Məhkəmə qərarları › İş №2-2(102)-741/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-741/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-741/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı ASC Cavabdeh ASC-yə (müstəqil tələb irəli sürmyən üçüncü şəxs "xxxx" MMC olmaqla) qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Kəmalə Abiyeva (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli, 2-2(103)-1455/2021 saylı qərardadından "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı ASC ("xxxx" ASC-nin hüquqi varisi) Cavabdeh Açıq Səhmdar Cəmiyy ətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarantiya üzrə 167.475 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2018-ci il 11 sentyabr tarixdə keçirilmiş iclasında "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 1 sentyabr tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-2 (113)-351/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmiş, apelyasiya məhkəməsinin 2021-ci il 21 aprel tarixli 2-2(103)-288/2021 saylı qətnaməsi ilə apelyasi ya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmışıdr. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin 2021-ci il 29 sentyabr tarixli 2-2(102)-363/2021 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC 2021-ci il 19 noyabr tarixdə Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 01 sentyabr tarixli, 2-2 (113)- 351/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2021ci il 7 dekabr tarixli 2-2(103)-1455/2021 saylı qərardadı ilə "xxxx" MMC-nin apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. "xxxx" MMC həmin qərardaddan kassasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qərardadının ləğv edilərək, apelyasiya şikayətinə mahiyyəti üzrə baxlması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən 2021-ci il 7 dekabr tarixində verilmiş kassasiya şikayəti Mülki Prosesual Məcəllə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutul muş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Məcəllənin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli, 2-2(103)-1455/2021 saylı qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar