Məhkəmə qərarları › İş №2-2(102)-738/2023

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-738/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-738/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ İş № 2-2(102)-738/2023 Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 iyul tarixli 2-2(106)-75/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassas iya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2020-ci il 1 yanvar tarixli 05/208 nöməli alqı-satqı müqaviləsinə əsasən yaranmış 145.095,73 manat qalıq borcun, 400 manat mediasiya xərci, dövlət rüsumuna görə ödənilmiş 235 manat olmaqla, cəmi 145.730,73 manat məbləğin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 6 aprel tarixli e-2-2(121)-44/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 145.095,73 manat, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlə t rüsumuna görə 35 manat olmaqla, ümumilikdə 145.530,73 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim – E.Abdullayev).

3. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verməklə, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 iyul tarixli 2-2(106)-75/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – P.Əhmədov, hakimlər – C.İmanov və T.Kərimov).

5. Cavabdeh həmin qətnamədən kas sasiya şikayəti verməklə, qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 6. “Dövlət rüsumu haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Respublikası Qanununun müvafiq “Maddə

8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə:... 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi.... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin ver ilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi....”

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 404-1.3. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir.” "Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” "Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;...” Ali Məhkəmənin Mövqeyi

8. Aşağıda göstərilənlərə əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.

9. Belə ki, kassasiya şikayətinə dövlət rüsum unun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır. Şikayətə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməməsi kassasiya şikayətinin geri qaytarılması üçün əsasdır (MPM-in 407.4 və 408.1.3-cü maddələri).

10. Hazırkı iş üzrə iddianın qiymətinin 145.730 manat olduğu nəzərə alındıqda, dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün 217,86 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Apellyasiya məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirən cavabdeh isə 217,86 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda kassasiya şikayətinə 120 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə etmişdir.

11. Məhkəmə kollegiyası qeyd edir k i, göstərilən hal MPM-in 408.1.3-cü və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4, 8.6-cı maddələrinin (bax yuxarıda § 6-7) tələbləri baxımından Cavabdeh MMC-nin kassasiya şikayətinin qaytarılması üçün əsasdır.

12. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407.4 və 408.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 iyul tarixli 2-2(106)-75/2023 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun icraata qəbul edilməsindən imtina olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar