Məhkəmə qərarları › İş №2-2(102)-81/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-81/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-81/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı İddiaçı ASC-nin cavabdeh X8 qarşı iş üzrə QƏRAR açar sözlər: (cavabdeh banka dəymiş maddi zərəri ödəməyə razılaşmış və qismən - 19.176,45 manat məbləğində ödəniş də etməklə hüquqa zidd, təqsirli hərəkətini etiraf etmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin vəkili X1, cavabdeh X6 vəkili Vəkil2 iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X8 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üz rə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-776/2019 saylı qətnaməsindən cavabdeh X11 və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ASC cavabdeh X8 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, fərdi sahibkar X11 ilə “xxxx” MMC arasında üçtərəfli qaydada bağlanmış xx.xx.2012-ci il tarixli PB-EC003 saylı müqaviləyə əsasən tərəflər öz üzərinə internet şəbəkəsində təchizatçının informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üçün bank kartlarından istifadə etməklə (internet-mağaza) Bankın müştəril əri tərəfindən həyata keçirilən əməliyyatlar üzrə (manatla) hesablaşmaları təşkil etmək və yerinə yetirmək öhdəliyi götürdüklərini, cavabdehin müqavilə öhdəliklərini və qanunvericiliyin tələblərini pozaraq 2012-ci ildə bir neçə kart sahiblərinin hesablarından 54327 ABŞ dolları vəsaitini sildiyini, sonradan kart sahiblərinin şikayətləri əsasında həmin vəsaitin beynəlxalq kart təşkilatı olan Visa/Masterkard tərəfindən vasitəçi Beynəlxalq Bank vasitəsi ilə bankın hesabından silinərək kart sahiblərinə qaytarıldığını, vasitəçi Bankın isə həmin məbləği İddiaçı ASC-nin hesabından sildiyini, beləliklə, iddiaçıya 54.327 ABŞ dolları məbləğində zərər vurulduğunu, bu müddət ərzində cavabdehin 21.186,88 ABÇ dolları məbləğində ödənişlər etdiyini, 2015ci ildən isə ödənişləri dayandıqdığını, hazırda isə 3 3.140,51 ABŞ dolları məbləğində borcu qaldığını göstərərək, cavabdeh X5 33.140,51 ABŞ dollarının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(82)288/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X5 24.285,55 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (Ə.Ələkbərov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-776/2019 saylı qətnaməsi ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh X6 apellyasiya şikayəti təmin e dilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X11 və vəkili Vəkil2 kassasiya şikayəti verərək apellyassiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının iddia müddəti ayrı-ayrı tutulmalar (chargeback əməliyyatları) üzrə 2012 və 2013-cü ildə başlanmışdır. Lakin idd ia ərizəsi məhkəməyə 5-6 il sonra, 2018-ci ilin dekabr ayının sonunda tərəfə verilməklə, məhkəməyə 2019-cu ilin əvvəlində verilmişdir. Belə olduğu halda, iddiaçı iddia müddətini buraxmışdır. Lakin, apellyasiya instansiya məhkəməsi iddia müddətinin tətbiqinə dairə ərizəyə düzgün hüquqi qiymət verməmiş, yaranmış hüquq münasibətləri müqavilə öhdəliklərindən irəli gələn tələb kimi deyil, delikt kimi qiymətləndirmişdir. Bundan əlavə apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında hər hansı məbləğdə öhdəliyinin olmasını, sadaladığı müqavilələr üzrə hansı pozuntuya yol verdiyini öz qətnaməsində əsaslandırmamış, yalnız formal olaraq müqavilələrin müvafiq bəndlərinə istinad etmişdir. Halbuki, nə müqaviləyə əsasən, nə də başqa əsasla, cavabdehin iddiaçı qarşısında iddia ərizəsində q eyd edilən öhdəliyi yaranmamışdır. İş materiallarında olan heç bir sübutla cavabdehin hansı qanunsuz hərəkət və ya hərəkətsizliklə hansı müqavilənin hansı bəndini pozmağı, hansı vəzifəni yerinə yetirməməyi, hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə iddiaçıya zərər vurmağı hüquqi baxımdan aydın deyildir. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən, iddiaçının və "xxxx" MMC-nin post-terminal xidmətindən əvəzli olaraq istifadə edilmişdir. İddiaçının nümayəndəsinin də məhkəmə iclasında qeyd etdiyi kimi, həmin xidmətdən istifadə edərək, müştərilərin (sifarişçilərin) müvafiq kart məlumatlarını daxil etməklə post-terminal vasitəsilə pulların çıxarılması (hesabıma köçürülməsi) özü-özlüyündə müqavilə şərtlərinə və qanunvericiliyə əsasən tam qanuni fəaliyy ətdir. Bunu cavabdeh dəfələrlə və müxtəlif məbləğlərdə edə bilər, necə ki, etmişdir. Və cavabdehə bank və ya "xxxx" MMC tərəfindən bu vaxtadək heç vaxt heç bir bildiriş, xəbərdarlıq və ya qadağa bildirilməmişdir (gəlməmişdir). Həmin pul vəsaitləri və ya otel xidmətləri ilə bağlı hər hansı mübahisə var idisə, bu cavabdehlə sifarişçi(lər) arasında olmalı idi. Çünki, ödənişləri edən (ödənişləri etmək üçün məlumatları verən) sifarişçi(lər) ilə cavabdeh arasında mülki-hüquqi münasibətlər olmuşdur. Bu xidmətlər və vəsaitlərlə bağlı cavabdehlə iddiaçı arasında heç bir mülki hüquqi münasibətlər mövcud deyildir. Yəni həmin vəsaitlərin və əməliyyatlann iddiaçıya aidiyyəti olmamışdır, iddiaçı “xxxx” MMC ilə birlikdə bunun həyata keçirilməsi üçün texniki təhcizat və bank xidməti göstərmişdir. Cavabdeh in post-terminaldan sifarişçilərin verdiyi məlumatlara əsasən sifarişlərinə uyğun olaraq pul vəsaitlərini çıxarması ilə bağlı tam qanuni fəaliyyətlə iddiaçıya ziyan dəyməsi arasında heç bir hüquqi və səbəbli əlaqə mövcud deyildir. Digər tərəfdən, Visa/Mastercard təşkilatı ilə vasitəçi bank arasında və iddiaçı ilə vasitəçi bank arasında hansısa müqavilələr və öhdəliklər varsa və vasitəçi bank akseptsiz qaydada iddiaçıdan pul tutubsa, Civişov Samir həmin müqavilə münasibətlərinin tərəfi olmadığı üçün cavabdeh olmamalıdır. Cavabdeh X6 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, məhkəmə qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı ASC-nin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarını n nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı ASC-nin vəkili X1, cavabdeh X6 vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-776/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, üçtərəfli qaydada bağlanmış xx.xx.2012-ci il tarixli PB-EC003 saylı müqaviləyə əsasən tərəflər öz üzərinə internet şə bəkəsində təchizatçının informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üçün bank kartlarından istifadə etməklə (internet-mağaza) Bankın müştəriləri tərəfindən həyata keçirilən əməliyyatlar üzrə (manatla) hesablaşmaları təşkil etmək və yerinə yetirmək öhdəliyi götürmüşlər, X6 xx.xx.2012-ci il tarixli CS/07-12 saylı ərizəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Natəvan döngəsində istifadəsində olan 1 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən “Swan Hotel” mehmanxanasında quraşdırılmış #73400257 nömrəli POS terminalda Manual Enter xidmətinin aktiv edilməsini, xx.xx.2013-cü il tarixli ərizəsinə əsasən o, İddiaçı ASC-yə müraciət edərək illik 14 % olmaqla 18 ay müddətində 40000 manat kreditin verilməsini, xx.xx.2013-cü il tarixli ərizəsinə əsasən İddiaçı ASC-yə müraciəti üzrə ona verilməsi nəzərdə tutulan kredit məbləğini, #73400257 nömrəli POS terminal fəaliyyətindən yaranmış borcun bağlanmasına yönəldilməsini, eyni zamanda, həmin ərizəsində #73400257 nömrəli Pos Terminal üzrə borcunun xx.xx.2013-cü il tarixə 43.462 manat təşkli etdiyini və cari hesabında olan vəsaitin də qeyd olunan borca yönəldilməsini xahiş etmiş, “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019 cu il tarixli 6/19-000368 nömrəli məktuba əsasən 2012-2013-cü illər üzrə “Swan Hotel” əsasında daxil olmuş etiraz sorğuları əməliyyatların “POS Key Entry” vasitəsilə yerinə yetirilməsi və müəssisə tərəfindən müvafiq sənədlərin təqdim olunmaması səbəbindən uduzulmuş, “xxxx” ASC-nin “chargeback” halı üzrə məlumatına əsasən 43.4xx xxxxx 2012-2013-cü illər ərzində “Swan Hotel” mehmanxanasında aparılmış POS terminal əməliyyatlarına görə uduzulmuş “chargeback” əməliyatlarıdır, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli cavabdehin hesabından çıxarışlara əsasən uduzulmuş “chargeback” əməliyatlarının əvəzi olaraq X6 İddiaçı ASC-də olan hesabından sonuncu tərəfindən ümumilikdə 19.176,45 manat tutulmuş, xx.xx.2018-ci il tarixli PBCOS-3042 nömrəli məktubuna əsasən İddiaçı ASC tərəfindən uduzulmuş “chargeback” əməliyatlarının əvəzi olaraq, 33.140.51 ABŞ dollarının ödənilməsi üçün X8 5 iş günü müddətində möhlət verilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, üçtərəfli müqavilənin iştirakçısı olan cavabdeh X11, 2012-2013 cü illər ərzində “Swan Hotel” mehmanxanasında “Manual Enter” xidmətini yerinə yet irərkən müqavilə öhdəliklərini Mülki Məcəllənin 425-ci maddəsinə müvafinq olaraq vicdanla yerinə yetirmək əvəzinə, hüquqa zidd şəkildə, iddiaçının müştərilərinə məxsus 43.462 manat məbləğində pul vəsaitini onların hesabından akseptsiz (“chargeback”) silmiş, son nəticədə silinmiş pul vəsaiti müştərinin hesabına bərpa olunmaqla həmin məbləğ iddiaçıdan tutulmuş, bununla da, cavabdeh tərəfindən ona maddi zərər yetirilmiş, mütəxəssis qismində işə cəlb olunimuş “xxxx” MMC-nin nümayəndəsi X7 rəyinə əsasən, tərəflər arasında POS terminalda Manual Enter xidməti üzrə “chargeback” (yəni, akseptsiz silinmə) halının yaranması artıq pozuntunun mövcud olması kimi qəbul edilir, mülki hüquq pozuntusuna yol verdiyini anlayan cavabdeh banka dəymiş maddi zərəri ödəməyə razılaşmış və qismən - 19.176,45 manat m əbləğində ödəniş də etmiş, bununla da hüquqa zidd təqsirli hərəkətini etiraf etdiyindən onun iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həmdə ödəmək üzrə mülki məsuliyyəti qaçılmazdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 -ci maddəsinə əsasən mül ki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya məhkəməsi cavabdehin, iddia müddətinin ötdüyü barədə dəlilinə qiymət verərək qeyd etmişdir ki, xxxx ASC tərəfindən iddiaçıdan tutulmuş 43.462 manat məbləğin 19.176,45 manatı cavabdehin razılığı ilə bank hesabından çıxılmış, lakin maddi zərərin 24.285,55 manat məbləğində hissəsi ödənilməmiş qalmışdır. Ona görə də işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməsi istisna edilməklə, həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır və qeyd edilənlərə və cavabdeh tərəfindən son dəfə 2015-ci ildə müvafiq ödənişlər edildi yinə istinad etməklə də, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya şikayətinin analoji dəlilinə tənqidi yanaşır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin, 2012-2013 cü illər ərzində “Swan Hotel” mehmanxanasında “Manual Enter” xidmətini yerinə yetirərkən müqavilə öhdəliklərini Mülki Məcəllənin 425-ci maddəsinə müvafinq olaraq vicdanla yerinə yetirmək əvəzinə, hüquqa zidd şəkildə, iddiaçının müştərilərinə məxsus 43.462 manat məbləğində pul vəsaitini onların hesabından akseptsiz (“chargeback”) sildiyini, son nəticədə isə silinmiş pul vəsaitinin müştərinin hesabına bərpa olunmaqla həmin məbləğin iddiaçıdan tutulduğunu, bununla da, cavabdeh tərəfindən ona maddi zərər yetirildiyini, mülki hüquq pozuntusuna yol verdiyini anlayan cavabdehin banka dəymiş madd i zərəri ödəməyə razılaşdığını və qismən - 19.176,45 manat məbləğində ödəniş də etməklə, hüquqa zidd, təqsirli hərəkətini etiraf etdiyini, beləliklə, də onun iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həmdə ödəmək üzrə mülki məsuliyyətinin yarandığını nəzərə alaraq kassasiya şikayətinin digər dəlillərini də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə d üzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)776/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 noyabr 2019-cu il tarixli, 2-2(103)-776/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar