Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-75/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 2-2(103)-827/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ şin halları
1. İddiaçı MMC tərəfindən Cavabdeh 94.266,31 manat məbləğində malların təqdim edilməsi barədə 2022-ci il 24 sentyabr tarixli EBCE 493085 nömrəli elektron qaimə göndərilmişdir.
2. İddiaçı MMC ilə sahibkar Cavabdeh arasında 2022-ci il 24 sentyabr tarixli borcun etirafı müqaviləsi bağlamışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən, sahibkar etiraf edir ki, onun şirkətə 94.267 manat borcu vardır. - 1.2-ci bəndinə əsasən, sahibkar və şirkət təsdiq edirlər ki, borc şirkət tərəfindən sahibkara 2020-2022-ci illərdə müxtəlif toxumların, gübrələrin və digər kənd məhsullarının satışı zamanı yaranmışdır. - 1.3-cü bəndinə əsasən, sahibkar 94.267 manat məbləğində olan borcu 2022-ci 24 dekabr il tarixinədək şirkətə qaytarmağı öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, sahibkar aşağıdakı müddətlərdə və qaydada borcu şirkətə qaytarmağı qeyd-şərtsiz olaraq öhdəsinə götürür: 2022-ci il 30 oktyabr – 35.000 manat, 2022-ci il 30 noyabr – 35.000 manat, 2022-ci il 30 dekabr – 94.267 manat. - 3.2-ci bəndinə əsasən, vaxtı keçmiş borc əmələ gəldikdə, sahibkar şirkətə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan hər gecikdirilmiş gün üçün vaxtı keçmiş borca 0,1 faizlə hesablanan faizlər ödəməlidir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 10 yanvar tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.666 manat əsas borcun və 2024-cü il 13 may tarixinə kimi hesablanmış 10.833 manat penyanın alınaraq iddiaçıya veril məsi, bundan əlavə cavabdehdən sonrakı gecikdirməyə görə də gecikdirmənin hər günü üçün qalıq borca 0,1 faiz penya hesablanıb alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə öhdəliyini pozaraq aldığı malların dəyərini ödəməmişdir.
5. İddiaçı tərəf məhkəmə iclasında bildirmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə satılan malların dəyəri ödənilməmişdir. Bundan sonra həmin borca dair tərəflər arasında borcun etirafı müqaviləsi bağlanmış və həmin müqavilədə borc məbləğinin 94.267 manat olması təsdiq olunmuşdur. Həmin məbləğ hissələrə bölünərək 2022-ci il 30 dekabr tarixinə kimi ödənilməli idi. Cavabdeh tərəfindən müəyyən gədən ödənişlər edilmiş, lakin 21.666 manat ödənilm əmiş qalmışdır. Borcun etirafı müqaviləsində borcun ödənişinin gecikdirilməsinə görə 0,1 faiz dəbbə pulunun hesablanması nəzərdə tutulmuşdur.
6. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o, müqaviləyə imza etsə də, elə bir məhsul almamış, toxumun həmin həcmdə alınması onun fəaliyyətinə uyğun olmamış, gübrələr və mayalanma dərmanları almış, lakin hazırda iddiaçının iddia etdiyi məhsulları almamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 21 may tarixli e-2-2(113)-984/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 21.267 manat əsas borc və 1.063 manat dəbbə pulu olmaqla, cəmi 22.330 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – G.Namazova).
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehə 2022-ci il 24 sentyabr tarixində cəmi 94.266,31 manat məbləğində mallar satılmış, e-qaimə göndərilmiş və borcun hissə-hissə 2022-ci ilin sonuna kimi ödənilməsini nəzərdə tutan tərəflər arasında borcun etirafı müqaviləsi yazılı qaydada bağlanmışdır. Bundan sonra cavabdeh tərəfindən üç dəfə olmaqla EBCE 493085 nömrəli 2022-ci il 24 sentyabr tarixli elektron qaiməyə istinadən cəmi 73.000 manat ödəniş edilmişdir.
9. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – e-qaimə, borcun etirafı müqaviləsi, qismən ödəniş sənədləri ilə təsdiq olunduğu üçün tələbin qismən təmin olunması üçün əsaslar mövcud olmuşdur.
10. İddiaçı tərəfindən 21.666 manat əsas borc tələb edilsə də, ödənilməyən borcun məbləği 21.267 ma nat təşkil etmişdir (94.267 manat borc – 73.000 manat ödəniş = 21.267 manat). Beləliklə, məhkəmə 21.267 manat məbləğində əsas borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
11. Məhkəmə iddia ilə tələb olunan 10.833 manat penyanın azaldılaraq 1.063 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmiş, iddianın sonrakı gecikdirməyə görə də, gecikdirmənin hər günü üçün qalıq borca 0,1 faiz penya hesablanmaqla alınaraq iddiaçıya ödənilməsi tələbini əsassız hesab etmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 443.1, 462.1, 467, 567, 568.1, 600.1 və 882.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslan dırmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 2-2(103)-827/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – Z.Şirinov və V.Baxışova).
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində yoxlayaraq qeyd etmişdir ki, tərəflər arasında 2022-ci il 24 sentyabr tarixli borcun etirafı haqqında müqavilənin imzalanması işin mübahisəsiz halını təşkil etmişdir. Bununla belə, cavabdeh həmin müqavilənin əsa sı olmuş alqı-satqı müqaviləsini mübahisələndirmişdir. Belə ki, cavabdeh müqavilə predmetini təşkil edən məhsulların növü və miqdarının onun fəaliyyətinin həcminə, eləcə də sahəsinə uyğun olmadığını bildirmişdir. Həmçinin cavabdeh aldadılmasına istinad edərək 2022-ci il 24 sentyabr tarixli borcun etirafı haqqında müqaviləni mübahisələndirmişdir.
16. Kollegiya həmin müqavilə üzrə borcun tutulması barədə iddianın əsaslı, cavabdehin dəlillərinin isə əsassız olması qənaətinə gəlmişdir. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını MM-in 882.1-ci maddəsi təşkil edir.
17. İş materiallarından da müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehə 2022-ci il 24 sentyabr tarixində cəmi 94.266,31 manat məbləğində mallar satılmış, e-qaimə göndərilmiş və borcun hissə-hissə 2022-ci ilin sonuna kimi ödənilməsini nəzərdə tutan tərəflər arasında borcun etirafı müqaviləsi yazılı qaydada bağlanmışdır. "xxxx" QSC-nin Nərimanov filialının 2022-ci il 28 oktyabr tarixli mədaxil qəbzinə əsasən cavabdeh tərəfindən 493085 nömrəli 2022-ci il 24 sentyabr tarixli elektron qaiməyə əsasən 10.000 manat, 2022-ci il 14 noyabr tarixli mədaxil qəbzinə əsasən 12.000 manat və 2022-ci il 21 noyabr tarixli mədaxil qəbzinə əsasən 51.000 manat (cəmi 73.000 manat) ödənişlər edilmişdir. Qeyd olunan halları və MM-in 882.1-ci maddəsinin dispozisiya şərtlərini nəzərə alaraq kollegiya iddiaçının 21.267 manat məbləğində əsas borcun tutulmasını tələb etməkdə haqlı olması qənaətinə gəlmişdir (94.267–73.000= 21.267).
18. Cavabdehin dəlilləri isə əsassız olmuşdur. Belə ki, mülki qanunvericiliyə əsasən, MM-də nəzərdə tutulan başqa göstərişlər olmadığı halda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Belə ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da, tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır.
19. Eyni zamanda, mülki qanunvericiliyin digər normalarının mənasına görə, mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisəl ərə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır.
20. Müqavilənin etibarsızlığı ilə bağlı qeyd edilmişdir ki, cavabdeh iddiaçının onun aldatması ilə bağlı heç bir sübut təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa, müqavilə imzalandıqdan sonra cavabdeh cəmi 73.000 manat ödəniş etmişdir. Göründüyü kimi, cavabdeh nəinki borcun etirafı haqqında müqaviləni imzalamış, hətta müqaviləyə uyğun olaraq öz öhdəliklərini hərəkətləri ilə təsdiq etmiş, hazırda isə həmin müqaviləni mübahisələndirmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi g əldiyi nəticəni MM-in 337.1, 339.1, 339.2, 462.1, 881.5, 882.1 və 882.2-ci, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 9-cu maddəsi üzrə - Cavabdehin nümayəndəsi Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-3460/2024 nömrəli mülki iş üzrə 2024-cü il 1 oktyabr saat 16:20-yə təyin edilmiş məhkəmə iclasında iştirak edəcəyi üçün Bakı Apellyasiya Məhkəməsinin eyni tarixə və vaxta, yəni 2024-cü il 1 oktyabr saat 16.20-yə təyin etdiyi məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə apellyasiya məhkəməsinə yazılı ərizə təqdim edərək göstərilən səbə bdən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, əsaslandırılmış ərizə qanunsuz olaraq nəzərə alınmamış, onun iştirakı olmadan məhkəmə iclası keçirilərək yekun məhkəmə aktı çıxarılmaqla, göstərilən prosessual hüquq norması pozulmuşdur.
24. MM-in 324.5-ci maddəsi üzrə - Məhkəmə iddiaçının təqdim etdiyi borcun etirafı haqqında müqaviləni təfsir edərkən, onun həqiqi məzmununu yalnız hərfi mənaya görə təfsir etmiş, tərəflərin hüquq münasibətinə girərkən güddükləri əsl niyyət və iradə ifadələrini nəzərə almayaraq, onların münasibətlərini ağlabatan mühakimə əsasında müəyyənləşdirməməklə göstərilən maddi hüquq normasını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsini n qətnaməsinin dəbbə pulunun müəyyənləşdirilməsinə aid hissəsinə dəyişiklik olunaraq, cavabdehdən 1.063 manat deyil, 2024-cü il 13 may tarixinə kimi hesablanmış 10.833 manat, həmin tarixdən sonrakı gecikdirmənin hər günü üçün əlavə 0,1% dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini, qətnamənin qalan hissəsini dəyişdirilmədən saxlanılmasını, cavabdehin 500 manat cərimə olunmasını xahiş etmişdir.
26. Etiraz onunla əsaslandırılmışdır ki, 2022-ci il 24 sentyabr tarixli EBCE seriyalı 493085 nömrəli elektron qaimədən aydın məlum olanlara görə, həmin qaimə ilə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 94.266,31 manat dəyərində mal, o cümlədən 16.916,31 manat dəyərində 154.000 ədəd hazır paketlənmiş arı və 77.350,00 manat dəyərində 455.000 ədəd tərəvəz toxumu təqdim olun muş (satılmış) və cavabdeh bu malları təhvil almasına dair qaiməyə imza etmişdir.
27. Həm iddiaçının rəhbərinin və həm də fərdi sahibkar olan cavabdehin imzalamış olduqları 2022-ci il 24 sentyabr tarixli "borcun etirafı müqaviləsi"nə gəldikdə isə aydın şəkildə görünür ki, tərəflər bu müqaviləni alqı-satqıdan yaranmış borcun, borclu tərəfindən qısa müddətdə ödənilməsini təmin etmək məqsədilə tərtib edib imzalamışlar. Bu məqsədlə də müqavilədə borcun ödənilməsi üçün konkret vaxt müəyyən edilmiş və hətta borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulu da nəzərdə tutulmuşdur. Göründüyü kimi, müqavilənin məzmunu da, onu imzalayan tərəflərin niyyətləri də tamamilə aydın olmuşdur və bu müqavilənin əlavə olaraq təfsirinə heç bir ehtiyac yoxdur.
28. Bundan əlavə, müqavilənin 1.4-cü bəndində a ydın şəkildə o da göstərilmişdir ki, müqavilə bağlanarkən cavabdeh hər hansı yanılma, aldanma, təzyiq və təhdidlər altında olmamışdır, həmin müqaviləni bağlamaq niyyəti əvvəlcədən düşünülmüş qəsd deyildir və nə də onun ağır vəziyyətindən irəli gəlməmişdir. 29. "Borcun etirafı müqaviləsi"nin 7.2-ci bəndindən də göründüyü kimi, həmin müqavilə imzalandıqdan sonra onun bir nüsxəsi cavabdehdə qalmış və onun müqavilənin şərtləri ilə bir daha tanış olmaq imkanı olmuşdur.
30. MM-in 337.2-ci maddəsinə görə, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Lakin göstərilən müqavilənin bağlanmasından kifayət qədər çox vaxt keçməsinə baxmayaraq cavabdeh məhkəmə baxışına qədər bir dəfə də olsun müqavilədə göstərilənlərə etirazını bildirmə mişdir. Əksinə o, müqavilədə ödənişlə bağlı 2022-cİ ilin oktyabr, noyabr ayları üçün üzərinə götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirərək borcun 73.000 manatını bu aylarda ödəmişdir. Qalıq borcla əlaqədar telefon vasitəsi ilə danışıqlar aparılarkən isə cavabdeh və onun mühasibi Mahmud İbrahimov qalan 21.267 manat borcun da ödəniləcəyini vəd etmişlər. 31. 2023-cü il 5 may tarixində sifarişli poçt göndərişi vasitəsi ilə cavabdehə pretenziya göndərilmiş, həmin pretenziya həm də onun dövlət vergi xidmətinin elektron informasiya sistemindəki şəxsi kabinetinə yerləşdirilmiş, bundan sonra isə məsələnin mediasiya vasitəsi ilə həlli ona təklif edilmiş, lakin cavabdeh tərəfindən yenə də etiraz formasında hər hansı iradə ifadəsi bildirilməmişdir.
32. Cavabdeh 21.267 manat qalıq borcu ödəməkdən yayınmaq fikrinə sonradan düşmüş, bu məqsədə nail olmaq üçün isə onun birinci instansiya məhkəmənin iclaslarında iştirak edən vəkili Vəkil izahatlar verərək uydurma və ziddiyyətli əsaslar təqdim etmişdir. Həmin izahatlarda gah "borcun etirafı müqaviləsi"nin iddiaçının vergi problemi ilə əlaqədar formal olaraq tərtib olunduğu və cavabdehin həmin müqaviləni bu cəmiyyətin rəhbərinin xahişi ilə imzaladığı, gah müqavilənin cavabdehdən qanunsuz olaraq müəyyən pul məbləği qoparmaq niyyəti ilə tərtib edildiyi və aldadılaraq ona bu müqaviləyə imza etdirildiyini, gah cavabdehin 94.266,31 manat dəyərində malı tamamilə almadığı, göstərilən mallara görə 73.000 manat ödəniş olunmasını təsdiq edən sənədlər iddiaçı tərəfindən təqdim edildikdən sonra isə onun cəmisi 73.000 manat dəyərində mal aldığı və də yərini də ödənildiyini göstərmişdir. Lakin bunları təsdiq edən sübut təqdim edə bilməmişdir.
33. Cavabdehin vəkili Vəkil üzrlü səbəbdən 2024-cü il 1 oktyabr tarixində apellyasiya məhkəməsində işə baxılmasında iştirak edə bilməməsinə, məhkəmənin bunu nəzərə almayaraq işə onun iştirakı olmadan baxmasına və bununla da MPM-in 9-cu maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipini pozmasına gəldikdə isə MPM-in 376-cı maddəsinə görə işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi apellyasiya instansiyasında işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəbdən gəlmədikləri hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Göründüyü kimi, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş işdə iştirak edən şəx slərin üzrlü səbəbdən gəlməməsinə görə məhkəmə baxışının təxirə salınması məhkəmənin vəzifəsi deyil, hüququdur. Ona görə də həmin işə cavabdehin vəkilinin iştirakı olmadan baxılmasında hər hansı qanun pozuntusu mövcud deyil. Digər tərəfdən, cavabdehin vəkili Vəkil üzrlü səbəbdən məhkəmə baxışında iştirak edə bilmədiyi halda cavabdehin özü vəkilsiz də həmin prosesdə iştirak edə bilərdi. Bundan əlavə, cavabdehin vəkili Vəkil işə birinci instansiya məhkəmədə baxılarkən dəfələrlə həm hazırlıq iclasında, həm də məhkəmə baxışında iştirak etmiş və bu zaman yalnız uydurma və ziddiyyətli izahatlar vermiş, lakin bu izahatlarda göstərdiyi halları təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Kassasiya baxışının hədləri
34. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə m übahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun n əticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər....” “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora öd əməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir)....” “Maddə
881. Barışıq razılaşması haqqında müqavilə... 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.” “Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edil məsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz....” 37. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbayca n Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məh kəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: · həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdi n şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; · müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik ol an şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətlə ri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.”
38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
376. İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələrinin nəticələri... 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
40. Kassasiya şikayətinin prosessual hüquq pozuntusu ilə əlaqədar dəlili ondan ibarətdir ki, cavabdehin nümayəndəsi başqa məhkəmə iclasında iştirak edəcəyi üçün Bakı Apellyas iya Məhkəməsinin eyni tarixə və vaxta, yəni 2024-cü il 1 oktyabr saat 16.20-yə təyin etdiyi məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə apellyasiya instansiyası məhkəməsinə yazılı ərizə təqdim edərək göstərilən səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, əsaslandırılmış ərizə qanunsuz olaraq nəzərə alınmamış, onun iştirakı olmadan məhkəmə iclası keçirilərək yekun məhkəmə aktı çıxarılmaqla, MPM-in 9-cu maddəsi pozulmuşdur.
41. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi sözügedən məhkəmə iclasında cavabdehin nümayəndəsinin həmin vəsatətini protokol-qərardadla təmin etməmiş, bunu vəsatətə sübutların əlavə olunmaması ilə əsaslandırmışdır (i/v 118).
42. MPM-in 376.2-ci maddəsinin (bax § 38) məzmunundan aydın olur ki, işə baxılmanın va xtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin üzürlü səbəblər gətirmədən iclasa gəlməməsi işə baxılmasına mane olmur. Qanun belə hallar üçün apellyasiya instansiyası məhkəməsinə işin baxılmasını təxirə salmaq vəzifəsi müəyyən etməmişdir.
43. Digər tərəfdən, iş materiallarından görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin iclaslarında iştirak edərək ona qarşı irəli sürülmüş iddia tələbləri üzrə mövqeyini məhkəməyə bildirmiş və apellyasiya instansiyası məhkəməsinə aşağı instansiyada təqdim edə bilmədiyi hər hansı yeni sübut təqdim etməmişdir.
44. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi çəkişmə prinsipinin təmin olunması ilə bağlı hər hansı prosessual pozuntuya yol verməmişdir.
45. Kassasiya şikayətini n işin mahiyyəti ilə bağlı olan dəlili ilə eyni məzmunda olan dəlil isə iş materiallarından görünür ki, apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlili cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.
46. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
47. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin digər dəlili üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlildə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndir ərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 38) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 38) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
48. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 2-2(103)-827/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 1 oktyabr tarixli 2-2(103)-827/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə