583/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – M.Hüseynov).

6. Kommersiya məhkəməsinin mövqeyi ondan i barət olmuşdur ki, iş materiallarından göründüyü kimi, hazırkı mübahisənin məzmunu cavabdeh tərəfindən iddiaçıdan nisyə məişət avadanlıqlarının alınması və borcun ödənilməməsi ilə bağlıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumata əsasən cavabdehin VÖEN hesabı mövcuddur. Lakin bu hal cavabdehin qeyd edilən məişət avadanlıqlarını özünün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aldığını güman etməyə imkan vermir. İddia tələbinin predmeti cavabdehin şəxsi istehlakı məqsədilə almış olduğu məişət avadanlıqlarının dəyərinin ödənilməsi olduğundan və həmin şəxs sahibkar statusuna malik olsa belə, mübahisə tərəflər arasında yaranmış sahibkarlıq fəaliyyəti üzrə münasibətlərdən irəli gəlmədiyindən, işə hüquq münasibətlərinin xarakterinə görə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin h əyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının (bundan sonra – “Plenum Qərarı”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in ist inad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyi ldir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibka rlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” Ali Məhkəmənin mövqeyi

9. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir.

10. Kommersiya məhkəmələrinin baxmalı olduğu işlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin (bax § 7) tələblərindən aydın olur ki, işin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tər kibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

11. Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 8) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.

12. İş materiallarından g örünür ki, həm iddiaçı, həm də cavabdeh fərdi sahibkar kimi uçota alınmışlar. İddianın əsası kimi göstərilmiş hallardan (bax § 2) əlavə, iddiaçı ümumi məhkəmənin iclasında izahat verərək göstərmişdir ki, cavabdeh ondan mal götürüb satmaqla məşğul olurdu. İddiaçı işin baxılması üçün Şəki Kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir.

13. Mübahisə predmeti olan əmlakın cavabdeh tərəfindən məhz şəxsi istehlakı məqsədilə alınması isə iş materialları ilə öz təsdiqini tapmır.

14. Belə olan halda, qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.

15. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh pul tələbinə dair kommers iya işi məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar