Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-81/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR 2-2(102)-81/2023 Açar sözlər: müqavilə üzrə pul tələbi, sübutların mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 oktyabr tarixli 2-2(106)-142/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HAL LARİ 1. 2019-cu il 22 noyabr tarixli aktdan (İddiaçı, Cavabdeh və Ramil Süleymanov tərəfindən tərtib edilmiş) görünür ki, 2019-cu ilin noyabr ayının 22-də Rusiya Federasiyasının Kalmıkiya Vilayətinin Adık qəsəbəsində yerləşən təsərrüfatından təmiz kalmık cinsli ətlik boğaz düyələrə baxış keçirilmiş və bir neçəsini yoxlama çəki etmişlər. Hər bir baş boğaz düyə üçün 3.100 manata, cöngələr üçün isə 3.400 manata razılığa gəlmişlər. 2. 2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı alıcı Cavabdeh müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin və 2 baş cöngənin (dana-öküz) alqı-satqısını təşkil edir. Alıcı öz növbəsində təqdim olunan hesaba əsasən malların dəyərini satıcıya ödəyir. Hazırki müqavilənin dəyə ri 192.800 manat dəyərində təyin edilir. Malların qiyməti - 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat, 2 baş cöngə hər biri 3.400 manat = 6.800 manat, cəmi 192.800 manat təyin edilir. Alıcı satıcı tərəfindən təqdim edilmiş hesab-fakturaya əsasən müqavilə dəyərinin 40%-ni (yəni 192.800 * 40%) 77.120 manat məbləği əvvəlcədən avans şəklində satıcıya ödəyir. Müqavilə dəyərinin qalan 60%-ni (yəni 192.800 * 60%) 115.680 manat məbləğ hissəsini malların təhvil-təslim aktına əsasən aldıqdan sonra tam həcmdə ödəməlidir. Müqavilənin 3.7-ci bəndinə əsasən, mallar gətirilərkən mütləq şəkildə satıcı tərəfindən təhvil-təslim edilənədək sığortalanmalıdır. Təhvil-təslim edildikdən sonra alıcı tərəfindən ən azı 1 il müddətində sığortalanmalıdır.
3. İddiaçı məxsus bank hesabından aparılmış bank əməliy yatları barədə məlumatları əks etdirən hesab üzrə çıxarışların surətinə əsasən, Cavabdeh tərəfindən bank hesabına 2019-cu il 6 dekabr tarixdə 77.120 manat, 2020-ci il 17 iyul tarixdə isə 60.550 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 4. 2020-ci il 5 mart tarixli aktdan (İddiaçı, Cavabdeh və Şahin Hüseynov tərəfindən tərtib edilmiş) görünür ki, 2019-cu il 28 oktyabr tarixli 01 AZ/RUS saylı (gömrük qeydiyyat nömrəsi-1********) müqaviləyə əsasən Rusiya Federasiyasından Azərbaycana gətirilmiş 60 baş kalmık cinsli iribuynuzlu dişi malqara (düyələr) axşam saat 20:00 radələrində Salyan rayonu Kürsəngi kəndində alıcıya məxsus olan əraziyə (tövləyə) boşaldılmışdır. Bu əsasda 2020-ci il 4 mart tarixində **********1042 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Heyvanların verilməsi barə də elektron vergi qaiməsi yazılacaqdır. Gətirilən mallar sağlamdırlar, gümrahdırlar. Saxlamaq üçün alıcıya-Cavabdeh təhvil-təslim edilmişdir. 5. 2020-ci il 13 aprel tarixli (Rzayev Saleh, Əmrahov Ramil və Cavabdeh tərəfindən tərtib edilmiş) akta görə, AQTA Salyan regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri vəzifəsini icra edən Saleh Rzayev, Salyan rayon Baytarlıq idarəsinin rəisi Ramil Əmrahov və Kürsəngi kənd sakini Cavabdeh iştirakı ilə 2020-ci il 13 aprel tarixində Kürsəngi kəndində Rusiya Federasiyasının Kalmıkiya vilayətindən 2020-ci il 4 mart tarixində gətirilən 60 baş təmiz cinsli kalmık damazlıq ətlik istiqamətində olan iribuynuzlu heyvanlara baxış keçirilmişdir. Baxış zamanı heyvanların açıq səhra şəraitində otarıldığı müəyyən edilmişdir. Həmin he yvanlar 8 metr eni, uzunluğu 30 metr olan mişar daşı ilə hörülmüş heyvan saxlamaq üçün dam və qarşısında heyvanların saxlanılması məqsədi ilə 50mx80m sahədə məftillə hasarlanmış şəkildə sahəsi vardır. Cavabdeh heyvanları yemləyib bəsləməsi üçün 70 hektar arpa əkini sahəsi, 10 hektar əkilmiş yonca sahəsi vardır. Sahibkar Cavabdeh təmiz kalmık cinsli iribuynuzlu heyvanların saxlayıb bəsləməsi üçün şəraitinin olması müəyyən edilmişdir. Sənədlərə baxış zamanı təmiz kalmık cinsli heyvanların açıq şəraitdə saxlanması məqsədə müvafiq bilinmişdir. Heyvanlara baxış zamanı klinik cəhətdən sağlam olmaları müəyyən edilmişdir. Təmiz kalmık cinsli heyvanlar təsərrüfata gətirilən zaman boğaz olduqlarına görə 2020-ci il 10 mart tarixindən bu günə kimi 35 baş buzov doğmuşdur. Buzovlara baxış zamanı klini k sağlam olmaları müəyyənləşdirilmişdir. 6. 2 saylı, 2020-ci il 11 iyun tarixli ödəniş tapşırığının surətinə əsasən, "xxxx" ASC-yə heyvanların sığortasına görə 6.900,87 manat məbləğində ödəniş edilmişdir.
7. Həmin 60 baş Rusiya Federasiyasından kalmık cinslik birinci qarın boğaz düyələri 2020-ci il 4 iyun tarixdən 2023-cü il 3 iyun tarixədək "xxxx" ASC-də sığorta olunmuş və buna dair Cavabdeh KTH-0015/20 saylı “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir.
8. İddiaçı tərəfindən Cavabdeh 2020-ci il 2 noyabr tarixli pretenziya məktubu ünvanlanaraq, yaranmış borcun 3 gün müddətində ödənilməsinin təmin edilməsini sonuncudan tələb edilmişdir.
9. Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 2020-ci il 9 may tarixli, MB 13/420 nömrəli qiymətləndirmə hesabatından görünür ki, qi ymətləndirilən 60 baş kalmık cinsli boğaz düyələrin (birinci balalamaya qədər iribuynuzlu dişi mal-qara) 2020-ci il 9 may tarixinə hesablanmış bazar dəyəri (bir başının dəyəri 2.350 manat) 141.000 manat təşkil edir. 10. "xxxx" ASC-nin 2021-ci il 15 mart tarixli, PB-OUT01249-2021 saylı məktubundan görünür ki, İddiaçı və Cavabdeh sorğuda qeyd edilən tarixlərdə "xxxx" ASC-də bank əməliyyatları aparılan zaman çəkilmiş video görüntülər 2019-2020-ci illərdə qeydə alındığından və onların saxlama müddəti bitdiyindən, qeyd edilən video görüntülərin texniki cəhətdən məhkəməyə təqdim edilməsi mümkün deyildir. İİ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2020-ci il 22 dekabr tarix də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsi üzrə 48.330 manat əsas borcun, 6.900,87 manat sığorta pulunun, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə cavabdeh ortaq tanışları vasitəsilə iddiaçının sifarişi əsasında xarici ölkələrdən damazlıq iri buynuzlu heyvanları Azərbaycan Respublikasına idxal etdiyini öyrənmiş, Rusiya Federasiyasından damazlıq iri buynuzlu heyvan almaq niyyətində olduğunu bildirmişdir. Bir neçə görüşdən sonra Rusiya Federasiyasına gedərək heyvanlara birlikdə baxış keçirməyi, qiyməti və çatdırılma şərtlərini yerində aydınlaşdırmağı razılaşmışlar. Cavabdehlə aralarında olan şifahi razılaşmalarına görə bütün səfər xərclərini cavabdeh öz üzərinə götürməli və həmin xərclər qiymət razılaşması zamanı nəzərə alınmalı idi. Bu məqsədlə dəfələrlə Rusiya Federasiyasına səfərlər edilmişdir.
13. Cavabdehin sifariş verdiyi Kalmık cinsli ətlik 60 baş boğaz düyələrin alınmasıyla bağlı Lenin adına X4 X2 ilə 2019-cu il 28 oktyabr tarixli, 01 AZ/RUS nömrəli müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə görə o, Kalmık cinsli ətlik 60 baş boğaz düyələri almalı və onların dəyərini tam məbləğdə ödəməli və alınmış heyvanların yola salınmasınadək olan bütün xərcləri (vergi, baytarlıq xidməti, yem, karantin və nəqliyyat xidmətləri) onun tərəfindən ödənilməli idi. Cavabdehlə aralarında olan razılaşmaya əsasən həm heyvanların dəyəri, həm onun çəkməli olduğu həmin xərclər, həm də gə liri cavabdehlə aralarında bağlanacaq müqavilə zamanı qiymət təyinində nəzərə alınmalı idi. 2019-cu il 22 noyabr tarixdə cavabdehin, iddiaçı və onun oğlu R.Süleymanovun iştirakı ilə Rusiya Federasiyasının Kalmıkiya vilayətinin Adık qəsəbəsində yerləşən damazlıq təsərrüfatında damazlıq iri buynuzlu heyvanlara baxış keçirərək Kalmık cinsli ətlik 60 baş boğaz düyələri (hər birinə görə 3100 və 2 baş cöngəni (hər birinə görə 3400 manat) seçib və heyvanların ümumi dəyəri kimi 192.800 manat qiyməti razılaşdırılmışdır. Bununla bağlı hər iki tərəfin iştirakı ilə 2019-cu il 22 noyabr tarixdə akt tərtib edilmişdir. Tərəflərin aralarındakı razılaşmanı rəsmiləşdirmək məqsədilə 2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı alqı- satqı müqaviləsi bağlanmışdır. Müqavilədə də göstərilmişdir ki, iddiaçı ca vabehin sifarişi əsasında Rusiya Federasiyasının Kalmıkiya vilayətinin Adık qəsəbəsində yerləşən damazlıq təsərrüfatından cavabdehlə razılaşdırdığı təmiz Kalmık cinsli ətlik 60 baş boğaz düyələri və 2 baş cöngəni alaraq Azərbaycan Respublikasına gətirməli, cavabdehin Salyan rayonu, Kürsəngi kəndində yerləşən təsərrüfat sahəsində ona təhvil verməlidir. Əvəzində isə cavabdeh 60 baş boğaz düyələrin hər birinə görə 3.100 manat (cəmi 186.000 manat) və 2 baş cöngələrin hər birinə görə 3.400 manat (cəmi 6.800 manat) olmaqla, ümumilikdə 192.800 manat pulu iddiaçıya ödəməli idi. Müqavilənin 3.3-cü bəndindəki şərtə görə, cavabdeh həmin məbləğin 40%-ni, yəni 77.120 manatını əvvəlcədən avans olaraq ödəməli, qalan 60%-ni, yəni 115.680 manatı isə heyvanları təhvil aldıqdan sonra tam həcmdə iddiaçıya ödə məli idi. Bu məqsədlə cavabdeh 2019-cu il 6 dekabr tarixində onun "xxxx" ASC-dəki bank hesabına 77.120 manat avans məbləğini ödəmişdir. 14. 2020-ci il 2 mart tarixində razılaşdırılmış Kalmık cinsli ətlik 60 baş boğaz düyələr Lenin adına X4 X1 yola salınmışdır. Həmin vaxt qeyd edilən Təsərrüfatın rəhbərliyi tərəfindən iddiaçıya 2020-ci il 2 mart tarixli, 03 AZ/DAG nömrəli invoys təqdim edilmişdir. Həmin sənədə əsasən, iddiaçı vergi, baytarlıq xidməti, yem, karantin və nəqliyyat xidmətlərinə görə həmin şirkətə 1.105.000 rus rublu ödəməli və şirkətlə arasında olan şifahi razılığa əsasən, heyvanların cavabdehə təhvilindən dərhal sonra cavabdeh, iddiaçı ilə arasında olan müqaviləyə əsasən iddiaçıya borclu qaldığı pulu tam ödəyəcək və iddiaçı da öz növbəsində dərhal qeyd edilən xərclərə görə ödə nişi şirkətə tam məbləğdə ödəyəcəkdir. İddiaçı 2020-ci il 4 mart tarixində Kalmık cinsli damazlıq iri buynuzlu ətlik 60 baş boğaz düyələri Salyan rayonu, Kürsəngi kəndində yerləşən təsərrüfat sahəsində cavabdehə təhvil vermiş və bu barədə onun, cavabdehin və mühasib X3 iştirakı ilə 2020-ci il 4 mart tarixində akt tərtib edilmişdir. Lakin cavabdeh bəzi maddi problemlərinin olmasını əsas gətirərək qalan 108.880 manatın ödənilməsi üçün qısa vaxt istəmişdir. Cavabdeh 2020-ci il 17 iyul tarixdə onun bank hesabına 60.550 manat pul köçürmüş, qalan pulun isə bir neçə günə ödəniləcəyini bildirmişdir. Lakin cavabdeh borclu olduğu 48.330 manatı bu günə qədər ona ödəməmişdir.
15. Həmçinin, müqavilənin 3.7-ci bəndinə əsasən, heyvanların cavabdehə təhvil veriləcəyi dövrə qədər onları sığortalamaq öhdəli yi iddiaçının üzərinə, cavabdehin təhvil almasından sonrakı bir il müddətinə sığortalamaq öhdəliyi isə cavabdehin üzərinə düşsə də, iddiaçı öz öhdəliyini icra edərək heyvanları sığortaladığı halda, cavabdeh maddi imkanının pis olmasını əsas gətirərək onun əvəzinə də növbəti bir il üçün sığorta haqqını iddiaçının ödəməyini xahiş etmiş və onun əvəzinə ödədiyi sığorta pulunu borclu qaldığı pulla birlikdə ona ödəyəcəyini bildirmişdir. Belə ki, iddiaçı cavabdehlə razılaşaraq onun əvəzinə 6.900.87 manat sığorta haqqını 2020-ci il 11 iyun tarixdə "xxxx" ASC sığorta şirkətinə ödəmişdir. Lakin cavabdeh bu günə qədər həmin vəsaiti də iddiaçıya ödəməmişdir.
16. İddiaçı 2020-ci il 2 noyabr tarixində pretenziya məktubu ilə cavabdehə müraciət edərək ona borclu olduğu vəsaiti ödəməsini ondan tələb etmişd ir. Cavabdeh pretenziya məktubunun son səhifəsində əl yazısı ilə qeydlərini yazaraq faktiki olaraq həmin vəsaiti ödəməkdən imtina etmiş və pretenziya məktubunu geri qaytarmışdır.
17. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 425.1, 425.2, 441.1, 441.4, 443.1, 445, 448.1, 448.2, 567, 598.1, 568.2, 598.3, 599.1-ci maddələrinə istinad etmişdir.
18. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
19. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 5 aprel tarixli, e-2-2(121)-175/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim N.Misirzadə).
20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 1 dekabr tarixli alqı-satqı müqaviləsinə əsasən i ddiaçı cavabdehin müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alqı-satqısını təşkil etmişdir. Malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat olmaqla manat müəyyən edilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 60 baş düyəni cavabdehə təhvil vermişdir. Lakin cavabdeh malların ümumi qiymətini təşkil edən 186.000 manatdan iddiaçının hesabına 2019-cu il 6 dekabr tarixində 77.120 manat, 2020-ci il 17 iyul tarixində isə 60.550 manat məbləğində pul vəsaiti köçürülmüş, 48.330 manat məbləğində pul vəsaitini isə iddiaçıya ödəməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir.
21. Cavabd eh tərəflər arasında bağlanmış müqavilə(lər) əsasında iddiaçıdan heyvan(lar) (mal-qara) almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin heyvan(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında heyvan(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin heyvan(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini tam şəkildə yerinə yetirməmişdir. Bu səbəbdən, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır.
22. İddianın “sığorta pulunun cavabdehdən tutulması”na dair hisəsinə münasibətdə məhkəmə göstərmişdir ki, 2020-ci il 11 iyun tarixli 2 saylı ödəniş tapşırığında olan imza iddiaçıya məxsusdur (bu hal cavabdeh tərəfindən inkar edilməmişdir) və heyvanların sığ ortasına görə "xxxx" ASC-yə ödənilmiş 6.900,87 manat məbləğ məhz iddiaçı tərəfindən ödənilmişdir. Hətta buna dair cavabdehə KTH-0015/20 saylı “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir. Halbuki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən təhvil-təslim edildikdən sonra heyvanların sığortalanması öhdəliyi cavabdehin üzrərində olmuşdur. Belə olan halda, iddiaçı həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddia tələbi üzrə cavabdehlə "xxxx" ASC arasında həmin vaxt hər hansı bir öhdəlik (müqavilə) olmadığından, MM-in 431.1-ci maddəsinin qaydalarına uyğun deyil, MM-in 1091 və 1092-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı tərəfindən sığorta pulunun cavabdehin əvəzindən ödənilməsi nəticəsində cavabdehə “Heyvanların sı ğortası şəhadətnaməsi” verilmişdir. Yəni sığorta pulunun cavabdehin əvəzindən "xxxx" ASC-yə ödənilməsinin nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı onun əvəzindən ödədiyi pul vəsaitini hazırki iş üzrə cavabdehdən geri tələb etməyə haqlıdır. Buna görə də 6.900,87 manat məbləğində sığorta pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 389.1, 431.1, 442, 443.1, 567, 608, 1091, 1092, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
24. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi xahiş olunmuşdur. b ) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 oktyabr tarixli, 2-2(106)-209/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş,birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər N.Mirzəyev (sədrlik edən və məruzəçi) S.Mayılov və İ.Əsədov).
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehin müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alqı-satqısını həyata keçirməli, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş qaydada nisyə verilmiş malların dəyərinin bir hissəsini əvvəlcədən, malların dəyərinin ödənilməyən hissəsini isə satıcı malların t əhvil verilməsi vəzifəsini real olaraq yerinə yetirdikdən sonra ödəməsi öhdəliyini öz üzərinə götürmüş, bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır.
27. Alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alqı-satqısını təşkil etmişdir. Malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat olmaqla müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 60 baş düyəni cavabdehə təhvil vermişdir. Lakin cavabdeh malların ümumi qiymətini təşkil edən 186.000 manatdan iddiaçının hesabına 2019-cu il 6 dekabr tarixində 77.120 manat, 2020-ci il 17 iyul tarixində isə 60.550 manat məbləğində pul vəsaiti köç ürmüş, 48.330 manat məbləğində pul vəsaitini isə iddiaçıya ödəməmişdir.
28. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən ödənilmiş 6.900,87 manat sığorta pulunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, 2020-ci il 11 iyun tarixli 2 saylı ödəniş tapşırığında olan imza iddiaçıya məxsusdur (bu hal cavabdeh tərəfindən inkar edilməmişdir) və heyvanların sığortasına görə "xxxx" ASC-yə ödənilmiş 6.900,87 manat məbləğ məhz iddiaçı tərəfindən ödənilmiş, buna dair cavabdehə KTH0015/20 saylı “Heyvanların sığortası şəhadətnaməsi” verilmişdir. Halbuki, alqı-satqı müqaviləsinə əsasən təhvil-təslim edildikdən sonra heyvanların sığortalanması öhdəliyi cavabdehin üzərində olmuşdur. Ona görə də iddiaçı həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsini tələb etməkdə haqlıdır.
29. Bu ndan başqa, cavabdeh iddiaçının ondan pul tələbinə etiraz edərək alıcı olaraq 2019-cu il 1 dekabr tarixli alqı-satqı müqaviləsinə əsasən Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin iddiaçı tərəfindən ona təhvil verilməsindən sonra da alqı-satqı şərtlərinə əməl etdiyini, müqavilə ilə müəyyən edilmiş qaydada nisyə verilmiş malların dəyərinin bir hissəsini əvvəlcədən, malların dəyərinin ödənilməyən hissəsini isə iddiaçı malları təhvil verdikdən sonra tam olaraq ödədiyini göstərsə də, istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 404, 425.1, 431.1, 442, 567, 600.1, 600.2, 600.4, 608, Azərbaycan Respublikası MPM-in 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışd ır.
31. Apellyasiya məhkəməsinin qətnaməsi tərəflərə 2021-ci il 7 oktyabr tarixdə göndərilmişdir.
32. Cavabdeh tərəfindən 2021-ci il 23 noyabr tarixdə kassasiya şikayəti verilmiş, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 19 iyul tarixli, 2-2(102)190/2022 saylı qərarı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 oktyabr tarixli, 2-2(106)-209/2021 saylı qətnaməsi qismən-cavabdehdən 48.330 manat əsas borcun tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamənin qalan mübahisələndirilən hissəsi dəyişdirilmədən saxlanı lmışdır ( sədrlik edən hakim – K.Abiyeva, hakimlər – İ.Dadaşov, B.Məmmədli).
34. Kassasiya instansiya məhkməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin materiallarında eyni tərəflər arasında, eyni predmet üzrə, eyni tarixdə bağlanmış iki alqı-satqı müqaviləsindən məhz iddiaçının istinad etdiyi nüsxəsini mötəbər saymasının səbəblərini qətnaməsində göstərməmiş, bu zaman hər səhifəsi imzalanaraq, yekunda hər iki tərəfin möhürü ilə təsdiq edilmiş müqaviləni hansı səbəblərdən sübut kimi qiymətləndirilmədiyini əsaslandırmamış, bununla da MPM-nin sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin «heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur» tələbini və işin hallarının hərtərəfli, tam araşdırılması prinsipini pozmuşdur.
35. Apelly asiya instansiyası məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən, iddiaçının alqı-satqı müqaviləsi üzrə təqdim olunmuş malların dəyərinin 192.800 manat təşkil etdiyi halda, hansı səbəbdən, digər müqavilədə qeyd olunan dəyərə (138.208 manata) uyğun olaraq elektron qaimə təqdim etməsinin səbəblərinə aydınlıq gətirilməmişdir. Nəticədə işin faktiki hallarına mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair müvafiq normaları düzgün tətbiq edilməmişdir.
36. Həmçinin nəzərə alınmalıdır ki, işin müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, 2020-ci il 3 iyun tarixli “Heyvanların sığortası şəhadətnaməsi” və həmin şəhadətnamənin 2020-ci il 24 iyun tarixli 1 nömrəli Əlavəsi ilə sığorta predmeti (60 baş Rusiya Federasiyasından gətirilmiş kalmık cinsli boğaz düyələr) 141.000 manat məb ləğində-cavabdehin istinad etdiyi ikinci müqavilə ilə nəzərdə tutulmuş dəyərə daha yaxın məbləğdə sığortalanmışdır.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işin yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparılmalı, sübutların mümkünlüyü və qiymətləndirilməsinə dair MPM-nin 80, 88-ci maddələrinin tələblərinə əməl edilməklə, işdə olan mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında cavabdehin alqı-satqı müqaviləsi üzrə borcunun olub-olmamasına, mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin 6900,87 manat məbləğində sığorta pulunun ondan tutulması ilə bağlı dəlili ilə razılaşmayaraq, qeyd edilən məsələ üzrə apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələb baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin həmin hissədə ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. d) Apellyasiya instansiyasındakı ikinci icraat
38. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 oktyabr tarixli, 2-2(106)-142/2022 saylı qət naməsi ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-175/2021 saylı, 2021-ci il 5 aprel tarixli qətnaməsi 48.330 manat əsas borcun Cavabdeh tutularaq İddiaçı Əliseyran oğluna verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Əliseyran oğlunun Cavabdeh qarşı 2019-cu il 1 dekabr tarixli alqı-satqı müqaviləsi üzrə 48.330 manat əsas borcun Cavabdeh tutulması barədə iddia tələbi təmin edilməmişdir (sədrlik edən hakim – T.Heydərov, hakimlər – T,Kərimov, Z.Zeynalov).
39. Təkrar işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, “məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin materiallarında eyni tərəflər arasında, eyni predmet üzrə, eyni tarixdə bağlanmış iki alqısatqı müqaviləsindən məhz iddiaçının istinad etdiyi nüsxəsini mötəbər saymasının səbəblərini qətnaməsində göstərməmiş, bu zaman hər səhifəsi imzalanaraq, yekunda hər iki tərəfin möhürü ilə təsdiq edilmiş müqaviləni hansı səbəblərdən sübut kimi qiymətləndirilmədiyini əsaslandırmamış, bununla da MPM-nin sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin «heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur» tələbini və işin hallarının hərtərəfli, tam araşdırılması prinsipini pozmuşdur. Qeyd olunmalıdı r ki, göstərilən dəlillər həm də apellyasiya şikayətinin dəlillərini təşkil etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən, apellyasiya şikayətinin dəlilləri üzrə hər hansı araşdırma aparılmamış, eləcə də həmin dəlillərə hüquqi qiymət verilmədən birinci instansiya məhkəməsinin gəldiyi nəticə olduğu kimi qeyd olunmaqla, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, tərəflər dövlət orqanları ilə sənədləşmədə 2019-cu il 1 dekabr tarixli, 0112/19 nömrəli alqı-satqı müqaviləsinin işdə olan hər səhifəsi təsdiqlənmiş nüsxəsini təqdim etmişlər (İİ cild i.v 2430), müqavilə üzrə malın təqdim edilməsi zamanı iddiaçı tərəfindən tərtib olunan ilkin vergi uçot sənədi olan 2020-ci il 17 iyul tarixli elek tron qaimə də, ümumi dəyəri 138.208,20 manat olmaqla, həmin müqaviləyə əsasən tərtib edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar qiymətləndirilərkən, iddiaçının alqı-satqı müqaviləsi üzrə təqdim olunmuş malların dəyərinin 192.800 manat təşkil etdiyi halda, hansı səbəbdən, digər müqavilədə qeyd olunan dəyərə (138.208 manata) uyğun olaraq elektron qaimə təqdim etməsinin səbəblərinə aydınlıq gətirilməmişdir. Nəticədə işin faktiki hallarına mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair müvafiq normaları düzgün tətbiq edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, işin müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, 2020-ci il 3 iyun tarixli “Heyvanların sığortası şəhadətnaməsi” və həmin şəhadətnamənin 2020-ci il 24 iyun tarixli 1 nömrəli Əlavəsi ilə sığorta p redmeti (60 baş Rusiya Federasiyasından gətirilmiş kalmık cinsli boğaz düyələr) 141.000 manat məbləğində-cavabdehin istinad etdiyi ikinci müqavilə ilə nəzərdə tutulmuş dəyərə daha yaxın məbləğdə sığortalanmışdır.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməyərək, tərəflərin məhkəmə çəkişməsi hüququnu pozaraq maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu ilə iddia tələbinin 48.330 manat əsas borcun təmin edilməsi nəticəsinə gəlmişdir. Bununla da iddia tələbi üzrə gəlinən həmin nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsini qaçılmaz etmişdir.
41. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə iki eyni tarixli heyvanların alqısatqı müqaviləsi ü zrə öhdəliyin yerinə yetirilməsi ilə bağlı olduğundan apellyasiya baxışının predmeti cavabdeh tərəfindən üzərinə düşən öhdəliyin yerinə yetirilməməsi nəticəsində 48.330 manat əsas borcun ödənilməməsi təşkil etmişdir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 385, 386, 425, 427, 442, 404, 567, 608-ci maddələri maddələri təşkil edir.
42. Məhkəmə kollegiyası işdə olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiq edərək müəyyən etmişdir ki, tərəflər arasında eyni (2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı) tarixli iki alqı-satqı müqaviləsi bağlanmış, birinci müqaviləyə görə satıcı alıcının müraciəti əsasında Rusiya Federasiyasından Kalmık cinsi 60 baş birinci qarın boğaz düyələrin alqı-satqısını təşkil edir. Alıcı öz növbəsində təqdim olunan he saba əsasən malların dəyərini satıcıya ödəyir. Hazırki müqavilənin dəyəri alıcı və satıcının şifahi razılaşmasından sonra Rusiya Federasiyasına gedərək orada yerində heyvanlara baxış seçim keçirdikdən sonra heyvanların qulaqlarına vurulan birkaların nömrə cədvəli əsasında 138208.20 (yüz otuz səkkiz min iki yüz səkkiz manat 20 qəpik) AZN dəyərində təyin edilir. Birkaların nömrələri, qiyməti və cins cədvəldə göstərildiyi kimi müəyyən edilir. 60 baş düyə hər biri 2303.47 AZN = cəmi 138208.20 AZN dəyərində razılaşdırılmışdır. İkinci (2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı) alqı-satqı müqaviləsi görə malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat razılaşdırılır. Birinci instansiya məhkəməsi ikinci müqaviləni əsas götürərək hesab etmişdir ki, iddiaçı cavabdehin müraciə ti əsasında Rusiya Federasiyasından Kalmık cinsli 60 baş birinci qarın boğaz düyələrin alqı-satqısını təşkil etmişdir. Malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat müəyyən edilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 60 baş düyəni cavabdehə təhvil vermişdir. Lakin cavabdeh malların ümumi qiymətini təşkil edən 186.000 manatdan iddiaçının hesabına 2019-cu il 6 dekabr tarixində 77.120 manat, 2020-ci il 17 iyul tarixində isə 60.550 manat məbləğində pul vəsaiti köçürülmüş, 48.330 manat məbləğində pul vəsaitini isə iddiaçıya ödəməmişdir. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə(lər ) əsasında iddiaçıdan heyvan(lar) (mal-qara) almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin heyvan(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə(lər) əsasında heyvan(lar) almasına dair hüququndan istifadə etmiş, lakin həmin heyvan(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini tam şəkildə yerinə yetirməmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının alqı-satqı müqaviləsi üzrə təqdim olunmuş malların dəyərinin 192.800 manat təşkil etdiyi halda, hansı səbəbdən, digər müqavilədə qeyd olunan dəyərə (138.208 manata) uyğun olaraq elektron qaimə təqdim etməsinin səbəblərinə aydınlıq gətirilməmiş dir. Nəticədə işin faktiki hallarına mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə dair müvafiq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə nəzərə almamşdır ki, tərəflər dövlət orqanları ilə sənədləşmədə 2019-cu il 1 dekabr tarixli, 0112/19 nömrəli alqı-satqı müqaviləsinin işdə olan hər səhifəsi təsdiqlənmiş nüsxəsini təqdim etmişlər (İİ cild i.v 24-30), müqavilə üzrə malın təqdim edilməsi zamanı iddiaçı tərəfindən tərtib olunan ilkin vergi uçot sənədi olan 2020-ci il 17 iyul tarixli elektron qaimə də, ümumi dəyəri 138.208,20 manat olmaqla, həmin müqaviləyə əsasən tərtib edilmişdir. Bundan başqa işin müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, 2020-ci il 3 iyun tarixli “Heyvanların sığortası şəhadətnaməsi” və həmin şəhadətnamənin 2020-ci il 24 iyun tarixli 1 nömrəli Əlavəsi i lə sığorta predmeti (60 baş Rusiya Federasiyasından gətirilmiş Kalmık cinsli boğaz düyələr) 141.000 manat məbləğindəcavabdehin istinad etdiyi ikinci müqavilə ilə nəzərdə tutulmuş dəyərə daha yaxın məbləğdə sığortalanmış və buna münasib olaraq subsidiya ödənilmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Rusiya Federasiyasının Kalmikiya Vilayətinin Adik qəsəbəsində yerləşən təsərrüfatından təmiz kalmik cinsli ətlik boğaz düyələrə baxış keçirilməsi və bir neçəsini yoxlama çəki etmələri və hər boğaz düyə üçün 3100 manat, cöngələr üçün isə 3400 manat razıliğa gələmələri barədə tərəflərin 2019-cu il 22 noyabr tarixdə tərtib edilmiş aktda, aktın tərtib olunması yeri kimi Rusiya Federasiyası göstərilmiş və aktda alqı-satqı müqaviləsinin tərəfləri İddiaçı, Cavabdeh və iddiaçının oğlu Ramil Süleym anov tərəfindən imzalanmışdır. Lakin təkrar apellyasiya icraatı zamanı İddiaçı təsdiq etmişdir ki, akt tərtib olunan vaxt oğlu Rusiya Federasiyasında olmamış, aktı Azərbaycana gəldikdən sonra imzalamışdır. Göründüyü kimi bu hal da, müqaviləyə qədərki danışıqlar və yazışmaları iddiaçının iddia etdiyi kimi hər boğaz düyə üçün 3100 manat müəyyən edilməsi tərəflərin iradə ifadəsinin həqiqi mənasını əks etdirmir.
44. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçının izahatını iddia tələbinin təmininə yönələn hərəkət kimi qiymətləndirmiş, cavabdehin iddiaya etirazını isə tələbin rədd edilməsinə yönələn əsas kimi qiymətləndirməmişdir. Birinci instnasiya məhkəməsi nəzərə almamışdır ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci təqdim olunmuş sübut nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci təqdim olunmuş sübut inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi təqdim olunmuş eyni tarixli heyvanların alqı-satqı müqaviləsinin hansının etibarlı olub-olmamsının sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir.
45. Bundan başqa o da qeyd olunmuşdur ki, məhkəmənin ilk vəzifəsi tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almaqla həmin əqdin etibarlı olub-olmadığı müəyyən etməkdən ibarətdir. Çünki MM-nin 404-cü maddəsinin m ənasına görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Ha zırki mübahisədən görünür ki, 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat razılaşdırılma barədə (2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı) alqı-satqı müqaviləsində mövcud olmuşdur. Çünki tərəflər dəyəri alıcı və satıcının şifahi razılaşmasından sonra Rusiya Federasiyasına gedərək orada yerində heyvanlara baxış - seçim keçirdikdən sonra heyvanların qulaqlarına vurulan birkaların nömrə cədvəli əsasında 138208.20 (yüz otuz səkkiz min iki yüz səkkiz manat 20 qəpik) AZN dəyərində təyin edilir. Birkaların nömrələri, qiyməti və cins cədvəldə göstərildiyi kimi müəyyən edilir. 60 baş düyə hər biri 2303.47 AZN = cəmi 138208.20 AZN dəyərində razılaşdırılmışdır. Həmçinin tərəflər dövlət orqanları ilə sənədləşmədə 2019-cu il 1 dekabr tarixli, 0112/19 nömrəli alqı-satqı müqaviləsinin işdə olan hər səhifəsi təsdiqlənmiş nüsxəsini təqdim etmişlər (İİ cild i.v 2430), müqavilə üzrə malın təqdim edilməsi zamanı iddiaçı tərəfindən tərtib olunan ilkin vergi uçot sənədi olan 2020-ci il 17 iyul tarixli elektron qaimə də, ümumi dəyəri 138.208,20 manat olmaqla, həmin müqaviləyə əsasən tərtib edilmişdir.
46. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndir ən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. Qeyd olunan bu hallar tərəflərin malların qiyməti - Bundan başqa işin müəyyən edilmiş, mübahisələndirilməyən hallarına görə, 2020-ci il 3 iyun tarixli “Heyvanların sığortası şəhadətnaməsi” və həmin şəhadətnamənin 2020-ci il 24 iyun tarixli 1 nömrəli Əlavəsi ilə sığorta predmeti (60 baş Rusiya Federasiyasından gətirilmiş kalmık cinsli boğaz düyələr) 141.000 manat məbləğindəcavabdehin istinad etdiyi ikinci müqavilə ilə nəzərdə tutulmuş dəyərə daha yaxın məbləğdə sığortalanmış və buna müvafiq olaraq subsidiya ödənilmişdir. Həmçinin tərəflər dövlət orqanları ilə səndləşmədə 2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsinin işdə olan hər səhifəsi təsdiqlənmiş nüsxəsini təqdim etmişlər (İİ cild i.v 2430), müqavilə üzrə malın təqdim edilməsi zamanı iddiaçı tərəfindən tərtib olunan ilkin vergi uçot sənədi olan 2020-ci il 17 iyul tarixli elektron qaimədə də, ümumi dəyəri 138.208.20 manat olmaqla, həmin müqaviləyə əsasən tərtib edilmişdir. Bütün bunlar ona dəlalət edir ki, tərəflər arasında malların qiyməti – 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat razılaşdırılma barədə (2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı) alqı-satqı (əqd) müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadəsinin həqiqi mənasını əks etdirməyən yalan əqdir, görüntü yaratmaq niyyəti ilə bağlanan əqddir və aldadılma nəticəsində bağlanmışdır.
47. Təkrar apellyasiya icraatı zamanı iddiaçı alqı-satqı müqaviləsi üzrə təqdim olunmuş malların dəyərinin 192.800 manat təşkil etdiyi halda, hansı səbəbdən, digər müqavilədə qeyd olunan dəyərə (138.208 manata) uyğun olaraq elektron qaimə təqdim etməsini onunla izah etmişdir ki, malların birinin dəyərinin 3100 manat müəyyən edilməsi barədə müqavilənin bağlanması, malların alındıqdan sonra Azərbaycan Respublikasına gətirilməsi ilə əlaqədar çəkilmi ş xərclər o, cümlədən malların yemlənməsi, baytar həkimlərdən mütəmadi olaraq müayinədən keçirilməsi və qan analizlərinin götürülməsi də daxil edilməklə razılaşdıqlarını, başqa sözlə 3100-2303,47=796,53 manat malların Azərbaycan Respublikasına gətirilməsi (iddiaçının bildirməsinə görə mallar alındıqdan sonra iki aya ərzində Azərbaycana gətirilimiş və cavbedəhə təhvil verilmişdir) müddətində çəkilmiş xərclər təşkil etdiyindən bunun nəzərə alınmasını xahiş etmişdir.
48. Kollegiya iddiaçının bu izahatı ilə bağlı qeyd etmişdir ki, məhkəmənin icraatında olan mübahisə 60 baş düyə hər biri 3.100 manat = 186.000 manat razılaşdırılma barədə 2019-cu il 1 dekabr tarixli, 0112/2019 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməyən 48,330 manat əsas borc pulun qaytarılması təşkil etmişdir. Yəni iddiaçı ma lların Azərbaycan Respublikasına gətirilməsi ilə əlaqədar çəkilmiş xərci deyil, alınan malların hər birinin dəyəri kimi 3100 manata görə borcun qaytarılmasını tələb edir. Bu tələblər ayrı-ayarı tələb olmaqla hazırkı tələbin tərkib hisssi kimi qəbul oluna bilməz. Bunun üçün iddiaçının malların alındıqdan sonra Azərbaycan Respublikasına gətirilməsi və cavabdehə təhvil verilənə kimi çəkdiyi xərci ödənilməsi tələbi olduğu halda buna qiymət verilə bilər, əks halda bu iddia tələbindən kənara çıxma kimi qiymətəndirilə bilər. Hаzırkı iş üzrə iddiа tələblərindən kənаrа çıхmаq üçün hər hаnsı müstəsnа hаl mövcud olmamışdır. Bundan başqa o da qeyd olunmuşdur ki, iddiaçının malların alındıqdan sonra Azərbaycan Respublikasına gətirilməsi və cavabdehə təhvil verilənə kimi çəkdiyi xərci ödənilməsi tələbi birinci instansiya məhkəməsinin predmeti olmamışdır.
49. Göründüyü kimi tərəflər arasında malların qiyməti 60 baş düyə hər biri 2303,47 AZN cəmi 138208,20 AZN məbləğində razılaşma yolu ilə müəyyən edillən 2019-ci il 1 dekabr tarixli №0112/2019 nömrəli alqı-satqı müqaviləsi olmuş və həmin müqavilənin icrası ilə əlaqədar Cavabdeh 2019-cu il 6 dekabr tarixdə 77120 manat, 2020-ci il 17 iyul tarixdə 60550 manat cəmi 137670 manat İddiaçı Əliseyran oğluna ödəmiş yerdə qalan (138.202.20 – 137670= 538) 538 manat borcu isə 2020-ci il 15 may tarixində 750 manat qalan borcdan artıq məbləğdə pulu iddiaçıya ödəməkə müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş və Cavabdeh İddiaçı Əliseyran oğluna heç bir borcu qalmamışdır.
50. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 567, 600.1, 600.2, 60 0.4, 608, 425.1, 404, 442, 324.5, 337.1, 337.2, 337.3, 339.2, 340.1, 340.2-ci maddələrinə, MPM-in 77.1, 9.1, 9.3, 119.1, 217.1, 217.3, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
51. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 10 oktyabr tarixində rəsmi olaraq çatdırılmışdır.
52. İddiaçı 2022-ci il 12 dekabr tarixində kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 oktyabr tarixli, 2-2(106)-142/2022 saylı qətnaməsinin apellyasiya şikayətinin təmin edildiyi hissədə ləğv edilməsi və 48.330 manat əsas borcun Cavabdeh tutularaq İddiaçı verilməsi hissəsində iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayə tinin dəlilləri
53. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin tələbləri pozulmuşdur. Konstitusiyaya görə hər kəsin mülkiyyət hüququ vardır və qanunla qorunur. Mülki qanunvericiliyə görə mülkiyyət toxunulmazdır. Lakin, məhkəmə bu konstitusion normanı görməzdən gəlmiş, hətta MM-in də tələblərinə əməl etməmişdir. Nəticədə birtərəfli, qərəzli mövqe ortaya qoymuşdur. Məhkəmə cavabdehin mülkiyyət hüquqlarının müdafiəçisi rolunda çıxış etmiş, iddiaçının mülkiyyət hüquqları isə kölgədə qalmışdır. RFdan damazlıq heyvan gətirmək işini məhz iddiaçı hansı əziyyətlər, zəhmətlər hesabına təşkil edib və gətirmişdir. Bu işin təşkili özü xüsusi qabiliyyət, işgüzarlıq və xərc tələb edir. Əgər asan olsaydı cavabdeh özü bu işi yerinə yetirərdi. Müqavilə qiyməti də bütün bunlar nəzərə alınmaql a razılaşdırılmışdır. Önəmlisi odur ki, həmin iş üzrə qərar qəbul edən bütün məhkəmələr bu qanun normalarını tətbiq etmişlər. Lakin, məhkəmələr bu normaları müxtəlif cür təfsir etmişlər.
54. MM-in 6.1.4, 385, 386, 404, 425, 431, 442, 56, 600, 608-ci maddələrinin tələbləri pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası göstərilən maddi hüquq normalarının düzgün təfsir etməyib və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Birincisi, işə baxan birinci instansiya məhkəməsi və həmin məhkəmənin qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəflər arasında 2020-ci il 1 dekabr tarixdə bağlanmış müqavilənin birinci variantını mötəbər sübut kimi qəbul etmiş və digər sübutlarla birlikdə qiymətləndirərək qərar qəbul etmişlər. Ali Məhkəmənin Kommersiya Kollegiyasının qərarı ilə yeni baxışa qaytarılmış həmin işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəflər arasında bağlanmış 2019-cu il 1 dekabr tarixli müqavilənin ikinci variantını mötəbər sübut kimi qəbul edərək qərar qəbul etmişlər. Qərar qəbul edərkən mövqeyini onunla əsaslandırmışlar ki, müqavilənin birinci variantının yalnız sonuncu səhifəsi imzalanmış və möhürlə təsdiq edilmişdir. İkinci variantda isə müqavilənin hər səhifəsi təsdiqlənmiş və dövlət orqanları ilə sənədləşmədə həmin müqavilə təqdim edilmişdir. Lakin, Ali Məhkəmənin Kommersiya Kollegiyasının qərarında şərh olunan göstərişlərin məcburi olduğunu əsas götürən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası bir məsələni diqqətdən qaçırmışdır.
55. Bel ə ki, işin mübahisələndirilməyən hallarından biri odur ki, hər iki müqavilənin 3.3cü bəndində tərəflər müqavilə dəyərinin 40 %-nin, yəni 77.120 manat məbləği əvvəlcədən avans şəklində ödəməyi razılaşdırmışlar. Alıcı-cavabdeh müqavilə bağlandıqdan 5 gün sonra 2019-cu il 6 dekabr tarixində müqavilələrin həmin şərtinə əsasən qeyd-şərtsiz müqavilə dəyərinin 40 %-ni, yəni 77.120 AZN məbləği iddiaçının hesabına köçürmüşdür. Bu isə o deməkdir ki, müqavilənin birinci variantı daha mötəbərdir, cavabdeh müqavilənin həmin variantını qəbul edir və tərəflərin gerçək iradə ifadəsini məhz müqavilənin birinci variantı əks etdirir. Müqavilənin ikinci variantı cavabdehin subsidiya almasını təmin etmək məqsədilə, subsidiya verən orqanın və bankın təkidi ilə onun xeyrinə bağlanmış əqddir. Bank işçisinin bu ba rədə səs yazısının steneoqram mətni məhkəməyə təqdim edilmişdir. 56. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin(AKİA) vəsaitindən istifadə Qaydası"na əsasən alıcı Cavabdeh subsidiya ödənilməsi üçün idxal edilən heyvanların gömrük bəyannaməsində bəyan edilmiş invoys qiymətinə uyğun olaraq subsidiya verildiyindən, 2019-cu il 1 dekabr tarixli müqavilənin ikinci variantı tərtib olunaraq təqdim olunmuşdur. İnvoys qiyməti isə yalnız heyvanların dəyərini təşkil edir. Malların Dağıstan Respublikasından idxalına dair 01AZ/RUS nömrəli 2019-cu il 28 oktyabr tarixli kontrakta dair 01, 02, 03 saylı 3 invoys tərtib edilmişdir. Bunlardan birincisi heyvanların barəsində, ikincisi və üçüncüsü həmin heyvanların gətirilməsinə çəkilən xərclərə dair tərt ib olunmuşdur. Subsidiya verilməsi isə yalnız heyvanların dəyəri göstərilmiş invoys əsasında verilmişdir. Bu səbəbdən müqavilənin ikinci variantı tərtib olunmuş və AKİA- nə təqdim olunmuşdur. Müqavilənin hər iki variantının 3.2 və 3.5-ci bəndlərində bütün xərclərin müqavilə qiymətinə daxil olduğu nəzərdə tutulmuşdur. Müqavilənin birinci variantında bütün xərclər daxil olmaqla tərəflər hər bir baş düyə üçün 3100 AZN qiymətə razılaşmışlar, ikinci müqvilədə müəyyən edilmiş 2300 AZN qiymət isə subsidiyanın alınması üçün formal bağlanmış müqavilədir. Əgər ikinci müqavilə olmasaydı, cavabdeh-Alıcı subsidiya ala bilməyəcəkdi və müqavilənin ilkin variantına əsasən bütün qiymətini, yəni 186 000 azn məbləği Satıcıya ödəməli olacaqdı. İkinci müqaviləni tərtib etməklə Alıcı-Cavabdeh 61.088,2 AZN məblə ğində güzəşt vəsaiti almışdir. Əslində bu müqavilə yalan əqddir, çünki tərəflərin həqiqi iradə ifadəsini əks etdirmir.
57. Müqavilələrin hansının daha mötəbər olduğunu təsdiq edən həmin müqavilələrin 3.3-cü bəndidir. Həmin bənddə göstərilmişdir ki, alıcı müqavilə dəyərinin 40%-ni, yəni 77120 manat məbləği əvvəlcədən satıcıya ödəyir. Bütün məhkəmə qərarlarında və cavabdehin apellyasiya və kassasiya şikayətlərində müqavilə dəyərinin 40%-nin, yəni 77.120 manat məbləğin avans şəklində əvvəlcədən ödənilməsi barədə razılaşdırılması və ödənilməsi təsdiq olunmuşdur. 77.120 manat isə 186.000 manat məbləğin, başqa sözlə, 60 baş düyənin birinci müqavilə ilə razılaşdırılmış qiymətinin (60x3100=186.000) 40%-dir. (186.000x40%=77.120) ikincisi, qanunvericilikdə və müqavilənin özündə müqavilənin hər səh ifəsinin imzalanması tələbi yoxdur. Tərəflərin bir-birinə etibarı olmadığı hallarda müqavilənin hər səhifəsinin təsdiq olunması barədə razılaşırlar, indiki halda etibar olduğu üçün birinci müqavilədə yalnız sonuncu səhifə imzlanmaqla kifayətlənmişlər. Digər tərəfdən Rusiya Federasiyasında 2019-cu il noyabr ayının 22-də tərtib olunmuş aktda tərəflər razılığa gəliblər və həmin akt əsasında müqavilənin birinci variantı tərtib olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin aktın R.Süleymanov tərəfindən sonradan imzalanmasını aktın həqiqi iradə ifadəsinin əks etdirmədiyi qənaətinə gəlsə də, həqiqətdə bunun o qədər əhəmiyyətli olmadığı qeyd olunmalıdır. Çünki, aktda əsas iştirakçılar, yəni gələcək müqavilənin tərəfləri razılaşıblar, R.Süleymanov isə aktın formasının təmin olunması məqsədil ə imzalamışdır, başqa sözlə əsas iştirakçıların razılaşmasını təsdiq etmişdir.
58. MPM-nin 9, 88, 217, 372.4, 420-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə çəkişmə prinsipini pozub, Ali Məhkəmənin Kommersiya Kollegiyasının qərarındakı göstərişlərə əsasən düzgün hüquqi qiymətləndirmə aparmaq, işin hallarının hərtərəfli, tam araşdırılması prinsipinə əməl etmək əvəzinə bir iclasda tələsik qərəzli qətnamə çıxarmışdır. İddiaçının vəkilin hüquqi yardımından istifadə etmək üçün imkanı belə olmamışdır.
59. Apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməyib, maddi və prosessual hüquq normalarını pozmuşdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 1 dekabr tarixli alqı-satqı müqaviləsinin iki variantını təfsir edərkən səhvə yol v ermiş, bu səbəbdən həmin sübutları düzgün qiymətləndirməmişdir. Müqavilənin hansı variantının mötəbər olmasını müəyyən edərkən düzgün əsaslandırmamışdır. Məhkəmə heyvanların Rusiya Federasiyasından idxal edilməsi ilə bağlı çəkilən xərclərin ayrı iddia tələbi olduğunu qəbul etməklə səhvə yol vermişdir. Çünki, alqı-satqı müqviləsinin predmetini təşkil edən istənilən əşyanın qiymətinə onun daşınması ilə bağlı xərclər daxil edilir. Digər tərəfdən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə aparılır. Tərəflər daha mötəbər olan birinci müqavilədə qiyməti özləri razılaşıblar və müqaviləyə əsasən onun 40 faizini alıcı avans şəklində ödəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazda apel lyasiya instansiyası məhkəməsinin mövqeyini təkrarlamaqla qətnamənin qanuni və əsaslı olması səbəbindən dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
61. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
62. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
63. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
64. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə
324. Əqd anlayışı və onun növləri... 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd ba ğlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir....” “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı... 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirili r. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.....” “Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” “Maddə
404. Müqavilənin təfsiri 404.
1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr o lduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməs i 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.... 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” “Maddə
608. Alq ı-satqı haqqında müddəaların tətbiqi Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir.”
65. Azərbaycan Respublikası Mülki Presessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını Maddə
119. Məhkəmə xərclərin in tərəflər arasında bölüşdürülməsi “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzər də tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
66. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
67. İddiaçının kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsi və işin faktiki hallarının düzgün müəyyən olunmaması ilə bağlı olmuşdur.
68. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillə ri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
69. Mülki Məcəllənin tələblərinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır (MM-in 14.1, 14.2.1-ci maddələri).
70. Bundan başqa, MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 7
1. Hazırkı halda, iş materiallarında tərəflər arasında bağlanmış iki müqavilə mövcud olsa da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hər səhifəsi imzalanmaqla təsdiq olunmuş, dövlət orqanlarına təqdim edilmiş və işdəki digər sübutlar və işin digər halları ilə (“heyvanların sığortası şəhadətnaməsi və ona 1 nömrəli Əlavə”, iddiaçı tərəfindən tərtib olunmuş elektron qaimə, gömrük bəyannaməsi və s.) mötəbərliyinin şübhə altına alınması istisna olunan müqaviləni mötəbər sübut kimi qəbul etməsi də qanuni və əsaslı olmuşdur.
72. İddiaçı əvvəlki müqavilə əsasında cavabdeh tərəfindən 77.120 manat avansın ödənildiyini bildirsə də, özünün də etiraf etidiyi kimi avansla bağlı müddəa apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi müqavilədə də mö vcud olmuş, habelə iddiaçının istinad etdiyi müqavilədə müqavilənin dəyərinin 40 faizinin avans kimi ödənilməsi, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi müqavilədə isə müqavilənin dəyərinin 40 faizindən az olmamaqla avans kimi ödənilməsi müddəası öz əksini tapmışdır.
73. Məhkəm kollegiyası həmçinin vurğulayır ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla m üəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
74. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-nin 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəmə si tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217 və 420-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, kassasiya instansiyası məhkəməsinin göstərişlər də nəzərə alınmaqla prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
75. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
76. Şərh olunanlara və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 oktyabr tarixli, 2-2(106)-142/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.