Məhkəmə qərarları › İş №2-2(102)-814/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-814/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-814/2025 05.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşıma müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən tərkibdə, İddiaçı Cavabdehnə qarşı iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 sentyabr tarixli 2-2(107)-120/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Daşıyıcı İddiaçı MMC ilə yük göndərən Cavabdeh MMC arasında 2024-cü il 16 noyabr tarixli 1358-101081 nömrəli Tentli (çadırlı) nəqliyyat vasitələri ilə daşınma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən yükü aparan 75BL854-67ZA169 nömrəli nəqliyyat vasitəsi müəyyən edilmiş, yükün çıxışı Qaziantep şəhəri, daşıma qiyməti 3200 ABŞ dolları, yükün çatdırılma gömrük yeri Yevlax şəhəri, yükün çatdırılma müddəti 15-20 gün müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra– “cavabdeh”) qarşı cavabdehlə bağlanılmış 2024-cü il 16 noyabr tarixli müqavilə üzrə 10645 manatın, 2024-cü il 1 noyabr tarixli müqavilə üzrə isə 7000 euronun (qətnamənin icra olunduğu vaxta 1 euronun Azərbaycan manatına nisbəti ilə), həmin borc məbləğlərinin borcun ödənilmədiyi 2024-cü il 19 noyabr t arixdən məhkəmə qərarının çıxarıldığı günədək həmin borc məbləğlərinin Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi 5 faiz illik bank uçot dərəcəsinə uyğun 190 manatın cavabdehdən tutulması, pozulmuş hüququn bərpası üçün vəkilə ödənilmiş 721 manatın, ödənilmiş 162 manat məhkəmə xərclərinin, cəmi 23968 manatın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xidmətlərin göstərilməsi haqqında 1358-101081 MMC saylı, 2024-cü il 16 noyabr tarixli müqavilə bağlanılaraq cavabdehin yükünü Türkiyənin Qaziantep şəhərindən Mingəçevir şəhərinə daşınması xidməti göstərilərək həmin müqavilə üzrə öhdəliklərini icra etmişdir. Bundan sonra 2024-11-01 saylı, 2024-cü il 1 noyabr tarixli müqavilə ü zrə cavabdehin sifarişi üzrə ona aid olan yükün Almaniyadan Rusiya istiqamətinə (Moskva şəhərinə) daşınma xidməti göstərilərək həmin müqavilə üzrə öhdəliklərini icra etmiş, cavabdeh isə göstərilən daşınma xidmətləri üzrə razılaşdırılmış daşınma haqqını ödəməyərək müqavilə üzrə öhdəliklərinin tam icrasını təmin etməmişdir. Cavabdeh 2024-cü il 16 noyabr tarixli müqavilə üzrə ödəməli olduğu 11645 manat üzrə göndərilmiş MT2411 seriyalı, 11025916 nömrəli, 2024-cü il 19 noyabr tarixli elektron qaimə üzrə 11645 manat xidmət haqqı üzrə borc məbləğləri ilə razılaşaraq həmin qaiməni qəbul etmiş, həmin borc məbləğindən 1000 manatı 2024-cü il 26 noyabr tarixdə ödənilmiş, qalan 10645 manatın ödənilməsi təmin olunmamışdır. 2024-cü il 1 noyabr tarixli müqavilə üzrə isə ödənilməli olan 12000 EURO (manat h esabı ilə 20832 manat) üzrə göndərilmiş MT2501 seriyalı, 10697607 nömrəli, 2025-ci il 13 yanvar tarixli elektron qaimə üzrə 20832 manat xidmət haqqı üzrə borc məbləği ilə razılaşaraq həmin qaiməni qəbul etmiş, həmin borc məbləğindən 5000 EURO 2024-cü il 21 noyabr tarixdə iddiaçıya köçürülmüş, qalan 7000 EURO ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Xidmətlərin göstərilməsi haqqında 2024-cü il 19 noyabr tarixli aktlara əsasən cavabdeh göstərilmiş xidmətlərin icra olunaraq qəbul edildiyini, xidmətlərin dəyərləri üzrə yaranmış borc məbləğlərini təsdiqləyərək razılaşmışlar. Dəfələrlə cavabdehdən borc məbləğlərinin ödənilərək müqavilələr üzrə öhdəliklərinin tam icrası tələb olunmuş, lakin cavabdeh tərəfindən hər dəfə borc məbləğinin ödəniləcəyi bildirilsə də, verilmiş vədə bu günədək əməl edilməmişdir. Cavabdehlə bağlanılmış müqavilələr üzrə borc məbləğləri 7000 EURO və 10645 manat təşkil edir.

4. Daha sonra, iddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən 2024-cü il 16 noyabr tarixli müqavilə üzrə ödənilməli olan 10645 manat borcdan 3700 manat ödəniş edildiyindən həmin hissədə 6945 manat tələb etmişdir.

5. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, aralarında 2024-cü il 16 noyabr tarixdə daşınma müqaviləsi bağlanmış və iddiaçı tərəfindən Türkiyənin Qaziantep şəhərindən Mingəçevir şəhərinə balıq yemi yükü daşınmışdır. Həmin müqavilənin bəndlərində Türkiyənin Qaziantep şəhərindən Azərbaycana yükün daşınması göstərilmiş, Almaniyadan Rusiyaya yük daşınması göstərilməmişdir. İddiaçının ərizəsində göstərilənlər Almaniyadan Rusiyaya yük daşınması iddiası tamamilə yalandır, heç bir sənədə və ya sübuta əsaslanmır. Belə ki, iddiaçı vasitəsi ilə Türkiyənin Qaziantep şəhərindən 1 yük maşını balıq yemi məshulu gətirmiş, daşınma xərci 3400 ABŞ dolları dəyərində olmuşdur. Lakin Türkiyədəki şirkət olan malı göndərən HEMAKS MAKİNA SANAYE A.S. şirkəti X2 qeydiyyatda olmadığı üçün 20 gün sərhəddə gözləmiş, günü 150 ABŞ dolları gözləmə pulu və digər xərclər göstərilməklə bu səbəbdən də 3450 ABŞ dolları əlavə hesablanmış, 11645 manat etmişdir. İddiaçı yükü Mingəçevir şəhərinə çatdırmış, əlavə olaraq da bu daşınmadan 3450 ABŞ dolları maddi ziyana düşmüşdür. İddiaçı bildirir ki, ona aid olan yükü Almaniyadan Rusiyaya daşımış və bununla bağlı 2024-cü il 1 noyabr tarixli daşınma müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə 2024-cü il 1 noyabr tarixli 2024-22-01 nömrəli olmaqla iddiaçı ilə və OOO PPK MMC (bundan sonra -"xxxx" MMC və ya Rusiya şirkəti) arasında bağlanmışdır. Bununla bağlı Rusiyada partnyor olaraq çalışdıqları Rusiya şirkətinin yüklərinin daşınması təklifini iddiaçının rəhbərinə bildirmiş, o da razılaşmışdır. Balıq yemini gətirən zaman məhsulları anbara boşaldan günü iddiaçı şirkətin rəhbəri bildirmişdir ki, malları anbara boşaltmağa icazə verməyəcək, səbəbi Almaniyadan Rusiyaya "xxxx" MMC-yə daşınan mallara görə öhdəlik imzalamalıdır, çünki o müştərini iddiaçı ilə tanış etmişdir. Bunun qanunsuz olduğunu bildirmiş, lakin balıq yemi gətirən sürücüyə təsir göstərərək Mingəçevirdə olan anbarına malların boşaldılmasına icazə verməmişdir. Həmin günü malların boşaldılması üçün gömrük əməkda şı gəlmiş, lakin icazə verilmədiyi üçün mallar boşaldılmamışdır. Belə olduğu halda səhərisi gün məcbur qalıb Almaniyadan Rusiyaya "xxxx" MMC-yə gedən mallara görə öhdəlik adlı bir sənədi imzalamışdır. Bundan sonra malları boşaltmışdır. İddiaçı tərəfindən 2024-cü il 19 noyabr tarixində MT**********16 nömrəli 11645 manatlıq elektron qaimə göndərilmiş, həmin vəsaitdən 2024-cü il 31 oktyabr tarixində, Bakı şəhərində olan zaman cavabdehin rəhbəri Nümayəndə4 təcili pul istəmiş, o isə “whatsap” şəbəkəsi üzərindən “yerləşmə məkanı” məlumatını göndərmiş, Bakı şəhərində Nərimanov rayonu ərazisində yerləşən “Royal” hotelin restoranında iddiaçının rəhbəri Nümayəndə4 1700 manat vermiş, 2024-cü il 4 noyabr tarixində bank köçürməsi ilə iddiaçıya 3700 manat, 2024-cü il 26 noyabr tarixində 1000 manat ödəmi şdir. Ümumilikdə, 2024-cü il 19 noyabr tarixində MT**********16 nömrəli qaimə üzrə 6400 manat ödəniş etmiş, həmin qaimə üzrə 5245 manat borcu qalmışdır. 5245 manat olan vəsaiti iddiaçıya ödəməməyinə səbəb balıq yemini daşıyan ** BL ***/ ** ZA *** nömrəli yük maşınının sahibi Elnur Abdullayevə çatan 5246 manat vəsaitin iddiaçının rəhbəri Nümayəndə4 tərəfindən ödənilməməsi olmuşdur. Almaniyadan Rusiyaya faktiki olaraq "xxxx" MMC tərəfindən daşınan yükün isə onunla heç bir əlaqəsi yoxdur və bu daşınma əməliyyatı ilə bağlı o, heç bir rəsmi və ya yazılı hüquqi sənəd imzalamamışdır. Rusiyada partnyor olaraq çalışdıqları "xxxx" MMC-nin yüklərinin daşınması təklifini o bildirdiyindən yüklərin daşınması üçün ona akt imzalatdırmışdır. Onlara sonradan məlum olmuşdur ki, yüklər iddiaçı tərəfindən deyi l, "xxxx" MMC tərəfindən daşınmışdır. İddiaçı ilə "xxxx" MMC arasında daşınma müqaviləsinin olmaması da müəyyən olunmuşdur.

6. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 24 aprel tarixli, e-2-2(117)-270/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 5245 manat əsas borc, 43.70 manat əldən çıxmış fayda, 300 manat vəkil xidmət haqqı və 35.65 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5624.35 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (hakim: M.Hüseynov).

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış Tentli (çadırlı) nəqliyyat vasitələri ilə daşınma müqaviləsindən müəyyən edilir ki, cavabdeh hüquqi şəxsin rəhbəri Nümayəndə2 ilə iddiaçı arasında 2024-cü il 16 noyabr tarixdə referans nömrə 1358-101081 nömrəli müqavilə b ağlanmış, həmin müqavilə üzrə Türkiyənin Qaziantep şəhərindən Azərbaycana balıq yeminin daşınması baş tutmuş, yük daşınmış və cavabdehə təhvil verilmişdir.

8. Qeyd edilən yükün daşınma xərci 11645 manat təşkil etmiş, həmin vəsaitdən 2024cü il 4 noyabr tarixdə 1000 manat, 2024-cü il 26 noyabr tarixdə 3700 manat ödəniş olunmuşdur. Həmin müqavilə üzrə işin mübahisələndirilən halı cavabdehin rəhbəri Nümayəndə2 Həsən oğlu tərəfindən 1700 manat məbləğində vəsaitin iddiaçı hüquqi şəxsin rəhbəri Nümayəndə4 verilməsi ilə bağlıdır. Sonuncu şəxs məhkəmə iclasında bu vəsaiti qəbul etməsini inkar etmişdir. Lakin cavabdehin nümayəndəsi 2024-cü il 31 oktyabr tarixdə iddiaçının rəhbəri ilə bağlı telefon danışıqlarını, eyni zamanda həmin vaxtı Bakı şəhəri Nərimanov rayonu ərazisində “Royal” hoteldə qalma sına dair sənədi təqdim etmiş, iddiaçı şirkətin rəhbərinə 1700 manatı nağd formada həmin hotelin qarşısında verdiyini bildirmişdir. Eyni zamanda, telefon vasitəsilə aparılan danışıqların dinlənilməsi ilə bağlı məhkəmənin təklifinə Nümayəndə4 razı olmadığından həmin səs yazıları dinlənilməmişdir.

9. Məhkəmə cavabdeh hüquqi şəxsin rəhbərinin arqument və etirazlarının istinad etdiyi halları sübuta yetirdiyini qəbul etmişdir, iddiaçı tərəf isə tələbini 1700 manatın ödənilməsinin inkar olunması hissəsində sübut edə bilməmişdir.

10. Məhkəmə belə olan vəziyyətdə cavabdeh tərəfindən iddiaçı hüquqi şəxsin rəhbərinə nağd formada yük daşınma xidmətinin dəyərindən 1700 manat məbləğində vəsaitin ödənildiyini qəbul etmişdir.

11. Məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflər arasında mübahisə yaranan dig ər müqavilə 1 noyabr tarixli 2024-11-01 nömrəli daşınma müqaviləsidir. Qeyd edilən müqavilə hazırkı iş üzrə cavabdeh tərəfindən imzalanmamış və ya başqa formada həmin müəsissə tərəfindən təsdiqlənməsi müəyyən olunmur. Eyni tarixli və nömrəli, lakin müxtəlif məzmunlu Müqavilənin 2-ci bəndinin “Nəticə” bölməsində “Yükün sifarişçisi cavabdeh olduğundan iddiaçının borcunu o ödəməlidir”, lakin bununla bağlı qeyd edilən şirkətin məlumatının, yəni həmin müqavilə üzrə “Sifarişçi” olmasını, həmin müqavilə üzrə hüquq və öhdəliklər üzrə məsuliyyət daşıması ilə bağlı müqavilənin hər hansı formada təsdiqləməsi müəyyən edilmir.

12. Məhkəmə işin mübahisəli olan halına, yəni tərəflər arasında bağlanmış 1 noyabr tarixli 2024-11-01 nömrəli daşınma müqaviləsinə münasibətdə bildirmişdir ki, həmin müqavilədən cavabdehin rəsmi olaraq məlumatlı olması, hüquq və vəzifələr daşıması, yəni həmin müqaviləni təsdiqləməsi müəyyən edilmir. Belə ki, eyni tarixli, eyni nömrəli lakin müxtəlif məzmunlu müqavilələrin məhkəməyə sübut olaraq təqdim edilməsi sübutların mümkünlüyü baxımından həmin sübutları mötəbər sübut olaraq qiymətləndirmir. Həmin akt müqavilə tərəfi olmayan şəxs üçün hər hansı bir öhdəlik yaratmır.

13. Belə ki, cavabdeh hüquqi şəxs iddiaçı ilə başqa bir hüquqi şəxs arasında bağlanmış daşınma müqaviləsinin tərəfi deyildir. Müqavilənin məzmunu aydın olmalı, hüquq və öhdəliyin yaranma əsası qeyd edilməli, daşınan yükün mənsub olduğu şəxs, onun daşınma xidmətlərini ödəyən şəxs, öhdəlikləri icra etməyən şəxsin məsuliyyəti və digər hallar açıqaydın görünməlidir. Tərəflər arasında akt imzalanıb, bu akt hansı əsasla imzalanıb, hansı öhdəliyə əsaslanıb və sair kimi suallara cavab vermir. Akt tərəflər arasında mövcud hüquqi münasibətlərin başlanğıcını, gedişini, nəticələrini və digər vəziyyətləri təsdiq etmək üçün müqavilə tərəflərin istinad etdiyi halları sübut etmək üçün istinad etdikləri sənəd olaraq qəbul edilə bilər. Lakin, aktın ya qanuni əsası və ya müqavilə əsası olmalıdır. Hazırkı vəziyyətdə qeyd edilən akt tərəflər arasında hər hansı bir müqaviləyə əsaslanmır. Bundan əlavə cavabdehə qeyd edilən müqavilə üzrə iddiaçının mövqeyindən yanaşılsa, zamin olaraq öhdəlik daşıması üçün də müqavilə və hüquqi əsaslar mövcud olmalıdır.

14. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müq aviləsinin etibarsızlığına səbəb olur. İddiaçının qeyd edilən akta əsaslanaraq müvafiq yük daşıma haqqının iş üzrə cavabdehdən tələb etməsi üçün müqavilə əsası olmadığı, yəni sonuncunun həmin müqavilə üzrə məsuliyyət daşıması müəyyən olunmur.

15. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 324, 331, 385, 386, 389, 470, 471, 850, 851, 852, 854cü maddələri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14, 77, 119, 121, 217, 218-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Şəki Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2025-ci il 17 sentyabr tarixli 2-2(107)-120/2025 nömrəli qətnaməsi ilə iddiaçının (yeni adı "xxxx" MMC) apellyasiya şikayətinin qismən təmin olunması, Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 24 aprel tarixli e-2-2(117)-270/2025 nömrəli qətnaməsinin qismən, yəni hər iki müqavilə üzrə əsas borca aid hissədə ləğv edilməsi və həmin hissədə yeni qətnamənin çıxarılması, cavabdehdən 2024-cü il 16 noyabr tarixli müqavilə üzrə 6945 manat əsas borc və 2024-cü il 16 noyabr tarixli müqavilə üzrə 7000 avro əsas borcun öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyənləşdirdiyi məzənnə üzrə tutularaq iddiaçıya (yeni adı "xxxx" MMC) ödənilməsi, iddia tələbinin əsas borca aid qalan hissədə təmin olunmaması, qətnamənin mübahisəl əndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Ə.Kərimov, hakimlər – E.Hüseynov və Z.Sadiqov).

18. İş materiallarına əlavə edilmiş müqavilələrə istinadən apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, müqavilələrdə alternativ məhkəmə aidiyyəti müəyyənləşdirilmişdir. Belə ki, tərəflər arasında mübahisə yarandığı təqdirdə işə bir müqavilə üzrə Azərbaycan və Rusiyanın məhkəmələri tərəfindən, digər müqavilədə isə Türkiyə məhkəmələri və Azərbaycanın səlahiyyətli orqanları tərəfindən baxılmasının mümkünlüyü qeyd edilmişdir.

19. Hazırki işdən görünür ki, cavabdeh Azərbaycan Respublikasının hüquqi şəxsidir və iddiaçıda məhz cavabdehin qeydiyyatda olduğu yer üzrə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmişdir. Kollegiya bir məqamı da qeyd etmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətinə etiraz ərizəsi verərək aidiyyətlə bağlı müəyyən nüansları diqqətə çatdırsa da sonda iddianın rədd olunmasını xahiş etmiş, bu səbəbdən ayrıca qərardad qəbul edilməmişdir.

20. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, Şəki Kommersiya Məhkəməsi hazırki işə baxmaqda haqlı olmuşdur.

21. Mübahisənin mahiyyətinə dair kollegiyanın mövqeyi isə aşağıdakı kimi olmuşdur.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında tentli (çadırlı) nəqliyyat vasitələri ilə daşınma müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, cavabdehin rəhbəri Nümayəndə2 ilə iddiaçı arasında 2024-cü il 16 noyabr tarixdə referans nömrə 1358-101081 nömrəli müqavilə bağlanmış, müqavilənin 2-ci bəndinə görə yükü aparan 75BL854-67ZA169 nöm rəli nəqliyyat vasitəsi müəyyən edilmiş, yükün çıxışı Qaziantep şəhəri, daşıma qiyməti 3200 ABŞ dolları, yükün çatdırılma gömrük yeri Yevlax şəhəri, yükün çatdırılma müddəti 15-20 gün müəyyən edilir.

23. Həmçinin, 1 noyabr tarixli 2024-11-01 nömrəli daşınma müqaviləsindən görünür ki, “Ekspeditor” adlandırılan iddiaçı ilə “Müştəri” adlandırılan "xxxx" MMC arasında bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Müştəriyə məxsus 21000 kq yük Almaniyanın Emlihhaym şəhərindən Rusiyanın Moskva şəhərinə müvafiq haqq müqabilində daşınması nəzərdə tutulur. Həmin müqavilənin 1.2-ci bəndinə görə, onun qüvvədə olduğu vaxt 2024-cü il 1 noyabr - 2025-ci il 1 noyabr. Həmin müqavilənin 2-ci bəndinə görə, daşımanın dəyəri ******* rubl təşkil edir. Hər avtomobilin dəyəri 583.000 rubldur, hər avtomobil üçün g ömrük xərci 500 EURO, iddiaçıdan hesab-faktura alındığı vaxtdan 72 saat ərzində həyata keçiriləcəkdir. Bu şərtlərlə bağlı məsələlər üzrə hər iki ölkənin (Azərbaycan və Rusiya) məhkəmələri qərar qəbul edə bilər. Məhkəmə kollegiyası bir məqamı da qeyd edir ki, məhkəmə iş materiallarında olan bir neçə müqavilədən tərcümə olunaraq təsdiq edilmiş müqavilələri əsas götürmüşdür.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 7000 avro pulun ödənilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd edərkən əsaslandırması ondan ibarət olmuşdur ki, müqavilə hazırkı iş üzrə cavabdeh tərəfindən imzalanmamış, başqa formada həmin müəsissə tərəfindən təsdiq edilməmiş və cava bdeh müqavilə üzrə heç bir öhdəlik götürməmişdir. Göründüyü kimi məhkəmənin əsaslandırması ondan ibarət olmuşdur ki, hazırki iş üzrə cavabdeh müqavilə tərəfi olmamış və borcun ödənilməsi ilə əlaqədar üzərinə heç bir öhdəlik götürməmişdir.

25. İş materiallarına əlavə edilmiş xidmətlərin göstərilməsi haqqında 2024-cü il 19 noyabr tarixli 1358-10BN81/Morrex nömrəli aktdan müəyyən edilir ki, iddiaçı, "xxxx" MMC və cavabdeh 2024-cü il 19 noyabr tarixli MORREX 13-********** nömrəli hesab faktura əsasında Almaniya-Rusiya istiqamətində yükün daşınması xidmətlərini iddiaçı tərəfindən icra olunduğunu, 1358- 10BN81/Morrex "xxxx" MMC və cavabdeh tərəfindən xidmətlərin qəbul olunduğunu, xidmətin dəyərinin 12000 EURO təşkil etdiyini və həmin aktı iddiaçı, "xxxx" MMC və cavabdehin rəhbərləri və möhürlə ri ilə təsdiq etmişlər. Göründüyü kimi, müqavilə iddiaçı ilə "xxxx" MMC arasında bağlansa da, qeyd edilən aktla cavabdeh "xxxx" MMC-nin borcu ödəməyəcəyi təqdirdə özü tərəfindən ödəniləcəyini öhdəlik olaraq üzərinə götürmüşdür. Həmin aktda xüsusilə bildirmişdir ki, “....xidmətin dəyərinin 12000 avro olmasını qəbul edirik. Əgər qeyd olunan məbləği rus firması ödəməsə cavabdeh təqdim olunan məbləği ödəməyi öz üzərinə götürür”.

26. Kollegiya bildirmişdir ki, hazırki iş üzrə cavabdeh müqavilə tərəfi olmasa da akta əsasən rus şirkətinin pulu ödəməyəcəyi halda borcun onun tərəfindən ödənilməsi öhdəliyini açıq-aşkar öz üzərinə götürmüş, faktiki olaraq borcun ödənilməsinə təminat vermişdir. Məhkəmə kollegiyası bir məqamı da vurğulamışdır ki, həmin aktda "xxxx" MMC və cavabdeh tərəfindən xidmətləri n qəbul olunduğu da qeyd edilmişdir. Bundan başqa, cavabdeh tərəf birinci instansiya məhkəməsinə ünvanladığı etirazında "xxxx" MMC-nin təklifini iddiaçıya özünün çatdırdığını (cavabdeh tərəf özü bildirmişdir ki, partnyor olaraq çalışdıqları Rusiya şirkətinin yüklərinin daşınması təklifini iddiaçının rəhbərinə bildirmiş, o da razılaşmışdır) bildirmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh tərəflər arasında qeyri-rəsmi vasitəçi olduğundan pulun ödənilməməsi halında ödəmə öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kollegiyası həmin aktla bağlı eyni zamanda qeyd etmişdir ki, mübahisələndirilən akt hər üç şirkət tərəfindən imzalanaraq möhürlənmişdir.

27. Bundan başqa, cavabdeh tərəf həmin aktda olan imzanı və möhürü ona məxsus olmamasını heç vaxt mübahisələndirməmiş, əvvəllər aktın nə vax t imzalanıldığını xatırlamadığı, məhkəmə kollegiyasının iclasında isə öz malları ona təhvil verilmədiyindən aktı imzalamaq məcburiyyətində qaldığını bildirmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında imzanın və möhürün onlar tərəfindən edildiyini bildirmişdir.

28. Belə olan halda kollegiya hesab etmişdir ki, aktın həqiqiliyi ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Kollegiya cavabdeh tərəfin əvvəllər irəli sürdüyü arqumentinə də münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə aktın tərəflər arasında ilkin müqavilə bağlanması zamanı imzalanmasını inandırıcı hesab etmir. Belə ki, həmin aktdan görünür ki, iddiaçı, "xxxx" MMC və cavabdeh tərəfindən imzalanaraq möhürlənmişdir. Hətta qəbul olunsa ki, akt ilkin müqavilə imzalanan zaman tərtib edilmişdir, onda haqlı olaraq sual yaranır ki, nə üçün xarici şirkət olan "xxxx" MMC yükü təhvil almamış akta yükü təhvil aldığını, xüsusilə də 12000 avro borcu olduğunu qeyd edir. Bilindiyi kimi, normal fəaliyyət göstərən heç bir hüquqi şəxs təhvil almadığı malı almış kimi göstərməz və üzərinə də özünün borclu olduğunu qeyd etməz. Bundan başqa, tərəflər arasında bağlanılmış 2024-cü il 1 noyabr tarixli müqavilənin 1.8-ci maddəsinin tələblərinə görə, mal partiyasının daşınması üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra, tərəflər görülmüş işlər haqqında akt tərtib edərək imzalayırlar. Yəni, müqavilədə də aktın malları təhvil verildikdən sonra imzalanması qeyd edilmişdir. Odur ki, kollegiya aktın ilkin müqavilə imzalanan zaman yazılmasını inandırıcı hesab etməmişdir.

29. Məhkəmə kollegiyası eyni zamanda m alların təhvil verilmədiyi üçün aktın imzalanması ilə əlaqədar dəlilinə də münasibət bildirərək qeyd etmişdir ki, əgər cavabdehin qeyd etdiyi kimi ikinci müqavilə üzrə mal (balıq yemi) təhvil verilmirdisə onda tərəf yalnız həmin müqavilə üzrə aktı imzalamalı idi. İşdən isə görünür ki, hər iki müqavilə üzrə akt cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin, həmin aktın tərtib olunaraq təsdiq edilməsində kiminsə təzyiq və təhdidlərə məruz qalması iş materiallarından müəyyən edilmir.

30. Məhkəmə kollegiyası aktda olan müqavilə nömrəsi ilə bağlı qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh tərəf aktı imzalayaraq möhürləməsini mübahisələndirməmişdir. Bundan başqa, aktdan açıq şəkildə görünür ki, həmin aktı iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə yükün çatdırılması ilə bağlı olmuşd ur. Ən vacib məqam isə, xidmət dəyərinin 12000 avro olması ilə bağlıdır ki, bu da bir daha aktın hansı müqavilə üzrə tərtib edilməsini müəyyənləşdirir. Yəni, xidmətin dəyəri elə müqavilə üzrə qeyd edilən dəyərə uyğun olmuşdur.

31. Kollegiya bir məqamı da qeyd etmişdir ki, digər aktın dəyəri 11645 manat olmaqla, manatla ifadə olunmuşdur. Belə olan halda kollegiya aktda olan yanlışlığı texniki səhv olaraq qəbul etmişdir. Məhkəmə kollegiyası müqavilənin birinin ikinci bəndinin nəticə bölməsində yükün sifarişçisinin cavabdeh olması və iddiaçının borcunu o ödəməsi ilə bağlı bir daha qeyd etmişdir ki, cavabdeh müqavilə tərəfi olmasa da, hətta müqavilədən xəbəri olmasa da (hərçənd iş materialları və izahatlarla "xxxx" MMC-nin təklifini iddiaçıya cavabdeh firma bildirdiyi öz təsdiqini tapmışdır), cavabdeh aktı imzalayaraq orada açıq şəkildə öhdəlik götürməklə (təminat verməklə) ödəməni öz üzərinə götürmüşdür.

32. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanmasını ümumiyyətlə mübahisələndirməmiş, əksinə həmin müqavilənin doğrudan da bağlandığını və "xxxx" MMC-nin iddiaçıya borcu olduğunu da təsdiqləmişdir. Cavabdeh sadəcə olaraq müqavilə üzrə öhdəlik daşımadığı bildirmişdir.

33. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, müqavilələrdə daşımanın haradan həyata keçirilməsindən (vəya "xxxx" MMC tərəfindən həyata keçirilməsindən) asılı olmayaraq iş materiallarına əlavə olunmuş aktlar ilə yükün daşınması xidmətlərinin iddiaçı tərəfindən icra olunduğu və yükün qəbul edildiyi göstərilmişdir. Yəni, aktlardan aydın şək ildə görülür ki, hər iki müqavilə üzrə yüklər iddiaçı tərəfindən alıcı firmaya təhvil verilmişdir. Əgər doğrudan da, iddiaçı ilə başqa bir tərəf (şirkət) arasında yükdaşıma ilə bağlı mübahisə varsa da həmin mübahisə hazırki məhkəmə predmetini təşkil etmir və hazırki işə baxılmasına mane ola bilməz.

34. Məhkəmə kollegiyası vacib bir məqamı da qeyd etmişdir ki, akta əsasən borcu rus firması ödəməsə cavabdeh təqdim olunan məbləği ödəməyi öz üzərinə götürmüşdür. Kollegiya "xxxx" MMC-yə məlumat verilməsi və onun borcunu ödəməməsi ilə bağlı bildirmişdir ki, iş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından iddiaçı tərəfindən borcun ödənilməsi üçün "xxxx" MMC-yə müraciət olunması müəyyən edilir.

35. Bundan başqa, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirdi ki, doğrudan da "xxxx" MMC-nin iddiaçıya ödənilməmiş borcu vardır. Onlar bir dəfə həmin pulu ödəmək istəsələr də Rusiya şirkətlərinə tətbiq edilən sanksiyalara görə borc ödənilə bilməmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bildirdi ki, dəfələrlə borcun ödənilməsi ilə bağlı Rusiya şirkətinə müraciət edilmiş və hər dəfə müxtəlif bəhanələr gətirilmişdir. Rus firmasına sanksiya tətbiq edilməsi ilə bağlı bildirir ki, onların “Ziraat Bank”da hesabları vardır. Həmin bankın Rusiyanın Moskva və Sankt-Pterburq şəhərlərində filialları vardır. Dəfələrlə pulun heç olmasa həmin bank vasitəsi ilə ödənilməsi təklif edilsə də borc bugünədək ödənilməmişdir. Borcun ödəniləcəyi ilə bağlı cavabdeh onlara təminat vermişdir.

37. Göründüyü kimi, iddiaçı tərəfin borcun ödənilməsi ilə bağlı "xxxx" MM C-yə müraciət etməsi iş materialları və tərəflərin izahatları ilə təsdiqini tapır. Həmçinin cavabdeh tərəf iddiaçının borcun ödənilməsi ilə bağlı həmin şirkətə müraciət etməsini mübahisələndirməmişdir. Yenə cavabdeh tərəfin bildirdiyinə görə, həmin şirkət borcu ödəmək istəsə də müəyyən səbəblərdən (şirkətə sanksiya tətbiq edildiyindən) bunu edə bilmir (hərçənd bu hal iş materiallarından görünmür).

38. Beləliklə iş materiallarından müəyyən edilir ki, müraciət edilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən iddiaçıya olan borc bugünədək ödənilməmişdir.

39. Belə olan halda kollegiya hesab etmişdir ki, iddiaçı hazırki iş üzrə cavabdehə qarşı iddia qaldırmaqda haqlı olmuşdur. Kollegiya xüsusilə qeyd etmişdir ki, cavabdehin aktı imzalayaraq ödəməni öz üzərinə götürməsi iddiaçı tərəfdə inam və haqlı gözlənti yaratmış və daşıyıcı malları alıcıya təhvil vermişdir.

40. Belə ki, cavabdeh akta əsasən xidmətin dəyərinin 12000 avro olmasını qəbul etdiyini və əgər qeyd olunan məbləği rus firmasının ödəməyəcəyi təqdirdə həmin məbləği ödəməyi öz üzərinə götürdüyünü bildirmişdir. Yəni, hazırki iş üzrə cavabdeh tərəf ödəməni öz üzərinə götürməsəydi ola bilsin ki, iddiaçı malları alıcıya verməzdi. Belə ki, qanunvericiliyin tələbinə əsasən alıcı yükdaşımanın xərcini ödəməyənə (və ya depozitə qoymayanadək) qədər yük daşıyan tərəf malları ona təslim etməyə bilər.

41. Sadalanan həmin hal bir ehtimal olsa da, cavabdehin aktı imzalayaraq ödəməni (əgər alıcı ödəməsə) öz üzərinə götürməsi iddiaçı tərəfdə inam və etibar yaratmışdır. İşdən və tərəflərin izahatlarından eyni zamanda görünür ki, borc bugünəd ək ödənilməmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iş üzrə tərəflər arasında müqavilə olmasa da, tərəflərin imzaladıqları aktla cavabdeh ödəməni öz üzərinə götürdüyündən (borcun ödənilməsinə təminat verdiyindən) iddiaçı tələbi ona qarşı qaldırmaqda haqlı olmuşdur. Odur ki, 7000 avro məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 2024-cü il 16 noyabr tarixli müqavilə üzrə pulun ödənilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə də əsaslıdır. Belə ki, işdə olan 2024-cü il 19 noyabr tarixli MT**********16 nömrəli elektron qaimə fakturadan görünür ki, cavabdehə iddiaçı tərəfindən beynəlxalq yükdaşıma xidməti üçün 11645 manat dəyərində xidmət göstəril diyi ilə bağlı elektron qaimə göndərmiş, həmin qaimə cavabdeh hüquqi şəxsin möhürü vurulmaqla qəbul edilmişdir. İşdə olan 2024-cü il 4 noyabr tarixli "xxxx" ASC ödəniş sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına MT**********16 nömrəli elektron qaimə üzrə 3700 manat ödəniş edilmişdir.

44. İşdə olan 2024-cü il 26 noyabr tarixli "xxxx" ASC ödəniş sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına 1000 manat ödəniş edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 3700 manat, daha sonra isə 1000 manat ödəniş edilmişdir.

45. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin ödənişləri əsas borc məbləğindən çıxmaqda haqlı olmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi iddia tələbini 1700 manata aid hissədə rədd edərkə n əsaslandırması ondan ibarət olmuşdur ki, Nümayəndə4 1700 manat vəsaiti qəbul etməsini inkar etmişdir. Lakin cavabdehin nümayəndəsi 2024-cü il 31 oktyabr tarixdə iddiaçının rəhbəri ilə bağlı telefon danışıqlarını təqdim etmiş, eyni zamanda həmin vaxtı Bakı şəhəri Nərimanov rayonu ərazisində “Royal” hoteldə qalmasına dair sənədi təqdim etmiş, iddiaçı şirkətin rəhbərinə 1700 manatı nağd formada həmin hotelin qarşısında verdiyini bildirmişdir. Eyni zamanda, telefon vasitəsilə aparılan danışıqların dinlənilməsi ilə bağlı məhkəmənin təklifinə Nümayəndə4 razı olmadığından həmin səs yazıları dinlənilməmişdir.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materialları ilə cavabdehin iddiaçıya 1700 manat vəsait ödəməsi müəyyən olunmur.

47. Kollegiya bildirmişdir ki, cavabdeh tərəf 1700 manat vəsaitin iddiaçıya ödəməsini bildirdiyi halda, həmin halın sübut edilməsi vəzifəsi iddiaçının üzərində qala bilməz. Yəni, cavabdeh tərəf pulun ödənilməsini qeyd edirsə, onda həmin halı özü sübuta yetirməlidir. İş materiallarından isə görünür ki, cavabdeh tərəf pulun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

48. Bundan başqa, kollegiyanın iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısına (hansı ki, birinci instansiyada həmin səs yazısının dinlənilməsindən imtina edilmişdir) hər iki tərəfin iştirakı ilə dinlənilmişdir. Həmin səs yazısı yalnız cavabdehin nümayəndəsi Nümayəndə2 öz səsi ilə Nümayəndə4 vatsapına göndərdiyi səs yazısıdır. Səs yazısında Nümay əndə2 Nümayəndə4a istinadən bildirmişdir ki, işlərim çoxdur, sizə pul vermək istəyirəm. Bundan başqa, həmin vatsap yazışmalarında Nümayəndə2 Najaf X3 yerin mövqeyini “konumunu” göndərməsi müəyyən edilir.

49. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında daha sonra bildirmişdir ki, həmin vaxt oteldə olmuş və Nümayəndə4a 1700 manat pulu orda vermiş, pul verilən zaman yanlarında üçüncü şəxs olmamışdır. Nümayəndə eyni zamanda bildirmişdir ki, otelin videogörüntüləri silinmişdir. Məhkəmə kollegiyasının iclasında Nümayəndə4 isə bildirmişdir ki, o, Nümayəndə2 ilə oteldə görüşməmiş və ondan 1700 manat pul almamışdır. Göründüyü kimi, cavabdeh nümayəndəsi iddiaçıya 1700 manat pul verdiyini bildirsə də, həmin hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Cavabdehin nümayəndəsinin pul verm ək istəməsi və olduğu yerin mövqeyini “konumunu” iddiaçının vatsap hesabına göndərməsi qəti şəkildə pulun verilməsi kimi qəbul edilə bilməz.

50. Kollegiya bildirmişdir ki, ödənişlərin olduğunu sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də, cavabdeh pulun ödənilməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, cavabdeh tərəfin 1700 manat pulun ödəməsi ilə bağlı qeyd etdiklərini əsaslı saymaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, 2024-cü il 16 noyabr tarixli müqavilə üzrə ümumilikdə 6945 (5245+1700=6945) manat əsas borc cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əldən çıxmış fayda hissəsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, şikayətin dəlilləri həmin hissədə təm in oluna bilməz. Belə ki, kollegiya şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmışdır.

52. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.

53. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qət naməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir.

54. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 324.1, 324.4, 331.1, 385.1, 386.1, 389.1-389.3, 425.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 453.1, 453.2, 522.1, 777.1, 783.1, 783.2, 850.1, 850.2-ci, MPM-in 14.2, 77.1, 88, 119, 217, 372, 384.0.2, 385, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

55. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

56. MM-in 448.1-ci maddəsi üzrə - Məhkəmə bu maddəni formal olaraq tətbiq etmiş, lakin bunu əsaslandırmamış və hesab etmişdir ki, guya cavabdehin hərəkətləri hüquqazidd olmuş və öhdəlik icra olunmamış, iddiaçı üçün əlavə risklər yaranmışdır. Lakin bu risklərin yaranması əsasları və yaxud da belə bir riskin nədən ibarət olması əsaslandırılmamışdır.

57. MM-in 453.1. və 453.2-ci maddələri üzrə - subsidiar məsuliyyət üçün ilk öncə iddiaçı “X1” MMC-yə qarşı tələb irəli sürməli idi, lakin bu hal baş verməmişdir, məhkəmə isə özünün tətbiq etdiyi müvafiq maddəyə əməl etməmiş, yenə də müvafiq maddəni formal olaraq, heç bir araşdırma aparmadan əsas götürmüşdür. Ən azından məhkəmə bu maddəni tətbiq edirsə, nəzərə almalı idi ki, iddiaçı ilə cavabdeh arasında ilkin müqavilə yoxdur, deməli cavabdeh əsas borclu da deyil. Lakin işə baxan məhkəmə bu halları nəzərə almamışdır.

58. MM-in 425.1-ci maddəsi üzrə - İşə baxan məhkəmənin q ənaətincə, cavabdeh vicdanlı hərəkət etməmişdir. Lakin işə baxan apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi saxtalaşdırılmış sənədləri görməzdən gəlmiş, bu hala heç diqqət yetirməmişdir. Halbuki, bununla bağlı vəsatət də verilmişdir.

59. MM-in 385.1-ci maddəsi üzrə - İşə baxan məhkəmə öhdəliyin konkret tərəfini müəyyən etməmişdir. Yəni kimin öhdəlik daşıması aydın deyil. Bu səbəbdən də hesab edir ki, adıçəkilən maddə düzgün tətbiq olunmamışıdır. Ən azından kimə münasibətdə tətbiqi aydın deyil.

60. MM-in 389.1-ci maddəsi üzrə - Məhkəmə bu maddəni tətbiq etməklə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibəti yaratmağa cəhd etmişdir, lakin nəzərə almamışdır ki, belə münasibətlər mütləq qaydada rəsmi, yazılı sənədə, iradə ifadəsinə və qanuna əsaslanmalıdır, xüsusilə də nəzərə alsaq ki, hər iki tərəf hüquqi şəxsdir, belə hallarda müqavilə bağlanması qaçılmazdır. Lakin işə baxan məhkəmə bu halları nəzərə almadan, sadəcə formal olaraq adıçəkilən maddəni tətbiq etmişdir.

61. MM-in 522.1-ci maddəsi üzrə - Məhkəmə bu maddəni rəhbər tutmaqla, sanki cavabdehi iddiaçı qarşısında öhdəlikləndirməyə cəhd edir və müvafiq maddələri formal olaraq sadalamaqla özünün yanlış yanaşmasını əsaslandırmağa cəhd edir. Ümumiyyətlə, bu maddənin tələbinə görə öhdəliyin üçüncü şəxsə verilməsi, yaxud da tələbin güzəşti kimi hallarda mütləq müqavilə və ya razılaşma olmalıdır, bu işdə belə bir razılaşma yoxdur və bu maddənin iddiaçı və cavabdeh arasındakı mübahisəyə ümumiyyətlə aidiyyəti yoxdur.

62. MM-in 860.1 və 860.2-ci maddəsi üzrə - Məhkəmənin bu maddəni işin hansı halı ilə bağlı tətbiq etməsi ümumiyyətlə qeyri-müəyyəndir. Yəni baxılan işdə hansı yükün girovundan söhbət gedir, bu məsələ sual altındadır. Hazırkı mübahisə yük daşınması ilə bağlı mübahisədir və məhkəmənin tətbiq etdiyi maddə ilə heç bir əlaqəsi yoxdur.

63. AR Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı üzrə - Baxılan işdə məhkəmə iki səhvə yol vermişdir: 1) iddiaçı sənədləri saxtalaşdırmış, məhkəmə isə bunu nəzərə almamışdır; 2) iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda cavabdehi süni şəkildə, heç bir əsaslandırma aparmadan öhdəlikləndirir və baxdığı işdə formal olaraq MM-in 385, 386, 389, 425 və s. maddələrini tətbiq etmişdir.

64. MM-in 386.1-ci maddəsi üzrə - İşə baxan məhkəmə iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığını bilə-bilə bu maddəni formal olaraq tətbiq etmiş və bununla da səhvə yol vermişdir.

65. MM-in 777.1-ci maddəsi üzrə - Hazırkı mübahisə yük daşınması ilə bağlı mübahisədir və məhkəmənin tətbiq etdiyi maddə ilə heç bir əlaqəsi yoxdur.

66. MPM-in 88-ci maddəsi üzrə - Hazırkı işdə iddiaçı tərəfindən məhkəməyə saxta sübutlar təqdim edilmişdir, həmin sənədlərin saxta olması barədə ən azından məhkəmənin xəbəri olmuşdur. Belə ki, bu barədə həm məhkəməyə cavabdeh vəsatət vermiş, həmçinin həmin sənədlər artıq e-məhkəmə portalına yerləşdirilmişdir. Məhkəmə həmin sənədlərə baxış keçirməklə onlardakı uyğunsuzluqları aşkar edə bilərdi.

67. MPM-in 372.2-ci maddəsi üzrə - Hazırkı işdə idd iaçı birinci instansiya məhkəməsinə bir müqavilə, apellyasiya instansiyası məhkəməsinə isə başqa bir müqavilə təqdim etmişdir. Həmin müqavilənin saxta olması bir yana, iddiaçı həmin müqaviləni niyə birinci instansiya məhkəməsində təqdim etmədiyini də əsaslandırmamıışdır.

68. MPM-in 217.3-cü maddəsi üzrə - İşə baxan məhkəmə düzgün əsaslandırma aparmamışdır. Belə ki, tərəflər arasındakı mübahisəyə daşınma müqaviləsinin tətbiq edilməsi düzgün deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

69. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayətində qeyd edilən sənədlərin saxtalığını sübut edəcək fakt irəli sürə bilməmişdir. Bununla yanaşı, iddiaçının sənədləri saxtalaşdıraraq məhkəməyə verməsi ilə bağl ı cavabdehin ittihamları heç bir əsasa söykənməməklə hüquqi şəxs olan iddiaçının işgüzar nüfuzuna birbaşa mənfi təsir edə biləcək hallardır. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş kassasiya şikayətinin digər məsələlər hissəsində qeyd olunan “İddiaçı demək olar ki məhkəməyə bütün sənədləri saxtalaşdıraraq təqdim etmişlər.” məzmunlu cümlə əsassız və qanunsuz olaraq iddiaçını qanunsuz əməl ilə ittiham olunmasına səbəb olur. Hətta müvafiq kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin bilərəkdən saxta sənədlərə göz yumduğu qeyd olunur. Cavabdehin tərtib etdiyi bu kassasiya şikayəti iddiaçının konstitusion hüquqlarını pozmaqla yanaşı, işə baxan hakimləri heç bir əsası olmadan ittiham edir. Məlum olduğu üzrə kassasiya şikayəti işin hallarına, qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmalıdır. Lakin müvafiq kassasiya şikayəti hüquqi şəxs olan iddiaçının əsassız ittiham olunmasına, onun konstitusion hüquqlarının pozulmasına yönəlmişdir. Məhkəməyə saxta sənəd təqdim olunması ilə bağlı edilən bəyanlar ağır ittihamdır və cavabdeh bu bəyanlarını təsdiq edəcək faktları kasssasiya şikayətində göstərə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə saxta sənədlərin təqdim olunması nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir.

70. Bundan başqa cavabdehin nümayəndəsi iddiaçıya 1700 manat pul verdiyini bildirsə də həmin hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Cavabdehin nümayəndəsinin pul vermək istəməsi və olduğu yerin mövqeyini "konumunu” iddiaçının "WhatsApp" hesabına göndərməsi qəti şə kildə pulun verilməsi kimi qəbul edilə bilməz. Ödənişlərin edildiyini sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də cavabdeh pulun ödənilməsi ilə bağlı mötəbər sübut təqdim etməmişdir.

71. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi bir digər hal isə cavabdehin müqavilə tərəfi olmaması ilə bağlıdır. Lakin cavabdehin həmin mövqeyi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, xidmətlərin göstərilməsi haqqında 2024-cü il 19 noyabr tarixli 135810BN81/Morrex nömrəli akta əsasən iddiaçı, "xxxx" MMC və cavabdeh 2024-cü il 19 noyabr tarixli MORREX 13-********** nömrəli hesab faktura əsasında Almaniya-Rusiya istiqamətində yükün daşınması xidmətlərinin iddiaçı tərəfindən icra olunduğu, 1358 10BN81/Morrex "xxxx" MMC və cavabdeh tərəfindən xidmətlərin qəbul olunduğu, xidmətin dəyərinin 1200 0 EURO təşkil etdiyi müəyyən edilir və həmin akt iddiaçı, "xxxx" MMC və cavabdehin rəhbərləri tərəfindən imzalanmaqla və möhürləri ilə təsdiq edilir. Müqavilə iddiaçı ilə "xxxx" MMC arasında bağlansa da qeyd edilən aktla cavabdeh "xxxx" MMC-nin borcu ödəməyəcəyi təqdirdə özü tərəfindən ödəniləcəyini öhdəlik olaraq üzərinə götürmüşdür. Həmin aktda xüsusilə qeyd edilmişdir ki, "....xidmətin dəyərinin 12000 avro olmasını qəbul edirik. Əgər qeyd olunan məbləği rus firması ödəməsə cavabdeh təqdim olunan məbləği ödəməyi öz üzərinə götürür". Bundan başqa, cavabdeh tərəf birinci instansiya məhkəməsinə ünvanladığı etirazında "xxxx" MMC-nin təklifini iddiaçıya özünün çatdırdığını (cavabdeh tərəf özü bildirmişdir ki, partnyor olaraq çalışdıqları Rusiya şirkətinin yüklərinin daşınması təklifini iddiaç ının rəhbərinə bildirmiş, o da razılaşmışdır) bildirmişdir. Mübahisələndirilən akt hər üç şirkət tərəfindən imzalanaraq möhürlənmişdir və cavabdeh tərəf həmin aktda olan imzanı və möhürü ona məxsus olmamasını heç vaxt mübahisələndirməmişdir. Həmin aktın həqiqiliyi ilə bağlı hər hansı mübahisə mövcud deyildir.

72. Həmçinin cavabdehin təqdim etdiyi kassasiya şikayətində qeyd edilən hallardan biri də tərəflər arasında imzalanmış Aktın guya iddiaçı tərəfindən məcburi şəkildə imzalatdırılması ilə bağlıdır. Hər hansı bir sənədin məcburi şəkildə, yəni fiziki və ya psixi zorakılıqla imzalatdırılmasını iddia edən tərəf iddia halı mütləq qaydada əsaslı sübutlarla təsdiqləməlidir. Lakin iş materialları nəzərdən keçirilən zaman məlum olduğu üzrə iddiaçının həmin aktı məcburi şəkildə imzalatdırması ilə bağlı sübut olmadığı müəyyən edilir.

73. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən tərəflərin iradə ifadəsini ifadə edərək hüquq və vəzifələrini müəyyənləşdirdiyi hər hansı razılaşma mahiyyət üzrə müqavilə hesab edilir. Belə ki, iddiaçı, "xxxx" MMC və cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmiş 2024-cü il 19 noyabr tarixli razılaşma adının akt olaraq qeyd olunmasına baxmayaraq mahiyyət etibarı ilə müqavilədir. Çünki həmin razılaşmada tərəflərin öz üzərinə götürdüyü hüquq və vəzifələr, həmçinin digər əlavə şərtlər açıq-aşkar görünür. Buna görə də hesab edilir ki, cavabdehin həmin aktın müqavilə adlandırılmaması səbəbilə üzərinə düşən öhdəliyi, yəni xidmət haqqını ödəməməsi tamamilə əsassızdır. Kassasiya baxışının hədləri

74. Kassasiya şikayətində iddia tələblərinin təmi n olunmuş hissəsi mübahisələndirildiyi üçün apellyasiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır. Tətbiq edilən hüquq

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamı na yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə

331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi ye rinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

453. Subsidiar məsuliyyət 453.1. Kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. 453.2. Əgər əsas borclu kreditor un tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər....” “Maddə

522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir....” “Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür....” “Maddə

783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla ic ra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir....” “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqa viləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. ” “Maddə

851. Yük göndərən, yük alan və daşıyıcı

851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir....” “Maddə

852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.... 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır....” “Maddə

854. Qaimə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 854.2. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. 854.3. Qaimədə aşağıdakı məlumatlar göstərilməlidir: 854.3.1. bu Məcəllənin 853-cü maddəsində göstərilən məlumatlar; 854.3.2. qaimənin tərtib edildiyi yer və tarix; 854.3.3. yük göndərənin adı və ünvanı; 854.3.4. daşıyıcının adı və ünvanı; 854.3.5. yükləmənin yeri və tarixi; 854.3.6. yük yerlərinin adı və nömrələri; 854.3.7. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər); 854.3.8. zərurət olduqda daşımanın şərtləri barəsində yük göndərənin xüsusi göstərişləri. 854.6. Əgər yük göndə rən bu Məcəllənin 854.3.2, 854.3.4-854.3.8 və ya 854.4-cü maddələrində nəzərdə tutulan məlumatları yanlış və ya natamam vermişdirsə, bununla əlaqədar bütün zərər üçün daşıyıcı qarşısında məsuliyyət daşıyır. 854.7. Qaimənin tərtib edilmədiyi, yaxud yanlış və ya natamam tərtib edildiyi, yaxud itirildiyi halda da yük daşınması müqaviləsi qüvvədə olur. Müqavilənin iştirakçıları yük daşınması haqqında şərtləşdirdikləri müqavilənin mövcudluğunu və məzmununu sübuta yarayan hər bir vasitə ilə sübut edə bilərlər....” “Maddə

860. Yükə girov hüququ 860.1. Daşıyıcı ona çatası daşıma haqqına və xərclərin kompensasiyasına əsasən yükə girov hüququna malikdir. Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin 182-ci maddəsinin müddəaları şamil edilir. Yük göndərənin yükün mülkiyyətçisi olmadığı, lakin h əmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da yükə girov hüququ əldə edilir. 860.2. Əgər daşıyıcı öz girov hüququnu həyata keçirirsə, yükün çatdırılması yalnız mübahisəli məbləğin məhkəmədə depozitə qoyulduğu halda tələb edilə bilər. Bu məbləğ fraxt verənin girov hüququ barəsində yükü əvəz edir.”

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidi r.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 78. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühaki mə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

79. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəm əsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

80. Əlavə olaraq Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara əsasən İddiaçı MMC, "xxxx" MMC və Cavabdeh MMC-nin rəhbərləri tərəfindən imzalanmış və möhürləri ilə təsdiq edilmiş 2024-cü il 19 noyabr tarixli xidmətlərin göstərilməsi haqqında akt ilə onlar 2024-cü il 2024-cü il 19 noyabr tarixli MORREX 13********** nömrəli hesab faktura əsasında Almaniya-Rusiya istiqamətində yükün daşınması xidmətlərini İddiaçı MMC tərəfindən icra olunduğunu, 1358-10BN81/Morrex "xxxx" MMC və Cavabdeh MMC tərəfindən xidmətlərin qəbul olunduğunu, xidmətin dəyərinin 12000 EURO təşkil etdiyini imzaları ilə təsdiq etmişlər. Həmin aktda həmçinin göstərilmişdir ki, əgər qeyd o lunan məbləği rus firması ödəməsə Cavabdeh MMC E-qaimə üzərindən təqdim olunan məbləği ödəməyi öz öhdəsinə götürür.

81. Həmin akt hər üç şirkət tərəfindən imzalanaraq möhürlənmiş, cavabdeh tərəfindən nə bu akt, nədə ki, aktda olan imza və möhürün ona məxsus olmaması mübahisələndirilməmişdir.

82. Beləliklə istinad olunan akta əsasən cavabdeh bilavasitə xidmətin dəyərini təşkil edən məbləğ rus firması tərəfindən ödənilməsə həmin məbləği ödəmək barədə öhdəlik götürdüyündən apellyasiya məhkəməsi də akta istinadən belə nəticəyə gəlmişdir ki, ödənilməmiş 7000 avro məbləğində pul cavabdehdən tutulmalıdır.

83. Kollegiya qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

84. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfdən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

85. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

86. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 17 sentyabr tarixli 2-2(107)-120/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar