Məhkəmə qərarları › İş №2-2(102)-72/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-72/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-72/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İlk İddiaçı Cavabdehnə qarşı ilk iddia tələbi, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçınə Qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, satıcının əşyanı vermək vəzifəsi, alıcının əşyanı qəbul etmək vəzifəsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, ilk İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddia, qarşılıqlı iddiaçı Cav abdeh MMC-nin İddiaçı MMC-yə qarşı malın verilməsi və pul tələbinə dair qarşılıqlı iddia tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(104)-115/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC və alıcı Cavabdeh MMC arasında bağlanmış 2023-cü il 3 mart tarixli D/S-04/23 nömrəli alğı-satqı müqaviləsi ilə satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarında, alış sifarişlərində və/və ya əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları təhvil a lıb dəyərini bu müqaviləyə və/və ya əlavələrdə müəyyən olunmuş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqaviləyə 2023-cü il 10 aprel tarixli 1 nömrəli əlavə - qiymətlərin razılaşdırılması protokolu ilə bağlanmış müqaviləyə əsasən mal-materialların dəyərinin 245.390,63 ABŞ dolları məbləğində olması, “Virginiya” növlü qurudulmuş tütün yarpağı İ növ 1 kq-nın qiymətinin 2,10 ABŞ dolları olmaqla 21.326,6 ton ümumi məbləği 44785,86 ABŞ dolları, İİ növ 1 kq-nın qiyməti 1,90 ABŞ dolları olmaqla 30.822 ton ümumi məbləğinin 58.561,8 ABŞ dolları, İİİ növ 1 kq-nın qiymətinin 1,70 ABŞ dolları olmaqla 82.649,1 ton ümumi məbləği 140.579,97 ABŞ dolları, K növü 1 kq-nın qiyməti 1,40 ABŞ dolları olmaqla 1.045 ton ümumi məbləğinin 1.463 ABŞ dolları olaraq razılaşdırılmışdır.

3. Saxlayan İddiaçı MMC ilə tapşıran Cavabdeh MMC arasında bağlanmış 2023-cü il 6 aprel tarixli S-07/23 nömrəli malların anbarda saxlama müqaviləsi ilə tapşıran müxtəlif növ quru tütün kütlələrini saxlayanın anbarına saxlanca verməyi və saxlama müqabilində aylıq haqq ödəməyi öhdəsinə götürmüşdür. 4. 2023-cü il 1 aprel və 7 aprel tarixli İddiaçı MMC-nin anbardarı X2, mühafizə rəisi X5 və "xxxx" MMC-nin anbardarı X4 tərəfindən tərtib olunmuş aktlardan görünür ki, İddiaçı MMC-nin anbarında saxlanılan "xxxx" MMC-yə məxsus quru tütün məhsulu (quru tütün 1ci növ 145 tay 21.326,6 kq, quru tütün 2-ci növ 208 tay 30.822 kq 2023-cü il 1 aprel tarixində, quru tütün 3-cü növ 553 tay 82.694,1 kq, quru tütün K növü 8 tay 1.045 kq) çəkilərək İddiaçı MMC-nin anbarına təhvil verilmişdir. 5. 417164,07 manat d əyərində malların qaiməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ötürülmüşdür (2023-cü il 31 may tarixli EBDG seriyalı 801863 nömrəli elektron qaimə).

6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə alqı-satqı müqaviləsi əsasında 127.676,20 manat məbləğində dəymiş ziyanla bağlı qaimə ötürülmüşdür (2023-cü il 2 avqust tarixli elektron qaimə). 7. 2023-cü il 29 iyul və 1 avqust tarixli aktlardan görünür ki, Cavabdeh MMC İddiaçı MMC-nin və "xxxx" MMC-nin anbarından 2023-cü il 29 iyul tarixində 112 tay 16.720 kq İİİ növ, 2023-cü il 29 iyul tarixində 112 tay 16.710 kq İİİ növ, 2023-cü 1 avqust tarixində 72 tay 7.515 kq İİİ növ, 8 tay 1.025,4 kq K növü quru tütün məhsulu çıxarmışdır.

8. Cavabdeh MMC 2023-cü il 5 may tarixindən 2023-cü il 31 iyul tarixinədək İddiaçı MMC-nin hesabına 175.500 manat köçürm üşdür (bank çıxarışı).

9. İddiaçı MMC-nin 2024-cü il 7 yanvar tarixli ZAİ-001/24 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MMC-nin öhdəliklərini yerinə yetirməməsi səbəbindən İddiaçı MMC-yə əhəmiyyətli dərəcədə maddi ziyan dəymiş, istehsal olunmuş mallar satılmamış qalmış, müəssisə külli miqdarda kreditor borcları, məcburi büdcə ödənişləri, kommunal xərclər və əmək haqlarını ödəyə bilməyərək, dövlət orqanları tərəfindən məcburi sanksiyalar və məcburi tədbirlərlə üzləşmişdir. Cavabdeh MMC qəsdən, məqsədli şəkildə bilərəkdən müəssisənin fəaliyyətini məhdudlaşdırmışdır. Fermerlərə tütün istehsalına görə müqavilə üzrə verəcəkləri avansı təmin edə bilmədiklərinə görə 83.915 manat borc yaranmış müqavilə öhdəliyini təmin edə bilmədiklərinə görə 300.000 manat dəyərində əlavə gəlird ən məhrum olsalar da hazır yaş məhsulun dəyəri ödənilmədiyindən, iddia ərizəsi təqdim edilən tarixdən indiyə qədər əlavə 51.911 manat əlavə kreditor borc yaranmışdır. Bundan əlavə müqavilə üzrə onlara çatacaq vəsaiti ala bilmədiklərinə görə 2024-cü il 7 yanvar tarixinə 94.000 manat (2023-cü ilin noyabr və dekabr ayları üzrə əmək haqlarının ödənilməməsinə görə) və 106.210 manat (kommunal xərclər) üzrə də cari borcları yaranmışdır ki, bütün bu vəsaitləri başqa mənbələrdən borc alaraq müəyyən qisimdə enerji təchizatı qurumlarından möhlət alaraq saxlamışlar. Başqa şəxslərdən 100.000 manat dəyərində faktiki borc alaraq, əlavə maliyyə yükü ilə yüklənərək müflisləşmə ilə üzləşmişdir.

10. Borc alan “X1” MMC ilə borc verən X3 arasında bağlanmış 2023-cü il 5 avqust tarixli 8 nömrəli borc müqaviləsi ilə borc verən 130.000 ABŞ dolları pulu borc alana müxtəlif vaxtlarda və hissə-hissə verməyi, borc alan isə borcu müqavilənin şərtlərinə uyğun olaraq borc verənə borc məbləğini hissə-hissə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 14 noyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 3 mart tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə cavabdehdən malın dəyəri olaraq 2023-cü il 7 mart tarixli EBDA seriyalı 801863 nömrəli 417.164,07 manat dəyərindəki müqavilə və onun 1 nömrəli əlavəsi ilə nəzərdə tutulmuş 241.664,07 manat ödənilməmiş pul; 2023-cü il 2 avqust tarixli EBDL seriyalı 198700 nömrəli e-qaimə əsasında 121.813 manat dəyərində cavabdehin vurduğu zərərə görə məbləğ olmaqla; ümumilikdə 363.477,07 manat pulun; iddianın mediasiya və məhkəmə orqanlarında baxılması üçün 400 manat dövlət rüsumu və iddianın məhkəmədə baxılması üçün 254 manat əlavə dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, quru tütün məhsullarının satışı istiqamətində 2023-cü il 3 mart tarixində iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 2023-cü il 10 aprel tarixli 1 nömrəli əlavə ilə cəmiyyətlər arasında alqı-satqı öhdəlikləri razılaşıdırılmışdır. Cavabdeh müqavilə əsasında mal dəyəri olaraq 245.390,63 ABŞ dolları dəyərində ödəniş etməyi ö hdəsinə götürmüşdür. Müqavilə şərtləri əsasında 135.842,7 kq qurudulmuş, fermentlənmiş, çeşidlənmiş, qablaşdırılmış tütün məhsulları tam şəkildə cavabdehin tam öhdəliyinə verilmiş və həmin məhsullar tam şəkildə iddiaçının anbarlarından cavabdehin səlahiyyətli şəxslərinə təhvil verilmişdir. Bu barədə iddiaçı ilə cavabdeh arasında 2023-cü il 6 aprel tarixli malların anbarda saxlama müqaviləsi bağlanmışdır. Mal dəyəri olaraq cavabdehin elektron vergi kabinetinə malın dəyərinə uyğun bir ədəd elektron qaimə göndərilmiş və eqaimə cavabdeh tərəfindən qəbul edilmişdir. İki qaimə üzrə cavabdeh müqavilə şərtlərindən kənar uzun fasilələrlə ödənişlər etsə də, malları hissə-hissə qəbul etməsinə baxmayaraq, 175.500 manat dəyərində müqavilə öhdəliyini icra etdikdən sonra müqavilə dəyərini ödəməkdən imtin a etmişdir. Cavabdeh 417.164,07 manat dəyərində müqavilə öhdəliyindən, müxtəlif vaxtlar üzrə iddiaçının cari hesablarına 175.500 manat dəyərində ödənişlər edərək, 34.455,4 kq müxtəlif çeşidlərdə mal qəbul etmiş, 99.053,15 manat üzrə tam hesablaşma etmiş, qalan ödəniş etdiyi 76.446,85 manat dəyərində malı gələcək malların təminatı kimi iddiaçının anbarlarında təminat məqsədli saxlayaraq, yerdə qalan müqavilə dəyərinin 241.664,07 manat məbləğini ödəməmişdir.

13. İddiaçı həmçinin bildirmişdir ki, cavabdehin icranı gecikdirməsi nəticəsində iddiaçı müqavilə münasibətində olan fermerlərə tütün becərilməsi üçün avans verə bilməmiş, bunun nəticəsində də faktiki müqavilə öhdəlikləri üzrə avans məbləğlərini ödəyə bilmədiyindən, fermerlərə 83.915 manat borclu qalaraq ziyan etmiş, iki ay fərqi ilə c əmiyyətdə çalışan işçilərin 31.800 manat dəyərində əmək haqlarını və iddiaçıya məxsus istehsalat məntəqəsinin istehsalatla bağlı 6.098 manat kommunal xərclərini ödəyə bilməmişdir. Bunun nəticəsində iqtisadi göstəricilər həddindən aşağı düşmüş, dövlət və fermerlər qarşısında götürülmüş öhdəliklər icra oluna bilməmişdir. Bu məqsədlə də yaranmış vəziyyətə görə cavabdehlə danışıqlar aparılmış və cavabdeh mövcud vəziyyətlə bağlı zərəri ödəyəcəyinə vəd vermiş, bu razılıq əsasında dəymiş zərərin ödənilməsinə görə e-qaimə göndərilməsini tələb etmişdir. Bu səbəblə cavabdehin elektron vergi kabinetinə vurulmuş zərərin ödənilməsinə görə 2023-cü il 2 avqust tarixli EBDL seriyalı 198.700 nömrəli 121.813 manat dəyərində zərər həcmində e-qaimə göndərilmiş, cavabdeh tərəf zərər məbləğini qəbul edərək qaim əni təsdiq etmişdir.

14. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü il 3 mart tarixli müqavilə üzrə ödənilmiş 80.251,96 manat dəyərində olan tütünün onlara təhvil verilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması, bu mümkün olmadıqda artıq ödənilən həmin məbləğin, həmçinin 62.000 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehə verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış müqavilə əsasında ödənişlər edilməsinə baxmayaraq, tütün cavabdehə təhvil verilməmiş və cavabdehə verilməli olan mal satılmışdır. Belə ki, 2023-cü il 3 mart tarixli müqavilə və 2023-cü il 13 mart tarixli əlavə 1 üzrə cavabdeh tərəfindən 2023-cü il 5 may tarixində 70.000 manat, 2023-cü il 28 iyul tarixində 70.000 manat və 2023-cü il 31 iyul tarixində 35.500 manat, ümumilikdə 175.500 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən 95.248,04 manat dəyərində 32.957,80 kq-lıq mal təqdim olunmuşdur. Cavabdeh tərəfindən ödəniş edilməsinə baxmayaraq, iddiaçı tərəfindən 80.251,96 manat dəyərində mallar təqdim olunmamışdır. Bu səbəbdən də ixracatçısı olduqları müəssisələrə cavabdeh tərəfindən malların ixracı təmin edilməmişdir. Cəmiyyət olaraq ixracatçısı olduqları müəssisə qarşısında qarşılıqlı şəkildə razılaşdırılmış müqavilədə göstərilmiş müddətdə təmin edilmədiyi halda onların müəssisəsinə cərimə tətbiq olunacaq. Bu hal baş verərsə dəymiş zərərin qarşılığı qanunvericilik çərçivəsində tələb ediləcək. İddiaçı öhdəliklərini yerinə yetirmədiyinə və onl arın alacağı malı xaricə ixrac edə bilmədikərinə görə Rusiyada olan şirkət qarşısında çətin vəziyyətdə qalmışlar. Bu səbəbdən, müəyyən öhdəliklərini icra edə bilməmişlər. Müqavilə şərtləri iddiaçı tərəfindən pozulduğundan, onlar həm dəymiş ziyanı, həm də əldən çıxan faydanı ödəməlidirlər.

16. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli e-2-2(115)-90/2024 nömrəli qətnaməsi ilə; - ilk iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2023-cü il 3 mart tarixli D/S-04/23 nömrəli alğı-satqı müqaviləsi üzrə yaranmış 241.664,07 manat borc, ödənilmiş 400 manat mediasiya xərci və 254 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, - qarşılıqlı iddia qismən təmin olunmuş, 2023-cü il 3 mart tarixli D/S-04/23 nömrəli alğı-satqı müqaviləsi üzrə 80.251,96 manat məbləğində qurudulmuş tütün yarpağı məhsulu və 330,75 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmiş, ilk və qarşılıqlı iddiaların qalan hissəsi təmin olunmamış, cavabdehdən 277,66 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – G.Quliyeva).

17. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2023-cü il 3 mart tarixində bağlanmış alqı-satqı müqaviləsi ilə iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırılması protokollarında, alış sifarişlərində və/və ya əlavələrində göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcının mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları təhvil alıb dəyərini satıcıya ödəm əyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavə ilə malların dəyəri ümumilikdə 245.930,63 ABŞ dolları məbləğində razılaşdırılmışdır. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları alıcıya təhvil vermiş, alıcı müqavilədə nəzərdə tutulmuş malları tam şəkildə təhvil alaraq satıcıya məxsus anbarda saxlama müqaviləsi əsasında saxlamaya qoymuşdur. Alıcı aldığı malın dəyərindən 175.500 manat hissəsini ödəmiş, qalan - 241.664,07 manatını isə ödəməmişdir.

18. İddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən, məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə əsasən 241.664,07 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

19. Bundan başqa, iddiaçının cavabdeh tərəfindən vurulan zərərə görə 12 1.813 manat pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı məhkəməyə hüquqi şəxsin təsisçisinin başqa şəxslə bağladığı borc müqaviləsini təqdim etsə də, fermerlərlə müqavilələr bağladığını bildirsə də fermerlərə hansı məbləğdə pul ödəməsi, hansı məbləğdə ödəyə bilməməsi, məhz cavabdehin icranı gecikdirməsi nəticəsinə ödənişləri həyata keçirə bilməməsi ilə bağlı, eləcə də təsisçinin borc alması ilə bağlı iddiaçının ziyana düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə ilk iddianın zərərin ödənilməsi hissəsində təmin edilməməsi qənaətinə gəlmi şdir.

20. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya müqavilə üzrə 175.500 manat pul köçürmüş, təhvil aldığı mallardan yalnız anbardan onlara 95.248,04 manat dəyərində məhsulun çıxarılmasına icazə verilmiş, 80.251,96 manat dəyərində isə məhsulun çıxarılmasına maneə yaradılmışdır. Odur ki, məhkəmə 80.251,96 manat məbləğində qurudulmuş tütün yarpağı məhsulunun iddiaçıdan alınaraq cavabdehə verilməsi qənaətinə gəlmişdir.

21. Qarşılıqlı iddianın iddiaçı tərəfindən vurulan zərərə görə 62.000 manat pulun tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə qa rşılıqlı iddianın zərərin ödənilməsi hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 441.1, 441.4, 448.1, 448.2, 567, 599.1, 599.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən - ilk iddianın təmin və qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv edilərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024 -cü il 22 may tarixli 2-2(104)-115/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – İ.Həsənov və L.Süleymanov).

25. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan almış olduğu malın dəyərindən 175.500 manat hissəsini ödəmiş, qalan - 241.664,07 manat hissəsini isə ödəməmişdir. Malların dəyərinin ödənilmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur.

26. Qarşılıqlı iddia ilə bağlı isə kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən 80.251,96 manat məbləğində qurudulmuş tütün yarpağı məhsulu cavabdehə təhvil vermədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməkdə haqlı olmuşdur.

27. Kollegiya ilk iddianın - vurulmuş zərərə görə 121.813 manat pulun tutulması, qarşılıqlı iddianın - vurulmuş zərərə 62.000 manat pulun tutulması hissəsində qeyd etmişdir ki, qanunvericiliyə görə, cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Kollegiya qeyd etmişdir ki, iş materialları ilə ilk iddiaçı və qarşılıqlı iddiaçıya zərər vurulması müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur.

28. Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd etmişdir ki, iddi açı ilə cavabdeh arasında 245.390,63 ABŞ dolları və ya 417.164,07 manat dəyərində quru tütün məhsulunun alğı-satqısına dair müqavilə bağlanmış, iddiaçı göstərilən miqdarda məhsulu cavabdehə təhvil vermiş, cavabdeh həmin məhsulu iddiaçıya məxsus anbara yığmış, həmin məhsulun dəyərindən 175.500 manat ödəniş etmiş olsa da, razılaşdırılmış məbləğin qalan hissəsini, həmçinin anbarda saxlama xərcini ödəməmişdir. İddiaçı müqavilədə nəzərdə tutulmuş məhsulu cavabdehə tam təhvil verdiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini 241.664,07 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh həmin məhsulu çəkilərək tam şəkildə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin qətnamənin məhkəmə tərəfindən ilk iddianın təmin olunmu ş hissəsində ləğv edilməli olmasına dair dəlili əsassız olmuşdur.

29. Apellyasiya şikayətinin digər - ixracatçılar qarşısında öhdəliyini iddiaçının təqsirindən yerinə yetirə bilməməsinə dair dəlili də əsassız olmuşdur. Ona görə ki, müqavilədə nəzərdə tutulmuş çəkidə keyfiyyətdə və qiymətdə quru tütün məhsulu cavabdehə təhvil verilmiş olsa da, sonuncu həmin məhsulun dəyərini iddiaçıya tam olaraq ödəməmiş, yəni zərərli nəticənin baş verməsi heç də iddiaçının hərəkəti ilə bağlı olmamışdır.

30. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 385.1, 442, 441.1, 448.1, 448.2, 567, 598.1, 599.1, 599.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 385.1, 442 və 448.1-ci maddələri üzrə - Cavabdeh qarşılıqlı iddia tələbini əsaslandırarkən bildirdiklərini (bax yuxarıda §15) vurğulayaraq qeyd edir ki, məhkəmə cavabdehin də digər şirkətlər qarşısında öhdəliklərinin mövcudluğunu və malı vaxtında almadığı üçün ziyana düşmüşdüyünü nəzərə almamışdır.

33. Məhkəmə ilk iddianı təmin edərək cavabdehdən bütün müqavilə üzrə ödəməli olduğu pulun tutulmasını qət etmişdir. Qətnamədə 2023-cü il 3 mart tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 241.664,07 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması qeyd edilmişdir. Lakin məhkəmələ r müqavilənin şərtlərinə görə cavabdehin iddiaçıya pulu ödəməsilə yanaşı iddiaçının da razılaşdırılmış qiymət və keyfiyyətdə mal verməli olduğunu nəzərə almamışlar.

34. Məhkəmə öz araşdırmasında iddiaçının müqavilənin şərtlərini pozaraq cavabdehə mal vermədiyini qeyd etmiş, lakin cavabdehdən qalıq pulun tutulmasını qət etmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisə məhz iddiaçının cavabdehə razılaşdırılmış qaydada və keyfiyyətdə mal verməməsinə görə başlamışdır. Belə olan halda, məhkəmə ən azından cavabdeh tərəfindən pul ödənildiyi halda, malın qalan hissəsinin də cavabdehə təhvil verilməsi, yəni pul verilməsi ilə eyni vaxtda malın verilməsi barədə qərar qəbul etməli idi. Qeyd edildiyi kimi, məhkəmə qətnamədə hər iki tərəfin müqavilə şərtlərini pozması qənaətinə gəlmişdir. Belə olan ha lda, hansı səbəbdən cavabdehin təhvil almadığı mala görə pul ödəməli olduğu sual olunur. Cavabdeh iddiaçıya borcu mövcud deyil və cavabdeh yalnız mal aldıqdan sonra pul ödəməlidir.

35. MPM-in 9, 14.1, 14.2 və 77.1-ci maddələri üzrə - Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, bununla da qeyd olunan hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsini n maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qay da nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt ) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”

40. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “M addə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(104)-115/2024 nöm rəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

42. Məhkəmə kollegiyası bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi həmin tələbə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş ilk iddia tələbinin təmin olun hissədə qanuni əsası müəyyən edilmiş və faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı dispozisiya şərtləri ilə uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır. Qarşılıqlı iddianın isə təmin edilməyən hissəsində cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

43. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəli yi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh tələb edilən borc məbləğinin təmin olunan hissədə əsassız olmasına dair hər hansı əsaslı arqument irəli sürə bilməmişdir. Belə ki, MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

44. Məhkəmə kollegiyası iş üzrə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq qeyd edir ki, apellyasiya instansiyası iddiaçının ilk iddianın təmin olunan hissədə cavabdehin müqavilə üzrə öhdəliklərini tam icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən hüquq normaları üzrə hər hansı pozuntuya yol verməmişdir.

45. Apellyasiya məhkəməsi qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyini, nəticədə iddiaçıya 241.664,07 manat bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə almaqla, haqlı olaraq cavabdehdən 241.664,07 manat borcu üzrə pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

46. Qarşılıqlı iddianın təmin olunmayan hissəsi (vurulan zərərə görə pulun tutulması) ilə əlaqəli dəlillərə gəldikdə isə kollegiya bildirir ki, cavabdeh iddiaçının təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin fa ktiki hallarını araşdıran aşağı instansiya məhkəməsinə təqdim etməmiş, apellyasiya məhkəməsi də qarşılıqlı iddianı həmin hissədə əsassız hesab etməkdə haqlı olmuşdur.

47. Bundan başqa, kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyasında da bildirilmiş, lakin dəlillərdə qeydə olunan xüsusatlar işə baxan apellyasiya məhkəməsi tərəfindən təsdiqedici sənədlər əsasında müəyyən olunmamışdır. Kassator isə bununla əlaqədar həmin məhkəmənin hüquq pozuntularına yol verdiyini tutarlı şəkildə əsaslandıra bilməmişdir.

48. Kassasiya şikayətinin dəlilləri əsassız və formal xarakterli olmaqla yanaşı, əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə üzrə hər hansı hüquq pozuntusunun olmaması qənaətinə gəlir. Kollegiya həmçinin bildirir ki, MPM-in 385-ci maddəsində apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar sadalanır. Lakin hazırki halda isə kassasiya şikayətinin dəlilləri ilə bağlı həmin normanın pozuntusu mövcud deyil.

49. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlan dırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar olunması müəyyən edilmir.

50. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(104)-115/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 22 may tarixli 2-2(104)-115/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar