Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-770/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 iyul tarixli 22(104)-164/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi MÜƏYYƏN ETDİ:
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 18.113,39 manat məbləğində borcun, 1.800 manat cərimənin, 5.000 manat maddi ziyanın və 164,74 manat dövlət rüsumunun, cəmi 25.078,13 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-681/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 4 noyabr tarixli 05/23-149 nömrəli “xam pambığın alğı – satqı müqaviləsi”nə əsasən 18.113,39 manat əsas borc, 905.66 manat cərimə borcu olmaqla, cəm i 19.019,05 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması barədə qətnamə qəbul edilmişdir (hakim-Ə.Məmmədli).
3. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 iyul tarixli 2-2(104)-164/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur (sədrlik edən – A.İsgəndərova, hakimlər – R.Mamedov və M.Məmmədov).
5. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il 9 iyul tarixli 2-2(104)-164/2025 nömrəli qətnaməsini ləğv edərək, işin yenidən araşdırılması məqsədilə Gəncə Apellyasiya Məhkəməsi nə göndərilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
7. Belə ki, iddianın qiyməti 24.913,39 manat təşkil edir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən, hazırkı halda Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 82,37 manat təşkil etməlidir.
8. Lakin, cavabdeh tərəfindən kassasiya şikayəti verilərkən cəmi 74,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu da kassasiya şikayətinin qaytarılması üçün əsasdır.
9. Belə ki, MPM-nin 407.4- cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
10. MPM-in 408.1.3-cü maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
11. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir.
12. Şərh olunanları nəzərə alaraq və MPM-in 404, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən Gəncə Apellya siya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 iyul tarixli 2-2(104)-164/2025 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması məsələsinə baxılması üçün iş Gəncə Apellyasiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.