Məhkəmə qərarları › İş №2-2(102)-746/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-746/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-746/2025 07.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 avqust tarixli 2-2(106)-143/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 2024-cü il 16 aprel tarixində 5029/24M nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcının sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malı satmağı, alıcı isə bunun müqabilində müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə 26.078,32 manat əsas borc, 5.215,66 manat dəb bə pulu, 184 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləri əsasında mallar alındıqdan sonra alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimə və “Malların təhvil qəbul” aktından aydın olur ki, 2024-cü il 9 may tarixində satıcı tərəfindən 29.618,32 manat (ƏDV daxil) mallar alıcıya satılmışdır. Alıcının həyata keçirdiyi ödənişləri təsdiq edən bank hesabından çıxarışlardan məlum olur ki, alıcı tərəfindən alınmış malların müqabilində 3.540 manat (ƏDV daxil) ödəniş həyata keçirilmi şdir. Lakin qalan məbləği təşkil edən 26.078,32 manat (ƏDV daxil) pul vəsaitinin bu günədək alıcı tərəfindən ödənilməsi həyata keçirilməmişdir. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə tərəflər arasında bağlanmış 2024-cü il 16 aprel tarixli 5029/24M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyərini 26.078,32 manat təşkil edir, həmin məbləğin 20% - 5.215,66 manat təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablasaq, ümumilikdə 31.293,98 manat tələb yaranmışdır.

4. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir və idd iaya qarşı yazılı etiraz təqdim etməmişdir.

5. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il 10 aprel tarixli e-2-2(121)-629/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehdən 26.078,32 manat əsas borc, 300 manat cərimə və ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib 169.13 manat hissəsi olmaqla, ümumilikdə 26.547,45 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakimZ.Abbasov).

6. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında malların nisyə satışını nəzərdə tutan alqı-satqı müqaviləsinin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, iddiaçı tərəfindən müqavilənin obyekti olan ümumi dəyəri 29.618,32 manat məbləğində olan malların cavabdehə təhvil verilməsi (təhvil-təs lim aktına və elektron qaiməyə əsasən) işin mübahisəsiz hallarını təşkil edir.

7. Məhkəmə qeyd etmişdir ki, işin mübahisəli halını cavabdeh tərəfindən təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməməsi barədə iddiaçının tələbi təşkil edir. Belə ki, iddiaçı cavabdehin təhvil aldığı mallara görə ödənilməmiş 26.078,32 manat borcunun qaldığını iddia edir. İddiaçı, cavabdehin müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların qiymətini tam ödəməməsi haqqında tələbininin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, malların təhvil verilməsinə dair akta, cavabdehə göndərilmiş elektron qaiməyə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. İddia ərizəsində tələb olunan borc məbləğinin idd iaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsinin sübutetmə yükünün bölüşdürülməsi prinsipinə görə cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir, həmçinin iddia ərizəsinə qarşı etiraz və ya iddia tələbinin tam və ya qismən əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir.

8. Belə olan halda məhkəmə, tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, malların təhvil verilməsinə dair aktı, elektron qaiməni və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia edildiyi kimi cavabdeh tərəfindən alınan malların qiymətini təşkil edən 26.078,32 manat məbləğində pulun şərtləşdirilmiş müddətdə ödənilməməsi öz təsdiqini tapır. Tələb olunan 26.078,32 manat borc qalığının iddiaçıya ödənilməsini və ya hər hansı bir əsasla həmin məbləği ödəməkdən azad olmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin qeyd olunduğu kimi cavabdeh iddiaya qarşı etiraz verməmiş və ya iddia tələbinin əsassızlığına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə əsas borc qalığı kimi tələb olunan 26.078,32 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək alqı-satqı obyekti olan malları cavabdehin mülkiyyətinə vermişdir, lakin cavabdeh malları təhvil alsa da, dəyərini tam ödəməmişdir. Buna görə də, iddiaçının pul tələbinə dair iddiası qanuni və əsaslıdır.

9. Məhk əmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə cərimə ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. İşin halları ilə cavabdeh tərəfindən alınmış malların dəyərinin ödənilməsini gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Lakin məhkəmə, cərimənin məbləğinin əsas borca nisbətini, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdehdən 5.215,66 manat məbləğində cərimənin tutulmas ı hissəsində əsaslı və mütənasib deyildir. Buna görə də məhkəmə bu nəticəyə gəlmişdir ki, cavabdehdən tutulacaq cərimə məbləğinin azaldılaraq 300 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli olar.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.1, 462.1, 465.2, 466.2.1, 467, 567, 597.1, 598.1, 600.1, 600.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2025-ci il 5 avqust tarixli 2-2(106)-143/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – Q.Əliyev, hakimlər – T.Kərimov və C.Quliyev).

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

14. Belə ki, iş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında 2024-cü il 16 aprel tarixində bağlanan 5029/24M nömrəli alqı-satqı müqavilə sindən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən cavabdehin satıcı qismində çıxış edən iddiaçı qarşısında almış olduğu mallara görə, malların dəyərinin ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Belə ki, iddiaçı tərəfindən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş, eyni zamanda cavabdehin özü tərəfindən təsdiq edilmiş elektron vergi-hesab fakturaları üzrə yaranan borc məbləği, iş materiallarına əlavə edilən məhsulların təhvil-təslim aktı, 2024-cü il 9 may tarixli MT2405 sariyalı 10304738 nömrəli elektron vergi-hesab fakturasına istinadla edilmiş 3.540 manat ödənişlə təsdiqini tapır. Əşyanı təhvil almış alıcı (cavabdeh) onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzif əsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş əşyanın ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırmasının nəticəsi olaraq öz təsdiqini tapmadığından təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 404.1, 404.2, 405.1, 427.3, 442, 445.2.1, 448.1, 560.1, 567, 599.1, 600.1, 600.4-cü maddələrinə; MPM-in 4.1, 14.2, 76.1, 76.2, 77.1, 217.2, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması, iddia tələblərinin rədd edilməsi barədə və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. MM-in 16.1, 44.1, 52.1-ci maddələri üzrə - iddiaçı faktiki olaraq heç bir mülki-hüquqi münasibətdə olmayan, daha dəqiq iddia edilən borcun yarandığı tarixdə ümumiyyətlə hüquqi şəxs kimi mövcud olmayan cavabdehə qarşı məhkəmə iddiası qaldırmaqla hüququn təyinatı üzrə həyata keçirilməsi tələblərini pozmuş və məhkəməyə müraciət hüququndan sui-istifadə etmişdir. Cavabdeh 2024-cü il 13 fevral tarixində qeydiyyata alınmışdır. Bu da o deməkdir ki, cavabdehin 2023-cü ildə yaranmış borcla əlaqələndirilməsi hüquqi əsasdan məhrumdur. Belə ki, hər bir hüquqi şəxs yalnız özü üçün hüquq və vəzifə əldə edir, başqa bir hüquqi şəxsin öhdəliklər inə cəlb oluna bilməz. Burada "xxxx" MMC-nin iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsi çərçivəsində öhdəlik yalnız "xxxx" MMC-yə aiddir. Bu öhdəliyə görə cavabdeh məsuliyyət daşımır, çünki müqavilədə tərəf deyildir.

19. MM-in 386.1, 425.1, 448.1, 448.2, 567-ci maddələri üzrə - iddiaçı ilə cavabdeh arasında heç bir yazılı və ya hüquqi qüvvəyə malik müqavilənin olmadığı halda, cavabdeh qismində cəlb olunması, onun öhdəlik daşıyan tərəf kimi tanınması qanunsuzdur. İddiaçı malları "xxxx" MMC-yə satmış, həmin mallardan istixana tikilmiş və istixana sonradan cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Lakin istixana üçün təqdim edilən mallar keyfiyyətsiz və təyinatına yararsız olduğundan öhdəlik vicdanlı şəkildə icra edilməmişdir. Bu, öhdəliklərin vicdanlı, müqavilə şərtlərinə və işgüzar adətlə rə uyğun icrası tələbinin pozulması deməkdir. Alqı-satqı müqaviləsinin tərəfi kimi "xxxx" MMC borclu statusundadır və malın təhvil alınması, müqavilə üzrə ödənişin edilməsi kimi öhdəliklər onun üzərinə düşür. Əgər mallar faktiki olaraq "xxxx" MMC-yə göndərilibsə, bu, onun malı qəbul etməsi kimi qiymətləndirilməli və öhdəliklərini yerinə yetirməməsi təqsirli pozuntu hesab olunmalıdır. "xxxx" MMC-nin öhdəliklərini başqa hüquqi şəxsə, yəni cavabdehə yönləndirərək məsuliyyəti üzərindən atması, həm öhdəliklərin təyinatı, həm də risklərin kimə aid olduğunu müəyyən edən 448-ci maddənin tələblərinə ziddir. Alqı-satqı müqaviləsində alıcı tərəf "xxxx" MMC olduğundan borc öhdəliyi birbaşa ona yönəlməlidir.

20. MPM-in 14.1, 77.1, 88, 372.1, 372.7-ci maddələri üzrə - məhkəmənin yalnız formal hüquqi y anaşma ilə deyil, hər iki tərəfin təqdim etdiyi sübutları obyektiv qiymətləndirərək qərar verməsi tələb olunur. Apellyasiya instansiyası isə mübahisəni mahiyyəti üzrə araşdırmadan, yalnız birinci instansiyanın qətnaməsini formallıqla təsdiqləməyə yönəlmiş yanaşma sərgiləmişdir. Məhkəmə cavabdehin əsas müdafiə mövqeyini araşdırmayıb, mübahisəni mahiyyəti üzrə qiymətləndirməmiş və formal qərar qəbul etmişdir. Sübutlar obyektiv, hərtərəfli və tam araşdırılmadan cavabdeh əsassız olaraq öhdəlik daşıyan şəxs kimi tanınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

22. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM- in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmi ş müddətdə həyata keçir.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə i ştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.” “Maddə

209. İşə mahiyyəti üzrə baxmağın qurtarması 209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” “Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğu nu əsaslandırsın.” “Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə

380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqe yi

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

27. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

28. Belə ki, kassasiya şikayətində pozuntuların nədən ibarət olmasına dair aydın şəkildə izah verilməmişdir.

29. Eyni zamanda, kassasiya şikayətində qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi həmin dəlillərdə qeyd edilən halları müəyyən etmiş olsun.

30. Lakin məhkəmə tərəfindən kassasiya şi kayətində qeyd edilən faktların əksinə olaraq müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi müqavilə cavabdehin dövlət qeydiyyatına alındığı 2024-cü il 13 fevral tarixindən sonra, yəni 2024-cü il 16 aprel tarixində bağlanmış və müqavilə üzrə bütün əməliyyatlar (malların təhvil verilməsi, elektron qaimənin göndərilməsi, qismən ödəniş edilməsi) həmin tarixdən sonra həyata keçirilmişdir. Eyni zamanda, iddiaçı ilə digər hüquqi şəxs deyil, məhz cavabdeh arasında müqavilə bağlanmış və onun icrası ilə bağlı hərəkətlər edilmişdir. Belə olan halda isə cavabdehin kassasiya şikayətində göstərdiyi hallara istinad etməklə qeyd etdiyi maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər əsassızdır.

31. Kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasının işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

32. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

33. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhk əməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı).

34. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallar üzrə tətbiq etdiyi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir.

36. Bundan başqa, birinci instansiya məhkəməsində gedən icraat və keçirilən iclaslar barədə məlumatlı olan cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, eyni zamanda iddiaya etiraz etməmiş və iddiaçının istinad etdiyi halları mübahisələndirməmiş, apellyasiya şikayətində isə həmin hallar mübahisələndirilmişdir.

37. Halbuki, MPM-in 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər.

38. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.

39. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin cavabdehin istinad etdiyi hallar üzrə araşdırma aparmaq vəzifəsi olmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən cavabdehin istinad etdiyi dəlillərə qiymət verilmişdir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 5 avqust tarixli 2-2(106)-143/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar