Məhkəmə qərarları › İş №2-2(102)-73/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-73/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-73/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı MMC cavabdeh "xxxx" ASC-ya qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(105)-122/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı (satıcı) (VÖEN **********) ilə cavabdeh (alıcı) (VÖEN **********) arasında bağlanmış 2020-ci il 7 yanvar tarixli 1/2020 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə görə, satıcı yem əlavələri ilə alıcını təchiz etməyə, alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur (1.1-ci bənd). - Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, mallar alıcının sifarişi əsasında təchiz edilir. Təchiz edilən mal öz keyfiyyətinə görə dövlət standartlarına, onun istehsal edildiyi sahədə mövcud olan texniki şərtlərə uyğun gəlir. - Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən, malların qiymətləri hər iki tərəfin razılığı əsasında qaimə fakturada göstərilir. - Həmin Müqavilənin 4.1-ci bəndinə əs asən, alıcı tərəfindən ödəmə satıcının hesabına pul vəsaitlərinin bank vasitəsilə köçürülməsi və ya təchizatçının kassasına nağd formada ödənilməsi yolu ilə həyata keçirilir. Tərəflərin qarşılıqlı razılığı ilə digər ödəmə üsulu da müəyyən edilə bilər. - Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, ödəniş qabaqcadan ödəmə üsulu ilə və yaxud satıcının razılığı ilə ən geci malın alıcıya təqdim edildiyi tarixdən başlayaraq 30 gün ərzində həyata keçirilməlidir. - Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, alıcı tərəfindən ödəmə bu müqavilənin 4.3-cü bəndində göstərilən müddət ərzində həyata kecirilməssə, hər gecikmiş təqvim gününə görə alıcı tərəfindən gecikdirilmiş məbləğin 0,05% cərimə şəklində əlavə olaraq satıcıya ödənilməlidir. - Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən, Müqavilə tərəflər arasınd a imzalandığı andan etibarən qüvvəyə minir və 2023-cü il 7 yanvar tarixədək qüvvədə qalır.

2. İş materiallarında olan sənədlərlə, o cümlədən də elektron qaimələrlə əsasən, satıcı iddiaçı tərəfindən alıcı cavabdehə 2017-ci il 22 noyabr tarixli EAAE 267011 nömrəli elektron qaimə üzrə 216.270,4 manat dəyərində, 2017-ci il 24 noyabr tarixli EAAE 301637 nömrəli elektron qaimə üzrə 24.399,45 manat dəyərində, 2017-ci il 8 dekabr tarixli EAAE 579232 nömrəli elektron qaimə üzrə 49.699,12 manat dəyərində, 2017-ci il 9 dekabr tarixli EAAE 603513 nömrəli elektron qaimə üzrə 66.000,35 manat dəyərində, 2017-ci il 20 dekabr tarixli EAAE 820638 nömrəli elektron qaimə üzrə 113.289,44 manat dəyərində, 2017-ci il 27 dekabr tarixli EAAE 954471 nömrəli elektron qaimə üzrə 102.472,97 manat dəyərində, 2018-ci il 13 yanvar tarixli EAAG 216594 nömrəli elektron qaimə üzrə 143.505,46 manat dəyərində, 2018-ci il 31 yanvar tarixli EAAG 652274 nömrəli elektron qaimə üzrə 229.625,05 manat dəyərində, 2018-ci il 10 fevral tarixli EAAG 947803 nömrəli elektron qaimə üzrə 206.619,18 manat dəyərində, 2018-ci il 6 mart tarixli EAAH 502737 nömrəli elektron qaimə üzrə 153.484,37 manat dəyərində, 2018-ci il 17 mart tarixli EAAH 794308 nömrəli elektron qaimə üzrə 285.146,12 manat dəyərində, 2018-ci il 23 aprel tarixli EAAİ 575529 nömrəli elektron qaimə üzrə 202.319,85 manat dəyərində, 2018-ci il 16 may tarixli EAAJ 170299 nömrəli elektron qaimə üzrə 82.927,16 manat dəyərində, 2018-ci il 25 iyun tarixli EAAK 082323 nömrəli elektron qaimə üzrə 62.587,20 manat dəyərində, 2018-ci il 16 iyul tarixli EAAK 610380 nömrəli elektron qaimə üzrə 158.373,7 manat dəyərində, 2018-ci il 7 sentyabr tarixli EAAL 922014 nömrəli elektron qaimə üzrə 302.960,28 manat dəyərində, 2018-ci il 13 oktyabr tarixli EAAM 812390 nömrəli elektron qaimə üzrə 114.465,90 manat dəyərində, 2019-cu il 5 mart tarixli EAAR 202087 nömrəli elektron qaimə üzrə 22.897,90 manat dəyərində, 2019-cu il 11 mart tarixli EAAR 504690 nömrəli elektron qaimə üzrə 13.949,81 manat dəyərində, 2019-cu il 18 mart tarixli EAAR 864967 nömrəli elektron qaimə üzrə 12.450,18 manat dəyərində, 2019-cu il 4 aprel tarixli EAAS 612515 nömrəli elektron qaimə üzrə 15.206,51 manat dəyərində, 2019-cu il 18 aprel tarixli EAAT 290185 nömrəli elektron qaimə üzrə 25.199,14 manat dəyərində, 2019-cu il 29 aprel tarixli EAAT 689843 nömrəli elektron qaimə üzrə 25.199,14 manat dəy ərində, 2019-cu il 3 may tarixli EAAT 959344 nömrəli elektron qaimə üzrə 20.248,80 manat dəyərində, 2019-cu il 23 may tarixli EAAU 835126 nömrəli elektron qaimə üzrə 21.753,30 manat dəyərində, 2019-cu il 3 iyun tarixli EAAV 314700 nömrəli elektron qaimə üzrə 34.950,30 manat dəyərində, 2019-cu il 14 iyun tarixli EAAV 861737 nömrəli elektron qaimə üzrə 8.300,12 manat dəyərində, 2019-cu il 21 iyun tarixli EAAW 109344 nömrəli elektron qaimə üzrə 24.298,56 manat dəyərində, 2019-cu il 26 iyun tarixli EAAW 328491 nömrəli elektron qaimə üzrə 24.900,36 manat dəyərində, 2019-cu il 4 iyul tarixli EAAW 691797 nömrəli elektron qaimə üzrə 24.300,68 manat dəyərində, 2019-cu il 19 iyul tarixli EAAX 393254 nömrəli elektron qaimə üzrə 24.298,56 manat dəyərində, 2019-cu il 1 avqust tarixli EAAX 941604 nömr əli elektron qaimə üzrə 24.298,56 manat dəyərində, 2019-cu il 16 avqust tarixli EAAY 590170 nömrəli elektron qaimə üzrə 24.900,36 manat dəyərində, 2019-cu il 10 sentyabr tarixli EAAZ 638990 nömrəli elektron qaimə üzrə 22.756,30 manat dəyərində, 2019-cu il 19 sentyabr tarixli EBAA 098357 nömrəli elektron qaimə üzrə 23.700,3 manat dəyərində, 2019-cu il 23 sentyabr tarixli EBAA 226504 nömrəli elektron qaimə üzrə 24.900,36 manat dəyərində, 2019-cu il 1 oktyabr tarixli EBAA 588414 nömrəli elektron qaimə üzrə 4.000,2 manat dəyərində, 2020-ci il 24 yanvar tarixli EBAF 440486 nömrəli elektron qaimə üzrə 14.000 manat dəyərində və 2020-ci il 10 fevral tarixli EBAG 179080 nömrəli elektron qaimə üzrə 650 manat dəyərində müxtəlif məhsulların (yem əlavələri və qatqıların) satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur.

3. Tərəflər arasında tərtib olunaraq imzalanmış “üzləşmə akt”larına əsasən, alıcı cavabdehin iddiaçıya 2016-cı il 1 aprel tarixinə 40.958 manat məbləğində, 2015-ci il 16 oktyabr tarixinə 34.257,5 avro məbləğində (2016-cı il 1 aprel tarixli üzləşdirmə aktı), 2017-ci il 6 sentyabr tarixinə cəmi 151.092,4 manat məbləğində (2017-ci il 6 sentyabr tarixli "qarşılıqlı üzləşmə" aktı) və 2006-cı ildən qalmış 151.092 manat məbləğində mübahisəli alacaq və ya veriləcək məbləğ nəzərə alınmasa, 2019-cu il 31 dekabr tarixinə 334.197,28 manat məbləğində (2019-cu il 31 dekabr tarixli "hesablaşmaların qarşılıqlı üzləşmə" aktı) ödənilməmiş borcları olmuşdur. 4. "xxxx" ASC-nin Sumqayıt Filialı tərəfindən 2022-ci il 3 iyun tarixində təsdiq edilərək verilmiş idd iaçıya aid bank hesabının 2017-ci il 1 yanvar tarixindən 2022-ci il 3 iyun tarixədək dövrü əhatə edən çıxarışa əsasən, 2017-ci il 27 yanvar tarixindən başlayaraq cavabdeh (alıcı) tərəfindən alınan mallara görə iddiaçının bank hesabına mütəmadi olaraq müxtəlif məbləğlərdə pul vəsaitləri ödənilmişdir. Sonuncu dəfə cavabdeh (alıcı) tərəfindən 2022-ci il 9 fevral tarixində iddiaçının (satıcı) bank hesabına 8.474,58 manat məbləğində ödəniş həyata keçirilmişdir (iş vərəqi: 1-ci cild, 40-41-ci səhifə). 5. 2017-2022-ci illər ərzində iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında baş tutmuş mülki dövriyyə, yəni alqı-satqı münasibətləri üzrə mütəmadi olaraq alıcı tərəfindən bank hesabları vasitəsi ilə satıcının bank hesabına müvafiq məbləğlərdə pul vəsaitləri ödənilmiş və bu ödənişlərin olmasını təs diq edən müvafiq maliyyə-mühasibatlıq və bank sənədləri məhkəməyə təqdim olunmuşdur (məhkəmə araşdırması zamanı proses iştirakçıları tərəflər arasında alqı-satqı münasibətlərinin olmasını və həmin alqı-satqı münasibətləri üzrə cavabdeh tərəfin iddiaçı tərəfin hesabına mütəmadi olaraq pul vəsaitlərinin ödənilməsini mübahisələndirməmişlər).

6. İddiaçı tərəfindən 2022-ci il 27 dekabr tarixində məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdehə (VÖEN **********) iddiaçı (VÖEN **********) tərəfindən 2017-ci il ərzində 572.131,73 manat dəyərində mal verilmiş və cavabdeh tərəfindən isə iddiaçının bank hesabına 94.000 manat pul köçürülmüşdür. 2018-ci il ərzində 1.942.014,27 manat dəyərində mal verilmiş və cavabdeh tərəfindən isə iddiaçının bank hesabına 1.470.000 manat pul köçürülmüşdür. 2019-cu il ərzində 442.509,46 manat dəyərində mal verilmiş və cavabdeh tərəfindən isə iddiaçının bank hesabına 875.000,01 manat pul köçürülmüşdür. 2020-ci il ərzində 14.650 manat dəyərində mal verilmiş və cavabdeh tərəfindən isə iddiaçının bank hesabına 110.000 manat pul köçürülmüşdür. 2021-ci il ərzində mal verilməmiş, cavabdeh tərəfindən isə iddiaçının bank hesabına 140.000 manat pul köçürülmüşdür. 2022-ci il ərzində də mal verilməmiş, cavabdeh tərəfindən isə iddiaçının bank hesabına 10.000 manat pul köçürülmüşdür. Beləliklə, 2017-2022-ci illər ərzində cavabdehə iddiaçı tərəfindən ümumilikdə 2.951.305,46 manat dəyərində mal verilmiş olsa da, cavabdeh tərəfindən iddiaçının bank hesabına 2.699.000,43 manat pul vəsaiti köçürülmüş və cavabdehin 252.305,03 borcu qalmışdır. İş üzrə məhkəmə i craatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" ASC-ya qarşı 2022-ci il 26 may tarixində “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 239.939 manat əsas borc, 23.993,9 manat gecikdirilmiş icra üçün faiz və 35.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 298.932,9 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 588,93 manat məbləğində mediasiya xərci və dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər olmuş və iddiaçı cavabdehi yem əlavələri və qatqıları ilə təchiz etmişdir. İddiaçının və cavabdehin direktorlarının təsdiq etdikləri 2016-cı il 1 aprel tarixli “üzləşmə aktı”na əsasən cavabdehin iddiaçıya 40.958 manat və 34.257,5 avro borcu olmuşdur. Həmin borc növbəti akt tərtib edilənədək hissə-hissə ödənilsə də, tam bağlanmamışdır. Həmin aktdan sonra da tərəflər arasında mal mübadiləsi (alqısatqısı) davam etmişdir. Yəni, yenə də iddiaçı cavabdehə mal (yem əlavəsi və qatqı) göndərilməsini davam etdirmiş, cavabdeh tərəfindən isə göndərilən malların dəyəri qismən ödənilmişdir. İddiaçının və cavabdehin direktorlarının təsdiq etdikləri 2017-ci il 6 sentyabr tarixli “qarşılıqlı üzləşmə aktı”na əsasən 2017-ci il 6 sentyabr tarixə cavabdehin iddiaçıya 151.092,4 manat borcu qalmışdır. Bundan sonra da tərəflər arasında əməkdaşlıq davam etdirilmişdir. Yə ni, məlum aktın tərtib olunmasından sonra da iddiaçı cavabdehə mal (yem əlavəsi) göndərilməsini davam etdirmiş, cavabdeh isə aldığı malların dəyərinə görə qismən ödənişlər etmişdir. Lakin yenə də cavabdehin qalıq borcu qalmışdır. İddiaçının və cavabdehin direktorlarının təsdiq etdikləri 2019-cu il 31 dekabr tarixli “hesablaşmaların qarşılıqlı üzləşmə aktı”na əsasən isə 2019-cu il 31 dekabr tarixə cavabdehin iddiaçıya 151.092,4 manat borc ilə yanaşı, 334.197,28 manat məbləğində əlavə borcu da yaranmışdır. Bundan sonra tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə 2023-cü il 7 yanvar tarixədək bağlanılmışdır. Həmin müqavilə bağlanıldıqdan sonra da tərəflər arasında əvvəlki qaydada kommersiya münasibətləri davam etdirilmiş, iddiaçı tərəf müvafiq malları göndərmiş, cavab deh tərəf isə malların dəyərini hissə-hissə olmaqla, qismən ödəmişdir. Beləliklə də, tərəflər arasında baş tutan alqı-satqı zamanı iddiaçı tərəf öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada tam icra etməmişdir. Buna görə də, cavabdehin iddiaçıya hazırda 239.939 manat məbləğində real borcu yaranmışdır. Eyni zamanda müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməməsi iddiaçını əlavə maliyyə itkilərinə məruz qoymuşdur. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı iddiaçı tərəfin şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra cavabdehə həm yazılı, həm də elektron qaydada pretenziya göndərilmiş, eyni zamanda mübahisənin məhkəmədən kənar alternativ həlli kimi mediasiya təşkilatına müraciət olunmuşdur. Lakin bu cəh dlərin də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, öhdəlikləri lazımi qaydada və vaxtında icra etmədiyindən cavabdehin 239.939 manat məbləğində real borcu yaranmışdır. Cavabdehin məhkəməyə müraciət edildiyi günə kimi ödənişini gecikdirdiyi 239.939 manat məbləğində pulun illik 5 faiz dərəcəsi ilə hesablanan illik faiz məbləği 11.996,95 manat olmaqla, 2 il üçün cəmi 23.993,9 manat təşkil etmişdir. Çünki, iddiaçının özü cavabdehə satdığı malları (yem əlavəsini) xaricdən idxal etmişdir. İddia ərizəsinə əlavə olunan gömrük bəyannamələrinə əsasən, 2020-ci ilin oktyabr ayında həmin məhsulun 1 kq-nın dəyəri 1,85 avro, 2021-ci ilin noyabr ayında həmin məhsulun 1 kq-nın dəyəri 2,73 avro, 2022-ci ilin yanvar ayında isə eyni məh sulun 1 kq-nın dəyəri 3,6 avro təşkil etmişdir. Nəzərə alınsa ki, təxminən 13-14 ay ərzində idxal olunan məhsulun dəyərinin təxminən 2 dəfə bahalaşmasına, eyni dövr ərzində cavabdehin borcun əsassız olaraq ödənilməsindən yayınmasına və bu müddət ərzində iddiaçıya məxsus pul vəsaitini özündə saxlamasına görə cavabdeh iddiaçını daha çox gəlir əldə etmək imkanından məhrum etmişdir. Qeyd edilən məhrum etmə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) kimi başa düşülməlidir. Bu isə bir qayda olaraq idxal edilən ortalama 20 ton (20000 kq) malda 35.000 manat artıq xərc deməkdir ki, cavabdeh tərəf öhdəliklərini vaxtında icra etmiş olsaydı, iddiaçı həmin məhsulu daha münasib qiymətə alaraq 35.000 m anatdan artıq gəlir əldə edə bilərdi. Beləliklə də, hazırkı iddia ərizəsi verilərkən cavabdehin 239.939 manat məbləğində əsas, 23.993,9 manat məbləğində gecikdirilmiş icra üçün faiz və 35.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 298.932,9 manat məbləğində borcu yaranmışdır.

9. Cavabdeh 2022-ci il 21 iyun tarixində məhkəməyə iddia ərizəsinə qarşı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

10. Etiraz və iddia müddətinin keçməsinə dair ərizə belə əsaslandırılmışdır ki, tərəflər arasında sahibkarlıq münasibətlərindən irəli gələn kommersiya əlaqələri mövcud olmuş və kommersiya münasibətlərinin əsasını alqı-satqı müqvilələrinə uyğun olaraq quşçuluqda istifadə olunan yem məhsulları, qatqıları və əlavələri təşkil et mişdir. İddia ərizəsinə əlavə edilən və iddia tələbinin əsasını təşkil edən 2016-cı il 1 aprel tarixli üzləşmə aktına əsasən 2016-cı il 1 aprel tarixə cavabdehin iddiaçıya borcu 40.958 manat və həmçinin həmin aktda qeyd olunan 2015-ci il 16 oktyabr tarixə olan borcun isə 34.257,5 avro təşkil etdiyi göstərilmişdir. Bundan əlavə 2017-ci il 6 sentyabr tarixli qarşılıqlı üzləşmə aktında isə 2017-ci il 6 sentyabr tarixə cavabdehin iddiaçıya borcunun 151.092 manat təşkil etdiyi göstərilmişdir. İddiaçı 2019-cu il 31 dekabr tarixli aktda 151.092 manat məbləğində pulun mübahisəli olmasını da etiraf etmişdir. İddiaçının özünün təqdim etdiyi və iddia ərizəsinə əlavə olunan sənədlərdən məlum olmuşdur ki, 151.092 manat məbləğində və 82.067 manat məbləğində borcun olması 7 ildən artıq olan müddəti əhatə edir. Təqdim olunmuş sənədlərə əsasən, hazırkı iddia tələbi üzrə tərəflər arasında borc münasibətləri 7 ildir icra olunmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç illik dövrü əhatə edir. Etirazda qeyd edilən əsaslarla bağlı və iddiaçının təqdim etdiyi aktlara görə, öhdəliklərin icra olunma tarixləri 2015-ci ili, 2016-cı ili və 2017-ci ili əhatə etdiyindən, bu iddia ərizəsindən irəli gələn tələblər üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan im tina barəsində qərar çıxarması üçün əsasdır.

11. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli e-2-2(119)779/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim – Z.Sadiqov).

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022ci il 15 noyabr tarixli 9/6861 nömrəli ekspert rəyinə əsasən, təqdim edilən sənədlərə (2019-cu il 31 dekabr tarixli qarşılıqlı üzləşmə aktı, ödəniş sənədləri (tədqiqata təqdim edilən) və 2019-cu il 31 dekabr tarixli qarşılıqlı üzləşmə aktı tərtib edildikdən sonrakı tarixlərdə aparılmış alqı-satqı əməliyyatlarına dair tərtib edilmiş elektron-qaimə fakturalar) görə 2017-ci il 22 noyabr tarixindən 2020-ci il 10 fevral tarixədək olan dövr üzrə cavabdehin iddiaçıya olan borcunun 88.847,28 manat məbləğində olması müəyyən olunmuşdur, o cümlədən 334.197,28 (2019-cu il 31 dekabr tarixli qarşılıqlı üzləşmə aktında öz əksini tapan borc) + 14.650,0 (e qaimə-fakturaya əsasən 2020-ci ildən başlayaraq təqdim edilən mallar) - 260.000,00 (2020-ci ildən başlayaraq aparılmış ödənişlər).

13. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 27 dekabr tarixli e-2-2(119)779/2022 nömrəli qərardadı ilə iddiaçının “əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim – Z.Sadiqov).

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023cü il 3 mart tarixli 9/503 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqi hissəsində göstərilənlərə görə hazırkı tədqiqatla ekspert qarşı sında qoyulan suallar üzrə tam hərtərəfli tədqiqat aparmaq mümkün olmamışdır.

15. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli e-2-2(119)-15/2023 nömrəli qərardadı ilə iddiaçının “əlavə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi” barədə vəsatəti təmin edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir (hakim – Z.Sadiqov).

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023- cü il 19 may tarixli 9/2839 nömrəli ekspert rəyinə əsasən, hazırkı tədqiqatla iddiaçı (satıcı) tərəfindən tərtib olunaraq 2017-ci il 22 noyabr tarixindən - 2020-ci il 10 fevral tarixədək cavabdehə (alıcı) təqdim edilmiş elektron-qaimələr üzrə nəzərdə tutulan mal və xidmətlərin ümumi dəyərinin ƏDV daxil cəmi 2.951.305,44 manat məbləğində olması müə yyən edilmişdir. Cavabdeh tərəfindən 2017-ci il 22 noyabr tarixindən - 2022-ci il 27 dekabr tarixədək iddiaçıya ödənilmiş pul vəsaitlərinin iddiaçı tərəfindən təqdim edilmiş arayışda və cədvəl formalarında olan ödənişlərin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verildikdən sonra 2.699.000,43 manat məbləğində olması müəyyən edilə bilər. Göstərilənlərə məhkəmə tərəfindən qiymət verildikdən sonra, iddiaçı tərəfindən tərtib olunaraq 2017-ci il 22 noyabr tarixindən - 2020-ci il 10 fevral tarixədək cavabdehə (alıcı) təqdim edilmiş “e-Qaimələr” üzrə 2022-ci il 27 dekabr tarixinə ödənilməmiş borcu müəyyən etmək üçün tədqiqatla birinci və ikinci sualda gəlinmiş nəticələr üzrə riyazi hesablama aparıla bilər.

17. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 24 iyun tarixli e-2-2(119)-15/2023 nömrəli q ətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 239.939 manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqı və 189 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 240.528 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehdən dövlət rüsumunun qalığı kimi 340,94 manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 manat məbləğində pul vəsaitinin cavabdehdən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – Z.Sadiqov).

18. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclaslarında iddiaçının nümayəndəsi məlum “üzləşmə aktları”nın (bax § 3) borcun olmasının təsdiq edilməsi üçün deyil, tərəflər arasınd a alqı-satqı münasibətlərinin təsdiq edilməsi üçün məhkəməyə təqdim olunduğunu bildirmişdir.

19. Həmçinin məhkəmə qeyd etmişdir ki iş materiallarında olan sənədlərə əsasən, (bax § 6) tərəflər arasında mövcud olan alqı-satqı münasibətləri üzrə iddiaçı tərəfindən cavabdehə sonuncu dəfə 2020-ci il 10 fevral tarixində elektron qaimə təqdim olunsa da, cavabdeh tərəfindən iddiaçının bank hesabına sonuncu ödəniş 2022-ci il 9 fevral tarixində həyata keçirilmişdir.

20. Göründüyü kimi, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 19 may tarixli 9/2839 nömrəli Ekspert Rəyində müəyyən edilən satılmış mallara görə 2017-ci il 22 noyabr tarixindən - 2020-ci il 10 fevral tarixədək təqdim edilən elektron qaimələrlə təsdiq olunan ƏDV daxil cəmi 2.951.305,44 manat məbləğində pul vəsaiti ilə maliyyəm ühasibatlıq sənədlərinə əsasən hesablanan 2017-ci il 22 noyabr tarixindən - 2022-ci il 27 dekabr tarixədək ümumi ödənilmiş cəmi 2.699.000,43 manat məbləğində pul vəsaitinin fərqi 252.305,01 manat təşkil etmişdir (2951305,44 - 2699000,43 = 252305,01 manat). Yəni bu hesabatla müəyyən olunmuşdur ki, tərəflər arasında baş tutmuş alqı-satqı münasibətləri üzrə satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) satılmış malların ümumi dəyərinin 252.305,01 manat hissəsi ödənilməmişdir (məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəflər arasında baş tutmuş alqı-satqı üzrə cavabdehin ƏDV borcunun olmadığını və cavabdehin ƏDV üzrə bütün ödənişləri etmiş olduğunu bildirmişdir). Lakin iddiaçı hazırkı iddia ərizəsində ödənilməmiş 252.305,01 manat məbləğində əsas borcun hamısını deyil, nisbətən daha az miqdarda, yəni 239.939 manat məbləğində əsas borcun və eyni zamanda “23.993,90 manat gecikdirilmiş icra üçün faizin və 35.000 manat əldən çıxmış faydanın” cavabdehdən tutulmasını xahiş etmişdir.

21. İddiaçı ilə olan alqı-satqı münasibətləri üzrə cavabdeh alıcı olaraq öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 218.3-cü maddəsinin “hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması” tələbi nəzərə alınaraq, həmin öhdəliklər üzrə yaranmış 252.305,01 manat miqdarında qalıq borcun ödənilməmiş 239.939 manat hissəsinin əsas borc qismində cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Lakin cavabdehdən “23.993,9 manat gecikdirilmiş icra üçün faizin və 35.000 manat əldən çıxmış faydanın tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

22. Eyni zamanda, cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən həmin ərizənin əsaslılığı və hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bir neçə il ərzində davam edən alqı-satqı münasibətləri üzrə öhdəliklərin yerinə yetirilməsi qaydalarını, bir neçə il ərzində tərəflər arasında mövcud olmuş və hər iki tərəfi qane edən işgüzar münasibətləri, qarşılıqlı öhdəliklərin icra olunması xüsusiyyətlərin i, tərəflərin mövcud alqı-satqı münasibətləri üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydasının mahiyyət və müddətlərini, bu qaydalarla əlaqədar hər bir tərəfə ədalətli yanaşmanın təmin edilməli olmasını və məhkəməyə müraciət olunanadək tərəflərin hərəkət və davranışlarını, yəni satılan mallara görə təqdim edilən elektron qaimələr üzrə davamlı və mütəmadi olaraq hissə-hissə ödənişlərin edilməsini və cavabdeh tərəfindən sonuncu ödənişin 2022-ci il 9 fevral tarixində icra olunmasını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə ödənilmədiyi müəyyən edilmiş borc məbləğinin aid olduğu alqı-satqı üzrə iddia müddəti ötürülməmişdir və buna görə də, cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsi təmin olunmamalıdır.

23. Məhkəmə qeyd olunanları nəzərə a lıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli və cavabdehdən 239.939 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

24. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 380.1, 385.1, 404, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448, 567, 600.1, 600.4-cü; “MM-in 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsasland ırmışdır.

25. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia müddətini tətbiq edilərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(105)-122/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 24 iyun tarixli e-2-2(119)-15/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Süleymanova, hakimlər – G.Cabbarova və Z.Məmmədov).

27. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün t ətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas mövcud olmamışdır.

28. Kollegiya araşdırması zamanı müəyyən edilmişdir ki, 2017-2022-ci illər ərzində satıcı iddiaçı ilə alıcı cavabdeh arasında baş tutmuş mülki dövriyyə, yəni alqı-satqı münasibətləri üzrə mütəmadi olaraq alıcı tərəfindən bank hesabları vasitəsi ilə satıcının bank hesabına müvafiq məbləğlərdə pul vəsaitləri ödənilmiş və bu ödənişlərin olmasını təsdiq edən müvafiq maliyyə-mühasibatlıq və bank sənədləri məhkəməyə təqdim olunmuşdur. Tərəflər arasında mövcud olan alqı-satqı münasibətləri üzrə satıcı iddi açı tərəfindən alıcı cavabdehə sonuncu dəfə 2020-ci il 10 fevral tarixində elektron qaimə təqdim olunsa da, cavabdeh tərəfindən iddiaçının bank hesabına sonuncu ödəniş 2022-ci il 9 fevral tarixində həyata keçirilmişdir. İddiaçı (satıcı) ilə olan alqı-satqı münasibətləri üzrə cavabdeh alıcı olaraq öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi ilə (bax § 20, 22, 23) razılaşaraq hesab etmişdir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyas ı tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab etmişdir:

31. Göründüyü kimi apellyasiya şikayətinin dəlili olaraq apellyator tərəflər arasında yaranmış borc münasibətlərinin 7 ildən artıq müddət icra olunmadığını, həmin borcun tələb olunması üçün nəzərdə tutulan iddia müddətinin keçdiyini və tələb olunan borc üzrə iddia müddəti ötürülmüş olduğundan iddianın rədd edilməli olmasını, eyni zamanda 2019-cu il 31 dekabr tarixli akta münasibətdə cavabdehin iddiaçıya 88.847,28 manat məbləğində borcunun olduğunun müəyyən edildiyi, məhkəmə tərəflər arsında olan borc münasibətlərini müəyyən edən 2022-ci il 15 noyabr tarixli 9/6861 nömrəli ekspert rəyi ( bax § 12) ilə bağlı 88.847,28 manat məbləğində borcun olmasına münasibət bildirmədiyini. Bu rəyin əsasında və digər aktlara münasibətdə hazırkı iddia tələbinə iddia müddətini tətbiq etməli olduğunu, nəticədə əsas borcun məbləğinin azalacağını göstərmişdir.

32. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi üçün əsasların olmaması ilə bağlı mövqeyi və əsaslandırması ilə razılaşmışdır ki, bu baxımdan həmin hissədə şikayətin dəlili üzrə əlavə araşdırmanın aparılmasına zərurət görməmişdir.

33. Bununla yanaşı kollegiya şikayətin digər dəlilləri üzrə qiymətləndirmə aparılıb aydınlıq gətirilməsini zəruri hesab etməmişdir.

34. Belə ki, göründüyü kimi apellyator şikayətinin dəlilinin mahiyyətini tərəflər ar asında borc münasibətlərini əks etdirən bir-neçə aktın olması və hər bir akt üzrə iddia müddətinin tətbiq edilməsi məsələsinə qiymət verilməməsini mübahisələndirmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi tərəflər arasında uzun müddət davam edən qarşılıqlı işgüzar münasibətlər olmuş və bu münasibətlər davamlı xarakter daşımış, satılan mallara görə mütəmadi olaraq hissə-hissə ödənişlər edilmişdir. Qeyd olunan bu hallar, yəni tərəflər arasında olan münasibətlərin davam edən xarakterli olması hər bir akt üzrə, aktın tərtib edildiyi tarixin öhdəliyin icrası anının başlanması anı kimi qəbul edilməsini istisna edir. 36. 2022-ci il 15 noyabr tarixli 9/6861 nömrəli ekspert rəyinin nəzərə alınmaması ilə bağlı şikayətin dəlili ilə bağlı i sə məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən, sözügedən ekspert rəyi natamam olduğundan iş üzrə əlavə mühasibatlıq ekspertizaları təyin edilmiş, 2023-cü il 19 may tarixli ekspert rəyi digər sübutlarla qarşılıqlı qiymətləndirilərək sübut növü olaraq nəzərə alınmışdır.

37. Həmin 2022-ci il 15 noyabr tarixli 9/6861 nömrəli ekspert rəyinə əsasən (bax § 12), məhkəmə qərardadına görə, ekspert qarşısında qoyulmuş sual - Satıcı “iddiaçı ilə alıcı cavabdeh arasında baş tutmuş alqı-satqılar nəticəsində satıcı iddiaçı tərəfindən tərtib olunaraq alıcı cavabdehə təqdim edilmiş 2017-ci il 22 noyabr tarixindən 2020-ci il 10 fevral tarixədək olan dövrü əhatə edən elektron-qaimələr üzrə ödənilməmiş borcun olubolmaması müəyyən edilsin və əgər borc varsa, həmin borcun məbləği hesablansın olmuş, eksp ertin gəldiyi nəticə isə belə olmuşdur ki, təqdim edilən sənədlərə (2019-cu il 31 dekabr tarixli qarşılıqlı üzləşmə aktı, ödəniş sənədləri (tədqiqata təqdim edilən) və 2019-cu il 31 dekabr tarixli qarşılıqlı üzləşmə aktı tərtib edildikdən sonrakı tarixlərdə aparılmış alqısatqı əməliyyatlarına dair tərtib edilmiş elektron-qaimə fakturalar) əsasən 2017-ci il 22 noyabr tarixindən 2020-ci il 10 fevral tarixədək olan dövr üzrə cavabdehin iddiaçıya olan borcunun 88.847,28 manat məbləğində olması müəyyən olunur. O cümlədən 334.197,28 (2019-cu il 31.12.tarixli qarşılıqlı üzləşmə aktında öz əksini tapan borc) + 14.650,0 (e- qaimə fakturaya əsasən 2020-ci ildən başlayaraq təqdim edilən mallar) – 260.000,00 (2020-ci ildən başlayaraq aparılmış ödənişlər).

38. Göründüyü kimi 2022-ci il 15 noyabr tari xli rəydə ekspert tərəfindən yalnız 2019-cu il 31 dekabr tarixindən sonra aparılmış alqı-satqı əməliyyatlarına dair elektron-qaimə fakturaları və ödəniş qəbzləri əsasında hesablama aparılmış, 2019-cu il 31 dekabr tarixədək olan elektron qaimə və bank ödənişlərinin heç biri nəzərə alınmamış və qiymətləndirilmə aparılmamış, qarşıda qoyulan sual üzrə araşdırmanı ekspert tam aparmadığından məhkəmə tərəfindən əlavə mühasibatlıq ekspertizası təyin edilmişdir.

39. Əlavə mühasibatlıq ekspertiza tədqiqatının nəticəsi olaraq tərtib edilmiş 2023-cü il 19 may tarixli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab etməmişdir.

41. Apellyasiya in stansiyası məhkəməsi bu qənaətini MM-in 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448.1, 448.2, 567, 600.1, 600.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

42. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(105)-122/2023 nömrəli qətnaməsini tamamilə ləğv edərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

43. MPM-in 385, 386 və 387-ci maddələrinin tələbləri pozulmuşdur – cavabdeh istinad etdiyi aktlara münasibətdə MM-in müvafiq normaları tə tbiq edilməli və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməli idi. Məhkəmə kollegiyasının qətnaməsində (bax § 41) tərəflər arasında olan mövcud üzləşmə aktları üzrə aktın tərtib edildiyi tarixin öhdəliyin icrası anının başlanılması anı kimi qəbul edilməsini istisna etmişdir. Lakin məhkəmə tərəflərin tərtib etdikləri 2019-cu il 31 dekabr tarixli aktda 151.092 manat məbləğində pulun mübahisəli olmasını və 2016-cı ilə aid olmasının etiraf edilməsini cavabdehə məlum olmayan səbəblərdən qəbul etməmişdir. Qüvvədə olan bu aktın nəticələrinə məhkəmə kollegiyası tərəfindən düzgün münasibət bildirilsə idi, o zaman iddia tələbi üzrə məbləğin azaldılması müşahidə olunardı. Məhkəmə kollegiyası cavabdehin yazılı etirazında və nümayəndəsinin apellyasiya məhkə məsinin məhkəmə iclaslarında olan çıxışlarında tərəflərin tərtib etdikləri və hazırda qüvvədə olan üzləşmə aktlarının tərəflər arasında borc münasibətlərinin tənzimlənməsi məqsədilə edildiyini, yəni 151.092 manat məbləğində pulun mübahisəli olduğunu bildirsə də, bu kimi mövqeyə məhkəmə qətnaməsində əsassız münasibətlər bildirməklə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə yalnız hazırkı qanunsuz və əsassız qətnaməni əsaslandırmaq üçün birtərəfli qaydada iddiaçının mövqeyinə əsaslanaraq qüvvədə olan üzləşmə aktlarının qanuniliyini və əsaslılığını tamamilə şübhə altına almışdır. Kollegiya iş üçün əhəmiyyətli olan 2022-ci il 15 noyabr tarixli 9/6861 nömrəli ekspert rəyinə səthi yanaşmaqla rəyin mötəbərliyini də qəbul etməmişdir, həmçinin bu rəyin əsasında və digər aktlara, o cümlədən 2019-c u il 31 dekabr tarixli akta münasibətdə iddia müddətini tətbiq etməli idi, amma etməmişdir.

44. MM-in 373.2 və 375.2-ci maddələrinin tələbləri pozulmuşdur – iddia ərizəsində qeyd edildiyi kimi və məhkəmə araşdırılması zamanı tərəflər arasında sahibkarlıq münasibətlərindən irəli gələn kommersiya əlaqələri mövcud olmuşdur. Kommersiya münasibətlərinin əsasını alqı-satqı müqavilələrinə uyğun olaraq quşçuluqda istifadə olunan yem məhsulları, qatqıları, əlavələri təşkil etmişdir. İddia ərizəsinə əlavə edilən, elektron kabinet vasitəsi ilə təqdim edilən və iddia tələbinin əsasını təşkil edən 2016-cı il 1 aprel tarixli üzləşmə aktına əsasən, həmin tarixə cavabdehin iddiaçıya borcu 40.958 manat və həmçinin həmin aktda qeyd olunan 2015-ci il 16 oktyabr tarixə olan borcun isə 34.257,5 avro təşkil e tməsi göstərilmişdir, manatla (34257,5 avro X 1.20 manat-kurs = 41.109 manat) 41.109 manat təkil etmişdir. 2016-cı il 1 aprel tarixə 40.958 manat + 41.109 manat = 82.067 manat təşkil etmişdir.

45. Bundan əlavə 2017-ci il 6 sentyabr tarixli qarşılıqlı üzləşmə aktında isə həmin tarixə cavabdehin iddiaçıya borcu 151.092 manat təşkil etmişdir. İddiaçı 2019-cu il 31 dekabr tarixli aktda 151.092 manat məbləğində pulun mübahisəli olmasını və 2017-ci ilin əvvəlinə aid olmasını etiraf və qəbul etmişdir. Bir sözlə tərəflər iradə ifadəsini iş materiallarında olan müvafiq aktlarla qəbul etmişdir. İddiaçının təqdim etdiyi və iddia ərizəsinə əlavə olunan sənədlərə əsasən, 151.092 manat məbləğində və 82.067 manat məbləğində borcun olması 7 ildən artıq olan müddəti əhatə etmişdir. Təqdim olunmuş sənədlərə əsasən, hazırkı iddia tələbi üzrə tərəflər arasında borc münasibətləri 7 ildən artıq müddət icra olunmamışdır.

46. MM-in təlblərinə uyğun olaraq iddia müddətinin keçməsi əsası ilə cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. İş materiallarında olan, məhkəmələr tərəfindən ləğv edilməyən, tərəflərin iradə ifadəsi olan aktları məhkəmə sübut kimi qəbul etməməklə ciddi maddi hüquq pozuntusuna yol vermişdir. Məhkəmə iddia müddətini tərəflərin iradə ifadəsi olan aktlara münasibətdə tətbiq edə bilərdi və bu hal özlüyündə əsas borcun tamamilə azalması deməkdir.

47. Məhkəmənin qətnaməsində (bax § 23) qeyd edilmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bu tamamilə əsassız yanaşmadır, 2019-cu il 31 dekabr tarixli aktda 151.092 manat məbləğində pulun mübahisəli olmasını və 2017-ci ilin əvvəlinə aid olmasını iddiaçı özü də etiraf və qəbul etmişdir. Birmənalı olaraq tərəflər iradə ifadəsini iş materiallarında olan 2019-cu il 31 dekabr tarixli aktla və digər aktlarla qəbul etmişdir. 48. 2022-ci il 15 noyabr tarixli 9/6861 nömrəli ekspert rəyinə əsasən 2019-cu il 31 dekabr tarixli akta münasibətdə cavabdehin iddiaçıya 88.847,28 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Məhkəmə tərəflər arsında olan borc münasibətlərini müəyyən edən 2022-ci il 15 noyabr tarixli 9/6861 nömrəli ekspert rəyi ilə bağlı 88.847,28 manat məbləğində borcunun olmasına münasibət bildirsə də, düzgün olmayan nəticəyə gəlmişdir.

49. MPM-in 77 və 78-ci maddələrinin tələbləri pozulmuşdur - Məhkəmə kolle giyası iş materiallarında olan hazrkı kommersiya işinin mahiyyətinə birbaşa təsir edən iddia müddətinin tətbiqinə əsas verən aktları sübut kimi qiymətləndirməkdən və qəbul etməkdən tamamilə yayınmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. İddiaçı 2024-cü il 26 yanvar tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(105)-122/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

51. Etiraz belə əsaslandırılmışdır ki, kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etməklə, iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi ilə əsaslandırılmışdır. Cavabdehin əsaslandırmasına görə, 201 7-ci və 2019cu illər üçün iddiaçıya olan borclar üzrə iddia müddəti ötmüşdür. Nəzərə alınmalıdır ki, iddiaçı və cavabdeh arasında olan kommersiya münasibətləri uzun vaxt çərçivəsi əhatə etmiş, 2017-2022-ci il aralığında tərəflər arasında geniş sayda maliyyə sənədləri mübadiləsi mövcud olmuşdur.

52. Belə ki, cavabdehə (VÖEN: **********) iddiaçı (VÖEN: **********) tərəfindən 2017-ci il ərzində 572.131,73 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən iddiaçının bank hesabına 94.000 manat pul köçürülmüş, 2018-ci il ərzində 1.942.014,27 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən iddiaçının bank hesabına 1.470.000 manat pul köçürülmüş, 2019-cu il ərzində 442.509,46 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən iddiaçının bank hesabına 875.000,01 manat pul köçürülmüş, 2020-ci il ərzində 14.650 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən iddiaçının bank hesabına 110.000 manat pul köçürülmüş, 2021-ci il ərzində mal verilməmiş, cavabdeh tərəfindən iddiaçının bank hesabına 140.000 manat pul köçürülmüş, 2022-ci il ərzində mal verilməmiş, cavabdeh tərəfindən iddiaçının bank hesabına 10.000 manat pul köçürülmüşdür.

53. Beləliklə, 2017-2022-ci illər ərzində cavabdehə iddiaçı tərəfindən 2.951.305,46 manat dəyərində mal verilmiş, cavabdeh tərəfindən iddiaçının bank hesabına 2.699.000,43 manat pul köçürülmüş, cavabdeh tərəfindən 252.305,03 borc qalmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 2023-cü il 19 may tarixli rəyi ilə (bax § 16) qeyd edilən borc məbləği (eləcə də göndərilmiş malların dəyəri və ona görə ödənilmiş pulun məbləği) müəyyən olunmuşdur. Baxmayaraq ki, cavabdehin borclu olduğu məbləğ 252.305,03 manat təşkil etmişdir, iddia tələbi 239.939 manat həcmində verilmişdir ki, bu da iddiaçının subyektiv hüququdur.

54. Cavabdeh tərəfinin əsas dəlili iddia müddətinin keçməsi ilə bağlı olmuşdur. İşdə olan maliyyə arayışına (habelə əlavə edilmiş elektron qaimə və bank hesabına edilmiş ödəniş qəbzləri) əsasən, cavabdeh 2017-2022-ci illər arzində müxtəlif vaxtlarda mütəmadi olaraq iddiaçının bank hesabına pul vəsaitləri köçürüb, bu isə öz növbəsində cavabdehin öz hərəkətləri ilə borcu etiraf etməsi deməkdir.

55. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən 2017-ci ildən başlayaraq demək olar ki, hər ay mütəmadi qaydada ödənişlər edilmiş, sonuncu ödəniş 2022-ci ilin fevral ayında edilmiş, yəni iddiaçının hüququnun pozulduğu an 2022-ci il fevral ayında ba ş vermişdir. Bununla da iddia müddətinin keçməsi ilə bağlı dəlil inkar olunmaqla əsassızdır. Kassasiya baxışının hədləri

56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılmas ı kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərd ə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəs inə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(105)-122/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

61. Cavabdehin kassasiya şikayətinin əsas dəlilləri bundan ibarətdir ki, tərəflər arasında tərtib edilmiş üzləşmə aktlarının tarixi öhdəliyin icrası anının başlanması anı kimi qəbul edilməli, həmçinin 2019-cu il 31 dekabr tarixli üzləşmə aktında 151.092 manat məbləğində borcun mübahisəli olması, həmin borcun 2016-cı ilə aid olması nəzərə alınaraq, iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir.

62. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və həmin dəlillər üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir.

63. MM-in 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məh kəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən isə borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

65. İşə baxmış məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, 2017-2022-ci illər ərzində iddiaçı və cavabdeh arasında alqı-satqı münasibətləri üzrə mütəmadi olaraq cavabdeh tərəfindən bank hesabları vasitəsi i lə iddiaçının bank hesabına müvafiq məbləğlərdə pul vəsaitləri ödənilmiş və bu ödənişlərin olmasını təsdiq edən müvafiq maliyyə-mühasibatlıq və bank sənədləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə araşdırması zamanı proses iştirakçıları tərəflər arasında alqı-satqı münasibətlərinin olmasını və həmin alqı-satqı münasibətləri üzrə cavabdeh tərəfin iddiaçı tərəfin hesabına mütəmadi olaraq pul vəsaitlərinin ödənilməsini mübahisələndirməmişlər. Həmçinin, cavabdeh tərəfindən alınan mallara görə iddiaçının bank hesabına sonuncu dəfə 2022-ci il 9 fevral tarixində 8.474,58 manat məbləğində ödəniş edilməsi hazırkı işin mübahisələndirilməyən halıdır.

66. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən sonuncu dəfə 2022-ci il 9 fevral tarixində ödəniş edilərək borc un etirafı ilə bağlı hərəkətlər edildiyindən, işə baxmış məhkəmələrin iddia müddətinin tətbiq edilməsi üçün əsasların olmamasına dair gəldiyi nəticə düzgün olmuşdur. Həmçinin işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası tərəflər arasında uzun müddət davam edən qarşılıqlı işgüzar münasibətlər olduğunu, bu münasibətlərin davamlı xarakter daşıdığını, satılan mallara görə mütəmadi olaraq hissə-hissə ödənişlər edildiyini nəzərə alaraq düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında olan münasibətlərin davam edən xarakterli olması hər bir akt üzrə aktın tərtib edildiyi tarixin öhdəliyin icrası anının başlanması anı kimi qəbul edilməsini istisna edir.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən m addi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

68. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(105)-122/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır

69. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 oktyabr tarixli 2-2(105)-122/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar