Məhkəmə qərarları › İş №2-2(102)-743/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-743/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-743/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(103)- 722/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşi n halları 1. “Satıcı” İddiaçı MMC ilə “Alıcı” "xxxx" QSC arasında bağlanmış 2022-ci il 5 iyul tarixli 189982 nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləsinin predmetinə görə, alıcının sifarişinə əsasən satıcı müqaviləyə Əlavə 1-də göstərilən traversləri və polietilen kəmərləri müqaviləyə müvafiq qaydada Alıcıya çatdıraraq təqdim etməyi, Alıcı isə öz növbəsində müqaviləyə müvafiq qaydada təqdim edilən malları müəyyən edilmiş qaydada təhvil alıb müqavilədə müəyyən olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: - 5.1-ci bəndinə əsasən satıcı malları müqavilədə nəzərdə tutulmuş qaydada, alıcının tələblərinə uyğun olaraq alıcıya təhvil verməlidir. Satıcı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib mall arı alıcıya müəyyənləşdirilmiş qaydada təhvil verməlidir - 5.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların təxirəsalınmadan (aşkar olunan qüsurların satıcı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - 12.1-ci bəndinə əsasən yekun müqavilə qiyməti tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil olmaqla 89 000,79 AZN təşkil edir. Müqavilə qiymətinin tərkibinin təsviri hazırkı Müqaviləyə Əlavə 2 (Qiymət və ödəniş qaydası) olaraq qoşulmuşdur. - 12.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər satıcı tərəfindən alıcıya faktiki olaraq təqdim edilən mallar müqabilində alıcı tərəfindən satıcının təqdim etdiyi sənədlər (qaimələr, fakturalar, aktlar, digər sənədlər) əsasında 15 bank günü ərzində aparılır. - 13.2-ci bəndinə əsasən satıcı tərəfindən malların təqdim olunması alıcının müəyyən etdiyi yerlərdə həyata keçiriləcəkdir. - 19.2-ci bəndinə əsasən alıcı müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilədə göstərilmiş qaydada ödəmələri aparmasa, satıcı alıcıya müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər. Cərimələrin məbləğinin yuxarı həddi Müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ Müqavilə qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş yuxarı həddə çatdıqdan sonra Satıcı Müqaviləni ləğv edə bilər. - Müqavilənin xüsusi şərtlərinin müqavilənin 19-cu bəndi (cərimələr) ilə bağlı hissəsində nəzərdə tutulmuşdur ki, satıcı müqavilə üzrə öhdəliklərini müəyyən olunmuş qay dada yerinə yetirmədikdə (gecikdirdikdə), alıcı digər hüquqlara xələl gətirmədən (qarşısı alınmaz qüvvənin təsiri istisna olmaqla) satıcıya öhdəliklərinin icrasının hər gecikdirildiyi günü üçün müqavilə qiymətinin 0,1% dəyərində cərimə tətbiq edə bilər. 2. “Oil Supply" MMC ilə "Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış 2022-ci il 5 iyul tarixli 189982 nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləyə 1 saylı Əlavə kimi malların siyahısı və spesifikasiyası və 2 saylı Əlavə kimi qiymət və ödəniş qaydaları təsdiq edilmişdir. 3. "xxxx" QSC ilə İddiaçı MMC arasında “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqaviləyə 1 saylı Əlavə olan malların siyahısı və spesifikasiyasında qeyd edilmişdir ki, 60 ton yük qaldırma qabiliyyəti Dəstə daxildi r: Travers - aşağı qulaqcıqları arasındakı məsafə 3500 mm; Polietilen kəməri traversin aşağı qulaqcığından asmaq üçün “sırqa” (hər bir travers üçün 4 ədəd) - Qulaqcığın ölçüsü polietilen kəmərin ilməyinə uyğun seçilsin; Traversi kranın qarmağından asmaq üçün “sırqa” (hər bir travers üçün 2 ədəd); Traversi kranın qarmağından asmaq üçün “tross” (hər bir travers üçün 2 ədəd) - Uzunluğu və diametri hesabata uyğun seçilsin (mümkün qədər traverslə qarmaq arasındakı məsafə 1,2 metrə uyğunlaşdırılsın); 2 trosu birləşdirərək, kranın qarmağına keçirilən diametri 350 mm olan halqa (hər bir travers üçün 1 ədəd), vahidinin qiyməti 13.045 manat olmaqla, 3 dəstin qiyməti 39.135 manatdır. 80 ton yük qaldırma qabiliyyəti Dəstə daxildir: Travers - aşağı qulaqcıqları arasındakı məsafə 3500 mm; Polietilen k əməri traversin aşağı qulaqcığından asmaq üçün “sırqa” (hər bir travers üçün 4 ədəd) Qulaqcığın ölçüsü polietilen kəmərin ilməyinə uyğun seçilsin; Traversi kranın qarmağından asmaq üçün “sırqa” (hər bir travers üçün 2 ədəd); Traversi kranın qarmağından asmaq üçün “tross” (hər bir travers üçün 2 ədəd) - Uzunluğu və diametri hesabata uyğun seçilsin (mümkün qədər traverslə qarmaq arasındakı məsafə 1,2 metrə uyğunlaşdırılsın); 2 trosu birləşdirərək, kranın qarmağına keçirilən diametri 350 mm olan halqa (hər bir travers üçün 1 ədəd), vahidinin qiyməti 14.300 manat olmaqla, 2 dəstin qiyməti 28.600 manatdır. Uzunluq -14 m, yükqaldırma qabiliyyəti - 40-60 ton olan polietilen kəmərin vahidinin qiyməti 430 manat olmaqla, 10 ədədinin qiyməti 4.300 manat, uzunluq - 16 m, yükqaldırma qabiliyyəti - 40-6 0 ton olan polietilen kəmərin vahidinin qiyməti 564,9 manat olmaqla, 6 ədədinin qiyməti 3.389,4 manatdır. Təqdim edilən malların cəmi 75.424,4 manat, ƏDV-si 13.576,39 manat, yekun: tətbiq edilən qanunvericilikdə nəzərdə tutulan bütün vergi və digər xərclər daxil 89.000,79 manat təşkil etmişdir.

4. İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə göndərilmiş 2023-cü il 11 may tarixli məktubda "xxxx" QSC (Alıcı) ilə İddiaçı MMC (Satıcı) arasında 189982 nömrəli, 2022-ci il 5 iyul tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə mallların təhvil-təslim aktına əsasən təkrarən geri təhvil alınması və bununla əlaqədar traverslərin və polietilen kəmərlərin dəyəri olan 86.145,43 manat məbləğində pulu və onları sınaqdan keçirdiklərinə görə çəkdiyi 7.080 manat məbləğində xərci ödəməsi tələb edilmişdir.

5. İddiaçı MMC tərəfindən "xxxx" QSC-yə 6.218,13 manat dəyərində 11 ədəd polietilen kəmərlərə dair EBCE seriyalı, 278541 nömrəli, 2022-ci il 21 sentyabr tarixli; 79.927,30 manat dəyərində 5 ədəd traverslərə dair EBCE seriyalı, 164973 nömrəli, 2022ci il 20 sentyabr tarixli elektron qaimələr ödənilməsi üçün təqdim edilmişdir.

6. İddiaçı MMC-yə avadanlığın sınağının keçirilməsi xidmətinə görə ƏDV daxil 7.080 manat məbləğində EBCK seriyalı, 296725 nömrəli, 2022-ci il 1 dekabr tarixli elektron qaimə təqdim edilmişdir.

7. İddiaçı MMC tərəfindən 6.218,13 manat məbləğində görülmüş işlərin dəyərinin ödənilməsi üçün "xxxx" QSC-yə 298/22 saylı 2022-ci il 21 sentyabr tarixli hesab-faktura təqdim edilmişdir.

8. İddiaçı MMC tərəfindən 79.927 manat məbləğində görülmüş işlərin də yərinin ödənilməsi üçün "xxxx" QSC-yə 295/22 saylı 2022-ci il 20 sentyabr tarixli hesab-faktura təqdim edilmişdir. 9. "xxxx" QSC-nin ******* nömrəli 2022-ci il 6 dekabr tarixli ödəniş tapşırığına görə, İddiaçı MMC tərəfindən 2022-ci il 24 yanvar tarixli OS-CAT-0122 müqavilə üzrə ATR Caspian LTD-yə 6.000 manat ödəniş edilmişdir. 10. 2022-ci il 28 sentyabr tarixli akta və fotoşəkillərə görə, "xxxx" QSC-nin İddiaçı MMC 2022-ci il 5 iyul tarixli, 189982 nömrəli bağlanmış müqavilə əsasında yükqaldırma qabiliyyəti 60 ton olan 3 ədəd və yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traverslər şirkət tərəfindən 2022-ci il 21 sentyabr tarixində təhvil verilmişdir. 2022-ci il 27 sentyabr tarixində yükqaldırma qabiliyyəti 80 ton olan traverslə sınağın keçirilməsi məqsədilə istehsal ili 1956-cı il, çəkis i 76 ton olan qartəmizləyən qurğusunu qaldırmaqla sınağı aparılan anda yük tarım vəziyyətə gələn zaman travers mərkəzdən əyilərək deformasiyaya uğramışdır. 11. 2022-ci il 3 oktyabr tarixində "xxxx" QSC İddiaçı MMC-yə məktub ünvanlayaraq təqdim etdikləri yükgötürmə qabiliyyəti 80 ton olan travers çəkisi 76 ton olan taran tipli qartəmizləyən texnikanın qaldırılması zamanı yük tarım vəziyyətə gətirilərkən traversin əyilərək mərkəzdə deformasiyaya uğradığı uğradığını bildirmiş və qısa müddət ərzində məlumat verilməsini xahiş etmişdir.

12. İddiaçı MMC "xxxx" QSC-yə 2022-ci il 6 oktyabr tarixli OSTD0222 saylı məktubla müraciət edərək məktubda bildirilmişdir ki, istehsalçı şirkətinin yaratdığı komissiya cavabdehin təqdim etdiyi yazılı və fotomaterialları araşdırmış və istismarçının yükü qaldıra rkən stop kəmərlərin fiksasiyasını lazımi şəkildə həyata keçirmədiyi, bunun da yükün ani surətdə oynamasına, birtərəfli qaydada ağırlaşmasına səbəb olduğu, belə olan halda qartəmizləyicinin 80 tonluq tam ağırlığı traversin üzərinə bərabər paylanma əvəzinə bütün yükün traversin sadəcə bir tərəfinə düşdüyü və nəticədə traversin bir tərəfinin normadan 100% artıq yükləndiyi üçün deformasiya halının baş verdiyi qənaətinə gəlmişdir. Qeyd olunanların təhlil edilməsini xahiş etmiş, ehtiyac olarsa, şirkət nümayəndələrinin iştirakı ilə cavabdehin idarəsində görüş keçirilə biləcəklərini, istehsalçı zavodun nümayəndələrinin də, video görüntü ilə bu görüşdə iştirak edə biləcəklərini, bu iclasda əməkdaşları və zavod nümayəndələri ADY-nin mütəxəssislərinin bütün suallarını cavablandırmağa hazır olduqları nı bildirmişlər. Məsələ ilə əlaqədar əlavə sual olarsa onlarla əlaqə saxlanılmasını xahiş etmişlər.

13. İddiaçı MMC "xxxx" QSC-yə 2022-ci il 23 noyabr tarixli OSADY-0222 saylı məktubla müraciət edərək, müqavilə üzrə geri qaytarılan bütün mallar, o cümlədən istismarçı tərəfindən deformasiyaya uğradılmış traversin "xxxx" QSC-nin müvafiq departamentləri tərəfindən yenidən qəbul olunması və ödənişin təmin edilməsinə göstəriş verilməsi və bununla yanaşı əlavə çəkilən sınaq xərcinin də "xxxx" tərəfindən geri ödənilməsi məsələsinin həll edilməsini xahiş etmişdir. 14. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və İddiaçı MMC arasında avadanlıqların yoxlanılması, satışı və icarəsi barədə bağlanılmış 023/22 saylı müqaviləyə görə, avadanlıqların yoxlanılması, təmiri və sertifikatlaş dırılmasını Sifarişçi “Xidmət Sifarişi” forması əsasında tapşırır. Podratçı işi öz üzərinə götürür. Həmin müqavilənin: - 7.1-ci bəndinə əsasən yoxlanılan, satılan və ya icarəyə verilən malların, avadanlıqların qiyməti razılaşma ilə “Qiymət cədvəli” və “Satınalma Sifarişi” əsasında təyin ediləcək. Müqavilənin Ödəniş iş, satış, icarə başa çatdırıldıqdan sonra, X1, Görülmüş iş aktına, Qaiməyə müvafiq olaraq, Hesab faktura təqdim edildiyi gündən sonrakı 30 gün ərzində yerinə yetiriləcək. - 7.3-cü bəndinə əsasən Hesab-Fakturada görülən işin məbləği Azərbaycan manatı və ABŞ dolları ilə göstəriləcək. Hesab-fakturaca AZN ilə göstərilən məbləğ ödəniş üçün əsas sayılır. 15. "xxxx" Şirkəti və İddiaçı MMC arasında tərtib edilmiş görülmüş iş aktına görə, 2 ədəd 60 və 80 tonluq traverslər yoxlanılmışdır.

16. Tərəflər arasında olan “E-mail” yazışmalarından görünür ki, 2022-ci il 23 iyul tarixində iddiaçının nümayəndəsi Anar Əliyev cavabdehin nümayəndəsi Ayəddin Qasımova traverslərin sxemlərini təsdiq edib geri dönüş etməsini xahiş etmiş, 2022-ci il 25 iyul tarixli cavabında sonuncu traveslərin uyğunluğunu təsdiq etmiş, sxemlər məktuba əlavə edilmişdir.

17. Fotoşəkillərdən və videogörüntülərdən görünür ki, yükqaldırma qabiliyyəti 80 və 60 ton olan traverslərə yerində müayinə keçirilmiş, traverslər əyilmədən, deformasiya olmadan müvafiq olaraq 83 və 62 tonluq yükləri qaldırmışlar. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı MMC (bundan sonra – “iddiaçı“) "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 144527 nömrə li, 2022-ci il 16 fevral tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə üzrə yaranmış 39.412 manat (ƏDV daxil) məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1.970,60 manat pulun, 3.941,20 manat məbləğində cərimənin, cəmisi 45.323,80 manat məbləğində pulun tutulması, 189982 nömrəli, 2022-ci il 5 iyul tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə yaranmış 93.225,43 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 4.661,28 manat pulun, 8.436,04 manat məbləğində cərimənin, cəmisi 106.322,75 manat məbləğində pulun tutulması, 400 manat məbləğində mediasiya xərcinin va 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir.

19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 144527 nömrəli, 2022-ci il 16 fevral tarixli “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Sifarişçinin sifarişi üzrə İcraçı Əlavə 1-də göstərilən qaydada vaqonların qumlanması və rənglənməsi işlərini yerinə yetirməli, Sifarişçi isə yerinə yetirilmiş işləri qəbul edərək müqavilə qiymətini ödəməli idi. Müqavilənin 10.1-ci bəndinə görə, ümumi qiymət bütün vergi və xərclər daxil olmaqla 216.648 manat təşkil edir. Ödənişlər faktiki görülmüş işlər üzrə təqdim edilmiş sənədlər əsasında 15 bank günü müddətində həyata keçirilməlidir. Müqavilənin 23.2-ci bəndinə əsasən, mübahisələr danışıqlar yolu ilə həll olunmadıqda Azərbaycan Respublikasının məhkəmələri ndə baxılmalıdır. Müqaviləyə görə cəmi 90 vaqona xidmət göstərilməsi nəzərdə tutulmuş, qiymət təklifi də bu əsasla hazırlanmışdır. İddiaçının hesablamalarına görə gəlir əldə etmək üçün minimum 55 vaqona xidmət göstərilməsi zəruri idi. İddiaçı 2022-ci il ərzində müqavilənin tam icrasını planlaşdırsa da, Sifarişçi tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbindən cəmi 6 vaqona xidmət göstərilmiş, yalnız 4 vaqon 2022-ci il 23 noyabr tarixli təhvil-təslim aktı ilə təhvil verilmişdir. Gecikmələrin əsas səbəbi Sifarişçi tərəfindən təqdim edilən materialların (astar, boya, kimyəvi maddələr və s.) istifadə müddətinin bitmiş olması, keyfiyyətsizliyi və vaxtında təqdim edilməməsi olmuşdur. Bu hallar dəfələrlə cavabdehə bildirilsə də, aradan qaldırılmamışdır. Keyfiyyətsiz materiallar səbəbindən vaqonlar dəfələrlə təkrar qumlanmış və astarlanmış, bəzi vaqonların isə texniki vəziyyəti səbəbindən ümumiyyətlə işlənməsi mümkün olmamışdır. Nəticədə işlərin icrası iddiaçıdan asılı olmayan səbəblərlə əhəmiyyətli dərəcədə uzanmış, xərclər artmışdır. İddiaçı gördüyü işlərə görə 2022-ci il 28 iyul tarixli 227/22 saylı hesab-faktura, EBCB 003269 nömrəli, 2022-ci il 3 dekabr tarixli elektron qaimə təqdim etmiş, həmin qaimə cavabdeh tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq, bu günədək hər hansı ödəniş edilməmişdir. Nəticədə 33.400 manat əsas borc və 6.012 manat ƏDV, ümumilikdə 39.412 manat borc yaranmışdır. Müqavilənin 17.2-ci bəndinə əsasən, ödəniş gecikdiyi halda müqavilə qiymətinin 10 faizi həddində cərimə tətbiq edilə bilər. Bu əsasla 3.941,20 manat məbləğində cərimə hesablanmışdır. Bu ndan əlavə, tərəflər arasında 189982 nömrəli, 2022-ci il 05 iyul tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı traversləri və polietilen kəmərləri cavabdehə təqdim etmiş, EBCB 164973 nömrəli, 2022-ci il 20 sentyabr tarixli və EBCB 278541 nömrəli, 2022-ci il 21 sentyabr tarixli elektron qaimələr tərtib edilmiş və cavabdeh tərəfindən təsdiqlənmişdir. Lakin bu müqavilə üzrə də ödəniş edilməmişdir. Cavabdeh tərəfindən traverslərin keyfiyyəti əsassız olaraq şübhə altına alınmış, nəticədə iddiaçı öz hesabına 6.000 manat + 18% ƏDV olmaqla 7.080 manat xərc çəkərək sınaqlar aparmışdır. Sınaqlar traverslərin müvafiq olaraq 60 ton və 80 ton yükqaldırma qabiliyyətinə malik olduğunu təsdiqləmişdir. Müqavilə şərtlərinə əsasən, ödə nişlərin gecikdirilməsinə görə gündəlik 0,1% cərimə hesablanmalı, 2023-cü il 10 yanvar tarixinədək hesablanmış gecikmələrə görə 7.832,88 manat və 603,16 manat cərimə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.7-ci maddəsinə əsasən 93.225,43 manat məbləğə illik 5%, yəni 4.661,28 manat faiz də cavabdehdən tutulmalıdır.

20. Cavabdeh iddia tələbinə qarşı etirazında bildirmişdir ki, 2022-ci il 16 fevral tarixli 144527 nömrəli Müqaviləyə əsasən, iddiaçı vaqonların rənglənməsi və qumlanması işlərini müqaviləyə uyğun qaydada yerinə yetirməyi, cavabdeh isə öz növbəsində yerinə yetirilmiş işlərin nəticəsini qəbul edərək müqavilədə müəyyən olunmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçının özünün də qeyd etdiyi kimi, həmin xidmətlər tə ləb olunan qaydada göstərilməmişdir. Faktiki görülmüş işlər üzrə xidmət haqqı isə cavabdeh tərəfindən ödənilmişdir. 2022-ci il 5 iyul tarixli 189982 nömrəli Müqaviləyə əsasən, iddiaçı Əlavə 1-də göstərilən traversləri və polietilen kəmərləri cavabdehə çatdırmalı, cavabdeh isə malları müəyyən edilmiş qaydada qəbul edərək müqavilə qiymətini ödəməli idi. İddiaçı tərəfindən traverslər təhvil verildikdən sonra cavabdeh tərəfindən keçirilmiş sınaq zamanı travers əyilmiş və istifadəyə yarasız hala düşmüş, bundan sonra malların qəbulundan cavabdeh tərəfindən imtina edilmişdir. Bununla razılaşmayan iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə 2023-cü il 1 mart tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İşə baxılarkən məhkəmə yerində müayinənin aparılmasını zəruri hesab etmişdir. Müayinə za manı traverslər yararlı çıxdığı halda, cavabdeh müqavilə üzrə bütün ödənişləri, eləcə də iddiaçı tərəfindən ekspert qismində cəlb edilmiş "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xidmət haqqısını ödəməyi öhdəsinə götürmüşdür. 2023-cü il 26 oktyabr tarixdə məhkəmənin iştirakı ilə Biləcəri stansiyasında yerində müayinə aparılmış və proses videoçəkilişlə qeydə alınmışdır. Travers bağlanaraq lokomotivin qaldırılmasına hazırlıq görülərkən iddiaçı tərəfindən ekspert qismində cəlb edilmiş "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin eksperti yükün qaldırılmasına icazə verməmiş və traversin əyiləcəyini bildirmişdir. Bununla yerində müayinə yekunlaşdırılmışdır. Növbəti gün, 2023-cü il 27 oktyabr tarixdə, iddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, tr averslərin istehsalçısı Rusiya Federasiyasında yerləşən zavod olduğundan, onlarla danışıqların müəyyən vaxt aparmasını nəzərə alaraq kommersiya mübahisəsini məhkəmədən kənar həll etmək qərarına gəlmiş və bu səbəbdən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri götürmüşdür. Qeyd olunmalıdır ki, tərəflər arasında müqavilə 2022-ci il 05 iyul tarixdə bağlanmış və müqavilənin xüsusi şərtlərinə əsasən 2022-ci il 31 dekabr tarixədək qüvvədə olmuşdur. Müqavilənin qüvvədə olduğu müddətdə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, cavabdeh üçün hər hansı öhdəlik yaranmamışdır. İddiaçı 2023-cü ilin mart ayında eyni məzmunlu iddia ərizəsi ilə yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, lakin traverslərin istehsalçısı olan Rusiya Federasiyasındakı zavodla danışıqlar aparıl ması səbəbindən iddia ərizəsi 2023-cü il 27 oktyabr tarixdə geri götürülmüşdür. Müqavilənin bağlanmasından bir ildən artıq müddətin keçməsi və iddiaçının hələ də istehsalçı ilə danışıqlar aparmasını nəzərə alaraq, cavabdeh illərlə gözləmək imkanına malik olmadığından traverslərə olan tələbatını digər mənbədən təmin etmişdir. Müqavilə şərtlərinə əsasən, Satıcının müqavilədə nəzərdə tutulmayan hallarda və ya Alıcı ilə razılaşmadan 30 təqvim günündən artıq müddətə müqavilənin icrasını dayandırması, yaxud Alıcının yazılı bildirişinə baxmayaraq təqdim edilmiş sənəd əsasında 30 təqvim günü müddətində tədbir görməməsi əsaslı pozuntu hesab olunur. Müqavilə qüvvədə olsaydı, cavabdeh bu əsaslarla müqaviləni ləğv edərdi. Lakin müqavilə artıq 2022-ci il 31 dekabr tarixdən qüvvədən düşdüyündən onun ləğ vi əhəmiyyət kəsb etmir. Bildirir ki, 2022ci il 27 sentyabr tarixdə 80 ton yükqaldırma qabiliyyətinə malik travers sınaqdan keçirilərkən əyilmiş, bununla bağlı akt tərtib edilmiş və 2022-ci il 3 oktyabr tarixdə bu barədə iddiaçıya məktub göndərilmişdir. İddiaçı tərəfindən hər hansı tədbir görülməmişdir. Həmçinin 2023-cü il 27 sentyabr tarixdə iddiaçıya elektron poçt vasitəsilə traverslərin sınağının keçirilməsi təklif edilmiş, lakin iddiaçı bu təklifdən imtina etmişdir. Yükqaldırma qabiliyyətinə malik traverslər istənilən sahədə istismar oluna bilər və bu baxımdan üç il ərzində cavabdehə təhvil verilməyən traverslərin iddiaçı tərəfindən istismar edilməsi istisna edilmir. Belə olan halda, müqavilə şərtlərini kobud şəkildə pozmuş iddiaçı yaranmamış borcun ödənilməsini tələb edə bilməz.

21. B akı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-543/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 189982 nömrəli, 2022-ci il 5 iyul tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə travesləri qəbul etməklə ondan (79.927,3 manat+6.218,15 manat+7.080 manat) cəmi 93.225,43 manat məbləğində pul vəsaiti, illik 5% ilə hesablanmış 4.307,27 manat vəsait, 4.300 manat cərimə və ödənilmiş dövlət rüsumunun 391,83 manat əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – K.Hüseynov).

22. Məhkəmə qeyd etmişdir ki, mal göndərmə müqaviləsi olan 189982 nömrəli, 2022ci il 5 iyul tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə iddiaçı əvvəlcədən cavabdehlə razılaşdırılmış sxemə uyğun 3 ədəd 6 0 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik travesləri və 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərləri cavabdehə təhvil vermiş, lakin cavabdeh travesin lazımı keyfiyyətdə olmadığını, deformasiyaya olunduğunu bildirərək travesləri geri qaytarmışdır. Traveslərin keyfiyyəti ilə bağlı məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerində müayinə keçirilmişdir. Müayinə zamanı 80 tonluq və 60 tonluq traveslər müqavilə üzrə nəzərtə tutulmuş yükləri qaldırmışlar, hər hansı deformasiya olmamış, polietilen kəndirlər qırılmamışdır. Bu isə traveslərin lazımı keyfiyyətdə olduğunu, müqavilə üzrə nəzərdə tutulmuş sifarişə uyğun gəldiyini təsdiq etmişdir. Hətta cavabdeh etirazında da ilk dəfə iddiaçı məhkəməyə müraciət etdiyi zaman keçirilən yerində müayinə zamanı traveslər yükü qaldıracağı halda müqavilə qiymətini və əlavə xərcləri ödəməyə hazır olduqlarını bildirmişlər. Hazırda isə cavabdeh artıq müqavilənin icra müddətinin başa çatdığını, həmin traveslərə marağının qalmadığını, bu səbəbdən də imtina etdiklərini bildirmişdir. Cavabdehin marağının itməsi və müqavilədən imtina etməsi o zaman əsaslı sayılardı ki, iddiaçı travesləri müqavilə müddətində deyil, 3 il sonra təqdim etmiş olardı, lakin yuxarıda qeyd edildiyi kimi traveslər müqavilə qüvvədə olduğu vaxtda, 2022-ci il 21 sentyabr tarixində cavabdehə təhvil verilmişdir.

23. Cavabdehin nümayəndəsi yerində müayinə keçirilənədək traveslərə marağının itməsini əsas gətirməmiş, sadəcə traveslərin qüsurlu olması, keyfiyyətli olmadığı əsası ilə ödəniş etmədiklərini bildirmişdir. Lakin yerində m üayinə nəticəsində traveslərin qüsursuz olduğu, keyfiyyətə uyğun gəldiyi sübuta yetdikdən sonra, artıq həmin traveslərə maraqlarının qalmadığını bildirmişdir. Göründüyü kimi traveslərin təhvil verilməsi cavabdehin gecikdirməsi nəticəsində icra edilə bilinmədiyindən iddiaçı icranı gecikdirmiş sayılmır, cavabdeh özü traveslərin qüsurlu olmasına istinad edib əsasız olaraq geri qaytarmaqla müqavilənin icrasını bu günə kimi gecikdirmişdir. İddiaçının nümayəndəsi bu gündə travesləri təhvil verməyə hazır olduqlarını, cavabdehin nümayəndəsi isə təhvil almaqdan imtina etdiyini bildirmişlər. Qeyd edilənlərə əsasən məhkəmə, iddiaçının müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirərək qüsursuz travesləri təhvil verdiyini, cavabdehin isə əsassız olaraq traveslərin qüsurlu olmasını əsas gətirib geri qa ytardığını və sonradan təhvil almaqdan imtina etdiyini nəzərə alaraq hesab edib ki, iddiaçının MM-in 637.2-ci maddəsinə əsasən satdığı traveslərin və polietilən kəmərlərin dəyərinin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır və onun bu tələbi haqlı olmuşdur. Eyni zamanda məhkəmə prosessual qənaət prinsipini nəzərə alaraq hesab etmişdi ki, gələcəkdə traveslərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənildiyi halda, tərəflər arasında yeni mübahisə meydana çıxmaması və cavabdeh müqavilə üzrə aldığı malları qəbul etməyə borclu olduğu üçün cavabdeh travesləri qəbul etməklə onların dəyərini ödəməlidir.

24. Odur ki, cavabdeh travesləri qəbul etməklə ondan 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərlərə görə 6.218,13 manat, 3 ədəd 60 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik traveslərə görə isə 79.927,30 manat iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı iddiaçı cavabdehdən 189982 nömrəli, 2022-ci il 5 iyul tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqavilə üzrə 8.436,04 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi barədə müqavilə şərtinin mövcud olmasını lakin MM-in 467-ci maddəsinin məzmununu nəzərə alaraq həmin müqavilə üzrə cərimə məbləğini azaldılaraq 4.300 manat müəyyən etmişdir. Həmçinin iddiaçının traveslərin sınağını keçirmək üçün əlavə çəkdiyi xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki iddiaçı cavabdehin əsassız olaraq qüsurlu olması səbəbindən travesləri geri qaytarması nəticəsində məcburən əlavə x ərc çəkib sınaq keçirmişdir. Buna görə də onun çəkilmiş əlavə çəkilmiş xərcin, 7.080 manatın ödənilməsini tələb etmək hüququ var və onun bu tələbi də haqlı olduğundan həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı MM-in 445.7-ci maddəsinə əsasən cəmi 93.225,43 manatın ödənilməsinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmış 4.661,28 manat məbləğində vəsaitin də ödənilməsini tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, malların dəyərinin ödənilməsini 1 ildən artıq gecikdirdiyinə görə iddiaçının borca hesablanmış 1 il üçün illik beş faiz vəsait ödənilməsini tələb etmək hüququ vardır. Lakin iddiaçı 189982 nömrəli, 2022-ci il 5 iyul tarixli “Traverslərin və polietilen kəmərlərin sat ın alınmasına dair” müqavilə üzrə ödənilməli məbləğin 1 il üçün illik 5%-ni düzgün hesablamamışdır. Belə ki, müqavilə üzrə ödənilməli malların dəyəri 93.225,43 manat deyil, 86.145,43 manat təşkil edir ki, həmin məbləğin 1 illik 5%-i 4307,27 manatdır (86.145,43x5%=4307,2715). Buna görə də iddia həmin hissədə qismən təmin olunmalı və cavabdehdən həmin müqavilə üzrə illik 5% ilə hesablanmış 4.307,27 manat məbləğində vəsait tutulmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 450 manat dövlət rüsumunun 391,83 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 445.3. 445.7, 445.8, 445.9, 446.1, 569.1, 569.2, 581.1, 581.3, 586.1, 586.2, 58 6.3, 586.4, 589.1, 589.2, 596.1, 596.2, 596.3, 600.1, 600.4, 627.1, 630.1, 634.1, 637.1, 637.2, 752.1, 753.1, 767.1, 767.2, 768.1, 768.1.1, 768.1.2, 768.1.3, 768.2, 769 və 770-ci maddələrinə, “MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

26. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onu ləğv edərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

27. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025- ci il 25 iyul tarixli 2-2(103)-722/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – illik beş faiz ilə tutulacaq borc hissəsində dəyişdirilərək, cavabdehdən 189982 nömrəli, 2022-ci il 5 iyul tarixli “Traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” müqaviləyə əsasən iddiaçının xeyrinə öhdəliyin icrasının gecikdirilməsinə görə illik beş faiz ilə tutulacaq məbləğin 7,27 manat müəyyən edilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).

28. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hər iki müqavilə üzrə tələblərlə məhkəməyə müraciət etsə də, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın yalnız 2022-ci il 5 iyul tarixli, 189982 nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqavilə üzrə irəli sürülmüş tələblərin təmin edilmiş hissəsi ilə məhdudlaşır.

29. Həmin hissədə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2022-ci il 5 iyul tarixli, 189982 nömrəli traverslərin və polietilen kəmərlərin satın alınmasına dair müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə qabiliyyəti 60 ton olan 3 ədəd, yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traverslər və polietilen kəmərlər 2022-ci il 21 sentyabr tarixində təhvil verilmişdir. 2022-ci il 28 sentyabr tarixində yükgötürmə qabiliyyəti 80 ton olan travers yükü qaldırarkən deformasiyaya uğramışdır. 2022-ci il 3 oktyabr tarixində cavabdeh tərəfindən iddiaçıya müraciət edilərək traversin deformasiyaya uğradığı bildirilmişdir. Bundan sonra iddiaçı traversləri cavabdehdən götür ərək sınaq keçirilməsi üçün “ATR Caspain LTD” Azərbaycan Respublikasının nümayəndəliyinə təqdim etmiş, sözügedən şirkət tərəfindən 2022-ci il 21 noyabr tarixində traverslərin yük sınağı keçirilərək qüsurlar aşkar edilməmişdir. Hazırda cavabdeh təqdim etdiyi malların lazımi keyfiyyətdə olduğunu, lakin iddiaçının əsassız olaraq müqavilə üzrə traversləri geri təhvil almaqdan imtina etdiyini əsas göstərərək müqavilə üzrə təqdim edilmiş malların dəyərinin, dəymiş zərərin (sınağın keçirilməsinə sərf etdiyi vəsaitin), faizlərin və dəbbə pulunun ödənilməsini tələb edir.

30. Cavabdeh təqdim edilmiş malların lazımi keyfiyyət tələblərinə cavab vermədiyini, eyni zamanda müqavilənin icra müddətinin artıq başa çatdığını, müqavilədə nəzərdə tutulmuş malları başqa şirkətdən aldığını, belə olan halda həm in malları əldə etməyə maraqlarının itdiyini qeyd etmiş və iddianın rədd edilməsini tələb etmişdir.

31. Kollegiya əvvəla müqavilə üzrə malları vermək öhdəliyinin vaxtında icra edilibedilməməsi məsələsi ilə bağlı qeyd etmişdir ki, traverslərin və polietilen kəmərlərin satın alınmasına dair 2022-ci il 5 iyul tarixli 189982 nömrəli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə verilməsi nəzərdə tutulan və hazırda ödənilməsi tələb edilən travers və polietilen kəmərlərin 2022-ci ilin sentyabrın 21-də cavabdehə təqdim edilməsi işin mübahisəsiz halını təşkil edir. Hazırda cavabdeh sözügedən malların yuxarıda göstərilən tarixdə onun istifadəsinə və sahibliyinə verilməsi faktını mübahisələndirilməsə də, həmin faktı alqı-satqının predmeti olan malların ona təhvil verilməsi kimi dəyərləndirmir, mall arı yalnız sınaq üçün götürdüyünü və sınaqdan keçmədiyindən malları təhvil almadığını və təhvil-təslim aktını imzalamadığını bildirmişdir.

32. Bununla bağlı qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində malların ilkin olaraq keyfiyyətin yoxlanılması üçün alıcıya təqdim edilməsi və yalnız yoxlamadan keçdikdən sonra təhvil alınacağı barədə şərt yer almamışdır. Bundan əlavə traverslərin keyfiyyətinin alıcı tərəfindən bu qaydada yoxlanılması müvafiq sahədə formalaşmış işgüzar dövriyyə adətlərindən və ya adətən tətbiq edilən digər şərtlərdən də irəli gəlmir. Həmçinin sözügedən malların cavabdehə təqdim edilməsinin məqsədinin malların keyfiyyətinə dair sınaq keçirilməsi olması fərz edilərsə belə ağlabatanlıq baxımından təhvil alınmamış malların ilkin yoxlanılması malla r təqdim edildikdən dərhal və ya qısa müddət ərzində, hər iki tərəfin nümayəndələrin iştirakı ilə keçirilməli idi. Hazırkı halda isə yükqaldırma əməliyyatı yalnız cavabdehin nümayəndələrin iştirakı ilə traverslərin təqdim edildiyi vaxtdan bir həftə sonra aparılmışdır. Bundan əlavə o da vurğulanmalıdır ki, mübahisəli mallar cavabdehə təqdim edildiyi gün iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmiş və həmin qaimələr qanunvericilikdə nəzərə tutulmuş müddətdə düzəliş üçün qaytarılmamışdır. Göstərilən hallar malların iddiaçıya təhvil verilməməsi, yalnız sınaq aparılması üçün təqdim edilməsi barədə cavabdehin arqumentlərinin əsassızlığına dəlalət edir.

33. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə malların 2023-cü il 21 sentyabr tarixində təqdim edilməsi alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi, yəni satıcının alqı-satqı predmeti olan əşyanı vermək öhdəliyinin vaxtında icrası kimi qiymətləndirilməlidir.

34. Belə olan halda isə iddiaçı tərəfindən mübahisəli mallar müqavilədə nəzərdə tutulmuş müddətdə cavabdehə təqdim edildiyindən cavabdehin iddiaçının müqavilə öhdəliklərinin icrasını gecikdirməsinə və nəticə etibarilə əşyanın əldə edilməsinə dair marağının itməsinə istinadı da əsassızdır.

35. Odur ki, hazırkı halda müqavilə üzrə təqdim edilmiş malların sonradan iddiaçıya geri verilməsinə, yəni faktiki olaraq iddiaçının müqavilədən imtina etməsinə alıcının lazımi keyfiyyətdə olmayan mallar təqdim edilməsi halı üçün qanunvericilikdə nəzərdə tutulan müdafiə mexanizmlərindən istifa də etməsi kontekstində hüquqi qiymət verilməlidir.

36. Məhkəmə hesab etmişdir bu istiqamətdə hüquqi dəyərləndirmə ilk növbədə iddiaçı tərəfindən təqdim edilmiş traversin istifadə zamanı əyilməsinin səbəblərinin araşdırılmasını tələb edir.

37. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 2022-ci il 21 sentyabr tarixində cavabdehdə təqdim edilərkən traversin əyriliyinin olmaması, həmin traversin cavabdeh tərəfindən istifadə edilməsi zamanı əyilməsi işin mübahisəsiz halıdır.

38. Digər tərəfdən iddiaçının cavabdehə ünvanladığı 2022-ci il 6 oktyabr tarixli məktubuna görə, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərə və digər materiallarına əsasən istehsalçı şirkət tərəfindən traversin deformasiyaya uğramasının səbəblərinin müəyyənləşdirmək üçün araşdırma aparılmış və araşdırmanın nəticəsi o laraq traversin əyilmənin ondan istifadə qaydalarının pozulması – qaldırılmış yükün tarazlaşdırılmış olmaması, strop kəmərlərin lazımi qaydada fiksasiya edilməməsi və ağırlıq mərkəzinin dəqiq müəyyən edilməməsi nəticəsində baş verdiyi müəyyən edilmiş, cavabdehin traversdən istifadə zamanı yol verdiyi nöqsanlar sadalanmış və gələcəkdə traversdən istifadə üçün tövsiyələr verilmişdir. İddiaçı isə traversin əyilməsinin malın keyfiyyəti ilə bağlı olduğunu iddia etsə də, istehsalçı şirkətin traversin düzgün istismar edilməməsi barədə irad və tövsiyələrinə münasibətdə hər hansı əks arqumentlər irəli sürməmişdir, eləcə də traversdən istifadə edilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsinə, ağırlıq mərkəzinin işarələnməsinə və s. dair hər hansı sübut təqdim etməmişdir. Bundan sonra id diaçı tərəfindən mübahisəli traverslərin keyfiyyətinin yoxlanılması üçün “ATR Caspain LTD” AR nümayəndəliyinə müraciət edilmiş və həmin şirkət tərəfindən də traverslərin yük sınağı keçirilmiş və hər hansı qüsur aşkar edilməmişdir. Məhkəmə araşdırması gedişində tərəflərin iştirakı ilə yerində müayinə keçirilmiş və həmin müayinə zamanı traverslər əyilmədən, deformasiya olmadan müvafiq olaraq 83 və 62 tonluq yükləri qaldırması müşahidə edilmişdir.

39. Göstərilən hallar məcmu şəkildə belə qənaətə gəlməyə əsas vermişdir ki, traversin deformasiya uğraması onun keyfiyyət tələblərinə cavab verməməsi ilə bağlı olmamış, məhz iddiaçı tərəfindən düzgün istifadə edilməməsi nəticəsində baş vermişdir.

40. Odur ki, hazırkı halda MM-in 588.2-ci maddəsinin tələblərinə əsasən traversdə yaranmış qüsurlara gör ə iddiaçı məsuliyyət daşımadığından cavabdeh MM-in 587.2-ci maddəsində nəzərdə tutulmuş müdafiə mexanizmlərindən istifadə etməklə malların geri götürülməsini tələb etməkdə haqlı olmamışdır.

41. Beləliklə, cavabdehin qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan, yəni əsassız olaraq müqavilədən imtina etdiyindən iddiaçı MM-in 598.4-cü maddəsinə əsasən cavabdehdən alqı-satqı müqavilə üzrə malların yenidən təhvil alınmasını və dəyərinin ödənilməsini tələb etmək hüququna malikdir.

42. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə almışdır ki, cavabdehin tələbi ilə mübahisəli traverslər iddiaçı tərəfindən geri götürülərək yoxlanılması üçün “ATR Caspain LTD” AR nümayəndəliyinə təqdim edilmiş və həmin şirkətin sınağının nəticələri alındıqdan sonra dəfələrlə (2022-ci il 23 noyabr, 2023-cü il 13 y anvar, 2023-cü il 11 may və s.) malların yenidən təhvil alınması və dəyərinin ödənilməsi üçün cavabdehə müraciətlər edilmişdir. Belə olan halda isə aydın görünmüşdür ki, iddiaçı tərəfindən malları cavabdehdən götürülməsinin malların alıcı tərəfindən şübhə altına alınan keyfiyyətinin öz hesabına yoxlamaq məqsədi daşıdığından həmin fakt (malların iddiaçı tərəfindən geri götürülməsi) iddiaçının müqavilənin ləğv edilməsi ilə razılaşması kimi qiymətləndirilə bilməz.

43. Məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin cavabdeh traversləri qəbul etməklə ondan 7 ədəd 14 metrlik, 5 ədəd 16 metrlik polietilen kəmərlərə görə 6.218,13 manat, 3 ədəd 60 ton yükgötürmə qabiliyyətinə malik, 2 ədəd 80 ton yükgötürmə qabiliyyətinə malik traveslərə görə isə 79.927,30 manat iddiaçının xeyri nə tutulmalı barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

44. Kollegiya həmçinin traversləri qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində birinci instansiya məhkəməsi tərəfindən iddia tələblərindən kənara çıxılması barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, məhkəmə tərəfindən işə baxılması hədləri irəli sürülmüş iddia tələbləri ilə məhdudlaşdırılsa da, qanunverici müstəsna hallarda bütün proses iştirakçılarının hüquqlarının və maraqlarının qorunması, eləcə də ədalətliliyin təmin edilməsi məqsədilə iddia tələblərindən kənara çıxılmasına da yol verir. Hazırkı halda iddiaçının 2022-ci il 5 iyul tarixli alqı-satqı müqaviləsi üzrə irəli sürdüyü əsas iddia tələbinin predmetini həmin alqı--satqı müqaviləsi üzrə təqdim edilmiş malların, o cümlədən mübahisə li traverslərin dəyərinin ödənilməsini tələb etmək hüququ təşkil edir, iddia tələbinin əsası kimi isə, 2022-ci il 5 iyul tarixli müqaviləyə, eləcə də cavabdehin tərəfindən həmin müqavilə üzrə öhdəlikləri icra etməkdən, eləcə də lazımi icranı qəbul etməkdən imtina edilməsi faktlarına istinad edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddiasında traversləri qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi aydın şəkildə ifadə edilməmişdir. Lakin cavabdehin mübahisəli müqavilədən, o cümlədən traversləri qəbul etməkdən imtinasının əsassız hesab edilərək alqı-satqının predmeti olan malların dəyərinin ödəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsi son nəticədə həmin qətnaməyə əsasən dəyəri cavabdeh tərəfindən ödəniləcək malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini, cavabdeh tərəfindən isə qəbul edilməsini də labüd edir. Odur ki, məhz cavabdehin hüquq və mənafelərinin qorunması, eləcə də yeni mübahisələrin yaranmasının qarşısının alınması və bununla da hər iki tərəfin hüquqlarının məhkəmədə effektiv müdafiəsinin təmin edilməsi baxımından kollegiya hesab etmişdir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının üzərinə malların qəbul etmək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması prosessual pozuntu kimi qiymətləndirilməməlidir.

45. İddiaçı həmçinin traverslərin keyfiyyətinin yoxlanılması məqsədilə keçirilmiş yük sınağına görə tərəfindən ödənilmiş ƏDV daxil 7.080 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbin qanuni əsasını MM-in 443.1-ci maddəsi təşkil e tmişdir. Həmin tələblə bağlı məhkəmə hesab etmişdir ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehin alqı-satqı müqaviləsinin icrasından əsassız imtina etməklə müqavilə öhdəliklərinin pozuntusuna yol verməsi, nəticədə iddiaçının təqdim etdiyi malın keyfiyyətliliyini sübuta yetirmək üçün xərc çəkməyə məcbur olması, yəni iddiaçıya real maddi zərər vurulması işin yuxarı göstərilən halları ilə öz təsdiqini tapmış, eləcə də maddi zərərin məbləğini təsdiq edən sübutlar (“ATR Caspain LTD” AR nümayəndəliyinə sınağa görə ödənilən pul vəsaiti) məhkəməyə təqdim edilmişdir. Odur ki, həmin hissədə iddia əsaslı hesab edilmişdir.

46. Bununla yanaşı iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə görə MM-in 445.7-ci maddəsinin tələblərinə əsasən faizlərin və dəbbə pul u tutulması da tələb edilmişdir.

47. Dəbbə pulu ilə bağlı qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərindən göründüyü kimi həmin müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu “cərimə” adlandırılsa da, gecikdirmənin hər günü üçün əsas borc məbləğinə faiz kimi müəyyən edildiyindən hesablanma üsuluna görə dəbbə pulunun penya növünə aiddir.

48. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə zərərlə dəbbə pulunun nisbətinin xüsusi qaydası müəyyən edilmədiyindən, mübahisəli müqavilələrdə nəzərdə tutulmuş dəbbə pulu (penya) əvəzləşdirilən dəbbə pulu hesab edilməlidir. Belə olan halda isə, həmin dəbbə pulu tutulduqda zərərin yalnız dəbbə pulu ilə əhatə edilməyən hissəsi tutula bilər.

49. Məhkəmə cavabdehin mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirməsinin işin göstərilən halları ilə öz təsdiqini tapdığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı MM-in 462-ci maddəsinin tələblərinə əsasən müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun (penyanın) tutulmasını tələb etmək hüququna malikdir. Odur ki, birinci instansiya məhkəməsi kreditorun əmlak və digər əsaslı mənafeləri, əsas borcun məbləğini və digər diqqətəlayiq halları nəzərə almaqla cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulunu 4.300 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.

50. MM-in 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq bir illik müddət üçün hesablanmış 4.307,27 manat məbləğində faizlərin tutulması isə qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla yalnız dəbbə pulu məbləği ilə tam əhatə olunmayan hissədə, yəni 7,27 (4.307,27-4.300) manat həddində təmin edi lə bilər. Odur ki, faizlərin tutulması hissədə qətnamə dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə MM-in 445.7ci maddəsinə əsasən tutulacaq məbləğ 7,27 manat məbləğində müəyyən edilməlidir.

51. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 445.2, 445.7, 448.1, 462.1, 466.1, 466.2, 466.2.1, 466.2.2, 466.2.3, 466.3, 467, 567, 570.1, 570.1.1, 571.1, 586.1, 586.2, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 587.3, 587.4, 588.1, 588.2, 596.1, 596.2, 596.3, 598.1 və 598.4-cü maddələrinə, MM-in 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarına, MPM-in 77.1, 119.1 və 119.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

52. Cavabdeh həmin qətnamədən kassasiya şikayə ti verərək, onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. MM-in 442 və 447.1-ci maddələri üzrə - İddiaçı üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir. Belə ki, iddiaçı tərəfindən 2022-ci il 27 sentyabr tarixində sınaq məqsədilə təqdim olunmuş travers yükün qaldırılması zamanı deformasiyaya uğramışdır. Bununla bağlı 2022-ci il 3 oktyabr tarixində cavabdeh tərəfindən iddiaçıya məktub göndərilmiş və iddiaçı buna uyğun bütün malları geri götürmüşdür. Məhkəmə mübahisəyə subyektiv yanaşmışdır. Belə ki, bir tərəfdən məhkəmə qeyd etmişdir ki, malların ilkin olaraq keyfiyyətinin yoxlanılması üçün alıcıya təqdim edilməsi və yalnız yoxlamadan keç dikdən sonra təhvil alınacağı barədə şərt yer almamış, digər tərəfdən isə müqavilənin Xüsusi Şərtlərində yer almış 21.2-ci bəndi (Tərəflər malların alıcı tərəfindən qəbulu və alıcıya təhvil verilməsini təhvil-təslim aktı ilə rəsmilləşdirir. Təhvil-təslim aktı tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilərək imzalanır) nəzərə almamışdır. Məhkəmə hesab etmişdir ki, keyfiyyətin yoxlanılması müqavilədə nəzərdə tutulmamışdır. Lakin Müqavilədə nəzərdə tutulan təhvil-təslim aktı ilə bağlı müddəanın məhkəmə tərəfindən nəyə görə nəzərə alınmadığı aydın deyildir. Məhkəmə müqavilənin qeyd edilən şərtinə nəzər yetirmiş olsaydı, bu zaman tərəflər arasında təhvil-təslim aktının imzalanmadığını görərdi. Bu isə ona dəlalət etmişdir ki, iddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində, yən i 2022-ci il 31 dekabr tarixədək mallar cavabdehə lazımı qaydada təhvil verilməmişdir. 54. 2023-cü ilin mart ayında iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2023-cü il 26 oktyabr tarixə yerli sınaq təyin olunmuş, lakin cavabdeh tərəfindən yükün qaldırılması ilə bağlı hazırlıqlar zamanı iddiaçının nümayəndəsinin təşəbbüsü ilə sınaq həyata keçirilməmiş və 2023-cü il 27 oktyabr tarixində iddiaçı Rusiya Federasiyasının zavodu ilə danışıqlar aparılması səbəbindən iddiasını geri götürmüşdür. 2024-cü il 20 sentyabr tarixində iddiaçı yenidən pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi bildirmişdir ki, istehsalçı Rusiya şirkətinin nümayəndəsi müayinədə iştirak etmək istəyir, bu səbəb dən yenidən müayinə təyin olunmalıdır. Cavabdehin etirazına baxmayaraq, məhkəmə yenidən müayinə təyin etmiş, lakin istehsalçı Rusiya şirkətinin nümayəndəsi iştirak etməmiş, iddiaçı həm məhkəməni, həm də cavabdehi aldatmışdır. Buna baxmayaraq, məhkəmə tələb etmişdir ki, müayinə keçirilsin. Lakin məhkəmə nəzərə almamışdır ki, sınağın keçirilməsi və keçirilmiş sınağın nəticəsi artıq mahiyyətini itirmişdir. Çünki 2022-ci il 31 dekabr tarixində müqavilənin müddəti bitmiş və bu müddət ərzində iddiaçı öhdəliyini lazımınca icra etməmişdir. Lakin Apelyasiya Məhkəməsi buna münasibət bildirməmiş və bu istiqamətdə araşdırma aparmamışdır.

55. Məhkəmə qeyd etmişdir ki, traversin deformasiyaya uğraması onun keyfiyyət tələblərinə cavab verməməsi ilə bağlı olmamış, məhz iddiaçı tərəfindən düzgün istifadə e dilməməsi nəticəsində baş vermişdir. Məhkəmə belə qənaətə gəlməklə işə qərəzli və birtərəfli yanaşmışdır. Belə ki, iddiaçı cavabdehə traversləri təhvil verməmiş, iddiaçı traversləri sınaq üçün gətirmiş, qüsur aşkarlandıqda isə malları aparmışdır. Tərəflər arasında təhvil-təslim aktı imzalanmamış və müqavilənin qüvvədə olduğu müddətdə mallar cavabdehə təhvil verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, traverslər 2022-ci ildə lazımı keyfiyyətdə olmuşdur. Lakin bununla bağlı hər hansı ekspertiza keçirilməmiş, məhkəmənin nəyə əsasən belə qənaətə gəlməsi yenə də aydın deyildir. Həmçinin cavabdehin əməkdaşları qeyri peşəkar, bacarıqsız, traverslərin istifadə qaydalarını bilməyən olmuş olsaydılar o zaman 2025-ci il 17 mart tarixində keçirilən sınaq-müayinədə də eyni səhvlərə yol verməli və traverslə rlər deformasiyaya uğramalı idi, lakin bu baş verməmişdir. Belə olan halda məhkəmənin hansı mötəbər dəlilə əsasən cavabdehin əməkdaşlarınin traversləri düzgün istifadə etməməsi qənaətinə gəlməsi aydın deyildir.

56. Müqavilənin müddəti 2022-ci il 31 dekabr tarixində bitmiş və cavabdeh bu müddətin sonuna qədər traverslərlə təmin edilməmişdir. Məhkəmə iddiaçının traversləri 2022-ci il 21 sentyabr tarixində lazimi qaydada təhvil verməsini qeyd etsə də, bunu təsdiq edən sənədlər iş materiallarında mövcud deyildir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-in 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2023-cü il 29 mart tarixli Qərarı üzrə - 2023-cü ildə iddiaçı yalnız pul tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etm iş, lakin sonradan 2023-cü il 27 oktyabr tarixində həmin iddianı geri götürmüşdür. Belə olan halda cavabdeh, haqlı olaraq, traverslərin və polietilen kəmərlərində olan ehtiyacını digər mənbədən təmin etmişdir.

58. MM-in 445.7, 445.8, 569, 596.3 və 637-ci maddələri üzrə - İddiaçı 2022-ci ilin oktyabr ayındanbu günə qədər cavabdehdən malların qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı yalnız absurd iddia olan pul tələbi barədə müraciət etmiş, halbuki özü müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. İddiaçı 3 il ərzində əşyanı cavabdehdən qəbul etməyi məhkəmə qaydasında tələb etməmiş, daha sonra iddiaçının könüllü olaraq pul tələbinə dair iddia ərizəsini geri götürdükdə cavabdeh hesab etmişdir ki, iddiaçı müqavilənin icrasından imtina edib. Bakı Apel yasiya Məhkəməsi həmin normaya diqqət yetirməmişdir.

59. Məhkəmə 4.300 manat məbləğində dəbbə pulunun necə və hansı müddətə görə formalaşdığını araşdırmamışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, malları lazımı qaydada təhvil verməmiş, 2023-cü il 27 oktyabr tarixində ilk dəfə qaldırılan iddianı geri götürmüşdür. Belə ki, həmin dövrə dəbbə pulunun hesablanması absurddur. Növbəti dəfə iddiaçı iddianı 2024-cü il 20 sentyabr tarixində qaldırmış və birinci instansiya məhkəməsi qətnaməni 6 ay sonra, yəni 2025-ci il 10 aprel tarixində qəbul etmişdir.

60. Məhkəmə cəriməni (dəbbə pulunu) müqavilə üzrə hesablayırsa, o zaman cərimə 0,1 faizlə hesablanmalıdır, lakin Məhkəmənin hansı dövr üçün onu hesabladığı aydın deyildir. Ödəniş müddəti müqavilədə (12.2 və 19.2-ci bəndləri) konkret mü əyyən edilmişdir: sənədlərin təqdim edildiyi tarixdən 15 bank günü ərzində. Cavabdehin traverslərin təhvil alınmasından qanuni və əsaslı səbəblərə görə imtina etməsinə baxmayaraq, hər bir halda nəzərə alınmalıdır ki, müqavilədə sənədlərin, o cümlədən aktın təqdim edildiyi tarixdən 15 iş günü ərzində ödənişin həyata keçirilməsi nəzərdə tutulur. Lakin 2022-ci ilin noyabrında belə akt tərtib olunmadığından və sonrakı dövrdə də cavabdehin haqlı olaraq qəbuldan imtina etməsi səbəbilə, müqavilədə nəzərdə tutulan ödəniş müddəti heç vaxt başlanmamışdır.

61. Həmçinin məhkəmə əsaslandırmamışdırki, 4.307,27 manat hansı səbəbdən 1 illik hesablanmış və həmin 1 il hansı dövrü əhatə edir. Bu səbəbdən apelyasiya instansiyası tərəfindən 7,27 manat məbləğində illik 5 faizi hesablamaqla da düzgün nəticəyə gə lməmişdir.

62. İiddiaçının təqdim etdiyi ödəniş tapşırığında 6.000 manat məbləğ göstərildiyi halda, məhkəmə 7.080 manat tələbi təmin etmiş, lakin bu fərqin səbəbi barədə heç bir araşdırma və hüquqi əsaslandırma aparmamışdır.

63. İş üzrə məhkəmələrinin MM-in 445.7-ci maddəsinə istinadı, ümumiyyətlə, əsassızdır və sözügedən maddənin yanlış tətbiqinə gətirib çıxarır. Belə ki, maddənin ilk hissəsindən də göründüyü kimi illik 5%-in ödənilməsi o vaxt tətbiq olunur ki, müqavilədə ayrı qayda nəzərdə tutulmamış olsun. Göründüyü kimi, tərəflər müqavilədə gecikmə üçün cərimənin tətbiqini razılaşdırmışdırlar. Bu baxımdan həmin maddəyə istinad özlüyündə tam əsassız və qanunsuzdur.

64. MPM-in 78.1 və 218.3-cü maddələri üzrə - İddiaçı cavabdehə qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraci ət etmişdir. Məhkəmə gedişi dövründə də iddia həcminin artırılması barədə ərizə verilməmişdir. Lakin məhkəmə qərəzli olaraq, iddia tələbindən kənara çıxmış və iddia tələbində cavabdehin üzərinə öz təşəbbüsü ilə traverslərin qəbul etmə öhdəliyi qət etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmaqla kobud pozuntu etmişdir. Lakin Apelyasiya Məhkəməsi hesab etmişdir ki, bu prosessual pozuntu kimi qiymətləndirilməməlidir. Belə bir qiymətləndirmə yalnız işə subyektiv yanaşmanı, qərəzi və qanunvericiliyin normalarını kobud şəkildə pozulmasını sübuta yetirir. Baxış iclası təyin olunduqdan sonra, hətta qətnamənin qəbul olunan gündə məhkəmə cavabdehdən bəzi sənədləri təhvil alır və onları sübut qismində tanıyıb, əsaslanır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş, 6.000 manata dair ödəniş tapşır ığı, elektron qaimələr və s. hər iki məhkəmədə sübut kimi qiymətləndirilib. Bu isə məhkəmənin qərəzli olduğuna əsaslı şübhələr yaratmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. İddiaçı kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

66. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

67. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndi rilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

68. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulma sı və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi … 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Bu Məcəllədə və ya müqavilədə a yrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulma lıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

466. Zərər və dəbbə pulu 466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə

570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdak ı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;... “Maddə

571. Əşyanın təsadüfən məhv olması və təsadüfən zədələnməsi riskinin alıcıya keçməsi 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir....” “Maddə

586. Əşyanın keyfiyyətinin yoxlanması 586.1. Qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətini n yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır....” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiy yətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. “Maddə

588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. “Maddə

596. Alıcının əşyan ı qəbul etmək vəzifəsi 596.1. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. 596.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. 596.3. Alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. “ Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qay da irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.... 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər....”

69. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən b u Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası müvafiq məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

70. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

71. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyas iya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

72. İşin materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

73. Məhkəmə Kollegiyası vurğulayır ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış 2022-ci il 5 iyul tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə qabiliyyəti 60 ton olan 3 ədəd, yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traverslər və polietilen kəmərlər 2022-ci il 21 sentyabr tarixdə təhvil verilmişdir. 74. 2022-ci il 27 sentyabr tarixində yükgötürmə qabiliyyəti 80 ton olan travers yükü qaldırarkən deformasiyaya uğramış və bununla bağlı 2022-ci il 28 sentyabr tarixli akt tərtib edilmişdir. 75. 2022-ci il 3 oktyabr tarixli məktubla cavabdeh iddiaçıya müraciət edərək, traversin deformasiyaya uğramasını bildirmiş, məsələyə aydınlıq gətirilməsi üçün müvafiq aktı, digər sənədləri göndərərək qısa müddətdə onlara məlumat verilməsini xahiş etmişdir.

76. İddiaçının 2022-ci il 6 oktyabr tarixli cavab məktubunda bildirilmişdir ki, istehsalçı şirkətinin yaratdığı komissiya cavabdehi n təqdim etdiyi yazılı və fotomaterialları araşdırmış və istismarçının yükü qaldırarkən stop kəmərlərin fiksasiyasını lazımi şəkildə həyata keçirmədiyi, bunun da yükün ani surətdə oynamasına, birtərəfli qaydada ağırlaşmasına səbəb olduğu, belə olan halda qartəmizləyicinin 80 tonluq tam ağırlığı traversin üzərinə bərabər paylanma əvəzinə bütün yükün traversin sadəcə bir tərəfinə düşdüyü və nəticədə traversin bir tərəfinin normadan 100% artıq yükləndiyi üçün deformasiya halının baş verdiyi qənaətinə gəlmişdir. Qeyd olunanların təhlil edilməsini xahiş etmiş, ehtiyac olarsa, şirkət nümayəndələrinin iştirakı ilə cavabdehin idarəsində görüş keçirilə biləcəklərini, istehsalçı zavodun nümayəndələrinin də, video görüntü ilə bu görüşdə iştirak edə biləcəklərini, bu iclasda əməkdaşları və zavod nümay əndələri ADY-nin mütəxəssislərinin bütün suallarını cavablandırmağa hazır olduqlarını bildirmişlər. Məsələ ilə əlaqədar əlavə sual olarsa onlarla əlaqə saxlanılmasını xahiş etmişlər.

77. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış “traverslərin və polietilen kəmərlərin satın alınmasına dair” 2022-ci il 5 iyul tarixli müqavilənin müddəti həmin müqavilənin tərkib hissəsi olan xüsusi şərtlər bölməsinin 13-cü bəndinə istinad edən hissəsinə görə 2022-ci il 31 dekabr tarixinədək qüvvədə olmuşdur. Bu müqavilənin şərtlərinin təhlilindən aydın olur ki, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə tərəflərdən biri digər tərəfi yazılı xəbərdar etmək şərti ilə onu bötüvlükdə və qismən ləğv edə bilər. Əsaslı pozuntu kimi nəzərdə tutulan şərtlər sırasında satıcının müqavilədə n əzərdə tutulmadığı hallarda və ya alıcı ilə razılaşmadığı 30 təqvim günündən artıq müddətə müqavilənin icrasının dayandırılması, alıcının müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq satıcının təqdim edilmiş sənəd əsasında 30 təqvim günü müddətində tədbir görməməsi də nəzərdə tutulmuşdur (müqavilənin 23-cü bəndi).Yuxarıda göstərilən müqavilənin 23.3-cü bəndində isə birbaşa göstərilmişdir ki, alıcı satıcıya 30 təqvim günü əvvəlcədən yazılı bildiriş göndərilməklə birtərəfli qaydada xitam verə bilər.

78. Bu qərarın §§ 72-76-da göstərilən hallardan belə qənaətə gəlinir ki, hazırkı mübahisə alqı-satqı müqaviləsinin predmeti olan traversin yük qaldırma nəticəsində əyilməsi ilə bağlı yaranmışdır.

79. Cavabdehin əsas dəlili ondan ibarət olmuşdur ki, f aktiki olaraq müqavilənin predmeti olan əmlak alıcıya təhvil verilməmiş, yalnız sınaq məqsədi ilə gətirilmişdir. Alıcının sahəsində sınaq keçirilərkən travers deformasiyaya uğrayaraq ortadan əyilmişdir.

80. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində malların ilkin olaraq keyfiyyətinin yoxlanılması üçün alıcıya təqdim edilməsi və yalnız yoxlamadan keçdikdən sonra təhvil alınacağı barədə şərt yer almamışdır. Bundan əlavə traverslərin keyfiyyətinin alıcı tərəfindən bu qaydada yoxlanılması müvafiq sahədə formalaşmış işgüzar dövriyyə adətlərindən və ya adətən tətbiq edilə bilən digər şərtlərdən də irəli gəlmir. Digər tərəfdən malların cavabdehə təqdim edilməsinin məqsədinin malların keyfiyyətinə dair sınaq keçirilməsi olması fərz edilərsə belə ağlabatanlıq baxımından təhvil alınmamış malların ilkin yoxlaması mallar təqdim edildikdən dərhal və ya qısa müddət ərzində hər iki tərəfin nümayəndələrinin iştirakı ilə keçirilməli idi. Hazırki halda isə yük qaldırma əməliyyatı yalnız cavabdehin nümayəndələrinin iştirakı ilə traverslərin təqdim edildiyi vaxtdan bir həftə sonra aparılmışdır. Bundan əlavə mübahisəli mallar cavabdehə təqdim edildiyi gün iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsinə dair elektron qaimələr göndərilmiş və həmin qaimələr qanunvericilikdə nəzərdə tutulmuş müddətdə düzəliş üçün qaytarılmamışdır.

81. Apellyasiya məhkəməsi tərəfindən sadalanan bu hallar cavabdehin malların təhvil verilməməsi, yalnız sınaq aparılması üçün təqdim edilməsi barədə arqumentlərinin əs assız olduğunu göstərməklə, malların 2022-ci il 21 sentyabr tarixdə cavabdehə təhvil verilməsi və bununla da iddiaçının öhdəliyini vaxtında icra etməsi kimi qiymətləndirilmişdir.

82. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 16-cı bəndində müqavilənin icrasına texniki nəzarət və sınaqla bağlı nizamlanma müəyyənləşdirilmişdir. Belə ki, həmin bəndə əsasən alıcı müavilənin xüsusi şərtlərində göstərilmiş qaydada heç bir əlavə xərc çəkmədən müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir (müqavilənin 16.1-ci bəndi). Eyni zamanda müqavilənin 16.2, 16.4-cü bəndlərində də texniki nəzarətin və sınağın keçirilməsi üçün alıcı tərəfindən satıcıya məlumat verilm əsi, satıcının ərazisində keçirilən texniki nəzarət və sınaqla bağlı alıcıya lazimı köməyin göstərilməsi, alıcının müqavilənin predmetinə aid olan və texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilməsi, həmçinin belə malların dəyişdirilməsi və alıcının tələblərini təmin edən digər malların təqdim edilməsi ilə bağlı qaydalar da nəzərdə tutur. Doğrudur, bu bənddə nəzərdə tutulan nizamlanma ilə bağlı həmin müqavilənin xüsusi şərtlərini tənzimləyən bölməsində texniki nəzarət və sınaqla bağlı qayda nəzərdə tutulmamışdır. Lakin müqavilənin 16-cı bəndinə diqqət yetirdikdə belə aydın olur ki, texniki nəzarət və sınaqla bağlı tənzimləmə mövcuddur.

83. Digər tərəfdən MM-in 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müq aviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır (MM-in 586.2 maddəsi).

84. Göründüyü kimi adıçəkilən müqavilədə texniki nəzarət və sınaq keçirilməməsi ilə bağlı istisna mövcud deyildir.

85. Bundan başqa iş materiallarında olan və cavabdeh tərəfindən tərtib edilmiş 2022-ci il 28 sentyabr tarixli aktdan da görünür ki, 2022-ci il 27 sentyabr tarixində yükqaldırma qabiliyyəti 80 ton olan traversin mərkəzdən əyilərək deformasiyaya uğraması məhz onun sınağı aparılan zaman baş vermişdir. 8

6. Eyni zamanda 2022-ci il 3 oktyabr tarixində cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda da bildirilmişdir ki, traversin mərkəzdən əyilərək deformasiyaya uğraması sınaq məqsədi ilə aparılan yükqaldırma əməliyyatı zamanı baş vermişdir. Bu məktubda həmçinin iddiaçı tərəfindən həmin məsələyə aydınlıq gətirilməsi üçün qısa müddətdə məlumat verilməsi də xahiş edilmişdir.

87. İddiaçı yuxarıda göstərilən məktuba bu qərarın §12-də göstərilən məktubla cavab vermiş, lakin həmin məktubda müqavilənin predmetinin sınaq keçirilməsi üçün təqdim edilməsinə dair hər hansı etiraz bildirməmişdir.

88. Bundan başqa məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçının müraciət əsasında mübahisəli traverslərin keyfiyyətinin yoxlanılması üçün "xxxx" Azərbaycan Respublikasındakı nümayənd əliyi tərəfindən də traverslərin yük sınağı keçirilmişdir.

89. Bununla belə Məhkəmə Kollegiyası vurğulayır ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən keçirilən sınaqlar zamanı tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 16-cı bəndinin şərtlərinə əməl olunmamışdır.

90. İddiaçı 2023-cü ilin mart ayında eyni məzmunlu tələb ilə məhkəməyə müraciət etmiş, həmin məhkəmə icraatı zamanı, yəni 27 sentyabr tarixində cavabdeh tərəf iddiaçıya elektron məktub ünvanlayaraq göstərmişdir ki, cavabdehin mövqeyinə görə traversin əyilməsinə səbəb materialın keyfiyyətsiz olması və hesabatın düzgün aparılmamasıdır, iddiaçının mövqeyinə görə isə traversin deformasiyaya uğramasına kran sürücüsünün düzgün idarə etməməsi səbəb olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq obyektiv həqiqətin müəyyən olun ması məqsədi ilə Yevlax şəhərində mövcud olan 76 tonluq qartəmizləyənin iddiaçının travers və iddiaçı tərəfindən dəvət olunan kran sürücüsü vasitəsi ilə 2023-cü il 28 sentyabr tarixində yenidən sınaq keçirilməsi təklif edilmişdir. İddiaçı tərəfindən bu məktubun cavablandırılması iş materiallarından müəyyən olunmamışdır.

91. Həmçinin bu məhkəmə icraatı dövründə 2023-cü il 26 oktyabr tarixində keçirilmiş yerində müayinə zamanı cavabdehin nümayəndəsi traverslər yükü qaldıracağı halda müqavilə qiymətini və əlavə xərcləri ödəməyə hazır olduqlarını bildirmiş, bununla belə iddiaçının ekspert kimi cəlb etdiyi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin eksperti yükü qaldırmağa icazə verməmiş və bildirmişdir ki, qaldırmayın, traveys əyiləcək.

92. Bundan sonra iddiaçı 2023-cü il 27 oktyabr tarixində ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və geri qaytarılmasını xahiş etmiş, həmin tarixdən hazırkı iddianı irəli sürdüyü 2024-cü il 20 sentyabr tarixinədək isə cavabdehə malların qəbul edilməsi və onların dəyərinin ödənilməsi ilə bağlı iddiaçının müraciətinin mövcudluğu iş materialları ilə müəyyən olunmur.

93. Göründüyü kimi yuxarıda göstərilən müqavilənin müddəti 2022-ci il 31 dekabr tarixində başa çatsa da, onun predmetini təşkil edən əşyalar cavabdeh tərəfindən 2022-ci il 29-30 sentyabr tarixində iddiaçıya qaytarılmaqla onun özündə qalmışdır (bax iş materialları 1-ci cild səhifə 228).

94. Məhkəmə Kollegiyası vurğulayır ki, MM-in 588-ci maddəsində satıcının cavabdeh olduğu qüsurlarla bağlı qaydalar nizamlanmışdır.

95. Bu maddədə göstərili r ki, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin (MM-in 588.1 və 588.2- ci maddələri).

96. Belə olan təqdirdə faktiki olaraq görünən odur ki, 2023-cü il 26 oktyabr tarixində keçirilmiş yerində müayinə zamanı iddiaçının dəvət etdiyi mütəxəssis traversin deformasiyaya uğrayaraq əyiləcəyini əsas gətirməklə sınağın keçirilməsinə ra zı olmamışdır.

97. Bu hal isə cavabdehin ziyanına qəbul edilə bilməz. Əksinə məhkəmələr hazırkı iş üzrə 2025-ci il 17 mart tarixdə keçirilmiş yerində müayinənin nəticələrini əsas götürməklə belə qənaətə gəmişlər ki, traverslər keyfiyyətli olmuşdur.

98. Halbuki, hər iki müayinə arasında zaman baxımından təqribi 1 il 5 ay vaxt keçmişdir. Belə olan təqdirdə sonuncu müayinəyə təqdim olunmuş müqavilənin predmetlərinin iddiaçıda qalmağı səbəbindən 2023-cü il ildə keçirilmiş müayinəyə təqdim edilmiş müqavilənin predmetləri ilə eynilik təşkil etməsi ağlabatanlıq və əminlik kriteriyasına tam cavab vermir.

99. Məhkəmə kollegiyası onu da qeyd edir ki, MM-in 596.3-cü maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyan ı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

100. Həmin Məcəllənin 598.4-cü maddəsində göstərilmişdir ki, əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

101. Bununla belə hazırkı işin materiallarından müəyyən olunur ki, iddiaçı "xxxx" AR nümayəndəliyinin sınağın keçirilməsi ilə bağlı rəyini aldıqdan sonra (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və s.) malların yenidən təhvil alınması və dəyərinin ödənilməsi üçün cavabdehə müraciətlər etmiş, 2023-cü il 27 oktyabr tarixində isə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin götürülməsi ilə bağlı məhkəməyə xahiş olunduğundan, məhkəmənin 2023-cü il 27 oktyabr tarix li qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır.

102. Bu müddətdən sonra isə iddiaçının ümumiyyətlə cavabdehə əşyanının qəbul olunması və ödənilməsi ilə bağlı müraciət etməsi iş materialları ilə müəyyənləşdirilmir.

103. Beləliklə hazırkı işin hallarından görünür ki, iddiaçının müraciətinə əsasən 2023cü il 27 oktyabr tarixində iddia ərizəsinin geri götürülməsi MM-in 598.4-cü maddəsinin təsir dairəsindən kənarda qalır.

104. Əvvəldə də qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 17.1-ci bəndinə əsasən, müqavilənin icra müddətində alıcı aşkar olunmuş qusarlar haqqında satıcıya 7 iş günü ərzində bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün müddət göstərilməlidir. Satıcı qusarlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş m üddət ərzində aradan qaldırır.

105. Müqavilənin xüsusi şərtlərinə dair hissəsində onun 17, 18-ci bəndləri ilə bağlı göstərilmişdir ki, müqavilənin icrası başa çatdıqdan sonra çəllək açıldığı vaxtdan 12 ay müddətində (Zəmanət müddəti) alıcının gətirilmiş mallar aşkar etdiyi bütün qüsurlar alıcının müraciəti əsasında satıcı tərəfindən təxirə salınmadan 14 təqvim günü ərzində aradan qaldırılır. Qüsurların olduğu aşkarlanarsa (zəmanət müddəti dövründa malların istismarı prosesində) alıcı 7 təqvim günü ərzində satıcının səlahiyyətli nümayəndəsini çağırmağa borcludur. Satıcının səlahiyyətli nümayəndəsi aşkar edilmiş qüsurların ekspertizası üçün satıcıya bildiriş daxil olduqdan sonra 3 təqvim günü ərzində gəlməzsə, ekspertiza və ya baxış satıcının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçi rilə bilər.

106. Eyni zamanda həmin hissədə oda müəyyənləşdirilir ki, əgər satıcının təhvil verdiyi malların keyfiyyətsizliyi təsdiqlənərsə satıcı öz hesabına qüsurları aradan qaldırmağa borcludur. Qüsurların (nasazlığın) aradan qaldırılması müddəti isə 14 təqvim günü kimi müəyyənləşdirilmişdir.

107. Lakin iş materiallarından gürünür ki, cavabdeh 2022-ci il 3 oktyabr tarixində sınaq zamanı traversin deformasiyaya uğraması ilə bağlı iddiaçıya məlumat vermiş, traverslərin sınağdan keçirilməsi ilə bağlı iddiaçı ilə "xxxx" AR nümayəndəliyi arasında müqavilə 2022ci il 23 noyabr tarixində bağlanmış, 2023-cü il 26 oktyabr tarixində iddiaçı tərəfindən dəvət edilmiş "xxxx"-nin nümayəndəsinin də iştirak etdiyi məhkəmə tərəfindən yerində keçirilmiş müayinə zamanı həmən nümayəndə traversin əyiləcəyini göstərməklə onun keçirilməsinə razı olmamışdır. Beləliklə yuxarıda göstərilən müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən qüsurların (nasazlığın) aradan qaldırılması barədə 14 təqvim günü müddətinə riayət olunması müəyyən olunmur.

108. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda adı çəkilən müqaviləyə qiymət və ödəniş qaydasına dair əlavə 2-nin 1.8.1-ci bəndinə əsasən, satıcının təqsiri ilə əlaqədar hallar üzrə malların təqdim edilməsində hər hansı və istənilən fasilə/dayanma yaranarsa alıcı belə fasilə/dayanmalara görə satıcıya hər hansı ödəniş etmir və belə fasilə/dayanma 30 təqvim günü müddətini keçərsə, alıcı hazırkı müqaviləyə bir tərəfli qaydada xitam verə bilər. 30 təqvim günü müddəti malların satıcı tərəfindən təqdim edilməli olduğu tarixdən hesablanır.

109. Göründüyü kimi aşağı instansiya məhkəmələri tərəfindən adıçəkilən əlavənin göstərilən bəndinin məzmunu da diqqətdən kənarda qalmışdır.

110. Bundan başqa həmin Məcəllənin 568-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

111. Məhkəmə kollegiyası onu da qeyd edir ki, MM-in 587-ci maddəsində satıcının əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməməsi, lazımi keyfiyyətli olmayan əşyanın verilməsi, əşyanın keyfiyyətinə aid tələ blər əhəmiyyətli dərəcədə pozulması zamanı alıcının malik olduğu tələblərin dairəsini müəyyənləşdirilmişdir.

112. Hazırkı işin materiallarından isə görünür ki, cavabdeh tərəfindən keçirilmiş sınaq zamanı traversin deformasiyaya uğraması baş verdiyindən və əvvəldə də qeyd olunduğu kimi müqavilənin qüvvəsinin 2022-ci il 31 dekabr tarixində başa çatdığından müqavilənin predmeti olan əşyanın isə cavabdehdə deyil, iddiaçıda qalması faktiki olaraq əşyanın cavabdehə təqdim olunmamasına dəlalət edir. Belə hal isə MM-in yuxarıda göstərilən 568 və 587-ci maddələrinin təsiri dairəsinə düşür.

113. Məhkəmə kollegiyası həmçinin onuda qeyd edir ki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda id dia tələblərindən kənara çıxa bilər.

114. Bu normanın məzmunundan da görünür ki, mübahisə həll edilərkən hakim tərəfindən iddia tələblərindən kənara çıxma müstəsna hallarda və yalnız qanunla nəzərdə tutulduğu təqdirdə mümkündür.

115. Lakin, hazırkı işdən görünür ki, bu müqavilə ilə bağlı iddia tələbi yaranmış borc məbləğinin, öhdəliyin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun, cərimənin, mediasiya xərcinin və dövlət rüsumunun tutulması ilə bağlı olmasına baxmayaraq aşağı instansiya məhkəmələri MPM-in 218.3-cü maddəsinin tələblərindən kənara çıxmaqla hesab etmişlər ki, gələcəkdə traveslərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənildiyi halda, tərəflər arasında yeni mübahisə meydana çıxmaması və cavabdeh müqavilə üzrə aldığı malları qəbul etməyə borclu olduğu üçün cavabdeh traveslər i qəbul etməklə onların dəyərini ödəməlidir. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən iddiasında traversləri qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi aydın şəkildə ifadə edilməmişdir. Lakin cavabdehin mübahisəli müqavilədən, o cümlədən traversləri qəbul etməkdən imtinasının əsassız hesab edilərək alqı-satqının predmeti olan malların dəyərinin ödəmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsi son nəticədə həmin qətnaməyə əsasən dəyəri cavabdeh tərəfindən ödəniləcək malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini, cavabdeh tərəfindən isə qəbul edilməsini də labüd edir. Odur ki, məhz cavabdehin hüquq və mənafelərinin qorunması, eləcə də yeni mübahisələrin yaranmasının qarşısının alınması və bununla da hər i ki tərəfin hüquqlarının məhkəmədə effektiv müdafiəsinin təmin edilməsi baxımından hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının üzərinə malların qəbul etmək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması prosessual pozuntu kimi qiymətləndirilməməlidir.

116. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, əvvəldə də qeyd olunduğu kimi MM-in 598.4-cü maddəsində alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

117. Hazırkı halda iddiaçı tərəfindən MM-in bu maddəsində nəzərdə tutulmuş iddia tələbinin reallaşdırılmamasına baxmayaraq aşağı instansiya məhkəmələri MPM-in 218.3cü maddəsinin tələblərindən kənara çıxmışdır.

118. Beləl iklə məhkəmə kollegiyası qeyd edir ki, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin alqı-satqı müqaviləsinə dair müddəlarına əsasən satıcı əşyanın qüsurlarını ağlabatan müddətdə aradan qaldırmalıdır.

119. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflərin davranışlarını onlar arasında bağlanmış müqavilənin yuxarıda göstərilən şərtlərinə uyğunluğu baxımından kifayət qədər araşdırmamış, MM-in əvvəldə qeyd olunan 568, 586, 587, 588, 596 -cı maddələrinin tələblərinə münasibətdə qiymətləndirməmişdir.

120. Məhkəmə Kollegiyası həmçinin onu da qeyd edir ki, hazırkı iş materiallarında cavabdehin 1 ədəd flaşkartın sübut kimi qəbul olunmasına dair 2024-cü il 5 noyabr tarixində məhkəm əyə daxil olmuş ərizəsi də mövcuddur. Məhkəmə tərəfindən həmin flaşkart qəbul edilərək iş materiallarına əlavə olunsa da, bununla bağlı sübut kimi hər hansı məhkəmə tədqiqatı və qiymətləndirilmə aparılması görünmür.

121. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması və s.) baxımından qiymət verilməlidir.

122. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdə n verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

123. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

124. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

125. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 22(103)-722/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və yuxarıda əks olunanlar nəzərə alınmaqla Mülki Məcəllənin alqı-satqı münasibətlərini tənzimləyən normaları baxımından iş üzrə müəyyən edilmiş hallar yenidən qiymətləndirilməlidir.

126. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 25 iyul tarixli 2-2(103)-722/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar