Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-809/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Şirkətin cavabdehŞirkətə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməməsi 15.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 22(103)-704/2022 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi I. İŞİN HALLARİ
1. İddiaçı Şirkəti cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cav abdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 2019-cu il 16 avqust tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.197,96 ABŞ dolları həcmində əsas borc və 259,89 ABŞ dolları həcmində cərimə məbləğinin cəmi 5.457,85 ABŞ dolları məbləğinin, 2019-cu il 10 oktyabr tarixli PO ********* saylı Spesifikasiya üzrə 5.127,67 əsas borc məbləği və 256,38 ABŞ dolları həcmində cərimə məbləği olmaqla cəmi 5.384,12 ABŞ dolları məbləğinin, beləliklə, hər iki spesifikasiya üzrə yekun məbləği təşkil edən 10.841,97 ABŞ dolları məbləğinin, o cümlədən, 1000 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 aprel tarixli, 2-2(113)-186/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir(hakim–A.Əliyeva).
3. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 22(103)-704/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Şirkətdən iddiaçı Şirkətin xeyrinə 5.197,96 ABŞ dolları məbləğində əsas borc və 50 ABŞ dolları məbləğində cərimə, habelə 5.127,61 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir(sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
5. Həmin qətnamə 2022-ci il 30 sentyabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir. 6. 3-cü şəxsin nümayəndəsi və vəkili 2022-ci il 5 noyabr tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın m ümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə
411. Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsin in hakimi qərardad çıxardır. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
8. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti icraata qəbul edilməməlidir.
9. İşdən materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh Şirkətdən iddiaçı Şirkətin xeyrinə 5.197,96 ABŞ dolları məbləğində əsas borc və 50 ABŞ dolları məbləğində cərimə, habelə 5.127,61 ABŞ dolları əsas borc və 50 ABŞ dolları cərimə tutulması qət edilmiş, iddia qa lan hissədə təmin edilməmişdir.
11. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İş materiallarında və elektron məhkəmə sistemində kassasiya şikayətinin həm skan edilmiş, həm də elektron qaydada yerləşdirilmiş formaları vardır.
13. Hazırkı halda isə kassasiya şikayəti təqdim olunarkən şikayət filial rəhbəri Rustem Gayfullin tərəfindən imzalanmışdır. Lakin kassasiya şikayətində onu tərtib edən vəkilin fiziki olaraq imzası şikayətin skan olunmuş formasında müəyyən edilsə də, elektron məhkəmə sistemində elektron imza vasitəsilə vəkil tərəfindən imzalanmamışdır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmi ş şikayətləri onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmişdir.
15. Qeyd edilən funksionallıq(dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilib.
16. Beləliklə 2022-ci il 1 oktyabr tarixindən sonra verilən kassasiya şikayətləri bu dəyişikliyə cavab verməli, şikayət həm nümayəndə həm də vəkil tərəfindən elektron imza ilə imzalanmalıdır.
17. Beləliklə, hazırda kassasiya şikayəti elektron qaydada yalnız filial rəhbəri Rustem Gayfullin tərəfindən imzalandığından icraata qəbul edilməsindən imtina edilməlidir.
18. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 7) tələblərinə uyğun olaraq, kassa siya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.
19. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 sentyabr tarixli 2-2(103)-704/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin MPM-in 411ci maddəsinə (bax yuxarıda § 7) uyğun olaraq icraata qəbul edilməsi və bu şikayətə kassasiya məhkəməsində baxılması qeyri-mümkündür.
20. Şərh olunanları nəzərə alaraq və MPM-in 405, 408 və 411 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Şirkət tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.