Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-750/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə yaranmış borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 23.11.2022 hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “11.527,95 manat borc, 123,50 manat dövlət rüsumu və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 avqust tarixli 2-2( 107)-58/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 12 ay müddətinə bağlanmış 2019-cu il 1 dekabr tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh icarəsində olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 50 ha torpaq sahəsində İddiaçı MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada təhvil vermə yi, İddiaçı MMC isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər ha üçün 1234 manat vəsait xərclənəcəkdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2 saylı əlavəsi ilə müəyyən olunur ki, yazlıq şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı, mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) İddiaçı MMC-nin vəzifə öhdəliyi olmaqla, sonuncu tərəfindən bu xidmətə görə 1 ha torpaq sahəsi üçün 150 manat xidmət xərci müəyyənləşdirilmişdir.
3. İddiaçı tərəfindən cavab dehə ünvanlanmış 416/2021 saylı pretenziya məktubundan görünür ki, iddiaçı 10 gün müddətində 12.620,15 manat pulu cavabdehdən tələb etmiş, cavabdehin öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.
4. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyası barədə 5 gün qabaqcadan xəbərdar edilmiş, lakin prosesdə iştirak etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) Cavabdeh (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 11.527,95 manat borc, 123,50 manat dövlət rüsumu və 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 1 dekabr tarixli müqaviləyə əsasən cavabdeh 28 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 980 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 19.231 manat məbləğində mal və xidmət satılmaqla və 2.000 manat pul vəsaiti avans olaraq kart hesabına köçürülməklə, toplam 21.231 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya cəmi 9.703,05 manat dəyərində şəkər çuğunduru təhvil verilmiş, nəticədə cavabdehin cəmiyyətə 11.527,95 manat borcu yaranmışdır.
7. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexni ki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir.
8. Müqavilə şərtlərinə görə, təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdehdən tələb olunacaqdır. Cavabdehin ümumilikdə 11.527,95 manat borclu olması ödəniş tapşırıqlarında, elektron hesab-fakturalarda və maliyyə arayışlarında təsdiq edilir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməs ini məhkəmədən xahiş etmişdir.
9. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 425.1, 442-ci maddələrinə istinad edilmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə etirazla birinci instansiya məhkəməsinə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə iddiaçı əməl etməyərək, Şəki rayonu ərazisində yerləşən 15 ha çuğundur əkilmiş ərazinin cəmi 2 ha hissəsindən çuğundur çıxarılmasını təmin etmişdir.
11. Şəki Kommersiya Məhkəməsinin 2022-ci il 6 may tarixli, e-2-2(117)-227/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – R.Məcidov).
12. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər aras ında bağlanmış müqavilədə tərəflər Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 50 ha torpaq sahəsində şəkər çuğundurunun əkilməsi ilə bağlı razılaşsalar da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə Qax rayonu Almalı kəndində yerləşən 7,189 ha və Şəki şəhəri Olimpiya idman kompleksi ətrafında 45 ha torpaq sahələrini icarəyə götürmüş və tərəflər arasında bağlanmış müqavilənin icrası məhz icarəyə götürülmüş torpaq sahələrində baş tutmuşdur.
13. Eyni zamanda, məhkəmə araşdırması zamanı 2019-cu il 1 dekabr tarixli müqavilənin 1 saylı və 2 saylı əlavələri ilə müəyyən olunmuşdur ki, yazlıq şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) iddiaçının vəzifə öhdəliyi olmaqla, sonuncu tərəfindən bu xidmətə görə 1 ha torpaq sahəsi üçün 150 manat xidmət xərci müəyyənləşdirilmişdir. Göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə iddiaçı tərəfindən təmin edilən məbləğ məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılmalı, qalan məbləğ cavabdehə ödənilməlidir.
14. Müqaviləyə 2 saylı əlavədə nəzərdə tutulmuş aqrotexniki xidmətlər, o cümlədən 19cu bəndində qeyd olunmuş mexaniki üsulla məhsul yığımını təmin etmək iddiaçının, həmin xidmətlərə görə müəyyən edilmiş haqqın müqavilə ilə müəyyənləşdirilmiş şəkildə ödənilməsini təmin etmək isə cavabdehin öhdəliyi olmuşdur.
15. Buna baxmayaraq işin faktiki halları ilə müəyyən olunmuşur ki, iddiaçı cəmiyyət müqavilə üzrə öhdəliyini qismən yerinə yetirmiş, məhsul əkinindən əvvəl əkin sahəsini n daşlı olmasından məlumatlı olmasına və sahədə məhsul yetişməsinə baxmayaraq məhsul yığımını tam həyata keçirməmiş və məhsul çürüyərək batmışdır.
16. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək şəkər çuğunduru əkib-becərməsinə baxmayaraq, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək əvvəldən torpaqda müayinə aparmaqla şəkər çuğunduru əkilməsi üçün təsərrüfat imkanlarını nəzərdən keçirib rəy verdiyindən, məhsul bitdikdən sonra isə torpağın daşlı olmasını bildirərək məhsul yığımından imtina etdiyindən və iddiaçının təqsiri ucbatından məhsul çürüyərək batdığından, iddiaçı hazırkı iddia tələbində haqlı deyildir və şərtlərini yerinə yetirmədiyi müqavilə üzrə cavabdehdən hazırkı iddia tələbi üzrə pulun tutulmasını tələb edə bilməz.
17. Ey ni zamanda məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında cavabdehin şəkər çıxarmaqdan imtina etməsi, yayınması və çuğundurun çıxarılmasına etinasız yanaşması barədə izahatına münasibətdə qeyd etmişdir ki, əvvəla məhsulun yığımının həyata keçirilməsi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçının öhdəliyi olduğundan sonuncu öhdəliklərini yerinə yetirmək, xidmətlərin qarşılığında ödədiyi pulu almaq və gəlir əldə etmək üçün məhsul yığımında maraqlı olmalı idi. Bundan başqa cavabdehin həmin daşlı torpaq sahəsindən məhsul yığımı ilə bağlı hər hansı səy göstərməsi, aqreqat gətirməsi və s. iş materialları ilə öz təsdiqini tapmır.
18. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə iclasında ərazinin daşlı olması ilə bağlı cavabdehə İran istehsalı kotanın verildiyini və cavabdehin yığımı həyata keçirməkdən imtina etdiyini bildirsə də, məhkəmə sonuncunun bu dəlillərini qəbul etməyərək qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə məhsulun yığılmasına səy göstərməsinə dair iş materiallarında sübut mövcud deyildir. Bundan başqa hətta kotanın verilməsi həqiqət olmuş olsa belə iddiaçının nümayəndəsinin bildirdiklərinin əsassızlığı eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 2 saylı əlavəsi ilə bir daha təsdiq olunur.
19. Belə ki, müqavilənin 2 saylı əlavəsi ilə müəyyən olunmuşdur ki, yazlıq şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı, mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) iddiaçının vəzifə öhdəliyi olmuşdur. Müqavilə şərtlərinə əsasən iddiaçı məhsulu özü yığmalı, çıxarılmalı və yükləmə işlə rini həyata keçirməli olduğu halda məhsulun çıxarılması ilə bağlı məsuliyyətini cavabdehə ötürməyə çalışır ki, bu da tərəflər arasında bağlanmış müqavilə şərtlərinə ziddir və bununla bağlı cavabdehin təqsiri yoxdur.
20. Əksinə məhkəmə araşdırması zamanı məhsulun əkildiyi, biçilməsi zamanı iddiaçının əməkdaşı olmuş (2013-cü il 1 may - 2021-ci il 18 fevral tarixlərində işləmişdir) və şahid qismində 2022-ci il 22 aprel tarixli məhkəmə iclasında dinlənilmiş X1 (bundan sonra - “F.Quliyev”) ifadəsi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisəli ərazidə kombayn vasitəsi ilə 2 ha yaxın ərazidə biçin işləri aparılmışdır. Bundan sonra ərazinin daşlı olması ilə bağlı biçin işlərinin aparılmasından imtina edilmiş və Qax rayonu Almalı kəndində cavabdeh tərəfindən əkilmiş 6 ha məhsulun biçini aparılmışdır. Bu səbəbdən də cavabdehə 8 ha torpaq sahəsinin biçilməsi ilə bağlı elektron qaimə təqdim edilmişdir.
21. İşin araşdırılması zamanı məhsulun yetişməsi və iddiaçının məhsulun yığılmasından imtinası şahid F.Quliyevin ifadəsi ilə təsdiqini tapmışdır. Şahidin iddiaçının həmin dövrdə əməkdaşı olması və Şəki rayonu ərazisində məsul şəxs olması, eyni zamanda mübahisəli əraziyə nəzarət etməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, sonuncunun iddiaçı ilə 2013-cü il 1 may - 2021-ci il 18 fevral tarixlərində əmək münasibətlərində olması adına olan ******* nömrəli əmək kitabçası ilə təsdiqini tapmışdır.
22. Eyni zamanda iddia tərəfi məhsulun yetişməsini mübahisələndirməmiş və borcun yaranmasının səbəblərini cavabdehin məhsulu toplamaqdan imtina etməsi ilə əsaslandırmışdır. İddiaçının d əlillərinə məhkəmə tərəfindən qiymət verilmiş, şahid ifadəsi işin araşdırılması zamanı müəyyən edilmiş halları təsdiq etdiyindən və şahidin işin nəticəsində marağı olmadığından onun ifadəsi məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir.
23. Digər şahid X2 (bundan sonra - “A.Səmədov”) ifadəsi digər şahidin ifadəsinə uyğun olsa da, məhkəmə sonuncunun ifadəsini sübut qismində qəbul etməmişdir. Belə ki, iddiaçının nümayəndəsinin müqavilənin cavabdehlə bağlanmasına baxmayaraq işin sahibinin A.Səmədovun olmasına dair iddia dəlilləri birbaşa sübutlarla təsdiqini tapmasa da, məhkəmə şahidin işin nəticəsində maraqlı olması ehtimalını nəzərə alaraq onun ifadəsini faktı təsdiq edən sübut kimi qəbul etməmişdir.
24. Göründüyü kimi, mübahisəli ərazidə 15 ha şəkər çuğundurunun əkilməsinə, məhsulun yetiş məsinə və həmin ərazidə 2 ha ərazinin iddiaçı tərəfindən biçilməsinə baxmayaraq, iddiaçı müqavilə öhdəliklərini tam yerinə yetirməyərək 13 ha ərazidə biçin işlərini aparmamış və yetişmiş məhsul məhv olmuşdur ki, bu halın iddiaçının təqsirindən baş verməsi aşkardır.
25. Bu səbəbdən də iddiaçının irəli sürdüyü iddia tələbi əsassızdır və rədd olunmalıdır.
26. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 385.1, 386.1, 404.1, 404.2, 442, 445.2, 448.1, 448.2, 449.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 avq ust tarixli 2-2(107)-58/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – A.Eyvazov və İ.Şükürov).
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarı §§ 10-23) ilə razılaşmışdır.
30. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 1997-ci il 11 iyul tarixli 4 saylı Qərarının 2.4-cu bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumаresku Rumuniyаyа qаrşı”, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana” qarşı iş üzrə 2008-ci il 6 mart tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
32. Qətnamə 2022-ci il 15 avqust tarixində tərəflərə göndərilmişdir.
33. İddiaçının vəkili və nümayəndəsi 2022-ci il 24 sentyabr tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.2-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflər arasında bağlanılan müqavilənin 2 saylı əlavəsində iddiaçı tərəfindən təklif edilən 19 xidmət növü göstərilmişdir. Həmin 19 xidmətdən 18-i şəkər çuğundurunun yetişdirilməsi üzrə zəruri aqtortexniki xidmətlərdir. 1 xidmət növü isə yetişmiş şəkər çuğundurunun biçilməsini, çıxarılmasını və yüklənməsini əhatə edir. Cavabdeh tərəf birinci və apellyasiya instansiyalarında etiraf etmişdir ki, məhsul yetişərək biçilməyə hazır vəziyyətə gəlmişdir. Deməli işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilən 18 xidmət öz nəticəsini vermişdir. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi öz qətnamələrində qeyd etmişdirlər ki, məhsulun yığılması ilə bağlı səy göstərilməsi öz təsdiqini tapmır. Müqavilə üzrə 18 xidməti göstərən iddiaçının hazır məhsulun yığılması ilə bağlı səy göstərməməsi ağlabatan deyildir. Belə bir hal baş vermiş olsa idi belə, bu zaman cavabdeh özü 19-cu xidməti n həyata keçirilməsində maraqlı olmalı idi. Belə ki, Mülki Məcəllənin 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Lakin cavabdeh 18 xidmətin qarşılığında müqavilə bağlanarkən nəzərdə tutulan ümumi məqsədə çatmaq üçün hər hansı tədbir görməmişdir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1, 458.2-ci maddələrinin tələbi pozulmuşdur. Həmçinin Mülki Məcəllənin 458.1-ci maddəsinə görə kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri a zaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Lakin apellyasiya instansiyası məhkəməsi, 19 xidmətən 18-ni təqdim edən iddiaçının məsuliyyət ölçüsünün azaldılması imkanını nəzərə almamışdır. Hətta 19-cu xidmətin həyata keçirilməməsi iddiaçının təqsiri ucbatından baş vermiş olsa idi belə, məhkəmə 19 xidmətdən 18-ni təqdim edən iddiaçının məsuliyyətini azaltmalı idi. Belə ki, Mülki Məcəllənin 458.2-ci maddəsində müəyyən edilən imperativ mövqe ondan ibarətdir ki, Bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Qanunvericinin bu cür imperativ normanı müəyyən etməkdə məqsədi ondan ibarətdir ki, öhdəliklərin icrası zamanı mülki hüquq subyektləri müqavilə bağlanarkən qarşılarına qoyduqları ümumi məqsədə çatmaq üçün birgə hərəkət edərək, vicdanlılığa əməl etsinlər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan imperativ normanı nəzərə almamış, ümumi dəyəri 11.527,95 manat olan şəkər çuğundurunun sahədə qalaraq “məhv olması”na haqq qazandırmışdır.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 451-ci maddəsinin tələbi pozulmuşdur. Bundan əlavə, cavabdeh şəkər çuğundurunun ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilərdi. Cavabdeh bununla bağlı heç bir tədbir görm əmişdir. Cavabdeh ümumu dəyəri 11.527,95 manat olan şəkər çuğundurunun guya sahədə qalaraq məhv olmasına göz yummuşdur. Yetişdirilən şəkər çuğunduru iddiaçıya təhvil verilən anadək cavabdehin mülkiyyətində olmuşdur. Şəxsin öz mülkiyyətinin məhv olmasına göz yumması isə ağlabatan deyildir. Apellyasiya instansiya məhkəməsi isə cavabdehin qeyd olunan şəkər çuğundurunun biçilməsi xidmətini ağlabatan qiymətə və ağlabatan müddətdə üçüncü şəxslərə tapşıra bilməsi imkanını və ya onun öz qüvvələri ilə icra edərək və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini iddiçıdan tələb etmək imkanının olub-olmamasını araşdırmamışdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi üzrə: Apellyasiya instansiyası məhkəməsi hazırkı işə tətbiq edilməli olan Mülki Məcəllənin 5.3, 425. 2, 451, 458.1, 458.2-ci maddələrini tətbiq etməmiş, işin hallarına həmin maddi hüquq normalarının tələbləri nöqteyi-nəzərindən düzgün hüquqi qiymət verməmişdir. Bu isə düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsi üzrə: Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 458.1, 458.2-ci maddələrinə istinad etməmiş və bu səbəbdən qəbul edilmiş məhkəmə qətnaməsində iş üzrə müəyyən edilmiş həqiqi halların və tərəflərin qarşılıqlı münasibətinin araşdırılması təmin edilməmişdir. Bu isə düzgün olmayan məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KAS SASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məs uliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....”
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayar aq yoxlanılmalıdır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §32-36) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, dəlillər əsassızdır və formal xarakter daşıyır.
47. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və 2019-cu il 1 dekabr tarixli müqavilənin 1 saylı və 2 saylı əlavələrinə əsasən, yazlıq şəkər çuğu ndurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı, mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) iddiaçının vəzifə öhdəliyi olmaqla, sonuncu tərəfindən bu xidmətə görə 1 ha torpaq sahəsi üçün 150 manat xidmət xərci müəyyənləşdirilmiş, göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə iddiaçı tərəfindən təmin edilən məbləğ məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılmalı, qalan məbləğ cavabdehə ödənilməli idi, mübahisəli ərazidə 15 ha şəkər çuğundurunun əkilməsinə, məhsulun yetişməsinə və həmin ərazidə 2 ha ərazinin iddiaçı tərəfindən biçilməsinə baxmayaraq, iddiaçı müqavilə öhdəliklərini tam yerinə yetirməmiş, qalan 13 ha ərazidə biçin işlərini aparmamış, nəticədə yetişmiş məhsul məhv olmuş və beləliklə, yetişmiş m əhsulun məhv olması iddiaçının təqsirindən baş vermişdir.
48. Apellyasiya Məhkəməsi düzgün olaraq o nəticəyə gəlmişdir ki, şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı, mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) iddiaçının vəzifə öhdəliyi olmuş, Müqavilə şərtlərinə əsasən iddiaçının, məhsulu özü yığmalı, çıxarmalı və yükləmə işlərini həyata keçirməli olduğu halda, məhsulun çıxarılması ilə bağlı məsuliyyətini cavabdehin üzərinə atmaq istəməsi başadüşülən olmamaqla bərabər, müqavilə şərtlərinə də ziddir.
49. Beləliklə, müqaviləyə 2 saylı əlavədə nəzərdə tutulmuş aqrotexniki xidmətlər, o cümlədən 19-cu bəndində qeyd olunmuş mexaniki üsulla məhsul yığımını (yarpaq biçimi, çıxarılma və yükləmə) təmin etmək iddiaçının, həm in xidmətlərə görə müəyyən edilmiş haqqın müqavilə ilə müəyyənləşdirilmiş şəkildə ödənilməsini təmin etmək isə cavabdehin öhdəliyi olmuşdur. Qeyd edilənlərə əsaslanaraq işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin, Mülki Məcəllənin 458.1, 458.2-ci maddələrinin tələblərinin pozulduğu, apellyasiya instansiyası məhkəməsinin, 19 xidmətən 18-ni təqdim edən iddiaçının məsuliyyət ölçüsünün azaldılması imkanını nəzərə almadığı barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə bu zaman onu da nəzərə alır ki, hazırkı iddia tələbi ilə iddiaçının üzərinə hər hansı məsuliyyət tədbirləri tətbiq edilmir, əksinə iddiaçı digər şəxsdən müəyyən vəsaitin ödənilməsini tələb edir.
50. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhsulun yığımının həyata keçirilməsi tərəflər ara sında bağlanmış müqavilə üzrə iddiaçının öhdəliyi olduğundan sonuncu öhdəliklərini yerinə yetirmək, xidmətlərin qarşılığında ödədiyi pulu almaq və gəlir əldə etmək üçün məhsul yığımında maraqlı olmalı idi və iş materiallarında iddiaçı tərəfindən məhsulun yığılmasına səy göstərilməsinə dair müvafiq sübutlar mövcud deyildir.
51. Məhkəmə kollegiyası həmçinin Mülki Məcəllənin 451-ci maddəsi ilə əlaqədar kassasiya şikayətində qeyd edilənlərə də tənqidi yanaşır. Belə ki, hazırkı halda məhsulun yığılması üzrə iddiaçı öz öhdəliyini digər üçüncü şəxslərə həvalə etməmiş, bununla bağlı çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödənilməsi barədə tələb də irəli sürməmiş və qeyd edildiyi kimi məhsulun yığılması onun öz öhdəliyi olduğundan, istinad olunan maddi hüquq norması da hazırkı mübahisəyə aidiyyəti yoxdur.
52. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
53. İddiaçının kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 9 avqust tarixli 22(107)-58/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.