Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-722/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: prosessual müddətin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (tələb hüququnun əvvəlki sahibi – "xxxx" ASC) cavabdeh X1 qarşı sığorta haqqı üzrə borc və dəbbə pulunun tutulması barədə ilk iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 noyabr tarixli 22(103)-159/202 3 nömrəli qərardadından cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları və iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 1. "xxxx" ASC (bundan sonra – “ASC”) 2018-ci il 19 dekabr tarixində üzrə X1 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 52.708,06 manat sığorta haqqı üzrə borc, 44.889,9 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 97.628,05 manat pulun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdeh ASC-yə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilk iddiaçıdan ödənilməmiş sığorta bonusları 107.700 manat, gecikmə faizi 3.137 manat, kompensasiya 40.000 manat, əlavə maddi zərər 10.000 manat, mə nəvi zərər 5.000 manat və dövlət rüsumu 30 manat olmaqla, cəmi 165.867 manat pulun tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 20 may tarixli 2-2(113)-59/2020 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən ASC-nin xeyrinə 52.708,06 manat sığorta haqqı borcu, 3.000 manat dəbbə pulu olmaqla, cəmi 55.708,06 manat pulun tutulması və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir (hakim – Z.Pirverdiyev).
4. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ilk iddianın təmin olunduğu və qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv olunmaqla, ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsini barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 mart tarixli 2-2(103)-159/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv olunmuş, qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
6. Həmin qərardadda göstərilmişdir ki, işə apellyasiya qaydasında baxılarkən ASC prosessual hüquq varisi İddiaçı MMC (bundan sonra – "xxxx") ilə əvəz edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən məlum olmuşdur ki, ASC 2021-ci il 15 noyabr tarixində ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. ASC ləğv edildiyindən mübahisələndirilən qətnamə qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilə rək qarşılıqlı iddia üzrə icraata xitam verilməlidir.
7. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2023-cü il 14 mart tarixli 2-2(103)-159/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
8. Həmin qətnamədə göstərilmişdir ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 2020-ci il 24 avqust tarixli müqaviləyə əlavədən görünür ki, ASC-nin cavabdehə olan 55.725 manat məbləğində tələbi iddiaçıya güzəşt edilmişdir.
9. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023cü il 21 avqust tarixli 2-2(103)-159/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
10. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 5 oktyabr tarixli 2-2(102)-585/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır (sədrlik edən – İ.Dadaşov, hakimlər – B.Qəribov və E.Şamayev).
11. Cavabdeh 2023-cü il 14 oktyabr tarixində yenidən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş və ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdehin nümayəndəsinə təqdim olunmasına baxmayaraq, cavabdehə göndərilməmişdir. Əvvəla, qeyd şərt olmadan qətnamə prosessual qanunvericiliyin tələbləri baxımından maraqlarına toxunan hər bir proses iştirakçısına göndərilməlidir. İkincisi, nümayəndə qətnaməni tərəfə təqdim etməyə və tərəfin mənafeyinə zidd olan qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verməyə bilər. Nümayəndənin qətnaməni aldıqdan sonra cavabdeh ilə münasibətinə son qoyması və onun həmin qətnaməni mübahisələndirməməsi cavabdehin məhkəmə araşdırması hüququndan məhrum olması baxımından nəzərə alınmalıdır. Həmçinin, qətnamə cavabdehin nümayəndəsi və vəkilinə elektron sistem vasitəsi ilə təqdim olunmuşdur. Lakin nümayəndə qətnamənin q əbul edilməsi və ona təqdim olunması barədə cavabdehə məlumat verməmişdir. Cavabdeh Gürcüstan Respublikasının vətəndaşıdır və Azərbaycan Respublikasının Miqrasiya Xidməti tərəfindən Bakı şəhəri, Yeni Günəşli yaşayış sahəsi D.Massivi, Samir Cəfərov küçəsi, ev 34, mənzil 164 ünvanında qeydiyyata alınmaqla həmin ünvanda yaşamışdır. Cavabdehin vətəndaşlığı olmayan şəxs kimi qeydiyyatda olması və yaşadığı ünvanın məhkəməyə məlum olmasına baxmayaraq, məhkəmə qətnaməni cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvana göndərməmişdir. Nümayəndə cavabdehə işin hələ yekunlaşmadığını, yekunlaşacağı təqdirdə ona məlumat veriləcəyini bildirsə də, qətnamə barədə cavabdehə məlumat verməmişdir. 2023-cü il 30 iyul tarixində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya İdarəsi cavabdehi icra şöbəsinə dəvət e dərək borcun tutulması barədə qətnamənin olduğunu bildirdikdə, o, apellyasiya məhkəməsinə ərizə ilə müraciət edərək qətnamənin cavabdehə rəsmi təqdim olunmasını xahiş etmişdir. Qətnamə 2023-cü il 31 iyul tarixində apellyasiya məhkəməsi tərəfindən rəsmi olaraq cavabdehə təqdim olunmuş və o, 2023-cü il 4 avqust tarixində elektron qaydada kassasiya şikayəti vermişdir. Qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin başlanması onun rəsmi qaydada cavabdeh tərəfindən alındığı vaxtdan, yəni 2023-cü il 31 iyul tarixindən hesablanmalıdır.
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 noyabr tarixli 2-2(103)-159/2023 nömrəli qərardadı ilə ərizə təmin olunmamışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamə 2023-cü il 31 mart tarixində cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilmiş, cavabdehin həmin qətnamədən kassasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin axımı 2023-cü il 1 iyun tarixində bitdiyi halda, kassasiya şikayəti 2023-cü il 4 avqust tarixində verilmişdir. Ərizədə göstərilən hallar (kağız daşıyıcıda qətnamənin göndərilməməsi, nümayəndə və vəkil olmuş şəxsin qətnamə barədə tərəfə məlumat verməməsi və s.) buraxılmış prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməz. Eyni zamanda, cavabdeh özü məhkəmə iclaslarında iştirak etdiyindən və iş üzrə qətnamə qəbul olunması barədə məlumatlı olduğundan məhkəməyə müraciət edərək qətnaməni əldə etmək imkanına malik olmuşdur.
15. Apellyasiya məhkəməsi g əldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 133.1, 135.8 və 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv, vəsatətinin isə təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. MPM-in 9.1, 14.1 və 134-135 maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə aktı proses iştirakçısına rəsmi qaydada verilməlidir. Bu özündə iki halı ehtiva edir. Prosessual sənəd ya rəsmi sifarişli poçt göndərişi (xəbərnamə) ilə ya da müvafiq qəbzə imza etməklə göndərilməlidir. Burada proses iştirakçısı dedikdə hüquq və qanuni maraqlarına toxunan hər bir şəxs nəzərdə tutulur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddiaçının nümayəndəsinə verməklə ona (iddiaçıya) qətnamənin göndərilməməsi və buna görə də onun tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsi və prosessual müddətin bərpasına dair vəzifə qoyula bilməz. Ona görə ki, əvvəla, proses iştirakçısı kimi heç bir qeyd şərt olmadan qətnamə prosessual qanunvericiliyin tələbləri baxımından prosesin maraqlarına toxunan hər bir iştirakçısına göndərilməlidir. İkincisi həmin nümayəndə həmin qətnamədən tərəfə təqdim etməyə və həmin tərəfin mənafeyinə zidd olan qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verməyə bilər. Belə ki, nümayəndə qətnaməni aldıqdan sonra cavabdehlə münasibətinə son qoyması nəzərə alınarsa, onun həmin qətnamədən şikayəti verməyəcəyini qəbul etsək, onda qarşı tərəf kimi, cavabdehin qətnamənin mübahisə ləndirməsi və məhkəmə araşdırması hüququndan məhrum olacaqdır. Cavabdehin Azərbaycan Respublikasının vətəndaşı olmaması və onun Azərbaycan Respublikasında daimi yaşayış yerinin olmaması səbəbindən qətnamə cavabdehin nümayəndəsinə və vəkilinə elektron sistem vasitəsi ilə təqdim edilsə də, qətnamənin cavabdehə təqdim edilməməsi səbəbindən cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilməklə müddət bərpa edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır ( MPM-in 403 və 416-cı maddələri). Tətbiq edilən hüquq
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 2019-cu il 19 sentyabr tarixli Qərarda göstərmişdir ki, hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünü müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.
21. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütü n prosessual hərəkətlərin edilməsini özündə birləşdirir....” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə ) çatdırılır.” “Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə əsasların mövcud olmaması barədə gəldiyi nəticəni qanuni, cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
23. Nümayəndə işdə iştirak edən şəxs olmasa da, işdə iştirak edən şəxsin ona verdiyi səlahiyyətlər həcmində həmin şəxsi təmsil edir, yəni onun adından və onun maraqları naminə, təmsil etdiyi şəxsin müvafiq prosessual hüquqlarını həyata keçirir və vəzifələrini həyata keçirir. Təmsil olunan şəxs isə öz mülahizəsi ilə məhkəmə icraatının aparılmasında ya özü bilavasitə iştirak etmir, yalnız nümayəndəsi iştirak edir, yaxud da nümayəndəsi ilə yanaşı, özü də iş tirak edir. Lakin təmsil olunan şəxsin özünün təmsilçi ilə yanaşı icraatda iştirak etməsi və ya etməməsi onun nümayəndəsinin həyata keçirdiyi və ya keçirməli olduğu prosessual hərəkətlərin hüquqi nəticələrinə heç bir təsir göstərmir.
24. Belə ki, MPM-in 74.1-ci maddəsində (bax bu qərarın 21-ci bəndinə) nəzərdə tutulmuşdur ki, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
25. Həmin prosessual hərəkətlərdən biri də məhkəmə aktlarından şikayət verilməsidir.
26. Nümayəndə bütün prosessual hərəkətləri, o cümlədən məhkəmə aktlarından şikayət verilməsini qanunla müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirməyə borcludur.
27. Bu baxımdan, hər bir işdə iştirak edən şəxs özünə nümayəndə seçərkən, onun səlahiyyətlərinin həcmini müəyyən edərkən öz təmsilçisinin onun adından və onun maraqları naminə həyata keçirdiyi prosessual fəaliyyətin uğurları kimi, bütün mümkün risklərinin də məhz təmsil olunanın üzərinə düşdüyünü yaxşı anlamalı, öz nümayəndəsi ilə münasibətlərini düzgün qurmalı, onun fəaliyyətinin nəticələri ilə vaxtında və yaxından maraqlanmalıdır.
28. Odur ki, baxılan işdə qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımının başlanma və bitmə tarixləri, eyni zamanda cavabdehin qətnamə barədə vaxtında məlumatlandırılmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 135.5 və 135.8-ci maddələrinin (bax bu qərarın 21-ci bəndinə) tələblərinə uyğun olmuşdur.
29. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “ Akif Həsənov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi 2019-cu il 19 sentyabr tarixli Qərarda formalaşdırdığı hüquqi mövqelərdən (bax bu qərarın 20-ci bəndinə) aydın olur ki, hətta məhkəmə ərizəçini məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünü müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.
30. Mübahisələndirilən qərardaddan isə məlum olur ki, cavabdeh kassasiya şikayətini verən şəxs olduğu və məhkəmə iclaslarında şəxsən iştirak etdiyi halda, qətnamə cavabdehin nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirildikdən iki aydan artıq müddət keçdikdən sonra məhkəməyə kassasiya şikayəti vermişd ir.
31. Belə olan halda, məhkəmə kollegiyasının mövqeyinə görə, nümayəndə və vəkilin qətnamə barədə cavabdehi məlumatlandırmaması və digər dəlillər buraxılmış prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməz.
32. Odur ki, apellyasiya instansiyası məhkəməsinin buraxılmış prosessual müddətin bərpası üçün əsasların mövcud olmamasına dair gəldiyi nəticə də MPM-in 133.1-ci maddəsinin (bax bu qərarın 21-ci bəndinə) tələblərinə uyğun olmuşdur.
33. O da qeyd olunmalıdır ki, kassator oxşarməzmunlu dəlilləri apellyasiya instansiyası məhkəməsinə də bildirmiş, həmin məhkəmənin qərardadını əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
34. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətindəki dəlillərdə gö stərilmiş hüquq pozuntularına yol verməmiş, qanuni qərardad qəbul etmişdir.
35. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 noyabr tarixli 2-2(103)-159/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh X2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 noyabr tarixli 2-2(103)-159/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.