Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-732/2022 13.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2022-ci il 29 iyul tarixli, 2-2(105)-12/2022 saylı qətnaməsindən cavabdeh “X1” MMC verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxılm ışdır. I. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh “X1” MMC-dən (bundan sonra – “cavabdeh”) 155.000 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 19 oktyabr tarixli, e-2-2(119)659/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 155.000 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Z.Məmmədov).
3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv, iddia tələbi üzrə işin hallarının tam və hərtərəfli araşdırılmasını və borcun həqiqi olan məbləğinə uyğun qətnamə qəbul olunmasını xah iş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)-12/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 19 oktyabr tarixli, e-2-2(119)659/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Z.Məmmədov, hakimlər R.Ağayev, V.Cəfərov).
5. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər malların alqısatqısına dair müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən, satıcı müqavilənin Əlavələrində göstərilmiş malların alıcıya satılmasını, alıcı isə həmin malların dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh alğı-satqı müqaviləsi üzrə öhdəlikl ərini tam yerinə yetirməmiş, 155.000 ABŞ dolları borcu müqavilə ilə müəyyən edilən müddətdə ödəməmişdir.
6. Kollegiya cavabdehin apellyasiya şikayətinin borcun həmin məbləğdə olmaması barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh həmin borcun olmamasını, müqavilə üzrə öhdəliyin tam icra edilməsi barədə məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmiş, ekspert rəyi ilə isə borcun 155.000 ABŞ Dolları məbləğində olması bir daha öz təsdiqini tapmışdır.
7. Məhkəmə bu qənaətini MM-in 385.1, 425.1, 427.3, 442, 567, 600.1, 600.4-cü, Az\rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM) 14.2, 77.1, 385.1, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
8. Qətnamə 2022-ci il 29 iyul tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
9. Cavabde h 2022-ci il 29 sentyabr tarixdə kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-12/2022 saylı 2022-ci il 29 iyul tarixli qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.2. Kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyi, şikayətdə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbi q edilməməsinin nədən ibarət olması göstərilmədiyinə görə kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, kassasiya şikayəti qaytarılmaq üçün iş apelyasiya məhkəməsinə göndərilməlidir. 12. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə bir sıra dəyişikliklər edilmiş (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş), yeni redaksiyada MPM-in 407-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma isə Məcəlləyə yuxarıda göstərilən Qanunla edilmiş “Əlavə 3”-də göstərilmişdir. 13. “Kassasiya şikayətinin forması” adlanan həmin “Əlavə 3”-də kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli olması müəyyən edilmişdir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Eyni zamanda kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayəti verən şəxsin tələbi hissəsində isə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
14. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmədiyi, şikayətdə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyinə görə kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, kassasiya şikayəti qaytarılmaq üçün iş apelyasiya məhkəməsinə göndərilməlidir.
15. Şərh olunanlara və MPM-in 407-408-ci maddələrinə əsasən məhkəmə kol legiyası QƏRARA ALDİ: Cavabdeh “X1” MMC-nin kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. Kommersiya işi kassasiya şikayətinin qaytarılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.