Məhkəmə qərarları › İş №2-2(102)-722/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-722/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-722/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə fikir ayrlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 16 noyabr tarixli e-2-2(117)-1620/2024 nömrəli qərardadına əsasən Balakən Rayon Məhkəməsi ilə Şəki Kommersiya Məhkəməsi arasında fikir ayrılığın ın həll edilməsi ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı a) Balakən Rayon Məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra – cavabdeh) 1150 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Balakən Rayon Məhkəməsinin 2024-cü il 30 avqust tarixli e-2(019)-691/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – Z.Tahirov).

3. Məhkəmə iş materiallarına istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı və cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğu olan fiziki şəx slər kimi vergi orqanında qeydiyyata alınmışlar. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirirlər və vergi orqanında uçotdan çıxarılmamışlar. Belə olan halda qanun normasının tələbinə əsasən iddiaçı və cavabdeh fərdi sahibkar statusunu itirməmiş sayılırlar. Ona görə də onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə kommersiya məhkəməsinə aiddir. b) Şəki Kommersiya Məhkəməsindəki icraat

4. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 16 noyabr tarixli e-2-2(117)-1620/2024 nömrəli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdır (hakim – M.Hüseynov).

5. Kommersiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazı rkı tələbə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə baxılmalıdır. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 2023-cü il 23 iyun tarixli, 926 nömrəli müqaviləyə əsasən satıcı olan iddiaçı özünə məxsus olan LGE 24 T3 adda kondisioneri bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq müştəriyə, yəni cavabdehə vermiş, sonuncu isə malı bu müqavilədə göstərilmiş şərtlərlə qəbul etmişdir.

6. Göründüyü kimi mübahisə predmeti olan malın kommersiya məqsədilə verilməsi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamış və bu səbəbdən mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq Balakən Rayon Məhkəməsi işi tərəflərin hər ikisinin VÖEN-i olma sı əsası ilə hazırkı məhkəməyə göndərmişdir. Buna münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisənin Kommersiya Məhkəməsinə aid olması üçün tək subyekt tərkibi deyil, həmçinin mübahisə predmeti də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlı olmalıdır. Hazırkı vəziyyətdə cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq onunla iddiaçı arasındakı mübahisənin onların birgə və ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gəlməsi iş materialları ilə də sübut olunmur.

7. Hazırkı iş üzrə cavabdehin fərdi sahibkar olması işə kommersiya məhkəməsi tərəfindən baxılmalı olmasına dəlalət etmir. Eyni zamanda tərəflərin VÖEN-nin olmasına və tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq hazırkı mübahisə hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti baxımından kommersiya fəaliyyəti ilə əlaqədar olmayan pul tələbindən yaranan mübahisədir ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsinin tələbinə əsasən bu qəbildən olan müraciətlərə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir.

8. Göründüyü kimi mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, yəni cavabdehə verilmiş bir ədəd kondisioner sonuncunun kommersiya fəaliyyətinin deyil, istehlak məqsədlərinin nəticəsi olaraq yarandığından hazırkı müraciətə mülki məhkəmə icraatı qaydasında ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır. Belə ki, işi aidiyyəti üzrə göndərən məhkəmə müqavilə şərtlərinə və tərəflər arasındakı mübahisənin predmeti və xarakterini n əzərə almadan yalnız tərəflərin subyekt tərkibinə istinad edərək işi aidiyyəti üzrə göndərməkdə haqlı olmamışdır Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin komm ersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarında (bundan sonra – “Plenum Qərarı”) müəyyən edilmişdir ki: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə a id olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya mə hkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır Ali Məhkəmənin mövqeyi

11. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin hər birinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən iş Balakən Rayon Məhkəməsinə göndərilməlidir.

12. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti i lə bağlılığı müəyyən olunmalıdır.

13. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

14. Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 10) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.

15. Yuxarıda qeyd olunanları rəhbər tutan qarışıq məhkəmə tərkibi vurğulayır ki, iş materiallarına əsasən 2023-cü il 23 iyun tarixli alqı-satqı müqaviləsində iddiaçı tərəfin VÖEN-i qeyd olunsa da, cavabdeh tərəfin yalnız fərdi identifikasiya kodu göstərilmişdir. Həmçinin müqavilə üzrə alqı-satqı predmetinin cavabdeh tərəfindən məhz sahibkarlıq məqsədi ilə əldə olunduğuna dair də hər hansı bir dəlil təqdim olunmamışdır.

16. Bununla belə Balakən Rayon Məhkəməsi tərəflərin hər ikisinin VÖEN-ə malik olmasına əsaslanaraq işi kommersiya məhkəməsinə göndərsə də, yalnız fərdi sahibkar statusu mübahisənin kommersiya fəaliyyəti ilə əlaqəli olduğuna dəlalət etmir.

17. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə baxa bilər. Eyni zamanda, yuxarıda qeyd olunan qanunvericilik normalarında sahibkarlıq fəaliyyətinin mahiyyəti də aydınlaşdırılmışdır. Hazırkı vəziyyətdə mübahisənin hər iki tərəfin sahibkarlıq fəaliyyətindən irəli gəldiyi müəyyən edilmir.

18. Göstərilənləri ümumiləşdirərək qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən hazırkı işə mü lki məhkəmə icraatı qaydasında ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır.

19. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 32.7, 403-1.6, 403-1.7, 403-1.9 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar