Məhkəmə qərarları › İş №2-2(102)-74/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-74/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-74/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun silinməsi və zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının Cavabdehə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə ilkin, Cavabdeh İddiaçınə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 22(103)-800/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 25 yanvar 2018-ci il tarixli, Akx-2/559 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə”müqaviləyə görə, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər.

2. Abonent saldosuna görə, cavabdehin iddiaçıya 05 iyun 2020-ci il tarixə olan borcu 262.359,47 manat təşkil edir.

3. Bakı Regional Qazın Satışı Departamentinin İddiaçı MMC-yə ünvanladığı 12.06.2018-ci il tarixli bildirişində 15 gün müddətində sayğacdan ə vvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tərəflərindən təmin olunması, əks təqdirdə müəssisənin qaz təchizatının dayandırılacağı qeyd olunmuşdur.

4. Qaz təsərrüfatında həyata keçirilən texniki baxışın nəticələrinə dair 11.10.2018-ci il tarixli, 000263 saylı akta əsasən Xəzər rayonu, "X" qəsəbəsində yerləşən x3 istixanasında "xxxx" QSC tərəfindən 10.10.2018-ci il tarixdən texniki baxış keçirilmiş və qaz tənzimləmə qurğularının sazlanmasının yerinə yetirildiyi qeyd olunmuşdur.

5. Məhkəmə mühəndis – texniki ekspertizasının 10 fevral 2021-ci il tarixli, 10/3359 saylı rəyinə görə, “Qaz təchizatı layihələndirmə normaları” 2.12-1 AzDTN-nin 7.14 bəndinin tələblərinə və Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus istixanaya qaz təchizatı üçün verilmiş texniki şərtə v ə işçi layihəsinin cizgilərinə əsasən, qaz tənzimləyicisinin qaz sayğacından əvvəl quraşdırılmalı olduğu, həmin qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması qeyd olunan layihələndirmə normalara və işçi layihəsnə uyğun olmadığı, “İton, TZ/FLUXİ trubin qaz sayğacı, Quraşdırma və istismar təlimatı”nda göstərilən tələbləri nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacların sonradan artıq xətalarla işləməsi, yəni qazın sərfiyyatınln düzgün hesablanmamsına gətirə biləcəyi qeyd olunmuşdur. İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış “Kubuş” markalı qazanların maksimal saatlıq qaz sərfiyyatlarını və işləmə rejimini nəzərə aldıqda, həmin markalı 4 ədəd suqızdırıcı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatı 262.500 kub.m. təşkil edir. İddiaçı MMC abonentin saldosundan görünür ki, 2018-ci ilin yanvar ayı üçün qazın sərfi 357.372 kub.m., (artıq hesablanmış sərfiyyat 65.938 kub.m.), 2018-ci ilin noyabr ayı üçün qazın sərfi 367.588 kub.m. (artıq hesablanmış sərfiyyat 105.088 kub.m.), 2018-ci ilin dekabr ayı üçün qazın sərfi 577.892 kub.m. (artıq hesablanmış sərfiyyat 315.392 kub.m.), 2019-cu ilin yanvar ayı üçün qazın sərfi 397.477 kub.m. (artıq hesablanmış sərfiyyat 134977 kub.m.), 219-cu ilin fevral ayı üçün qazın sərfi 416.391 kub.m. (artıq hesablanmış sərfiyyat 153.891 kub.m.), 2019-cu ilin mart ayı üçün qazın sərfi 417.784 kub.m. (artıq hesablanmış sərfiyyat 155.284 kub.m.), 2019-cu ilin aprel ayı üçün qazın sərfi 322.613 kub.m. (artıq hesablanmış sərfiyyat 60.113 kub.m.), 2019-cu ilin noyab r ayı üçün qazın sərfi 519.268 kub.m. (artıq hesablanmış sərfiyyat 256.768 kub.m.), 2019-cu ilin dekabr ayı üçün qazın sərfi 351.894 kub.m. (artıq hesablanmış sərfiyyat 89.394 kub.m.), 2020-ci ilin yanvar ayı üçün qazın sərfi 363.528 kub.m. (artıq hesablanmış sərfiyyat 101.028 kub.m.), 2020-ci ilin fevral ayı üçün qazın sərfi 340.748 kub.m. (artıq hesablanmış sərfiyyat 78.248 kub.m.) hesablanmışdır. Göstərilən tarixlər üçün İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış 4 ədəd “Kubuş” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatından (262.500 kub.m.) MMC-nin saldosundan 2018-ci ilin yanvar ayından 2020ci ilin fevral ayına qədər qış mövsümlərinin soyuq ayları üçün göstərilmiş sərfiyyatlardan 1.516.121 kub.m. məbləğdə qaz sərfiyyatı artıq hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən artıq hesablanmış 303.000 manat vəsaitin, qazın dayandırılması nəticəsində MMC-yə dəymiş 418.200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402.993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30.000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 1.000.000 manatın, ümumilikdə 2.154.193 manat vəsaitin Cavabdeh İB-dən (bundan sonra – “cavabdeh”) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi o nunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatı məhsulları yetişdirmək və saxlamaq üçün istixana fəaliyyəti ilə məşğul olur. İstixanaya qazın verilişini təmin edən borunun üzərində G1600- lik qaz sayğacı quraşdırılmışdır. Həmin sayğacdan bir qədər qabaqda isə qaz tənzimləyici qurğu yerləşdirilmişdir. Qazın alqı-satqısı barədə cavabdehlə Cəmiyyət arasında 25 yanvar 2018-ci il tarixdə Axx-2/559 nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı bütün öhdəliklərini vaxtı-vaxtında qüsursuz yerinə yetirir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən 12 iyun 2018-ci il tarixində İddiaçı MMC-yə ünvanlanmış 9 nömrəli bildirişdə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası NK-nin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 3.3.6-cı bəndi nin tələblərinə əsasən istehlakçı, əsas və köməkçi qaz qurğularının, nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etməlidir. Lakin həmin bəndin tələblərinə uyğun olaraq istehlakçı tərəfindən vaxtında lazımi tədbirlər görülmür. Qeyd olunanları nəzərə alaraq, 5 iş günü müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılması məqsədi ilə LSS-də dəyişiklik edilməsi üçün Cavabdeh Layihə İnşaat QSC-yə müraciət olunmalıdır. Əks təqdirdə müəssisənin qaz təchizatı əlavə xəbərdarlıq edilmədən dayandırılacaqdır”. Sözügedən bildirişlə bağlı tərəflərindən Azərbaycan Respublikasının Energetika Nazirliyinə yazılı müraciət edilmiş, MMC-yə Nazirlik tərəfindən verilmiş cavab məktubunda qeyd olunur ki, “Qazdan istifadə qaydaları”nın 3.3.6-cı yarımbəndinə istinad edilməklə, 5 iş günü müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılması məqsədi ilə LSS-də dəyişiklik edilməsi üçün Cavabdeh Layihə İnşaat QSC-yə müraciət olunması, əks təqdirdə müəssisənin qaz təchizatı əlavə xəbərdarlıq edilmədən dayandırılacağı barədə” cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin tələbi (bildirişi) tamamilə qanunsuz və əsassız olduğuna görə istehlakçılar üçün heç bir hüquqi nəticə yarada bilməz və eyni zamanda qeyd olunan əsaslarla müəssisələrə qazın verilməsi dayandırıla bilməz. MMC olaraq qaz tənzimləmə qurğularına daima nəzarət edilməsi və saz vəziyyətdə saxlanılması üçün "xxxx" QSC ilə aralarında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" QS C-nin əməkdaşları İddiaçı MMC-yə məxsus qaz tənzimləmə qurğularına daima baxış keçirərək yaranmış və ya yaranacaq problemləri dərhal aradan qaldırırdılar. Sonuncu dəfə 11.10.2018-ci il tarixində QSC-nin əməkdaşları onlara məxsus qaz tənzimləmə qurğularını texniki baxışdan keçirərək qaz tənzimləmə qurğularının sazlanması barədə akt tərtib etmişdir. İddiaçı MMC-yə məxsus qaz tənzimləmə qurğularının saz vəziyyətdə olması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın 3.3.6-cı bəndinin tələbləri iddiaçı tərəfdən yerinə yetirilmişdir və həmin tələblərin pozulması halları olmamışdır. Digər tərəfdən isə xəttdə olan qaz sayğacının üzərində «qaz tənzimləyici qurğunun sayğacdan sonra quraşdırılması böyük fəsadlara səbəb ola bilər» deyə qeyd yazılmışdır. Qazdan istifadə qaydalarının tələblərinin iddiaçı tərəfindən yerinə yetirməsinə baxmayaraq, MMC qaz təchizatı ilə hələ də təmin olunmamışdır. İddiaçının qaz təchizatı ilə təmin edilməməsi MMC-yə külli miqdarda ziyan verir. Yeni mövsümün başlaması ilə əlaqədar olaraq "xxxx" MMC olaraq bu günə kimi yalnızca toxuma 23.562 manat, kokabitə 175.100 manat ödəmişdir. Cavabdeh İB müəssisəyə qazın verilməsini dayandırması təsərrüfata külli miqdarda ziyan vurur ki, bu da öz növbəsində dövlətdən götürülən krediti qaytarmağa, müəssisədə çalışan işçilərin işsiz qalmasına, istehsal edilən yerli məhsulları satdığı xarici bazarda nüfuzdan düşməyinə səbəb olur. Müəssisənin Cavabdeh İB-yə borcunun olmadığı və bütün normativ aktların müddəalarını yerinə yetirməsinə baxmayaraq, "xxxx" MMC-yə məxsus istixana qaz təchizatı ilə təmin olunmamışdır. Cavabdeh tərə findən iddiaçıya xəbərdarlıq edilmiş, bundan sonra iddiaçı şirkət ilə qaz sayğaclarını dəyişdirilməsi və təmiri, həmçinin bununla bağlı xidmətlər göstərilməsi ilə bağlı müqavilə imzalamış, baxış nəticəsində qaz sayğaclarında heç bir nasazlıq olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının heç bir borcu olmadığı, qaz alışına görə ödənilməli olan pul vəsaitini vaxtı-vaxtında ödədiyi, istehlakçı kimi üzərinə düşən öhdəlikləri tam məsuliyyəti ilə yerinə yeritdiyi halda cavabdehin hər hansı bir səbəb olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, bu məşğuliyyətlə təkcə özünə deyil, həm dövlətə, həm də elə cavabdehin özünə illik kifayət qədər gəlir gətirən, xarici ölkələrlə əlaqəli şəkildə Respublikanın sahibkarlıq fəaliyyətində xidmət göstərən iddiaçıya qazın verilişinin süni şəkildə daya ndırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilməlidir. Bundan başqa, həmin hərəkətlər nəticəsində iddiaçı işinin əsas hissəsini təşkil edən, istilikxanalarda şitillərin yetişdirilməsi üçün zəruri olan qazdan məhrum edilməklə həm kifayət qədər yüksək məbləğdə pul verib aldığı toxumun vaxtında yetişməməsi, cücərmiş şitillərin donması, bununla da planlaşdırdığı çəkidə məhsulu əldə etmək imkanından və ələ edəcəyi faydadan məhrum olmaqla əlavə olaraq maddi zərər çəkmişdir ki, bu məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, iddiaçının işgüzar nüfuzuna cavabdeh tərəfindən külli miqdarda vurulmuş zərər 1.000.000 qiymətləndirilmişdir.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı ilk iddiasının rədd edilməsi, Cavabde h İB-nin İddiaçı MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış 262.359,47 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq Birliyin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB 25.01.2018-ci il tarixli, Akx-2/559 saylı müqavilə əsasında İddiaçı MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 05.06.2020-ci il tarix ə 262.359,47 manat borcu yaranmışdır. Tərəflər arasında imzalanmış 15.01.2018-ci il tarixli, Akx-2/559 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.

10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli, 2-2(113)-18/2021 saylı qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, 262359,47 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Cavabdehnə ödənilməsi, 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh İB-yə ödənilməsi, mühəndis – texn iki ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim – F.Qasımov).

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddianın borcun silinməsi hissəsinin əsasını məhz qaz tənzimləyicinin yerinin düzgün olmaması səbəbindən artıq borc hesablanması təşkil edir. Buna görə də ekspert qarşısında da bu xüsusatla bağlı suallar qoyulmuşdur. Ekspert qarşısında qoyulan 1-ci sual ekspert tərəfindən cavablandırılmış, qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılmasının layihələndirmə normalara və işçi layihəsinə uyğun olmadığı qeyd edilmişdir. Lakin 2-ci sualda tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən artıq təzy iqdə qazın daxil olmasına, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilməsi, səbəb olursa artıq hesablanmış sərfiyyatın nə qədər təşkil etməsi soruşulsa da, ekspert bu suala “... qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacların sonradan artıq xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün hesablanmamasına gətirə bilər” məzmunlu qeyri – müəyyən cavab vermişdir.

12. Bundan sonra ekspert tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olması nəticəsində artıq hesablanmış vəsaitin hesablanması istiqamətində araşdırma aparmamış, hesablamalarını su qızdırıcı qazanların aylıq maksimal qaz sərfiyyatı ilə əsaslandırmışdır. Halbuki, hazırkı mübahisənin mahi yyətini məhz qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması nəticəsində artıq hesablamanın aparılması təşkil edir.

13. Ekspert rəyinin təsviri hissəsində istilikxanada 7 ədəd su qızdırıcı qazanın olması göstərilsə də, hesablama 4 ədəd qazanın maksimal aylıq sərfiyyatı hesablanaraq artıq qaz sərfiyyatının olduğu qeyd olunmuşdur. Ekspert hesablamaların 7 deyil, 4 qazana görə aparılmasını “baxışda iştirak etmiş Natiq Zaxarzadənin fikri ilə əsaslandırdığınadan, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz.

14. Həmçinin, dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik ar asında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

15. İddianın məzmununa görə, qazın dayandırılması nəticəsində dəymiş 418.200 manat maddi zərər, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30.000 manat real zərər kimi, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402.993 manat əldən çıxmış fayda isə əldən çıxmış fayda kimi əsaslandırılmış, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 1.000.000 manat məbləğində pul tələb olunmuşdur.

16. Belə olduğu təqdirdə iddiaçı tərəfindən məhkəməyə real zərər kimi qiymətləndirdiyi məbləğin xərcləndiyini və ya x ərclənməli olduğunu təsdiq edən rəsmi sənədlər, əldən çıxmış fayda kimi tələb etdiyi məbləğlə bağlı adi mülki dövriyyə şəraitində əvvəlki dövrlərdə nə qədər gəlir əldə etməsi, məhz cavabdehin təqsiri üzündən bu gəlirləri əldə edə bilməməsi ilə bağlı sübutlar təqdim olunmalı idi. Lakin qeyd olunan xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

17. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 21.1, 21.2, 23.1, 385.1, 442, 567, 1096.1, 1099.1 və 1099.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "Mülki Prosessual Məcəllə”) 103.1, 103.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 2-2(103)-800/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və V.M.Məmmədov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, B akı Kommersiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli, 2-2(113)-18/2021 saylı qətnaməsi qismən - qarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissədə ləğv edilmiş, ilk iddia borcun silinməsi hissəsində qismən təmin edilərək, 262.359,47 manat qalıq borcu silinmiş, qarşılıqlı iddia rədd edilmiş, qətnamə ilk iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilmiş, cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 200 manat ekspertiza xərcinin tutulması qət edilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ilk iddia üzrə iddia ərizəsinə əlavədə “iddiaçı artıq hesablanmış 303.000 manat borcun silinməsi barədə tələb irəli sürsə də, abonent saldosundan görünür ki, cavabdehin iddiaçıya 05 iyun 2020-ci il tarixə olan qalıq borcu 262.359,47 manat təşkil etmişdir.

21. İddiaçı iddia edir ki, texniki şərtə əsasən qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılması nəzərdə tutulsa da, cavabdeh tərəfindən 2018-ci ilin noyabr ayında qaz tənzimləyinin yeri onların razılığı olmadan dəyişdirilərək sayğacdan sonra quraşdırılmış, 2020-ci ili yanvar ayında isə yenidən öz yerinə qaytarılmış, nəticədə həmin dövr üçün qaz sayğacı sərfiyyatı faktiki istehlak edildiyi həcmdən artıq qeyd etmişdir.

22. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş Bakı Regional Qazın Satışı Departamentinin İddiaçı MMC-yə ünvanladığı 12.06.2018-ci il tarixli bildirişdən görünür ki, 15 gün müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra qur aşdırılmasının tərəflərindən təmin olunması tələb edilmiş, əks təqdirdə müəssisənin qaz təchizatının dayandırılacağı qeyd olunmuşdur (1-ci cild, 24-cü vərəq).

23. Cavabdehin nümayəndələri məhkəmə iclaslarında iddiaçıya məxsus qaz sayğacının qaz tənzimləyicisinin yerinin 2018-ci ilin noyabr ayında dəyişdirildiyini qəbul etməmiş, bu barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyini, sərfiyyatdakı artımın bu faktı sübut etmədiyini, tələb edilən borcun qaz sayğacının göstəricisinə əsasən hesablanmış, yəni faktiki istehlak edilmiş qazın dəyəri olduğunu göstərmişlər.

24. Müvafiq ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş sualın cavabının aydın qeyd edilməməsini iddia edilən halın sübut edilməməsi kimi qiymətləndirmək və bu əsasla iddianı rədd etmək düzgün deyildir.

25. Ekspert rəyi ilə məhkəmə tərəfindən qoyulmuş suala verilən cavab tam aydın olmadıqda işə baxan hakim və ya məhkəmə iş üzrə əlavə ekspertiza təyin etməklə və yaxud rəy vermiş ekspertləri məhkəmə iclasına dəvət etməklə kifayət qədər aydın olmayan cavabın izah edilməsini təmin edə bilər.

26. İşə apelyasiya qaydasında baxılarkən apelyasiya şikayətinin dəlillərinin araşdırılması üçün iş üzrə rəy vermiş ekspertlər məhkəmə iclasına dəvət edilmiş, ekspert X1 verdiyi rəylə bağlı izahat verərək bildirmişdir ki, “Qaz təchizatı. Layihələndirmə normaları”na əsasən, qaz tənzimləyici bütün avadanlıqlardan əvvəl quraşdırılmalıdır. Rəydə cavab ona görə “tənzimləyicinin yerinin dəyişdirilməsi qaz sərfiyyatın artımına təsir edə bilər” kimi qeyd edilmişdir ki, tənzimləyici sayğacdan sonra quraşdırıldığı hər bir halda deyi l, yalnız qazın təzyiqinin çox olduğu, yəni sürətlə gəldiyi hallarda sayğacın göstəricisinin daha çox fırlanması nəticəsindən xətalar baş verməsi daha sərfiyyatın daha artıq qeyd edilməsinə səbəb olur. İddiaçıya məxsus obyektdə mövcud olan qaz işlədicilərinin üzərində 1 saatda maksimal qaz sərfinin 437,5 kub metr qeyd edildiyindən 4 ədəd suqızdırıcı qazanın aylıq maksimal qaz sərfiyyatının 262500 kub metr təşkil etdiyi müəyyən edilmişdir.

27. İddiaçıya verilmiş texniki şərtdə də qazlaşdırılması nəzərdə tutulan obyektə hər birinin saatlıq qaz sərfi 437,5 kub metr olan 4 ədəd qazan quraşdırılması nəzərdə tutulmuş, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə qazla işləyən qazanların sayının dörddən artıq olması barədə hər hansı sübut təqdim edilməmişdir.

28. Ekspert rəyinə görə, iddiaçıya m əxsus obyektin sayğacı Cavabdeh İB-nin Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Zirə-3 saylı X2raşdırıldığından, iddiaçının sayğacın yerləşdiyi stansiyaya giriş-çıxış imkanı məhdud olduğundan, sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməli olduğuna dair cavabdeh tərəfindən 12.06.2018ci il tarixli bildiriş göndərildikdən sonra tənzimləyicinin yerinin dəyişdirildiyini iddiaçı yalnız dolayı sübutla, yəni qaz sərfiyyatında artımın baş verməsi ilə sübut edə bilərdi.

29. İddiaçının abonent saldosuna görə, mübahisələndirilən dövrlə əvvəlki ilin eyni ayları müqayisə edildikdə qaz sərfiyyatında artım müşahidə edilir. Belə ki, 2017-ci ilin noyabr ayı üzrə iddiaçının qaz sərfiyyatının məbləği 52.330,40 manat, 2018-ci ilin noyabr ayında isə 73.517,60 manat, 2017-ci ilin de kabr ayında 65.687,60 manat, 2018-ci ilin dekabr ayında isə 115.578,40 manat, 2018-ci ilin yanvar ayında 71.474,40 manat, 2019-cu ilin yanvar ayında 79.495,40 manat, 2018-ci ilin fevral ayında 40.123 manat 2019-cu ilin fevral ayında isə 83.278,20 manat, 2018-ci ilin mart ayında 52.481,80 manat, 2019-cu ilin mart ayında 83.556,80 manat, 2018-ci ilin aprel ayında 35.876 manat, 2019-cu ilin aprel ayında isə 64.522,60 manat, 2018-ci ilin oktyabr ayında 4.008 manat, 2019-cu ilin oktyabr ayında 23.063,20 manat olmuşdur.

30. Cavabdeh tərəfindən verilmiş texniki şərtdə iddiaçıya məxsus obyektin qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılması nəzərdə tutulduğu halda, texniki şərtdə dəyişiklik edilmədən istehlakçıdan qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tələb edilməsi, əks halda qaz təchizatının dayandırılacağına dair cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq, o cümlədən sərfiyyatda artım dolayısı ilə təsdiq edir ki, qaz tənzimləyicisinin yeri Cavabdeh İB dəyişdirilmişdir.

31. Mübahisəli dövr üzrə (2018-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək) ilk iddia üzrə iddiaçıya məxsus obyektdə sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməsi ilə əlaqədar qaz sayğacı faktiki istehlak edilmiş sərfiyyatdan daha artıq sərfiyyat qeydə aldığından, hər ay 262500 kub metrdən artıq qeydə alınmış, cəmi ******* kub.metr qaz sərfi ilə əlaqədar hesablanmış 274.387 manat (1371935/1000x200 manat) əlavə borc silinməlidir. 32. 10 fevral 2021-ci il tarixli, 10/3359 saylı ekspert rəyində ekspert qaz tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar mübahisəli olmaya n dövr- 2018-ci ilin yanvar ayı və 2020-ci ilin fevral ayı üçün də artıq sərfiyyat hesablayaraq, iddiaçıya artıq hesablanmış sərfiyyatın ümumilikdə 1.516.121 kub metr olduğunu qeyd etdiyindən, mübahisəli olmayan aylar üçün ekspert tərəfindən hesablanmış sərfiyyat (65938 m3+78248m3) nəzərə alınmamalıdır.

33. İddiaçıya artıq hesablanmış sərfiyyatın məbləği məhkəmə tərəfindən 274.387 manat müəyyən edilsə də, iddiaçının 05 iyun 2020-ci il tarixə olan qalıq borcunun məbləği cəmi 262.359,47 manat təşkil edir.

34. Dəymiş ziyan tələbi ilə bağlı “iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd olunur ki, iddiaçıya məxsus istixana kompleksində 2020-ci ilin noyabr ayından etibarən qeyri-müntəzəm istilik göstəricisinin olması səbəbindən pomidor məhsuldarlığı əvvəlki illərlə mü qayisədə azaldığından əldən çıxmış fayda 402.993 manat, sahədə 82 ton məhsulun yetişdirilməsi nəzərdə tutulduğundan, dəymiş ziyan 418.200 manat, ümumilikdə 821.193 manat müəyyən edilir.

35. İddia ərizəsində qeyd edilənlərdən və nümayəndənin verdiyi izahatlardan görünür ki, iddiaçıya məxsus istixanada yerləşən qızdırıcı qazanlardan üçü dizellə işləmiş, qaz təchizatının dayandırıldığı dövrdə alternativ yanacaq vasitəsi kimi daha bahalı olan dizel yanacağından istifadə edildiyi üçün hüquqi şəxsə 30.000 manat ziyan dəymişdir.

36. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus istixananın borcla əlaqədar və ya hər hansı digər səbəbdən qaz təchizatı dayandırılmış olsa belə, istixana dizel yanacağından istifadə olunmaqla qızdırıldığından, əkilmiş pomidor şitillərinin müəyyən hissəsi nin sıradan çıxması və məhsuldarlığın azalması ilə qaz təchizatının dayandırılması arasında səbəbli əlaqə müəyyən olunmur.

37. İş materiallarında istixananın qaz təchizatının dayandırıldığı günlərin dəqiq sayı və bununla əlaqədar iddiaçının 30.000 manat artıq dizel yanacağı sərf etməsi barədə mötəbər sübut olmadığından, ilk iddianın qeyd edilən hissələrdə təmin edilməməsi qanuni və əsaslıdır.

38. Məhkəmə bu qənaətini Mülki Məcəlləsinin 1097.1, 1096.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

39. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin qismən ləğv edilməsi, mübahisələndirilən qətnamə qazın dayandırılması nəticəsində dəymiş 418.200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402.993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30.000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 1.000.000 manat ziyanın tutulması barədə ilk iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilərək, ilk iddia tələbinin həmin hissədə təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir.

40. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin qismən qarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsi, ilk iddia borcun silinməsi hissəsində qismən təmin edilərək, 262.359,47 manat qalıq borcun silinməsi, 262.359,47 manat borcun tutulması barədə qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv e dilməsi, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

41. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, is materialları ilə İddiaçı MMC-yə ziyan dəyməsi, işgüzar nüfuzuna xələl gətirilməsi, qazancdan məhrum olması ilə Cavabdeh İB-nin məhkəmənin qanuni qüvvədə olan qərarına məhəl qovmayaraq, qanunsuz hərəkətlərini davam etdirib qazın verilməsinin dayandırılması olduğu halda, məhkəmə tərəfindən qətnamədə göstərilən əsaslarla səbəbli-əlaqənin mövcud olmaması ilə bağlı gəlinən nəticə əsassızdır.

42. Həmçinin Zirə qəsəbəsində yerləşən istixanada pomidor yetişdirilməsində dəymiş ziyanın həcminin və dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin qivməti əndirici mütəxəssisləri tərəfindən araşdırmalar aparılmış, mütəxəssis rəyi ilə dəymiş ziyanın və əldən çıxmış faydanın məbləği müəyyən edilmişdir.

43. İddiaçı tərəfindən məhkəməyə real zərər kimi qiymətləndirdiyi məbləğin xərcləndiyini və ya xərclənməli olduğunu təsdiq edən sənədlər, əldən çıxmış fayda kimi tələb etdiyi məbləğlə bağlı adi mülki dövriyyə şəraitində əvvəlki dövrlərdə nə qədər gəlir əldə etməsi, məhz cavabdehin təqsiri üzündən bu gəlirləri əldə edə bilməməsi ilə bağlı məhkəməyə mütəxəssis rəyi təqdim olunsa da, istər birinci instansiya, istərsə də apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə ona qiymət verilməmişdir.

44. Kassasiya şikayəti Mülki Məcəllənin 21, 1096 və 1097-ci, Mülki Prosessual Məcəllənin 88, 217, 220-ci maddələrinin tələblərinə istinad edilərək tər tib edilmişdir.

45. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında “qazın alqı-satqısı barədə”25 yanvar 2018-ci il tarixli müqavilə mövcuddur. Müqavilənin şərtlərinə görə İddiaçı MMC aldığı qazın qiymətinin vaxtında ödənilməsi öhdəliyini götürsə də, iddiaçı üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyindən, 262359,47 manat borc yaranmış və həmin borcun ödənilməsini tələb etmək Birliyin hüququdur.

46. Həmçinin hazırki mübahisənin mahiyyəti məhz qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması nəticəsində artıq hesablaması güman edilən qaz sərfiyyatının mövcud olub-olmaması təşkil edir. İşə apelyasiya qaydasında baxılarkən apelyasiya şikayətinin dəlillərinin araşdırılması üçün məhkəmə iclasına dəvət edilmiş ekspert X1 verdiyi rəylə bağlı izahat verərkən d ə qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması nəticəsində qaz sərfiyyatının artıq hesablanmasına səbəb olubolmaması ilə bağlı deyil, yalnız qazın təzyiqinin çox olduğu nəticəsindən xətanın baş verməsi sərfiyyatın daha artıq qeyd edilməsinə səbəb olmasını qeyd etmişdir. Mübahisəli dövrdə qazın təzyiqinin çox və ya az olması heç bir faktla təsdiqini tapmır.

47. Kassasiya şikayəti Mülki Məcəllənin 385.1, 442, 567-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. İİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

49. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməs inin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. İş üzrə tərəflər apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası mə hkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

52. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

88. Sübutların qiymətləndirilməsi ” Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur”. “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi ” 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır”. ” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri” 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”.

53. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı ” 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyy ətin əsasları ” 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 2-2(103)-800/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün hə min məhkəməyə qaytarılmalı, iddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilməlidir.

55. Apelyasiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçıya verilmiş texniki şərtdə də qazlaşdırılması nəzərdə tutulan obyektə hər birinin saatlıq qaz sərfi 437,5 kub metr olan 4 ədəd qazan quraşdırılması nəzərdə tutulmuş, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə qazla işləyən qazanların sayının dörddən artıq olması barədə hər hansı sübut təqdim edilməmişdir. Ekspert rəyinə görə, iddiaçıya məxsus obyektin sayğacı Cavabdeh İB-nin Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Zirə-3 saylı X2raşdırıldığına görə iddiaçının sayğacın yerləşdiyi stansiyaya giriş-çıxış imkanı məhdud olduğundan, sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməli olduğuna dair cavabdeh tərəfində n 12.06.2018-ci il tarixli bildiriş göndərildikdən sonra tənzimləyicinin yerinin dəyişdirildiyini iddiaçı yalnız dolayı sübutla, yəni qaz sərfiyyatında artımın baş verməsi ilə sübut edə bilərdi, iddiaçının abonent saldosuna görə, mübahisələndirilən dövrlə əvvəlki ilin eyni ayları müqayisə edildikdə qaz sərfiyyatında artım müşahidə edilir. Cavabdeh tərəfindən verilmiş texniki şərtdə iddiaçıya məxsus obyektin qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılması nəzərdə tutulduğu halda, texniki şərtdə dəyişiklik edilmədən istehlakçıdan qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tələb edilməsi, əks halda qaz təchizatının dayandırılacağına dair cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq, o cümlədən sərfiyyatda artım dolayısı ilə təsdiq edir ki, qaz tənzimləyicisinin yeri Cavabdeh İB dəyişdirilmişdir.

56. Bununla əlaqədar ilkin olaraq qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi ekspert rəyində 02 dekabr 2020-ci ildə ekspert, tərəflərin iştirakları ilə İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış qaz cihazlarına baxış keçirilərkən istixananın içərisindəki qazanxanada 4 ədəd yox, məhz 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların quraşdırıldığı müəyyən edilmiş, qazanların odluqlarının 4 ədədinin həm qazla, həm də dizel yanacaqla işləməsi, 3 ədədinin isə yalnız qazla işləməsi müəyyən edilmiş, baxış zamanı 4 ədəd qazanın dizel yanacaqla işlədiyi, 3 ədəd qazanın isə odluqlara çəkilmiş qaz xətlərinin flans birləşmələrindən ayrılmış, yəni işlək vəziyyətdə olduğu müəyyən edilmişdir (İİ cild səh. 17). Beləliklə, yerində baxış zamanı da iddiaçıya məxsus istixanada məhz 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların qutaşdırıldığı və onların işlək vəziyyətdə olduğu müəyyən edilmiş, 3 ədəd qazanın isə odluqlara çəkilmiş qaz xətlərinin flans birləşmələrindən ayrılmış vəziyyətdə olması həmin qazanlardan ümumiyyətlə istifadə edilməməsi nəticəsinə gəlmək üçün əsas verə bilməz. Bu halın ekspert, tərəflərin iştirakları ilə yerində baxış zamanı müəyyən edilməsi isə cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə qazla işləyən qazanların sayının dörddən artıq olması barədə hər hansı sübut təqdim edilmədiyi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığına dəlalət edir.

57. Bundan əlavə İddiaçı MMC-yə məxsus istixanada 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların quraşdırıldığı və qaz xətlərinə birləşdirildiyi, sadəcə qaz xəttindən müvəqqəti ayrılmış ol ması məhkəməyə yalnız 4 qazanın istehlak gücünə uyğun sərfiyyat hesablanmağa əsas vermir və məhkəmə bütün digər sübutlara olduğu kimi işin həqiqi hallarını əks etdirməyən ekspert rəyinə ehtiyatla yanaşmalı idi.

58. Digər tərəfdən, həmin ekspert rəyində qaz təzyiq tənzimləyicisinin qaz sayğacından əvvəl deyil, sonra quraşdırılmasının bütün hallarda deyil, yalnız qazın təzyiqinin həddindən artıq çox olduğu hallarda sərfiyyata təsir edə biləcəyi qeyd edilsə də, məhkəmə tənzimləyicinin sayğacdan sonra quraşdırıldığı iddia edilən bütün aylar üzrə riyazi hesablama apararaq, 2018-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək olan dövr üzrə qaz tənzimləyicisinin yerinin dəyişdirilməsi ilə əlaqədar qaz sayğacının faktiki istehlak edilmiş sərfiyyatdan daha artıq sərfiyyat qeydə aldığı nəticəsi nə gələrək, hər ay 262.500 kub metrdən artıq qeydə alınmış, cəmi 1.371.935 kub.metr qaz sərfi ilə əlaqədar hesablanmış 274.387 manat əlavə borcun silinməli olduğu barədə iş materialları ilə təsdiq edilməyən nəticəyə gəlmiş və bu nəticə ekspertin ehtimallarına əsaslandığından işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin bu hissədə mövqeyi ilə razılaşmır.

59. Qaz tənzimləyicisinin yerinin Cavabdeh İB tərəfindən dəyişdirilməsi barədə məhkəmənin gəldiyi nəticə də konket faktlara deyil, məhkəmənin (texniki şərtdə dəyişiklik edilmədən istehlakçıdan qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tələb edilməsi, əks halda qaz təchizatının dayandırılacağına dair cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq, o cümlədən sərfiyyatda artım) ehtimallarına əsaslanmış dır.

60. Apelyasiya məhkəməsi həmçinin dəymiş ziyan tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus istixananın borcla əlaqədar və ya hər hansı digər səbəbdən qaz təchizatı dayandırılmış olsa belə, istixana dizel yanacağından istifadə olunmaqla qızdırıldığından, əkilmiş pomidor ştillərinin müəyyən hissəsinin sıradan çıxması və məhsuldarlığın azalması ilə qaz təchizatının dayandırılması arasında səbəbli əlaqə müəyyən olunmur. İş materiallarında istixananın qaz təchizatının dayandırıldığı günlərin dəqiq sayı və bununla əlaqədar iddiaçının 30.000 manat artıq dizel yanacağı sərf etməsi barədə mötəbər sübut olmadığından, ilk iddianın qeyd edilən hissələrdə təmin edilməməsi qanuni və əsaslıdır, ilk iddia üzrə iddia ərizəsinə əlavədə “iddiaçı artıq hesablanmış 303.000 manat borcun silinməsi b arədə tələb irəli sürsə də, abonent saldosundan görünür ki, cavabdehin iddiaçıya 05 iyun 2020-ci il tarixə olan qalıq borcu 262.359,47 manat təşkil etmişdir.

61. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 62. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası”Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının”28 de kabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu” hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

63. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının qaz sərfiyyatı nda müşahidə edilmiş artımın İddiaçı MMC-yə məxsus istixananın qazanxanasında, ona verilmiş texniki şərtdə 4 ədəd qazan quraşdırılması nəzərdə tutulduğu halda, 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların quraşdırılması ilə əlaqədar olub-olmadığı, qaz tənzimləyicisinin yerinin Cavabdeh İB tərəfindən dəyişdirilibdəyişdirilmədiyi, bu dəyişdirmə baş verdiyi təqdirdə qaz sərfiyyatına təsiri dəqiq müəyyən edilməli, bu sərfiyyatın qaz sayğacının göstəricisi olduğu barədə cavabdehin şikayətinin dəlilləri qiymətləndirilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.

64. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 2-2(103)-800/2021 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalı, iddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilməlidir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

66. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 2-2(103)-800/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılsın. İddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar