Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-714/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Kəmalə Abiyeva (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 noyabr tarixli, 2-2(103)-1439/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 4615.00 (dörd min altı yüz on beş) manat əs as borc, 461 (dörd yüz altımış bir manat) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu kimi ödənilmiş məbləğin, ümumilikdə 5106 (beş min yüz altı) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3901/2021 saylı, 2021-ci il 18 oktyabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 4615 manat əsas borc, 250 manat cərimə borcu olmaqla, cəmi 4865 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh adından Vəkil Mənsim oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2021-ci il 29 iyun tarixli 2-2(103)-1439/2021 nömrəli qərardadı ilə apelyasiya şikayətinə apelyasiya qa ydasında baxılması qeyri-mümkün hesab edilmişdir. 2021-ci il 29 noyabr tarixində qərardad elektron kabinetə yüklənmiş,2021-ci il 5 dekabr tarixində həmin qərardaddan kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2021-ci il 5 dekabr tarixində verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmiş, sadəcə müəyyən qrafik cizgilər çəkilməklə kifayətlənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əl avədə göstərilmişdir. Eyni zamanda kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1.4-cü maddəsinin tələblərinə riayət edilməmiş, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması əks olunmamışdır. Məcəllənin 408.1, 408.1.1 və 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məs ələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsi 2021-ci il 29 iyun tarixli 2-2(103)-1439/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov
Məhkəmə qərarları › İş №2-2(102)-714/2021
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-714/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver