Məhkəmə qərarları › İş №2-2(102)-73/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-73/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-73/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə tələbə iddia müddətinin tətbiq edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli 2-2(103)-906/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLA Rİ 1. 2013-cü il 1 iyul tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış “cavabdeh - Bakı fasad işləri ilə əlaqədar malların alqı-satqı müqaviləsi”nə əsasən, cavabdeh binasının SCHUCO sistem alüminium panel fasad, klassik çubuq sistemi fasad və doğrama sistemləri ilə birlikdə bu sistemlərə aid olan şüşələr (panel sistemin üzərində 3 mm alüminium fasad örtük lövhəsi sinus vizuallıqda alüminium fasad profilləri, alüminium şüşə qorxuluq, fırlanan qapı, paslanmaz giriş saçağı və dam örtük işlərinin polad dam konstruksiyası) və novlar istisna olmaqla, işə götürən tərəfindən təsdiq edilən sistemlərə uyğun olaraq layihənin tətbiq ediləcəyi binadan alınan relyeflər istiqamətində işə götürən və ya konsultant tərəfindən təsdiq edilən layihələr istiqamətində materialının tədarük edilməsinin həyata keç irilməsi, emalatı və daşınması işidir. Emalat və göndərmə əsnasındakı Türkiyə Respublikası hökumətini maraqlandıran bütün icazələr və ödənişlər emalatçıya aiddir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, işə götürənin ehtiyacı olan və əlavə edilmiş sifariş siyahısındakı miqdar, tip, xüsusiyyət və sair təfərrüatları olan SCHUCO sistem alüminium fasad və doğrama sistemləri ilə birlikdə 3 mm alüminium fasad örtük lövhəsi, sinus vizualda alüminium fasad profilləri, alüminium şüşə qorxuluq, fırlanan qapı, paslanmaz giriş saçağı və dam örtük işlərinin polad dam konstruksiyası) və novlar istisna olmaqla, tender sənədləri, şərtnamələr və bu müqavilədə müəyyən edilmiş şərtlər daxilində satıcı tərəfindən təmin edilməsi işidir; 6-ci maddəsinə əsasən, bu müqavilənin predmeti olan toplam olaraq tender dosy esində göstərilmiş olan və satıcının nəzarət etdiyi metr və miqdarlara əsasən mallar istehsal ediləcək olan malın haqqı müqavilənin vahid qiymət cədvəlinə görə 1.738.400 Avrodur (bir milyon yeddi yüz otuz səkkiz min dörd yüz avro); 8.1-ci maddəsinə əsasən bu müqavilənin müddəti iş başladığı tarixdən etibarən 1 (bir) ildir; 8.2-ci maddəsinə əsasən təhvil müddəti bu müqavilənin ödəniş maddəsinə əsasən təsis ediləcək avans ödənişinin satıcıya ödənilməsi ilə başlayacaqdır. Satıcı avansı ödənilən malların hamısını 120 təqvim günü müddətində təhvil vermiş sayılacaqdır.

2. İddiaçı tərəfindən Cavabdeh MMC-yə 2019-cu il 4 oktyabr tarixli pretenziya məktubu ünvanlanaraq göstərilmişdir ki, pretenziya alındıqdan sonra 10 (on) gün müddətində mal-materialın dəyəri, ödənilməmiş 514.163,14 ABŞ dolları məb ləğində qalan hissəsi hesaba köçürülməlidir. Qeyd edilən ödəniş edilməyəcəyi təqdirdə, həmin məsələnin həll edilməsi məqsədilə təyin ediləcək nümayəndənin adı və müstəqil üçüncü şəxsin seçilməsi ilə bağlı təkliflər yazılı olaraq təqdim edilməlidir. Pretenziyaya cavab verilmədiyi təqdirdə isə müqavilənin 19-cu bəndi ilə nəzərdə tutulduğu qaydada məhkəməyə müraciət ediləcək. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 514.163,14 ABŞ dolları (beş yüz on dörd min bir yüz altmış üç dollar, on dörd sent) məbləğinin qətnamənin çıxarıldığı tarix üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizləri ilə birlikdə, ödəniş günü manata olan məzənnə ilə alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2013-cü il 1 iyul tarixdə bağlanmış “cavabdeh-Bakı fasad işləri ilə əlaqədar malların alqı-satqı müqaviləsi” əsasında iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 2.487.389,96 ABŞ dolları məbləğində SCHUCO sistemi aliminium panel fasad, klassik çubuq sistemi fasad və doğrama sistemləri ilə birlikdə bu sistemlərə aid olan şüşələr (panel sistemin üzərində 3 mm aliminium fasad örtük lövhə sisinus vizuallıqda aliminium fasad profilləri, aliminium şüşə qorxuluq, fırlanan qapı, paslanmaz giriş saçağı və dam örtük işlərinin polad dam konstruksiyası) ixrac edilmiş, həmin mal-material cavabdeh tərəfindən təhvil alı nmışdır. Mal-materialların ilk hissəsi 2013-cü il 9 sentyabr tarixində, son hissəsi 2015-ci il 23 oktyabr tarixində olmaqla, 69 dəfəyə göndərilmiş, göndərilmiş bütün mal-material tam həcmdə cavabdeh tərəfindən təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən cəmi 1.973.226,62 ABŞ dolları məbləğində ödəniş edilmiş, 514.163,14 ABŞ dolları məbləğində qalan hissənin ödənişi ilə bağlı cavabdehə tərəflərindən dəfələrlə pretenziyalar göndərilmiş, hər dəfə cavabdehin xahişləri nəzərə alınaraq sözügedən qalan hissənin ödənişinə möhlət verilmişdir. Lakin dəfələrlə möhlət verilməsinə baxmayaraq, cavabdeh qalan hissənin ödənişini etməmişdir. Sonuncu dəfə cavabdehin ünvanına 2019-cu il 4 oktyabr tarixli növbəti pretenziya göndərilərək, pretenziyaya cavab verilmədiyi təqdirdə müqavilə ilə nəzərdə tululduğu qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən həmin pretenziyaya ümumiyyətlə cavab verilməmişdir.

5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385, 386, 398, 399, 425, 427, 442, 448, 449, 567-ci maddələrinə istinad etmişdir.

6. Cavabdeh “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının tələbinə münasibətdə iddia müddətini tətbiq etməklə, iddia müddətinin keçməsi səbəbindən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli, e-2-2(113)-955/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Z.Axundova).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinə əsasən malmaterialların ilk hissəsi 2013-cü il 9 sentyabr tarixində, son hissəsi 2015-ci il 23 oktyabr tarixində göndərilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən, hal-hazırda iddiaçıya borcu yaranmışdır. Cavabdehin nümayəndəsi iddiaçıya heç bir borcunun olmadığını bildirmiş, iddiaçının nümayəndəsinə təqdim etdiyi sənədlərin əsllərini məhkəməyə təqdim edilməsini təklif etmişdir. Vaxt verilsə də, iddiaçının nümayəndəsi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim edə bilməmişdir. İddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə m övcud olmayan kimi rədd edə bilər.

9. Həmçinin, cavabdehin nümayəndəsi hazırkı işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. İddiaçı 2021-ci ildə, yəni iddia axımının başladığı tarixdən 5 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etməklə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini buraxmışdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 372.1, 372.2, 373.2, 375.2, 377.2, 551.2.1, 552.1, 554.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 76.1, 76.2, 77.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Birinci in stansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-2(103)-906/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı tərəfindən müqavilədən nəzərdə tutulan mallar cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və ödənişləri tam həyata keçirməm işdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi malların təhvil verildiyini etiraf etmişdir. Eyni zamanda, iddia tələbində qeyd olunan məbləğdə borcun olmadığını bildirmişdir. Bununla yanaşı, borcun tam ödənilməsi ilə bağlı sübutları təqdim etməmişdir.

14. İddiaçının iddia ərizəsində göstərmişdir ki, mal-materialların ilk hissəsi 2013-cü il 9 sentyabr tarixində, son hissəsi 2015-ci il 23 oktyabr tarixində göndərilmişdir. Hazırkı iddia ərizəsi isə 2021-ci il 13 yanvar tarixdə, yəni sonuncu təhvil tarixindən hesablandıqda 5 il 2 ay 20 gün keçdikdən sonra verilmişdir. Bununla da, iddiaçı iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddia müddətinin axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi b arədə ərizənin verildiyi nəzərə alınaraq iddia müddətinin keçməsi səbəbinə görə iddia təmin edilməməlidir.

15. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmuşdur ki, borclunun pretenziya məktubuna qarşı susması və ümumiyyətlə hərəkətsizlik etməsi borcun etiraf olunması hallarına aid deyildir. Ona görə də, şikayətdə irəli sürülən dəlillər mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 373.2, 379, 380, 598.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 8 oktyabr tarixində tərəflərin elektron məhkəmə informasiya sistemində olan elektron kabinetlərinə yerləşdirilmişdir.

18. Həmin qətn amədən 2021-ci il 3 dekabr tarixində iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

19. Cavabdehin ünvanına göndərilmiş 2019-cu il 4 oktyabr tarixli növbəti pretenziyanın məzmunundan görünür ki, cavabdeh tərəfindən mal-materialın 514.163.14 ABŞ dolları məbləğində ödənilməmiş hissəsi ilə bağlı cavabdehə dəfələrlə pretenziyalar göndərilmiş, hər dəfə qarşı tərəfin xahişləri nəzərə alınaraq qalan hissənin ödənişinə möhlət verildiyi qeyd olunmuşdur. İşdən görünür ki, həmin pretenziya məktubu cavabdeh tərəfindən alınmış, lakin cavablandırılmamış, ödəniş də edilməmişdir. İddiaçı tərəfin mövqeyinə görə ca vabdeh, ona qarşı ödənilməsi tələb edilən külli miqdarda borcla bağlı iddiaçıya hər hansı formada etiraz etməməklə, ən azından iddia müddətinin ötürülmüş olması ilə bağlı irad bildirməməklə, əksinə susmaqla həmin borcu etiraf etmişdir. Bu səbəbdən də, iddia tələbi təmin edilməlidir.

20. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 380, Azərbaycan Respublikası MPM-in 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Hazırkı mübahisə üzrə həm işin materiallarından, həm də iddia ərizəsində qeyd edilənlərdən müəyyən edilir ki, müqavilə üzrə mal-materialların ilk hissəsi 2013-cü il 9 sentyabr tarixdə, son hissəsi 2015-ci il 23 oktyabr tarixində göndərilmişdir. Bundan sonrakı dövrdə isə cavabdeh tərəfindən iddiaçıya borcun e tirafını nəzərdə tutan hər hansı məktub və ya teleqram göndərilməmiş, öhdəliyin icrası üçün möhlət istənilməmişdir. Borcun ödənilməsinə möhlət istənilməsi faktını təsdiq edən sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Cavabdehin pretenziya məktubuna münasibət bildirməməsi və ümumiyyətlə hərəkətsizlik etməsi borcun etiraf olunması kimi qiymətləndirilə bilməz. İddia ərizəsi 2021ci il 13 yanvar tarixində, malların sonuncu təhvil tarixindən hesablandıqda 5 il 2 ay 20 gün keçdikdən sonra verilməklə müqavilə tələbləri üzrə nəzərdə tutulan üç illik iddia müddəti ötürülmüşdür. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1- ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir....” Maddə

374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

382. İddia müddətinin bərpası İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.” “Maddə

384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçü n ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.” 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 noyabr tarixli Qərarı: “... Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün mü əyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilmə lidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)...”

26. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instans iyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir.

29. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 13-15). Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

30. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli 2-2(103)-906/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.A

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar