Məhkəmə qərarları › İş №2-2(102)-72/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-72/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-72/2024 29.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh x1ə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) ilk, x1in İddiaçınə qarşı qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, məmulatın qüsurlu nəticəsində podrat müqaviləsindən imtina, ödənişlərin geri qaytarılması, muzd tələbi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh x1ə qarşı (müstəqil tələb irəli sü rməyən üçüncü şəxs: "xxxx" QSC) ilk, x1in İddiaçı MMC-yə qarşı qarşılıqlı pul tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-8/2023 nömrəli 2023-cü il 4 oktyabr tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sahibkar İddiaçı MMC ilə dizayner x1 arasında bağlanmış 2018-ci il 16 aprel tarixli müqaviləyə əsasən dizayner, sahibkarın sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Bakı-Böyük Kəsik (Gürcüstan sərhədi) arasında kontakt şəbəkəyə yenidən baxılması və sabit cərəyandan dəyişən cərəyana keçirilməsi çərçivəsində 14 ay (420 gün) müddətinə kontakt şəbəkə layihələrini hazırlamalı, sahibkar isə bunun müqabilində görülən işlərin h aqqını ödəməli idi. Müqavilənin ümumi dəyəri 6**.**0 avro müəyyən olunmuşdur. Müqavilə üzrə nəzərdə tutulmuş işin ümumi həcmi 481,40 km məsafəni əhatə edir. Müqavilə üzrə sahibkar tərəfindən dizayner şirkətin hesabına ümumilikdə 456.**0 avro pul ödənilmişdir.

2. Eyni tərəflər arasında bağlanmış 2019-cu il ***tarixli müqaviləyə əsasən, dizayner, sahibkarın sifarişi əsasında Azərbaycan Dəmir Yolu Ticarət və Nəqliyyat layihəsi üzrə Böyük Kəsik-Gəncə arasında sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün layihələr hazırlamalı, sahibkar isə bunun müqabilində görülən işlərin haqqını ödəməlidir. Müqavilə üzrə sahibkar tərəfindən dizayner şirkətin hesabına cəmi 90.**0 avro pul ödənilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC (bundan sonra iddiaç ı) cavabdeh x1ə (bundan sonra cavabdeh) qarşı iki ayrı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2018-ci il 16 aprel və 2019-cu il ***tarixli müqavilələr üzrə cəmi 363.**0 (273.**0+90.**0) avro pulun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddia tələbləri onunla əsaslandırılmışdır ki, 2018-ci il 16 aprel tarixli müqavilənin ümumi dəyərinin 91%-nin ödənilməsinə baxmayaraq, cavabdeh şirkət tərəfindən müqavilənin şərtləri tam şəkildə icra edilməmişdir. Belə ki, müqavilənin 6-cı bəndinə əsasən, işlər 14 ay (420 gün) müddətinə, yəni 2019-cu il 16 iyun tarixinə yekunlaşmalı idi. Lakin müqavilə imzalandığı dövrdən hazırkı vaxta qədər müqavilə üzrə nəzərdə tutulmuş 481,40 km məsafənin cəmi 320,80 km-i, yəni ümumi iş həcminin 66,6%-i üzrə layihələndirmə işi aparılmışdır. Həmin 320,80 km məsafənin cəmi 232,05 km-i üzrə layihə lazımi formada, möhürlə təsdiqlənərək sahibkara təqdim edilmişdir. Qalan 88,75 km məsafə üzrə isə layihələr möhürlənməmiş və sertifikatlaşdırılmamışdır. Təqdim edilmiş layihələrdə qüsurlar olduğundan Pico test nəticələrinə əsasən As-Builts standartlarına uyğun gəlməmiş, 38,55 km məsafə üzrə isə Pico sınaqlar vaxtında başa çatdırılmamışdır. Müqavilənin 5.9-cu bəndinə əsasən, cavabdeh şirkət tərəfindən hazırlanmalı olan bütün plan və layihələr iddiaçı ilə razılaşdırıldıqdan sonra 3 dəst çap edilməli və sahibkara təhvil verilməli olduğu halda, vaxtında təqdim olunmamışdır. Təqdim olunan hazır plan və layihələr sahibkarı qane etməmiş və tam həcmdə olmamışdır. Azərba ycan Respublikası qanunvericiliyinə əsasən, sahibkara təqdim ediləcək bütün plan və layihələr Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olur. 2019-cu il ***tarixli müqavilənin şərtlərinə uyğun olaraq isə iddiaçı cavabdeh şirkətin hesabına müqavilənin ümumi dəyəri olan 180.**0 avronun 50 %-ni, yəni 90.**0 avro köçürmüş, lakin cavabdeh tərəfindən müqavilə imzalandığı gündən indiyədək konkret olaraq real vəziyyəti əks etdirən layihə və planlama işləri təqdim edilməmiş, hazırlanmış layihə və planlar isə tələblərə müvafiq hazırlanmamışdır. Ümumiyyətlə, cavabdeh şirkətin mütəxəssisləri tərəfindən bununla əlaqədar layihələndirmə işləri düzgün istiqamətdə aparılmamış, bu da sahibkarı qane etməmişdir. Müqavilələrin şərtlərinə uyğun olaraq xidm ət və layihələr vaxtında təsdiqlənmədiyindən iddiaçı işçilərin və texnikanın boş dayanmasına görə ziyana məruz qalmış, eyni zamanda, cavabdeh tərəfindən müqavilənin lazımi qaydada icra edilməməsi səbəbindən üçüncü şəxs qarşısında götürdüyü öhdəliklərini vaxtında icra edə bilməmiş və bunun nəticəsində maliyyə itkiləri ilə üzləşmiş, eləcə də işgüzar nüfuzuna xələl gətirmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1114/2019 nömrəli 2019-cu il 16 oktyabr tarixli qərardadı ilə hər iki iddia tələbi bir icraatda birləşdirilmişdir.

6. Cavabdeh şirkət də öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 2018-ci il 16 aprel tarixli podrat müqaviləsi üzrə 196.**0 avro və 2019-cu il ***tarixli müqavilə üzrə isə 90.**0 avro borc, 14.3** avro əldən çıxmış fayda olmaqla, cəm i 3**.3** avro pulun ödəniş gününə manata uyğun məzənnə ilə iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2018-ci il 16 aprel tarixli müqavilə tam icra edilmiş, iddiaçı isə öz öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş, müqavilə üzrə hazırlanmış layihələrin, görülmüş işlərin 164.**0 avro məbləğində dəyəri ödənilməmişdir. Cavabdeh şirkət onların verdiyi topoqrafik layihələr üzrə işləri tam yerinə yetirmiş, layihələr hazırlanmış, müqavilə imzalandığı dövrdən hazırkı vaxta qədər müqavilə üzrə nəzərdə tutulmuş 481,40 km məsafənin, yəni ümumi iş həcminin 1** %-i üzrə layihələndirmə işi aparılmışdır. 320,8 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət yol oxunun dirək ba sdırılmaqla müəyyənləşdirmə planı, dizayn planı və quraşdırma kartoçkası hazırlanaraq iddiaçıya təhvil verilmişdir. 160,6 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, dizayn planı və quraşdırma kartoçkası hazırlanmış, həmin hissələrin ikisi, yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, dizayn planı iddiaçıya təhvil verilmiş, lakin onlar həmin işlərin pulunu ödəmədikləri üçün dizayn planının təhvil verilməsi dayandırılmışdır. Təqdim edilmiş layihələrdə qüsurlar olmamışdır. Cavabdehin işləyib hazırladığı layihələr qeyd-şərtsiz iddiaçı tərəfindən qəbul edilmiş və üçüncü şəxsə təhvil verilmişdir. Lakin sonuncu layihələrin hesab fakturaları (hakedişlər) iddiaçıya göndərilsə də, iddiaçı tərəfindən həmin ödənişlər ödəni lməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Pico testləri yerinə yetirilməmiş, onlara təqdim edilməmişdir, ona görə də As-Builtslərin bəziləri iddiaçının təqsiri üzündən, yəni piko testləri yerinə yetirməməsi və onlara təqdim etməməsi üzündən yerinə yetirilməmişdir. Halbuki, müqavilənin şərtinə əsasən, əvvəlcə iddiaçı tərəfindən Pico testlər yerinə yetirilməli, onlara təqdim edilməli, bundan sonra şirkət As-Builtsləri hazırlayıb, iddiaçıya təhvil verməli idi. Təqdim olunan hazır plan və layihələrin iddiaçını qane etmədiyi və tam həcmdə olmadığı həqiqətə uyğun olmamışdır. Eyni zamanda, müqavilədə iddiaçıya təqdim ediləcək bütün plan və layihələrin Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olması barədə cavabdehin öhdəliyi yoxdur. Müqavil ə şərtlərinə uyğun olaraq iddiaçıya təqdim edilmiş xidmət və layihələrin dəyərinin vaxtında ödənilməməsi, işlənib hazırlanmış layihələrin isə qəbul olunmasından imtina edilməsi nəticəsində cavabdeh şirkətə külli miqdarda maddi ziyan dəymişdir.

8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-437/2020 nömrəli 2020-ci il 16 noyabr tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 72.**0 avro tutulması, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə bütövlükdə rədd olunması qət edilmişdir (hakim Z.Axundova).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ilk iddia tələbi üzrə 2018-ci il 16 aprel tarixli müqavilə üzrə sifarişçi tərəfindən 232,05 km hissəyə dair layihələrin qəbul edilməsi, layihəçinin görülən işlərə görə 436.**0 avr o ödənişi qəbul etməsi və layihəçi tərəfindən müqavilə şərtlərinə əsasən təsdiqsiz və möhürsüz olmasına baxmayaraq, 88,75 km məsafəyə dair layihənin hazırlanması, 2019-cu il ***tarixli müqavilə üzrə isə sifarişçi tərəfindən müqavilə dəyərinin 50%-nin, yəni 90.**0 avro pulun layihəçiyə avans olaraq ödənilməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, ilk iddia tələbinin 2018-ci il 16 aprel tarixli müqavilə üzrə mübahisəli halları layihəçi tərəfindən görülməli işlərə görə sifarişçi tərəfindən ödənildiyi iddia olunan 456.**0 avro pulun 20.**0 avro hissəsinin görülən işlərlə bağlı deyil, digər məqsədlər üçün ödənilməsi, tələbin həmin hissəsinə dair qarşılıqlı iddia tələbində isə tam olaraq sifarişçi tərəfindən ödənilməmiş 196.**0 (164.**0+32.**0(8.**0x4ay)) avro məbləğində borcun olmasıd ır.

10. Tərəflər arasında bağlanmış müqavilə üzrə hazırlanmış layihələrin ilk növbədə elektron poçt vasitəsi ilə sifarişçiyə göndərilməsi razılaşdırılmışdır. Layihəçi tərəfindən 320,80 km məsafəyə dair layihələrin hazırlanması sifarişçi tərəfindən təsdiq olunmuşdur. Digər 160.6 km hissəyə dair layihələrin sifarişçiyə göndərilib-göndərilməməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

11. Məhkəmənin qənaətinə əsasən, birinci müqavilə üzrə sifarişçi tərəfindən edilmiş ödənişlər layihəçi tərəfindən görülmüş işlərin nisbətinə bərabər sayılmalı, ilk iddia tələbi 2018-ci il 16 aprel tarixli müqavilə üzrə 273.**0 avro məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində əsassız olduğundan təmin olunmamalıdır. Həmin əsasla qarşılıqlı iddia tələbinin 2018-ci il 16 aprel tar ixli müqavilə üzrə yaranmış 164.**0 (6**.**0-436.**0) avro borcun tutulması hissəsi də rədd olunmalıdır.

12. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi 2019-cu il ***tarixli müqavilə üzrə cəmi 90.**0 avro məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində isə qismən təmin olunmalıdır. Belə ki, həmin müqavilənin 8-ci maddəsinə əsasən, ödənişlər müqavilədə yer alan BQ-yə əsasən həyata keçiriləcək, sifarişçi müqavilə üzrə layihəçiyə 90.**0 avro avans ödənişi ödəyəcək, bu avans ödənişi daha sonra görülən iş vahidlərindən 50%-lik miqdarlar şəklində çıxılacaq. Müqavilənin 5.15-ci maddəsinə əsasən, layihəçi işə başladıqdan sonra, İdarə və ya sifarişçi tərəfindən hər hansı səbəblə işin tamamilə dayandırılması zamanı sifarişçi müqavilə ödənişinin minimum 10%-ni layihəçiyə ödə mək məcburiyyətindədir. İkinci müqavilə üzrə işlərin başlandığı nəzərə alınaraq, iddiaçı ikinci müqavilənin dəyəri olan 180.**0 avro məbləğin 10%-ni təşkil edən 18.**0 avro məbləği cavabdehə ödəmək məcburiyyətindədir. Qeyd olunduğu kimi, həmin müqavilə üzrə 90.**0 avro avans olaraq layihəçiyə ödənilib. Ona görə də 72.**0 avro məbləğində pul (90.**0-18.**0=72.**0) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə qarşılıqlı iddia tələbinin iddiaçıdan birinci müqavilə üzrə 32.**0 avro tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, müqavilənin 6-cı maddəsinə əsasən, sahibkar və dizayner arasında bağlanan müqavilənin müddətinin başa çatdığı tarixdən sonra sahibkarın xidmət almağa davam etməsi zərurəti yaranarsa, bu zaman hər ay üçün əlavə olaraq 8**0 avro ödəniləcək. Məhkəmə tərəflər arasında münasibətlərin pozulduğunu nəzərə alaraq, cavabdehin həmin maddəyə əsaslanmaqla göstərilən məbləğin iddiaçıdan tutulmasını tələb etməsini əsaslı saymır. Qarşılıqlı iddia tələbi üzrə 2019-cu il tarixli ***müqavilə üzrə yaranmış 90.**0 avro məbləğində borcun cavabdehdən tutulması hissəsi əsassız olduğundan (yuxarıda ilk iddia tələbinə münasibətdə həmin müqavilə üzrə gəlinən nəticə əsas götürülərək), sifarişçi tərəfindən müqavilə üzrə öhdəliklərə tam əməl edilməməsi səbəbindən 14.3** avro məbləğində əldən çıxmış fayda hissəsi isə məhkəməyə bunu təsdiq edən sübutlar təqdim edilmədiyindən təmin olunmamalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 6.2, 385.1, 442, 443.1, 448 752.1, 753.1, 759.1, 759.2, 770, 773-cü və Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin cavabdehdən onun xeyrinə 72.**0 avro tutulması hissəsində dəyişdirilərək, 326.208 avro pul tutulmasını xahiş etmişdir.

16. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın qismən təmin, qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsini, ilk iddianın tam rədd, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-8/2023 nömrəli 2023-cü il 4 oktyabr tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti rədd, cavabdehin apellyasiya şikayəti qism ən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın 2019-cu il ***tarixli müqavilə üzrə 90.**0 avro pulun tutulması tələbinin rədd olunması” hissəsində ləğv edilmiş, həmin hissədə qarşılıqlı iddia qismən təmin edilərək, iddiaçıdan cavabdehin xeyrinə 75.**0 avro pulun tutulması qət edilmiş, həmin iddia qalan hissədə rədd olunmuş, 2019-cu il ***tarixli müqavilə üzrə 90.**0 avro pul tutulması barədə ilk iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər A.Hüseyn və V.Baxışova).

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında 2 ədəd podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil e dir. İddiaçı ilk olaraq 2019-cu il ***tarixli müqavilə üzrə heç bir işin görülmədiyini bildirsə də, məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, həmin müqavilə üzrə müəyyən işlər görülmüş, lakin həmin işlər düzgün yerinə yetirilməmişdir. Göründüyü kimi, iddiaçı işlərin bir qisminin görülməsini mübahisələndirmir, lakin bildirir ki, işlər qüsurlu görüldüyünə görə 2018-ci il 16 aprel tarixli müqavilə üzrə 273.**0 avro, 2019-cu il ***tarixli müqavilə üzrə isə 90.**0 avro podratçı tərəfindən ona geri qaytarılmalıdır. Cavabdeh isə bildirir ki, görülmüş işlərdə heç bir qüsur olmamışdır.

19. Hazırda müəyyən olunmalı mübahisəli məsələ görülmüş işlərdə qüsurların olubolmaması ilə bağlıdır və qüsurun mövcud olduğuna istinad etdiyi üçün həmin halı sübutetmə yükü məhz iddiaçının üzərinə düşür. İddiaçı görülmüş işlərdə qüsurların mövcud olmasını təsdiq edən sübut qismində 2020-ci il 30 iyun tarixli “Auxitec” şirkətinin hesabatlarını (raportlarını) və onunla icraçı “İnter-Enerqo” müəssisəsi arasında bağlanmış dəmir yollarında kontakt şəbəkəsi üzrə layihə işlərinin yerinə yetirilməsi üzrə 2019-cu il 8 avqust tarixli ** saylı müqaviləni məhkəməyə təqdim etmişdir. Sonuncu ilə bağlı iddiaçı bildirir ki, cavabdeh işləri qüsurlu gördüyünə görə “İnter-Enerqo” müəssisəsi ilə müqavilə bağlanmış və bütün işləri həmin müəssisə yerinə yetirmişdir.

20. Məhkəmə hesab etmişdir ki, həmin sənədlər əsasında qüsurların olması müəyyən oluna bilməz. Belə ki, əvvəla tarixlərindən də göründüyü kimi, qüsurlara dair “Auxitec” şirkətinin raportları işlərin görülməsinə dair “İnter-Enerqo” müəssisəsi ilə ba ğlanan müqavilədən təxminən 1 il sonrakı tarixə tərtib edilmişdir. Halbuki məntiqi olaraq qüsurlar əvvəlcə aşkarlanmalı, daha sonra isə onların aradan qaldırılması istiqamətində işlər görülməli (müqavilə bağlanmalı və s.) idi. Bundan əlavə iddiaçı tərəfindən həmin müqavilə üzrə “İnter-Enerqo” müəssisəsinə ödənişlərin həyata keçirilməsi də müəyyən olunmur, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

21. Həmçinin işdən iddiaçının MM-in 765-ci maddəsinə uyğun olaraq görülmüş işlərdəki qüsurlarla bağlı cavabdehə nəinki tələb irəli sürməsi, adi qaydada məlumat verməsi belə müəyyən olunmur. Belə ki, tərəflər arasında bağlanmış müqavilələr üzrə hazırlanmış layihələrin elektron poçt vasitəsi ilə sifarişçiyə göndərilməsi razılaşdırılmışdır. Tərəflər arasında baş tutan və işin 2, 3, 4, 6, 7, 8, 9, 10-cu cildlərində olan çoxsaylı e-mail yazışmaları məhkəməyə təqdim edilmiş, lakin onların heç birində iddiaçı tərəfindən cavbdehin gördüyü işlərdə hər hansı qüsurun olmasına istinad edilməmişdir. Yalnız hazırkı iddia qaldırılmamışdan əvvəl cavabdehə ünvanlanmış pretenziyada bir cümlə ilə dizayner tərəfindən təqdim olunmuş plan və layihələrin sahibkarı “qane etmədiyi və tam həcmdə olmadığı” qeyd edilmişdir. Həmçinin həmin pretenziyada hazırda istinad olunan “Auxitec” şirkətinin rəyinə də istinad olunmamışdır (cild 1, i/v 28). Bunun əksinə, mübahisəli işlər üzrə baş layihəçi olan "xxxx" QSC tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, QSC tərəfindən cavabdeh şirkətin layihələndirmə işlərində hər hansı nöqsanın olması barədə iddiaçıya müraciət edilməmişdir.

22. Bundan başqa, iddiaçı qüsur kimi həm də Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sahibkara təqdim ediləcək bütün plan və layihələrin Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olmasına istinad etsə də, Kollegiya bu istinadı əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə iddiaçıya təqdim ediləcək bütün plan və layihələrin Fövqəladə Hallar Nazirliyinin müvafiq ekspertizasından keçirildikdən sonra hüquqi qüvvəyə malik olması barədə cavabdehin heç bir öhdəliyi nəzərdə tutulmamışdır.

23. İddiaçının qüsur kimi istinad etdiyi digər bir hal ondan ibarətdir ki, cavabdeh tərəfindən layihələr möhürlənməmiş və sertifikatlaşdırılmamışdır. Kollegiya bu dəlilləri də əsassız hesab etmişdir, ona görə ki, tərəflər arasında bağlanmış müqavilələrdə bu şərt nəzərdə tutulmamışdır. 2018-ci il 16 aprel tarixli müqavilənin 5.9-cu bəndində isə qeyd olunmuşdur ki, bütün plan və layihələr elektron şətatdə və iki dildə (İngilis – Azərbaycan dili) hazırlanacaqdır. Hazırlanan sənədlər yoxlanılması üçün sahibkara rəqəmsal şəraitdə göndəriləcəkdir (CD və/və ya e-mail ilə). Sahibkarın razılığından sonra idarənin təsdiqi üçün 3 dəst çap ediləcəkdir və sahibkara təhvil veriləcəkdir. Bunların İdarəyə təqdimatı dizaynerin köməyi ilə sahibkar tərəfindən aparılacaqdır. Təqdimatdan sonra idarənin tələbinə əsasən lazımi düzəlişlər edilə biləcəkdir. İş materiallarından da müəyyən edilir ki, cavabdeh tərəfindən hazırlanmış kayihələr elektron qaydada e-mail məktubları vasitəsi ilə iddiaçıya göndərilmiş dir. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən görülmüş işlərdə qüsurların olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan MM-in 765-ci maddəsinin tələbləri baxımından cavabdehdən ödənilən muzdun yarısını geri tələb etməsi əsassızdır.

24. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, 2018-ci il 16 aprel tarixli podrat müqaviləsi üzrə 164.**0 avro muzdun sifarişçidən tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, cavabdeh özü bildirmişdir ki, onun tərəfindən 481,40 km məsafədən 160,6 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, dizayn planı və quraşdırma kartoçkası hazırlanmış, həmin hissələrin ikisi, yol oxunun dirək basdırılmaqla müəyyənləşdir mə planı, dizayn planı iddiaçıya təhvil verilmiş, lakin onlar həmin işlərin pulunu ödəmədikləri ücün dizayn planının təhvil verilməsi dayandırılmışdır. Göründüyü kimi, podratçı özü ödənişlərin ödənilməsinin dayandırılması səbəbi ilə qalan dizayn planını təhvil vermədiyini etiraf etmişdir.

25. Digər tərəfdən, cavabdeh həmin tələbi zərər kimi deyil, məhz müqavilə üzrə görülmüş işlərin dəyəri kimi tələb etdiyi üçün sifarişçinin ödənişləri həqiqətən dayandırıbdayandırmaması, bunun hansı tarixdən baş verməsi kimi halların əlavə araşdırılmasına zərurət yoxdur. Bu baxımdan, 164.**0 avro məbləğində işləri təhvil vermədiyinə görə sifarişçidən həmin məbləğdə muzdun tutulması üçün əsaslar mövcud deyildir. Ona görə də, qarşılıqlı iddia həmin hissədə rədd edilməlidir.

26. Məhkəmə 32.**0 avro pulun tutu lması hissəsində də qarşılıqlı iddianı əsassız hesab etmişdir. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 6-cı maddəsinə istinad edərək, həmin tələbi irəli sürmüşdür. Həmin maddədə qeyd edilmişdir ki, sahibkar və dizayner arasında bağlanan müqavilənin müddətinin başa çatdığı tarixdən sonra sahibkarın xidmət almaya davam etməsi zərurəti yaranarsa, bu zaman hər ay üçün əlavə olaraq 8**0 avro ödəniləcək. Cavabdeh bildirir ki, müqavilə müddətindən əlavə 4 ay işləmişdir. İddiaçı isə bildirir ki, onlar cavabdehdən xidmət almağa davam etməmişlər, hətta dizayner tərəfindən göstərilmiş yarımçıq xidmətdən belə yararlanmamışlar. Göründüyü kimi, həmin halı sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin o, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə, özü bildirmişdir ki, iddiaçı tərəfindən ödənişlərin edilməsi dayandırıldığına görə onlar da işi dayandırmışlar. Qeyd olunan fakt isə həmin tələbin təmin olunmasını istisna edir.

27. Bununla belə, qarşılıqlı iddia 2019-cu il ***tarixli podrat müqaviləsinə münasibətdə muzdun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi həmin müqavilə üzrə iddiaçının işlərin qüsurlu görülməsinə dair dəlilləri əsassız hesab edilmişdir. Həmçinin 2019-cu il 11 sentyabr 2019-cu il 29 oktyabr tarixləri arasındakı yazışmaların dəyərləndirilməsi ilə bağlı cavabdeh şirkətin özü tərəfindən təqdim edilmiş yazılı izahatda qeyd edilmişdir ki, həmin müqavilə çərçivəsində 180.**0 avro dəyərində işin 165.**0 avro hissəsi tamamlanmış və əksəriyyəti iddiaçıya göndərilmişdir (cild 6, i/17). Göründüyü kimi, cav abdeh şirkət özü etiraf edir ki, həmin işlər tam deyil, qismən icra olunmuşdur. Bu baxımdan, cavabdeh yerinə yetirilmiş, lakin dəyəri ödənilməmiş podrat işlərinə görə 75.**0 avro muzdun iddiaçı tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır (165.**0-90.**0=75.**0).

28. Həmçinin məhkəmə hesab etmişdir ki, 14.3** avro məbləğində əldən çıxmış faydanın tutulması hissəsində qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, cavabdeh MM-in 443.4-cü maddəsinin dispozisiya şərtlərinə müvafiq olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını və s. halları təsdiq edən sübutları təqdim etməmişdir.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 443.4, 752.1, 762.1-762.3, 763.1, 765-ci və MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

30. İddiaçı kass asiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, cavabdehdən 363.**0 avro məzənnədə manatla alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. Cavabdeh də kassasiya şikayəti verərək, qətnamənin qismən – qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv olunması, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

32. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və V hissələri, 29cu maddəsinin İİ və İV hissələri, 59-cu maddəsinin İ hissəsi, 60-cı maddəsinin İ, İİ və İİİ hissələri, 125-cı maddəsinin İ hissəsi, 127-ci maddəsinin İ, İİ, İV və Vİİ hissələri pozulmuşdur-2018-ci il 16 aprel tarixli müqavilə üzrə elektrik bəsləmələri GoranMingəçevir mənzili 225+328, Mingəçevir-Yevlaxın mənzili 238+160, Mingəçevir-Yevlax mənzili 239+460-239+671, Yevlax-Malay mənzili isə 254+437-460-254+642 kilometrlərdə yanlış dizayn edilmişdir. 10 kv xəttin dizaynda keçişi göstərilərkən neçə ədəd naqilin keçdiyi, Goran-Mingəçevir, Mingəçevir-Yevlax və Yevlax-Malay mənzillərdə göstərilməmişdir. Hava aralığı orta anker və ya yoldəyişən zonaları xaricində 12,8 metrlik dayaqlar istifadə edilməli idi. Mingəçevir-Yevlax mənzilinin 246/234 və 246/236 dayaqlarında 13,6 metrlik dayaqlar istifadə edilərək layihədə ciddi yanlışlığa yol verilmişdir. 252/61-252/63 nömrəli dayaqların çəkimi layihədə yer almamışdır. “Pole and wire plan” ilə “montage plan” dizaynlarındakı məlumatlar eyni olmalı olduğu halda, Yevlax-Malay mənz ili 253/102-253/104, 256/212 və 264/2 nömrəli, Əlikəndə-Ucar mənzili 287/13 və 287/19-20 nömrəli, Malay-Ləki mənzili 273/257-258-259-260-261-262 nömrəli dayaqların dayaq tipləri məlumatları yanlışdır. İzolyasiya olunmamış hava aralıqlarının detal dizaynı edilərkən Yevlax-Malay mənzili 253+379-253+589 kilometrlər arası izolyatorları əlavə olunmamışdır. 2019-cu il ***tarixli müqavilə üzrə isə cavabdeh tərəfindən iş görülməmişdir. Apellyasiya məhkəməsi isə tərəflərin çəkişmə prinsipinə riayət etməmiş, iddiaçı tərəfindən verilən yazılı vəsatətlər ümumiyyətlə baxılmamış saxlanılmış, qətnamədə də həmin prosessual sənədlərə qiymət verilməmişdir.

33. MM-in 1.1, 1.2, 2.1, 2.2, 3.1, 4, 6.1, 6.2, 21.2, 443.4, 752.1, 762.2, 762.3-ci maddələrinin tələbləri pozulmuşdur-cavabdeh müqavilə əsasında işi icr a etməmiş, ümumi qəbul olunmuş və məcburi olan beynəlxalq standartlara riayət etməmiş və bu, üçüncü şəxsin də narazılığına səbəb olmuşdur. Belə ki, cavabdeh müqaviləyə əsasən icra etmədiyi qüsuru aradan qaldırmamış, yeni məlumat belə təqdim etməkdən imtina etmiş, ona ödənilmiş xərcləri qaytarmamışdır. Müqavilənin icra olunmamasını üçüncü şəxs də təsdiq edir. Cavabdehin işin icra olunduğu barədə mövqeyi isə qanunvericiliyin tələbinə uyğun sertifikatlarla təsdiq edilmir. Bu hal məhkəmə iclası zamanı da təsdiq olunmuşdur. Belə olan halda hansı standartların tətbiq olunduğu sual doğurur. Cavabdeh şirkətin istifadə etdiyi standartlar Azərbaycan, Cənubi Qafqaz və ya Avrasiyaya uyğun olmamışdır.

34. MPM-in 1.1, 1.5, 2.1, 2.2, 372.6-cı maddələri pozulmuşdur-apellyasiya məhkəməsi qətnamənin əsasl ılığını tam yoxlanılmalı olduğu halda, mübahisələndirilən qətnamədən bu hal müşahidə edilmir. İşlər görülmədiyi təqdirdə məhkəmənin iddiaçının müqavilədən imtina etməməsini qeyd etməsi yanlış və qanunvericiliyin tələblərinə əsaslanmayan mövqe olmuşdur. Bundan başqa, qətnamədə cavabdeh şirkətin “görülmüş işlərdə qüsur olmadığını bildirməsi” göstərilmiş, məhkəmə, iclasda səslənən cümləni sübut kimi götürərək, işlərin görüldüyünü hesab etmiş, halbuki hər hansı təhvil-təslim aktı mövcud olmamışdır. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

35. MM-in 21.2, 443.4, 752.1, 762.1, 762.2, 762.3, 763.1 və 765-ci maddələri pozulmuşdur-qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunda dəlillər irəli sürülməklə əlavə olaraq göstərilmişdir ki, iddiaçı 2018-ci il 16 aprel tarixli müqavilənin 4-cü bəndinin tə ləblərini pozmuş, baş plandakı dəyişiklikləri və planları cavabdehə verməmiş, piko test həyata keçirməmiş, bu səbəbdən işlər müqavilədə nəzərdə tutulmuş müddətdə görülməmişdir. Buna görə məsuliyyət də iddiaçının üzərindədir. Cavabdeh müqavilə üzrə işə başlayıb, işi hərtərəfli tam həyata keçirsə də, iddiaçı işin görülməsini dayandırdığından, müqavilənin 5.17-ci maddəsinə görə müqavilənin dəyərini cavabdehə ödəməlidir.

36. Müqavilənin 7-ci bəndinə görə, müqavilə imzalanaraq işə başlandıqdan sonra əgər inşaat işində hər hansı bir problem yaranarsa və buna görə cavabdeh günahkar deyilsə, bu zaman layihə işlərinin gəldiyi mərhələyə baxmayaraq iddiaçı müqavilə ilə nəzərdə tutulmuş ümumi məbləğin ən azı 50%-ni cavabdehə ödəməklə məsuldur. İddiaçı (sahibkar) işin ləğv olunmasını əsas gətirərək lay ihə (dizayn) haqqını ödəməkdən imtina edə bilməz. Müqavilənin 8-ci bəndinə görə cavabdeh tərəfindən sonuncu görülmüş işlərin aylıq fakturası iddiaçıya təqdim olunsa da, iddiaçı əsas göstərmədən xidmət haqqını ödəməkdən imtina etmiş, layihəçinin işçilərinin sahəyə daxil olmasına icazə verməmişdir. Halbuki, müqaviləyə əsasən, bütün işlərə rəqəmsal şəraitdə nəzarət edilməli və iddiaçı müvafiq ödənişləri faktura tarixindən etibarən 10 gün ərzində bank hesabına nağd olaraq köçürməli idi. Cavabdeh tərəfindən 2019-cu il 27 iyun, 9 iyul, 18 iyul, 22 iyul, 26 iyul tarixlərində e-mail, 2019-cu il 29 iyul, 5 avqust, 7 avqust, 16 sentyabr, 17 sentyabr tarixlərdə isə həm e-mail, həm də karqo vasitəsi ilə yazılı pretenziya məktubları ilə iddiaçıya və üçüncü şəxsə müraciət edilərək, borcun ödənilməsi və müqavilə şərtlərinə əməl edilməsi xahiş olunmuşdur.

37. Bundan başqa, 2019-cu il ***tarixli müqavilə də layihəçi tərəfindən tam və layiqincə icra edilmiş, iddiaçı isə öz öhdəliklərini tam və vaxtında yerinə yetirməmişdir. Müqavilənin 7-ci maddəsində onun ümumi dəyərinin 180.**0 avro təşkil etdiyi qeyd olunmuş, iddiaçı tərəfindən cəmi 90.**0 avro avans olaraq cavabdehin hesabına köçürülmüş, müqavilə üzrə hazırlanmış layihələrin, görülmüş işlərin 90.**0 avro məbləğində qalan dəyəri isə ödənilməmişdir. Sifariş verilən layihələr üzrə işlər tam yerinə yetirilmiş, layihələr hazırlanmış, lakin 43.**0 avro məbləğində layihənin təhvil verilməsinə, fakturanın təqdim olunmasına baxmayaraq, layihəçi həmin işin dəyərini ödəməmişdir. 2019-cu il 16 iyul tarixində isə iddiaçı tərəfindən layihəçinin əməkda şları sahədən çıxarılmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş layihələr 1** faiz hazırlanmış, layihələrin bir hissəsi iddiaçıya təhvil verilmiş, lakin onlar həmin işlərin pulunu ödəmədikləri üçün sonrakı layihələrin təhvil verilməsi dayandırılmışdır. Təqdim edilmiş layihələrdə qüsurlar olmamışdır. Cavabdehin işləyib hazırladığı layihə qeyd-şərtsiz iddiaçı tərəfindən qəbul edilmiş və üçüncü şəxsə təhvil verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya təqdim edilmiş xidmət və layihələrin dəyərinin vaxtında ödənilməməsi, işlənib hazırlanmış layihələrin isə qəbulundan imtina edilməsi nəticəsində cavabdehə külli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən bu halları təsdiq edən bütün sübutlar (müqavilə, yazışmalar, izahatlar) məhkəməyə təqdim edilməsinə baxma yaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.

38. MPM-in 4.1, 9, 76, 77, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur- qarşılıqlı iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar, müqavilələr, layihələr, eskizlər, işlərin görülməsi barədə sənədlər, yazılı sübutlar və məktublar məhkəməyə təqdim olunsa da, apellyasiya məhkəməsi iddianı tam təmin etməmiş, təmin olunmayan hissədə yanlış hüquqi nəticəyə gəlmişdir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

39. Cavabdeh tərəfindən iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayətinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassas iya baxışının hədləri

40. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən qarşılıqlı iddianın təmin edilmədiyi, iddiaçı tərəfindən ilk iddianın rədd edildiyi hissələrdə mübahisələndirildiyindən onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq mübahisələndirilən hissələrdə yoxlanılacaqdır.

41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hallar ın yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

42. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə

752. Podr at müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.” “Maddə

763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər....” “Maddə

765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.”

43. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 45. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məh kəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2***tarixli Qərarı).

46. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, tərəflər arasında 2018-ci il 16 aprel və 2019-cu il ***tarixli 2 podrat müqaviləsi bağlanmışdır. Hər iki müqavilə üzrə cavabdeh tərəflər arasında razılaşdırılmış müəyyən işləri görməyi, iddiaçı isə bunun müqabilində görülən işlərin haqqını ödəməyi öz üzərinə götürmüşdür (bax bu qərarın 1 və 2-ci bəndləri).

48. Hazırda iddiaçı iddia ərizəsində və kassasiya şikayətində ona istinad edir ki, hər iki müqavilə üzrə işlər qüsurlu icra edildiyinə görə birinci müqavilə üzrə tərəfindən ödənilmiş 273.**0 avro, ikinci müqavilə üzrə isə 90.**0 avro cavabdeh tərəfindən ona geri qaytarılmalıdır. Cavabdeh isə görülmüş işlərdə heç bir qüsur olmadığını bildirir. Göründüyü kimi, tərəflər arasındakı mübahisəli məsələ görülmüş işlərdə qüsurların olub-olmaması ilə bağlıdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələnin hüquqi həlli ilə bağlı ilk nö vbədə MM-in podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən müvafiq normaları nəzərdən keçirilməlidir. Həmin normalarda podratçının podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi nəzərdə tutulmaqla yanaşı, görülmüş işlərin qüsurlardan azad sayıldığı hallar, o cümlədən qüsurlar olduğu halda sifarişçinin hansı qaydada müqavilədən imtina etməsi dəqiq şəkildə tənzimlənmişdir (baxbu qərarın 42-ci bəndi).

50. Qanunvericiliyin həmin tələbləri nəzərə alınmaqla iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iddiaçının işlərin qüsurlu icrası kimi istinad etdiyi eyni məzmunlu dəlillərini araşdıraraq (bax - §18-23) hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən görülmüş işlərdə qüsurların olduğunu bildirsə də, bunu təsdiq edən məhkəməyə mö təbər sübutlar təqdim etməmişdir. Bu baxımdan MM-in 765-ci maddəsinin tələblərinə görə cavabdehdən ödənilən muzdun yarısını geri tələb etməsi əsassızdır.

51. Məhkəmə kollegiyası ilkin iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, ilkin iddianın əsassız olması nəticəsinə gəlinmişdir.

52. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma (bax bu qərarın 242 8-ci bəndləri) ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin eyni məzmunlu dəlillərini rədd edərkən göstərmişdir ki, 2018-ci il 16 aprel tarixli müqavilə üzrə 164.**0 avro muzdun sifarişçidən tutulması üçün əsaslar mövcud deyildir. Belə ki, cavabdeh özü bildirmişdir ki, onun tərəfindən 481,40 km məsafədən 160,6 km hissə üzrə müqavilədə nəzərdə tutulmuş 3 hissədən ibarət yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, dizayn planı və quraşdırma kartoçkası hazırlanmış, həmin hissələrin ikisi, yol oxunun dirək basdırılmaqla müəyyənləşdirmə planı, dizayn planı iddiaçıya təhvil verilmiş, lakin onlar həmin işlərin pulunu ödəmədikləri üçün dizayn planının təhvil verilməsi dayandırılmışdır. Göründüyü kimi, podratçı özü ödənişlərin ödənilməsinin dayandırılması səbəbi ilə qalan dizayn planını təhvil vermədiyini etiraf etmişdir. Digər tərəfdən, cavabdeh həmin tələbi zərər kimi deyil, məhz müqavilə üzrə görülmüş işlərin dəyəri kimi tələb etdiyi üçün sifarişçinin ödənişləri həqiqətən dayandırıb-dayandırmaması, bunun hansı tarixdən baş verməsi kimi halların əlavə araşdırılmasına zərurət yoxdur. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, 164.**0 avro məbləğində işləri təhvil vermədiyinə görə sifarişçidən həmin məbləğdə muznudn tutulması üçün əsaslar mövcud deyildir.

53. Məhkəmə həmçinin göstərmişdir ki, qarşılıqlı iddia müqavilənin 6-cı bəndinə əsasən (müqavilə müddətinin başa çatdığı tarixdən sonra sahibkarın xidmət almaya davam etməsi zərurəti yaranarsa, bu zaman hər ay üçün əlavə olaraq 8**0 avro ödənilməsi barədə) irəli sürülmüş 32.**0 avro tutulmas ı hissəsində də əsassızdır. Belə ki, cavabdeh müqavilə müddətindən əlavə 4 ay işlədiklərini, iddiaçı isə cavabdehdən xidmət almağa davam etmədiklərini, hətta dizayner tərəfindən göstərilmiş yarımçıq xidmətdən belə yararlanmadıqlarını bildirir. Həmin halı sübutetmə yükü cavabdehin üzərinə düşsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə, özü bildirmişdir ki, iddiaçı tərəfindən ödənişlərin edilməsi dayandırıldığına görə onlar da işi dayandırmışlar. Qeyd olunan fakt isə həmin tələbin təmin olunmasını istisna edir (bax - §24-26).

54. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qeyd olunan nəticəsini mübahisələndirsə də, əsasən işin faktiki hallarına istinad etmiş, kassasiya şikayətində məhkəmənin gəldiyi həmin nəticəni təkzib edən konkret dəlillər irəli sürməmişdir.

55. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

56. Sübutetmə yükü ilə bağlı həmin prosessual tələblərə əsasən, bax ılan işdə 2018ci il 16 aprel tarixli podrat müqaviləsi üzrə əvəzinin ödənilməsi tələb etdiyi işlərin görülməsini sübut etmək vəzifəsi mübahisə halında iddia edən tərəfin, hazırkı halda konkret olaraq cavabdehin üzərinə düşür.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən prosessual tələblərə əməl etməklə tərəflər arasında sübutetmə yükünü düzgün müəyyən etmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməklə həmin sübutları və cavabdeh tərəfindən bu istiqamətdə irəli sürülmüş dəlilləri nəyə görə mötəbər hesab etmədiyini əsaslandırmışdır.

58. Kassasiya şikayətlərinin digər dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olmaqla hazırkı icraat ç ərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).

59. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı MMC və cavabdeh x1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-8/2023 nömrəli 2023-cü il 4 oktyabr tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.F.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar