Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-75/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsi, Hesablama Palatası auditi rəyi, smeta və Forma 2 uyğunluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Elşad Şamayev və Aqil Abbasovdan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(102)-488/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əsaslı Tikinti Şöbəsi ilə icraçı "xxxx" MMC arasında Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin 2013-cü il 25 dekabr tarixli İÇ/2723 saylı məktubuna əsasən 2013-cü il 27 dekabr tarixli, 54 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisinin layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsi üçün icraçının ƏDV ilə 9.362.312,2 manat məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə Müdafiə Nazirliyinin Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik m üdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin həyata keçirilməsini öhdəsinə götürür.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli sərəncamı əsasında icraçı İddiaçı1 ilə (bundan sonra – iddiaçı) sifarişçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra – cavabdeh) Əsaslı Tikinti şöbəsi arasında bağlanmış 2015-ci il 17 sentyabr tarixli, 09 saylı müqavilənin (bundan sonra – Müqavilə) surətinə əsasən, cavabdeh Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsi üçün iddiaçının ƏDV ilə 6.549.481,90 manat məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə Müdafiə Nazirliyini n Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi işlərinin davam etdirilməsini öhdəsinə götürür. Müqaviləyə görə layihə smeta sənədləri hazırlandıqdan sonra müqavilə qiymətində müvafiq dəyişiklik edilə bilər. Yerinə yetirilmiş işlər bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və xidmətlərin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
3. Müqaviləyə dair imzalanmış 2016-cı il 14 oktyabr tarixli Əlavə Razılaşmaya əsasən, yerinə yetirilmiş tikinti işlərinin həcminə uyğun olaraq müqavilənin ilkin dəyərinin 479.455,05 manat məbləğində azaldılaraq müqavilənin ümumi dəyərinin ƏDV ilə birlikdə cəmi 6.070.026,85 manat təşkil etməsinə razılaşdırılmışdır.
4. Hər iki tərəfin möhür və imzaları ilə təsdiq edilən “Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” Arayışlar (Forma № 3) tərtib olunmuş və həmin arayışlara əsasən icraçı tərəfindən Müqavilə üzrə görülən işlərin dəyəri 2016-cı ilin sentyabr ayı üçün 252757,62 (iki yüz əlli iki min yeddi yüz əlli yeddi manat 62 qəpik) manat, 2016-cı ilin iyun-iyul ayları üzrə 1081278,58 (bir milyon səksən bir min iki yüz yetmiş səkkiz manat 58 qəpik) manat, 2016-cı ilin may üçün 595137,38 (beş yüz doxsan beş min yüz otuz yeddi manat 38 qəpik) manat, 2016-cı ilin aprel ayı üçün 686488,69 (altı yüz səksən altı min dörd yüz səksən səkkiz manat 69 qəpik) manat, 2016-cı ilin mart ayı üçün 566270,44 (beş yüz altmış altı min, iki yüz yetmiş manat 44 qəpik) manat, 2016-cı ilin fevral ayı üçün 363021,43 (üç yüz altmış üç min iyirmi bir manat 43 qəpik) manat, 2016-cı ilin yanvar ayı üçün 832694,50 (səkkiz yüz otuz iki min altı yüz doxsan dörd manat 50 qəpik) manat, 2015-ci ilin dekabr ayı üçün 500000,17 (beş yüz min 17 qəpik) manat, 2015-ci ilin noyabr ayı üçün 146916,63 (bir yüz qırx altı min doqquz yüz on altı manat 63 qəpik) manat, 2015-ci ilin oktyabr ayı üçün 1045461,41 (bir milyon qırx beş dörd yüz altmış bir manat 41 qəpik) manat təşkil edir. 5. 2017-ci il 3 may tarixli üzləşmə aktına əsasən, 2015-ci ilin sentyabr ayından 2017ci ilin may ayına qədər olan dövrdə cavabdeh tərəfindən 6.070.026,85 manat dəyərində tikin ti işləri yerinə yetirilmişdir. Cavabdehin Əsaslı Tikinti şöbəsi tərəfindən iddiaçıya 5.131.349,87 manat maliyyə vəsaiti ödənilmişdir. Yerinə yetirilmiş işlər üzrə təqdim olunmuş sənədlərə əsasən, cavabehin Əsaslı Tikinti şöbəsinin iddiaçıya ƏDV ilə birlikdə cəmi 938.676,98 manat həcmində borc öhdəliyi yaranmışdır. Akt tərəflərin imza və möhürləri ilə təsdiq olunmuşdur.
6. İddiaçının cavabdehin Əsaslı Tikinti şöbəsinə ünvanladığı 2018-ci il 28 iyun tarixli pretenziya məktubunda cavabdeh Nazirliyin ƏDV ilə birlikdə cəmi 938 676,98 manat borc məbləğindən 638 676,98 manat hissəsinin hesaba ödənilməsini və yerdə qalan 300.000 manat məbləğin isə “Dövlət qəbul Aktı”ndan sonra onun hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı cavabdehin Əsaslı Tikinti şöbəsinə ünvanladığı 2018-ci il 16 iyul ta rixli pretenziya məktubunda cavabdehin ƏDV ilə birlikdə cəmi 938.676,98 manat borcunun ödənilməsini xahiş etmişdir.
7. Cavabdehin Əsaslı Tikinti Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 2018-ci il 6 iyul tarixli, 305 nömrəli məktubda isə qeyd olunmuşdur ki, Cavabdeh3 audit qrupu tərəfindən H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində müdavim yeməkxanası və qazanxana binasının tikintisi obyektində keçirilmiş yoxlama zamanı aşkar olunmuş qüsurlar audit qrupunun, Əsaslı Tikinti şöbəsinin məsul işçilərinin, iddiaçının təsisçisi və TİŞ rəisinin iştirakı ilə müzakirə olunmuşdur. Aparılan müzakirələr zamanı Hesablama Palatasının audit qrupu, şirkət tərəfindən qaldırılmış bütün suallar cavablandırılmış və azaldılmış məbləğ barədə açıqlama verilmişdir. Bununla bağlı 2018-ci il 27 mart tarixli, 103 n ömrəli məktub göndərilmişdir. Eyni zamanda, məktubda ödənilməsi tələb olunan vəsaitdən 694.000,0 manatın ödənilməsi Hesablama Palatası tərəfindən saxlanılmışdır. Qalan 244.676,98 məbləğinin isə Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən “Obyektin istismara hazırlıq aktı” və Müdafiə Nazirliyinin “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Komissiyanın aktı” təqdim olunduqdan sonra ödənilməsi həyata keçirilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 2018-ci il 26 iyul tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 938.676,98 manat vəsaitin, ilk əvvəl 638.676,98 manat həcmində hissəsinin tutulması və qalan 300.000 manat məbləğ hissəsinin isə “Dövlət qəbul Aktı”ndan sonra iddiaçının hesabına ö dənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini icra etməsinə baxmayaraq cavabdeh hazırkı vaxta qədər ödəməli olduğu 6.070.026,85 manatdan qalıq borc məbləğini, yəni 938.676,98 manat hissəsini ödəməmişdir. Eyni zamanda cavabdehə ünvanlanmış pretenziya məktubunda 938.676,98 borc məbləğinin 638.676,98 manat hissəsinin ödənilməsi, yerdə qalan 300.000 manat məbləğin isə “Dövlət qəbul Aktı”ndan sonra hesaba ödənilməsi xahiş olunsa da, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Halbuki, tərəflər arasında rəsmiləşdirilmiş 2017-ci il 3 may tarixli üzləşmə aktı ilə də cavabdeh iddiaçıya 938.676,98 manat həcmində borc öhdəliyinin yarandığını etiraf etmişdir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385, 442, 445.1 və 447.1ci maddələrinə istinad edilmişdir. 10. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-947/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 938.676,98 manat vəsaitin ilk əvvəl 638.676,98 manat həcmində tutulması və qalan 300.000 manat məbləğin isə “Dövlət qəbul Aktı”ndan sonra iddiaçının hesabına ödənilməsi, 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – A.Hüseyn).
11. Həmin məhkəmə bildirmişdir ki, tərəflər arasında münasibətlər hər hansı dövlət orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında deyil, müqavilə münasibətlərindən irəli gələn şərtlər əsasında yaranmışdır. Belə olan halda, Cavabd eh3 müqavilə ilə müəyyən edilən və görülmüş işlərin dəyərini təşkil edən məbləğin azaldılaraq “ehtimal olunan müqavilə qiymətinə uyğunlaşdırılması” barədə göstərişi iddiaçı tərəfindən yerinə yetirilib təhvil verilmiş işlərə görə müqavilədə nəzərdə tutulmuş məbləğin tələb edilməsinə hər hansı maneə yarada bilməz.
12. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 6.2, 385.1, 752.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 mart tarixli, 2-2(103)-58/2019) saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdir (sədrlik - E.Nağıyeva, hakimlər - V.Baxışova və H.Həmidov).
15. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, müqaviləyə əlavə və "Yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə aid” arayışlardan cavabdehin mütəmadi olaraq işlərin yerinə yetirilməsinə nəzarət etmək imkanına malik olduğu, müqavilə üzrə görülmüş işlərin dəyərinin mübahisələndirilmədiyi, ödənilməli olan məbləğin böyük bir hissəsinin ödənildiyi və yalnız Hesablama Palatasının qərarından sonra “Əsaslı tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının aktı” onlara təqdim edildikdən 244.676,98 manat vəsaiti ödəyə biləcəklərini bildirdikləri aydın olmuşdur. 2019-cu il 12 fevral tarixli məhkəmə iclasında məhkəmə kollegiyası Azərbaycan Respublikası Cavabdeh2 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini qərara almışdır (iş.v198 c1). Məhkəmə tərkibi 2019-cu il 5 mart tarixli məhkəmə iclasında Hesablama Palatasının məxfi məktubu ilə tanış olmuşdur (iş.v208).
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 752.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasi ya instansiyası məhkəməsindəki ilk icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 3 iyul tarixli, 2-2(102)-279/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən – K.Bədəlov, hakimlər – İ.Dadaşov və Q.Allahverdiyev).
19. Məhkəmə kollegiyası bildirmişdir ki, məhkəmələr işlərin qüsurla icra edilməsinə dair audit rəyinə sübut kimi qiymət verməmiş, cavabdeh apellyasiya instansiya məhkəməsində Cavabdeh3 işə cəlb edilməsi üçün vəsatət versə də məhkəmə həmin vəsatət barədə heç bir araşdırma aparmamışdır. Halbuki, Müqavilənin 2.2-ci bəndində layihə smeta sənədləri hazırlandıqdan sonra müqavilə qiymətind ə dəyişiklik edilə biləcəyi nəzərdə tutulmuşdur. Yerinə yetirilmiş işlər bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “İcraçı” aşkar olunan qüsurların müqavilənin şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə təkrar baxılarkən audit yoxlamasını həyata keçirən Cavabdeh3 üçüncü şəxs qismində işə cəlb edilməli, keçirilən auditin nəticələri nəzərə alınmaqla müqavilə üzrə yaranmış borcun məbləği bir daha dəqiqləşdirilməli, zərurət yaranarsa müqavilənin icrası zamanı yol verilmiş və aradan qaldırılmamış qüsurlar, o cümlədən keçirilmiş auditin nəticələri ilə bağlı məhkəmə tərəfindən müvafiq olaraq tikinti-texniki və mühasibatlıq ekspertizası təyin edilməlidir.
20. Gəldiyi nəticəni məhkəmə kollegiyası Mülki Məcəllənin 752.1, 752.2, 762.1, 762.2, 763.1, 765-ci, MPM-in 9.1, 9.3, 88, 217.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 9 oktyabr tarixli, 2-2(103)-659/2019 saylı qərardadı ilə Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 7 noyabr tarixli, 2-2(103)-659/2019 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən 938.676,98 manat məbləğində vəsaitin, ilk əvvəl 638.676,98 manat həcmində tutulması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə qismən – cavabdehdən iddiaçının xeyrinə 469.338,49 manat vəsait, ilk əvvəl 169.338,49 manat həcmində tutulması hissəsində təmin edilmişdir. Qətnamə qalan – 300.000 manat məbləğin isə “Dövlət qəbul aktı”ndan sonra iddiaçının hesabına ödənilməsi, 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. (sədrlik edən – A.Nuriyeva, hakimlər – V.Ağayev və C.Yusifov).
23. Apellyasiya məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi H.Əliyev adına Hərbi Məktəbin tikintisinə ayrılan vəsaitin dövlət büdcəsindən ayrılan vəsait olduğunu nəzərə almamışdır. Cavabdeh3 isə ali audit orqanı olmaqla kənar dövlət maliyyə nəzarəti funksiyasının həyata keçirən dövlət qurumudur. Cavabdeh3 qərarına əsasən dövlət büdcəsindən sosial təyinatlı layihələrin tikintisi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ayrılan vəsaitlərdən istifadənin auditi kecirilmiş və müəyyən edilmişdir ki, “H.Əliyev adına Hərbi Məktəbin ərazisində 3.000 yerlik müdavim yeməkxana binasının (qazanxana ilə birlikdə) tikintisi” obyektinin layihə-smeta sənədlərinin hazırlanması podratçı təşkilata həvalə edilmiş, işlərin yerinə yetirilməsi üçün qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli, 200 nömrəli və 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarlarının tələblərinə əməl edilməyərək, obyektin ehtimal olunan müqavilə dəyəri müəyyən edilmədən satınalma müqaviləsi bağlanmışdır. Binanın tikintisi üzrə satın alınan malların (işlərin və xidmətlərin) müəyyən olunan ehtimal olunan qiymətindən artıq məbləğdə podratçı təşkilatlarla satınalma müqaviləsinin bağlanılması səbəbindən 694.000 manat vəsait artıq hesablanmışdır. Məhkəmə kollegiyası Palatanın rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, öhdəliyin lazımınca icra edilməməsi hər 2 tərəfin təqsiri üzündən baş verdiyindən, borclunun məsuliyyətinin ölçüsü 50% azaldılmalıdır. Yəni, cavabdehin iddiaçıya 938.676,98 manat olan borcu azaldılaraq 469.338,49 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin “qalan 300.000 manat məbləğin isə "Dövlət qəbul Aktı"ndan sonra iddiaçının hesabına ödənilməsi” hissəsi ilə razılaşmışdır.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 458.1, 458.2, 752.1-ci, "X4" Azərbaycan Respublikası Qanununun 1, 6.0.1, 7.0.3, 21.12-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Tikintidə müqavilə qi ymətlərinin hesablanmasında “bazis-əmsal” üsulunun tətbiq edilməsi haqqında 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli Qərarının 4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi Qaydaları”nın 3.4.1, 3.4.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
25. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun qismən - birinci instansiya məhkəməsinin qətnaməsinin 300.000 manat hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Qətnamədən həmçinin üçüncü şəxs Cavabdeh3 da kassasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 16 fevral tarixli, 2-2(102)-7/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti tam, üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən – A.Hüseynov, hakimlər – S.Hüseynova və B.Məmmədli).
28. Məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh satınalan təşkilat kimi satınalma prosedurlarının başlanmasından əvvəl satın alacağı podrat işlərinin ehtimal olunan qiymətini müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş üsullarla özü hesablamalı və təsdiq etməli idi. Lakin, cavabdeh bu tədbirləri görməmiş, birbaşa podrat işləri üzrə iddiaçının təklif etdiyi qiyməti qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi bir yandan 3-cü şəxs Palatanın podrat işlərinin qiymətinin şişirdilməsi haqqında rəyini qəbul edir, digər tərəfdən isə bu pozunutuya görə cavabdehin təqsirini müəyyən etməklə heç bir əsas olmadan dövlət büdcəsindən ödənilməsi nəzərdə tutulan borc məbləğini hesablayıb iddiaçıya ödədtirir. Bu isə yolverilməzdir.
29. Həmçinin, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin müvafiq qəbul aktı imzalandıqdan sonra 300.000 manat qalıq borcunun cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi haqqında qətnaməsi ilə razılaşmışdır. Halbuki, cavabdeh işin materiallarında olan şikayət ərizələrinə görə, tərəflər arasında bağlanmış Müqavilə üzrə iddiaç ı tərəfindən icra olunmalı podrat işləri yuxarıda qeyd edilən məbləğ hissəsində ya da natamam olmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlillərinə lazımi hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 iyun tarixli, 2-2(103)-488/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən 2021-ci il 23 iyul tarixli, 10/2956 saylı rəy tərtib olunmuşdur.
31. Ekspert rəyində göstərilmişdir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ərazisində 3000 yerlik yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisinə dair iddiaçı tərəfindən aparılmış tikinti quraşdırma işlərinin 2015-ci ilin sentyabr və 2016-cı ilin iyul ayında mövcud olan cari qiymətlər səviyyəsində müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalları barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Qiymətqoyma Mərkəzinin təsdiq etdiyi cədvəllərdə və Təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsinin 2014-cü il 16 sentyabr və 2015-ci il 22 sentyabr tarixli rəylərdə göstərilən podrat işləri və onların dəyərinə əsasən tərəflər arasında tərtib edilmiş tikinti-quraşdırma işlərinin qəbulu aktlarında (Forma 2), habelə yerinə yetirilmış işlərin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışlarda göstərilən podrat işləri və onların dəyərlərin qiymət normaları bazar qiymətlərinə uyğun olduğu və həmin sənədlər əsasında podrat işlərinin və yerinə yetirilmiş işlərin ümumi dəyəri 6.070.026,85 man at məbləğində müəyyən olunur.
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(103)-488/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın tam təmin edilməsi və qalan 300.000 manat məbləğ hissəsinin Dövlət qəbul Aktından sonra iddiaçının hesabına ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir. Qətnamə qalan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə 638.676,98 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və Ş.Məhərrəmova).
33. Apellyasiya məhkəməsi bildirmişdir ki, Müqavilə imzalanarkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respu blikası Qanunu ilə müəyyən edilən malların (işlərin) və xidmətlərin dövlət satınalmaları metodlarına dair qaydalar pozulmamış, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Tikintidə müqavilə qiymətlərinin hesablanmasında “bazis-əmsal” üsulunun tətbiq edilməsi haqqında 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli Qərarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi Qaydalarının tələblərinə əməl edilmişdir.
34. Məhkəmə kollegiyası ekspert rəyinə istinad etməklə tərtib olunmuş smeta sənədləri ilə tərəflər arasında tərtib edilmiş tikinti-quraşdırma işlərinin qəbulu aktları (Forma-2) və yerin ə-yetirilmiş işlərin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışlarda göstərilən podrat işləri və onların dəyərləri arasında hər hansı uyğunsuzluğun olmaması qənaətinə gəlmişdir.
35. Lakin, Müqavilənin 11.4-cü bəndində göstərilmişdir ki, yerinə yetirilmiş işlərin dəyərinin ödənişi hər ay faktiki yerinə yetirilmiş işlərin dəyəri həcmində ödəniləcək. Aralıq ödənişlər ümumi müqavilə dəyərinin 95 %-ni təşkil edir. Tam ödəniş obyekt istismara təhvil verildikdən sonrakı 1 ay müddətində həyata keçirilir. Zəmanət müddəti 2 il müəyyən olunur. Həmçinin, Müqavilənin 18.1, 18.2, 18.3-ci bəndlərinə əsasən müqavilənin icrası müddətində “Sifarişçi” aşkar olunmuş qüsurlar haqqında “İcraçı”ya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməl idir. “İcraçı” qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət ərzində aradan qaldırır. “İcraçı” məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, “Sifarişçi” həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və “İcraçı”ya ödəniləcək məbləğdən çıxır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2016-cı il 27 dekabr tarixli 483 saylı, 2017-ci il 15 may tarixli 143 saylı, 2017-ci il 16 may tarixli 153 saylı, 2018-ci il 20 aprel tarixli 155 saylı, 2018-ci il 21 may tarixli 215 saylı məktublarda aşkar olunmuş qüsurların aradan qaldırılması və işlərin icrası barədə akt tərtib edilərək İstismara Qəbul komissiyasına təqdim edilməsi xahiş edilmiş, lakin iş materiallarında iddiaçı tərəfindən qüsurların aradan qaldırılması və bununla bağlı akt tərtib edilərək İstismara Qəbul komissiyasına təqdim edilməsini təsdiq edən sübutlar mövcud deyildir. Bundan başqa, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyası”nın 2019-cu il 2 dekabr tarixli 14 nömrəli aktdan görünür ki, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3000 yerlik müdavim yeməkxana binası (qazanxana ilə birlikdə) istismara qəbul olunmuşdur. Həmin aktda isə podratçı kimi "xxxx" MMC qeyd edilmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçının tam ödənişi, yəni müqavilə dəyərinin 95 faizindən artıq məbləği təşkil edən 300.000 manatı tələb etmək hüququ yaranmamışdır. Çünki o, müqavilə şərtlərinə uyğun olaraq qüsurların aradan qaldırılması və obyekti istismara təhvil verilməsi öhdəliyini icra etməmişdir.
36. Apellyasiya məhkəməsi gəldiyi nəticəni “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 27 (2018-ci il 30 dekabr tarixədək qüvvədə olmuş redaksiyada), 16.1, 21.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Tikintidə müqavilə qiymətlərinin hesablanmasında “bazis-əmsal” üsulunun tətbiq edilməsi haqqında 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli Qərarının 4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi Qaydaları”nın 3.4.1, 3.4.2-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
37. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 30 sentyabr tarixdə cavabdehə göndərilmiş və həmi n tarixdə üçüncü şəxs Cavabdeh3 nümayəndəsi və iddiaçının vəkilinə aid şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
38. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.1.2-ci bəndinə əsasən ekspertin rəy verilməsi üçün zəruri olan əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması, həmçinin mərkəzə gətirilməsi mümkün olmayan obyektlərə yerində baxış keçiri lməsinin təşkil olunması barədə vəsatət vermək hüququ vardır. Buna baxmayaraq, apellyasiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzi rəisinin Bakı Apeliyasiya Məhkəməsinin sədrinə ünvanladığı 2021-ci il 25 iyun tarixli 10/2956 nömrəli məktubunda iş üzrə ekspertizanı aparan ekspertin “Tədqiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi”nə dair vəsatətini təmin etməmişdir. Halbuki, tikinti-texniki ekspertizasının dairəsində olan sahələri üzrə ekspertizanın keçirilməsi üçün konkret olaraq tədqiqat obyektində (“H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasında (qazanxana ilə birlikdə)) tədqiqatın (nəzarət ölçülərin aparılması, nümunələrin yoxlanılması və s.) aparılması (o cümlədən ölçülərin) zəruri idi. Həmçinin, məhkəmə tərəfindən iş üzrə ekspertizanın ke çirilməsi məqsədi müqavilə üzrə tərtib edilmiş “Forma 2” və smeta sənədlərində olan məlumatlar arasında uyğunluğun müəyyən edilməsi olmuşdursa, “Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisası verilən məhkəmə ekspertizası növlərinin və ekspert ixtisaslarının Siyahısı”nın 13-cü bəndində məhkəmə iqtisad ekspertizasını təyin etməli idi.
40. Cavabdeh3 2018-ci il 7 fevral tarixli 04mq nömrəli Kollegiya qərarının 3.3-cü bəndində (H.Əliyev adına Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə)) tikintisi obyekti üzrə satın alınan malların müəyyən olunan ehtimal qiymətindən artıq məbləğdə podratçı təşkilatla satınalma müqaviləsinin bağlanması səbəbindən artıq hesablanmış 694.000 manat məbləğində vəsait azaldılaraq obyektin ehtimal olunan mü qavilə qiymətinə uyğunlaşdırılması nəzərdə tutulmuş, cavabdehin Maliyyə və Büdcə İdarəsi tərəfindən icra olunmuş, podratçıya olan borc 694.000 manat azaldılmışdır. Lakin, apellyasiya məhkəməsi iddiaçının yerinə yetirdiyi işlərin yoxlanılması zamanı Hesablama Palatasının qərarını və yoxlama aktında qeyd olunan azalmanı nəzərə almamışdır.
41. Bundan başqa, iş üzrə Ali Məhkəmənin 2021-ci il 16 fevral tarixli qərarında göstərilmişdir ki, cavabdeh satınalan təşkilat kimi satınalma prosedurlarının başlanmasından əvvəl satın alacağı podrat işlərinin ehtimal olunan qiymətini müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş üsullarla özü hesablamalı və təsdiq etməli idi. Lakin, cavabdeh bu tədbirləri görməmiş, birbaşa podrat işləri üzrə iddiaçının təklif etdiyi qiyməti qəbul etmişdir. A pellyasiya instansiyası məhkəməsi bir yandan 3-cü şəxs Palatanın podrat işlərinin qiymətinin şişirdilməsi haqqında rəyini qəbul edir, digər tərəfdən isə bu pozunutuya görə cavabdehin təqsirini müəyyən etməklə heç bir əsas olmadan dövlət büdcəsindən ödənilməsi nəzərdə tutulan borc məbləğini hesablayıb iddiaçıya ödətdirir. Bu isə yolverilməzdir. Lakin, Apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarına əsasən araşdırılmalı məsələləri kənarda saxlamış, işdə olan sənədlərdəki məlumatlar arasında sırf hesablama uyğunluğunun olub-olmamasının müəyyən edilməsi ilə kifayətlənmişdir.
42. İş üzrə araşdırılmamış məsələlərindən biri qiymətlərin şişirdilməsi faktı və onun nəticəsində əsassız olaraq dövlət vəsaitinin ödənilməsidirsə, digəri - tikinti obyekti üzrə ilkin iş həcmlərin bir hissəsi "xxxx" MMC tərəfindən görülməsinə baxmayaraq, bu işlərin iddiaçının gördüyü iş həcmlərin əsassız olaraq daxil edilməsi (“Forma 2” aktları əsasında sənədləşdirilməsi) və şirkət tərəfindən görülmədiyi işlərin əvəzinə dövlət vəsaitinin alınmasıdır. Belə ki, “H.Əliyev adma Ali Hərbi məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana iiə birlikdə)) tikintisi üzrə görülən işlər 2013-2019-cu illəri əhatə edir və qeyd olunan tikinti obyekti üzrə ilkin iş həcmləri digər podratçı ("xxxx" MMC, müqavilə 27.12.2013, N 54) tərəfindən icra edilmişdir. Cavabdehlə iddiaçı arasında Müqaviləyə əsasən, qeyd olunan obyekt üzrə işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Yəni, ümumi layihə iddiaçı ilə bağlanan müqavilə ilə əhatə olunmur. Məhkəmə iş üzrə obyektiv araşdırma aparsa ydı, ilkin podratçı tərəfindən görülmüş işlərin həcmlərinin iddiaçı ilə bağlanmış müqavilə üzrə görülməsi nəzərdə tutulan iş həcmlərinə daxil edilməsi faktını müəyyən edərdi. 2013-cü il 27 dekabr tarixli satınalma müqaviləsi üzrə birinci podratçı tərəfindən 3 mərtəbəli yeməkxana binasının tikintisi ilkin smetada nəzərdə tutulmuş həcmlərə əsasən (torpaq işləri, bünövrə, karkas, örtük işləri, 40 sm əhəng daşından 3243,0 kv.m divarın hörülməsi, 20 sm qalınlığında əhəng daşından 2460,0 kv.m divarın hörülməsi, binanın 984,4 kv.m daxili daş və beton divarının sement məhlulu ilə suvanması, damda örtüyün keramzitlə istiləşdirilməsi və s.) 2.672.830,87 manat dəyərində işlərin cavabdehin Əsaslı Tikinti şöbəsi tərəfindən “Forma 2” aktları əsasında qəbul edilməsinə baxmayaraq, 2015-ci il 17 sentyabr t arixdə iddiaçı ilə cavabdeh arasında 6.070.000,0 manat məbləğində bağlanmış müqavilə üzrə tərtib edilmiş “Yerinə yetirilmiş işlərin qəbulu” aktlarına (binada karkas işləri başa çatdığı halda) tikintinin texnoloji ardıcıllığına uyğun və texniki cəhətdən icrası mümkün olmayan (bünövrə altında torpaq işləri, bünövrədə drenaj işləri, 400mm çınqıl qatının bünövrənin altına verilməsi, bünövrədə 6 gediş çınqılın sıxılmış hava ilə işləyən döyəclə bərkidilməsi, bünövrədə B7,5 beton hazırlıq qatının verilməsi, 2 qat bitum ilə izolyasiya qatının verilməsi, d/beton bünövrə karkası, karkas bölməsində B25 markalı d/beton dayaqların hazırlanması, B25 markalı d/beton rigellərin hazırlanması, B25 markalı d/beton kəmərin hazırlanması və s.) iş həcmləri daxil edilmişdir. Göstərilən işlər ekspert tərəfindən v erilmiş 2021-ci il 23 iyul tarixli rəydə 6.070.000 manat dəyərində işlərin tərkib hissəsidir. Ekspert tərəfindən qeyd olunan hallar nəzərə alınmadan rəy verilmişdir ki, bu da rəyin obyektivliyini şübhə altına almağa əsas verir.
43. Cavabdeh kassasiya şikayətində “X4” Azərbaycan Respublikası Qanunun 27.7ci, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizanın aparılmasının təşkili haqqında Təlimat”ın 3.1.2-ci bəndinə, MPM-in 101.7, 386, 420-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Cavabdehin Əsaslı Tikinti İdarəsi bütün sənədləşmələri Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi və digər qurumlarla layihə və sair qiymətləndirmə əmsalları əsasında işin həcmi və dəyəri müəyyən edilməklə 2013-cü il 27 dekabr tarixdə "xxxx" MMC ilə 9.362.312,20 manat dəyərində müqavilə bağlanmışdır. Lakin, birinci icraçı tərəfindən işlər faktiki olaraq görülmədəyindən, iddiaçı ilə Müqavilə bağlanmış, birinci icraçı tərəfindən görülməmiş, yaxud yarımçıq icra edilmiş işləri də iddiaçı icra etməklə və sifarişçi tərəfə bütün güzəşt variantlarını tətbiq etməklə, ilkin icraçıya ödənilməsi razılaşdırılmış müqavilə qiyməti məbləğdən 3.292 285,35 manat. ucuz qiymətə, yəni 6.070 026,85 manata tikinti işləri görməyə razılaşmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi vasitəsilə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Tikintidə Qiymətqoyma Mərkəzi” tərəfindən həmin dövrdə mövcud olmuş əmsallar üzrə hesablanmaqla qiymətləndirmə nəticəsində tikinti obyekti üçün müəyyən olunmuş qiymətin Hesablama Palatası tərəfindən ehtimallar əsasında azaldılması qanunsuzdur.
45. Cavabddehin kassasiya şikayətində istinad etdiyi “X4” Azərbaycan Respublikası Qanunun 27.7-ci maddəsində məhz Hesablama Palatasının qərarlarının icrasının kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən təmin edilməli olduğu və palataya məlumat verilməsi qeyd olunur. Hesablama Palatasının müqavilədən irəli gələn öhdəliklərlə əlaqədar tikinti işlərini icra edildikdən 18 ay sonra tikinti işlərinə dair hər iki tərəfin tərtib etdiyi sənədlər əsasında gəldiyi nəticəni əsas götürmək podrat müqaviləsi əsasında işi icra etmiş iddiaçının hüquqlarını kobud surətdə pozur. Cavabdeh və üçünc ü şəxs əgər müqavilə məbləğini azaltmaq istəyirdisə onda bunu ya qarşılıqlı razılıq və ya Məhkəmə qaydasında edə bilərdi. Belə bir iddia tələbi ilə isə məhkəməyə müraciət olunmamışdır. Mübahisə predmeti olan obyekt cavabdeh tərəfindən 2016-cı ildən etibarən istismar edildiyi halda, cavabdeh müxtəlif üsullarla işlərin dəyərini ödəməkdən yayınır. Məhkəmə eyni zamanda nəzərə almalıdır ki, 2018-ci il 28 dekabr tarixdə obyektlə əlaqədar tərəflərin imzalayaraq təsdiq etdikləri “istismara hazırlıq aktı” rəsmiləşdirilmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
46. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qi ymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
458. Öhdəliyin hər iki tərəfin təqsir i üzündən pozulmasının nəticələri 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 458.2. Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 1
6. Satınalma metodları 16.1. Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender və ya kotirovka sorğusu metodları tətbiq edilməklə elektron satınalma vasitəsilə həyata keçirilir. M a d d ə 2
1. Bir mənbədən satınalma metodundan istifadə şər tləri 21.1. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər: 21.1.1. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; 21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; 21.1.3. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; 21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə. 27. (2018-ci il 30 dekabr tarixədək qüvvədə olmuş redaksiyada) 27.1. Satınalan təşkilat tender prosedurlarının başlanmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini mövcud qanunvericiliyə əsasən müə yyənləşdirir. 27.2. Zəruri hallarda satınalan təşkilat satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilər cəlb edir. 27.3. Satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini satınalan təşkilat tender zərflərinin açıldığı günədək məxfi saxlayır və tender nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir. 27.4. Hər hansı tender təklifinin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənirsə, satınalan təşkilat həmin təklifi rədd edə bilər. Həmin qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir. "X4" Azərbaycan Respublikası Qanunu Maddə
6. Hesablama Palatasının fəaliyyət istiqamətləri 6.0.1. qanunla müəyyən edilmiş qayd ada kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir. Maddə
7. Hesablama Palatasının vəzifələri 7.0.3. kənar dövlət maliyyə nəzarətinin obyektlərində aşağıdakı sahələrdə kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir: 7.0.3.1. icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirlərinin və kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən gəlirlərinin proqnozlaşdırılması, hesablanması, ödənilməsi və digər öhdəliklərin yerinə yetirilməsi; 7.0.3.2. icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) xərclərinin və kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən xərclərinin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi; 7.0.3.3. icmal b üdcədən, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrindən ayrılan vəsaitlərin qanunauyğun, məqsədyönlü, səmərəli və təyinatı üzrə istifadəsi; 7.0.3.4. dövlət əmlakının idarə edilməsi; 7.0.3.5. dövlət satınalmaları; 7.0.3.6. dövlət investisiyaları; 7.0.3.7. dövlət proqramlarına və layihələrinə ayrılmış vəsaitlərin istifadəsi; 7.0.3.8. qrantların və maliyyə (texniki) yardımlarının təyinatı üzrə və səmərəli istifadəsi; 7.0.3.9. ətraf mühitin mühafizəsi, təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına ayrılmış vəsaitlərin istifadəsi; 7.0.3.10. daxili və xarici dövlət borcunun idarə olunması, dövlət zəmanəti ilə cəlb edilmiş borc öhdəliklərinin yerinə yetirilməsi, bağlanmış müqavilələrin şərtlərinə əməl olunması, xari ci ölkələrə və şəxslərə verilən vəsaitlər üzrə öhdəliklərin icrası; 7.0.3.11. dövlət sifarişləri; 7.0.3.12. büdcədənkənar vəsaitlərin formalaşdırılması, yığılması və istifadəsi; 7.0.3.13. büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması və ya idarəetməyə verilməsi; Maddə
27. Kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə baxılması 27.7. Hesablama Palatasının qərarlarının icrası kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən təmin edilməli və qərarda başqa müddət müəyyən edilməmişdirsə, görülmüş tədbirlər barədə qərarların onlara çatdığı gündən bir ay müddətində Hesablama Palatasına məlumat verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Tikintidə müqavilə qiymətlərinin hesablanmasında “bazis-əmsal” üsulunun tətbiq edilməsi haqqında 19 95-ci il 4 sentyabr tarixli 200 nömrəli Qərarı
4. Azərbaycan Respublikası Cavabdeh2nə, maliyyələşdirici banklara, sifarişçi nazirlik, komitə, şirkət və təşkilatlara tapşırılsın ki, tikintisi respublika büdcəsi hesabına aparılan obyektlər üzrə (Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya uyğun) yerinə yetirilmiş işlərin dəyərini ancaq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müəyyən etdiyi əmsallar əsasında hesablanmış məbləğlərdə ödəsinlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi Qaydaları” 3.4. dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsində: 3.4.1. tikintinin bazis qiymətləri səviyyəsindəki dəyəri qüvvədə olan smeta norma və qiymətlərindən istifadə etməklə müəyyən edilir; 3.4.2. tikintinin bazis smeta sənədlərinin düzgünlüyü barədə Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi alındıqdan sonra tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyərinin düzgünlüyü Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktik i hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
51. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
52. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iddiaçının yerinə yetirdiyi işlərin yoxlanılması zamanı Hesablama Palatasının qərarını və yoxlama aktında qeyd olunan azalmanı nəzərə almamış, kassasiya instansiyası məhkəməsinin qərarına əsasən araşdırılmalı məsələləri kənarda saxlamış, işdə olan sənədlərdəki məlumatlar arasında sırf hesablama uyğunluğunun olub-olmamasının müəyyən edilməsi ilə kifayətlənmişdir.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
54. İş materiallarından göründüyü kimi, tərəflər arasında tikinti işlərinin yerinə yetirilməsinə dair podrat müqaviləsi bağlanmış, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya cəmi ödənilməli məbləğ 6.070.026,85 manat təşkil etmişdir (bax §2,3).
55. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
56. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunve riciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər;
57. Həmin məcəllənin, 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əmələ gəlməsi əsasıdır;
58. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hüquqi şəxs, öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər (49.2).
59. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən, A zərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
60. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının mənası ilə əlaqədar olaraq hazırkı işlə bağlı qeyd edir ki, cavabdeh dövlət orqanı hazırki halda mülki hüquq münasibətinin hüquqi şəxs kimi tərəfi olmuş, cavabdehin kassasiya şikayətində istinad etdiyi iş üzrə Ali Məhkəmənin qərarında da qeyd olunduğu kimi iddiaçının qiymətlə bağlı təklifi cavabdeh tərəfindən qəbul olunaraq podrat müqaviləsi və borcun mövcudluğuna dair üzləşmə aktı imzalanaraq möhürlə təsdiq olunmuşdur. 61. “X4” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, icmal büdcənin, o cümlədən dövlət büdcəsinin v ə büdcədənkənar dövlət fondlarının (təsisatlarının) icrası barədə illik hesabatlara və müvafiq qanun layihələrinə rəy verilməsi, icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) xərclərinin və kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən xərclərinin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi, icmal büdcədən, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrindən ayrılan vəsaitlərin qanunauyğun, məqsədyönlü, səmərəli və təyinatı üzrə istifadəsi və s. Hesablama Palatasının vəzifələri sırasına aid edilmişdir (Qanunun 7.0.2, 7.0.3.2, 7.0.3.3-cü maddələri).
62. Cavabdeh kassasiya şikayətində həmçinin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi eksper t rəyini də mübahisələndirmiş və məhkəmə tərəfindən ekspertə tədqiqat obyektinə yerində baxış keçirilməsinə şərait yaradılmalı olduğunu bildirmişdir.
63. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində məhkəmə ekspertizasının təyin edilməsindən əvvəl keçirilən iclaslarda üçüncü şəxsin nümayəndəsi smetada göstərilən avadanlıqların cəmi qiyməti ilə Forma 2 sənədlərində göstərilən avadanlıqların qiymətləri arasında fərqlər müəyyən edildiyinə görə audit rəyində artıq hesablandığını bildirmişdir. Məhz bu səbəbdən, ekspertiza təyin olunan zaman ekspert qarşısında smeta sənədləri ilə Forma 2 sənədlərinin müqayisə edilib tədqiqat aparılması sualı qoyulmuşdur. Həmçinin, cavabdehin istinad etdiyi Hesablama Palatasının audit rəyi də mövcud sənədlər əsasında qəbul edildiyin dən və həmin sənədlər əsasında aparılmış hesablamalara əsasən Hesablama Palatası 2018-ci ildə qərar qəbul etdiyindən ekspert tərəfindən də həmin sənədlər əsasında rəy verilməsi qanuni və əsaslı olmuşdur. Ekspert rəyi ilə isə, tərtib olunmuş smeta sənədləri ilə tərəflər arasında tərtib edilmiş tikintiquraşdırma işlərinin qəbulu aktları (Forma-2) və yerinə-yetirilmiş işlərin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışlarda göstərilən podrat işləri və onların dəyərləri arasında hər hansı uyğunsuzluqların mövcud olmadığı müəyyən edilmişdir.
64. Cavabdeh kassasiya şikayətinin digər dəlilində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının hansı formada düzgün tətbiq olunmamasına dair əsaslarını göstərməmiş, yalnız işin müqavilə və işlərin görülməsi ilə əlaqəli faktiki hallarını sadalamışdır.
65. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416.1-ci maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahi yyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. 66. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə görə Azərbaycan Respublikasında malların (işlərin) və xidmətlərin dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir.
67. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun b ir mənbədən satınalma üsulundan istifadə edə bilər: satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə, onlara sərf ediləcək vaxt baxı mından məqsədəuyğun olmadıqda; satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə (Qanunun 21.1.1, 21.1.2, 21.1.3, 21.1.4). 68. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanına əsasən, həmin Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini 2016-cı il 20 may tarixinədək Satınalmalar üzrə Dövlət Agentliyi həyata keçirmi şdir.
69. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Dövlət satınalmaları haqqında” Qanunun 21.1-ci maddəsində nəzərdə tutulmuş bir mənbədən satınalma metodundan istifadə etməklə Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) tikintisi ilə bağlı ilk olaraq "xxxx" MMC ilə podrat müqaviləsi bağlanmış, müqavilədə Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin 25 dekabr 2013-cü il tarixli İÇ/2723 saylı məktubuna istinad olunmuş, hazırkı mübahisənin predmetinə aid 2015-ci il 17 sentyabr tarixli podrat müqaviləsi isə ilk podrat müqaviləsi üzrə yerinə yetirilməmiş tikinti işlərinin davam etdirilməsi məqsədilə bağlanılmışdır.
70. Göründüyü kimi podrat müqavilələri bağlanark ən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilən malların (işlərin) və xidmətlərin dövlət satınalmaları metodlarına dair qaydalar pozulmamışdır.
71. Həmçinin, tərəflər arasında 2015-ci il 17 sentyabr tarixli müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında” 200 saylı 04.09.1995-ci il tarixli Qərarının (01.07.2017-ci ildən ləğv edilmiş) 4-cü bəndində Azərbaycan Respublikası Cavabdeh2nə, maliyyələşdirici banklara, sifarişçi nazirlik, komitə, şirkət və təşkilatlara tapşırılmışdır ki, tikintisi respublika büdcəsi hesabına aparılan obyektlər üzrə (Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya uyğun) yerinə yetirilmiş işlərin dəyəri ni ancaq Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin müəyyən etdiyi əmsallar əsasında hesablanmış məbləğlərdə ödəsinlər.
72. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 272 saylı 2008-ci il 5 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələrlə həyata keçirilməsi Qaydaları”nın (01.07.2017-ci ildən ləğv edilmiş) 3.4-cü bəndinə əsasən dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsində: tikintinin bazis qiymətləri səviyyəsindəki dəyəri qüvvədə olan smeta norma və qiymətlərindən istifadə etməklə müəyyən edilir (3.4.1); tikintinin bazis sənədlərinin düzgünlüyü barədə Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi alındıqdan son ra cari qiymətlər səviyyəsində ehtimal olunan dəyərinin düzgünlüyü Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən edilir (Qaydaların 3.4.1, 3.4.2-ci bəndləri).
73. İş materiallarından da müəyyən edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu Zığ qəsəbəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ərazisində 3 mərtəbəli 3000 yerlik yeməkxanası binasına (İ mərhələ) dair 2014-cü il 16 sentyabr tarixli 18625 nömrəli rəy, həmin yeməkxanası binasına (dəyişikliklə əlaqədar) dair 2015-cü il 22 sentyabr tarixli 20753 nömrəli rəy və həmin ərazidə qazanxana binasına dair 2016-cı il 15 iyul tarixli 22408 nömrəli rəy verilmişdir.
74. Eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən “Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ərazisində 3 mərtəbəli 3000 yerlik yeməkxanası binası (İ mərhələ)” obyekti üzrə nəzərdə tutulmuş tikintiquraşdırma işlərinin 2014-cü ilin sentyabr ayında mövcud olan cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəli, “Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ərazisində 3 mərtəbəli 3000 yerlik yeməkxanası binası (dəyişikliklə əlaqədar)” obyekti üzrə 2015-ci il 1 avqust tarixə qalıq olan tikinti-quraşdırma işlərinin 2015-ci ilin sentyabr ayında mövcud olan cari qiymətlər səviyyəsində e htimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəli və əmək haqqı xərcləri üzrə artım əmsalı və ehtimal olunan müqavilə dəyərinin hesabatı və “Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qazanxana binasının təmiri” obyekti üzrə nəzərdə tutulmuş təmir-tikinti işlərinin 2016-cı ilin iyul ayında mövcud olan cari qiymətlər səviyyəsində ehtimal olunan müqavilə dəyərinin 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəli və əmək haqqı xərcləri üzrə artım əmsalı və ehtimal olunan müqavilə dəyərinin hesabat tərtib edilmişdir.
75. Göründüyü kimi tərəflər arasında 2015-ci il 17 sentyabr tarixli müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kab inetinin yuxarıda qeyd olunan qərarlarının tələblərinə də əməl edilmişdir.
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materialları əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
77. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(102)-488/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
78. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
79. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 sentyabr tarixli, 2-2(102)-488/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.