Məhkəmə qərarları › İş №2-2(102)-795/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-795/2025

16.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-795/2025 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şahbazov Kamran Qurban oğlunun katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılmışdır. Işin halları

1. Icraçı İddiaçı MMC ilə sifarişçi “xxxx” PHŞ arasında 2020-ci il ## ###### tarixində LWC-****/** nömrəli “işlər üzrə satınalma müqaviləsi” bağlanmış, müqaviləyə əsasən icraçı, müqavilə üzrə dəyəri ƏDV daxil 10.532.655,34 manat məbləğində olan sifarişçinin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərini görməyi, sifarişçi isə həmin işləri (malların və xidmətləri) icraçıdan qəbul edib icraçının təqdim etdiyi Forma 2 aktına əsasən yerinə yetirilən işlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən, sifarişçi, “xxxx” ASC-nin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, landşaft, elektro-mexanika, sazlama, yoxlama və s.) işlərinin satın alınması üçün icraçının 10.532.655,34 manat (ƏDV daxil) məbləğində təklifini qəbul etmişdir; - 2.3-cü bəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) icraçıdan qəbul edilməsini və müqaviləyə əsasən yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləği icraçının təqdim etdiyi Forma 2 aktlarına əsasən ödəməyi öhdəsinə götürür; - 5.4-cü bəndinə əsasən, sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür; - 13.1-ci bəndinə görə, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və ya müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır; - 20.2-ci bəndinə əsasən, sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmazsa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər; - 24.1-ci bəndinə əsasən, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə sifarişçi və ya icraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər; - 25-ci bəndinə əsasən, satınalma müqaviləsi üzrə sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i məbləğində cərimə sanksiyası müəyyəndirilmişdir.

2. Eyni zamanda tərəflər arasında 2020-ci il ## ###### tarixində LWC-****/** nömrəli “müqavilənin xüsusi şərtlərinə dair əlavə” bağlanmış, həmin əlavə ilə icraçı müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməyi, sifarişçi isə müqavilə üzrə ödəmələri icraçının təqdim etdiyi ödəniş sertifikatları əsasında aparmağa öhdəlik götürmüşlər. Həmin şərtləri 18-ci bəndi ilə müqavilənin icra müddəti 6 ay müəyyən edilmiş, 25-ci bəndinə əsasən, satınalma müqaviləsi üzrə sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i, yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğində cərimə ödəməyi sifarişçi öhdəlik götürmüşdür.

3. 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (Forma 2) əsasən, icraçı tərəfindən yerinə yetirilmiş 1.413.398,76 manat dəyərində tikinti-quraşdırma işləri sifarişçi tərəfindən təhvil alınmışdır.

4. 2021-ci ilin mart ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından (Forma 2) görünür ki, icraçı tərəfindən 383.163,88 manat dəyərində tikintiquraşdırma işləri yerinə yetirilmişdir. Akt sifarişçi tərəfindən təsdiq olunmamışdır.

5. İddiaçı MMC “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 2022-ci il ## ###### tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-dən onun xeyrinə ümumilikdə 4.895.301,44 manat borc və məhkəmə xərclərinin əvəzi qismində 3.637,65 manat pulun tutulmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il ## ##### tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq 2.840.668,72 manat borc və məhkəmə xərclərinin əvəzi qismində 2.110,56 manat pulun İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il ## ###### tarixli qətnaməsi ilə İddiaçı MMC-nin apellyasiya şikayəti rədd, “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın qismən təmin edildiyi” hissədə ləğv olunaraq həmin hissədə yeni qətnamə qəbul olunmaqla, iddia qismən təmin edilərək, “xxxx” ASC-dən İddiaçı MMC-nin xeyrinə ƏDV daxil 1.513.682,64 manat əsas borc, 72.684,1 manat cərimə, 31.535,05 manat illik 5%-lə faiz borcu olmaqla, cəmi 1.617.901,79 manat pul və 1.750 manat məhkəmə xərci tutulması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il # #### tarixli qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il ## ###### tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Həmin işə baxılarkən müəyyən olunmuşdur ki, 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (Forma 2) əsasən İddiaçı MMC tərəfindən 1.413.398,76 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilmiş, təhvil alınmış işlərə görə ümumilikdə ƏDV daxil 282.900 manat ödənilmiş, 1 130.498,76 manat borc qalmış, 2021-ci ilin mart ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktına (Forma 2) əsasən İddiaçı MMC tərəfindən 383 163,88 manat dəyərində tikintiquraşdırma işləri yerinə yetirilmiş, lakin dəyəri ödənilməmişdir.

9. İddiaçı MMC 1.338.209,59 manat dəyərində (ƏDV daxil) işlərin görülməsinə dair * nömrəli Forma 2 aktını 2022-ci il # ###### tarixində sifarişçiyə göndərərək həmin aktın yoxlanılmasını (məsul yoxlayıcı şəxsin təyin olunmasını) xahiş etmiş, 2022-ci il # ####### tarixli cavab məktubunda sifarişçi “...hazırkı mərhələdə “xxxx” Group MMC ilə cəmiyyət arasında məhkəmə mübahisəsinin Bakı Apellyasiya Məhkəməsində davam etdiyini, ... məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin olunduğunu, ... ekspertizanın keçirilmə vaxtı məhkəmə tərəfindən təyin olunduqdan sonra tədqiqat obyektinə baxışda “xxxx” ASC-nin nümayəndələrinin iştirak edəcəyini” bildirmişdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il # ### tarixində “xxxx” ASCyə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2020-ci il ## ###### tarixli satınalma müqaviləsi üzrə * nömrəli yekun forma 2 aktı əsasında 1.338.209,59 manat əsas borc, 904.630 manat cərimə, 1.109.679,46 manat mənfəət, ödəmələrin gecikdirdirilməsinə görə 184.343 manat faiz (Mərkəzi Bankın uçot dərəcəsi üzrə) olmaqla, ümumilikdə 3.536.862,05 manat pulun, həmçinin 410 manat mediasiya xərci və 2.149 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il ## ###### tarixli LWC-****/** nömrəli podrat müqaviləsi bağlandıqdan sonra iddiaçı müqavilə üzrə işlərin icrasına başlamış, mobilizasiya, işçi heyəti, material və avadanlıqların təminatı, subpodratçılarla razılaşmalar daxil olmaqla bütün hazırlıq tədbirlərini yerinə yetirmişdir. 2020-ci ilin dekabr ayına dair ƏDV daxil 1.413.398,76 manat məbləğində Forma 2 aktı tərtib və təsdiq edilmiş, lakin cavabdeh bu akt üzrə öhdəliyinin bir hissəsini (1.130.498,76 manat) ödəməklə kifayətlənmiş, 2021-ci ilin mart ayına dair 383.183,88 manat dəyərində * nömrəli Forma 2 aktını isə qəsdən təsdiqləməyərək ödənişdən yayınmışdır. Iddiaçı borcun ödənilməsi üçün danışıqlar, mediasiya və pretenziya prosedurlarını həyata keçirsə də nəticə əldə olunmamış və məsələ digər işdə məhkəməyə çıxarılmışdır. Bakı Kommersiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi iddiaçının tələblərini qismən təmin etsə də, * nömrəli yekun Forma 2 aktı həmin işə daxil olunmadığı üçün bu akt üzrə borcun tutulması hazırkı iddianın predmetini təşkil etmişdir. Cavabdeh 2021-ci ilin martından etibarən layihə üzrə büdcənin ayrılmadığını bildirsə də, iddiaçı riskləri azaltmaq məqsədilə işləri davam etdirmiş, sahənin mühafizəsi, enerji, kommunikasiya və texniki xidmət xərclərini özü qarşılamışdır. Ödənişlərin edilməməsi səbəbindən işlərin icrası 2021-ci il ## ### tarixindən etibarən dayandırılmış, iddiaçı subpodratçılar, təchizatçılar və bank zəmanətləri qarşısında əlavə öhdəliklərlə üzləşmişdir. Cavabdeh müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşma təqdim etmiş, lakin borcların ödənilməsi, dayanma müddətində çəkilən xərclərin taleyi, layihənin gələcək icra planı və digər əsas məsələlər barədə heç bir təminat vermədiyindən iddiaçı bu sənədi imzalamamışdır. Iddiaçı tərəfindən 2021-ci il ## #### və 2 sentyabr tarixli məktublarla cavabdehdən dəfələrlə aydınlıq tələb olunsa da, cavabdeh yazılı cavab verməmişdir 2022ci ilin sentyabrında cavabdehin nümayəndələri obyektə baxış keçirmiş, 2022-ci il ## ######## tarixli iclasda * nömrəli yekun Forma 2 aktı üzrə işlərin tam görüldüyü faktiki olaraq təsdiq edilmiş, lakin akt rəsmi qaydada təsdiqlənməmişdir. Bundan əvvəl aparılmış məhkəmə ekspertizası da cavabdeh tərəfindən təsdiqlənməmiş Forma 2 aktında qeyd olunmuş işlərin faktiki yerinə yetirildiyini sübut etmişdir. Bu hallar cavabdehin işləri qəbul etməsinə baxmayaraq ödənişdən yayınmaq məqsədi ilə aktı təsdiqləmədiyini göstərir. Iddiaçı tərəfindən * nömrəli yekun Forma 2 aktına əsasən ƏDV daxil 1.338.209,59 manat məbləğində işlər görülmüş, lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.

12. Sonradan iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələrlə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2020-ci il ## ###### tarixli satınalma müqaviləsi üzrə * nömrəli yekun Forma 2 aktı əsasında 1.338.209,59 manat əsas borc, 904.630 manat cərimə, 1.109.679,46 manat mənfəət və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 184.343 manat faiz olmaqla, ümumilikdə 3.536.862,05 manat pulun, həmçinin 410 manat mediasiya xərci və 2.149 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Məhkəmənin 2024-cü il # ####### tarixli protokol qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 X1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

14. Cavabdeh iddiaya etiraz edərək, dəyəri tələb olunan işlərin bir hissəsinin görülmədiyini, mebel avadanlıqlarının cavabdehə məxsus digər binaya köçürüldüyünü, mebel avadanlıqlarına dair işlərin dəyərinin iddiaçının mebellərin dəyərinə dair təqdim edəcəyi sübutlar əsasında müəyyən oluna biləcəyini bildirmişdir.

15. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 X1 nümayəndəsi X2 mübahisə predmeti olan müqavilə üzrə hər hansı vəzifə daşımadıqlarını bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir.

16. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il ## #### tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - Iş materiallarının 130-145-ci vərəqlərinə əlavə olunmuş yekun Forma 2 aktının “bu dövr” sütununda qeyd edilmiş tikinti-təmir işləri (“xxxx” ASC-nin yeni inzibati binasında tamamlama işləri) görülmüşdür (görülmüş işlərdə qismən tamamlama işləri qalmışdır və həmin işlər texnologiya uyğun digər təmir-tikinti işləri yekunlaşdıqdan sonra tamamlana bilər); - Təmir-tikinti işlərinin ümumi dəyəri 649.226,425 (ƏDV-siz) və 766.087,18 (ƏDV daxil) manat məbləğində müəyyən olunmuşdur (görülmüş işlərdə qismən tamamlanmalı işlərin dəyəri Forma 2 aktlarında ayrı-ayrılıqda göstərilmədiyindən, həmin işlərin dəyərini ayrı-ayrılıqda müəyyən etmək mümkün deyildir). Forma 2 aktlarında qeyd olunan mebel avadanlıqlarının dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertin səlahiyyətinə aid olmadığından, həmin mebellərin dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.

17. Qismən tamamlanmalı işlərlə bağlı ekspert rəyində qeyd olunanlara aydınlıq gətirilməsi və mebel avadanlıqlarının dəyərinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinin 2024-cü il ## ####### tarixli qərardadları ilə müvafiq olaraq əlavə məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin olunmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizası üzrə 2024-cü il ## #### tarixində rəy verildiyini, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə isə tədqiqat obyektlərinin yerləşdiyi binaya getdikdə, iş materiallarında olan yekun Forma 2 aktının “bu dövr” sütununda qeyd edilən mebel və avadanlıqların həmin sənədlərdəki göstəricilərə uyğun olaraq təqdim edilməsinin mümkün olmadığını əsas göstərməklə ekspertizanın aparılmasından imtina etmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ### tarixli e-2-2(113)-25/2025 nömrəli qərardadı ilə “1.109.679,46 manat mənfəətin tutulması” hissəsində iş üzrə icraata xitam verilmiş, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 802 manat pulun iddiaçıya qaytarılması qərara alınmışdır (hakim – N.Əhmədova).

19. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ### tarixli e-2-2(113)-25/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il ## ###### tarixli satınalma müqaviləsi üzrə * nömrəli yekun forma-2 aktı əsasında 1.268.872,79 manat əsas borc, 64.000 manat cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 72.794,92 manat, ümumilikdə isə 1.405.667,71 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.347 manat, mediasiya xərcinin əvəzi olaraq 410 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərci olaraq 100 manat pulun cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – N.Əhmədova).

20. Məhkəmə podrat müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış “işlər üzrə satınalma müqavilə”sinin məzmunundan müəyyən edilən şərtlər baxımından podrat müqaviləsidir və hazırkı mübahisə podrat müqaviləsini tənzimləyən normalara istinad olunmaqla həll edilməlidir.

21. Yekunlaşdırılmış işlərlə bağlı tərtib olunmuş * nömrəli yekun forma 2 aktı (yekun qəbul aktı) cavabdeh tərəfindən təsdiq edilməmiş, həmin aktın “bu dövr” sütununda görülmüş işlərin dəyərinin 1.338.209,59 manat olduğu qeyd edilmişdir. Cavabdeh bu işlərin həcmini mübahisələndirdiyindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 2024-cü il ## #### tarixli ekspert rəyi verilmişdir.

22. Cavabdeh tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il ## #### tarixli ekspert rəyinin əsaslandırıcı hissəsində qeyd olunan bəzi işlərin görülmədiyinə istinad edərək iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizasının təyin olunmasını xahiş etmiş, mebel və avadanlıqların təqdim olunmamasının səbəb və əsaslarının müəyyən edilməsi üçün məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi mebel və avadanlıqların bir hissəsinin cavabdehə məxsus başqa binaya daşındığını, buna görə təqdim edilməsinin mümkün olmadığı, bu mebellərin hansı mebellər olmasının onlara da tam məlum olmadığını, yalnız iddiaçının mebel və avadanlıqların alınması ilə bağlı sübut təqdim edəcəyi halda, dəyərinin müəyyən edilməsinin mümkün olduğu bildirmişdir.

23. Maddi və prosessual hüquqlardan sui-istifadə edilməsi yolverilməzdir və öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidirlər. Bu mənada məhkəmə cavabdehin Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il ## #### tarixli ekspert rəyində qeyd olunan “bəzi işlərin görülmədiyinə istinad edərək təkrar ekspertiza təyin edilməsinə dair” mövqeyinə münasibətdə qeyd etmişdir ki, adıçəkilən ekspert rəyi 2024-cü il ## #### tarixində məhkəməyə daxil olmuş, cavabdeh tərəfindən rəyin əsaslılığı şübhə altına alınmamış, rəyə etiraz edilməmişdir. Yalnız əlavə ekspertizalar üzrə tədqiqatın aparılmasından imtina olunduqdan sonra (mübahisələndirilən rəy məhkəməyə daxil olduqdan 9 ay sonra) cavabdeh qeyd olunan mövqedən çıxış edərək rəyi şübhə altına almağa çalışmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehin mövqeyi hüquqdan sui-istifadə olmaqla əsassız olmuş və Məhkəmə Ekspertiza Mərkəzinin 2024-cü il ## #### tarixli 3- ekspert rəyi əsaslı olmuşdur.

24. Eyni zamanda, qeyd olunan ekspert rəyində qismən tamamlanmalı işlərlə bağlı göstərilənlərə aydınlıq gətirilməsi üçün iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizası üzrə 2024-cü il ## #### tarixli rəy verildiyinə istinad edərək məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir.

25. Məhkəmə Ekspertiza Mərkəzinin mövqeyindən aydın olur ki, 2024-cü il ## #### tarixli rəydə müəyyən edilən məbləğ məhz görülmüş işlərin dəyərini təşkil edir. Həmçinin məhkəmə nəzərə almışdır ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuş, məhz buna görə iddiaçı tərəfindən işlərin tamamlanması mümkün olmamışdır. Belə olan halda, görülmüş işlərdə qismən tamamlanmalı işlərin mövcudluğu iddiaçının ziyanına şərh oluna bilməz. Odur ki, məhkəmə mebel və avadanlıqlar istisna olmaqla, görülmüş işlərin dəyərinin ekspert rəyinə uyğun olaraq 766.087,18 (ƏDV daxil) manat təşkil etməsi belə qənaətinə gəlmişdir.

26. Bundan başqa, məhkəmə görülmüş işlərin tərkibinə daxil olan mebel avadanlıqlarının dəyəri ilə bağlı bildirmişdir ki, iş üzrə təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizası üzrə mebel və avadanlıqların həmin sənədlərdəki göstəricilərə uyğun olaraq təqdim edilməsinin mümkün olmadığından, məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, cavabdehin nümayəndəsi mebel və avadanlıqların bir hissəsinin cavabdehə məxsus başqa binaya daşındığını, buna görə təqdim edilməsinin mümkün olmadığı, bu mebellərin hansı mebellər olmasının onlara da tam məlum olmadığını, yalnız iddiaçının mebel və avadanlıqların alınması ilə bağlı sübut təqdim edəcəyi halda dəyərinin müəyyən edilməsinin mümkün olduğu bildirmişdir.

27. Məhkəmə cavabdehin qeyd olunan hərəkətini də hüquqdan sui-istifadə kimi qiymətləndirərək qeyd etmişdir ki, mebel və avadanlıqların dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 97.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd olunmuş hesab edə bilər.

28. Podrat müqaviləsi üzrə görülmüş işləri təhvil almaq öhdəliyi daşıyan cavabdeh görülmüş işin təhvil alınmaması nəticəsində işin dəyəri ilə bağlı yarana biləcək riski də daşımalıdır. Həmçinin görülmüş işlər və onun dəyəri ilə bağlı tərəflər arasında mübahisəyə məhkəmədə baxıldığı halda, cavabdehin işin nəticəsi olan mebel və avadanlığı başqa ünvana daşıması, həmin əşyaların tərkibinə aydınlıq gətirə bilməyib ekspertiza tədqiqatına təqdim etməməsi və görülmüş işin dəyərinin müəyyən edilməsinə maneə yaratması iddiaçının ziyanına şərh oluna bilməz.

29. Iddiaçının məhkəməyə təqdim etdiyi “yekun qəbul aktı (mebel hissəsi)”ndən görünür ki, mebel və avadanlıqlarla bağlı görülmüş işlərin dəyəri 502.785,61 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə mebel və avadanlıqlarla bağlı görülmüş işin dəyərinin 502.785,61 manat müəyyən olunması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunması, 1.268.872,79 (766.087,18 + 502.785,61) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

30. Məhkəmə podrat müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin xüsusi şərtlərinin 25-ci bəndində satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%, cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10% kimi razılaşdırılmışdır.

31. Iş materialları ilə müəyyən olunmuşdur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, iş üzrə mediasiya sessiyası keçirilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdeh tərəfindən öhdəliyin uzun müddət icra edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra –2023-cü il # ### tarixində məhkəmə müraciət etməklə, dəbbə pulunun artmasına rəvac vermişdir. Eyni zamanda cərimə məbləğinin yuxarı həddi müqavilə məbləğinin 10% kimi razılaşdırılmışdır.

32. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 64.000 manat müəyyən olunması ağlabatan və ədalətli olmuşdur.

33. Məhkəmə podrat müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Qeyd edilən qaydadan istisnanı isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq olunması kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

34. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 13.1-ci maddəsində qeyd edilmişdir ki, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində lakin 30 bank günündən gec olmamaq şərt ilə aparılır. 13.4-cü bənddə qeyd olunur ki, müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunarsa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənələr tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. Lakin işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən müqavilənin bəndləri faktiki olaraq tətbiq edilməmişdir.

35. Iddiaçının 2023-cü il # ##### tarixində pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X8 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi anı MM-in 445.2-ci maddəsinə uyğun olaraq həmin tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı 2023-cü il # ##### tarixindən hesablanmaqla iddiaçının iddia ərizəsini dəqiqləşdirdiyi müddətin sonu olan 2025-cü il ## ### tarixinə qədər (cavabdeh də ərizənin icraata qəbul olunmasına etiraz etməmişdir) 787 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 136.794,92 (1.268.872,79 manat *5% / 100% / 365 gün * 787 gün) manat təşkil etmişdir.

36. Lakin məhkəmə qeyd etmişdir ki, MM-in 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə istinad etməklə cərimə tələb etmiş, məhkəmə tərəfindən isə tələb 64.000 manat cərimə tutulması hissəsində əsaslı hesab olunmuşdur. Ona görə də məhkəmə qeyd etmişdir ki, əsas borca illik 5% ilə hesablanmış məbləğin cərimə ilə əhatə olunmayan hissəsi əsaslı olmaqla cavabdehdən tutula bilər.

37. Qeyd olunanlara əsasən məhkəmə əsas borca illik 5% ilə hesablanmış məbləğ 72.794,92 (136.794,92 – 64.000) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

38. Məhkəmə gəldiyi nəticəni MM-in 445.2, 445.4, 445.7, 462.1, 467, 560.1, 560.2, 560.3.4, 752 və 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə” 2018-ci il ## #### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il ## #### tarixli, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il ## ##### tarixli Qərarlarına, MPM-in 14.1, 14.2, 47.1, 77.1, 97.5 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

39. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən, yəni iddianın təmin olunduğu hissədə ləğv olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

40. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – E.Həsənov, hakimlər – T.Qocayev və S.Cəfərov).

41. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, podratçı (iddiaçı) 1.338.209,59 manat dəyərində (ƏDV daxil) işlərin görülməsinə dair * nömrəli Forma 2 aktını 2022-ci il # ###### tarixində cavabdehə göndərərək həmin aktın yoxlanılmasını (məsul yoxlayıcı şəxsin təyin olunmasını) xahiş etmiş, həmin məktuba cavabdeh tərəfindən verilən 2022ci il # ####### tarixli cavab məktubunda “...hazırkı mərhələdə iddiaçı ilə cəmiyyət arasında məhkəmə mübahisəsinin Bakı Apellyasiya Məhkəməsində davam etdiyi, ... məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin olunduğu, ... ekspertizanın keçirilmə vaxtı məhkəmə tərəfindən təyin olunduqdan sonra tədqiqat obyektinə baxışda “xxxx” ASC-nin nümayəndələrinin iştirak edəcəyi” bildirilmişdir.

42. Işin hallarından həmçinin aydın olur ki, podratçı (iddiaçı) * nömrəli Forma 2 aktı ilə bağlı 2022-ci il ## ######## tarixində də cavabdehə məktub ünvanlayaraq, cavabdehin nümayəndələrinin 2022-ci il ## ######## tarixində tikinti meydançasına gəldiklərini, lakin icra olunmuş real işlərin təsdiq olunmasından yayındıqlarını bildirmiş, ən qısa zamanda bütün sənədlərin və borc məbləğinin təsdiq olunmasını xahiş etmişdir.

43. Podrat münasibətlərində yerinə yetirilmiş işin qəbul edilməsinin və ya qəbul olunmuş hesab edilməsinin vacib əhəmiyyət daşıması ondan irəli gəlir ki, həmin halın baş verməsi bir neçə hüquqi nəticəyə səbəb olur. Belə ki, işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir, eyni zamanda, sifarişçinin qüsurlarla bağlı tələb hüququ da işin qəbul edilməsi ilə bağlıdır. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən görülmüş işlər cavabdeh tərəfindən qəbul olunmuşdur.

44. Digər tərəfdən, görülən işlərin kəmiyyətcə yerinə yetirilməməsi qüsura bərabər tutulur, bu halda isə podratda qüsurun sübuta yetirilməsi üçün qüsurun olması faktını irəli sürən tərəf, görülmüş işin qüsurlu olması barədə hansı meyara əsaslandığını göstərməli, bundan sonra həmin meyara uyğun olaraq qüsurun olması ilə bağlı konkret dəlillər təqdim etməlidir. MM-in 762.2-ci maddəsinin məzmunundan görünür ki, podrat müqaviləsi üzrə keyfiyyətin şərtləşdirilməsi məhz dispozitiv şərt olaraq tərəflərin üzərinə düşür. Əks təqdirdə qanunvericilik bununla bağlı ümumi qaydada tənzimləmə həyata keçirir.

45. Podratın nəticəsinin qüsurlu olması dedikdə, işin nəticələrini pisləşdirən müqaviləyə uyğunsuzluqların və ya digər çatışmazlıqların olması, işin nəticəsinin müqavilədə nəzərdə tutulmuş istifadə və ya adi istifadə üçün tam və yaxud qismən yararsız olması, işin nəticəsinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydalara uyğun olmaması və podratın nəticəsindən təyinatı üzrə istifadəyə maneə törədən digər hallar başa düşülür.

46. Podratın nəticəsinin qüsurlu olub-olmamasının müəyyən edilməsi üçün ilk olaraq müqavilə tərəfləri arasında keyfiyyətə dair şərtlərin müəyyən edilib-edilməməsi dəqiqləşdirilməlidir. Keyfiyyətə dair şərtlər müəyyən olunduqda, podratın nəticəsinin yalnız şərtləşdirilmiş keyfiyyətə uyğun gəlib-gəlməməsi müəyyən edilməli və bu zaman yerinə yetirilmiş podrat işlərinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydaların tələblərinə uyğun olub-olmaması nəzərə alınmamalıdır. Belə ki, MMin 752.1 və 762.1-ci maddələrinin birgə təfsirinə görə podratçı podrat müqaviləsində nəzərdə tutulan işi müqavilə ilə şərtləşdirilmiş keyfiyyətdə icra etmək öhdəliyini daşıyır. Müqavilə ilə şərtləndirilmiş keyfiyyətin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydaların tələblərinə uyğun olub-olmaması riskini isə sifarişçi daşıyır.

47. Podrat müqaviləsi ilə keyfiyyət şərtləşdirilmədikdə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Belə olan hallarda, həmçinin podrat işlərinin şəhərsalma və tikinti qanunvericiliyi ilə müəyyən olunmuş norma və qaydaların tələblərinə uyğun olub-olmaması da müəyyən edilməlidir. Belə ki, həmin norma və qaydaların tələblərinə uyğun olmayan əşya istifadə üçün yararlı hesab oluna bilməz.

48. Podratın nəticəsi qüsurlu hesab edildiyi halda MM-in 763-766-cı maddələrində sifarişçinin hüquqları və etməli olduğu hərəkətlər, habelə podratçının hüquq və öhdəlikləri müəyyən edilmişdir. Həmin maddələrin tələbləri baxımından, podrat müqaviləsi üzrə görülmüş işlərdə qüsurlar müəyyən edildikdə sifarişçi podratçıdan əlavə icranı tələb edə bilər. Podratçı əlavə icranı yerinə yetirmədiyi təqdirdə isə sifarişçi öz seçimi ilə qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə və ya müqavilədən imtina edə bilər və yaxud muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Lakin sifarişçi həmin hüquqlarından yalnız o vaxt istifadə edə bilər ki, podratçı əlavə icranı lazımi qaydada, yəni müəyyən olunmuş müddətdə və keyfiyyətdə yerinə yetirməmiş olsun.

49. Tərəflər arasında bağlanmış 2020-ci il ## ###### tarixli podrat müqaviləsində və həmin müqaviləyə xüsusi şərtlərə dair əlavədə müqavilənin keyfiyyəti və görülməli olan işlərin məzmunu ətraflı şəkildə tənzimlənmişdir. Bununla belə, cavabdeh sözügedən işlərin natamam görülməsini bildirsə də, bununla bağlı tutarlı dəlil təqdim etməmişdir.

50. Digər tərəfdən, cavabdeh işlərin qəbul aktını təsdiqləməsə də, bunun hər hansı səbəbini göstərməmiş, işlərin görülməsi ilə bağlı qüsur aktı tərtib etməmiş, uzun müddət keçməsinə baxmayaraq, kifayət qədər həcmli işlərin icra olunub-olunmadığı ilə maraqlanmamasının və əlavə tədbirlər görməməsinin ağlabatan izahını verməmişdir.

51. Əksinə cavabdehin nümayəndəsi, aktın tərtib olunmasından uzun müddət keçdikdən sonra mübahisəyə məhkəmədə baxılarkən görülmüş işin müəyyən edilməsinin zəruriliyini bildirmiş, müvafiq ekspert rəyi 2024-cü il ## #### tarixində məhkəməyə daxil olmasına baxmayaraq, rəyin əsaslılığını şübhə altına almamış, yalnız əlavə ekspertizalar üzrə tədqiqatın aparılmasından imtina olunduqdan sonra (ilkin rəy məhkəməyə daxil olduqdan 9 ay sonra) rəyi şübhə altına almağa çalışmışdır.

52. Mebel və avadanlıqların dəyərinin ekspert tərəfindən müəyyənləşdirilməsinin qeyri-mümkünlüyü isə cavabdehin təqsirindən baş vermişdir. Belə ki, cavabdehin nümayəndəsinin də etiraf etdiyi kimi mebel və avadanlıqların bir hissəsi cavabdehə məxsus digər binaya köçürülmüşdür və bu halda onlarla bağlı ekspertiza tədqiqatının aparılmasına şərait yaratmaq cavabdehin vəzifəsi olmuşdur.

53. Belə olan halda mübahisə üzrə qərar verilərkən, həm də MPM-in 97.5-ci maddəsinin tələbi nəzərə alınmalı, cavabdeh öz hərəkətləri ilə faktiki olaraq ekspertizanın keçirilməsinə maneə törətdiyi və bu səbəblə ekspertiza təyin olunmasına əsas yaradan mübahisəli halın müəyyən olunmuş hal olduğu, görülmüş işlərin layihəyə və podrat müqaviləsinə uyğunluğu qənaətinə gəlinməlidir. Başqa sözlə, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehdən görülmüş işlərin dəyəri qismində 1.268.872,79 manat pulun iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdir.

54. Kollegiya məhkəmənin cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edərək bildirmişdir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırkı işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.

55. Kollegiya, birinci instansiya məhkəməsinin “borcun ödənişinin gecikdirilməsinə görə cavabdehdən 72.794,92 manat faizin tutulması” ilə bağlı gəldiyi nəticə ilə də razılaşmışdır. Belə ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan müddəanın dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirmişdir. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

56. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 385.1, 386.1, 390.1, 404.1, 404.2, 425.1, 442, 445.7, 448.1, 462.1, 467, 752.1, 753.1, 759, 762, 763, 764, 765, 766, 770 və 773-cü maddələrinə, MPM-in 14.1, 14.2, 76.1, 77.1, 88, 97.5, 103.1 və 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

57. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilərək, iddianın rədd olunması və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

58. Kassator şikayətində MM-in 385-ci maddəsi üzrə bildirir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunan normanın tələbinə görə, kreditor yalnız öz vəzifəsini yerinə yetirdikdən sonra, yəni borclunun xeyrinə müəyyən hərəkətləri etdikdən sonra ödəməni tələb edə bilər.

59. MM-in 752.1-ci maddəsi üzrə - sözügedən normanın tələbinə görə, sifarişçi yalnız görülmüş işlərin əvəzi olaraq muzd ödəməyi öhdəsinə götürür. Bu isə o deməkdir ki, görülməmiş işlər barədə ödəniş etmək müqavilənin şərtlərinə ziddir.

60. MM-in 759.2-ci maddəsi üzrə - əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

61. MM-in 770-ci maddəsi üzrə - normanın tələbi ondan ibarətdir ki, qəbul edilmiş işə görə muzd ödənilməlidir. Müəyyən olunmuş qaydada qəbul edilməmiş işlərə görə heç bir muzd ödənilməməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin icraçıdan qəbul edilməsini və müqaviləyə əsasən yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləği icraçının təqdim etdiyi Forma 2 aktlarına əsasən ödəməyi öhdəsinə götürür. Lakin işə baxan məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə istinad etmədən Forma 2 ilə təsdiq edilməmiş işlərə görə muzd ödəməyi cavabdehin üzərinə öhdəlik kimi qoymuşdur. Halbuki, müqavilənin şərtlərindən də göründüyü kimi, işlərin təhvil alınması yalnız müəyyənləşdirilmiş formada tərtib olunan hər iki tərəfin təsdiq etdiyi Forma 2 sənədlərinə əsasən həyata keçirilir. Iş materiallarından göründüyü kimi, Forma 2 sənədi bir tərəfli qaydada tərtib edilmiş və bir tərəfli qaydada imzalanmışdır.

62. Bundan əlavə cavabdeh iş üzrə ekspert tərəfindən verilmiş rəy ilə razılaşmadığı üçün təkrar ekspertizanın keçirilməsi barədə vəsatət təqdim etmiş, lakin məhkəmə tərəfindən vəsatət təmin olunmamışdır.

63. Digər tərəfdən mebellərin qiymətini müəyyən edilərkən, məhkəmə yalnız iddiaçının verdiyi sənədlərə istinadən mebellərin dəyərini cavabdehdən tutmuşdur. Məhkəmə proseslərində cavabdeh tərəfindən iddiaçıya mebellərin alınmasını və onun qiymətini müəyyən edən sənədlərin, qaimələrin, ödəniş tapşırıqlarının və digər zəruri sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin həmin sənədlər təqdim edilməmişdir. Belə sənədlərin olmamasına baxmayaraq, məhkəmə tərəfindən o hissədə də iddia əsassız olaraq təmin edilmişdir.

64. MPM-in 88-ci maddəsi üzrə - cavabdeh tərəfindən məhkəməyə işin hallarını sübut edən bütün dəlillər təqdim olunmuş, lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutlara qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. Kassasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

66. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etmiş, tərəflər arasında gedən danışıqlarda barışığın əldə olunmadığını bildirmişdir.

67. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Kassasiya baxışının hədləri

68. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

69. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

70. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri ... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.”

“Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...”

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...”

“Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...”

“Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...”

“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il ## ###### tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir). ...”

“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il ## ###### tarixli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir). ...”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. ...”

“Maddə 753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. ...”

“Maddə 759. Podrat müqaviləsinin ləğvi 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.”

“Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.”

“Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.”

“Maddə 764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.”

“Maddə 765. Məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.”

“Maddə 766. Məmulatın qüsuru nəticəsində muzdun azaldılması Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.”

“Maddə 770. Yerinə yetirilmiş işin qəbul edilməsi Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.”

“Maddə 773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.”

71. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”

“Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi ... 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.”

“Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. ...”

“Maddə 106. Işdə iştirak edən şəxslərin izahatları ... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. ...”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

73. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından, həmçinin məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunan hissədə qanuni əsası apellyasiya instansiyası məhkəməsində işin faktiki halları və sübutlar əsasında müəyyən edilmiş, faktiki hallar qanunvericiliyin müvafiq normalarındakı qaydalarla uzlaşmış, habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmamışdır.

74. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh iddia tələbinin təmin olunan hissədə əsassız olmasına dair əsaslı arqument irəli sürə bilməmişdir. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

75. Apellyasiya instansiyası iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi və buna dair sübutları təqdim etdiyi halda, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi qənaətinə gələrkən, kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

76. Belə ki, kassasiya şikayətində istinad olunan hallara dair mötəbər sübutlar aşağı instansiya məhkəmələrinə təqdim olunmamış, iddiaçı isə istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə əksini sübutetmə vəzifəsi cavabdehin üzərində olmuş, sonuncu isə şikayətində göstərdiyi məsələlər üzrə mötəbər sübutlarını təqdim edə bilməmişdir.

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

78. Digər tərəfdən, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, əsasən məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

79. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.

80. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş kassasiya icraatında olarkən, cavabdeh 2026-cı il ## #### və 12 may tarixli ərizələr ilə məhkəməyə müraciət edərək, barışığın əldə olunması üçün tərəflərin danışıqlar apardığını bildirmiş, lakin məhkəmə qərarı qəbul olunanadək tərəflər arasında barışığın əldə edilməsi ilə bağlı sənəd təqdim olunmamışdır.

81. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ######## tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar