Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-74/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Rusiya Federasiyasının hüquqi şəxsi İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, yalan əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Rusiya Federasiyasının hüquqi şəxsi İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikasının hüquqi şəxsi "xxxx" MMC) qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 oktya br tarixli 2-2(103)-713/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında 2020-ci il 28 dekabr tarixində imzalanmış 002 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı İddiaçı MMC aşağıdakı malı satmağı və tədarük etməyi, alıcı Cavabdeh MMC isə qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürür: - ərzaq arpası, Rusiya istehsalı (bundan sonra mətndə - Mal), Rusiya Federasiyası və Azərbaycan Respublikasının Samur qəsəbəsində (Rusiya) sərhədi DAP şərtlərində (İNCOTERMS 2020). - 2.1-ci bəndinə görə Rusiya istehsalı füruşla ərzaq arpası, ümumi miqdarı 10.000 ton + 1-10°/0, satıcının mülahizəsinə görə, xüsusilə: - Tərəflərin razılığı ilə müəyyən olunan miqdarda bir neçə partiyalarla satıcının mülahizəsinə görə, 10.000 ton + 1-10°/0 ərzaq arpası. - 4.4-cü bəndinə görə mal aşağıdakı hallarda Satıcı tərəfindən tədarük edilmiş və Alıcı tərəfindən qəbul edilmiş hesab olunur: - miqdarı üzrə - nəqliyyat fakturasında qeyd olunan miqdarla - keyfiyyət üzrə - keyfiyyət səlahiyyətli təşkilat tərəfindən verilmiş keyfiyyət şəhadətnaməsinə əsasən nəqliyyata yüklənmə yerində və vaxtında qəti müəyyən olunur. - 5.1-ci bəndinə görə ümumi məbləğ 5.000.000 + l-10°/0 ABŞ dolları təşkil edir. Mal üçün qiymətə təyinat ölkəsinin qanunvericiliyi ilə nəzərdə tutulan hər hansı bir vergi və yığımlar daxil deyil. - 10.2-ci bəndinə əsasən malın ödənişinin alıcının təqsiri ucbatından gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün satıcı alıcıdan gecikdirilmiş məbləğdən 0,1 faiz cəri mə almaq hüququna malikdir. - 15.4-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və 2022-ci il 31 dekabr tarixədək qüvvədədir. 2. 2019-cu il 1 yanvar tarixdən 2019-cu il 31 dekabr tarixədək və 2020-ci il 1 yanvar tarixindən 2020-ci il 31 dekabr tarixədək olan dövrü əhatə edən Cavabdeh idxal əməliyyatları haqqında Bakı Baş Gömrük İdarəsinin məlumatlarına əsasən Cavabdeh həmin dövrdə Rusiya Federasiyasından həmin ölkədə fəaliyyət göstərən müxtəlif MMC (rus dilində - OOO)-lərdən (OOO (MMC) "xxxx", OOO (MMC) "xxxx" və OOO (MMC) “Aqrokom-RUS”) 3 və 4-cü sinif müxtəlif xüsusiyyətli ərzaqlıq buğda ölkəyə idxal etmişdir. 3. 2021-ci il 3 fevral tarixli 2 nömrəli invoys üzrə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 802,5 ton ərzaq arpasının ümumi dəyəri 147.660 ABŞ dolları; 20 21-ci il 9 fevral tarixli 3 nömrəli invoys üzrə 468,4 ton ərzaq arpasının ümumi dəyəri 86.185,6 ABŞ dolları və 2021-ci il 11 fevral tarixli 4 nömrəli invoys üzrə 804 ton ərzaq arpasının ümumi dəyəri 147.963 ABŞ dolları dəyərində təşkil etmişdir.
4. Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2022-ci il 26 iyul tarixində imzalanmış 01/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən (1.1-ci bəndi), satıcı hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokollarında göstərilən malları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. 5. 2022-ci il 26 iyul tarixli 01/22 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malları n (ərzaqlıq arpanın) miqdarı (cəmi 2.007,90 ton (2.007.900 kq)) və qiymətləri (1 tonunun qiyməti 402,38 manat olmaqla ümumilikdə 807.938,80 manat olaraq) razılaşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. Rusiya Federasiyasının hüquqi şəxsi İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 3 noyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqavilə üzrə cavabdehə satılan malın dəyərinin sonuncu tərəfindən ödənilməmiş hissəsini təşkil edən 334.781,6 ABŞ dollarının (günün məzənnəsinə uyğun olaraq 569.128,72 manat) və qeyd edilən müqavilənin 10.2-ci bəndinə əsasən, cavabdehin təqsiri üzündən əmtəənin dəyərinin ödənilməsinin ge cikdirilməsi halında iddiaçının ödənişin gecikdirildiyi hər bir günə görə cavabdehdən ödənişin gecikdirildiyi məbləğin 0,1 faizi məbləğində tələb etmək hüququna malik olduğu 131.930 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 224.281 manat) məbləğində penyanın və 16.739,08 ABŞ dolları (günün məzənnəsinə uyğun olaraq 28.456,436 manat) məbləğində əldən çıxmış faydanın, ümumilikdə isə 483.450,68 ABŞ dollarının – günün məzənnəsinə uyğun olaraq 821.866,156 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2020-ci il 28 dekabr tarixində bağlanmış 002 nömrəli Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı Rusiya istehsalı ərzaq arpasını Rusiya Federasiyası və Azərbaycan Respublikasının Samur qə səbəsində (Rusiya) sərhədi DAP şərtlərində (İNCOTERMS 2020) satmağı və tədarük etməyi, cavabdeh isə malı qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci maddəsinə əsasən, tədarük Rusiya Federasiyasından həyata keçirilmişdir. 4.3-cü bəndində qeyd edilmişdir ki, tədarük dövrü – 2020-ci ilin iyul ayından 2022-ci ilin yanvar ayına qədər (hər iki tarix daxil olmaqla) olan dövrü əhatə edir və tədarük təxminən bərabər partiyalarla həyata keçirilir. 5.1-ci bəndinə görə, malın ümumi məbləği 5.000.000 + 1-10°/0 ABŞ dolları təşkil edirdi. 8.1-ci bəndinə əsasən, bu müqavilə şərtlərində tədarük edilən hər bir mal partiyası aşağıdakı sənədlərlə müşaiyət olunmalıdır: 1) Satıcının kommersiya invoysu; 2) Səlahiyyətli orqanlar tərəfindən verilmiş fitosanitar sertifikat; 3) Karantin se rtifikatı; 4) Beynəlxalq əmtəənəqliyyat fakturası və ya digər nəqliyyat fakturası; 5) Keyfiyyət sertifikatı. Müqavilənin 9.1-ci bəndində qeyd olunmuşdur ki, mal üçün mülkiyyət hüququ və risklər Rusiya Federasiyası və Azərbaycan Respublikasının Samur qəsəbəsində (Rusiya) sərhədi DAP tədarük şərtlərinə əsasən iddiaçıdan cavabdehə keçir. Müqavilənin 14.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilədən və ya onunla bağlı olan, o cümlədən onun icrasına, pozulmasına, dayandırılmasına və ya xitam verilməsinə dair yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblər Rusiya Federasiyası və (və ya) Azərbaycan Respublikasının arbitraj məhkəmələrində hər iki ölkənin qanunvericiliyinə əsasən həll olunmalıdır. Müqavilənin 15.4-cü maddəsinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 2022-c i il 31 dekabr tarixinədək qüvvədədir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə predmetinin – Rusiya istehsalı ümumi miqdarı 10.000 ton + 1-10°/0 füruşla ərzaq arpası göstərilir. 8. 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqavilə əsasında 2021-ci il 3 fevral tarixli 2 nömrəli invoysda əsasən, iddiaçı tərəfindən birinci partiyada cavabdehə ümumi çəkisi 802.5 ton və ümumi dəyəri 147.660 ABŞ dolları, həmin pulun məzənnəyə uyğun olaraq 251.022 manat pul miqdarında ərzaq arpası göndərilmişdir. 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqavilə əsasında 2021-ci il 9 fevral tarixli 3 nömrəli invoysdan göründüyü kimi iddiaçı tərəfindən ikinci partiyada cavabdehə ümumi çəkisi 468,4 ton və ümumi dəyəri 86.185,6 ABŞ dolları, həmin pul məzənnəyə uyğun olaraq 146.515,52 manat miqdarında ərzaq arp ası göndərilmişdir. 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqavilə əsasında 2021-ci il 11 fevral tarixli 4 nömrəli invoysdan göründüyü kimi iddiaçı tərəfindən üçüncü partiyada cavabdehə ümumi çəkisi 804 ton və ümumi dəyəri 147.936 ABŞ dolları, həmin pulun məzənnəyə uyğun olaraq 251.491,2 manat pul miqdarında ərzaq arpası göndərilmişdir. Ümumilikdə invoyslara əsasən iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə ümumi çəkisi 2.074,9 ton və ümumi dəyəri 381.781,6 ABŞ dolları, həmin pulun məzənnəyə uyğun olaraq 649.028,72 manat pul miqdarında ərzaq arpası göndərilmişdir. Cavabdeh iddiaçıya sonuncuya göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə ümumi dəyəri 381.781,6 ABŞ dolları, həmin pulun məzənnəyə uyğun olaraq 649.028,72 manat pul miqdarında olan borcundan cəmi 47.000 ABŞ do lları, həmin pulun məzənnəyə uyğun olaraq 79.000 manat pul ödəmişdir. Cavabdehin iddiaçıya sonuncuya göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə olan borcu 334.781,6 ABŞ dolları, həmin pulun məzənnəyə uyğun olaraq 569.128,72 manat dəyərində təşkil etmişdir.
9. Müqavilənin 10.2-ci bəndinə əsasən, malın ödənişinin alıcının təqsiri ucbatından gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün satıcı alıcıdan gecikdirilmiş məbləğdən 0,1 faiz cərimə almaq hüququna malikdir. 6.1-ci bəndinə əsasən, cavabdeh malı aldığı andan iki ay müddətində ödənişi aparır. 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqaviləyə 2021-ci il 20 iyun tarixli 3 nömrəli əlavə razılaşmanın 1-ci bəndində qeyd olunmuşdur ki, ödəniş ən geci 2021-ci il 31 avqust tarixinə qədər həyata keçirilməlidir. 3 nömrəli əlavə razılaşmanın 1-ci bəndinə əsasən, cavabdeh iddiaçıya sonuncuya göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə cavabdehin təqsiri ucbatından gecikdirilməsi səbəbindən hər gecikdirilmiş gün üçün iddiaçı cavabdehdən gecikdirilmiş məbləğdən 0,1 faiz penya almaq hüququna malikdir. Məhz bu baxımdan cavabdehə göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə iddiaçının təqsiri ucbatından gecikdirilməsi səbəbindən hər gecikdirilmiş gün üçün iddiaçıya 131.930 ABŞ dolları, həmin pulun məzənnəyə uyğun olaraq 224.281 manat pul məbləğində penya ödəməlidir.
10. Cavabdehə göndərilən ümumi çəkisi 2.074,9 ton ərzaq arpasına görə sonuncu tərəfindən borcun ödənilməməsi səbəbindən iddiaçıya 16.739,08 ABŞ dolları, həmin pulun məzənnəyə uyğun olaraq 28.456,436 manat məbləğində əldən çıxmış fayda nı ödəməlidir. Cavabdeh və iddiaçı arasında bağlanmış 2020-ci il 28 dekabr tarixli 002 nömrəli arpa alğı-satqısına dair müqavilə üzrə cavabdeh müqaviləyə əsasən, üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Bu səbəbdən tərəflər arasında olan 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqavilədən sonra yaranmış mübahisə üzrə həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıya satılan malın dəyərinin cavabdeh tərəfindən ödənilməmiş hissəsini təşkil edən 334.781,6 ABŞ dolları (məzənnəyə uyğun olaraq 569.128,72 manat) və müqavilənin 10.2-ci bəndinə əsasən, cavabdehin təqsiri üzündən əmtəənin dəyərinin ödənilməsinin gecikdirilməsi halında iddiaçı ödənişin gecikdirildiyi hər bir günə görə cavabdehdən ödənişin gecikdirildiyi məbləğin 0,1 faizi məbləğind ə tələb etmək hüququna malik olduğu 131.930 ABŞ dolları (məzənnəyə uyğun olaraq 224.281 manat) məbləğində penyanı və 16.739,08 ABŞ dolları (məzənnəyə uyğun olaraq 28.456,436 manat) məbləğində əldən çıxmış faydanı, ümumilikdə isə 483.450,68 ABŞ dolları (məzənnəyə uyğun olaraq 821.866,156 manat) məbləğində pulun ödənilməsi öhdəliyi yaranmışdır.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.1, 5.3, 399.1, 399.2, 399.3, 399.4, 439.2, 439.7, 445.7, 448.1, 448.2, 448.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 may tarixli və “Azərbayc an Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına istinad etmişdir. 12. 2023-cü il 23 fevral tarixində cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 821.866,156 manat məbləğində pul tələbi 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqaviləyə əsaslanmışdır. İddiaçı hesab etmişdir ki, 2021-ci il 3, 9 və 11 fevral tarixlərində ümumi çəkisi 2.074,9 ton olan ərzaq arpası göndərmiş və cavabdeh isə onun pulunu ödəməmişdir. Azərbaycan Respublikasının hüquqi şəxsi "xxxx" MMC (bundan sonra – “üçüncü şəxs”) 2018-ci il 30 avqust tarixində, iddiaçı isə 2020-ci il 1 iyun tarixində dövlət qeydiyyatlarına alınmışlar. Hər iki hüquqi şəxsin şərikləri eyni şəxslər olmuşlar: Qanuni nümayəndə1 və Qanuni nümayəndə2. Həmin şirkətlər əvvəlcə Azərbaycanda, daha sonra isə Rusiya Federasiyasında eyni adlı hüquqi şəxslər, milliyyətcə azərbaycanlı olan şəxslər tərəfindən təsis edilmişdir. Qanuni nümayəndə1 məxsus e-mail adresi 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqavilədə öz əksini tapmışdır. Cavabdehin Gömrük Xidmətinin X2 Sistemindən alınmış 2019, 2020 və 2021-ci illərə aid idxal əməliyyatları haqqında hesabatlar işə əlavə olunmuşdur. Həmin hesabatlardan aydın olmuşdur ki, bu illər ərzində cavabdeh heç vaxt hər hansı hüquqi və ya fiziki şəxsdən arpa almamışdır. Belə ki, cavabdehin fəaliyyəti un istehsalı ilə bağlı olmuş və bunun üçün arpaya deyil buğdaya ehtiyacı yaranmışdır. Məhkəmə iclasında üçüncü şəxsin direktoru Qanuni nümayəndə1 bildirmişdir ki, uzun illərdir taxıl məhsullarının ticarəti ilə məşğul olmuş və cavabdehə arpa məhsulunun satışı nəzərdə tutulmamışdır. Yeganə təsisçisi və direktoru olduğu üçüncü şəxsin hər hansı işçisi olmadığından və özü də, arpanı Rusiya Federasiyasından Azərbaycana yola salmaq məqsədilə Rusiya Federasiyasında olduğundan cavabdehin direktorundan xahiş etmişdir ki, 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqaviləni imzalasın. Arpa məhsulunu Rusiya Federasiyasından qatarla yola salmış və Bakıda da özü qəbul etmişdir. 14. 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqavilənin bağlanma prosesi də diqqətəlayiq olmuşd ur. Belə ki, 380.000 ABŞ dolları dəyərində arpa satışı olmuş və Qanuni nümayəndə2 cavabdehin direktorunu görməmişdir. Tərəflərin razılaşdığı kimi, ərzaqlıq arpa cavabdehə məxsus anbara yığılmış və arpanı Rusiya Federasiyasından da göndərən də, Bakıda faktiki qəbul edən Qanuni nümayəndə1 olmuşdur. Bu barədə video görüntülər var və iddiaçı da bu halı mübahisələndirməmişdir. Cavabdeh ilə üçüncü şəxs arasında 2022-ci il 26 iyul tarixində 01/22 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədən aydın olmuşdur ki, cavabdeh 2.007,9 ton ərzaqlıq arpanı üçüncü şəxsə satmağı, sonuncu isə əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin gəldiyi razılığa uyğun olaraq üçüncü şəxs 2022-ci il 26 iyul tarixində 01/22 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənişləri həyata keçirən kimi cavabdeh də bank hesabı vasitəsilə həmin vəsaiti iddiaçıya göndərir. 2020-ci il 28 dekabr tarixli, 002 nömrəli müqavilə yalan əqd olmuş və bağlandığı andan əhəmiyyətsiz olmuşdur. 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqavilə bağlandığı andan əhəmiyyətsiz olduğu üçün cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. 15. 2023-cü il 23 yanvar tarixində cavabdeh məhkəməyə vəsatət təqdim edərək, Azərbaycan Respublikasının hüquqi şəxsi "xxxx" MMC-nin hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad olunmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 yanvar tarixli e-2-2(113)-329/2023 nömrəli qərardadı ilə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
16. Üçüncü şəxs 2023-cü il 8 fevral tarix li məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2020-ci ildə Rusiya Federasiyasında şirkət yaratmış və həmin şirkətdən Azərbaycan Respublikasında olan şirkətə taxıl tədarük etmək istəmişdir. 2020-ci ildə S.Hamzayevə müraciət etmişdir ki, Rusiya Federasiyasında “True Traiding” şirkətini yaratsınlar və o həmin şirkətin rəhbəri olsun. Lakin buradakı şirkətində işçilərin və özünün olmaması səbəbi ilə cavabdeh şirkətin rəhbərindən xahiş etmişdir ki, taxılı üçüncü şəxsin şirkətinə göndərsin. Lakin tərəflər arasında bağlanan müqavilə əsassız olmuşdur. Üçüncü şəxs Rusiya Federasiyasının qanunvericiliyində müəyyən dəyişikliklər olduğuna görə zərərə düşmüşdür. Üçüncü şəxs cavabdehə heç zaman arpa satmamışdır. Rusiya Federasiyasında olan şirkətin faktiki rəhbəri üçüncü şəxs olmuşdur. Qanuni nüma yəndə1 həmçinin izahatında bildirmişdir ki, S.Hamzayevə 130.000 ABŞ dolları məbləğində ödəniş etmiş, Qanuni nümayəndə2 isə pulu şirkətə borc kimi köçürmüşdür.
17. İddiaçı 2023-cü il 8 mart tarixində vəsatətlə məhkəmə müraciət edərək, cavabdehin yeganə təsisçisi və qanuni təmsilçisi (direktoru) X1 cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş, 2023-cü il 14 mart tarixli məhkəmə iclasında iddiaçının vəsatəti təmin olunmamışdır.
18. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 aprel tarixli e-2-2(113)329/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 325.985 ABŞ dolları məbləğində əsas borc, 15.000 ABŞ dolları məbləğində penyanın, cəmi 340.985 ABŞ dolları məbləğində pul vəsaitinin, ödəniş günü Azərbaycan Respu blikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 300 və dövlət rüsumunun əvəzi olaraq 550 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – L.Əliyeva).
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan mübahisə 2020-ci il 28 dekabr tarixində bağlanmış 002 nömrəli alğı-satqı müqaviləsindən irəli gəlmişdir. Müqavilənin 14-cü bəndində həmin müqavilədən və onunla bağlı olan, o cümlədən onun icrasına, pozulmasına, dayandırılmasına və ya xitam veirlməsinə dair yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblərin Rusiya Federasiyasında və ya Azərbaycan Respublikasının Arbitraj Məhkəmələrində (Rusiya Federasiyasında Kommersiya Məhkəmələri Arbitraj məhkəmələri adlandırılır) hər iki ölkənin qanunvericiliyinə əsasən həll olunması olması nəzərdə tutulmuşdur. Göründüyü kimi tərəflər mübahisələrin hansı dövlətin məhkəmələrində baxılmalı olması barədə aydın şəkildə razılaşmamışlar. Mübahisəli müqavilənin yuxarıda istinad edilən şərtində tərəflərin müqavilədən irəli gələn mübahisələrə tətbiq edilməli hüquq barədə tərəflərin seçimi aydın şəkildə ifadə edilməmişdir. Belə ki, müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrə hər iki dövlətin qanunvericiliyin tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, mübahisənin iki dövlətin qanunvericiliyi tətbiq edilməklə həll edilməsi isə praktiki cəhətdən mümkün olmamışdır. Tərəflər müqavilədən irəli gələn mübahisələrə tətbiq edilməli olan hüququ seçməmişlər. Digər tərəfdən məhkəmə pr osesi gedişində tərəflərə tətbiq edilməli hüquq barədə razılığa gəlmək təklif olunsa da, razılıq əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 mübahisəyə “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının 44-cü bəndinə əsasən mübahisəyə müqavilənin bağlanması yerinin hüququnun tətbiq edilməli olmasını bildirmişdir. X4 Federasiyası tərəfindən 2021-ci il 30 dekabr tarixində ratifikasiya edilsə də, MDB-nin İcraiyyə Komitəsinin rəsmi saytında (cis.minsk.by) MDB-nin hüquqi və digər aktlarının vahid elektron reyestrində əks olunmuş konvensiya ilə bağlı depozitari məlumatlarına əsasən X4 Federasiyası üçün qüvvəyə minməmişdir (konvensiyanın müddəalarına əsasən onu sonradan ratifikasiya etmiş dö vlətlər üçün qüvvəyə minmə ratifikasiya fərmanı depozitariyə saxlanca verildiyi tarixdən sonra gələn otuzuncu gün baş verir). Belə olan halda ərəflər arasında tətbiq edilməli olan hüququn həmin Konvensiyanın müddəalarına əsasən müəyyən edilməli istisna olunmuşdur.
20. Tərəflər arasında bağlanmış müqavilədə onun bağlanma yeri göstərilməmiş, müqavilənin hər iki tərəf tərəfindən imzalanmaqla və möhürlənməklə Azərbaycan Respublikasında bağlandığını iddia etmiş olsa da, cavabdehin nümayəndəsi və vəkili müqavilənin iddiaçı tərəfindən Rusiya Federasiyasında imzalanmaqla və möhürlənməklə aksept edildiyini iddia etmiş, belə olan halda iş materiallarında olan sənədlər əsasında müqavilənin bağlanması yerini, eləcə də üsulunu (hər iki tərəfin eyni vaxtda imzalayaraq təsdiq etməsi və ya tərəflərin sə nədi ayrı-ayrılıqda müxtəlif ölkələrdə imzalayaraq təsdiq etməsi) müəyyən etmək mümkün olmamışdır. Minsk Konvensiyasında yalnız əqd əsasında hüquq və vəzifələrin müəyyən edilməsi üçün tətbiq olunmalı olan hüququ müəyyənləşdirilən ümumi kollizion norma əks olunmuş, konkret növ müqavilələrə münasibətdə tətbiq edilməli olan hüququ müəyyən edən xüsusi normalar isə nəzərdə tutulmamışdır. Bundan əlavə Minsk Konvensiyasının yuxarıda göstərilən müddəasında əqd əsasında tərəflərin hüquq və vəzifələrinə tətbiq edilməli olan hüquq müəyyən olunduğu halda hazırkı halda mübahisə əqd üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi ilə deyil, əqdin etibarsızlığı, əqd üzrə öhdəliklərin icra edilməməsi, eləcə də öhdəliklərin icra olunmasına görə məsuliyyət ilə bağlı olmuşdur. Azərbaycan Respublikası və Rusiya Federasiyasının iştirakçısı olduğu universal beynəlxalq müqavilələrində (Məsələn, BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Vyana Konvensiyası) beynəlxalq alğı-satqı müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrini müəyyən edən unifikasiya edilmiş beynəlxalq xüsusi hüquq normaları mövcud olmuşdur. Beynəlxalq alğı-satqı müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilməsi məqsədilə kollizion normalardan istifadə edilərək milli qanunvericiliyin seçilməsi zərurəti mövcud deyildir. Minsk Konvensiyası müqavilə ilə bağlı mübahisəli məsələləri (öhdəlikləri icra edilməməsi, icra olunmamasına görə məsuliyyət və əqdin etibarsızlığı) tənzimləyən hüququ, eləcə də alğı-satqı müqaviləsinə tətbiq edilməli olan hüququ müəyyən edən xüsusi kollizion normanı ə ks etdirmədiyindən hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununda əks olunmuş kollizion normalara əsasən müəyyən edilməlidir. Məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür.
21. Cavabdehin mübahisəli əqdin yalan əqd olmasını sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış alğı-satqı müqaviləsi, eləcə də cavabdehin Azərbaycan Respublikasına yalnız buğda idxal etməsini (iddiaçıdan aldığı maldan başqa) təsdiq edən, yəni arpa alğı-satqısı ilə məşğul olmamasını təsdiq edən məlumata gəldikdə məhkəmə qeyd etmişdir ki, təqdim olunmuş alğı-satqı müqaviləsi cavabdehlə üçüncü şəxs arasında mübahisəli müqavilə bağlandığı tarixdən təxminən bir il yarım keçdikdən sonra bağlanmış, eləcə də üçüncü şəxs tərəfindən həmin müqavilə üzrə ödənişlər yalnız hazırkı iddia qaldırıldıqdan sonra, yəni məhkəmə mübahisəsi dövründə həyata keçirilmişdir. Üçüncü şəxsin qanuni təmsilçisi Qanuni nümayəndə1 vermiş olduğu izahatında cavabdeh tərəfindən arpanın 2022-ci ilin avqust ayında sonuncuya təhvil verildiyini təsdiq etmişdir. Cavabdeh və üçüncü şəxsin iddia etdiyi kimi tərəflər arasında 2020-ci il 28 dekabr tarixində alğı-satqı müqaviləsi bağlanarkən əsl niyyət arpanın üçüncü şəxsə satılması olduğu, yəni həmin malın üçüncü şəxsə çatdırılmalı olması həmin vaxtdan bəlli olduğu halda həmin arpanın Azərbaycan Respublikasına gə tirildikdən sonra cavabdehin anbarına yerləşdirilməsi və yalnız bir il yarım keçdikdən sonra üçüncü şəxsə təhvil verilməsi ağlabatan və inandırıcı görünməmişdir. Cavabdehin əvvəllər Azərbaycan Respublikasına yalnız buğda idxal etməsi faktı iddiaçının digər dənli bitkilərin idxalında da kommersiya marağının olmasını istisna etməmişdir. İddiaçının səlahiyyətli vəzifəli şəxslərinin, o cümlədən həmin şirkətin direktoru S.Hamzayevin əqdin bağlanarkən niyyətinin digər əqdi pərdələmək olması iş materialları olan digər sübutlarla da öz təsdiqini tapmamışdır. Belə ki, Qanuni nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında üçüncü şəxsin direktoru Qanuni nümayəndə1 tanımasını, Qanuni nümayəndə1 buğda alğı-satqısı ilə məşğul olmaqla Rusiya Federasiyasında şirkət açmağı təklif etməsini, cavabdehin rə hbəri Nurəddin Məmmədovla məhz Qanuni nümayəndə1 vasitəsilə tanış olmasını, Qanuni nümayəndə1 cavabdehə göndərilən arpanın vaqonlara yüklənməsinə kömək etməsini, sonradan malları Azərbaycan Respublikasında qəbul edilməsində və cavabdehin anbarına yerləşdirilməsində iştirak etməsini təsdiq etsə də, təsisçisi və direktoru olduğu iddiaçı ilə Qanuni nümayəndə1 hər hansı əlaqəsinin olmasını, eləcə də Qanuni nümayəndə1 cavabdehə göndərilmiş arpanı sonradan özü satacağı barədə cavabdehin iddiaçı ilə razılığa gəlməsindən məlumatının olduğunu inkar etmişdir. Cavabdeh və üçüncü şəxs isə iddiaçının direktorunun alğı-satqı müqaviləsini bağlayarkən niyyətinin iddiaçı şirkətlə üçüncü şəxs arasında bağlanmış alğı-satqı müqaviləsini pərdələmək olduğunu, eləcə də “pərdələnən əqdin” tərəfləri olan iddiaçı i lə üçüncü şəxsin həmin əqdin mühüm şərtləri barədə razılığa gəldiyini sübuta yetirə bilməmişlər. Cavabdeh “yalan əqd” olmasını iddia etdiyi əqdin hansı məqsədlə bağlandığını, yəni “pərdələnən əqd”in – iddiaçı ilə üçüncü şəxs arasında alğı-satqı müqaviləsinin pərdələnməsinə hansı zərurətin mövcud olmasını, “pərdələnən əqd”in bağlanmasının hər hansı bir səbəbdən mümkün olmamasını və ya “pərdələnən əqd”in həmin əqdin tərəfləri üçün hər hansı mənfi nəticələrə səbəb olacağını, üçüncü şəxslərdə həmin əqd barədə yanlış təsəvvür yaradılması zərurətinin mövcud olmasını və s. sübuta yetirə bilməmişdir.
22. İddiaçının və üçüncü şəxsin əslində eyni şəxs olması, hər iki hüquqi şəxsin Qanuni nümayəndə1 məxsus olması və mübahisəli alğı-satqı müqaviləsinin bağlanmasında əsas məqsədin malların satmaq üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi olması barədə cavabdehin dəlillərinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, göstərilən dəlilləri təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilən dəlillər cavabdehin istinad etdiyi mübahisəli müqavilənin yalan əqd olması barədə dəlilləri ilə ziddiyyət təşkil etmişdir. Pərdələnən əqd yoxdursa, mübahisəli müqavilənin yalan əqd olması da istisna olunur. Belə ki, mübahisəli alğı-satqı müqaviləsinin yalan əqd hesab edilməsi üçün faktiki əsasların mövcud olması müəyyən edilməmişdir. Tərəflər arasında bağlanmış 2020-ci il 28 dekabr tarixli 002 nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş 381.808,6 ABŞ dolları dəyərində ərzaq arpasına görə cavabdeh tərəfindən 47.000 ABŞ dolları və məhk əmə prosesi gedişində 15.000 manat (ödəniş günü 8.823,52 ABŞ dolları) məbləğində pul ödənilmiş, 325.985 ABŞ dolları məbləğində borc isə ödənilməmiş qalmışdır. Məhkəmə iddiaçının ödənilməsini tələb etdiyi dəbbə pulu öhdəliyin pozulması nəticələrinə mütənasib olmadığından onun azaldılaraq 15.000 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərinin pozulması nəticəsində gəlir əldə etdiyini, eyni zamanda hüququ pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri sübuta yetirə bilməmişdir. Belə ki, əldən çıxmış faydanın tutulması hissəsində iddia əsassız olmuşdur.
23. Məhkəmə öz mövqeyini “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 2.1, 24.1, 25.1, 25.1.1, “Malların beynəlxalq alğısatqısına da ir” BMT-nin müqavilələr haqqında Vyana Konvensiyasının 3, 53, Rusiya Federasiyasının Mülki Məcəlləsinin (bundan sonra – “RF MM”) 15, 170.2, 307.1, 309, 330.1, 333, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 440.1, 443.0, 443.0.1, 443.0.7, 450.1, 450.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin 15.000 ABŞ dolları məbləğində penya hissəsində dəyişdirilməsini, 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqavilənin 10.2-ci bəndinə əsasən gecikdirilən hər günə görə cavabdehdən ödənişin gecikdirildiyi məbləğin 0,1 faizi məbləğində tələb etmək hüququna malik olduğu 131.930 ABŞ dolları məbləğində penyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv olunmasını, iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 oktyabr tarixli 2-2(103)-713/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə yalan əqd kimi (başqa əqdi pərdələmək niyyəti ilə bağlanılmış əqd) hüquqi qiymət veri lməsi üçün cavabdeh ilə üçüncü şəxsin qanuni təmsilçisi Qanuni nümayəndə1 arasında arpanın sonuncu üçün əldə ediləcəyinə dair razılaşma olması kifayət etməmişdir. İddiaçının iradə ifadəsinin cavabdehlə deyil, mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilmiş hüquqi şəxslə alğı-satqı müqaviləsi bağlamaq olduğunu təsdiq edən sübutlar (bu barədə yazışmalar, məktublar və s.) nə birinci instansiya, nə də apellyasiya məhkəməsinə təqdim olunmamışdır. İddiaçı tərəfindən Rusiya Federasiyasından göndərilən məhsul cavabdehin anbarına daxil olmuş, ödənişlər də məhz cavabdehin bank hesabından həyata keçirilmişdir. Dəbbə pulunun azaldılması barədə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən yazılı ərizə 2023-cü il 28 aprel tarixli məhkəmə iclasında iclasın 8.37-ci dəqiqəsində təqdim edilmiş, la kin ərizə elektron kabinetə yüklənməmişdir. Ərizə təqdim edilərkən elektron kabinetə yüklənib-yüklənmədiyi hakim tərəfindən yoxlanılmamış, ərizənin elektron kabinetinə yüklənməsi üçün nümayəndəyə məhkəmə tərəfindən vaxt verilməmiş və həmin məhkəmə iclasında qətnamə qəbul edilmişdir. Hazırkı halda cavabdehin yazılı ərizəsinin elektron kabinetə yüklənilməməsi ərizənin qəbul olunmasından imtina üçün əsas ola bilməz.
28. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsinin istinad etmiş olduğu hüquq normaları ilə eynilik təşkil etmiş və əlavə olaraq MM-in 340.2-ci maddəsinə istinad etməklə qətnaməsini əsaslandırmışdır.
29. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin tam ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. RF MM-in 167, 170, 307.1, 309, 330, 333-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi qeyd olunan maddələrə əsaslanmaqla iddianı təmin etməməli olduğu halda, həmin maddələrinin tətbiqi üçün səbəb görməmiş, nəticədə maddi hüquq pozuntusuna yol vermişdir. Üçüncü şəxs 2018-ci il 30 avqust tarixində, iddiaçı isə 2020-ci il 1 iyun tarixində dövlət qeydiyyatına alınmışlar. Üçüncü şəxsin direktoru Qanuni nümayəndə1, iddiaçının isə direktoru Qanuni nümayəndə2 idi. Hər iki hüquqi şəxsin şərikləri eyni şəxslər olmuşdur. Bu iki hüquqi şəxsin eyni şəxslər tərəfindən təsis edilməsi (şəriklərin eyni olması) aşkardır. Belə ki, adlar eyni olm uş, daha öncə Azərbaycan Respublikasında sonra isə Rusiya Federasiyasında eyni adlı hüquqi şəxslər və milliyyətcə azərbaycanlı olan şəxslər tərəfindən təsis edilmişdir. Həmçinin Qanuni nümayəndə1 məxsus “e-mail” adres 2020-ci il 28 dekabr tarixində bağlanmış 002 nömrəli müqavilədə öz əksini tapmışdır. Cavabdehin Gömrük Xidmətinin X2 Sistemindən alınmış 2019, 2020 və 2021-ci illərə aid idxal əməliyyatları haqqında hesabatlar işə əlavə edilmişdir. Həmin hesabatlardan aydın olmuşdur ki, bu illər ərzində cavabdeh heç vaxt hər hansı hüquqi və ya fiziki şəxsdən arpa almamışdır. Belə ki, cavabdehin fəaliyyəti un istehsalı ilə bağlı olmuş və bunun üçün arpaya deyil, buğdaya ehtiyacı olmuşdur.
31. Qanuni nümayəndə1 yeganə təsisçi və direktor olduğu üçüncü şəxsin hər hansı işçisi olmadığından və son uncuda arpanı Rusiya Federasiyasından Azərbaycan Respublikasına yola salmaq məqsədilə Rusiya Federasiyasında olduğundan cavabdehin direktoru N.Məmmədovdan xahiş etmişdir ki, 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqaviləsini imzalasın. Arpa məhsulunu Qanuni nümayəndə1 özü yola salmış və Bakıda da özü qəbul etmişdir. Ərzaqlıq arpa cavabdehə məxsus anbara yığılmışdır. Arpanı göndərilməsi və qəbul edilməsi ilə bağlı video görüntülər mövcuddur, iddiaçı isə bu halı mübahisələndirməmişdir. Cavabdeh ilə üçüncü şəxs arasında 2022-ci il 26 iyul tarixində 01/22 nömrəli alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh 2.007,9 ton ərzaqlıq arpanı üçüncü şəxsə satmağı, sonuncu isə əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə yalan əqddir və buna görə də bağlandığı andan əh əmiyyətsiz olmuşdur. Belə ki, yalan əqdin tərəfləri iddiaçı və cavabdeh, pərdələnən əqdin tərəfləri iddiaçı ilə üçüncü şəxs olmuşdur. 2020-ci il 28 dekabr tarixində bağlanmış 002 nömrəli müqavilə bağlandığı andan əhəmiyyətsiz olduğu üçün cavabdehi iddiaçı qarşısında hər hansı öhdəliyi olmamışdır. 32. “Malların beynəlxalq alğı-satqısına dair” BMT-nin müqavilələr haqqında Vyana Konvensiyasının 3, 53-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi qeyd edilən konvensiyanı tərəflər arasında bağlanmış müqaviləni etibarlı hesab etdiyi üçün tətbiq etmişdir. Həmin müqavilənin əhəmiyyətsizliyi nəticəsinə gəlməyə kifayət qədər sübut olduğundan, məhkəmənin həmin maddələri tətbiqi növbəti maddi hüquq pozuntusu kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri
33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən verilən istər apellyasiya şikayəti, istərsə də kassasiya şikayəti ya şikayət vermə müddətinin bitdiyi gün, ya da bu müddətin bitməsinə çox az müddət qalmış verilmişdir. Bu da cavabdehin işi uzatmaq və öhdəliyin icrasından yayınmaq niyyətini təsdiq edir. Belə ki, RF MM-in 333-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən dəbbə pulunun azaldılması barədə ərizəni məhkəmə iclası zamanı vermək olar. İddiaçı həmin ərizə ilə tanış olmuş, lakin ərizədə tarix qeyd edilməmişdir. Məhkəmə iclasları audio – video yazı vasitəsilə həyata keçirilməsinə baxmayaraq, işə baxılması gedişində cavabdeh tərəfindən dəbbə pulunun azaldılması barədə nə şifahi şəkildə vəsatət, nə yazılı şəkildə ərizə, nə də ki, ele ktron qaydada ərizə verilməmişdir. Kassasiya baxışının hədləri
34. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərba ycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı... 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.”
37. Rusiya Federasiyası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
15. Zərərin ödənilməsi 15.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 15.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əgər hüququ pozmuş şəxs onun nəticəsində gəlir əldə etmişdirsə, hüququ pozulmuş şəxs digər zərərlə yanaşı həmin gəlirdən az olmayan məbləğdə əldən çıxmış faydanı tələb edə bilər.” “Maddə
170. Xəyali və saxta əməliyyatların etibarsızlığı... 170.2. Saxta alqı-satqı, yəni başqa bir əməliyyatı ört-basdır etmək üçün edilən əməliyyat, o cümlədən müxtəlif şərtlərlə edilən əməliyyat batildir. Tərəflərin faktiki olaraq nəzərdə tutduqları əməliyyata, əməliyyatın mahiyyəti və məzmunu nəzərə alınmaqla, ona aid olan qaydalar tətbiq edilir.” “Maddə 307.1. Öhdəliklərə dair ümumi müddəa ların tətbiqi 307.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, birgə fəaliyyətə yatırım etməli, pul ödəməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
309. Ümumi müddəalar Öhdəliklər qanunun, digər hüquqi aktların tələblərinə və öz şərtlərinə uyğun olaraq, belə bir tələb və şərtlər olmadığı halda isə adələrinə və adətən təqdim edilən tələblərə uyğun olaraq lazımi qaydada icra edilməlidir.” “Maddə
330. Cəza anlayışı 330.1. Müqavilə ilə və ya qanunla müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməl i olduğu pul məbləği dəbbə pulu (cərimə, penya) hesab edilir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
333. Cəzaların azaldılması 333.1. Ödənilməli olan dəbbə pulu öhdəliyin pozulması nəticələrinə mütənasib deyilsə, məhkəmə dəbbə pulunu azaltmaqda haqlıdır. Əgər öhdəlik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən pozulursa, məhkəmə belə azalma barədə borclunun ərizəsi olduğu halda dəbbə pulunu azatmaqda haqlıdır....” 38. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüquq un müəyyən edilməsi... 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir....” “Maddə
2. Xarici hüququn məzmununun müəyyən olunması 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur....” “Maddə
24. Müqavilə iştirakçılarının razılığı ilə hüququn seçilməsi 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, laz ımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir....” “Maddə
25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi 25.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının;...” 39. “Malların beynəlxalq alğı-satqısına dair” BMT-nin müqavilələr haqqında Vyana Konvensiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 3. (1) Malları sifariş edən tərəf malların hazırlanması və ya iste hsal edilməsi üçün zəruri olan materialların əhəmiyyətli hissəsinin göndərilməsi öhdəliyini öz üzərinə götürmədiyi halda, hazırlanmalı və ya istehsal olunmalı malların göndərilməsinə dair müqavilələr alğı-satqı müqavilələri hesab olunur. (2) Bu Konvensiya malları təchiz edən tərəfin öhdəliklərinin üstünlük təşkil edən hissəsinin işlərin görülməsi və ya digər xidmətlərin göstərilməsindən ibarət olduğu müqavilələrə tətbiq olunmur.” “Maddə 53 Alıcı müqavilənin və bu Konvensiyanın tələblərinə uyğun olaraq malların qiymətini ödəməli və onların göndərilməsini qəbul etməlidir.”
40. Azərbaycan Respublikası Mülki-Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun....” “Maddə
443. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;... 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;...” “Maddə
450. Müqavilə aidiyyəti 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 oktyabr tarixli 2-2(103)713/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
42. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh tərəfindən işə baxmış məhkəmələrə həmin dəlilləri təsdiq edən sübutlar təqdim edilməmişdir. Digər tərəfdə n bu dəlillər cavabdehin istinad etmiş olduğu mübahisəli müqavilənin yalan əqd olması barədə dəlilləri ilə ziddiyyət təşkil etmişdir. Məhkəmələr düzgün olaraq qeyd etmişlər ki, pərdələnən əqd yoxdursa, mübahisəli müqavilənin yalan əqd olması da istisna olunur. Mübahisəli alğı-satqı müqaviləsinin yalan əqd hesab edilməsi üçün faktiki əsasların mövcud olması müəyyən edilməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 28 dekabr tarixli 002 nömrəli müqaviləyə əsasən, iddiaçı malı satmağı və tədarük etməyi (ərzaq arpası), cavabdeh isə qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüş, həmçinin cavabdehin üçüncü şəxslə 2022-ci il 26 iyul tarixində bağlamış olduğu 01/22 nömrəli müqaviləyə 1 saylı əlavə olan qiymətlərin razılaşdırılma protokolunda, iddiaçı ilə cavabdeh arasında bağlanmı ş müqavilədə nəzərdə tutulan malların (ərzaqlıq arpanın) miqdarı və qiymətləri razılaşdırılmış, beləliklə, hər iki müqavilədə cavabdeh tərəfindən buğda deyil, məhz arpanın alınması əks olunmuşdur.
43. Məhkəmələr tərəfindən həmçinin müəyyən edilmişdir ki, təqdim olunmuş alğı-satqı müqaviləsi cavabdehlə üçüncü şəxs arasında mübahisəli müqavilə bağlandığı tarixdən təxminən bir il yarım keçdikdən sonra bağlanmış, eləcə də üçüncü şəxs tərəfindən həmin müqavilə üzrə ödənişlər yalnız hazırkı iddia qaldırıldıqdan sonra, yəni məhkəmə mübahisəsi dövründə həyata keçirilmişdir. Cavabdeh və üçüncü şəxsin iddia etdiyi kimi tərəflər arasında 2020-ci il 28 dekabr tarixində alğı-satqı müqaviləsi bağlanarkən əsl niyyət arpanın üçüncü şəxsə satılması olduğu, yəni həmin malın üçüncü şəxsə çatdırılmalı olmas ı həmin vaxtdan bəlli olduğu halda həmin arpanın Azərbaycan Respublikasına gətirildikdən sonra cavabdehin anbarına yerləşdirilməsi və yalnız bir il yarım keçdikdən sonra üçüncü şəxsə təhvil verilməsi düzgün olaraq ağlabatan və inandırıcı hesab edilməmişdir. İddiaçının səlahiyyətli vəzifəli şəxslərinin, o cümlədən həmin şirkətin direktoru Qanuni nümayəndə2 əqdin bağlanarkən niyyətinin digər əqdi pərdələmək olması isə iş materiallarında olan digər sübutlarla da öz təsdiqini tapmamışdır.
44. Məhkəmələr haqlı olaraq o nəticəyə gəlmişlər ki, cavabdeh həmçinin “yalan əqd” olmasını iddia etdiyi əqdin hansı məqsədlə bağlandığını, yəni “pərdələnən əqd”in – iddiaçı ilə üçüncü şəxs arasında alğı-satqı müqaviləsinin pərdələnməsinə hansı zərurətin mövcud olmasını, “pərdələnən əqd”in bağlanmasının hər h ansı bir səbəbdən mümkün olmamasını və ya “pərdələnən əqd”in həmin əqdin tərəfləri üçün hər hansı mənfi nəticələrə səbəb olacağını, üçüncü şəxslərdə həmin əqd barədə yanlış təsəvvür yaradılması zərurətinin mövcud olmasını sübuta yetirə bilməmişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq Rusiya Federasiyasının mülki qanunverciliyini işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bu zaman onu da nə zərə alır ki, cavabdeh kassasiya şikayətində, işə baxılarkən Vyana Konvensiyasının tələblərinin pozulduğunu qeyd etsə də, bu pozuntuların konkret olaraq nədən ibarət olduğunu göstərməmişdir.
46. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 oktyabr ta rixli 2-2(103)-713/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.