Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-774/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alğı-satqı müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: “D.X9”) qarşı “alğı-satqı müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 avqust tarixli 2-2(105)50/202 2 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2018-ci il 6 avqust tarixli 01/18AZD nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı (Cavabdeh MMC) müqavilə ilə müəyyən edilmiş şərtlər çərçivəsində müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə öz əksini tapmış malları, o cümlədən meyvə-tərəvəzi alıcıya (İddiaçı QSC) satmağı, alıcı isə həmin malları qəbul edib onların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə alınan malların dəyərinin alıcı tərəfindən 100% həcmində avans olaraq həyata keçiriləcək. Ödənişlər qeyri nağd şəkildə satıcının bank hesabına köçürülməsi yolu ilə həyata keçirilir.
2. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-nin bank hesa bına 2019-cu il 30 may tarixli ********* nömrəli ödəmə tapşırığı üzrə 27.500 manat, eyni tarixli ********* nömrəli ödəmə tapşırığı üzrə 100.000 manat ödəniş olunmuşdur.
3. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2020-ci il 27 noyabr tarixli pretenziya məktubunda tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı QSC tərəfindən ödənilmiş 127.500 manat məbləğində pulun qaytarılması tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 5 mart tarixində iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 127.500 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının "xxxx" ASC-nin Gəncə filialındakı hesab nömrəsinə kö çürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi işin halları (bax yuxarıda §§ 1-3) ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin hesabına ödənilmiş 127.500 manat məbləğində pulun müqabilində cavabdeh tərəfindən iddiaçıya göndərilməli olan meyvə-tərəvəz məhsulları heç bir fors-major hadisəsinin baş verməməsinə baxmayaraq, bu günə qədər göndərilməmiş, göndərilməmənin səbəbi barədə iddiaçıya məlumat verilməmiş, iddiaçının pretenziya məktubuna baxmayaraq, ödənilmiş pulun geri qaytarılması barədə heç bir tədbir görülməmişdir.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 442-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilməmişdir.
8. S umqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 16 aprel tarixli e-2-2(119)-456/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – X.Tağıyev).
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında 2018-ci il 6 avqust tarixində bağlanmış 01/8AZD nömrəli alğı-satqı müqaviləsinə uyğun olaraq iddiaçı cavabdehdən alacağı meyvə-tərəvəz məhsullarının müqabilində cavabdehin bank hesabına 127.500 manat məbləğdə ödəniş etmiş, lakin cavabdeh nəzərdə tutulmuş malları iddiaçıya göndərməmiş, müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh öz öhdəliyinin icrasını gecikdirməsi nəticəsində iddiaçıya onun ödədiyi pul məbləğində - 127.000 manat məbləğində ziyan vurmuşdur.
10. Məhkəmə öz mövqeyini MM-in 385.1, 386.1, 427.2, 441.1, 4 41.2, 442, 445.1, 448.1, 448.2, 600.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 avqust tarixli 2-2(105)-96/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – S.Qafari və F.Məmmədov).
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qaimə fakturalarda malı təhv il verən kimi “D” göstərilmişdir. Təhvil alan kimi isə iddiaçı, Hümmətov Qalib, Hümmətov Elnur (Qalib), Qalib (Şirin Aqro) qeyd olunmuşdur. Cavabdehin bildirdiyinə əsasən, D firması və cavabdeh bir holdinqin tərkibinə daxildirlər və iddiaçı ilə cavabdeh arasında uzunmüddətli əməkdaşlıq olmuşdur. “D. X9” MMC ilə iddiaçı arasında bağlanmış 2009-cu il 4 iyul tarixli AZD009/19 saylı alğı-satqı müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Müqavilənin 3.1-ci bəndində bu müqavilə üzrə alınan malların dəyərinin alıcı tərəfindən 100% həcmində avans olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. 14. 2019-cu il 2 fevral tarixli qaimə faktura isə bu səbəbdən hazırkı müqaviləyə aid ola bilməz. Belə ki, müqavilənin 3.1-ci bəndi və iddiaçı tərəfindən 125.000 manatın avans olaraq 2019-cu il 30 may ta rixində cavabdehə ödənilməsi nəzərə alınsa, 2019-cu il 2 fevral tarixində avans ödənilmədən iddiaçıya mal verilməsi müqavilə şərtləri ilə ziddiyyət təşkil etmişdir. Bundan başqa, avansa uyğun olaraq 125.000 manat həcmində qaimə-faktura olmalı olduğu halda, qaimələrin ümumi məbləği 125.000 manatdan çox, yəni 162.668 manat təşkil etmişdir ki, bu da bir daha həmin qaimələrin hazırkı iş üzrə mübahisələndirilən borcla bağlı olmasını istisna etmişdir.
15. Cavabdehin istinad etdiyi 4 təhvil-təslim aktı ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, həmin aktların da hazırkı mübahisə üzrə bilavasitə bağlılığı müəyyən olunmamış və aktlarda təhvil verən “D.X9” MMC ilə müxtəlif təhvil alanlar - X6, Hümmətov Elnur arasında alınmış mallarda qüsurların aşkar edilməməsi qeyd olunmuşdur.
16. Həmçinin nə “D.X9” M MC ilə iddiaçı arasında bağlanmış 2009-cu il 4 iyul tarixli AZD009/19 saylı alğı-satqı müqaviləsinin, nə qaimə-fakturaların, nə də aktların tərəflər arasında bağlanmış 2018-ci il 6 avqust tarixdə 01/8AZD nömrəli alğı-satqı müqaviləsi ilə bağlılığı və hazırki müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin icra olunması sübuta yetirilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 445.2, 445.2.1, 448.1, 568.1, MPM-in 77, 384.0.1, 385.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsind əki ilk icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 dekabr tarixli 2-2(102)-553/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qət olunmuşdur (sədrlik edən – K.Abiyeva, hakimlər – İ.Dadaşov və B.Qəribov).
20. Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən, MPM-nin sübutetməyə dair normalarının tələblərinə əməl edilməmişdir.
21. Belə ki, işin materiallarına əlavə edilmiş malların təhvil-təsliminə dair 2019-cu il 29 iyul, 2019-cu il 4 avqust, 2019-cu il 20 iyul və 2019-cu il 27 noyabr tarixli aktlarda malı təhvil alan qismində “Hümmə tov Elnur”, “Hümmətov Qalib” və “X6” göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı etirazda X2 iddiaçı Cəmiyyətin təsisçisi, Hümmətov Elnur adlı şəxsin isə onun qardaşı olduğu göstərilmişdir.
22. Həmçinin “D.X9” MMC işdə iştiraka cəlb edilməklə, cavabdehin apellyasiya şikayətini əsaslandırmaq üçün istinad etdiyi sübutların MPM-nin 80-ci maddəsinin tələbləri qaydasında hazırki mübahisəyə aidliyi, sübutu əhəmiyyətinin olub-olmaması, həmin sənədləri iddiaçının adından imzalayan şəxslərin buna səlahiyyətinin olub-olmaması, imzaların həmin şəxslərə məxsusluğu prosessual qanunvericiliyin müəyyən etdiyi sübutetmə vasitələri ilə müəyyən edilməlidir.
23. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün MM-in 404.1-404.4, 443-cü, MPM-in 78, 80, 81, 88, 89, 416-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 dekabr 2017-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2019cu il 14 fevral tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarlarına istinad etm işdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 iyun tarixli 2-2(105)-50/2022 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – R.Ağayev və Z.Məmmədov).
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 27 iyul tarixli 4/1054 nömrəli rəyinə əsasən: 1) İşin 98-ci vərəqində olan 2019-cu il 2 fevral tarixli ******* nömrəli, işin 100-cü vərəqində olan 2019-cu il 29 iyul tarixli ******* nömrəli, işin 101-ci vərəqində olan 2019-cu il 4 avqust tarixli ******* nömrəli, işin 102-ci vərəqində olan 2019-cu il 23 avqust tarixli ******* nömrəli, işin 103-cü vərəqində olan 2019-cu il 9 sentyabr tarixli ******* n ömrəli qaimə fakturalarda “Təhvil aldı” qrafasındakı imza; işin 106-cı vərəqində olan 2019-cu il 29 iyul tarixli “Akt”da “Hümmətov Elnur” yazılarından yuxarıdakı imza; işin 107-ci vərəqində olan 2019-cu il 4 avqust tarixli “Akt”da “Hümmətov Qalib” yazılarından yuxarıdakı imza – X7 tərəfindən icra olunmuşdur. 2) İşin 104-cü vərəqində olan 2019-cu il 27 noyabr tarixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı” qrafasındakı imza; işin 108-ci vərəqində olan 2019-cu il 27 noyabr tarixli “Akt”da “Hümmətov Qalib” yazılarından yuxarıdakı imza – X4 tərəfindən icra olunmuşdur. 3) İşin 99-cu vərəqində olan 2019-cu il 20 iyul tarixli ******* nömrəli qaimə fakturada “Təhvil aldı” qrafasındakı imza; işin 105-ci vərəqində olan 2019-cu il 20 iyul tarixli “Akt”da “X6” yazılarından yuxarıdakı imza – X6 v ə X7 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 avqust tarixli 2-2(105)-50/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmiş, 132 manat məbləğində ekspertiza xərci iddiaçıdan alınaraq Ekspertiza Mərkəzinə ödənilməsi qərara alınmışdır (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – T.Məmmədov və Z.Məmmədov).
27. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadən hesab etmişdir ki, X4 və X7 tərəfindən imzalanmış “Qaimə faktura”larda təhvil alınmış meyvə məhsullarının qiyməti işin 98-ci vərəqində olan 2019-cu il 2 fevral tarixli ******* nömrəli qaimə fakturada 23.275 manat, işin 100-cü vərə qində olan 2019-cu il 29 iyul tarixli ******* nömrəli qaimə fakturada 14.399 manat, işin 101-ci vərəqində olan 2019-cu il 4 avqust tarixli ******* nömrəli qaimə fakturada 29.080 manat, işin 102-ci vərəqində olan 2019-cu il 23 avqust tarixli ******* nömrəli qaimə fakturada 30.905 manat, işin 103-cü vərəqində olan 2019-cu il 9 sentyabr tarixli ******* nömrəli qaimə fakturada 18.892 manat, işin 104-cü vərəqində olan 2019-cu il 27 noyabr tarixli ******* nömrəli qaimə fakturada 31.654 manat olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən meyvə məhsulu ödənilən məbləğdən artıq həcmdə təhvil alınmışdır.
28. Məhkəmə kollegiyası MM-in 431.1 və 431.2-ci maddələrinə istinad edərək, müqavilə şərtlərinə zidd öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməli olmasına dair iddiaçının dəlilini əsassız hesab etmi şdir.
29. Borclu, yəni cavabdeh üçüncü şəxs ilə aralarında bağlanmış 2018-ci il 30 aprel tarixli müqavilə üzrə öhdəliyin məhz üçüncü şəxs tərəfindən icrasına razı olmuş, kreditor olan iddiaçı isə həmin icranı qəbul etmişdir. İşin 104-cü vərəqində olan 2019-cu il 27 noyabr tarixli ******* nömrəli qaimə fakturanın məhz iddiaçı hüquqi şəxsin direktoru X4 tərəfindən imzalanması yuxarıda qeyd olunan öhdəliyin üçüncü şəxs tərəfindən icra olunmasına razılığı ifadə etmişdir.
30. Məhkəmə kollegiyası MM-in 359.1-ci maddəsinə istinad edərək, X3 iddiaçının adından hər hansı sənədə imza etmək səlahiyyətinin olmaması ilə bağlı iddiaçının dəlili əsassız hesab etmişdir. Belə ki, X7 iddiaçının direktoru Xanlar Hümmətovun oğlu, eyni zamanda, iddiaçı hüquqi şəxsin təsisçisi Qalib Hümmətovun qardaşıdır. Bu sə bəbdən tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin icrası ilə bağlı meyvə məhsullarının qəbul olunmasının iddiaçı tərəfindən faktiki olaraq Elnur Hümmətova həvalə edilməsi uzun müddət iddiaçının buna etiraz etməməsinə görə iddiaçının yuxarıda göstərdiyi dəlili əsassız olmuşdur.
31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 359.1, 431.1, 431.2, MPMin 119.1, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 2 sentyabr tarixində tərəflərə göndərilmiş və iddiaçı ilə cavabdehin vəkilinin şəxsi elektron kabinetində yerləşdirilmişdir.
33. İddiaçı 2022-ci il 20 oktyabr tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, mümkün olmadıqda işə yenidən baxılması üçün həmin m əhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
34. MM-in 431.1, 431.2-ci maddələri üzrə - Cavabdehə ödənilmiş 127.500 manat məbləğində pul vəsaitinin müqabilində, meyvə məhsulları iddiaçının ünvanına göndərilməmişdir. Bununla bağlı cavabdehin təsisçisi X1 ilə iddiaçı şirkətin təsisçisi X8 arasında telefonla ən azından 50 dəfə danışıqlar aparılmış və mesajlarla müraciətlər edilmişdir. Cavabdehin təsisçisi, həmin telefon danışıqlarında avans olaraq iddiaçının cavabdehə ödədidiyi 127.500 manat pulu hələlik maddi imkanlarının olmamasına görə iddiaçı tərəfə qaytarılmasını təmin edə bilməməsini bildirsə də, eyni tələblə göndərilən mesajları cavabsız qoymuşdur.
35. Apellyasiya şikayətində cavabdeh məhsulların üçüncü şəxslə göndərilməsini qeyd etmiş olsa da, həmin qaimə-faktura və təhvil-təslim aktlarındakı imzaları nə iddiaçının icraçı direktoru olan Hümmətov Xanlar, nə də səlahiyyəti olmayan təsisçi Hümmətov Qalib tərəfindən imzalanmışdır. Ekspertiza nəticəsində imzaların Hümmətov Qalib və Hümmətov Elnura aid olduğu qeyd olunsa da, bununla bağlı məhkəməyə etiraz bildirilərək təkrar ekspertizanın keçirilməsi tələb olunsa da, məhkəmə tərəfindən tələb nəzərə alınmamışdır. Bundan başqa, qeyd olunmuşdur ki, Hümmətov Elnur alğı-satqı əməliyyatlarına dair hər hansı sənədlərə imza etməmiş, iddiaçının fəaliyyətində rəsmi və ya qeyri-rəsmi iştirakı olmamışdır. Məhkəmə tərəflər arasında mövcud olmuş müqaviləyə, habelə cavabdehə avans olaraq göndərilmiş 127.500 manat məbləğində pul v əsaitini və pretenziya məktubunu nəzərə almadan əsassız qətnamə çıxarmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə öhdəliyi üzrə borclu olduğu öhdəliyini icra etməli olduğu halda icra etməmiş, məhkəmə kollegiyası həmin hallara düzgün hüquqi qiymət verməmiş və Ali Məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən, apellyasiya məhkəməsi ekspertiza təyin edərək və həmin ekspertizanın nəticəsinə əsaslanaraq qərəzli qətnamə qəbul etmişdir.
36. Apellyasiya məhkəməsi hazırkı mübahisənin mahiyyətinə dair tərəflər arasında bağlanmış meyvə məhsullarının tədarükünə dair müqavilə üzrə iddiaçı tərəfin müqavilə öhdəliyinə əməl etməsinə, cavabdehin isə həmin müqavilə üzrə öhdəliyinə əməl etməməsinə, tərəflər arasındakı telefon danışığına, mesajlara hüquqi qiymət verməli olduğu, həmin danışıq və mesaj lar üzrə cavabdehin həqiqətən müqavilə öhdəliyinin tələblərinə əməl etməməsinə əmin olmaq əvəzinə, aidiyyəti olmayan başqa bir hüquqi şəxsin həmin müqavilə öhdəliyini guya icra etməsi barədəki nağılvari ifadəsinə reallıq kimi qiymət verməklə məlum əsassız qətnaməni çıxarmışdır.
37. MPM-in 217.1, 372.6, 372.7-ci maddələri üzrə - Cavabdehin və üçüncü şəxsin sübut kimi təqdim etdiyi qaimə-faktura, təhvil-təslim aktları şirkətlərarası alğı-satqını deyil, şirkətdaxili tədarükü əks etdirən, tərəflərin rəhbərlərinin möhürləri ilə təsdiqlənməyən mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olmayan saxta imzalarla təsdiqlənmiş sənədlərə əsaslanaraq çıxarılmış qətnamə əsassız və qərəzli olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim e dərək bildirmişdir ki, iddiaçı kassasiya şikayətində iddia olunan maddi və prosessual normaların pozulmasına və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair mövqeyini əsaslandırmamış və konkret olaraq hər hansı bir tələb göstərməmişdir. İddiaçı cavabdehlə 2018-ci il 6 avqust tarixli 01/18 AZD nömrəli alğı-satqı müqaviləsi üzrə sonuncunun üzərinə düşən öhdəlikləri icra etməmiş və apellyasiya instansiya məhkəməsinin araşdırması zamanı iddiaçı ilə cavabdeh arasında olan müqavilə üzrə, cavabdeh üzərinə düşən öhdəliklərini vaxtında və tam şəkildə icra etməsi faktı mötəbər dəlillər əsasında sübut olunmuşdur. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsassız dəlillərə əsaslanmışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kass asiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.” “Maddə
359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayr ı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir....” “Maddə
431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər....” Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilm ədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə t utulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.”
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli Qərarında qeyd edilmişdir ki: “... Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır...”
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci ma ddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında qeyd edilmişdir ki: “... Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb..... Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir...”
45. Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraat ı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) ma lik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu b arədə məhkəməyə məlumat verməlidir. 78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. 78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir.” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. 89.5. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir).” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
46. Məhkəmə kolleg iyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 34-37) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 avqust tarixli 2-2(105)50/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası kassatorun məhkəmə-xətşünaslıq ekspertizasının rəyinin əsassızlığı barədə dəlilləri ilə razılaşmayaraq bildirir ki, həmin rəydən sonra iddiaçı tərəfin apellyasiya instansiyası məhkəməsinə təkrar və ya əlavə ekspertizanın keçirilməsi barədə tutarlı dəlillərlə əsaslandırılmış yazılı və ya şifahi vəsatət verməsi və məhkəmənin qarşı tərəfin fikrini öyrənməklə həmin vəsatəti rədd etməsi iş materiallarından görünmür.
48. Odur ki, hazırkı icraat mərhələsində kassasiya şi kayətinin sözügedən dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılması MPM-nin 407.2-ci maddəsinin (bax yuxarıda § 45) tələbləri baxımından yolverilməzdir.
49. Mübahisə predmeti olan sənədləri iddiaçının adından imzalayan şəxslərin buna səlahiyyətinin olmamasına dair kassatorun dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı tamamilə qanuni və əsaslı nəticəyə gəlmişdir.
50. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin icrası ilə bağlı meyvə məhsullarının qəbul olunması iddiaçı tərəfindən faktiki olaraq Elnur Hümmətova həvalə edilmiş, uzun müddət iddiaçı buna etiraz etməmişdir.
51. MM-in 359.1-ci maddəsinin (bax yuxarıda § 42) m əzmunundan aydın olur ki, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
52. Bundan başqa, MM-in 357-ci maddəsinin (bax yuxarıda § 42) tələblərinə görə, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər MM ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
53. Beləliklə, meyvə məhsullarının qəbul olunmasının iddiaçı tərəfindən faktiki olaraq Elnur Hümmətova həvalə edilməsi və iddiaçının uzun müddət etiraz etməməsi istinad olunan normalar baxımından Elnur Hümmətovun ona verilmiş səlahiyyət əsasında hərəkət etməsi və iddiaçının, yəni səlahiyyət verənin bu hərəkətləri bəyənməsi anlamına gəlir.
54. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir.
55. Cavabdehin və üçüncü şəxsin sübut kimi təqdim etdiyi qaimə-fakturalar, təhviltəslim aktları şirkətlərarası alğı-satqını deyil, şirkətdaxili tədarükü əks etdirdiyindən, tərəflərin rəhbərlərinin möhürləri ilə təsdiqlənmədiyindən məhkəmənin bu sənədlərə mötəbər sübut kimi istinad edərkən pozuntuya yol verməsinə dair kassatorun dəlilləri də əsaslı hesab edilə bilməz.
56. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarınd an görünür ki, sözügedən sənədlərin X4 və X7 tərəfindən imzalanması müvafiq ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
57. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin şirkətdaxili sənəd olması və tərəflərin möhürləri ilə təsdiqlənməməsi MPM-in 89.1-ci maddəsinin (bax yuxarıda § 45) tələbləri baxımından onların qeyri-mötəbər sübut hesab olunması üçün əsas deyildir və apellyasiya instansiyası məhkəməsi bununla bağlı da hər hansı hüquq pozuntusuna yol verməmişdir.
58. Tərəflər arasındakı telefon danışığına, mesajlara məhkəmə tərəfindən hüquqi qiymət verməməsinə dair dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası bildirməyi zəruri hesab edir ki, belə telefon danışıqlarının və mesajların mövcudluğu ümumiyyətlə iş materialları ilə öz təsdiqini tapmır.
59. Qeyd olunanlardan görünür ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 28 dekabr tarixli 2-2(102)-553/2021 saylı qərarında verilmiş göstərişlər MPM-in 420-ci maddəsinin (bax yuxarıda § 45) tələblərinə uyğun olaraq, son apellyasiya baxışında məhkəmə tərəfindən yerinə yetirilmişdir.
60. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 45) tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 45) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
61. Göstərilənlərə əsasən və MPM-in 4 17-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı QSC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 avqust tarixli 2-2(105)-50/2022 saylı qətnaməsi həmin kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.