Məhkəmə qərarları › İş №2-2(102)-79/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-79/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-79/2024 05.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-2(103)-379/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar qəbul etd i: İşin halları

1. İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya tikinti malları təhvil verməyi, alıcı isə həmin malı qəbul edib, razılaşdırılmış müddətlərdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

2. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, tərəflər arasında razılaşdırılmış qiymət 11.50 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndində tərəflər arasında hesablaşmanın nağd şəkildə hər on gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılması, 3.4-cü bənddə isə ödənişin alıcı tərəfindən nağd formada həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.

3. Satıcı tərəfindən qiyməti 11.50 manat olmaqla 2019-cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 41.320 kq, 2019-cu il 9 mart tarixli ******* say lı qaimə faktura ilə 41.330 kq, 2019-cu il 10 mart tarixli ******* saylı qaimə faktura ilə 41.960 kq, 2019-cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 42.140 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 43.460 kq, 2019-cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 43.440 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.250 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.620 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.250 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 40.430 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 41.830 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 41.000 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.480 kq, 2019-cu il 8 mart tarixli ******* qaimə faktura ilə 42.310 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 42.770 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 42.740 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 41.960 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 43.640 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 42.720 kq, 2019-cu il 6 mart tarixli ******* saylı qaimə faktura ilə 43.960 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 40.250 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 41.050 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 41.250 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 40.720 kq, 2019-cu il 3 mart tarixli ******* saylı qaimə faktura i lə 41.880 kq, 2019-cu il 3 mart tarixli ******* saylı qaimə faktura ilə 40.310 kq, 2019-cu il 3 mart tarixli ******* saylı qaimə faktura ilə 42.910 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 40.210 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura il 41.590 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 42.980 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 41.170 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 42.640 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 40.370 kq, 2019-cu il 28 fevral tarixli ******* saylı qaimə faktura ilə 44.340 kq material təhvil verilmişdir. 4. 28 oktyabr 2019-cu il tarixli təhvil-təslim Aktına əsasən satıcı tərəfindən alıcının direktoru Qanuni nümayəndə 2315,34 ton həcmində, 26.626,41 manat dəyərində mal təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 26.616,41 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, satıcı tərəfindən alıcıya tikinti mallarının (şeben) satılması ilə bağlı razılıq əldə olunmuş və alıcı tərəfindən verilən bütün sifarişlər satıcı tərəfindən vaxtında icra olunmuşdur. Son bir neçə ay ərzində cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtı nda və düzgün şəkildə yerinə yetirməmiş, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə tərəflər arasında danışıqlar olmasına baxmayaraq, verilən vədlərə vaxtında əməl olunmamış, nəticədə cavabdehin icra olunmamış öhdəliyi yaranmışdır. Hazırda cavabdehin müqavilə üzrə iddiaçıya 26.626,41 manat borcu vardır. Cavabdehə müqavilə üzrə öhdəliklərini icra edərək borcunu ödəməsi barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh yenə də öhdəliyinin icrasından yayınmışdır. Eyni zamanda, 28 oktyabr 2019-cu il tarixdə cavabdehlə qarşılıqlı akt imzalanmış və həmin akta əsasən cavabdeh həmin tarixə 26.626,41 manat qalıq borcunun olmasını etiraf etmişdir.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 4 42, 445.1, 445.2.1, 428.4, 448.1-ci maddələrinə istinad olunmuşdur.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, alqı-satqı müqaviləsi üzrə ona hər hansı mal təqdim olunmadığını, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdəki imzaların cavabdehin direktoruna məxsus olmadığını bildirmişdir.

9. Cavabdehin vəsatəti əsasında Bakı Kommersiya Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, e-2-2(113)-534/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2020-ci il tarixli, 4/773 saylı ekspert rəyində qeyd edilmişdir ki, mülki işin 41-ci vərəqəsində olan 28 oktyabr 2019-cu il tarixli Təhvil-təslim aktında “təhvil aldı” hissəsindəki qrafadakı imza- Qanuni nüm ayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, e-2-2(113)-75/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli, 5/367 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş: 1, 3, 4, 6, 7 mart 2019-cu il tarixli (i.v 78, 88, 90, 92, 94, 98, 110, 112, 118, 122, 134) tərəzi qəbzlərində olan imzalar, 03 mart 2019-cu il tarixli (i.v 124) tərəzi qəbzində olan iki manatın altdaki imza, 10 mart 2019-cu il tarixli, ******* saylı, 09 mart 2019-cu il tarixli, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, 08 mart 2019-cu il tarixli, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, 07 mart 2019-cu il tarixli, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, 06 mart 2019-cu il tarixli, ******* saylı, 05 mart 2019-cu il tarixli, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, 03 mart 2019-cu il tarixli, ******* saylı, ******* saylı, ******* saylı, 02 mart 2019-cu il tarixli, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, 28 fevral 2019-cu il tarixli, ******* saylı qaimə-fakturalardakı “təhvil verdi” qrafasında olan imzalar, 06 mart 2019-cu il tarixli, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, 04 mart 2019-cu il tarixli, ******* saylı, ******* saylı, ******* sayl ı, 02 mart 2019-cu il tarixli, ******* saylı, 28 fevral 2019-cu il tarixli, ******* saylı, ******* saylı, 27 fevral 2019-cu il tarixli, ******* saylı qaimə-fakturalarda olan imzalar, 02 mart 2019-cu il tarixli, ******* saylı qaimə fakturanın “Təhvil aldı” qrafasındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir.

11. Tədqiqata təqdim edilmiş: 2019-cu il 27 fevral; 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 mart tarixli (i.v 42, 44, 46, 48-54, 56, 58, 60, 62, 64, 66, 68, 70, 72, 76, 80, 82, 84, 86, 96, 100, 102, 104, 106, 108, 114, 116, 120, 126, 140) tərəzi qəbzlərində olan, 2019-cu il 3 mart tarixli (i.v 124) tərəzi qəbzində olan iki imzadan üstdəki imza, 2019-cu il 10 mart tarixli ******* nömrəli, 2019-cu il 9 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nöm rəli 2019-cu il 8 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 7 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 001318 nömrəli, 2019- cu il 6 mart tarixli ******* nömrəli, 2019-cu il 5 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 3 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 2 mart tarixli ******* nömrəli, ******* nömrəli qaimə-fakturalarının “Təhvil aldı” qrafasında olan imzalar, 2019-cu il 2 mart tarixli ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, 2019-cu il 28 fevral tarixli ******* nömrəli qaimə fakturalarının cədvəlinin aşağı sağ küncündə olan imzalar faksmile klişe vasitəsilə icra edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 1 iyun tarixli 4/447 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 2019-cu il 27 fevral tarixli tərəzi qəbzində (i.v.140), 2019-cu il 1 mart tarixli tərəzi qəbzində (i.v. 136, 138) 2019-cu il 2 mart tarixli tərəzi qəbzində (i.v. 126, 128, 130, 132), 2019-cu il 3 mart tarixli tərəzi qəbzində (i.v. 120, 124 (1-ci imza), 2019-cu il 4 mart tarixli tərəzi qəbzində (i.v. 108, 114, 116 (2 ədəd imza), 2019-cu il 5 mart tarixli tərəzi qəbzində (i.v. 100, 102, 104, 106) 2019-cu il 6 mart tarixli tərəzi qəbzində (i.v.96), 2019-cu il 7 mart tarixli tərəzi qəbzlərində (i.v. 76, 80, 82, 84, 86), 2019-cu il 8 mart tarixli tərəzi qəbzlərində (i. v. 60, 64, 66, 68, 70, 72), 2019-cu il 9 mart tarixli tərəzi qəbzlərində (i.v. 42, 44, 48, 56, 58, 62), 2019- cu il 10 mart tarixli tərəzi qəbzlərində (i.v. 46, 49, 50, 51, 52), 2019-cu il 11 mart tarixli tərəzi qəbzlərində (i.v. 53, 54), 2019-cu il 10 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 47), 2019-cu il 9 mart tarixli ******* saylı qaimə fakturada (i.v, 59); 2019-cu il 9 mart tarixli ******* saylı qaimə fakturada (i.v: 43), 2019-cu il 9 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 45), 2019-cu il 9 mart tarixli ******* saylı qaimə fakturada (iv. 55), 2019-ci il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 57), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 61), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v: 63), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (iv. 65), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (iv. 67), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (iv: 69), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v: 71), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v 73), 2019-cu il 8 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 75), 2019-cu il 7 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 77), 2019-cu il 7 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 81), 2019-cu il 7 mart tarixli ******* saylı qaimə fakturada (i.v.83), 2019-cu il 7 mart tarixli ******* saylı qaimə-fakturada (i.v.85), 2019-cu il 7 mart tarixli ******* saylı qaimə fakturada (i.v.87), 2019-cu il 6 mart tarixli ******* saylı, qaimə fakturada (i.v.97), 2019-cu il 5 mart tarixli ** ***** saylı qaimə fakturada (i.v.101), 2019-cu il 5 mart tarixli ******* saylı qaimə fakturada (i.v.103), 2019-cu il 5 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 105), 2019-cu il 5 mart tarixli ******* saylı qaimə fakturada (i.v.107), 2019-cu il 3 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 109), 2019cu il 3 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 115), 2019-cu il 3 mart tarixli ******* saylı qaimə fakturada (i.v.117), 2019-cu il 2 mart tarixli ******* saylı qaimə-fakturada (i.v.121), 2019-cu il 2 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 125) 1-ci imza, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə-fakturada (i.v.127), 2019-cu il 2 mart tarixli ******* saylı qaimə fakturada (i.v,129), 2019-cu il 2 mart tarixli ******* saylı qaimə fakturada (i.v.131), 2019-cu il 2 mart tarixli ******* saylı qaimə fakturada (i.v. 133) 2019-cu il 28 fevral tarixli ******* saylı qaimə fakturada (i.v.137) “Təhvil aldı” və “RECEİVED BY” qrafalarındakı faksmile klişe vasitəsi ilə icra olunmuş imzalar (bax: STE 2021-ci il 6 may tarixli 5/367 saylı rəy) - Qanuni nümayəndə tərəfindən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim edilmiş 2019-cu il 10 mart tarixli ******* nömrəli, 2019-cu il 9 mart tarixli 0013198, 0013197, 0013199, ******* nömrəli, 2019-cu il 8 mart tarixli 0013196, 0013194, 0013195, 0013190, 0013193, 0013191, 0013192, 0013188, ******* nömrəli, 2019-cu il 7 mart tarixli 001318, 0013185, 0013183, 0013186, ******* nömrəli, 2019-cu il 6 mart tarixli ******* nömrəli, 2019-cu il 5 mart tarixli 0013170, 0013172, 0013171, ******* nömrəli,2019-cu il 3 mart tar ixli 0013165, 0013163, ******* nömrəli, 2019-cu il 2 mart tarixli 0013162, 0013157, 0013156, 0013159, ******* nömrəli, 2019-cu il 28 fevral tarixli ******* nömrəli qaiməfakturalardakı “Təhvil verdi” qrafasında olan imzalar; 2019-cu il 6 mart tarixli 0013180, 0013179, 0013178, 0013175, 0013176, ******* nömrəli, 2019-cu il 4 mart tarixli 0013166, 0013167, ******* nömrəli, 2019-cu il 2 mart tarixli ******* nömrəli, 2019-cu il 28 fevral tarixli 0013153, ******* nömrəli, 2019-cu il 27 fevral tarixli ******* nömrəli qaimə fakturalarında olan imzalar; 2019-cu il 2 mart tarixli ******* nömrəli qaimə-fakturasının “Təhvil aldı” qrafasındakı 1-ci imza; 2019-cu il 1, 3, 4, 6, 7 mart tarixli (i.v 78, 88, 90, 92, 94, 98, 110, 112, 118, 122, 134) tərəzi qəbzlərində olan imzalar; 2019-cu il 3 mart tarix li (i.v 124) tərəzi qəbzində olan iki imzadan altdakı imza - Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

13. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli, e-2-2(113)-75/2021 nömrəli qətnaməsi ilə (hakim A.Əliyeva) iddia qismən təmin edilərək, cavabdehdən 16.428,32 manat borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

14. Məhkəmə, işin yuxarıda qeyd olunan hallarına istinad etmiş, gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı alqı-satqı müqaviləsı üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçının təhvil verdiyi mallar üzrə cavabdehin borcu yaranmışdır. Belə olan halda, iddiaçı müqavilə üzrə yaranmış və ödə nilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.2, 442, 443.1, 448.1, 567, 600.1, 600.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd olunan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Bakı Apellyas iya Məhkəməsi Kommersiya kollegiyasının 01 dekabr 2021-ci il tarixli, 2-2(103)-1112/2021 saylı qətnaməsi ilə (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), R.Qurbanov və E.Nağıyeva) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi qismən- iddianın təmin olunan hissəsində ləğv edilmiş, iddia cavabdehdən iddiaçının xeyrinə 16.428,32 manat borcun tutulması hissəsində rədd edilmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır

19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, qətnamənin əsaslandırıcı hissəsində öz gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş və ekspert rəylərinə hüquqi qiymət verməmişdir.

20. İddiaçı cavabdehə alqı-satqı üzrə malların təhvil verildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Ekspert rəyinə əsasən, iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 28 oktyabr 2019-cu il tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın cavabdehin direktoru tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

21. Bundan başqa, cavabdehin direktoru faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini qəbul etmədiyindən, faksimile imzanın cavabdehin qanuni təmsilçisi tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiy ini sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

22. Tərəflər arasında bağlanmış müqavilədə sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmamış, o cümlədən, cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 331.3-cü maddəsinə, habelə MPM-in 77.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

24. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-2(102)-236/2022 saylı qərarı ilə (hakimlər İ.Dadaşov (məruzəçi), B.Məmmədli və B.Qəribov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

26. Kassasiya instansiya məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin sübutların qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işə əlavə edilmiş 01 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən, tərəzi qə bzlərində olan imzalar, rəydə sadalanan qaimə fakturadakı faksimile klişe vasitəsi ilə icra olunmuş imzalar Qanuni nümayəndə tərəfindən icra olunmuş imzanın əksidir. Tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmadığını qeyd etməklə kifayətlənən apellyasiya instansiyası məhkəməsi faksimile klişenin Qanuni nümayəndə məxsus olduğunu, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin üzərində bu klişe vasitəsi ilə imzaların icra olunduğunu düzgün qiymətləndirməmişdir. Digər tərəfdən, cavabdeh bu klişenin ümumiyyətlə ona məxsus olmadığını, tərəfindən sifariş edildiyini inkar etməmişdir. Belə olduğu təqdirdə, apellyasiya instansiyası məhkəməsi cavabdehin faksimile imza ilə bağlı bi ldirdiklərinə ehtiyatla yanaşaraq, sonuncunun bu barədə izahatına digər sübutlarla birlikdə qiymət verməli olduğu halda bunu etməmiş, beləliklə, sübutların qiymətləndirilməsində səhvə yol vermişdir.

27. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işə əlavə edilmiş tərəzi qəbzlərinin üzərində malların yükləndiyi yük avtomobillərinin və onların sürücülərinin adları qeyd edilsə də, işə baxan məhkəmələr həmin yüklərin əslində haraya daşındığını, eyni yük avtomobillərinin (90VN-704, 90VX-702, 90VX- 703, 90VX-706 dövlət qeydiyyat nişanlı) kimə məxsus olduğunu və sair müəyyən etmək üçün heç bir təşəbbüs göstərməmişlər. Halbuki, bu halların dəqiq müəyyən edilməsi digər sübutlarla yanaşı iddianın nə dərəcədə əsaslı olub-olmadığına bilavasitə təsir edə bilərdi.

28. Cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə sübut təqdim edilmədiyini qeyd edən məhkəmə, bu zaman iddia tələbinə etiraz edən cavabdehin belə bir etibarnamənin mövcud olduğu təqdirdə belə təqdim etmək marağında olmayacağını düzgün qiymətləndirməmiş, ümumiyyətlə bütün təqdim edilmiş tərəzi sənədlərinə etiraz etdiyi halda, ona məxsus eyni faksimile klişe vasitəsilə hansı səbəbdən imzalar edilməsinə cavabdehin münasibətini, cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənədlərin tərtibatı zamanı və digər hallarda faksimile imzadan istifadə edib-etməməsini aydınlaşdırmamış, bu isə öz növbəsində tam əsaslandırılmamış məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.

29. Kassasiya insta nsiyası məhkəməsi gəldiyi nəticəni MPM-in 88 və 416-cı maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 29 iyul 2022-ci il tarixli, 2-2(103)-623/2022 saylı qətnaməsi ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Həsənov və A.Hüseynov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Kommersiya məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi qismən- iddianın təmin olunan hissəsində, yəni cavabdehdən iddiaçının xeyrinə 16.428,32 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuş, qalan hissədə qətnamə dəyişdirilm ədən, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır

31. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən- 16.428,32 manat hissədə təmin etsə də, gəldiyi nəticəni qətnamədə əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi mötəbər sübutlarla təsdiq edilmədiyi üçün, iddia təmin olunan hissədə qanunsuz və əsassızdır.

32. Belə ki, iddiaçı cavabdehə alqı-satqı müqaviləsi üzrə malların təhvil verildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ekspert rəyinə əsasən, iddiaçının sübut qismində məhkəməyə təqdim etdiy i 28 oktyabr 2019-cu il tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın cavabdehin direktoru Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

33. Faksimile imza ilə təsdiq edilmiş digər sənədlərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf müəssisənin direktoru Qanuni nümayəndə faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini, həmin imzadan istifadə etdiyini qəbul etmədiyindən, faksimile imzanın cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.

34. Mülki Məc əllənin 331.3-cü maddəsinin tələblərinə görə, faksimile imza ilə müqavilənin və ya hər hansı digər sənədin təsdiq edilməsi o, zaman etibarlı sayıla bilər ki, müqavilə tərəfləri arasında bu barədə razılaşma olsun. Faksimile imzanın əl ilə icra edilən imzaya bərabər hüquqi qüvvəyə malik olması barədə qanunvericilikdə hər hansı norma mövcud deyil. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmamış, o cümlədən, cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv olunaraq iddianın rədd edilməli olması qənaətinə gəlmişdir.

35. Faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarin kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə sübutlar olmadığından, iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.

36. Bundan başqa, kassasiya instansiyası məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərarında üç göstəriş olmuşdur6: 1) faksimile klişenin Qanuni nümayəndə məxsus olduğu, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin üzərində bu klişe vasitəsi ilə imzaların icra olunduğu düzgün qiymətləndirilməmişdir. Digər tərəfdən cavabdeh bu klişenin ümumiyyətlə ona məxsus olmadığını, tərəfindən sifariş ed ildiyini inkar etməmişdir; 2) işə baxmış məhkəmələr həmin yüklərin əslində haraya daşındığını, eyni yük avtomobillərinin (90VN-704; 90VX702; 90VX-703; 90VX-706 dövlət qeydiyyat nişanlı) kimə məxsus olduğunu və sair müəyyən etmək üçün heç bir təşəbbüs göstərməmişlər; 3) ümumiyyətlə bütün təqdim edilmiş tərəzi sənədlərinə etiraz etdiyi halda, ona məxsus eyni faksimile klişe vasitəsilə hansı səbəbdən imzalar edilməsinə cavabdehin münasibəti, cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənədlərin tərtibatı zamanı və digər hallarda faksimile imzadan istifadə edib-etməməsi aydınlaşdırılmamışdır.

37. Kassasiya instansiyası məhkəməsinin sözügedən qərarının birinci və üçüncü göstərişləri icra olunarkən cavabdehin bu klişenin ümumiyyətlə ona məxsus olduğunu, onun tərəfindən sifariş edildiyini qəti inkar etdiyi müəyyən olunmuşdur. Cavabdeh heç bir vaxt faksimile klişe imza sifariş etməmiş, hazırlatmamış, onun faksimile klişe imzası heç vaxt olmamış, heç vaxt heç kimlə, o cümlədən digər şəxslərlə faksimile klişe imzadan istifadə etməklə hər hansı müqavilə bağlamamışdır.

38. İddiaçı isə ikinci göstərişin icrası ilə bağlı yazılı qaydada dövlət nömrə nişanları qeyd edilən nəqliyyat vasitələrinin hamısı onun qohumu Aydın Cəfərova məxsus olduğunu bildirmişdir. Lakin, bu faktın mötəbər olması fərz olunsa belə, iddiaçının sübutetmə yükündə və öz tələbini sübuta yetirmə vəzifəsində hər hansı müsbət dəyişiklikdən bəhs oluna bilməz. Belə ki, onun iddianın faktiki əsasları kimi istinad etdiyi hallara dair təqdim etdiyi sübutların (aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılm ış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, mötəbər sayılmamalarına hər hansı əsas müəyyən edilməyən və bu səbəbdən məhkəmə kollegiyasının mötəbər sübut kimi qiymətləndirildiyi) ekspert rəylərinə əsasən mötəbərlik əhəmiyyətinə malik olmayan sənədlər kimi qəbul edilməsi, adıçəkilən materiallara sair qaydada yenidən hüquqi qiymət verilməsini səmərəsiz edir.

39. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 331.3, 385.1, 567, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20 11-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarlarına, habelə MPM-in 14.2, 77.1, 88, 101.6, 101.7, 103.1, 217.1, 217.3, 372.2, 384.0.2, 385.1.3, 389, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

40. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-2(102)-12/2023 saylı qərarı ilə (hakimlər K.Abiyeva (məruzəçi), E.Şamayev və V.Həsənov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 29 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır

42. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın 16.428,32 manat hissəsində əsaslı olmasına dair nəticəsi ilə razılaşmamış, qalan hissədə gəldiyi nəticəni əsaslı hesab etmişdir. Lakin, nə birinci instansiya məhkəməsinin qətnaməsindən, nə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hansı sübutlara əsasən iddianın şərti olaraq iki hissəyə bölündüyü, məhz faksmile klişe ilə imzalanmış sənədlərə əsasən cavabdehə təhvil verilmiş malların dəyərinin 16.428,32 manat təşkil etdiyi aydınlaşdırılmamışdır.

43. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində birinci instansiya məhkəməsinin faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturaların kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə sübutlar olmadığından, iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddianın rədd edilən hissəsi ilə bağlı hər hansı əsaslandırman ı o cümlədən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı müəyyən edilməyən tərəzi çekləri və qaimə fakturalara əsasən təhvil verilmiş malların dəyərinin qalan- 10.198,09 manat təşkil etməsini göstərməmiş, bununla da MPM-nin 220.4-cü maddəsinin tələbləri pozulmuşdur. Tam hüquqlu məhkəmə kimi işin faktiki hallarını müəyyən etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi qətnaməni həmin hissədə dəyişdirmədən saxlamaqla eyni prosessual pozuntunu təkrarlamışdır.

44. Faksmiledən istifadə olunmaqla tərtib olunmuş sənədlərin sübuti əhəmiyyəti ilə bağlı işin ilk kassasiya baxışı zamanı məhkəmənin qərarında göstərilmişdir ki, “…məhkəmə, …cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənədlərin tərtibatı zamanı və digər hallarda faksimile imzadan is tifadə edib-etməməsini aydınlaşdırmamış, bu isə öz növbəsində tam əsaslandırılmamış məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur”. İşə yenidən baxılarkən iddiaçının nümayəndəsi kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişlərin araşdırılması və zəruri sübutların əldə olunması üçün vəsatət versə də, məhkəmə ayrıca akt şəklində tərtib olunmayan, yerində müşavirə ilə qəbul etdiyi qərardadında apellyasiya baxışında yeni sübutların əldə olunmasına yol verilə bilməməsi əsası ilə vəsatəti təmin etməmiş, bununla da MPM-in 78 və 420-ci maddələrinin tələblərini pozmuşdur.

45. Bundan əlavə, işə birinci instansiya qaydasında baxılarkən faksmiledən istifadə olunmaqla tərtib olunmuş sübutların, sübuti əhəmiyyəti ilə bağlı hər hansı qiymətləndirmə aparılmamış, eləcə də həmin məhkə mə tərəfindən MPM-nin 14.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə əməl edilməsi məhkəmə iclas protokollarından müəyyən edilmir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin iş üzrə yeni sübutların əldə olunacağı səbəbindən iddiaçının nümayəndəsinin vəsatətini təmin etməməsi MPM-in 78 və 420-ci maddələrinin pozulması ilə yanaşı, həmin Məcəllənin 372-ci maddəsinin tələblərinə də uyğun olmamışdır.

46. Kassasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 331.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarına, habelə MPM-in 14, 88, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. f) Apellyasiya instansiyası m əhkəməsində üçüncü icraat

47. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2-2(103)-379/2023 saylı qətnaməsi ilə (hakimlər S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), E.Kazımov və X.Mərdanova) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Kommersiya məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia rədd olunmuşdur

48. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən- 16.428,32 manat hissədə təmin etmiş, qətnamənin əsaslandırıcı hissəsində öz gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmişdir.

49. Məhkəmə kol legiyası həmçinin qeyd etmişdir ki, iddianın rədd olunması hissəsində qətnamə düzgün əsaslandırılmamışdr. Belə ki, birinci instansiya məhkəməsinin faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarin kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə sübutlar olmadığından, iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ümumilikdə düz olsa da, birinci instansiya məhkəməsi iddianın rədd edilən hissəsi ilə bağlı hər hansı əsaslandırmanı o cümlədən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı müəyyən edilməyən tərəzi çekləri və qaimə fakturalara əsasən təhvil verilmiş malların dəyərinin qalan-10.198,09 manat təşkil etməsini göstərməmişdir.

50. Ekspert rəyinə əsasən iddiaçının sübut qismində məh kəməyə təqdim etdiyi 2019-cu il 28 oktyabr tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın cavabdehin direktoru Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

51. Faksimile imza ilə təsdiq edilmiş digər sənədlərlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini qəbul etmədiyindən faksimile imzanın müəssisənin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

52. Cavabdehin direktoru Qanuni nümayəndə ye ni apellyasiya baxışı zamanı verdiyi izahatında əvvəlki məhkəmə instansiyalarında mövqeyini müdafiə edərək bu klişenin ümumiyyətlə ona məxsus olduğunu, onun tərəfindən sifariş edildiyini qəti inkar etmiş, həmin işçiləri tanımadığını bildirmişdir.

53. İş materiallarında olan tərəzi qəbzlərinin üzərində malların yükləndiyi yük avtomobillərinin və onların sürücülərinin adları qeyd edilsə də, məhkəmə kollegiyası tərəfindən yeni apellyasiya baxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cavabdehin işçiləri barədə sorğu verilmiş, həmçinin cavabdeh tərəfindən həmin orqana kağız daşıyıcıda ünvanlanmış sənədlərin surətlərinin təqdim olunması xahiş olunmuşdur. X1 Xidmətinin 2023-cü il 22 avqust tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, cavabdeh tərəfindən “əmək və məşğulluq” a ltsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatda sorğu edilən dövrdə MMC-də hüquqşünas vəzifəsində Nümayəndə2 işlədiyi göstərilmiş, məktubda qeyd olunan digər müvafiq sənədlərin X1 Xidmətində mövcud olmadığı qeyd olunmuşdur. Yəni belə şəxslərin cavabdehin işçiləri olmaları da təsdiqini tapmamışdır.

54. Dövlət Statistika Komitəsinə də müvafiq sorğu ünvanlanmış, sonuncunun 23 avqust 2023-cü il tarixli cavab məktubundan görünür ki, cavabdeh 18 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmasına baxmayaraq qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır.

55. Göründüyü kimi, faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarin kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə, hər hansı sübutlar yoxdur. Mülki Məcəllənin 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir.

56. Beləliklə, faksimile imza ilə müqavilənin və ya hər hansı digər sənədin təsdiq edilməsi o zaman etibarlı hesab oluna bilər ki, müqavilə tərəfləri arasında bu barədə razılaşma olsun. Faksimile imzanın əl ilə icra edilən imzaya bərabər hüquqi qüvvəyə malik olması barədə qanunvericilikdə hər hansı norma mövcud deyil. Həmçinin, işdə olan tərəzi qəbzlərin in üzərində malların yükləndiyi yük avtomobillərinin və onların sürücülərinin adları qeyd edilsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cavabdehin işçiləri barədə verilən sorğuya cavaba əsasən müəyyən edildiyi kimi cavabdehin bir nəfər ştat vahidi üzrə işçisi (hüquqşünas) olmuş, yəni digər şəxslərin cavabdehin işçiləri olmaları da təsdiqini tapmamışdır.

57. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 331.3, 385.1, 442, 567, 600.1, 600.4-cü maddələrinə, habelə MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

58. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması ba rədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

59. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 331.3-cü maddəsində yalnız əqdlərin imzalanması ilə bağlı tələblər əks olunmuşdur. Digər sənədlərin tərtib edilməsi və ya imzalanması ilə bağlı bu maddi hüquq normasında hər hansı bir tələb nəzərdə tutulmamışdır. Belə olan halda iş materiallarında olan cavabdehin direktoru Qanuni nümayəndə faksimile imzası ilə imzalanmış tərəzi çeklərinə və qaimə fakturalara Mülki Məcəllənin 331.3-cü maddənin müddəalarının tətbiq edilməsi doğru deyil. Həmin sənədlərdəki faksimile imzaların iddiaçı tərəfindən icra edildiyi təsdiq olunmayana qədər bu sənədlər mötəbər sənəd kimi qəbul edilməlidir. Cavabdeh ümumiyyətlə mal təhvil almadığını bildirərək, hətta iddiaçını onun direktorunun faksimile imzasını və təhvil-təslim aktını saxtalaşdırmaqda ittiham etmiş, lakin bu faktla bağlı bu günə qədər heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Digər tərəfdən cavabdeh özü təxminən 2 ilə yaxın müddətdə birinci instansiya məhkəməsini aldatmış, Nümayəndə2 cavabdehin hüquqşünası olmasına dair 02 fevral 2020-ci il tarixli əmr və əmək müqaviləsi təqdim edərək, Nümayəndə2 cavabdehin işçisi olması görüntüsü yaratmış və bütün bu müddət ərzində sonuncu məhkəmədə şirkəti təmsil edərək, cəmiyyətin adından yazılı etirazlar və vəsatətlər belə vermişdir. Lakin, cavabdeh məhkəməyə öz işçisi kimi təqdim etdiyi Nümayəndə2 bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 49-cu maddəsinə müvafiq olaraq elektron informasiya sistemində qeydiyyata aldırmamış və bununla da məhkəməni aldatmışdır. Eyni hərəkəti cavabdeh iddiaçıya qarşı da etmişdir. Belə ki, Əhməd adlı şəxsi öz işçisi kimi təqdim edərək, iş materiallarında olan 28 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktın ona verilməsini xahiş etmiş, onun vasitəsilə imzalayıb, sonra iddiaçıya qaytaracağını bildirmişdir. Məhkəmə araşdırması aparılan dövrdə isə həmin aktda imzanın cavabdeh şirkətin direktoru tərəfindən imzalanmadığı müəyyən edilmişdir. MPM-in 420-ci maddəsi üzrə- Ali Məhkəmənin hazırkı iş üzrə qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 331.3-cü maddəsinin məzmunundan göründüyü kimi həmin maddə əqdlərin bağlanması zamanı faksmiledən istifadəni tərəflərin razılaşması ilə şərtləndirmişdir. Baxılan işdə tərəflər arasında müqavilə bağlanarkən faksmilədən istifadə olunmama sı işin mübahisələndirilməyən halıdır. Faksmiledən müqavilənin icrası zamanı tərtib olunmuş sənədlərdə istifadə edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı qanunvericilikdə hər hansı qadağanın olmasına istinad etməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 331.3-cü maddəsi mübahisəli hüquq münasibətinə düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi artıq ikinci dəfədir ki, yuxarı instansiya məhkəməsinin göstərişlərinə əməl etməyərək, bu hüquqi mövqeyi nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

60. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

61. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

62. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər g östərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

63. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

64. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

65. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

66. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasınd a yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edil məsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, məhkəmə aktı tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

74. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

75. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğu nu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

76. Belə ki, apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, tərəflər arasında 27 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə əsasında cavabdehə tikinti malları (şeben) satmağı, cavabdeh isə malın dəyəri olan 11.50 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndində malların təhvil alınandan və təhvil-əslim sənədləri rəsmiləşdiriləndən sonra alıcının satıcıya qarşı keyfiyyət və kəmiyyət barədə iddia vermək hüququ olmadığı, 3.2-ci bəndində isə tərəflər arasında hesablaşmanın nağd şəkildə hər on gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılacağı nəzərdə tutulmuşdur.

77. Hazırda iddiaçı, sözüge dən müqaviləyə əsasən cavabdehə 26.626,41 manat dəyərində mal təhvil verildiyini, lakin dəyərinin ödənilmədiyini iddia edir və tələbinin əsası kimi məhkəməyə 28 oktyabr 2019-cu il tarixli “Təhvil-təslim aktı”nı, tərəzi çeklərini, “Qaimə-faktura” adlı sənədləri təqdim etmişdir.

78. Cavabdeh isə alqı-satqı müqaviləsi üzrə ona hər hansı mal təhvil verilmədiyini, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdəki imzaların Cavabdeh MMC-in qanuni təmsilçisinə məxsus olmadığını göstərərək iddiaya etiraz edir.

79. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən-16.428,32 manat hissədə təmin etsə də, qətnamənin əsaslandırıcı hissəsində öz gəldiyi nət icəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmişdir.

80. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması hissəsində də qətnaməni mülki prosessual qanunvericiliyə uyğun olaraq əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarinın kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olması barədə işdə sübutlar olmadığından, iddianın rədd olunduğu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ümumilikdə düzdün olsa da, iddianın rədd olunan hissəsi ilə bağlı hər hansı əsaslandırm anı, o, cümlədən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı müəyyən edilməyən tərəzi çekləri və qaimə fakturalara əsasən təhvil verilmiş malların dəyərinin qalan-10.198,09 manat təşkil etməsini göstərməmişdir.

81. Bundan başqa, ekspert rəyinə əsasən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 28 oktyabr 2019-cu il tarixli üzərində cavabdehin möhürü olmayan təhviltəslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın- Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

82. Faksimile imza ilə təsdiq edilmiş digər sənədlərlə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin tərəf, Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə faksimile imzasından onun tapşırığı əsasında istifad ə edildiyini, həmin imzadan istifadə etdiyini qəbul etmədiyindən, faksimile imzanın cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda, sonuncu bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, faksimile imza ilə imzalanmamış digər tərəzi çeklərinin və qaimə fakturalarının kim tərəfindən imzalanması, imzalamış şəxslərin cavabdehin əməkdaşları olması barədə işdə heç bir sübut yoxdur.

83. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşır və iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

84. Mülki Məcəllənin 331.3-cü maddəs inə əsasən, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. 85. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmı ş imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

86. Qeyd etmək lazımdır ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda da əqdlərin elektron formada bağlanması nəzərdə tutulmuşdur.

87. Həmin Qanunun 7-ci maddəsinə əsasən, elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər.

88. Normanın mənasına görə, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən, orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.

89. Beləliklə, yazılı müqavilələr tərəflər, onu şəxsən imzalamaqla, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən), elektron imzadan və şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlana bilər.

90. Mülki Məcəllənin 406.3-cü maddəsinin sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayı lan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir.

91. Qanunvericilikdə əqdin, tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. 92. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarında g östərilmişdir ki, Mülki Məcəllənin 331.3-cü maddəsi ilə müəyyən edilmiş “Əqdlərin bağlanması zamanı... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir” müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər.

93. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu sözügedən Qərarında həmçinin qeyd etmişdir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır.

94. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən sonda belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başa düşülən olmalıdır.

95. Ümumiyyətlə faksimile klişe dedikdə- imza, əlyazma, sənəd və digər qrafik orijin alların fotoqrafiya və ya çap üsulu ilə çıxarılan dəqiq surəti başa düşülür.

96. Eyni zamanda, faksimile klişe- şəxsin öz imzasını əks etdirən klişe-möhürdür. Faksimile klişe şəxsin imzasını skan edilməsi yolu ilə hazırlanır və mexaniki, avtomatik və ya elektron formada ola bilər.

97. Yuxarıda sadalanan normaların təhlili bu nəticəyə gəlməyə əsas verir ki, maliyyə sənədləri, vergi, statistik hesabatlar və digər mühüm yazışmalar imzalanarkən şəxsin faksimile klişe imzasına yol verilmir. Yəni, faksimile klişe imzadan istifadə barədə qərar qəbul olunarkən, faksimile klişe imzadan istifadənin mümkünlüyü barədə xüsusi qeyd mövcud deyildirsə, bu halda ondan istifadənin hüquqi əsası yoxdur. Başqa sözlə, faksimile imza ilə müqavilənin və ya hər hansı digər sənədin təsdiq edilməsi o, zaman etibarlı hesab oluna bilər ki, müqavilə tərəfləri arasında bu barədə razılaşma olmuş olsun.

98. Həmçinin qanunvericilikdə faksimile imzanın əl ilə icra edilən imzaya bərabər hüquqi qüvvəyə malik olması barədə hər hansı norma mövcud deyil.

99. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir.

100. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, hazırkı işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

101. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin qətnaməsini ləğv edib, iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

102. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 27 sentyabr 2023cü il tarixli, 2-2(103)-379/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar