Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-773/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2022-ci il 15 avqust tarixli, 2-2(105)-73/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Lizinq verən "xxxx" ASC ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh arasında bağlanmış 2019-cu il 12 iyul tarixli, 01LA/19 nömrəli "xxxx" ASC-yə məxsus meyvə və giləmeyvələrin şok soyutma avadanlıqlarının lizinqə verilməsi barədə” Müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 132.300 manat olan 1 dəst meyvə və giləmeyvələrin şok soyutma avadanlıqlarını dəyəri X1 (1 nömrəli Əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 il müddətinə lizinqə verilmişdi r (Müqavilənin 1.1-ci bəndi).
2. Müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan malların dəyərindən 25.000 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan məbləği isə Ödəniş Qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır.
3. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləğini və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 4. 2021-ci il 18 may tarixli Maliyyə Arayışına əsasən, 2019-cu il 12 iyul tarixli, 01LA/19 nömrəli müqavilə üzrə ödənilməli olan 132.300 manat müqavilə məbləğindən lizinq alan Cavabdeh tərəfindən cəmi 25.00 0 manat məbləğində ilkin ödəniş edilmiş və 2021-ci il 18 may tarixinə lizinq alan Cavabdeh həmin Müqavilə üzrə 75.110 manat məbləğində ödənilməmiş əsas borcu və 25.011,63 manat məbləğində cərimə borcu vardır. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 2019-cu il 12 iyul tarixli 01-LA/19 nömrəli müqavilə üzrə 2021-ci il 18 may tarixinə hesablanmış 75.110 manat gecikdirilmiş borc, hesablanmış 25.011,63 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 500 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1 00.651,63 manat məbləğində pul vəsaitinin cavabehdən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi bununla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" ASC (bundan sonra - “ASC”) ilə lizinq alan cavabdeh arasında bağlanmış 2019-cu il 12 iyul tarixli, 01-LA/19 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə meyvə və giləmeyvələrin şok soyutma avadanlıqlarını lizinqə götürmüşdür. Lakin, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin məhkəməyə təqdim olunan Maliyyə arayışının tərtib edildiyi 2021-ci il 18 may tarixinə 75.110 manat məbləğində gecikdirilmiş borcu və müvafiq olaraq həmin tarixə hesab lanmış 25.011,63 manat cərimə borcu yaranmışdır. Öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427, 445, 748-1 və 465.2-ci maddələrinə istinad olunmuşdur.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
9. Cavabdeh 2021-ci il 23 sentyabr tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək tərəflər arasında bağlanmış avadanlığın lizinqə verilməsinə dair müqavilədə göstərilmiş məbləğin avadanlığın aşılanması nəzərə alınmaqla dəyişdirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 4 oktyabr tarixli, e-2-2(119)940/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi qaytarılmışdır (hakim – Z.Məmmədov).
11. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 19 oktyabr tarixli, e-2-2(119)940/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 21 fevral tarixli, 9/8240 saylı ekspert rəyində cavabdehin 2019-cu il 12 iyul tarixli, 01-LA/19 nömrəli müqavilə üzrə 2021-ci il 18 may tarixinə ödənilməmiş olan əsas borcunun miqdarının 75.110 manat məbləğində olduğu müəyyən edilmiş, rəydə mühasibat sənədləri təqdim edilmədiyindən cərimə borcunun müəyyən edilməsinin mümkün olmadığı qeyd olunmuşdur.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 12 aprel tarixli, e-2-2(119)25/2022 saylı qətnaməsi ilə i ddia qismən təmin edilmiş, cavabdehdən 2021-ci il 18 may tarixinə hesablanmış 75.110 manat məbləğində əsas borc, 2.000 manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 77.640 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim – Z.Sadiqov).
13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbi 2021-ci il 18 may tarixə hesablanmış 75.110 manat məbləğində əsas borcun cavabdehdən tutulması hissəsində əsaslı olmuş, tələb olunan 25.011,63 manat cərimə isə MM-in 467-ci maddəsinin tələbi baxımından azaldılaraq 2.000 manat həddində müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldı larkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqaviləsinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək (hətta, 2021-ci il 18 may tarixli Maliyyə arayışı tərtib edilənədək Lizinq alana borcun ödənilməsi ilə əlaqədar hər hansı bir rəsmi müraciətin olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır) uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması və cərimə məbləğinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olmas ı nəzərə alınmalıdır.
14. Gəldiyi nəticəni məhkəmə MM-in 747.1, 747-2, 748-1.12.4, 748-10.2, 748-10.4, 385.1, 425.1, 425.2, 427.3, 442, 445.1, 448, 462.1, 465.2, 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 88, 119.1, 124.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 avqust tarixli, 2-2(105)-73/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – İ.Dəmirov, hakimlər – F.Məmmədov v ə S.Qafari).
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində istinad olunan maddi hüquq normalarına istinad etməklə həmin qətnamənin iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılması qənaətinə gəlmişdir.
18. Cavabdehin apellyasiya şikayətinin ekspertizanın aparılmasından məlumatlı olmamasına dair dəlilinə münasibətdə qeyd olunmuşdur ki, həmin ekspertiza məhz cavabdehin vəsatəti əsasında aparıldığından göstərilən dəlil əsassız olmuşdur. Bundan başqa, cavabdeh onda pulun ödənilməsinə dair qəbzlərin olduğunu bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən şərait yaradılmasına baxmayaraq belə sübutlar təqdim olunmamışdır.
19. Apellyasiya məhkəməsinin qətnaməsini 2022-ci il 24 avqust tarixdə rəs mi qaydada əldə etmiş cavabdeh ondan 2022-ci il 22 oktyabr tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. MM-in 747.1, 747.2, 748-ci maddələrinin tələbləri pozulmuşdur. məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Belə ki, həmin meyvə soyutma avadanlığıməndən əvvəl 3 sahibkara verilmiş, onlardan müxtəlif vaxtlarda müəyyən məbləğ pullar alınmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi bunları nəzərə almamış, və ədalətsiz qətnamə çıxarmışdır.
21. MPM-in 9.3, 102.1, 102.2, 102.3-cü maddələrinin tələbləri pozulmuşdur. İş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair məhkəməyə vəsatət təqdim olunsa da, məhkəmə ekspertiza təyin etməmiş, cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmamış və onun tərəfindən həyata keçirilmiş ödənişlər düzgün hesablanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı 2022-ci il 13 dekabr tarixdə etiraz təqdim olunaraq bildirilmişdir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 2019cu il 26 aprel tarixli qərarı ilə “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 12.2-ci bəndinə əsasən aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların siyahısı təsdiq edildiyini, həmin siyahıda soyuducu avadanlığın da yer alması göstərilmişdir. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyə tinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci hisəsinə əsasən isə Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlərin kənd təsərrüfatı istehsalı vasitələrinin (kənd təsərrüfatı vasitəsinin, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara şamil edilməsi qərara alınmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə (müqavilə t arixinə) nəzər saldıqda lizinq obyektləri olan kənd təsərrüfatı texnikalarının cavabdehə yuxarıda adıçəkilən Qaydalara uyğun olaraq Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına verilmədiyini müəyyən etmək olur. Eləcə də, tərəflər arasında yaranmış hüquq münasibətləri Qaydaların təsdiqləndiyi 2018-ci il 19 dekabr tarixdən əvvəlki dövrə təsadüf edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. IV.KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında, yəni apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilmişdir və hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya insta nsiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdi rilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilmə məsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirl i pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırs a, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaql a) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl o laraq iki dəfədən artıq ödəmirsə. “Maddə 748-10. Lizinq ödənişləri... 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.... 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir....”
27. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
28. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Kassasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, lizinq obyekti olan avadanlıqlar daha əvvəl digər sahibkarlara verilmiş və onlardan müxtəlif vaxtlarda ödənişlər alınmış, həmçinin, məhkəmə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirməmiş, habelə məhkəmə iclasında cavabdehin iştirakını təmin etməmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
31. Hazırkı halda, işdən göründüyü kimi apelyasiya məhkəməsi tərəflər arasında bağlanmış lizinq müqaviləsi əsasında və həmin müqavilədən irəli gələn münasibətlərə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməklə qanuni nəticəyə gəlmişdir. Cavabdehin kassasiya şikayətin də qeyd etdiyi kimi, lizinq obyekti olan avadanlıqların ondan əvvəl digər şəxslərə lizinqə verilməsi isə hazırkı mübahisənin predmetini təşkil etməməklə yanaşı, cavabdeh bu dəlili ilə bağlı aşağı instansiya məhkəmələrinə hər hansı sübutlarını da təqdim etməmişdir. Digər tərfdən bu hal təsdiq ediləcəyi təqdirdə belə mübahisənin mahiyyətinə təsiri edə bilməzdi.
32. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
33. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə istinad etdikləri halları sübuta yetirə bilməmişdir.
35. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən cavabdehin müqavilə üzrə əsas borcunun müəyyən edilməsi üçün əldə olunmuş 2 022-ci il 21 fevral tarixli, 9/8240 saylı ekspert rəyinə istinad etmişdir. Cavabdehin borcunun ekspert tərəfindən müəyyən olunmuş həddən daha aşağı olmasına, ekspert rəyinin düzgün olmamasına dair hər hansı sübutlar və əsaslı şübhələr mövcud olmadığından apellyasiya məhkəməsinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməməsinə dair gəldiyi nəticə də prosessual qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz.
36. Həmçinin, MPM-in 185-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə, gəlməməyin səb əblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.
37. Prosessual qanunvericiliyin istinad olunan müddəasından göründüyü kimi, işdə iştirak edə bilməmənin səbəbinin üzrlü olmasına dair sübutlar təqdim olunmalıdır və məhkəmə yalnız səbəbi üzrlü saydığı təqdirdə işin baxılmasını digər tarixə təxirə sala bilər. Hazırkı halda işin baxılması tarixi barədə cavabdeh lazımi qaydada məlumatlandırılmış, sonuncu isə məhkəmə iclasının təxirə salınmasına dair ərizəsinə məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyinə dair hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxmaqla da prosessual pozuntuya yol verməmişdir.
38. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasi ya şikayətində göstərilən dəlillər Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 avqust tarixli, 2-2(105)-73/2022 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
39. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 avqust tarixli, 2-2(105)-73/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.