Məhkəmə qərarları › İş №2-2(102)-725/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-725/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-725/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-2(102)-725/2025 Açar sözlər: müqavilə üzrə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommer siya işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyul tarixli, 2-2(108)-22/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Naxçıvan MR Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mal-material haqqına görə yaranmış 172.449,14 əsas borc məbləğinin və 465 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında razılaşma əsa sında malın işlərin və xidmətinin göstərilməsi barədə razılıq əldə edilmişdir. İş üzrə cavabdeh tərəfindən razlaşma üzrə yaranmış öhdəliklər yerinə yetirilməmiş, mal materialın haqqı tam şəkildə ödənməmiş və bunun nəticəsində 2023-cü il 26 aprel tarixinə cavabdehin iddiaçıya 172.449,14 manat məbləğində borcu yaranmışdır. Həmin borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı lə təsdiq olunmuşdur.

3. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, cavabdehin iddiaçıya ziyan vurulması faktı iş üzrə materiallarla təsdiq olunmamışdır. İddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranması müəyyən edən maddi hüquq normaları müəyyən edilməmişdir. Həmin borcun yar anması idarənin hərəkət və ya hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquq müəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir. Həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmiş və iddia edilən borcun yaranma səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV- dən azad edilməməklə hesablanması olmuşdur.

4. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2025-ci il 21 fevral tarixli, e-2-2(123)-39/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Q.Məmmədov)

5. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında razılaşma əldə olunaraq hər iki tərəf üzərinə razılaşmadan irəli gələn öhdəliklər götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə mallar təqdim etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək malların dəyərini, yəni 172.449,14 manatı ödəməmişdir. İddiaçı cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər (elektron qaimələrə və üzləşmə aktı) təqdim etmişdir. Tərəflər arasındakı üzləşmə aktı isə borcun olmasını təsdiq edən mötəbər sənəddir.

6. İş üzrə cavabdehin iddia tələbinə etira zında həmçinin izahatında qeyd etdiyi tələbin ƏDV olması və təşkilatlarının ƏDV-dən azad olunması ilə bağlı fikirlərinə əsassən məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi bu halların təsdiqi ilə bağlı möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin üzləşmə aktı cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanmış və həmin vaxtı borcun ƏDV olması təsdiqlənməmişdir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə və 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 107, 108.1, 108.1.1, 112.1, 112.1.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikay əti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Naxçıvan MR Ali Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il 24 iyul tarixli, 22(108)-22/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – S.Qarayev, hakimlər – S.Bəylərli və F.Abbasov).

10. Məhkəmə cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında 2023-cü il 26 aprel tarixində müəssisə nümayəndələrinin imzası və möhürü ilə təsdiq olunmuş “X2” tərtib edilmişdir ki, bu da özlüyündə mübahisəsiz şəkildə tərəflər arasında müqavilənin mövcudluğunu təsdiq etmişdir. Üzləşmə aktı - iki müəssisə arası nda olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Həmin “X2”na əsasən üzləşmə aparılmış və cavabdeh təşkilatın iddiaçı təşkilata 172.449,14 manat borcu olduğu müəyyən edilərək qarşılıqlı imza və möhürlə təsdiq edilmişdir. Bu hal həm iddiaçı və həm də cavabdeh tərəfindən mübahisəsiz şəkildə qəbul edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iş materiallarında olan elektron qaimə-fakturaları qəbul etməkdən imtina etməmişdir. Nəticədə isə iddiaçı qalmış borcunu tələb etməkdə haqlı olmuşdur. Buna görə də cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlili əsassız hesab edilməlidir.

12. Həmçinin cavabdehin fəaliyyətinin əhatə etdiyi tikinti obyektlərinin hansısa formada ƏDV-dən azad edilməsi, cavabdehə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilmə klə ödənilməsi, iddiaçının da ƏDV-dən azad edilməsi kimi hesab edilə bilməz və cavabdeh tərəfindən alınmış mal-materialın dəyərinin ödənilməməsi üçün əsas sayılmamalıdır.

13. Eyni zamanda tərəflər arasında 2023-cü il 26 aprel tarixində müəssisə nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmiş “X2” ilə, həmçinin həm birinci instansiya məhkəməsində işə baxılması zamanı, həm apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi qismində iştirak etmiş idarənin mühasibi Nümayəndə2 izahatları ilə iddia tələbi, borclarının olduğu və ödəməli olduqları etiraf edilmiş, lakin bunun onlara ödənilməyən əlavə dəyər vergisi hesabına yarandığını bildirmişdir.

14. Məhkəmə hesab etmişdir ki, cavabdehin borclarının onlara ödənilməyən əlavə dəyər vergisi hesabına yaranması barədə dəlili qanunu və əsaslı hesab edilə bilməz və sifarişçisi tərəfindən gördüyü işin dəyərinin kəsir ödənilməsi cavabdehin iddiaçıdan aldığı mal-materialların dəyərinin ödənilməməsinin səbəbi kimi göstərilməsi yolverilməzdir. Bu hal yalnız cavabdehə həmin vəsaiti aidiyyəti üzrə tələb etmək hüququ vermişdir. Belə ki, elektron-qaimələrə əsasən satılan mallar ƏDV daxil satılmışdırsa əgər belə olan halda iddiaçı öz satdığı mallara görə ƏDV ödəmişdir və qarşılığında cavabdehdən ödədiyi ƏDVni tələb etməkdə haqlı olmuşdur. ƏDV də elə bir vergi məbləğidir ki, həmişə qarşı tərəfdən alınır. Bu da onu deməyə əsas vermişdir ki, cavabdehin borcunun ƏDV-dən yaranmasını, ƏDV-nin ona ödənilmədiyi üçün ödəniş etməməsini bildirməsi iddiaçı tərəfin maraqlarının pozulmasına gətirib çıxaran hal olmuşdur.

15. Apellyasiya icraatı üzrə 2025-ci i l 27 may tarixində keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş mütəxəssis qismində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Auditi İdarəsi Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən X1 izahatında bildirmişdir ki, “ƏDV vergi tutulan dövriyyədən hesablanan vergi ilə iş və xidmət göstərilərkən, yaxud mal alındıqda əldə olunmuş elektron qaimə-fakturalar və ya idxal zamanı yük gömrük bəyannamələrinə əsasən ödənilmiş ƏDV, yəni əvəzləşən ƏDV arasındakı fərqdir. Məsələn, belə fərz edək ki, mən 80.000 manatlıq mal idxal etmişəm və ya həmin malı hər hansı bir vergi ödəyicisindən almışam. Malı alarkən 14.000 manat ƏDV ödəmişəm və ya bu məbləği gömrükdə ödəmişəm. Daha sonra həmin malı 1 00.000 manata təqdim etmişəm. ƏDV-nin dərəcəsi 18 faizdir. 100.000 manatı 18 faizə vurduqda 18.000 manat ƏDV alınır. Əvvəldən ödədiyim 14.000 manat ƏDV əvəzləşən məbləğ hesab olunur və bu məbləğ hesablanan ƏDV-dən çıxılır. Beləliklə, 18.000 manatdan 14.000 manat çıxılır və qalan 4.000 manat dövlət büdcəsinə ödənilir. ƏDV-nin ümumi mahiyyəti bundan ibarətdir. Vergi Məcəlləsinə əsasən, ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar mövcuddur, ƏDV-dən azad olunan əməliyyatlar var, eləcə də ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar nəzərdə tutulur. İş üzrə cavabdeh hər hansı bir işi görərkən (bina tikərkən, təmir apararkən və sair hallarda) həmin işlə bağlı iddiaçıdan mallar almışdır. Malların alınmasını təsdiq edən iki qaimə mövcuddur və onların ümumi məbləği təxminən 170.000 mana t təşkil edir. Qaimələrə baxdıqda görünür ki, həmin əməliyyatlar ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlardır. Yəni iddiaçı qaimədə göstərmişdir ki, malın dəyəri və ona hesablanan ƏDV bu məbləğdədir və qarşı tərəf həmin məbləği ödəməlidir. Qarşı tərəf isə belə əsas gətirir ki, onun gördüyü iş ƏDV-dən azaddır, ona görə də ona ƏDV ödənilməmişdir və bu səbəbdən aldığı mala görə ƏDV-ni ödəyə bilməyəcək. Lakin ƏDV-dən azad olunan əməliyyatlar iş üzrə cavabdehin gördüyü işlərlə bağlıdır, iddiaçının fəaliyyəti ilə yox. Buna görə də iddiaçıya həm malın dəyəri, həm də həmin mala hesablanan ƏDV ödənilməlidir”.

16. Kollegiya apellyasiya şikayətinin dəlillərinə əsasən borc məbləğinin tam dəqiq müəyyən edilməsi, onun yaranma tarixlərinin və həmin borc məbləğinin ƏDV daxil və ya ƏDV xaric hesab lanmasının müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir.

17. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2025-ci il 10 iyul tarixli, 607 nömrəli ekspert rəyinə görə, iş materiallarından göründüyü kimi, 2024-cü il 14 noyabr tarixə (sualda göstərilən tarixə) cavabdehin, iddiaçıya borcu X2 məlumatlarının düzgünlüyü nəzərə alındıqda 172.449,14 manat müəyyən olunur. Həmin borc məbləğinin ƏDV xaric olaraq hesablanması akt məlumatlarında göstərilmədiyindən həmin borc məbləğinin ƏDV borcunu ayrı-ayrılıqda müəyyən etmək mümkün olmadı.

18. Kollegiya ekspert rəyini məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə qiymətləndirərək belə hesab etmişdir ki, onun sübut kimi mötəbərliyini şübhə altına alan hər hansı bi r hal mövcud olmadığından, həmin rəy sübut kimi qəbul edilməlidir.

19. Apellyasiya icraatı zamanı kollegiya tərəfindən tədqiq edilərək hərtərəfli qiymətləndirilmiş iş üzrə sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, onlar üzərinə öhdəlik götürmüş, iddiaçı tərəf öhdəliyini tam olaraq yerinə yetirərək malları təqdim etmiş, lakin cavabdeh götürmüş olduğu öhdəliyi lazımınca icra etməmiş, malların dəyəri tam ödənilməmişdir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 389, 390, 399.1, 425.1, 442, 445.2.1 və 448.1-ci, Vergi Məcəlləsinin 153.1, 159.1 və 159.2-ci, MPM-in 77.1, 77.3, 88 və 115 maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yen i qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 1096 və 1097-ci maddələri üzrə - iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdeh qismində göstərilən idarənin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilməmişdir. Həmin borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquq müəyyənedici normaların icrasının təmin edilməsi ilə həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməs i olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur.

23. Azərbaucan Respublikası Vergi Məcəlləsinin 153 və 154-cü maddələri üzrə məhkəməyə dəvət olunmuş vergi qurumunun nümayəndəsi məsələyə düzgün rəy verməmişdir. Belə ki, ƏDV-dən azad olma hansı mallara, işlərə və ya xidmətlərə aid olması qurumunun nümayəndəsinin fikri ilə deyil, konkret olaraq qanunverciliklə müəyyən edilməli olan bir haldır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi ƏDV-dən azad olmaya münasi bətdə (hansı ki, apellyasiya şikayətiin də əsas dəlili məhz bu olmuşdur) heç bir hüquqi qiymətləndirmə aparmamış, cavabdeh olaraq təşkilatın həqiqətən də ƏDV-dən azad olub olmamasına düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh təşkilat olaraq ödəmələr aparılmış, lakin borcun yaranması əsası isə borcun ƏDV hesablanaraq yaranamasıdır. Cavabdehin gördüyü işlər konkret olaraq ƏDV-dən azad olan əməliyyatlardır. Məhkəmə ticari münasibətlərdə olan iddiaçı ilə cavabdeh təşkilat arasındakı münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslı lığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin məqsəd və vəzifələri 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. 1.2. Bu Məcəllənin vəzifələri aşağıdakılardır: mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək; mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; fiziki şəxslərin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu, şəxsi və ailə həyatının, şəxsi toxunulmazlığının müdafiəsi hüq uqunu qorumaq; mülki dövriyyəni təmin etmək; sahibkarlıq fəaliyyətini dəstəkləmək; sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq.” “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə

16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.” “Maddə

329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.” “Maddə

337. Əqdl ərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə

390. Müqavilə azadlığı 3 90.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.” “Maddə 404-1. Dövlət satınalmaları müqaviləsi Dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz h üquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmla k əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqd a, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.” 27.2024-cü il yanvarın 1-dək qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

1. Qanunun tətbiq dairəsi 1.1. Bu Qanun, bu Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malları n (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir.” “Maddə

2. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışların mənası aşağıdakılardır: satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd;” “Maddə

16. Satınalma metodları 16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata ke çirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir.”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası m əhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

30. Belə ki, iddianın əsasını tərəflər arasında şifahi bağlanması iddia edilən müqavilə və həmin müqavilənin cavabd eh tərəfindən icra olunmamasından ibarət hüquqi faktlar təşkil edir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız ol ması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

32. Bu baxımdan kollegiya qeyd edir ki, ilk olaraq iddiaçını n əsaslandığı müqavilənin etibarlılığına qiymət verilməlidir.

33. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı kommersiya hüquqi şəxsi, cavabdeh isə dövlət orqanıdır və o, həmin müqavilə üzrə dövlət vəsaiti hesabına mal-materialın alıcısı qismində çıxış etmişdir.

34. Bu baxımdan, kollegiya qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan müqavilə hüquqi mahiyyətinə görə dövlət satınalmaları müqaviləsi kimi qiymətləndirilməlidir və həmin münasibətlərə MM-in 404-1-ci maddəsinə uyğun olaraq “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri əsasında qiymət verilməlidir. 35.Eyni zamanda, tərəflər arasında hüquq münasibətləri 2023-cü ildə yarandığı üçün MPM-in 217.2-ci maddəsinə əsasən hazırkı mübahisə üzrə 2024-cü il yanvarın 1dək qüvvədə olan “Dövlət satınalma ları haqqında” Qanunun tətbiq edilməlidir. 36.Həmin Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri və qaydalarını müəyyən edir. 37.Qeyd olunan Qanun, həmin Qanunun 1.2-1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edi lir (maddə 1.1). 38.Sözügedən Qanunda satınalma metodu (açıq tender, ikimərhələli tender, qapalı tender, kotirovka sorğusu və bir mənbədən satınalma metodu) və onların keçirilməsi qaydası, satınalma müqaviləsinin yazılı forması (satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd) və onun bağlanması qaydası müəyyən edilmişdir. 39.MM-in 390.2-ci maddəsində isə təsbit edilmişdir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydala r müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

40. Lakin hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə qanunvericiliklə imperativ qaydada nəzərdə tutulmuş dövlət satınalmaları prosedurlarına riayət edilmədən, müsabiqə və ya digər seçim mexanizmləri keçirilmədən şifahi formada bağlanmışdır.

41. Kollegiya hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara və formaya əməl edilmədən bağlanan müqavilə MM-in 329.1 və 337.1-ci maddələrinə əsasən etibarsız əqd kimi qiymətləndirilməlidir. 42.MM-i n 337.4-cü maddəsinin tələblərinə görə isə etibarsız əqd hüquqi nəticələrə səbəb olmur və bu cür əqd bağlandığı andan etibarsızdır.

43. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin şifahi müqaviləyə əsaslanmaqla irəli sürdüyü iddia tələbləri hüquqi cəhətdən əsassızdır.

44. Bununla yanaşı nəzərə alınmalıdır ki, məhkəmə tərəflərin istinad etdiyi hüquqi əsaslardan asılı deyil və ona görə də, iddia tələblərinin mümkün olan bütün qanuni əsaslarını yoxlamalıdır. 45.Bu baxımdan kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən, lakin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələrə əsasən iddia irəli sürüldüyü hallarda həmin müqavilələrin tam və ya qismən icra olunub-olunmaması araşdırılmalı, belə i cra olunma müəyyən olunduğu hallarda isə iddia tələblərinin mümkün olan qanuni əsasları üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. 46.Belə dəyərləndirmə zamanı nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə müqavilədən irəli gələn tələblər istisna edildiyi üçün, iddia tələblərinin qanundan irəli digər əsasları, yəni əşya hüququ, deliktlər, özgə işlərinin tapşırıqsız aparma və əsassız varlanmadan irəli gələn tələblər üzrə yoxlama aparılmalıdır. 47.Kollegiya qeyd edir ki, tərəflər arasında olan hüquq münasibətləri mülki hüquqda təsbit edilən əşya hüququ, deliktlər və özgə işlərinin tapşırıqsız aparma ilə bağlı münasibətlərin mahiyyətinə və onlara aid MM-in müvafiq maddələrinin (“Əmlak və əşya hüququ” adlı üçüncü bölmədə olan maddələr, “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl iklər” adlı doqquzuncu bölmədə olan maddələr və özgə işlərini tapşırıqsız aparma ilə bağlı 1087-1090-cı maddələr) dispozisiya şərtlərinə uyğun olmadığına görə qanunvericiliyin həmin əsaslara aid müddəaları hazırkı iş üzrə iddia tələblərinin qanuni əsası kimi çıxış edə bilməz. 48.Əsassız varlanmadan irəli gələn tələblər üzrə isə qeyd olunur ki, belə iddia tələblərinin qanuni əsasını MM-in 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

49. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə MM-in 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına ə mlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).

50. Beləliklə, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələr tam və ya qismən icra olunduğu hallarda kimin məhrum olan və kimin varlanmış şəxs olmasına qiymət verilməlidir.

51. Belə qiymətləndirmə zamanı dövlət orqanının varlanmış şəxs, digər tərəfin mərhum olan olması müəyyən edildikdə isə aşağıdakılar nəzərə alınmalıdır.

52. Sübuta ehtiyacı olmayan hal ondan ibarətdir ki, dövlət orqanları və onların vəzifəli şəxs ləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən tam məlumatlıdırlar və aydın şəkildə dərk edirlər ki, müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılması qanunaziddir, müqavilələr isə özü-özlüyündə etibarsızdır və hər hansı hüquqi nəticələrə səbəb olmurlar.

53. Kommersiya fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin hərəkətlərinə isə aşağıdakılar nəzərə alınmaqla qiymət verilməlidir.

54. Kollegiya qeyd edir ki, MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi birbaşa göstərilməsə də, bu prinsip MM-in ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur (məsələn: MM-in 5.3, 16.1, 425-ci maddələri). Bu baxımdan, mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. 55. “Vicdanlılıq” kimi qeyd olunan prinsip, əslində latınca “bona fides”, yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada – subyektiv və obyektiv mənada qəbul edilir. Birincisi “qanunsuzluğu bilməmə”, ikincisi isə “dürüst davranma” formasında ifadə olunur. 56. “Dürüst davranma” hüquqi münasibətlərdə MM-in 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. 57. “Qanunsuzluğu bilməmə” isə şəxsin normal diqqət göstərdiyi hal da belə qanunsuzluğu bilməməsini ifadə edir. Mülki hüquqda və məhkəmə təcrübəsində bununla bağlı şəxsin hərəkətlərinə “bilmirdi və bilə bilməzdi” və ya “bilmirdi və bilməli deyildi” ifadələrindən istifadə edilməklə qiymət verilir.

58. Mülki hüququn məhz vicdanlılıq prinsipi əsası götürülməklə MM-in 182 və 140-cı maddələrində vicdanlı əldə etmə və ya 157.5-ci maddəsində vicdanlı və vicdansız sahiblik institutları müəyyən edilmişdir. Meyarlar kimi isə şəxsin qanunsuzluğu “bildiyi və ya bilməli olduğu”, “bilirmişsə və ya bilməli idisə” anlayışları müəyyən edilmişdir.

59. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanan müqavilələri icra edən şəxslərin hərəkətlərinə vicdanlılıq prinsipi baxımından qiymət ver ilməlidir. Bu zaman həmin şəxslərin neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, fiziki şəxsin özünün və ya işçisinin, habelə hüquqi şəxsin vəzifəli şəxsləri və əməkdaşlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən məlumatlı olub-olmamaları və müqavilələrin həmin Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanılmasının qanunazidd olmasının dərk edib-etməmələri nəzərə alınmalıdır.

60. Belə qiymətləndirmə nəticəsində onların vicdanlı hərəkət edib-etməmələri və məhz bu kriteriyadan asılı olaraq müqavilənin icrası ilə bağlı xərclərin (hazırkı halda təhvil verilmiş mal-materialın) dəyəri müəyyən edilməlidir.

61. Belə ki, həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədiklər i, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, onlara çəkilmiş xərclərin (hazırkı halda təhvil verilmiş mal-materialın) dəyəri orta bazar qiymətlərinə uyğun müəyyən edilərək dövlət orqanı tərəfindən ödənilməlidir.

62. Həmin şəxslərin qeyd olunan halları bildiyi və ya ən azı bilməli olduqları və bu baxımdan vicdanlı hərəkət etmədikləri müəyyən edildikdə isə çəkilmiş xərclərin (hazırkı halda təhvil verilmiş mal-materialın) dəyəri orta bazar qiymətlərinə uyğun deyil, fərqli formada müəyyən edilməlidir. Belə ki, onların dəyəri müəyyən edildiyi zaman həmin şəxslərin gəlir kimi nəzərdə tutduğu məbləğlər nəzərə alınmamalıdır. Ümumiyyətlə belə dəyərləndirmə aparıldıqda bazarda olan ən minimal qiymətlər əsas götürülməlidir.

63. Bundan əlavə, kol legiya qeyd etməyi zəruri hesab edir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunda müəyyən edilən qaydalara əməl edilmədən bağlanması əsasına görə etibarsız olan müqavilələrə münasibətdə MM-in 337.5-ci maddəsi tətbiq edilə bilməz. 64.Belə ki, əks yanaşma “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun məqsəd və vəzifələrinə zidd olmaqla yanaşı dolayısı ilə həmin Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur.

65. Bundan əlavə, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir (MM-in 1.2-ci maddəsi). MM-in 337.5-ci maddəsinin məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Könüllü surətdə qanunazidd olan mülki hüquq münasibətlərə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır.

66. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı iddia üzrə işin araşdırılması və hüquqi dəyərləndirməsi yuxarıda qeyd olunan şəkildə aparılmalıdır.

67. Apellyasiya instansiyası məhkəməsi isə tərəflər arasında olan hüquq münasibətlərini və dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini nəzərə almamış, iş üzrə araşdırmanı və hüquqi dəyərləndirməni qeyd olunan şəkildə aparmamışdır.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə l əğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

69. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 iyul tarixli, 2-2(108)-22/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar