Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-80/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası AAAAAAAAAA oğlunun «xxxx» ASC-nə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: sığorta ödənişinin ödənilməsi GİRİŞ HİSSƏ 09.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, cavabdeh ASC-nin vəkili X3 iştirakı ilə, İddiaçı AAAAAAAAAA oğlunun cavabdeh «xxxx» ASC-nə qarşı sığorta ödənişinin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işin ə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı AAAAAAAAAA oğlu cavabdeh «xxxx» ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.800 manat sığorta ödənişi məbləbindən cavabdeh ASC tərəfindən iddiaçıya ödənilməmiş 7.600 manat hissəsinin, habelə ödənilmiş 7.200 və 7.000 manat məbləğlərin müvafiq olaraq 67 və 186 gün gecikdilirilməsinə görə, hər gün üçün 0,1 faiz məbləğində dəbbə pulunun tutulması, eyni zamanda gecikdirmə nəticəsində əldən çıxmış faydanın əvəzi olaraq 2.000 manat məbləğin iddiaçıya ödənilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Oruczadə; iş No 2-2(81)-465/2019) iddianın qismən təmin edilməsi; cavabdeh ASC-dən iddiaçının xeyrinə 798 manat və ödənilmiş dövlət rüsumunun 10 manatı hissəsinin tutulması; qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 2-2(103)468/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı AAAAA AAAAA oğlunun kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh ASC-nin vəkili A.Əliyev kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçını n nümayəndələri gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, cavabdeh ASC-nin vəkilinin izahatını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli; apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apel lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur k, işin materiallarında olan, iddiaçı ilə cavabdeh ASC arasında ünvan 1i ünvanında yerləşən daşınmaz əmlaka dair xx xxxxxx 2013-cü il tarixli sığorta müqaviləsi bağlanmış və BA 294684 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Şəhadətnamə üzrə daşınmaz əmlak – qeyri-yaşayış sahəsi (mağaza) xx.xx.2014-cü il tarixədək sığortalanmış, sığorta məbləği isə 21.800 manat, azadolma məbləği 450 manat müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixdə iddiaçıya məxsus obyektdə elektrik naqillərin qısa qapanması nəticəsində yanğın baş vermiş, nəticədə iddiaçının sığortalanmış əmlakına maddi zərər dəymişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx xxxxxxx 201 3-cü il tarixli qərarı ilə iddiaçıya məxsus mağazada baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığını nəzər alaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı sığorta müqaviləsinə uyğun olaraq cavabdeh ASC-dən sığorta ödənişinin ödənilməsini xahiş etmişdir etmişdir. Həmin müraciətlə əlaqədar cavabdeh ASC ilə iddiaçı arasında tərtib edilmiş xx.xx.2013-cü il tarixli Sığorta Aktına əsasən “xxxx” MMC tərəfindən obyektə vurulmuş zərər 7.669 manat müəyyən edilmiş, 450 manat azadolma məbləği çıxılmaqla iddiaçıya 7.219 manat ödənimişdir. Aktın 4.2-ci maddəsinə əsasən sığortalı ödənilən məbləğlə və sığortaçı tərəfindən ona hər hansı borcunun olmadığı ilə razılaşır. İşin materiallarında olan xx xxxxxx 2013-cü il tarixli, 7945 saylı “xxxx”na əsasən, cavabdeh ASC tərəfindən iddiaçıya 7.219 manat pul vəsaiti ödənilmişdir. Bundan sonra tərəflər arasında yeni xx.xx.2014-cü il tarixli Sığorta Aktı tərtib edilmiş, bu zaman zərərin məbləği 14.669 manat müəyyən edilmiş, yəni iddiaçıya əlavə olaraq 7.000 manat ödənilmşdir. Aktda sığorta ödənişinin təyinatı daşınmaz əmlakın yenilənməsi olmuşdur. Həmçinin iddiaçı həmin məbləğlə və sığortaçının ona hər hansı borcunun olmaması ilə razılaşmışdır. Həmçinin xx xxxxx 2014-cü il tarixli, 2106 saylı “xxxx”na əsasən, cavabdeh ASC tərəfindən iddiaçıya 7.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan başqa, iş üzrə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh ASC arasında yuxarıda qeyd edilən sığorta müqaviləsinin bağlanılmasından əvvəl, həmin iddiaçı 2011-c ildə “X4” xətti və “xxxx” ASC-nin vasitəçiliyi ilə 15.000 manat kredi t götürmüş, əvəzində ona məxsus mağaza binasını ipotekaya qoymuşdur. Eyni zamanda həmin obyekt sığortalanmışdır. Sığortalı - iddiaçı V.Həsənov, sığortaçı - “xxxx” ASC və faydalanan şəxs “xxxx” ASC arasında xx.xx.2012-ci ildə həmin obyektin sığortalanmasına dair müqavilə bağlanmış, müqavilənin müddəti xx.xx.2015-ci il tarixədək olmuş; sığorta dəyəri 23.000 AZN, sığorta məbləği isə 15.000 manat müəyyən edilmişdir. İddiaçı yanğın nəticəsində obyektinə zərər vurulması ilə əlaqədar sığorta ödənişinin ödənilməsi üçün həmçinin “xxxx” ASC-yə də müraciət etmş, nəticədə həmin ASC ilə bağladığı xx.xx.2012-ci tarixli müqaviləyə əsasən, sonuncu tərəfindən ona daha 7.000 manat ödəniş edilmişdir. İşdən görünür ki, iddiaçı yanmış obyektini bərpa etmiş və ya bərpa etməyə səy göstərmiş, belə ki, O, “xxxx” A SC ilə 2014-cü ildə yenidən kredit müqaviləsi və həmin obyektə dair yeni ipoteka müqaviləsi bağlamışdır. Sonradan kredit qaytarılmadığından Bank kreditin qaytarılması və ipoteka əmlakına yönəlməsi haqqında iddia qaldırmış, Sabirabad rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçıdan 12.114 manat kerdit borcu tutularaq ipoteka əmlakına yönəlmişdir. Bundan başqa, Bank xx.xx.2019-cu il tarixdə iddiaçıya qarşı iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçının binasına yanğın zamanı dəymiş zərərdən 12.114,38 manat pulun Bankın (fadalanan şəxsin) xeyrinə ödənilməsinin xahiş etmişdir etmişdir. Bu iddianın talehi barədə işdə məlumat yoxdur. Həmçinin işdə iddiaçı, kənd bələdiyyəsinin sədri, kənd icra nümayəndəsi və “xxxx” MMC tərəfindən tərib ed ilmiş akt mövcudur ki, iddiaçı ona istinad edərək, iddia ərizəsində ona yanğın nəticəsində vurulmuş zərərin 20.343,96 manat olmasını qeyd edir, halbuki bu sənəd obyektin bərpası ilə əlaqədar xərclərin Smetasıdır. İşin materiallarında olan, iddiaçının cavabdeh ASC-yə ünvanladığı xx xxxxxx 2017-ci il tarixli ərizədə şəhadətnamə üzrə daşınmaz əmlak 21.800 manat məbləğində sığortalansa da, cavabdeh ASC tərəfindən 14.200 manat ödənildiyindən, qalan 7.600 manat məbləğində ödənilməmiş pul vəsaitinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh ASC-nin isə iddiaçıya ünvanladığı xx xxxxxx 2017-ci il tarixli cavab məktubunda xx.xx.2013-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərçəkmiş iddiaçıya məxsus daşınmaz əmlaka dəymiş zərərə görə zərərçəkənlə razılaşdırmaqla azad olma məbləği çıxarıla raq ümumilikdə, 14.219 AZN məbləğində sığorta ödənişinin ona ödənilməsi, bu səbbədən yenidən hər hansı bir ödənişin verilməsinin qeyri-mümkün olması qeyd etmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, hazırki halda ikiqat sığorta halı baş verdiyindən və iddiaçının ünvan 1i ünvanında olan mülkiyyətində yanğın nəticəsində «xxxx» ASC tərəfindən 14.219 manat, «xxxx» ASC tərəfindən isə 7.000 manat ödənildiyindən, zərərçəkənə sığorta məbləği mütənasib qaydada ödənilmişdir. Ona görə də ikiqat sığorta halı olduğundan, sığortalı baş vermiş sığorta hadisəsi nəticəsində ümumilikdə, 21.219 manat sığorta ödənişi əldə etmişdir ki, qeyd edilənlərə əsasən iddiaçının qalığ sığorta ö dənişi barədə tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmin Məcəllənin 926.3-ci maddəsinə əsasən, sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi olduğu halda sığorta ödənişi həyata keçirilir. Həmin Məcəllənin 927.1-ci maddəsinə görə, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətinin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 927.2-ci maddəsinə gö rə, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında həyata keçirilir. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən, sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Q anununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 895.1-ci maddəsinə əsasən,sığorta müqaviləsi bağlanan andakı həqiqi, yəni sığorta dəyərindən artıq məbləğdə əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığortalanması halında (ikili və ya çoxqat sığorta halında), sığorta hadisəsinin baş verdiyi zaman dəyən zərər üzrə sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada, ümumilikdə sığorta dəyərindən artıq olmamaq şərtilə öhdəlik daşıyır. Bundan başqa, iddiaçının dəbbə pulunun tələbi ilə əlaqədar iş üzrə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx xxxxxxx 2013-cü il tarixli qərarından sonra cavabdeh ASC-yə müraciət etmiş və həmin ASC tərəfindən xx xxxxxx 2013-cü il tarixli akta əsasən 7.219 manat pul məbləği ödənilmişdir. Bu zaman iddiaçının sığorta ödənişinin alınması üçün cavabdehə hansı tarixdə müraciət etdiyi barədə müvafiq sənədlər təqdim olmadığı üçün dəbbə pulunun hansı tarixdən hesablanmalı olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, sığorta ödənişinin digər 7.000 manat məbləğində hissəsi isə birinci ö dənişdən sonra, 114 gün gecikdirildikdən sonra xx xxxxx 2014-cü ildə ödənildiyindən, cavabdeh ASC-dən ümumilikdə 798 manat (114 x 0,1 = 11,4; 7.000 x 0,114) dəbbə pulu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.1-ci maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Bundan başqa iddiaçı iddia tələblərinin uzun müddət ərzində pul vəsaitinin əlində olmaması səbəbindən əldən çıxmış fayda kimi, 2.000 manat məbləğinin cavabdeh ASCdən tutulmasını tələb etsə də, bu tələb əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə mü əyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Buna baxmayaraq, iş üzrə müəyyən edilir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməmişdir. Belə olan halda, 1-ci instansiya məhkəməsi düzgün olaraq iddia tələbini qismən təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsin görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin M əcəllənin 76-cı maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərə flərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azə rbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı AAAAAAAAAA oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-80/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-80/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver