Məhkəmə qərarları › İş №2-2(102)-848/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-848/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-848/2025 05.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 11 sentyabr tarixli 2-2(107)-117/2025 nömrəli qətnaməsindən Cavabd eh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Alıcı fərdi sahibkar İddiaçı ilə yaş tütün istehsalçısı fermerlər - Cavabdeh2 və Cavabdeh1 arasında ayrı-ayrılıqda 2024-cü il 7 aprel tarixli 20 və 19 nömrəli Yaşıl tütünün alqı-satqısına dair müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən bu müqavilənin şərtləri daxilində fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 10 ha torpaq əkin sahəsini virciniya sortlu tütün toxumunun və ya şitilinin müvafiq aqrotexniki qaydalara uyğun olaraq əkilməsi, becərilməsi və yetişdirilməsi və yığımı həyata keçirib tam həcmdə alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi yaşılı tütünü texniki şərtlərlə və növlərə uyğun qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirməyi, alıcı isə qəbul olumuş yaşıl tütünün müəyyənləşdirmiş dəyərini fermerə ödəməyi öhdəsinə götürmüşdür.

2. Bundan sonra alıcı fərdi sahibkar İddiaçı ilə yaş tütün istehsalçısı fermerlər Cavabdeh2 və Cavabdeh1 arasında ayrı-ayrılıqda 2024-cü il 8 aprel tarixli 1 və 2 nömrəli Zəmanət və alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən bu müqavilənin predmeti hazırkı müqaviləyə əlavələrdə göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfdən isə həmin malın qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. 3.1-ci bəndinə əsasən qurudulmuş tütün 25-30 tondan az olmayaraq Şəki şəhəri Aşağı Göynük kəndində yerləşən və satıcıya məxsus olan 3 ədəd tütün qurutma kameralarının alıcının tam ixtiyarına verilməsi sa tıcı və alıcı arasında bağlanan etibarnamə sənədlərində öz əksini göstərir.

3. İddiaçı tərəfindən Cavabdeh2 məxsus bank hesabına 47.000 manat və Cavabdeh1 məxsus bank hesabına 52.000 manat pul köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1”, “Cavabdeh2”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 52.000 manat və Cavabdeh2 47.000 manat əsas borc, 30.000 manat məbləğində əldən çıxmış fayda, hüquqi yardıma görə vəkilə ödənilmiş 1.000 manat pul olmaqla, cəmi 130.000 manat pul və 420 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, borc tələbinin Şəki rayonu Aşağı Göynük kəndində yerləşən və Cavabdeh1 məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, müqavilənin bağlanmasından 7 ay keçməsinə və iddiaçı üzərinə götürdüyü öhdəliyi icra etməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınmışlar. Edilmiş ödənişlər qarşılığında cavabdehlər iddiaçıya heç bir məhsul təqdim etməmiş və müqavilə üzrə heç bir öhdəliyi icra etməmişlər. Belə olan təqdirdə iddiaçı da xarici ölkələrdə olan partnyorları qarşısında öhdəliyi yaranır və həmin ödənişlərlə əlaqədar gecikdirilən hər gün üçün əlavə faiz ödəmək məcburiyyətində qalır. Digər tərəfdən iddiaçı tərəfin bankdan götürdüyü kreditlərin faizlərinin qaytarılması üçün əlavə borclar ı da yaranmışdır. Eyni zamanda “Zəmanət və alqı-satqı” müqaviləsinin 4.2.3-cü bəndinin tələbindən də görünür ki, satıcı tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında həyata keçirilməyəcəyi təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcək və alıcıya dəyən ziyanın 2 misli qədər ödəniş satıcı tərəfindən həyata keçirilməlidir. Həmin müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, qurudulmuş tütün 25-30 tondan az olmayaraq, Şəki şəhəri, Aşağı Göynük kəndində yerləşən və satıcıya məxsus olan 3 ədəd tütün qurudulma kameraları alıcının tam ixtiyarına verilməsi nəzərdə tutulmuşdur. Cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişlər və hal-hazırda da icra etməkdən boyun qaçırırlar. Belə olduğu təqdirdə məhkəməyə müraciət etmək və cavabdehlərdən ödədiyi 99.000 manat əsas borcu n və 30.000 manat məbləğində əldən çıxmış faydanı tələb etmək məcburiyyətində qalmışdır.

6. Cavabdehlər bildirmişdir ki, onlar iddiaçıya olan borclarını qəbul edirlər. Lakin cavabdeh tərəfin maliyyə problemləri olduğu üçün borcu ödəyə bilməmişdir. İddia tələbi üzrə borcun tütün qurudulma kameralarına yönəldilməsi müqavilə şərtlərində göstərilməmişdir. Odur ki, iddia tələbinin borcun tutulması hissəsində təmin edilməsi, digər hissələrdə rədd olunması xahiş edilmişdir.

7. Şəki Kommersiya Məhkəməsinin 2025-ci il 13 iyun tarixli e-2-2(117)-132/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 52.000 manat borc, 1.300 manat əldən çıxmış fayda olmaqla, cəmi 53.300 manat pulun tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 47.000 manat borc, 1.175 manat əldən çıxmış fayda olmaqla, cəmi 48.175 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması, cavabdehlərdən hüquqi yardıma görə vəkilə ödənilmiş 1.000 manat pul və 391,48 manat dövlət rüsumunun əvəzinin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid olunması qət edilmişdir (hakim – E.Hüseynova).

8. Məhkəmə iddianın “Cavabdeh1 52.000 manat və Cavabdeh2 47.000 manat əsas borcun tələb edilməsi” hissəsini əsaslı hesab edərək bildirmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı və podrat müqavilələrindən irəli gəlmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi, podrat müqaviləsi və mülki qan unvericiliyin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqı-satqı və podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni Cavabdeh1 52.000 manat, Cavabdeh2 isə 47.000 manat pulu tütün əkib-becərmək və əldə olunmuş məhsulu iddiaçıya satmaq məqsədi ilə vermişdir. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Lakin cavabdehlər tərəfindən müqavilə şərtlərinə əməl olunmamış, yəni müqavilədə nəzərdə tutulan yaşıl tütün məhsulunu cavabdehlər iddiaçıya təhvil verməmiş və nəticədə müqavilə şərtləri pozulmuşdur. Cavabdeh tərəf iddia tələbini bu hissədə qəbul etmişdir. İddiaçının cavabdehlərə qarşı borc tələbi iddianın mübahisələndirilməyən hissəsi olmuşdur.

9. Məhkəmə iddianın “30.000 manat məbləğində əldən çıxmış faydanın cava bdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsini isə qismən əsaslı hesab edərək bildirmişdir ki, iddiaçı və cavabdehlər arasında bağlanmış 2024-cü il 7 aprel tarixli 19 nömrəli və 20 nömrəli “yaşıl tütünün alqı-satqısına dair” müqavilələr 2024cü il 30 dekabr tarixinədək qüvvədə olmuşdur. Həmin müqavilələr cavabdehlər tərəfindən icra edilmədiyi üçün iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin müqavilələrdə alıcıya pulun geri qaytarılması müddəti barədə şərt göstərilmədiyindən iddiaçının bu hüququ 2024-cü il 30 dekabr tarixindən yaranmışdır. İş materiallarından müəyyən edildiyi kimi, iddiaçı tərəfindən Cavabdeh1 52.000 manat pul ödənilmişdir. Həmin məbləğin 2024-cü il 30 dekabr tarixindən gecikdir ilmiş vaxt üçün illik beş faiz məbləği – 52.000 x 5%= 2.600 manat olmaqla, 6 aylıq - 2.600: 12 x 6 = 1.300 manat məbləğində əldən çıxmış fayda olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən Cavabdeh2 47.000 manat pul ödənilmişdir. Həmin məbləğin 2024-cü il 30 dekabr tarixindən gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği – 47.000 x 5% = 2.350 manat olmaqla, 6 aylıq - 2.350: 12 x 6 = 1.175 manat məbləğində əldən çıxmış fayda olduğu müəyyən edilmişdir. İddiaçı tələb etdiyi kimi əldən çıxmış faydanın məbləğinin 30.000 manat olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehlərdən tutulan pul məbləğinə mütənasib olaraq, Cavabdeh1 1.300 manat əldən çıxmış fayda, Cavabdeh2 1.175 manat əldən çıxmış faydanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi qənaəti nə gəlmişdir.

10. Məhkəmə iddianın “borc tələbinin Şəki şəhəri, Aşağı Göynük kəndində yerləşən və satıcıya məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, ümumiyyətlə hər-hansı bir mülki hüquq subyektləri arasında bağlanan əsas müqavilə üzrə öhdəliyin təmin edilməsi məqsədi ilə əlavə öhdəlik müqaviləsi imzalana bilər. Hansı ki, həmin əlavə öhdəlik əsas öhdəlikdən asılı olur və ondan irəli gələn öhdəliklərin icra olunması şərtləri altında məhdudlaşır. Bu əlavə öhdəliklərin yaradılması üçün əsasən ipoteka və girov müqaviləsinə müraciət olunur.

11. Tərəflər arasında bağlanmış “zəmanət və alqı-satqı müqaviləsi”nin 3.1-ci bəndinə əsasən, qurudulmuş tütün 25-30 tondan az olmayaraq Şəki şəhəri Aşağı Göynük kəndində yerləşən və satıcıya məxsu s 3 ədəd tütün qurutma kameralarının alıcının tam ixtiyarına verilməsi satıcı və alıcı arasında bağlanan etibarnamə sənədlərində öz əksini göstərir. Müqavilədə göstərilən 3 ədəd tütün qurutma kamerasının kimin mülkiyyətində olması, eləcə də harada yerləşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

12. Tərəflər arasında bağlanmış “zəmanət və alqı-satqı müqaviləsi” bağlandıqda girov müqaviləsinin forma və məzmununa riayət olunmamış, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti və yönəldiləcəyi əmlakın dəyəri barədə müddəa öz əksini tapmamışdır. Tərəflər arasında bağlanmış “zəmanət alqı-satqı müqaviləsi”nə əlavə öhdəlik müqaviləsi kimi qiymət verilməsi mülki qanunvericiliyin normaları ilə uzlaşmır. Bu səbəbdən məhkəmə iddianın “borc tələbinin qurudulm a kameralarına yönəldilməsi” hissəsində əsassız olması qənaətinə gəlmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.1, 270.1, 271, 280, 385.1, 386.1, 427.2, 442, 445.2, 445.7, 448.1, 448.2, 567, 600.1, 752.1 və 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cavabdehlər həmin qətnamədən birlikdə apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 11 sentyabr tarixli 2-2(107)-117/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məh kəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Sadiqov, hakimlər – E.Hüseynov və Ə.Kərimov).

16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin mübahisə üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas olmamış və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir.

17. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı cavabdeh tərəf də hazırkı mübahisənin həlli üzrə məhkəmə prosesində və mübahisənin həlli üzrə aparılan məhkəmə araşdırmalarında fəal iştirak etmiş, mübahisə ilə əlaqədar qarşılıqlı iddia ərizəsi ( birinci instansiya məhkəməsinin qərardadı ilə geri qaytarılmışdır), hazırkı iş üzrə mübahisə predmeti olan məlum müqavilələrin etibarsız hesab edilməsi barədə iddia ərizəsi (Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 9 aprel tarixli e-2-2(113)-2799/2025 nömrəli qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır) və müxtəlif vəsatətlərlə məhkəməyə müraciət etmiş, həmin müraciət və vəsatətlər müvafiq qaydada işə baxan məhkəmələr tərəfindən həll edilmişdir.

