Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-753/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: ümumi yığıncağın qərarlarının etibarsızılığı, əqdlərin ləğvi, maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “qərarın etibarsız sayılması, əqdlərin ləğvi və maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyu l tarixli, 2-2(105)-65/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Milli Depozit Mərkəzi tərəfindən tərtib edilmiş 2011-ci il 30 sentyabr tarixli, ********* nömrəli X3 görünür ki, Nizamnamə kapitalının miqdarı 780.732 manat məbləğində olan və Maliyyə Nazirliyi tərəfindən 1998-ci il 24 iyul tarixdə 896 nömrəli qeydiyyat nömrəsi ilə buraxılmış qiymətli kağızların ümumi miqdarı 390.366 ədəd olan "xxxx" ASC-də (bundan sonra – “ASC”) İddiaçı1 aid (hesab nömrəsi: DP********) Qiymətli kağızların sayı 756 (yeddi yüz əlli altı) ədəddir.
2. Milli Depozit Mərkəzi tərəfindən tərtib edilmiş 2011-ci il 15 dekabr tarixli ********* nömrəli X3 görünür ki, Nizamnamə kapitalının miqdarı 780.732 manat məbləğində olan və M aliyyə Nazirliyi tərəfindən 1998-ci il 24 iyul tarixdə 896 nömrəli qeydiyyat nömrəsi ilə buraxılmış qiymətli kağızların ümumi miqdarı 390.366 ədəd olan "xxxx" ASC-də İddiaçı2 aid (hesab nömrəsi: DP********) Qiymətli kağızların sayı 152 (yüz əlli iki) ədəddir. 3. "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 2011-ci il 29 aprel tarixli 01/11 nömrəli Protokolundan görünür ki, həmin iclasda X5 "xxxx" ASC-nin X10 vəzifəsindən azad edilməsi və Qanuni nümayəndə "xxxx" ASC-nin X10 vəzifəsinə təyin olunması barədə qərar qəbul edilmişdir. 4. “X14” qəzetinə aid vərəqin kserosurətindən görünür ki, İdarə Heyəti tərəfindən "xxxx" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının 2011-ci il 11 iyul tarixində saat 15:00-da Şəki şəhəri, C.Mümtaz küçəsi, ev 1, “X11 Kompleksi” ünvanında keçirilməsi barəd ə elan dərc olunmuş və həmin elanda yığıncağın gündəliyində “1). "xxxx" ASC-nin 2008-ci, 2009-cu və 2010-cu illər üzrə fəaliyyətinin yekunları haqqında; 2). "xxxx" ASC-nin 2008-ci, 2009-cu və 2010-cu illər üzrə maliyyə maliyyə hesabatının və mühasibat balansının təsdiq edilməsi haqqında; və 3). “Digər məsələlər” - olduğu qeyd edilmişdir. 5. "xxxx" ASC-nin səhmdarlarının illik Ümumi Yığıncağının 2011-ci il 11 iyul tarixli Protokolunun kserosurətindən görünür ki, 2011-ci il 11 iyul tarixdə Şəki şəhərində "xxxx" ASC-nin səhmdarlarının illik Ümumi Yığıncağı keçirilmiş və həmin yığıncaqda gündəlik məsələlər - “1). "xxxx" ASC-nin 2008-ci, 2009-cu və 2010-cu illər üzrə fəaliyyətinin yekunları haqqında; 2). "xxxx" ASCnin 2008-ci, 2009-cu və 2010-cu illər üzrə maliyyə maliyyə hesabatının və mühasib at balansının təsdiq edilməsi haqqında; 3). Digər məsələlər” – olmuşdur. Həmin yığıncaqda digər qərarlarla yanaşı, gündəliyin 3). “Digər məsələlər” bölməsinə daxil olan hissəsində “3.1. "xxxx" ASC-nin borclarının ödənilməsi üçün "xxxx" ASC-nin balansında olan daşınmaz əmlakının satılmasına razılıq verilməsi; 3.2. Daşınmaz Əmlakın 2011-ci il 17 fevral tarixli ekspert rəyində göstərilmiş likvid dəyərindən aşağı olmamaq şərti ilə satılması və alqı-satqı müqaviləsinin imzalanmasının X7 Qanuni nümayəndə həvalə edilməsi” lehinə yekdilliklə lehinə səs verilərək qərara alınmışdır. 6. 2011-ci il 11 iyul tarixli "xxxx" ASC-nin Şəki şəhərində keçirilmiş illik X1 2011-ci il 17 avqust tarixli Çıxarışının kserosurətindən görünür ki, 1) "xxxx" ASC-yə məxsus ünvan 2 ünvanında yerləşən “əmlak kompleksi kim i müəssisə”nin torpaq sahəsi ilə birlikdə, Abşeron rayonu, Xırdalan şəhəri, İ.H.Əliyev prospekti, 167 ünvanında yerləşən “əmlak kompleksi kimi müəssisə”nin torpaq sahəsi ilə birlikdə, ünvan 4 ünvanında yerləşən “əmlak kompleksi kimi müəssisə”nin torpaq sahəsi ilə birlikdə "xxxx" MMC-yə açılacaq kredit xəttlərinin təminatı olaraq "xxxx" ASC-yə ipotekaya qoyulmasına dair müqavilələrin bağlanmasına razılıq verilməsi və ipoteka müqavilələrinin imzalanması X7 Qanuni nümayəndə həvalə edilməsi, 2) "xxxx" ASC-nin borclarının ödənilməsi üçün "xxxx" ASCnin balansında olan əmlakının satılmasına razılıq verilməsi, 3) Əmlakın 2011-ci 17 fevral tarixli ekspert rəyində göstərilmiş bazar dəyərindən aşağı olmamaq şərti ilə satılmasının və alqı-satqı müqaviləsinin imzalanmasının X7 Qanuni nümayəndə həvalə e dilməsi yekdilliklə lehinə səs verilərək qərara alınmışdır.
7. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 2021-ci il 21 yanvar tarixli məktubundan görünür ki, həmin məktubla Abşeron Rayon Məhkəməsinin 2018-ci il 16 oktyabr tarixli, 2(012)-4620/2018 nömrəli icra sənədinə əsasən "xxxx" ASC-nin 2011-ci il 11 iyul tarixdə Şəki şəhərində keçirilmiş səhmdarların illik X1 təsdiq edilmiş surəti İddiaçı1 təqdim olunmuşdur. 8. "xxxx" ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının 2011-ci il 30 sentyabr tarixli Protokolunun kserosurətindən görünür ki, İddiaçı1 da Hesablama Komissiyasının tərkibinə seçilmiş olduğu həmin yığıncaqda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi 368680 səs sayı lehinə, 11519 səs sayı isə əleyhinə olmaqla qərara alınmışdır. 9. "xxxx" ASC-nin səhmdarlarının Ümum i Yığıncağının 2012-ci il 23 fevral tarixli Protokolunun kserosurətindən görünür ki, həmin Yığıncaqda Cəmiyyətin istifadəsində qalan sərbəst pul vəsaitinin hər bir səhmdarın Nizamnamə kapitalındakı payına uyğun olaraq səhmdarlar arasında bölüşdürülməsi qərara alınmış və həmin Protokolda hər bir səhmə düşən payın miqdarının 12,036 (12 manat 036 qəpik) manat təşkil etdiyi qeyd olunmuşdur.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı1 ünvanlanmış 2016cı il 19 may tarixli, 3/1102-07 nömrəli məktubun surətindən görünür ki, İddiaçı1 müraciətinə cavab olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 99.3, 107.1, 107-1.4, 107-1.5, 107-1.5.3, 107-1.7 və 107-5.2-ci maddələrinin tələbləri izah olunmuşdur.
11. Satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə alıcı "x xxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş 2011-ci il 19 avqust tarixli Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin kserosurətlərindən görünür ki, satıcı "xxxx" ASC-nin mülkiyyətində olan əmlak kompleksləri və torpaq sahələri alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. 12. "xxxx" ASC ilə alıcı "xxxx" MMC arasında bağlanmış 2011-ci il 22 avqust tarixli, 11/08/22 nömrəli alqı-satqı müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin kserosurətlərindən görünür ki, satıcı "xxxx" ASC tərəfindən müxtəlif avadanlıqlar alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmışdır. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçılar İddiaçı1 (bundan sonra – “İddiaçı1”) və İddiaçı2 ( bundan sonra – “İddiaçı2”) cavabdeh Bakı-Quşçuluq ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2020-ci il 10 aprel tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin səhmdarlarının 2011-ci il 29 aprel tarixli ümumi yığıncağında qəbul olunmuş bütün qərarlarının, 2011-ci il 11 iyul tarixli ümumi yığıncağında qəbul olunmuş cavabdehin borclarının ödənilməsi üçün onun əmlakının satılması qərarının ləğv edilməsi, həmin qərar əsasında bağlanılmış əqdlərin etibarsız hesab olunması və bu əqdlərin bağlanması nəticəsində onlara vurulmuş maddi ziyanın T. Axundova 131.500 manat və İddiaçı2 26.300 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Daha sonra iddiaçılar 2020-ci il 18 sentyabr tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cava bdehin səhmdarlarının 2011-ci il 29 aprel tarixli ümumi yığıncağında qəbul edilmiş bütün qərarların və 2011-ci il 11 iyul tarixli ümumi yığıncağında qəbul olunmuş cavabdehin borclarının ödənilməsi üçün onun əmlakının satılması qərarının etibarsız hesab olunması, həmin qərar əsasında bağlanılmış əqdlərin ləğv edilməsi və bütün bu hərəkətlərin nəticəsində mülkiyyət hüquqlarının pozulduğunu nəzərə alaraq onlara vurulmuş maddi ziyanın İddiaçı1 131.500 manat və İddiaçı2 26.300 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddia tələbi bununla əsaslandırılmışdır ki, uzun sürən məhkəmə proseslərindən sonra iştirak etdikləri 11 iyul 2011-ci il tarixli ASC-nin səhmdarlarının illik ümumi yığıncağının protokolunu Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən əldə edilmişdir. Sözü gedən protokolun alınmasının səbəbi iddiaçıların səhmdar olduğu cavabdeh cəmiyyətin qanunsuz qaydada əqdlərin bağlanması və nəticədə iddiaçıların səhmlərinin bazar dəyərinin aşağı düşməsi olmuşdur. Həmin protokol qanunsuz əsaslarla qəbul edilmişdir. Belə ki, X2 barədə elanda gündəliyə Cəmiyyətin 2008-2010-cu illər üzrə fəaliyyətinin yekunları haqqında, həmin illər üzrə maliyyə hesabatları və mühasibat balansının təsdiq edilməsi haqqında və digər məsələlər daxil edilmişdir. Onların iştirak etdiyi yığıncaqda həmin məsələlərdən kənar heç bir qərar qəbul edilməmişdir. Lakin, əldə edilən Protokoldan müəyyən olunur ki, gündəlikdə öz əksini tapmayan Cəmiyyətin borclarının ödənilməsi üçün Cəmiyyətə məxsus əmlakın satılması məsələsi üzrə qərar qəbul edilmişdir. Məhz bu qərarın qəbu lu nəticəsində Cəmiyyətə məxsus daşınmaz əmlak satılmışdır. Halbuki, X2nın gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edilə bilməz. Bundan əlavə olaraq, sözügedən X4 Sədri İ.Əliyevin çıxış etməsi qeyd edilmişdir. Lakin, 2011-ci il 29 aprel tarixli Protokoldan görünür ki adı çəkilən şəxs 2011-ci il 21 aprel tarixindən işdən azad edilmişdir. Həmçinin, 2011-ci il 11 iyul tarixli Protokoldan Çıxarışa əsasən “Digər məsələlər” adı altında qəbul olunmuş qərar daha ətraflı şəkildə qeyd edilmişdir. Bundan əlavə olaraq, Cəmiyyətdə 2011-ci il 29 aprel tarixində qanunvericiliyə zidd olaraq idarəetmə orqanının rəhbəri vəzifəsinə təyinat baş vermişdir. Belə ki, həmin iclasın çağırılması barədə bildiriş iddiaçılara təqdim edilməyərək onlarn hüquqları kobudcasına pozulmuşdur. Sənədlərə əlavə o lunan 2011-ci il 29 aprel tarixli protokoldan məlum olur ki, əsas səhm paketinə sahib olan səhmdar “X8” MMC təkbaşına iclasda iştirak edərək qərar qəbul etmişdir. Protokoldan görünür ki, iclasın sədri və katibi seçilməyib və protokol iclasda iştirak edən səhmdarın nümayəndəsi tərəfindən imzalanıb. Halbuki, X2nın protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir. Səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlanmasına görə hüquqi şəxslərin idarəetmə orqanları məsuliyyət daşıyır. 2011-ci il 29 aprel tarixli protokoldan həmçinin görünür ki, iclasın yeri və dəqiq vaxtı göstərilməmiş, səhmdarların həmin iclasa dəvət olunmaları və iştirakları təmin olunmamış, iclasın sədri və katibi, say komissiyası seçilməmiş, protokolu sədr və katib deyil, cəmi bir nəfər səlahiyyəti olmayan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmışdır. Bununla da qanunun tələbləri tam pozulduğu üçün həmin yığıncaq tam səlahiyyətsiz olmuşdur.
16. Cavabdehin 2011-ci il 11 iyul tarixli ümumi yığıncağında da qanunsuzluğa və saxtakarlığa yol verildiyi üçün həmin yığıncaq etibarsız hesab edilməklə, qəbul edilən qərarlar da ləğv olunmalıdır. Protokoldan da görünür ki, iclasın gündəliyində cəmi üç məsələ olmuşdur. 3-cü məsələ “digər məsələlər” adlanır. Həmin digər məsələlər müzakirə olunarkən İddiaçı1 səsvermədə iştirak etmiş, lakin sonradan onun iclasın potokolu ilə tanış olmasına şərait yaradılmamışdır. Uzun müddətdən sonra məhkəmə qaydasında həmin protokolu tələb edib aldı qdan sonra müəyyən etmişlər ki, “Digər məsələr” adı altında iclasda müzakirə olunmayan və bu barədə hər hansı qərar qəbul edilməyən məsələlər də guya iclasda müzakirə olunaraq qərarlar qəbul edilmişdir. Bu səbəbdən həmin ümumi yığıncağın gündəliyində olmayan, ümumi yığıncağın qəbul etmədiyi, sonradan protokolun və protokoldan çıxarışın saxtalaşdırılması ilə ona əlavə olunmuş cavabdehin borcların ödənilməsi üçün onun əmlakının satılması” bəndi etibarsız hesab edilməklə, həmin saxta protokolun və saxta protokoldan çıxarışın saxta bəndi əsasında bağlanılmış əqdlər ləğv edilməli və bu əqdlərin bağlanması nəticəsində iddiaçılara vurulmuş maddi ziyan İddiaçı1 131.500 manat və İddiaçı2 26.300 manat olmaqla ödənilməlidir.
17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Mə cəlləsinin (bundan sonra – “MM”) 49.4.6, 107-5.2, 107-6.1, 1077.1-ci maddələrinə istinad olunmuşdur.
18. Cavabdeh 2022-ci il 23 fevral tarixdə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cəmiyyətin mülkiyyətində olan daşınar və daşınmaz əmlaklar X2nın qərarına əsasən "xxxx" MMC-yə alqı-satqı müqaviləsi ilə satılmışdır (hal-hazırda “AAAF Park” Yaşayış Kompleksinə aiddir). Cavabdehin səhmdarlarının ümumi yığıncağının 2011-ci il 30 sentyabr tarixli qərarına əsasən Cəmiyyət ləğv edilmişdir. Cəmiyyət ləğv edildikdən sonra, səhmdarlara düşən paylar müəyyənləşdirilərək, pul şəklində səhmdarlara təqdim edilmişdir. İddiaçı1 və digər səhmdar X6 (bundan sonra – “Ş.Əlizadə”) cavabdehə qarşı X2nın çağırılmasının qanunsuz hesab edilərək etibarsız sayılması, qəbul edilmiş qərarların eti barsız hesab olunmasına dair Abşeron rayon Məhkəməsinə 2012-ci il 18 yanvar tarixdə iddia ərizəsi ilə müraciət etmişlər. Abşeron rayon Məhkəməsinin 2012-ci il 18 aprel tarixli, 2(012)-375/2012 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2012-ci il 10 sentyabr tarixli, 2(105)-871/2012 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Abşeron rayon Məhkəməsinin 2012-ci il 18 aprel tarixli, 2(012)-375/2012 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 2013-cü il 7 fevral tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı1 və digər səhmdar Ş.Əlizadə iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək cavabdehlər "xxxx" ASC-yə və "xxx x" MMC-yə qarşı torpaq sahəsinin özgəninkiləşdirilməsinin etibarsız hesab edilməsini xahiş etmişlər. Abşeron rayon Məhkəməsinin 2012-ci il 27 iyun tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı1 cavabdehin ləğvetmə komissiyasının cavabdehin aralıq ləğvetmə balansının təsdiq edilməsinə dair qərarın etibarsız sayılması tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin 2013-cü il 17 may tarixli, 2(012)-335/2013 saylı qətnaməsi ilə İddiaçı1 iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2013-cü il 7 oktyabr tarixli, 2(105)- 1090/2013 saylı və Ali Məhkəmənin 2014-cü il 14 fevral tarixli, 2(102)-484/2014 saylı qərarları ilə müvafiq olaraq İddiaçı1 apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İddiaçı1 iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək 2011-ci il 30 sentyabr tarixli X2nın qanunsuz hesab edilməsinə və X2nın çağrılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 2014-cü il 11 mart tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2014-cü il 1 avqust tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən İddiaçı1 Ali Məhkəməyə şikayət vermişdir. Ali Məhkəmənin 2015-ci il 22 yanvar tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Ş.Əlizadə cavabdehlər “X8” MMC, "xxxx" ASC, "xxxx" MMC, "xxxx" ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal r ayon Məhkəməsinin 2(004)-140/2015014 saylı qətnaməsinə əsasən bu tələb rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1723/2016-001 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3702/2016 saylı qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır..
19. Etirazda həmçinin qeyd olunmuşdur ki, İddiaçı1 Cəmiyyətin səhmdarı kimi hüquqları 2011-ci il 11 iyul tarixdən sonra yaranmışdır. Səhmdar İddiaçı1 dəfələrlə ləğvetmə komissiyasına müraciət edərək bu məbləğlə razı olmadığını, ona əlavə pul verilməsini tələb etmişdir. Əks halda ASC-ni məhkəməyə verəcəyi və digər inzibati orqanlara müraciət edəcəyi ilə hədələmişdir. Onun əsassız tələblərinə razılıq verilmədiyi üçün Cəmiyyətə qarşı müxtəlif iddialarla məhkəməyə müraciət etmişdir. İddia tələbinə diqqət yetirildikdə protokolla rın hansı səbəblərdən ləğv edilməli olunması və iddiaçıların hansı hüquqlarının pozulması əsaslandırılmamışdır. İddia tələbinin əsas mahiyyəti əqdlərin etibarsızlığıdır və buna görə də, iddiaçılara pul məbləğinin ödənilməsindən ibarətdir. Əqdlərin etibarsızlığı məsələsinə isə artıq məhkəmə tərəfindən qiymət verilmişdir.
20. Abşeron rayon Məhkəməsinin 2020-ci il 19 oktyabr tarixli, 2(012)-1911/2020 saylı qərardadı ilə iş üzrə komisyon mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə əmtəəşünaslıq ekspertizasının 2021-ci il 29 mart tarixli, 9/5155 №-li ekspert Rəyi ilə 2011-ci il 22 avqust tarixli 11/08/22 №-li alqı-satqı müqaviləsinə 1 saylı Əlavəyə əsasən satılan avadanlıqların normal vəziyyətdə 2011-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 663.214,27 manat məbləğində olduğu müəyyən edilmişdir (iş.v88).
21. Abşeron Rayon Məhkəməsinin 2022-ci il 25 fevral tarixli, 2(012)-53/2022 nömrəli qərardadı ilə iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir.
22. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 1 aprel tarixli, e-2-2(119)-355/2022 saylı qətnaməsi ilə iddia qismən – cavabdehdən 9099,22 manat məbləğində pul vəsaitinin İddiaçı1, 1829,47 manat məbləğində vəsaitin isə İddiaçı2 xeyrinə tutulması hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – Z.Sadiqov).
23. Məhkəmənin mövqeyini belə əsaslandırmışdır ki, cavabdehdə İddiaçı1 aid Qiymətli kağızların sayı 756 ədəd, İddiaçı2 aid Qiymətli kağızların sayı 152 ədəd olmuşdur. Cavabdehin ləğv olunması prosesində Cəmiyyətin istif adəsində qalan sərbəst pul vəsaitinin hər bir səhmdarın Nizamnamə kapitalındakı payına uyğun olaraq səhmdarlar arasında bölüşdürülməsi qərara alınmış və həmin Protokolda hər bir səhmə düşən payın miqdarı 12,036 (12 manat 036 qəpik) manat məbləğində müəyyən edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı (eyni zamanda digər İddiaçı2 nümayəndəsi) İddiaçı1 həmin qiymətə uyğun olaraq səhmlərinə hesablanmış ümumilikdə təxminən 12.000 manat olan məbləğ təklif edilsə də, həmin pulu qəbul etməkdən imtina etdiyini, həmin məbləğin poçt vasitəsi ilə də onlara göndərilmədiyini və səhmlərinin əvəzinə cavabdehdən torpaq sahəsi tələb etdiklərini bildirmişdir. Həmçinin, cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş yazılı etirazda da hər bir səhmə düşən payın 12,036 manat təşkil etdiyi və səhmlərinin əvə zinə həmin qiymətlə hesablanan pul məbləğindən iddiaçıların imtina etdikləri qeyd olunmuşdur. Belə olan halda, müəyyən olunur ki, İddiaçı1 ona məxsus olan 756 ədəd səhmə görə 9.099,22 manat (756 ədəd səhm x 12,036 manat) məbləğində pul vəsaiti və İddiaçı2 məxsus olan 152 ədəd səhmə görə 1.829,47 manat (152 ədəd səhm x 12,036 manat) məbləğində pul vəsaiti verilməli idi. Lakin, cavabdeh tərəfindən səhmlərə görə hesablanan pul vəsaiti iddiaçılara təklif olunsa da, iddiaçılar imtina etmələri səbəbindən həmin pul vəsaitini almamışlar.
24. Qanunvericiliyin tələblərinə görə səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir və səhmdarlar cəmiyyətin idarə edilməsində iştirak etm ək, qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq, cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakını n müəyyən hissəsini almaq və s. hüquqlara malikdir.
25. Gəldiyi nəticəni məhkəmə MM-in 102, 103, 104, 105, 106, 107-1-107-6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. Qətnamədən İddiaçı1 2022-ci il 10 may tarixdə apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyul tarixli, 2-2(105)-65/2022 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və Z.Məmmədov).
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən istinad olunan maddi və prosessual hüquq normalarına istinad etməklə məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır.
29. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 25 iyul tarixdə iş üzrə tərəflərə göndərilmiş, qətnaməni 2022-ci il 2 sentyabr tarixdə rəsmi qaydada əldə etmiş İddiaçı1 kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
30. MM-in 107-1, 107-6-cı maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə tərəfindən cəmiyyətin qərarları sadalanaraq onların qanunvericiliyin tələblərinə uyğun olara q qəbul olunub-olunmaması göstərilməmiş və iddia tələbinin rədd edilməsi əsaslandırmamışdır. Halbuki, Açıq Səhmdar Cəmiyyətlərlə bağlı olan mübahisələrdə səhmdarın tələbinə baxılan zaman ilk olaraq qəbul olunan qərarın qanuna uyğun qəbul edilib-edilmədiyi müəyyən olunmalıdır. Məhkəmə həmçinin işdə olan iki fərqli protokolun da qanuni olmasını yoxlamalı idi. Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul olunan hər bir qərar yalnız qanunvericiliyə uyğun olaraq qəbul edildiyi təqdirdə qanunidir. Digər hallar onu sübut edir ki, cəmiyyət tərəfinfən bağlanan əqdlər ayrı-ayrı şəxslərin mənafelərinə xidmət edir.
31. MM-in 49.4.6-cı maddəsinin tələbi pozulmuşdur. Mübahisəli əqdlərin bağlanması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmin səhmlərin satışı və girova qoyulması mümkünsüz olmuş, bununla da iddiaçıların mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Cavabdeh ASC-yə məxsus olan əmlakların qeyri-qanuni yol ilə satılması səhmdarlara ziyan vurmuşdur. Bu faktı iş materiallarında olan saxta protokollar sübut edir.
32. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı üzrə pozuntu - Məhkəmə işə baxan zaman səhmdarı investor kimi qiymətləndirməmişdir. Halbuki, hər bir investor onun hüquqlarının məhkəmə müstəvisində qorunmasına əmin olmalıdır. Məhkəmə bu cür işlərə baxarkən ən birincisi səhmdarın statusu ilə icra orqanının hərəkətlərini müqayisə etməlidir.
33. MM-in 1077.1-ci maddəsinin tələbi pozulmuşdur. Mübahisəli qərar nəticəsində səhmdarlar a hər hansı əmlakın qalması ehtimalı aradan qalxmışdır. Bu əqdlərin bağlanması mülkiyyət hüquqları ilə bağlı pozuntulara yol açmışdır. Həmin səhmlərin satışı və girova qoyulması mümkünsüz olmuş, mülkiyyət hüquqları məhdudlaşdırılmışdır.
34. MM-in 560-cı maddəsi üzrə pozuntu – hüquqdan sui-istifadə xüsusən bunlardır: qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və s. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilm iş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirilmişdir və hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki halların a istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasi təsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.... “Maddə
102. Səhmdar cəmiyyətinin nizamnaməsi 102.1. Səhmdar cəmiyyətinin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı, cəmiyyətin buraxdığı səhmlərin kateqoriyaları, onların nominal dəyəri və miqdarı haqqında; cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; səhmdarların hüquqları haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. 102.2. Səhmdar cəmiyyətinin nizamnaməsində qanunvericiliyə zidd olmayan digər məlumatlar da nəzərdə tutula bilər. 102.3. Səhmdar cəmiyyətinin nizamnaməsinin tələblərinə riayət edilməsi cəmiyyətin bütün orqanları, vəzifəli şəxsləri və səhmdarları üçün məcburidir. 102.4. Səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. 102.5. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, cəmiyyətin nizamnaməsində əlavə və dəyişikliklərin edilməsi qərarı X2nda, səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.” “Maddə
103. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 103.1. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Səhmdar cəmiyyətinin n izamnamə kapitalına qoyuluşların formaları, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları və təsisçilər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Səhmdar cəmiyyətinin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər. Səhmdar cəmiyyətinin yaradılması zamanı pul olmayan əmlakın dəyəri təsis yığıncağının qərarı ilə, səhmdar cəmiyyəti yaradıldıqdan sonra isə - səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə müəyyən edilir. 103.2. Cəmiyyətin nizamnamə kapitalı cəmiyyətin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. O, müvafiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilmiş miqdardan az ola bilməz. 103.3. Səhmdar cəmiyyətinin təsisçiləri cəmiyyət qeydə alınanadək nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Səhmdar cəmiyyəti təsis edilərkən onun bütün səhmləri təsisçilər arasında bölünməlidir. 103.4. Səhmdarı cəmiyyətin səhmlərini ödəmək vəzifəsindən azad etməyə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad etməyə yol verilmir. 103.5. Əgər ikinci və hər növbəti maliyyə ili başa çatarkən cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azalmasını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir. 103.6. Cəmiyyətin nizamnaməsində səhmlərin sayının, məcmu nominal dəyərinin və ya bir səhmdara mənsub səslərin maksimum sayının məhdudlaşdırılması müəyyənləşdirilə bilər.” “Maddə
104. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması 104.1. X2nın qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini artırmaq və ya əlavə səhmlər buraxmaq yolu ilə nizamnamə kapitalını artıra bilər. Səhmdar cəmiyyətinin səhmlərinin nominal dəyərinin artırılması və əlavə səhmlərin buraxılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. 104.2. Sadə (adi) və ya digər səsli səhmlərə sahib olan səhmdarların cəmiyyət tərəfindən əlavə buraxılan səhmləri cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada satın almaqda üstünlük hüququ vardır. Cəmiyyətin səhminin əlli faiz və daha çox hissəsini almaq istəyən şəxs bütün səhmdarlara rəsmi qaydada müvafiq təklif təqdim edir.” “Maddə
105. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması 105.1. X2nın qərarına əsasən səhmdar cəmiyyəti səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azalda bilər. 105.2. S əhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılması haqqında X2nın qərarı qəbul edildiyi gündən on beş təqvim günü müddətində cəmiyyət kreditorlara bu barədə yazılı surətdə məlumat verməlidir. Cəmiyyətin kreditorları məlumatı aldıqdan sonra otuz təqvim günü ərzində cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini və çəkdikləri zərərin ödənilməsini tələb edə bilərlər. 105.3. Səhmlərin bir hissəsinin satın alınması və ödənilməsi yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılmasına bu şərtlə yol verilir ki, belə imkan cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş olsun. 105.4. “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “P oçt haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdar cəmiyyəti tərəfindən nizamnamə kapitalının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş minimum miqdardan aşağı endirilməsi cəmiyyətin ləğvinə səbəb olur.” “Maddə 105-1. Səhmdar cəmiyyətinin yerləşdirilmiş səhmlərinin geri alınması 105-1.1. Səhmdar cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması bu Məcəllə və ya cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir. 105-1.2. Cəmiyyət nizamnamə kapitalının miqdarını və səhmlərin sayını azaltmaq məqsədi ilə, ümumi yığıncağın qərarı əsasında, əvvəl yerləşdirilmiş səhmlərinin bir hissəsini geri ala bilər. Bu zaman dövriyyədə qalan səhmlərin ümu mi nominal dəyəri qanunvericiliklə nizamnamə kapitalı üçün müəyyən edilmiş məbləğin minimal həddindən aşağı olmamalıdır. 105-1.3. Səhmlərin geri alınması səhm sahiblərinin razılığı ilə, səhmlərin geri alınması fond birjası vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir. 105-1.4. Aşağıdakı hallarda cəmiyyətin səhmlərinin geri alınması qərarı qəbul edilə bilməz: 105-1.4.1. cəmiyyətin nizamnamə kapitalı tam formalaşmadıqda; 105-1.4.2. cəmiyyətin ləğvi barədə qərar qəbul edildikdə; 105-1.4.3. səhmdarların tələbi əsasında onların səhmlərinin geri alınması başa çatmadıqda. 105-1.5. Geri alınmış səhmlər səsvermə zamanı nəzərə alınmır və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər geri satın alındığı tarixdən bir il mü ddətində ya təkrarən yerləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə ləğv edilməlidir.” “Maddə 106-1. Səhmdar cəmiyyətinin səhmdarları 106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.2. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. 106-1.3. Səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və i cra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3. 7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 106-1.3.8-4. bağlanacaq əqdlər in (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. 106-1.4. Səhmdar cəmiyyətinin imtiyazlı səhminin (hər bir növ üzrə) sahibi olan səhmdarının hüquqları bu Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən edilir. 106-1.5. Səhmdar cəmiyyətinin nizamnaməsində aşağıdakı məsələlər üzrə qərarların qəbul edilməsində imtiyazlı səhm sahibi səs hüququ əldə edir: 106-1.5.1. səhmdar cəmiyyətinin yenidən təşkil edilməsi; 106-1.5.2. səhmdar cəmiyyətinin ləğv edilməsi; 106-1.5.3. səhmdara məxsus olan imtiyazlı səhm növü üzrə hüquqlarmı məhdudlaşdıran dəyişiklik və əlavələrin nizamnamədə edilməsi. 106-1.6. Səhmdar cəmiyyətinin səhmdarının vəzifələr i aşağıdakılardır: 106-1.6.1. qanuna və (və ya) nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq; 106-1.6.2. səhmdarların reyestrində ona dair daxil edilmiş məlumatların dəyişilməsi barədə reyestrsaxlayıcısına on təqvim günü ərzində yazılı bildiriş vermək; 106-1.6.3. qanunvericiliklə müəyyən edilmiş başqa vəzifələri yerinə yetirmək. 106-1.7. Səhmdar cəmiyyətinin səhmdarlarının hüquqlarının müdafiəsi bu Məcəllə, digər qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin edilir.” “Maddə 106-2. Səhmdar cəmiyyətinin səhmdarlarının reyestri 106-2.1. Səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq səhmdarlarının reyestrinin aparılmasını təmin etməlidir. 106-2.2. Səhmdar cəmiyyətinin səhmdarlarının re yestri mərkəzi depozitar tərəfindən aparılmalıdır. 106-2.3. Səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir.” “Maddə 106-3. Səhmdar cəmiyyətinin mənfəəti və dividendlər 106-3.1. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. 106-3.3. Adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. 106-3.4. İmtiyazlı səhm üzrə dividend səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq, imtiyazlı səhm sahiblərinə, bir qayda olaraq, səhmin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin ödənilməsini təmin etmək üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fondlar yarada bilər. 106-3.5. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. 106-3.6. Səhmdar cəmiyyəti adi səhmlər üzrə dividendlərin hesablanmasını (bölüşdürülməsini) imtiyazlı səhmlərin bütün növləri üzrə dividendlərin hesablanmasından (bölüşdürülməsindən) sonra həyata keçirir. 106-3.7. Dividendlərin hesablanmasında (bölüşdürülməsində) ilk növbəlilik hüququnu verən imtiyazlı səhmlər üzrə dividendlər digər imtiyazlı səhmlər üzrə dividendlərdən əvvəl bölüşdürülür. 106-3.8. Dividendlər hesablanarkən səhmlərin hər bir növü və nominalı üzrə hər səhmə düşən məbləğ eyni olmalıdır. 106-3.9. Əgər səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa və ya dividendlərin ödənilməsi nəticəsində az olacaqsa, səhmdar cəmiyyəti dividendləri elan edə və ödəyə bilməz.” “Maddə
107. Səhmdar cəmiyyətində idarəetmə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. X2nın müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.1. cəmiyyətin nizamnaməsini və nizamnamə kapitalının miqdarını dəyişdirmək; 107.1.2. cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və təftiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 107.1.3. cəmiyyətin icra orqanlarını yaratm aq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, bir şərtlə ki, cəmiyyətin nizamnaməsində bu məsələlərin həlli direktorlar şurasının (müşahidə şurasının) səlahiyyətinə aid edilməsin; 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək; 107.1.5. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 107.1.6. bu Məcəllənin 49-1.2-ci və 99.3-cü maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. 107.2. Bu Məcəllə ilə X2nın müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz. 107.3. Səhmdarlarının sayı əllidən çox olan cəmiyyətdə, habelə ictimai əhəmiyyətli qurumlarda direktorlar şurası (müşahidə şurası) yaradılır. Di rektorlar şurasının (müşahidə şurasının) yaradıldığı halda cəmiyyətin nizamnaməsində onun müstəsna səlahiyyəti müəyyənləşdirilməlidir. Nizamnamə ilə direktorlar şurasının (müşahidə şurasının) müstəsna səlahiyyətinə aid edilmiş məsələlər həll edilmək üçün onun tərəfindən cəmiyyətin icra orqanlarına verilə bilməz. 107.4. Cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və ya təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və X2na hesabat verir. Bu Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir. “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqın da” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağının qərarı ilə cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa kommersiya təşkilatına və ya fərdi sahibkara (idarəçiyə) verilə bilər. 107.5. Səhmdar cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası, müvafiq olaraq, bu Məcəlləyə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarına və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 107.6. Bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludu r. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı hər bir vaxt keçirilməlidir. Səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.” “Maddə 107-1. X2nın çağırılması 107-1.1. X2 növbəti və növbədənkənar ola bilər. 107-1.2. Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). 107-1.3. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, X2nın çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. 107-1.4. X2nın çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. 107-1.5. X2nın çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: 107-1.5.1. cəmiyyətin adı və olduğu yer; 107-1.5.2. X2nın keçirilmə tarixi, vaxtı və ünvanı; 107-1.5.3. X2nın gündəliyi; 107-1.5.4. X2nın gündəliyi üzrə materiallarla tanış olunma qaydası. 107 -1.6. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. 107-1.7. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması tələbində gündəliyə təklif olunan məsələlər göstərilməlidir. Həmin məsələlər yığıncağın gündəliyinə mütləq salınmalıdır. 107-1.8. Səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması haqqında tələbin (təşəbbüsün) daxil olduğu gündən etibarən icra orqanı aşağıdakıları yerinə yetirməlidir: 107-1.8.1. üç iş günü müddətində X2nın vaxtmı və yerini təyin edib, qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla, bu barədə kütləvi informasiya vasitələrində elan verməlidir; 107-1.8.2. beş iş günü müddətində X2nın çağırılması barədə bildirişləri səhmdarlara göndərməlidir; 107-1.8.3. otuz gündən tez, qırx beş gündən gec olmayaraq X2nın keçirilməsini təmin etməlidir.” “Maddə 107-2. X2nda yetərsay 107-2.1. X2nda səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. 107-2.2. X2nda yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada “Banklar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, yenidən çağırılmalıdır. Bu zaman ümumi yığıncağın gündəliyi dəyişdirilməməlidir. Yenidən çağırılan ümumi yığıncaq səsli səhmlərin 40 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir. 107-2.3. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq bu Məcəllənin 107-1.8-ci maddəsində müəyyən edilmiş qaydada, gündəliyi dəyişdirilmədən “Banklar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq səsli səhmlərin 25 faizinin sahibləri iştirak etdikdə səlahiyyətlidir. 107-2.4. 107-2.3-cü maddəyə əsasən təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, cəmiyyət maliyyə bazarlarına nəzarət orqanına məlumat verərək yetərsayd an asılı olmadan ümumi yığıncağın qərarı ilə və ya maliyyə bazarlarına nəzarət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Səhmdarların cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət etmək hüququ vardır.” “Maddə 107-3. Səhmdarın ümumi yığıncaqda iştirakı qaydası 107-3.1. Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. 107-3.2. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş halda, səhmdar ümumi yığıncağın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz bildirməklə (lehinə, əleyhinə, bitərəf), imzası qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və sair) tə sdiq edilməklə, yazılı sənəd vasitəsi ilə səsvermədə qiyabi iştirak edə bilər. 107-3.3. Qiyabi səsvermənin reqlamenti cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 107-3.4. Səhm bir neçə şəxsin ümumi birgə mülkiyyətində olduğu halda, ümumi yığıncaqda səsvermə səlahiyyəti onun mülkiyyətçilərinin birinə və ya onların ümumi nümayəndəsinə qanunvericilikdə müəyyən olunmuş qaydada həvalə edilir. 107-3.5. X2nda səsvermə "bir səsli səhm — bir səsdir" prinsipi əsasında həyata keçirilir.” “Maddə 107-4. Hesablama komissiyası 107-4.1. Səhmdarlarının sayı yüzdən çox olan cəmiyyətlərin ümumi yığıncaqlarında səsvermənin nəticələrinin müəyyən edilməsi üçün sayı üç nəfərdən az olmayan hesablama komissiyası yaradılmalıdır. Hesablama komissiyasına direktorlar şurasının (müşahidə şurasının) üzvləri, təftiş kom issiyasının üzvləri (müfəttiş), icra orqanlarının üzvləri (təkbaşçı icra orqanı) və həmin vəzifələrə (vəzifəyə) seçilməyə namizədlər daxil edilməməlidir. 107-4.2. Hesablama komissiyasının yaradılması qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 107-4.3. Hesablama komissiyasının protokolu ümumi yığıncağın protokoluna əlavə olunur.” “Maddə 107-5. X2nın qərarı 107-5.1. X2nın qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, X2nda səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. 107-5.2. X2nın gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. 107-5.3. X2 tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. 107-5.4. X2nın qərarından səhmdar məhkəməyə şikayət edə bilər.” “Maddə 107-6. X2nın protokolu 107-6.1. X2nın protokolu yığıncaq bitdikdən sonra üç iş günündən gec olmayaraq iki nüsxədə tərtib olunur, sədrlik edən şəxs və katib tərəfindən imzalanır və möhürlənir. 107-6.2. X2nın protokolunda aşağıdakılar göstərilir: 107-6.2.1. ümumi yığıncağın keçirilmə vaxtı və yeri; 107-6.2.2 ümumi yığıncağın gündəliyi; 107-6.2.3. ümumi yığıncağın iştirakçılarının səsli səhmlərinin sayı; 107-6.2.4. iştirak edən səsvermə hüququn a malik olan səhmdarların sayı; 107-6.2.5. çıxışların xülasəsi; 107-6.2.6. səsə qoyulan hər bir məsələ üzrə səsvermənin nəticələri; 107-6.2.7. ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarın dəqiq və səlis ifadə olunmuş mətni. 107-6.3. Səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir.” “Maddə
560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir....”
40. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
41. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunmasını yoxlayır.
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
43. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
44. Kassasiya şikayətinin dəlilləri bundan ib arət olmuşdur ki, məhkəmə tərəfindən cəmiyyətin qərarlarına və protkollarına hüquqi qiymət verilməmiş, mübahisəli qərar nəticəsində səhmdarlara hər hansı əmlakın qalması ehtimalı aradan qalxmış, əqdlərin bağlanması mülkiyyət hüquqları ilə bağlı pozuntulara yol açmışdır.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
46. Mülki Məcəlləyə görə, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər (Mülki Məcəll ənin 43.5-ci maddəsi).
47. Həmçinin, təsərrüfat ortaqlıqları və cəmiyyətləri kommersiya təşkilatlarına aiddir. Təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər (Mülki Məcəllənin 64, 64.3-cü maddələri).
48. Mülki Məcəllənin “Səhmdar cəmiyyətində idarəetmə” adlanan 107-ci maddəsinin 1.4-cü bəndinə əsasən, cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək X2nın müstəsna səlahiyyətinə aiddir.
49. Məcəllənin 106-3.1-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üz rə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir (Mülki Məcəllənin 106-3.5-ci maddəsi).
50. Həmçinin, Mülki Məcəllənin tələblərinə görə səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir və səhmdarlar cəmiyyətin idarə edilməsində iştirak etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun ill ik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq, cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq və s. hüquqlara malikdir (Mülki Məcəllənin 102 – 107-6-cı maddələri).
51. Beləliklə məhkə mə kollegiyası hesab edir ki, göstərilənlərə əsasən aşağı instansiya məhkəmələrinin səhmdarlarının 2011-ci il 29 aprel tarixli ümumi yığıncağında qəbul edilmiş bütün qərarların və 2011-ci il 11 iyul tarixli ümumi yığıncağında qəbul olunmuş ASC-nin borclarının ödənilməsi üçün əmlakının satılması qərarının etibarsız hesab edilməsi, həmin qərar əsasında bağlanılmış əqdlərin ləğv edilməsi hissəsində iddia tələblərinin əsaslılığının sübuta yetirilmədiyinə dair gəldikləri nəticə qanuni və əsaslı olmuşdur.
52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işdən göründüyü kimi cəmiyyətin 2011-ci il 29 aprel tarixli ümumi yığıncağı ilə X9 ASC-nin X10 vəzifəsindən azad edilmiş, Qanuni nümayəndə ASC-nin X10 vəzifəsinə təyin edilmişdir. Həmçinin, cəmiyyətinin 2011-ci il 11 iyul tarixli ümumi yığıncağında ASC-nin borclarının ödənilməsi üçün onun əmlakının satılması, alqı-satqı müqavilələrinin imzalanması X10 Qanuni nümayəndə həvalə edilməsi yekdilliklə qəbul olunmuş, İddiaçı2 da həmin yığıncaqda iştirak etmişdir. Sonradan iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqavilələri də məhz bununla bağlı səlahiyyət verilmiş Qanuni nümayəndə tərəfindən imzalanmışdır.
53. Həmçinin işdən göründüyü kimi qərarların ləğvi və müqavilələrin etibarsız sayılması tələblərinə dair daha əvvəl də çoxsaylı mübahisələr olmuş, tərəflər arasında münasibətlər dəfələrlə mübahisə premdetinə çevrilmiş, həmin mübahisələr üzrə qanuni qüvvəsini almış müvafiq məhkəmə aktları mövcud olmuşdur.
54. Məhkəmələr tərəfindən həmçinin cavabdeh ASC-də İddiaçı1 aid Qiymətli kağızların sayı 756 ədəd, İddiaçı2 aid Qiymətli kağı zların sayı 152 ədəd olduğu müəyyən edilmiş, cavabdeh ASC-nin ləğv olunması prosesində Cəmiyyətin istifadəsində qalan sərbəst pul vəsaitinin hər bir səhmdarın Nizamnamə kapitalındakı payına uyğun olaraq səhmdarlar arasında bölüşdürülməsi qərara alınmış və həmin Protokolda hər bir səhmə düşən payın miqdarı 12,036 manat məbləğində müəyyən edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən 2022-ci il 1 aprel tarixli məhkəmə iclasında iddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi İddiaçı1 izahatında cavabdeh tərəfindən ona pulun təklif olunduğunu, lakin həmin pulun götürülməsindən imtina etdiklərini bildirmişdir.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki qanunvericilik qanunvericilik zərərin üç növünü müəyyənləşdirmişdir. Zərərə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərp a etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və əldən çıxmış fayda aid edilmişdir. Hazırki halda, iddiaçıların iddia etdiyi pozulmuş hüquqlarının bərpa olunması üçün çəkdiyi və ya çəkməli olduğu xərclərə dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim edilməmiş və onlara cavabdehin hər-hansı qanunsuz hərəkəti nəticəsində zərərin dəyməsi öz təsdiqini tapmamış, cavabdeh hüquqi şəxsin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara zərər dəyməsinə dair mötəbər sübutlar mövcud olmamışdır.
56. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qan unlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
57. Bu maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
58. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər b ir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
59. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, iddiaçı isə istinad etdikləri halları sübuta yetirə bilməmişdir.
61. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
62. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyul tarixli, 2-2(105)-65/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
63. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas2iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayə ti təmin etmədən saxlaya bilər.
64. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyul tarixli, 2-2(105)-65/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir.