Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-749/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “pul” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)-564/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. “Lizinqverən” "xxxx" ASC (bundan sonra – “ASC”), “lizinq alan” Cavabdeh arasında imzalanmış ASC-yə məxsus heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarının lizinqə verilməsi barədə 2015-ci il 27 avqust tarixli 03-LA/15 saylı müqaviləyə əsasən, lizinq verən bu müqavilənin 1 nömrəli əlavəsindəki təsnifata uyğun ümumi dəyəri 412.000 manat olan 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarının dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən, müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verir.
2. Hə min müqavilənin şərtlərinə görə: - Lizinq alan Avadanlığın dəyərindən 107.376 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində (Əlavə № 2) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır (1.2-ci bənd). - Texnoloji avadanlığa mülkiyyət hüququ Lizinq alan tərəfindən ödənişlər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur (1.3-cü bənd). - Lizinq alan avadanlığın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyala keçirir (4.1-ci bənd). - Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdiri lmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər (4.2-ci bənd).
3. Lizinq müqaviləsinə Əlavə 2 kimi 10 illik müddətə tərtib edilən ödəniş qrafikinə əsasən ilk ödəniş 2016-cı ilin İV rübündə olmaqla, 7.639 manat məbləğdə nəzərdə tutulmuşdur. Sonuncu ödəniş 7.615 manat məbləğdə olmaqla, 2026-cı ilin İİİ rübündə həyata keçirilməlidir. 4. 2015-ci il 27 avqust tarixli 03-LA/15 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinin təsdiqlənilmiş sürətinə əsasən, əvvəlcədən ödənilmiş 107.376 manat nəzərə alınmaqla tərtib edilmiş cəmi 304.624 manat məbləğində ödəniş tərəflər arasında razılaşdırılmışdır. 5. 2015-ci il 1 oktyabr tarixli heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlığının “lizinq alan”a təhvil-təslimi barədə akta əsasən, 8 ədəd heyvanların kəsilməsi üçün mo bil tipli kəsimxana avadanlığı lizinq alan Cavabdeh direktoru X1 təhvil verilmişdir.
6. Cavabdeh "xxxx" ASC-yə ünvanlanmış məktublarında aşağıdakılar qeyd olunmuşdur: - 2015-ci il 20 noyabr tarixli 217-15 nömrəli məktubda: 2015-ci il 27 avqust tarixli lizinq müqaviləsi üzrə lizinqə (icarəyə) verilmiş avadanlıqlar ona 2015-ci il 1 oktyabr tarixində təhvil verilmişdir. 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqları işlədilməmiş, təhvil alındığından anbarda saxlanılır. Xahiş edilir ki, 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarını geri götürsünlər. Yaranmış zərər olarsa, ödənilməsi təmin ediləcəkdir. - 2016-cı il 14 yanvar tarixli 221-16 nömrəli məktubda: 2015-ci il 27 avqust tarixli lizinq müqaviləsi üzrə lizinqə (icarəyə) verilmiş 8 ədəd heyv anların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarını istifadə etməmişdir. Həmin avadanlıqlar istismar olmadan MMCnin anbarında saxlanılır. 2015-ci ilin noyabr ayında məktub verərək bildirilmişdir ki, həmin avadanlıqları geri qəbul etsinlər. Lakin buna dair heç bir cavab verilmədi. Xahiş edilir ki, səlahiyyətli nümayəndələrini göndərib, avadanlıqlara baxış keçirsinlər və geri qəbul etsinlər. Məktub A.Səmədov adlı şəxs tərəfindən 2016-cı il 14 yanvar tarixində imzalanaraq qəbul edilmişdir. - 2016-cı il 19 aprel tarixli 247-16 nömrəli məktubda: 2015-ci il 27 avqust tarixli lizinq müqaviləsi üzrə lizinqə (icarəyə) verilmiş 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqları istifadə olunmadığından xahiş edilmişdi ki, geri qəbul etsinlər. Bununla əlaqədar ASC-nin nüm ayəndəsi avadanlıqlara baxış keçirmiş, avadanlıqların dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alındıqdan sonra geri götürəcəklərini bildirmişdir. 3 aydan çox müddət keçmiş, lakin ASC tərəfdən mütəxəssis göndərilməmiş, avadanlıqların geri götürülməsinə dair heç bir addım atılmamışdır. Xahiş edilir ki, müvafiq sərəncam verərək, avadanlıqların geri götürülməsini təmin etsinlər. Məktub A.Səmədov adlı şəxs tərəfindən 2016-cı il 19 aprel tarixində imzalanaraq qəbul edilmişdir. - 2016-cı il 28 dekabr tarixli 284-16 nömrəli məktubda: 2015-ci il 27 avqust tarixli lizinq müqaviləsi üzrə lizinqə (icarəyə) verilmiş 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqların geri götürülməsinə dair ASC şifahi razılıq razılıq vermişdir. Təəssüflər olsun ki, 8 ədəd heyvanların kəsilməs i üçün mobil tipli kəsimxana avadanlıqlarının geri götürülməsinə dair hər hansı addımlar atmamışlar. Həmin avadanlıqların dəyərinin bir hissəsini ilkin olaraq 107.376 manat MMC ödəmişdir. Avadanlıqların qalan dəyəri 2016-ci il 31 dekabr tarixindən başlayaraq ödənilməsinə dair qrafik müəyyən edilmişdir. MMC qrafikdə qeyd olunan ödənişləri etməyəcək. Buna görə təkrarən rica edilir ki, 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarını geri götürsünlər. Məktub T.Əliyeva adlı şəxs tərəfindən 2016-cı il 28 dekabr tarixində imzalanaraq qəbul edilmişdir. 7. 2021-ci il 18 may tarixli maliyyə arayışına əsasən, lizinq alan Cavabdeh MMC olmaqla, 2015-ci il 27 avqust tarixli 03-LA/15 nömrəli müqavilə üzrə 137.094 manat gecikdirilmiş borc, 111.475,78 manat hesablanmış cərimə olmaql a cəmi 248.569,78 manat hesablanmışdır. 8. “Sifarişçi” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, “icraçı” "xxxx" MMC olmaqla 2021-ci il 27 may tarixli məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə sazişə əsasən “icraçı” “sifarişçi”nin adından məhkəmə-hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlamış, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün “vəkillərə etdikləri yardım üçün ödənilən xərc” kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan “sifarişçi”yə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görülmüşdür. 9. 2021-ci il 24 iyun tarixli 000İPX1211751AFE saylı ödəniş tapşırığına əsa sən 500 manat məbləğində ödəniş "xxxx" MMC tərəfindən, 5 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2021-ci il 12 iyul tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2015ci il 27 avqust tarixli 03-LA/15 nömrəli müqavilə üzrə 137.094 manat gecikdirilmiş borcun, hesablanmış 111.475,78 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 30 manat dövlət rüsumunun, cəmi: 249.099,78 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddi a tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2015-ci il 27 avqust tarixli 03LA/15 nömrəli müqavilə (bax yuxarıda §§ 1-5 və 7) üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə maaliyyə arayışının tərtib edildiyi 2021-ci il 18 may tarixinə 137.094 manat gecikdirilmiş borcu və müvafiq olaraq hesablanmış 111.475,78 manat cərimə borcu yaranmış, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan (iddiaçı) borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi dövlət rüsumunun ödənilməsi haqqında məlumat həcmində cərimə tələb etmək hü ququna malikdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün 500 manat məbləğində ödəniş aparılmışdır.
12. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 465.2, 748-1.12.4-cü maddələrinə istinad edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 15 oktyabr tarixli e-2-2(113)-3650/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2015-ci il 27 avqust tarixli 03LA/15 nömrəli müqavilə üzrə 137.094 manat gecikdirilmiş əsas borc, 13.709 manat məbləğində cərimə məbləği, hüquqi yardımla bağlı ödənilmiş 500 manat, ümumilikdə 151.333 manat tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – A.Əliyeva).
14. Məhkəmə qeyd etmişdir ki, lizinqverən ASC ilə lizinqalan cavabddeh arasında lizinq müqaviləsi imzalanmış və müqavilə üzrə lizinq predmeti olan 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqları cavabdehə təhvil verilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır.
15. Cavabdehin üzərinə götürülən öhdəliklərini vaxtında icra etməməsi və tərəflər arasında qanunvericiliklə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə (cərimə) pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimə pulunun ödənilməsini tələb etməkdə haqlı hesab olunmuşdur.
16. Məhkəmə 111.475,78 manat hesablanmış cərimə məbləğinin 13.709 manat məbləğində azaldılmasını ədalətli hesab etmişdir. Həmçinin iddia tələbi hüquqi yardımla bağlı 500 manat ödəniş hissəsində iş materilları ilə öz təsd iqini tapdığından məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmişdir.
17. Məhkəmə öz mövqeyini MM-in 385.1, 442, 462.1, 467, 747.1, 747-1.2, 748-1.1, 748-1.9, 748-1.12.4, 748-2.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 80, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh 2022-ci il 15 mart tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)-564/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur. (sədrlik edən – V.Məmmədov, hakimlər – V.Baxışova və R.Qurbanov).
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin məhkəmə kollegiyasına təqdim etdiyi sübutlar MPM-in 372.2-ci maddəsi anlamında yeni sübutlar sayılmamışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmişdir, işdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdə cavabdehin adından məhkəmə bildirişlərini qəbul edən şəxsin kimliyi və vəzifəsi barədə iş materiallarında hər hansı məlumat mövcud deyildir, iclasda iştirak edən cavabdehin vəkili və nümayəndəsi cavabdehin adından məhkəmə bildirişlərini qəbul edən şəxslərin kimliyinin onlara məlum olmadığını, cavabdehin birinci instansiya məhkəməsində gedən icraat barədə tam xəbərsiz olduğunu, habelə, məhkəmə sənədlərinin onlara elekt ron qaydada çatdırılmalı olduğunu bildirmişdir.
21. Belə ki, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə MPM-in 135.8-ci maddəsinə müvafiq qaydada məlumatlandırılması iş materialları ilə təsdiq olunmadığına görə, onun iddiaçıya ünvanladığı 2015-ci il 20 noyabr, 2016-cı il 14 yanvar, 2016-cı il 19 aprel və 2016-cı il 28 dekabr tarixli məktublarının apellyasiya icraatında sübut kimi qəbul edilməsi MPM-in 372.2-ci maddəsinin tələblərinə uyğundur. Bundan əlavə, iddiaçı qeyd edilən məktubları mübahisələndirmədiyinə görə, həmin məktubların iddiaçıya çatdırılması, habelə məktublarda qeyd edilən faktların həqiqliyi işin mübahisəsiz halları kimi qəbul edilmişdir.
22. İddianın mahiyyəti üzrə əsaslı olub-olmaması məsələsinə gəldikdə isə, MM-in lizinq müqaviləsi və ona aid münasibətləri tən zimləyən normalarında lizinq alan tərəfindən lizinq obyektini geri qaytarmaqla lizinq müqaviləsinin icrasından könüllü imtina edilməsi ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Eyni zamanda, bunu qadağan edən müddəalar da mövcüd deyildir. Tərəflər arasında bağlanmış lizinq müaviləsində də bunu istisna edən və ya digər şəkildə məhdudlaşdıran şərtlər müəyyən edilməmişdir.
23. Bununla yanaşı, MM-də təsbit edilmişdir ki, lizinq barəsində əmlak kirayəsi müqaviləsinin, lizinq münasibətlərini tənzimləyən normalarına zidd olmayan, qaydaları tətbiq edilir.
24. Əmlak kirayəsi münasibətlərini tənzimləyən MM-in XXXİİİ fəslinin müddəalarına görə isə, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üç ün əsaslar göstərilməlidir, daşınar əşyaların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə: əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə istənilən gün verildikdə; əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə yol verilir.
25. İşin halları ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya 2015-ci il 20 noyabr və 2016-cı il 14 yanvar tarixli məktublar ünvanlanaraq, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə lizinqə verilmiş avadanlıqlarından istifadə edilmədiyi bildirilmiş və həmin avadanlıqların geri qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəf indən iddiaçıya ünvanlanmış 2016-cı il 19 aprel və 2016-cı il 28 dekabr tarixli məktublara əsasən, yuxarıda qeyd olunan məktublara cavab olaraq iddiaçının nümayəndəsi tərəfindən avadanlıqlara baxış keçirilmiş, avadanlıqların dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alındıqdan sonra geri götürüləcəyi bildirilmiş, avadanlıqların geri götürülməsinə dair iddiaçı şifahi razılıq vermiş, lakin avadanlıqlarının geri götürülməsinə dair hər hansı addım atılmamışdır.
26. Göründüyü kimi, cavabdeh lizinq obyektini geri qaytarmaq istəməklə lizinq müqaviləsinin icrasından könüllü imtina etmək qərarına gəlmiş və bu barədə yazılı bildirişi MM-in 691.4.1-ci maddəsinə uyğun olaraq iddiaçıya göndərmişdir. Lakin iddiaçı lizinq predmeti avadanlıqlara baxış keçirib, onların geri qaytarılmasına şifahi razı lıq versə də, həmin avadanlıqların geri götürülməsi barədə heç bir faktiki addım atılmamışdır, hazırda isə həmin avadanlıqların istifadəsi ilə bağlı cavabdehə qarşı iddia irəli sürmüşdür.
27. Halbuki cavabdeh tərəfindən göndərilmiş yazılı bildiriş iddiaçıya çatdırıldığı andan müqavilə ləğv edilmiş hesab edilməlidir. MM-in tələblərinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq sürətdə ləğv və ya dəyişdirilmiş sayılmalıdır, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilməlidir.
28. Bu baxımdan, iddiaçı tərəfindən irəli sürülmüş lizinq müqaviləsi üzrə borcun tutulması tələbləri təmin edilməməlidir. Həmçinin, lizinq avadanlıqlarının əldə edilmə si üçün cavabdeh tərəfindən 107.376 manat məbləğdə pul vəsaiti ödənilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 421.3, 424.2, 425.1, 690.1, 690.2, 691.4, 691.4.2, 747.1, 748-1.13, 751-ci; MPM-in 14.2, 77.1, 372-ci maddələrinə; Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının 1, 2, 4-cü bəndərinə istinad etməklə əsaslandırmışdır.
30. Həmin qətnamə 2022-ci il 9 avqust tarixdə proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
31. İddiaçı 2022-ci il 7 oktyabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qə rar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı madəsi üzrə – Apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ pozulmuş və şikayətdə qeyd olunan dəlillər, təqdim edilən mötəbər olmayan sübutlar düzgün araşdırılmamış, istinad edilən qanunvericilik normaları düzgün tətbiq edilməmiş və ya nəzərə alınmamışdır. Belə ki, tərəflər arasında bağlanmış 2015-ci il 27 avqust tarixli 03-LA/15 nömrəli müqavilədə avadanlıqlarının geri götürülməsi barədə birtərəfli qaydada müqavilənin ləğvi tələbi nəzərdə tutulmamışdır.
33. Eyni zamanda, apellyasiya instansiya məhkəməsi tə rəfindən müvafiq qətnamə qəbul edildikdən sonra vəkil tərəfindən aparılmış araşdırma və verilmiş 2022-ci il 29 sentyabr tarixli 653 nömrəli vəkil sorğusuna "xxxx" ASC-nin verdiyi 2022-ci il 4 oktyabr tarixli MİHO/12.2-2022-2791 nömrəli cavab məktubundan da məlum olur ki, qeyd olunan məsələ ilə bağlı cavabdehin ASC-yə ünvanladığı məktublar Cəmiyyətə təqdim edilməməmişdir. Eləcə də, vəkil sorğusuna cavab məktubunda sözügedən məktubların üzərində həmin məktubları qəbul edən şəxslərin Cəmiyyətin əməkdaşları olmadığı, əvvəllər də bu adlarda əməkdaşların olmadığı göstərilmişdir. Bu səbəbdən də apellyasiya instansiya məhkəməsi qeyd olunan məktubların müqavilənin ləğvi barədə bildiriş kimi nəzərə alınması, həmin məktubların ASCyə rəsmi qaydada verilməsi və ASC-nin həmin məktublar barədə məlumatlı olması barədə mövqeyi qanunsuz və əsassızdır. Göründüyü kimi, mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış və bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir.
34. Əlavə olaraq bildiririk ki, 2022-ci il 29 iyul tarixinə təyin edilmiş məhkəmə iclası ilə eyni gündə cavabdehin məhkəməyə təqdim etdiyi “məktub və digər sənədlər” adlı sənədlərə (müraciətlərə) dair iddiaçı tərəfindən araşdırma aparılaraq münasibət bildirilməsi üçün məhkəmə tərəfindən şərait yaradılmadığından həmin məsələyə dair sübutların məhkəməyə təqdim edilməsi tərəfimizdən mümkün olmamışdır. Belə ki, 2022-ci il 29 iyul tarixində keçirilmiş məhkəmə iclası ilə 2022-ci il 2 avqust tarixinə təyin edilmiş növbəti məhkəmənin baxış iclası arasında 3 təqvim günü fərq olmuşdur ki, bu günlərin də ikisi – yəni 2022-ci il 30 və 31 iyul tarixləri şənbə və bazar günlərinə təsadüf etmişdir. Faktiki olaraq işdə iştirak edən şəxs olaraq iddiaçının cavabdeh tərəfindən təqdim edilmiş yuxarıda adıçəkilən sənədlərə münasibət bildirməsinə, öz müdafiəsini hazırlaması üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş ən az müddət olan 10 gün tələbinə belə məhkəmə tərəfindən məhəl qoyulmamışdır. Bu səbəbdən də mübahisəyə apellyasiya məhkəməsində baxılan zaman qeyd olunan məsələyə dair iddiaçı tərəfindən münasibət bildirilməsi, sübutların təqdim edilməsi üzrlü səbəblərdən mümkün olmamışdır. Hesab edirik, qeyd olunan hallar mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyə t kəsb etdiyindən məhkəmə tərəfindən araşdırılmalıdır.
35. MM-in 689.2, 690, 747.1, 748.2.5-ci maddələrinin tələbləri üzrə – Apellyasiya instansiya məhkəməsi cavabdehin müqavilənin icrasından birtərəfli və könüllü imtinasının qanuni olmasını əsaslandırmaq üçün MM-in 691.4.1-ci maddəsinə istinad etmişdir. Lakin məhkəmə MM-in 689.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, MM-in 689.2-ci maddəsində həmin Məcəllənin 690-cı maddəsinin tələbinə uyğun olaraq müqavilənin ləğvinə dair bildirişin verilməsinə o halda yol verilir ki, müqavilədə müddət müəyyən edilməsin. Göründüyü kimi, 2015-ci il 27 avqust tarixli 03-LA/15 nömrəli müqavilənin 1.1-ci bəndində müqavilənin müddəti (10 il) qeyd edildiyindən apellyasiya instansiya məhkəməsi qətnaməni əsaslandırdığı MM-in 690-cı və 691-ci maddə lərinə istinad edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və nəticədə düzgün və ədalətli qərar qəbul edilməmişdir.
36. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi MM-in 690-cı maddəsinin tələbinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı olmalıdır və həmin bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Göründüyü kimi, cavabdehin və məhkəmənin istinad etdiyi məktublarda lizinq müqaviləsinin ləğv edilməsi ilə bağlı hər hansı tələb qeyd edilməmiş və yalnız 8 ədəd heyvanların kəsilməsi üçün mobil tipli kəsimxana avadanlıqlarının geri qaytarılması qeyd edilmişdir. Bu səbəbdən də sözügedən məktubların müqavilənin ləğvi barədə bildiriş kimi qəbul edilməsi sözügedən normanın tələblərinə də ziddir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh tər əfindən sorğuda göstərilən tarixli, nömrəli məktublarla iddiaçıya müraciət edilməmiş, müraciətlərdə onları qəbul edən şəxs kimi göstərilmiş A.Səmədov və T.Əliyev adlı şəxslərin iddiaçının əməkdaşları olmadığı və hazırda da bu adda iddiaçının əməkdaşlarının mövcud olmadığı göstərilmişdir. Beləliklə, hətta bu bildirişlər (müraciətlər) keçmiş iddiaçıya təqdim edilmiş olsa idi belə, həmin müraciətlər (bildirişlər) məhkəmənin qətnamədə istinad etdiyi MM-in 690-cı maddəsinin tələblərinə uyğun bildirişlər (müraciətlər) kimi qəbul edilə bilinməzdi.
37. MPM-in 88-ci maddəsi üzrə – 2022-ci il 29 iyul tarixində cavabdeh tərəfindən “məktub və digər sənədlər” adlı sənəd növü kimi e-kabinetə yerləşdirilmiş, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş sənədlər kimi göstərilmiş 2015-ci il 20 noyabr tarix li 217.15 nömrəli, 2016-cı il 14 yanvar tarixli 221.16 nömrəli, 2016-cı il 19 aprel tarixli 247.16 nömrəli, 2016-cı il 28 dekabr tarixli 284.16 nömrəli sənədlərlə (müraciət, bildiriş) bağlı məhkəmə tərəfindən hərtərəfli araşdırma aparılmamış, nəticə etibarilə ilə isə düzgün olmayan məhkəmə aktı çıxarılmışdır.
38. Məhkəmə ilkin olaraq araşdırma apararaq iddiaçıya sorğu verərək həmin təşkilatlara cavabdehin məhkəməyə təqdim etdiyi yuxarıda istinad edilən sənədlərin (müraciətlərin) təqdim edilib-edilmədiyini, əgər edilmiş olardısa belə, bu sənədlərin məhkəmə iclasları barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini müəyyən etməməklə obyektiv məhkəmə araşdırmasının aparılmasını təmin etməmişdir.
39. MPM-in 138.3-cü madd əsi üzrə – 2022-ci il 29 iyul tarixində keçirilmiş məhkəmə iclası ilə 2022-ci il 2 avqust tarixinə təyin edilmiş növbəti məhkəmə baxış iclası arasında 3 təqvim günü fərq olmuşdur ki, bu günlərin də ikisi – yəni 2022-ci il tarixləri 30 və 31 iyul şənbə və bazar günlərinə təsadüf etmişdir. Faktiki olaraq məhkəmə tərəfindən işdə iştirak edən şəxs olaraq iddiaçıya cavabdeh tərəfindən təqdim edilmiş yuxarıda adıçəkilən “məktub və digər sənədlər” adlı sənədlərə münasibət bildirməsinə şərait yaradılmamış, öz müdafiəsini hazırlaması üçün mülki-prosessual qanunvericiliyin 138.3-cü maddəsində nəzərdə tutulmuş ən az müddət olan 10 gün tələbinə belə məhkəmə tərəfindən məhəl qoyulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətlənd irilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
689. Kirayə müddəti 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitd ikdə xitam verilir. 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər.”
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Maddə
138. Məhkəmə bildirişləri... 138.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhk əmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 32-39) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli 2-2(103)564/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
47. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, MM-in lizinq müqaviləsi və ona aid münasibətləri tənzimləyən normalarında və tərəflər arasında bağlanmış lizinq müaviləsində lizinq obyektini geri qaytar maqla lizinq müqaviləsinin icrasından könüllü imtina edilməsi ilə bağlı müddəalar, şərtlər nəzərdə tutulmasa da, bunu qadağan edən, istisna edən və ya digər şəkildə məhdudlaşdıran müddəa və şərtlər də mövcüd deyildir.
48. Halbuki apellyasiya instansiya məhkəməsinin özünün də istinad etdiyi MM-in 421.3-cü maddəsinə (bax yuxarıda § 44) görə, müqavilənin icrasından birtərəfli imtina edildikdə və belə imtinaya MM ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
49. Həmin normanın məzmunundan aydın olur ki, müqavilənin icrasından birtərəfli imtina yalnız belə imtina: 1) MM ilə və ya; 2) tərəflərin razılaşması ilə yol verildikdə mümkündür.
50. Bu o anlama gəlir ki, əgər MM-də və ya müqavilədə müqavilənin icrasından birtərəfli imtina nəzərdə tutulmamışdırsa, belə imtinaya yol verilmir. Əks halda, MM-in 421.3-cü maddəsi tamamilə mənasız olardı. Çünki həmin maddənin dispozisiya şərti müqavilənin icrasından birtərəfli imtina edilməsinin hüquqi əsaslarının dairəsini müəyyən edərək bu istiqmətdə hər cür genişləndirici təfsirin qarşısını almışdır.
51. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin həmin nəticəsi MM-in 421.3-cü maddəsinin tələblərinə uyğun deyildir.
52. Bundan bşaq, apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir, həmin bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir, daşınar əşyaların kirayəsi müqaviləsinin ləğvinə: əmlak kirayəsi haqqı günlər üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti günün sonu üçün qüvvəyə minməklə istənilən gün verildikdə; əmlak kirayəsi haqqı daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş kirayə hüquq münasibətlərinə xitam verilməli günə ən geci yeddi gün qalmış verildikdə yol verilir.
53. Lakin apellyasiya instansiya məhkəməsi bununla əlaqədar MM-in 690.1, 690.2, 691.4, 691.4.2-ci maddələrinə istinad edərkən MM-in 689-cu maddəsinin (bax yuxarıda § 44) tələblərini nəzərə almamışdır.
54. Belə ki, MM-in 690.1 və 690.2-ci maddələrinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.
55. MM-in 689-cu maddəsinin isə tələbləri ondan ibarətdir ki, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər.
56. Göründüyü kimi, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş o zaman verilə bilər ki, həmin müqavilədə müddət müəyyənləşdirilməsin.
57. Hazırkı halda isə, tərəflər arasında bağlanmış müqavilənin 1.1 və 10.1.1-ci bəndlərinə görə, lizinq avadanlığı lizinq alana 10 il müddətinə lizinqə verilmişdir və müqavilə müddətində bütün şərtlərə əməl olunmaqla onun müddəti qurtardıqda müqavilə qüvvədən düşmüş hesab edilir.
58. Beləliklə, cavabdeh "xxxx" ASC-yə əmlak kirayəsi müqaviləs inin ləğvinə dair məktublar göndərməklə (əgər həqiqətən də cavabdehin istinad etdiyi məktublar ASC-yə təqdim olunmuşdursa) müqavilənin icrasından birtərəfli imtina etmək hüququna malik olmamışdır.
59. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiya məhkəməsi MM-in 690.1, 690.2, 691.4, 691.4.2-ci maddələrini tətbiq edərkən maddi hüquq pozuntusuna yol vermiş, bu səbəbdən də iş üzrə qanunsuz nəticəyə gəlmişdir.
60. Bundan başqa, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 2015-ci il 20 noyabr və 2016-cı il 14 yanvar tarixli məktublarda lizinqə verilmiş avadanlıqlarından istifadə edilmədiyi bildirilmiş və həmin avadanlıqların geri qəbul edilməsi xahiş edilmiş, 2016-cı il 19 aprel və 28 dekabr tarixli məktublardan qeyd olunan əvvəlki məktublara cavab olaraq ASC-nin nümayəndəsi tərəfindən avadanlıqlara baxış keçirildiyi və avadanlıqların dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alındıqdan sonra geri götürüləcəyi bildirilmişdir.
61. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bildirlmişdir ki, avadanlıqların geri götürülməsinə dair ASC şifahi razılıq vermiş, lakin avadanlıqlarının geri götürülməsinə dair hər hansı addım atılmamışdır. İddiaçı sözügedən məktubları mübahisələndirmədiyinə görə, həmin məktubların iddiaçıya çatdırılması, habelə məktublarda qeyd edilən faktların həqiqliyi işin mübahisəsiz halları kimi qəbul edilir.
62. Məhkəmə kollegiyası bildirməyi vacib hesab edir ki, həmin məktublar “Elektron Məhkəmə” informasiya sisteminin mə lumatlarına əsasən, 2022-ci il 28 iyul tarixində sistemə yerləşdirilmiş, ertəsi gün – 29 iyul tarixində keçirilmiş məhkəmə iclasında elan olunmuş (i/v 144), növbəti məhkəmə iclası 2 avqust tarixinə təyin olunmuş (i/v 146-153), həmin tarixdə də iş üzrə qətnamə çıxarılmışdır.
63. Göründüyü kimi, cavabdeh istinad etdiyi sübutları məhkəməyə təqdim etdikdən sonra apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərə 29 iyul tarixində növbəti məhkəmə iclasının vaxıt barədə bildiriş göndərmiş, beləlikə, həmin bildirişin göndərilməsi ilə 2 avqust tarixində keçirilmiş və iş üzrə qətnamə çıxarılmış növbəti iclas arasında cəmi 5 gün vaxt olmuşdur.
64. Halbuki MPM-in 138.3-cü maddəsinin (bax yuxarıda § 45) tələbi ondan ibarətdir ki, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının ən azı 10 gün qalmış verilir.
65. Beləliklə, apellyasiya instansiyası məhkəməsi istinad olunan prosessual normanı pozmaqla iclas təyin edərək qətnamə çıxarmış, iddiaçının sözügedən məktubları mübahisələndirmədiyini bildirərək onları mötəbər sübut kimi qiymətləndirmiş, cavabdehə isə həmin sübutlara qarşı öz mövqeyini əsaslandırmağa və lazımi qaydada müdafiəsini qurmağa qanunla müəyyən edilmiş imkanı verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 45) tələblərini pozaraq əsassız nəticəyə gəlmişdir.
66. Belə ki, hazırkı vəziyyətdə cavabdehin istinad etdiyi məktubların həqiqətən də "xxxx" ASC-yə çatdırılıb-çatdırılmadığı, eləcə də məktubların üzərində əks etdirilmiş bu məktubları qəbul edən şəxslərin ASC-nin əməkdaşları olub-o lmaması, habelə məktublarda qeyd edildiyi kimi, ASC-nin nümayəndəsi tərəfindən avadanlıqlara baxış keçirilib-keçirilmədiyi iş materiallarından məlum olmur.
67. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda §...) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, həmin qətnamə ləğv edilməlidir.
68. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
69. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin kassasiya şikayəti təmin edils in. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 avqust tarixli, 2-2(103)-564/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.