Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-717/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilənin ləğv edilməsi, lizinqin dövlət qeydiyyatının ləğvi, əmlakın boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 qarşı müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılma sı tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 iyul tarixli, 2-2(103)-777/2025 nömrəli qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Cavabdeh7 İddiaçı MMC-yə ünvanladığı 2024-cü il 22 may tarixli ərizədə sahibkarlıq məqsədilə mənzilin ona lizinqə verilməsini xahiş etmişdir.
2. İddiaçı MMC (alıcı) və X1 (satıcı) arasında bağlanmış 2024-cü il 22 may tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən lizinq obyekti olan mənzil (Bakı şəhəri, Yasamal rayonu, X3 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzil) A.Tağıyevadan satın alınmışdır.
3. İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh7 (lizinq alan) arasında bağlanmı ş 2024-cü il 22 may tarixli, D159 X4 müqaviləsinə əsasən lizinq verən Bakı şəhəri, Yasamal rayonu, X3 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 1.2-ci bəndinə görə lizinq alanın ilkin maliyyə öhdəliyi 108.820 manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun hesabalanacaq məbləğdə ödənilir. - 5.5-ci bəndinə görə lizinq ödənişi vaxtında edilməzsə, lizinq verən gecikdirilən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0.1%-i həcmində cərimə ö dəməlidir. 4. 2024-cü il 22 may tarixli təhvil-təslim aktına görə Bakı şəhəri, Yasamal rayonu, X3 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzil cavabdeh (lizinq alan) tərəfindən istifadəyə qəbul edilmiş, lizinq obyektinin qiyməti 270.000 manat təşkil etmişdir. 5. 2024-cü il 22 may tarixli D159 X4 müqaviləsinə əlavə 1-də müqavilə üzrə ödənişlərin tarixləri, məbləğləri, əsas məbləğ və lizinq mükafatları öz əksini tapmışdır.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X3 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 mülkiyy ət hüququ ilə (tam pay) İddiaçı MMC-yə məxsusdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 2024-cü il 27 may).
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X3 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh7 xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs İddiaçı MMC olmuşdur (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2024).
8. İddiaçı tərəfindən təqdim edilmiş 2024-cü il 29 noyabr tarixli, 0401/24 nömrəli arayışa görə müqavilə üzrə Cavabdeh7 tərəfindən cəmi 3494 ABŞ dolları məbləğində ödəni ş edilmişdir. Hazırda müqavilə üzrə əsas borc 21106 ABŞ dolları, cərimə borcu 13820 ABŞ dolları olmaqla, cəmi borc 34926 ABŞ dolları təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 (bundan sonra birlikdə – “cavabdehlər”) qarşı müqavilənin ləğvi, lizinqin dövlət qeydiyyatının ləğvi və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh7 (bundan sonra – “Cavabdeh7”) arasında bağlanmış 2024-cü il 22 may tarixli D159 X4 müqaviləsinin ləğv edilməsi, 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində Cavabdeh7 adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının ( lizinq yüklülüyünün) ləğv edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh7 tutulması, cavabdehlər Cavabdeh2 (bundan sonra – “Cavabdeh2”), Cavabdeh3 (bundan sonra – “Cavabdeh3”), Cavabdeh7, Cavabdeh4 (bundan sonra – “Cavabdeh4”), Cavabdeh6 (bundan sonra – “Cavabdeh6”), Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X3 Naxçıvani küçəsi, məhəllə 615, ev 9, mənzil 66 (Yeni qaydalarla: AZ1065, ünvan 1 ünvanında yerləşən mənzildən (bundan sonra – “mənzil”) istifadə hüquqlarına xitam verilməsi, bu şəxslərin mənzildən qeydiyyatdan çıxarılması və mənzildən çıxarılması, lizinq obyekti olan mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh7 arasında 2023-cü il 22 may tarixli, D159 X4 müqaviləsi bağlanmış və lizinq predmeti olan daşınmaz əmlak lizinq məbləği 108820 ABŞ dolları, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 21 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq obyekti Cavabdeh7 xeyrinə lizinqlə yüklü edilmişdir. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. İddiaçı tərəfindən tərtib olunmuş 0401/24 saylı 2024-cü il 29 noyabr tarixli borca dair arayışdan görünür ki, Lizinq alan bu günə qədər ümumilikdə 24600 ABŞ dolları ödəniş etməli idi. Lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 3494 ABŞ dolları ödəniş edilmişdir. Hazırda D159 X4 müqaviləsi üzrə 21106 ABŞ dolları əsas məbləğdən və 13.820 ABŞ dolları hesablanmış cərimə olmaqla, cəmi 34926 ABŞ dolları borc mövcuddur. Belə ki, sözügedən Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-cı bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən isə, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0,1 faizi məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlı qlar edilməsinə, yazılı bildirişlər göndərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdirlər.
11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 19 may tarixli e-2-2(113)-1278/2025 saylı, qərardadı ilə iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh7, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi, bu şəxslərin mənzildən qeydiyyatdan çıxarılması və mənzildən çıxarılması tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli e-2-2(113)-1278/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – Ü.Həsənova).
13. Məhkəmə araşdırması zamanı Cavabdeh7 öhdəliklərini pozmasını müəyyən edildiyindən məhkəm ə hesab etmişdir ki, iddiaçı hazırda lizinq müqaviləsinin ləğv edilməsini və lizinq obyekinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.
14. Bu səbəbdən məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə təmin edilməli, iddiaçı ilə Cavabdeh7 arasında bağlanmış 2024-cü il 22 may tarixli D159 X4 müqaviləsi 2024-cü il 29 noyabr tarixdən ləğv edilmiş hesab edilməli, lizinq obyekti olan mənzil boşaldılaraq iddiaçıya qaytarılmalıdır.
15. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab etmişdir.
16. Belə ki, hazırkı halda tərəflər arasında olan lizinq müqaviləsi 2024-cü il 29 noyabr tarixindən ləğv edilmiş hesab edildiyi üçün iddiaçı lizinqin dövlət qeydiyyatının ləğv edilməsini də tələb etməkdə haqlıdır.
17. Məhkəmə bildirmişdir ki, lizinq obyekti iddiaçının mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində lizinqlə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 748-5-ci maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 747.1, 748-1.1, 748-1.12.4, 748-1.8, 423.2, 424.2, 748-5-ci maddələrinə, MPM-in 14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Cavabdeh7 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolle giyasının 2025-ci il 23 iyul tarixli, 2-2(103)-777/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov, L.Əliyeva).
21. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.
22. Cavabdeh7 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
23. MM-in 340.2-ci maddəsi üzrə - Qətnamədə qeyd olunan məqamlar tərəflər arasında yaranmış faktiki münasibətlərlə uyğun gəlmir və bu səbəbdən işin apellyasiya qaydas ında aydınlaşdırılması zəruri olmuşdur. Lizinq müqaviləsi formal xarakter daşıyır, əslində sələmə pul verilməsi faktını pərdələmək məqsədi ilə bağlanmışdır. Mübahisəli mənzil əvvəlcə Cavabdeh7 babası və atasına məxsus olmuş, cavabdeh isə həmin mənzildə ailəsi ilə fasiləsiz yaşamışdır. Mənzil A.Tağıyevanın adına yalnız borca təminat məqsədi ilə rəsmiləşdirilmişdir. Cavabdeh7 atasının xəstəliyinə görə təcili pul ehtiyacından istifadə olunaraq əməliyyat həyata keçirilmişdir. Borcun qaytarılması üçün cavabdeh A.Tağıyeva və onunla birgə hərəkət edən şəxslərin təklifi ilə iddiaçı ilə müqavilə bağlamağa məcbur olmuşdur. 2024-cü il 22 may tarixli D159 nömrəli lizinq müqaviləsi gerçəkdə kredit münasibətlərini gizlətmək üçün tərtib edilmiş və yalançı əqd mahiyyəti daşıyır. Məhkəmə bu halları nəzərə almalı, MM-in 340.2-ci maddəsini tətbiq etməli idi. Lakin həm birinci instansiya, həm də apellyasiya məhkəməsi tərəflər arasında faktiki borc münasibətlərini araşdırmadan, formal müqavilə əsasında qərar qəbul etmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
24. MPM-in 217.3-cü maddəsi üzrə - qərar işdəki sübutlara və tərəflər arasında faktiki yaranmış münasibətlərə uyğun deyil. Mübahisəsiz müəyyən olunmuşdur ki, tərəflər arasında faktiki razılaşma evin girova qoyulması və faizə pul alınması ilə bağlı olub, lakin bu münasibət lizinq müqaviləsi adı altında rəsmiləşdirilmişdir. Məhkəmə bu halları nəzərə almadan borcun ödənilməməsini əsas gətirərək iddianı təmin etmiş, bu isə MPM-in 217.3cü maddəsinin tələblərinə zidd olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş dəlillər birinci inst ansiya tərəfindən araşdırılmadığından, apellyasiya instansiyası bu halları aydınlaşdırmalı idi. Lakin apellyasiya məhkəməsi tərəflərin faktiki münasibətlərini araşdırmadan işi bir iclasda yekunlaşdırmış, nəticədə qətnamə ədalətli hesab edilə bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. təmin KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhk əməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası... 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilm ədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.” “Maddə
424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir....” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) tə qdim etməlidir.... 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-5. Lizinq müqaviləsinin obyekti olan əmlakın qeydiyyatı Lizinq müqaviləsinin obyekti olan əmlaka hüquqlar bu Məcəllədə nəzərdə tutulan hallarda bu Məcəlləyə və digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalıdır.”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında a şağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 31. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədə n işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
32. Kassasiya şikayəti nin dəlili ondan ibarətdir ki, lizinq müqaviləsi yalan əqd olmaqla formal xarakter daşımışdır. Apellyasiya şikayətinin eyni məzmunlu dəlilinə münasibətdə işin faktiki hallarını araşdıran apellyasiya instansiya məhkəməsi tərəfindən haqlı olaraq qiymət verilmişdir ki, Cavabdeh7 sözügedən əqdin yalnız digər əqdi pərdələmək məqsədilə bağladığını sübut etməmişdir.
33. Həmçinin nəzərə alınmışdır ki, cavabdeh lazimı qaydada məlumat verilməsinə baxmayaraq birinci instansiya məhkəməsində iştirak etməmiş və əqdin yalan əqd olması ilə bağlı iddiaya hər hansı etirazını ünvanlamamış, məhkəmə iclasında iştirak edən digər cavabdeh Rita Hüseynivova isə müqavilənin ləğvini istəmədiklərini bildirmiş, müqavilə üzrə öhdəliklərinin icra edilməsinə şərait yaradılması üçün vaxt verilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
35. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir. 3
6. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Hazırki işdə isə həmin əsaslar mövcud deyildir.
37. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Od ur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 23 iyul tarixli, 2-2(103)-777/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.