18. Eyni zamanda, mübahisələndirilən qətnamə ilə iddianın qismən təmin olunmasına baxmayaraq, iddiaçı tərəf həmin qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmiş və məhkəmə araşdırması zamanı apellyasiya instansiyasından həmin qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin “1,8 ton quru tütün verilməsi, həmin tütünün ən aşağı qiymətlə dəyərinin 1.800 kq x 1,9 USD = 3.420 USD (5.814 AZN) təşkil etməsi” dəlilinə gəldikdə kollegiya qeyd etmişdir ki, həmin miqdarda tütün cavabdehlər tərəfindən iddiaçı tərəfə təqdim olunsa da, sonuncu həmin tütünü müvafiq meyarlara və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun gəlməməsi səbəbindən təhvil almamış və məhkəmə araşdırmaları zamanı qeyd olunan miqdarda tütün məhsulunun müqavilə şərtlərinin tələb etdiyi qaydada iddiaçı tərəfin təhvil alması sübut olunmamışdır.

20. Cavabdehlər tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizə xarakteri daşımışdır.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 385.1, 386.1, 390.1, 390.4, 399.1, 404.5, 425.1, 427.3, 42 7.5, 430.1, 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 567, 568.1, 569.1, 569.2, 575.1, 599.3, 752.1 və 752.2-ci maddələrinə, MPM-in 14.2, 76.1, 76.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 152.1, 269.1, 296.1 və 276.1-ci maddələri üzrə - iddiaçı tərəfindən cavabdeh tərəfə köçürülmüş pulun nə məqsədlə köçürüldüyü məlum deyil. Müqavilə şərtlərində iddiaçının (alıcı) cavabdehə (satıcı) avans və ya borc verməsi barədə bənd yoxdur. Əksinə müqavilə şərtlərində qeyd edilmişdir ki, satıcı (cavabdeh) özünün istifadəsində olan torpaq sahəsində tütün əkib becərərək alıcıya (iddiaçı) verməyi (satmağı) öhdəsinə götürür. “Zəmanət və alqı-satqı” müqaviləsinin 1.2-ci bəndində tütün qiymətləri də razılaşdırmışlar. Həmin müqavilənin 4-cü bəndinə əsasən, qəbul edilmiş tütünün dəyəri hesablanaraq 2 aydan bir dəfə olmaqla alıcı (iddiaçı) tərəfindən satıcıya (cavabdehə) ödənilməsi nəzərdə tutulmuşdur. Belə görünür ki, cavabdeh tərəfə köçürülmüş 99.000 manat məbləğ cavabdeh tərəfindən təhvil verilmiş tütünün pulu olmuşdur. Bundan başqa məhkəmə əgər 99.000 manat pulun cavabdeh tərəfə köçürülməsini avans kimi qəbul edirsə, o zaman iddia tələbinin əldən çıxmış fayda hissəsini tam rədd etməli və cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş 2 ton quru tütünün dəyərini həmin avans məbləğindən çıxmalı idi. Belə ki, iclas protokollarından (sonuncu məhkəmə baxışının) göründüyü kimi, iddiaçı onlar tərəfindən 1,8 ton quru tütün verildiyini təsdiq etmişdir. Həmin tütün ən aşağı dəyəri 1.800 kq X 1.9 USD = 3.420 USD (5.814 AZN) təşkil edir. Yəni iddiaçının etiraf etdiyi həcmdə təhvil verilmiş quru tütünün dəyəri avans məbləğindən çıxılmalıdır. Bundan başqa iş materiallarından göründüyü kimi, tərəflər arasında 2024-cü il 7 aprel tarixli 19 nömrəli “yaşıl tütünün alqı-satqısına” dair müqavilə ilə yanaşı 2024-cü il 8 aprel tarixli 1 nömrəli “zəmanət və alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilədə qurudulmuş tütün 25-30 tondan az verilərsə iddiaçılara məxsus, Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 3 ədəd tütün qurudulma kameraları alıcının, yəni iddiaçının tam ixtiyarına verilməsi nəzərdə tutulmuşdur. O zaman tərəflər arasında müqavilə bağlanarkən buna, yən i müqavilənin 3.1-ci bəndinin mahiyyətinə əhəmiyyət verilməmişdir. Lakin bu gün cavabdehə qarşı qaldırılmış iddiada satıcıya məxsus 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi barədə tələb qoyulmuşdur. Belə müqavilə, yəni şəxsə məxsus əmlakın alıcının tam ixtiyarına verilməsinin nəzərdə tutulması qanuna ziddir və ona görə də müqavilə etibarsız hesab edilməlidir.

24. Məhkəmənin 2025-ci il 27 yanvar tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadı ilə vaxtında müraciət edilməməsi səbəbindən qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh tərəf məhz həmin məsələnin araşdırılması üçün həm kommersiya məhkəməsi, həm də Şəki Apellyasiya məhkəməsində baxılmasını tələb etsə də, məhkəmələr buna münasibət bildirməmiş və “zəmanət və alqı-satqı” müqaviləsi etiba rsız hesab olunmamışdır. Məhz buna görə də cavabdeh həmin hissənin araşdırılması və münasibət bildirilməsi üçün kassasiya şikayəti vermək qərarına gəlmişdir. Məhkəmə əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Məhkəmələr qeyd edilən məsələ ilə bağlı münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayəti verməkdə məqsədləri işin vaxtının uzatmaqdan ibarətdir. Belə ki, cavabdehlər onlara verilən hüquqdan sui-istifadə etməklə, iddiaçının sahibkarlıq fəaliyyətinə xələl gətirərək onun sahibkarlıq dövriyyəsinə zərbə vururlar, həmçinin işgüza r nüfuza xələl gətirirlər. Kassasiya baxışının hədləri

26. Kassasiya şikayətinin Cavabdeh1 tərəfindən verildiyi nəzərə alınaraq kollegiya qeyd edir ki, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız həmin cavabdehə aid hissədə və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tut ulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.” “Maddə

404. Müqavilənin təfsiri 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.” “Maddə

427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.” “Maddə

445. Borclunun icranı gecikdirməsi Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdə sinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.” “Maddə

569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər.” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

31. Kassasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz.

32. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

33. Kassasiya şikayətinin tərəflər arasında bağlanmış zəmanət və alqı-satqı müqaviləsinin hüquqi mahiyyətinin düzgün qiymətləndirilmədiyi və həmin müqavilənin etibarsızlığı ilə ba ğlı dəlillərə dair kollegiya qeyd edir ki, zəmanət və alqı-satqı müqaviləsinə hüquqi qiymət verilməsi məsələsi hazırkı kassasiya baxışının predmeti deyildir. Belə ki, iddiaçı tərəfindən həmin müqaviləyə əsaslanaraq irəli sürülən borcun tütün qurutma kameralarına yönəldilməsi hissəsini məhz həmin müqavilə şərtinin girov müqaviləsi kimi qiymətləndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan forma və məzmun tələblərinə uyğun gəlməməsi səbəbindən birinci instansiya məhkəməsi tərəfindən rədd etmişdir. Bu zaman həmin məhkəmə qeyd olunan müqavilənin təbiətinə və mahiyyətinə ətraflı hüquqi qiymət vermişdir. Eyni zamanda rədd olunan həmin iddia tələbi ilə bağlı iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş və həmin hissə apellyasiya instansiya məhkəməsinin baxış predmeti olmamışdır.

34. On a görə də, hazırda Cavabdeh1 kassasiya şikayətində həmin dəlillərə təkrar istinad etməsi yolverilməzdir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 11 sentyabr tarixli 2-2(107)-117/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar