Məhkəmə qərarları › İş №2-2(102)-77/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-77/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-77/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə əmələ gəlmiş öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-761/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında bağlanmış 2023-cü il 25 oktyabr tarixli AS-PS/001-13 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə görə, satıcı alıcıya A500C markalı tikinti armaturu satmağı üzərinə götürmüşdür. Nəzərdə tutulmuşdur ki, qiymətlər hər partiya satış üçün əlavə razılaşmalarda öz əksini tapır.

2. Müqavilənin 4.1-ci bəndinə əsasən “satıcı” müqaviləyə uyğun olaraq “alıcı” tərəfindən tam məbləğdə avans ödəniş həyata keçirildikdən sonra beş təqvim günü ərzində malı “alıcı”ya təhvil verməyi öhdəsinə götürmüş, 5.1-ci bəndinə əsasən “alıcı” sifariş olunan malın dəyərinin 100% həcmində ödənişi sifariş təsdiq edildikdən və “satıcı”nın təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 3 iş günü ərzində köçürmə yolu ilə əvvəlcədən (avans) h əyata keçirilməsi şərtləşdirilmişdir.

3. Sözügedən müqaviləyə Əlavə 1 olan qiymətlərin razılaşması protokoluna əsasən müxtəlif mallar üzrə qiymətlər tərəflər arasında ƏDV daxil olmaqla cəmi 1.461.125,43 manat məbləğində müəyyən edilmişdir. 4. 2023-cü il 13 noyabr tarixli, 2023-cü il 23 noyabr tarixli, 2023-cü il 28 noyabr tarixli təhvil-təslim aktlarına müvafiq olaraq 61.287,31 manat, 311.383,36 manat, 432.300,38 manat olmaqla ümumilikdə 804.971,05 manat məbləğində müxtəlif adda məhsullar İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq edərək möhürləmişlər.

5. EBDS seriyalı, 520799 nömrəli, 2023-cü il 13 noyabr tarixli elektron qaiməyə əsasən 61.287,31 manat, EBDT seriyalı, 437808 nömrəli, 2023-cü il 23 noyabr tarixli elektron qaiməyə əsasən 311.383,36 manat, EBDT seriyalı, 832786 nömrəli, 2023-cü il 28 noyabr tarixli elektron qaiməyə əsasən 432.300,38 manat dəyərində mallar İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

6. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə verildikdən sonra Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə 2024-cü il 26 aprel və 2024-cü il 23 aprel tarixli ödəniş tapşırıqlarına əsasən 160.000 manat və 196.384,47 manat məbləğində, cəmi 356.384,47 manat; 2024-cü il 26 aprel tarixli köçürmə aparılması haqqında bildirişlərə əsasən, 28.800 manat və 35.349,20 manat, cəmi 64.149,20 ƏDV üzrə ödəniş olunmuşdur. ƏDV ilə birlikdə ümumi ödənilmiş məbləğ 420.533,67 manat təşkil etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı ASC (bundan sonra – “iddiaçı ”) 2024-cü il 9 fevral tarixində iddia ərizəsi, daha sonra isə 2024-cü il 10 may tarixində iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 2023-cü il 25 oktyabr tarixində bağlanmış AS-PS/001-23 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində yaranmış 375.882,93 manat məbləğində əsas borc və ödənilmiş 1.088,63 manat dövlət rüsumu olmaqla ümumilikdə 376.971,56 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, iddiaçı şirkətin əsas fəaliyyət istiqaməti maye oksigen və metal məmulatları emalından və onların satışını həyata keçirməkd ən ibarətdir. Bu fəaliyyət istiqamətinə uyğun olaraq bağlanılan müqavilələrdən biri də 2023-cü il 15 oktyabr tarixli alqı-satqı müqaviləsidir. Belə ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq cavabdehə 3 partiya üzrə - 2023-cü il 13 noyabr, 2023-cü il 23 noyabr və 2023-cü il 28 noyabr tarixlərində cəmi 796.416,6 manat məbləğində məhsullar təhvil vermiş və müvafiq təhviltəslim aktları ilə rəsmiləşdirmişdir. Lakin cavabdeh tərəfindən bu məbləğin yalnız bir hissəsi, 420.533,67 manatı ödənilmiş, 375.882,93 manat borc isə hələ də qalmaqda davam edir. Həmçinin qeyd edilən satışlar üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim edilmiş və həmin qaimələr də qarşı tərəfdən təsdiqlənmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə 2024-cü il 1 fevral tarixində pretenzi ya məktubu göndərilmişdir. Pretenziya məktubunu qəbul etdikdən sonra cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır.

9. İddiaçının nümayəndəsi məhkəməyə 2024-cü il 14 may tarixində ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və həmin tarixli məhkəmə iclasında məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 may tarixli e-2-2(113)-1516/2024 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilərək tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində yaranmış 375.882,93 manat məbləğində əsas borc və ödənilmiş 1.088,63 manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 376.9 71,56 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müxtəlif malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini əvvəlcədən tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır.

12. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəlikl ərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 375.882,93 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də 375.882,93 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 567, 597.1, 598.2, 598.3, 598.4, 599.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217. 1, 218.3, 241.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-761/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 804.971,05 manat məbləğində müxtəlif adda məhsullar təhvil verilmişdir. İddiaçı hazırkı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək 375.882,93 manat məbləğində qalıq borcun tutulmasını xahiş etmiş, cavabdeh nə birinci instansiya, nə də apellyasiya məhkəməsinə bu borcun ödənilməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir.

17. Cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən "xxxx" MMC- nin audit rəyinin təqdim edilməsi üçün məhkəmə tərəfindən sorğu verilməsi və işin halları barədə məlumatı olan X1 şahid qismində dindirilməsi barədə vəsatət vermişdir.

18. İş materiallarından görünür ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatı olmuş, cavabdehin nümayəndəsi və vəkili iclaslarda iştirak etməmiş, müxtəlif tarixlərdə vəsatətlər verərək iclasda iştirak etməməsinin üzürlü səbəbi olduğuna dair sübut təqdim e tmədən iclasların təxirə salınmasını xahiş etmişdir. MPM-in 77, 78.1, 372.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh iddiaya dair etirazını və borcun ödənilməsi barədə sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməli olduğundan cavabdehin apellyasiya instansiyası mərhələsində şahid dindirilməsi və sorğu verilməsi barədə vəsatətləri prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir.

19. Məhkəmə kollegiyası, həmçinin MPM-in 81-ci maddəsinə istinadla apellyasiya şikayətini əsassız hesab edərək qeyd etmişdir ki, alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənişin həyata keçirildiyi şahid ifadəsi ilə deyil, ödəniş sənədləri ilə sübut edilməli olsa da, cavabdeh tərəfindən iddiaçının təsdiq etdiyi məbləğdən artıq ödəniş edilməsi barədə heç bir sübut təqdim edilməmişdir.

20. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. MM-in 390.1-ci maddəsi üzrə - Alqı-satqı müqaviləsinin 6.2-ci bəndinə əsasən tərəflər arasında mübahisə yarandığı zamanı tərəflər ilk öncə müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll etməli, bu mümkün olmadıqda mübahisənin mediasiya qaydasında (yəni, məhkəmədənkənar) həll edilməsi üçün mediasiya təşkilatına müraciət edəcəkləri göstərilmişdir. Hal-hazırda qanunvericilikdə məcburi mediasiyanın keçirilməsi yalnız ailə və əmək mübahisələrinə münasibətdə müəyyən edilmiş və bir şərt kimi qoyulmuşdur. Lakin MM-in 390 -cu maddəsində qeyd edilmişdir ki, müqavilə azadlığı prinsipi əsasında tərəflər mülki məcəlləyə münasibətdə nəzərdə tutulmayan ancaq ona zidd olmayan maddələri müqaviləyə əlavə edə bilərlər. Bu zaman tərəflər ilk növbədə müqavilə şərtlərinə əməl etməlidirlər. Göründüyü kimi, müqavilənin şərtlərində mediasiyaya müraciət bir şərt kimi qoyulmuş və iddiaçı tərəf isə mediasiyaya müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. İddiaçı müqaviləyə istinad etsə də, həmin müqavilənin digər tələblərinə riayət etməmişdir. Bu halda isə müqavilənin şərtlərinin iddiaçı tərəfdən kobud şəkildə pozulması deməkdir. Lakin məhkəmələr mübahisəyə hüquqi qiymət verərkən bu məsələni nəzərə almamışlar.

22. MM-in 440.1-ci maddəsi üzrə - İddiaçı cavabdehə üç dənə müxtəlif tarixli qaimə təqdim etmişdir. Bu qaimə lərin hər birinin ödəniş tarixi fərqli vaxta müəyyən olunmuşdur. Amma cavabdehə müəyyən bir vaxt verilməmişdir ki, qaimələrin hər biri üzrə yaranmış borc öhdəliyini tam şəkildə yerinə yetirsin. Belə ki, cavabdeh müxtəlif tarixlərdə ümumilikdə ƏDV ilə bir yerdə 420.533,67 manat məbləğində ödəmə həyata keçirmişdir. Cavabdeh bundan əlavə də müəyyən ödənişlər etsə də, qarşı tərəf bunu inkar etmiş və qəbul etməmişdir. Bu halların sübut edilməsi məqsədilə apellyasiya instansiyasında vəsatətlər verilsə də, təmin edilməmişdir. Göstərilənlərə əsasən demək olar ki, iddiaçı cavabdehə öhdəliyin icra edilməsi zamanı olan müddətləri özü müəyyən edir, cavabdehə hər bir öhdəlik üçün müəyyən olunan vaxtı vermir.

23. MPM-in 77, 78 və 88-ci maddələri üzrə - Məhkəmə cavabdehin vəsatətlərini təmin etməmiş, şah idin dindirilməsi, eləcə də müvafiq təşkilata sorğunun verilməsini həyata keçirməmişdir. Belə olan halda işin ədalətli baxılması mümkün deyil, çünki birinci instansiya məhkəməsində işin icraatı qiyabi aparıldığından cavabdeh öz sübutlarını təqdim etmək imkanından da məhrum olunmuşdur. Məhkəmə isə bu halları nəzərə almadan əsasız və düzgün olmayan qətnamə qəbul etmişdir.

24. S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarı və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarı üzrə - kassator hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilmiş qərarların tələblərini pozmaqla yekun nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

26. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edi lən hüquq

28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə

597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilən in şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödəni lməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər...." “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir....”

29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

31. Cavabdehin 420.533,67 manat məbləğindən əlavə də müəyyən ödənişlər etməsinə dair dəlill ərlə əlaqədar qeyd olunur ki, cavabdehin bununla bağlı MPM-in 77.1-ci maddəsinin (bax § 29) tələblərinə uyğun olaraq, işə baxan məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməsi iş materiallarından görünmür.

32. Bu halların sübut edilməsi məqsədilə apellyasiya instansiyasında vəsatətlərin təmin edilməməsinə dair dəlillərə gədikdə qeyd olunmalıdır ki, məhkəmə kollegiyası bunun səbəbləri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsində əks olunmuş mövqe ilə razılaşdığından sözügedən dəlillər üzrə təkrar hüquqi əsaslandırma aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

33. İddiaçının öhdəliyin icra edilməsi üçün cavabdehə hər bir qaimə üzrə müəyyən olunan vaxtı verməməsinə dair dəlillərlə əlaqədar qeyd olunur ki, iş materiallarından belə məlum olur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əsas borc üzrə cavabdehdən 796.416,6 manat vəsaitin tutulmasını xahiş etmiş, cavabdeh yalnız bundan sonra borcun bir hissəsini (420.533,67 manat) ödəmiş, nəticədə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qalan 375.882,93 manat borcun tutulmasını xahiş etmişdir. Göründüyü kimi, cavabdehin borclu olduğu vəsaiti müqavilə ilə müəyyən edilmiş müddətdə (hazırkı iddia ərizəsi məhkəməyə verilənədək) ödəməsi ümumiyyətlə işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdeh həmin vəsaiti icra mərhələsində də könüllü şəkildə ödəyə bilər. Hərgah ki, cavabdehin borcun qalan hissəsini etiraf etməsi və ödəməyə hazır olması barədə məhkəmədə hər hansı fikir bildirməsi, izahat verməsi də iş materiallarından görünmür.

34. Mediasiya şərtinə əməl olunmamasına dair dəlillərlə əlaqədar qeyd olunur ki, əvvəla, iş materiallarına əsasən, həmin dəlillər cavabdeh tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində gətirilmiş, onlara yalnız kassasiya şikayətində istinad olunmuşdur. Bu da cavabdeh tərəfin öz prosessual hüquqlarından suiistifadəsinə dəlalət edir. Ümumiyyətlə isə, mediasiya institutunun əsas məqsədi tərəflərin mübahisəni məhkəməyə qədər həll etməyə səy göstərməsinə imkan yaradılması, bununla da əlavə xərclərin, vaxt itkisinin, iş yükünün yaranmasının qarşısının alınmasıdır. Hazırkı halda isə mübahisəyə artıq məhkəmədə baxıldığından və prosesdən məlumatlı olan cavabdeh iddiaya dair etirazlarını məhkəməyə bildirdiyindən mediasiya əhəmiyyətini faktik i olaraq itirmişdir. Belə ki, iş materiallarında əsasən cavabdeh borcun bir hissəsini ödəsə də, digər hissəsini ümumiyyətlə qəbul etmir. Halbuki iddiaçı öz tələblərini əsaslandırmaq üçün müvafiq sübutları məhkəməyə təqdim etmiş, cavabdeh isə öz mövqeyini əsaslandıran sübutları təqdim edə bilməmiş, məhkəmə də haqlı olaraq iddia tələbini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası MPM-in 418.3-cü maddəsinin (bax § 29) tələblərinə istinadən hesab edir ki, sözügedən dəlillər hazırkı işin mahiyyəti üzrə düzgün nəticəyə gələn apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. O da qeyd olunmalıdır ki, mahiyyəti üzrə düzgün olan məhkəmə qətnamələrinin formal əsaslarla ləğv edilməsinə yol verilməməsi üçün qanunla nə apellyasiya instansiyası məhkəmələrinə, nə də kassa siya instansiyası məhkəməsinə mediasiya şərtinə əməl olunmaması ilə əlaqədar iş üzrə icraatın dayandırılmaması səbəbindən aşağı məhkəmənin qətnaməsinin ləğvi səlahiyyəti verilmişdir.

36. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 29) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 29) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 oktyabr tari xli 2-2(103)-761/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-761/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar