Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-755/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Qurbanov Raqib Əliddin oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2025-ci il 25 sentyabr tarixli 2-2(103)-1078/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxıldı. İş üzrə məhkəmə icraatı 1.İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bun dan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.062 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 127 manat dövlət rüsumunun cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Daha sonra cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin isə təmin edərək iddiaçı ilə bağlanmış 2022-ci il 10 oktyabr tarixli müqavilənin etibarsız hesab edilməsi və iddiaçının razılaşma şərtlərinə əməl etməməsi nəticəsində dəymiş 20.000 manat ziyanın ondan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 13 avqust tarixli e-2-2(113)-2680/2025 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması qət edilmişdir (hakim K.Hüseynov). 4.Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ilkin iddia tələbinin təmin olunan hissəsində ləğv, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 25 sentyabr tarixli 2-2(103)-1078/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər L.Əliyeva, T.Mahmudova). 6.Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə, şikay ətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. 7.Məhkəmə öz mövqeyini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 363.1.2, 361.3 və 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsini və həmin şikayətin apellyasiya instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsi üzrə - birinci instansiya məhkəməsinə ümumilikdə iddiaçı tərəfindən ödənilən 127 manat və cavabdeh tərəfindən ödənilən 150 manat – 277 manat dövlət rüsumunu təşkil etmişdir. Ümumilikdə ödənilmiş 277 manat dövlət rüsumun 50% isə - 138,50 manat təşkil edir. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 140 manat (1.50 manat artıq) rüsum ödənildiyi halda məhkəmə hüquq pozuntusuna yol vermişdir.
10. MPM-in 267.1, 361, 366.4 və 402.2.1-ci maddələri üzrə - məhkəmə prosessual pozuntuya yol verərək, dövlət rüsumunu tam şəkildə hesablama aparmadan, texniki səhvə yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
12. Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;” Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olm ası daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.” 13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğind ə dövlət rüsumu ödənilməlidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
15. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
16. Həmin Qanunun 8.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
17. Hazı rki işdə ilk iddianın qiymətinin 12.062 manat, qarşılıqlı iddianın qiymətinin isə 20.000 manat təşkil etdiyini nəzərə alınaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği ümumilikdə 138,09 manat təşkil edir (120 manat + 2.062 x 0,3 % = 126.19; 126.19 x 50 % = 63,09), (120 manat + 10000 x 0,3 % = 150; 150 x 50 % = 75), (63,09 + 75 = 138,09).
18. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən isə görünür ki, dövlət rüsumu kimi 140 manat ödənilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən artıqlaması ilə dövlət rüsumu ödənilmişdir və ona görə də, MPM-in 363.1.2-ci maddəsi tətbiq edilərək apellyasiya şikayətinin dövlət rüsumu ödənilm əməsi əsası ilə geri qaytarılması üçün əsaslar mövcud olmamışdır.
19. Apellyasiya instansiyası məhkəməsi isə MPM-in qeyd olunan müddəsının tələblərini pozaraq apellyasiya şikayətinin geri qaytarıması barədə düzgün olmayan nəticəyə gəlmişdir.
20. MPM-in 418.3-cü maddəsinin tələblərinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
21. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır.
22. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2025-ci il 25 sentyabr tarixli 2-2(103)-1078/2025 nömrəli qərardadı ləğv edilsin. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.