Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-72/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı xxxnin cavabdeh “Orallar Zirai X3. San. Ve Tic. LTD” Şirkətinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Teymur Baloğlanovun iştirakı ilə, İddiaçı xxxnin cavabdeh “X1 Üretim Paz. San. Ve Tic. LTD” Şirkətinə qarşı pulun tutulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 22 noyabr 2018-ci il tarixli 22(103)-869/2018 qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 13 f evral 2019-cü il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xxxnin cavabdeh “X2 Üretim paz. San. Ve Tic.Ltd. Şti” Şirkətinə qarşı Türkiyə Respublikasının hüquqi şəxsi “X2 Üretim paz. San. Ve Tic.Ltd. Şti” Şirkətindən 544037 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi və vəkili hazırkı işin aidiyyət qaydaları pozulmaqla icraata götürüldüyündən işin baxılması üçün Türkiyə Respublikasının müvafiq məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli iş № 2-2(82)-908/2018, (sədrlik edən hakim Z.Tağıyev) qərardadı ilə işin aidiyyəti üzrə göndərilməsi barədə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatətinin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan cavabdeh şikayət verərək birinci instansiya məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edərək, işin baxılması üçün aidiyyəti üzrə Türkiyə Respublikasının müvafiq məhkəməsinə göndərilməsinə dair qərardadın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 22 noyabr 2018-ci il tarixli iş № 2-2(103)869/2018 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərardadı ilə şikayəti n qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, “X1 Üretim Paz. San. ve Tic. Ltd.Şti” 2010-cu ildən 2013-cü ilə qədər olan dövrdə iddiaçının Azərbaycanda təsisçisi olduğu “xxxx” MMC ilə işgüzar əlaqələri olmuşdur.“Orallar” şirkətinin istehsal etdiyi yumurta məhsullarına Azərbaycan Respublikasının ərazisində potensial alıcıların tapılması, biznes əlaqələrinin digər şirkətlər hesabına genişləndirilməsi üçün ona tapşırıq verilmişdi.2013-cü ildə “Orallar”-ın təklifi ilə iddiaçı və cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanmış və razılıq əldə olunmuşdur ki, “Orallar” tərəfindən Azərb aycan Respublikasına idxal olunan damazlıq yumurtanın hər bir ədədinə görə iddiaçıya 0,08 ABŞ dolları, cücəyə görə isə 0,12 ABŞ dolları muzd ödəniləcəkdir.Qeyd etmək lazımdır ki, cavabdehlə iddiaçı arasında tapşırıq müqaviləsinin bağlanması digər sübutlarla da təsdiq edilir. “Orallar” tərəfindən yumurtaların və cücələrin göndərilməsi, dəyərinin ödənilməsi və s. digər şərtləri özündə əks etdirən elektron poçt ünvanı vasitəsi ilə olan yazışmaların hamısı eyni zamanda iddiaçının elektron poçt ünvanına (hmt mailto:70@gmail.comElektron ünvan )da göndərilməklə daim məlumatlandırılmışdır. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş çoxsaylı elektron yazışmaların mətnləri və ünvanlandığı şəxslər dairəsi də iddiaçı ilə cavabdeh arasındakı münasibətlərin bu formada həyata keçirildiyini təsdiq edir v ə münasibətlər belə işgüzar adətlər formasında qurulmuşdur. Yazışmalardan da aydın göründüyü kimi, “Orallar” və “Siyəzən Broyler” arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn hərəkətlərin hər birində iddiaçı məlumatlandırılmışdır ki, bu onun həmin müqavilənin bağlanmasında və icrasında əhəmiyyətli rol oynadığını birmənalı təsdiq edir. Əks təqdirdə, həmin müqavilənin kommersiya sirrinin qorunması bəndinin müddəalarının pozulması ilə əlaqədar tərəflər iddia qaldırmalı idi, lakin belə bir iddia mövcud deyil. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və cavabdeh tərəfindən verilmiş aidiyyət barədə vəsatətin rədd edilməsi barədə yeni qərarın qə bul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və cavabdeh tərəfindən verilmiş aidiyyət barədə vəsatətin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili T.Baloğlanov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərardadı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərardadının isə dəyişdirilimədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçınınkasasiya təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərar dadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya ins tansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 22 noyabr 2018-ci il tarixli iş № 2-2(103)-869/2018 qərardadı ilə cavabdehin şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qənaətinə gələrkən Mülki Məcəllənin 9, 324.6, 329.2, 329.3, 443.0.7-ci maddələrinə, MPM-nin 3.1, 3.2, 4-cü maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi 03 oktyabr qərardadı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, cavabdehin 2010-2013-cü illərdə iddiaçının təsisçisi olduğu “xxxx” MMS ilə işgüzar əlaqələri olmuş və 2013-cü ildə cavabdehin təklifi ilə aralarında şifahi müqavilə bağlandıqdan sonra, alıcı “Siyəzən Broyler” OJSS-i ilə hazırkı iş üzrə cavabdeh arasında cücələrin satışı həyata keçirilmiş, lakin “Orallar” şirkəti tərəfindən Azərbaycan Respublikasına daxil olunan damazlıq yumurtanın hər bir ədədinə görə ona 0,08 ABŞ dolları, cücəyə görə isə 0,12 ABŞ dolları muzd ödənilməmiş və nəticədə 544037 ABŞ dolları məbləğində borc yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında tərəflər arasında 2013-cü ildə iddia olunan şifahi müqavilənin bağlanmasına dair hər-hansı sübut, iddiaçının iddia etdiyi şifahi müqavilə ilə əlaqədar 2013-2015-ci illər ərzində satışının həyata keçirilmiş mala görə cavabdeh tərəfindən həmin dövrlərdə və hal-hazıradək hər-hansı bir məbləğin ödənilməsini təsdiq ed ən hər-hansı sübut, eləcə də “Siyəzən Broyler” şirkəti ilə cavabdeh arasında bağlanmış müqavilənin iddiaçının iddia etdiyi şifahi müqavilə ilə bağlılığını müəyyən edən hər-hansı hal müəyyən olunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğundur. Belə ki, Mülki Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.2-ci maddəsinə müvafiq olaraq, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinin tələbinə əsasən isə, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bun unla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarında sözügedən normanın tələblərinə cavab verən hər-hansı halın mövcudluğu müəyyən edilmir. Hazırkı iş üzrə cavabdeh Türkiyə Respublikasının hüquqi şəxsidir və qeyd edilən ölkədə rəsmi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9-cu maddəsinə görə mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq öz qərardadında qeyd etmişdir ki, hazırkı iddiaya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443.0.7-ci maddəsi ilə müəyyən edilən müqavilədən irəli gələn iş kimi Azərbaycan Respubli kası məhkəmələrinin səlahiyyəti daxilində baxıla bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxnin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 22 noyabr 2018-ci il tarixli 2-2(103)869/2018 qərardadı dəyişiklik edilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-72/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-72/2019
13.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver