Məhkəmə qərarları › İş №2-2(102)-715/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-715/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-715/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "X1 Kompleksi” MMC-nin Cavabdehə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 22(106)-152/2024 nömrəli qətnaməsindən cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "X1 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 1 dekabr tarixli "2020-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair” 016 nömrəli müqaviləyə əsasən, Cavabdeh öhdəsində olan 40 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam-pambıq istehsal etməklə MMCyə satmağı öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş “Üzləşmə aktı”nda müqavilə üzrə 2021-ci il 15 iyun tarixinə fermer Cavabdeh 12.830,76 manat borcunun olması müəyyən edilmişdir.

3. MMC tərəfindən tərtib edilmiş maliyyə arayışına görə, müqaviləyə əsasən, Cavabdeh 12.830,76 manat borcu qalmışdır.

4. MMC-nin 202 4-cü il 27 aprel tarixli pretenziya məktubunda Cavabdeh 12.830,76 manat məbləğində borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. “X1 Kompleksi” MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 30 yanvar tarixində Cavabdehə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 12.678,89 manat, hesablanmış cərimə borcuna görə 2.535,77 manat və ödənilmiş mediasiya rüsumuna görə 200 manat olmaqla cəmi 15.414,66 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin (bax § 1) icrası ilə əlaqədar cavabdehə iddiaçıdan 51.923,95 manat məbləğində avans v əsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Lakin cavabdeh üzərinə götürmüş öhdəliyi tam şəkildə icra etməmiş, 2020-ci il mövsümü üzrə müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 12.678,89 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cərimənin məbləği 2.535,77 manat təşkil edir.

7. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya təhvil verdiyi pambıqdan nəmliyə və zibilliyə görə qanunsuz olaraq artıq faizlə pambıq çıxmışdır. İddiaçının verdiyi dərmanlar yararsız olmuş, onun adına saxta qaimə faktura tərtib edib pul hesablamışlar. İddiaçının tərtib etdiyi aprobasiya aktı təsdiqləyir ki, o, 30 -35 sentner pambıq məhsulu yerləşdirmişdir.

8. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 4 iyun tarixli e-2-2(121)-561/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 12.678,89 manat əsas borc, 130 manat cərimə borcu və ödənilmiş mediasiya xərcinin əvəzi 200 manat olmaqla, ümumilikdə 13.008,89 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi; iddianın 2.405,77 manat cərimə borcunun cavabdehdən tutulması hissəsində təmin edilməməsi qət olunmuşdur (hakim – E.Abdullayev).

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə işlərin görülməsi üçün 51.923,95 manat məbləğində avans ayrılmışdır. İddiaçı tərəfindən bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, iddiaçıya müqavilə üzrə, cəmi 12.678,89 manat borcu qalmışdır. Göründüyü kimi tərəflər arasında xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir.

10. Tərəflər arasında sonuncu dəfə imzalanmış üzləşmə aktına əsasən, 2021-ci il 1 iyun tarixinə cavabdehin iddiaçıya 12.830,76 manat borcunun olması müəyyən edilmişdir.

11. Göründüyü kimi, cavabdeh iddiaçıya olan 12.830,76 manat borcunu 2021-ci il 15 iyun tarixli üzləşmə aktı ilə də etiraf etmişdir.

12. Beləliklə, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması, həmin müqavilə üzrə iddiaçı tərəfindən 51.923,95 manat məbləğində aqrotexniki işlərin görüldüyü işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddia əsas borca münasibətdə əsaslıdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir.

13. Bundan əlavə, məhkəmə, iddiaçı tərəfindən verilmiş toxum və dərman məhsullarının keyfiyyətsiz olması, habelə saxta qaimə faktura tərtib edilməsi ilə bağlı cavabdehin etirazında qeyd etdiyi halları araşdıraraq müəyyən etmişdir ki, dərmanların keyfiyyətsiz olması ilə bağlı iddiaçının öhdəlik daşıması nə tərəflər arasında bağlanmış müqavilə şərtlərində, nə də ki, işdə olan sənədlərlə öz təsdiqini tapmır. Halbuki cavabdeh üzləşmə aktını imzalayaraq 12.830,76 manat borcunun olduğunu təsdiq etmişdir. Sonradan üzləşmə aktının cavabdeh tərəfindən mübahisələndirildiyi işdə olan sənədlərlə mü əyyən olunmur.

14. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 14.2.1, 385.1, 386.1, 390.4, 442, 445.1, 445.2, 448.1, 448.2, 460.1, 462.1, 462.3, 467, 567, 599.1, 599.3, 600.1, 882.1, 882.2, 882.5-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul o lunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(106)-152/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və P.Əhmədov).

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla o na münasibətdə ləğv edilə bilməz. Cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etsə də, buna əsas ola biləcək müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi normaları ilə əsaslandırmışdır.

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. MM-in 1.1, 1.2, 6.1.1, 6.1.4, 6.1.7, 6.1.8, 6.1.9, 373.2-ci maddələri üzrə - Kassator bildirir ki, birinci instansiya və apellyasiya məhkəməsi onun hüquqlarının müdafiəsinin həyata keçi rilməsinə imkan və şərait yaratmamışdır. İddiaçı ilə 2019-cü il 1 dekabr tarixində 2020-ci ilin xam pambıq-məhsulunu alqı-satqısına dair müqavilə bağlanmışdır. 2024-cü ildə iddiaçı, yəni 4 il sonra məhkəməyə müraciət etmişdir. Müddətin keçməsi ilə bağlı birinci instansiya məhkəməsinə vəsatət verilməsinə baxmayaraq nəzərə alınmamışdır. Apellyasiya instansiyasında isə cavabdehin iştirakı belə qəbul olunmamışdır.

21. MPM-in 69.1, 71, 135.6, 135.7, 135.8-ci maddələri üzrə - Qeyd olunduğu kimi apellyasiya şikayəti elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçməklə “elektron kabinet” vasitəsi ilə vəkil tərəfindən asan imza ilə təsdiq edilmişdir. Bütün bunlara baxmayaraq məhkəmənin vaxtı və yeri haqqında məlumat “elektron kabinet”ə yerləşdirilməmişdir. Bundan başqa, bu haqda nümayəndə və vəkilin telefonuna “SMS”-lə göndərilməmişdir. 2024-cü il 19 sentyabr tarixində apellyasiya şikayətinə baxılmış və qətnamə qəbul edilmişdir. 2024-cü il 23 sentyabr tarixində 17:04 radələrində vəkil və nümayəndənin telefonuna vəkil və nümayəndə kimi qeydə alınması haqda “SMS”-lər daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməməklə MPM-in tələbləri tamamilə pozulmuşdur. MPM-in tələblərinə əməl edilməklə vəkillə müqavilə bağlayıb ona etibarnamə verilmiş, apellyasiya şikayətinə vəkil orderi və ona verilmiş etibarnamə əlavə edilmiş, dövlət rüsumu ödənilmişdir. Lakin apellyasiya instansiyası müqavilə bağladığım vəkili və etibarnamə verdiyim nümayəndəmi qəbul etməmişdir. Apellyasiya şikayətinə baxdıqdan 4 gün sonra məlumat SMS-lə bildirmişdir ki, sizi vəkil və nümayənd ə kimi indi tanıdıq. Həmin SMS daxil olan vaxt artıq apellyasiya şikayətinə 4 gün idi ki baxılmışdır. Bununla da apellyasiya instansiyası tərəfindən apellyasiya şikayətinə özləri baxarkən qanunun tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

23. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilm əsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başq a şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, q arışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilm iş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqa vilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər...” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.... 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....” “Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (m övcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.... 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.”

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 1 25-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında aşağıdakılar müəyyən edilmişdir: “...Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair mənt iqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir....”

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarında müəyyən edilmişdir ki: “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.”

28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız və formal xarakterli hesab edir.

30. İddia müddətinin tətbiqinə dair cavabdehin vəsatətinin məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, birinci instansiya məhkəməsində cavabdeh tərəfin məhkəməyə belə vəsatətlə müraciət etməsi iş materiallarında n görünmür. Cavabdeh bu dəlillərini birinci instansiya icraatında təqdim etmək üçün bütün imkanlara malik olduğu halda, yalnız birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində bildirmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərdən (bax § 27) aydın olur ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiy a məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.

31. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh tərəfə məlumat verilməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin 2024-cü il 19 sentyabr tarixinə təyin edilmiş iclasının vaxtı və yeri barədə məlumatı əks etdirən SMS bildirişin “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə 2024-cü il 6 avqust tarixində cavabdehə göndərilməsi iş materialları ilə öz təsdiqini tapmaqdadır (i/v 117). Beləliklə, cavabdeh tərəfin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması MPM-in 135.5 və 135.8-ci maddələri (bax § 28) ilə müəyyən edilmiş qaydada həyata keçirilmişdir.

32. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaət ə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 28) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

33. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 2-2(106)-152/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli 2-2(106)-152/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar