Məhkəmə qərarları › İş №2-2(102)-85/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-85/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-85/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “İddiaçı” şirkətinin cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun iştirakı ilə, iddiaçı “İddiaçı” şirkətinin Cavabdehə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 sentyabr tarixli, 2-2(103)-335/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. xx.xx.2016-cı il tarixli, 268/BBA/AGC/16-05-205 saylı müqaviləyə görə, tərəflər arasında 357.436,80 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 2. xx.xx.2016-cı il tarixli, 016-ATL/AGRC-A saylı müqaviləyə görə, tərəflər arasında 36.000,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 3. xx.xx.2016-cı il tarixli, 007-ATL/AGRC-A saylı müqaviləyə görə, tərəflər arasında 1.250,00 Avro məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 4. xx.xx.2016-cı il tarixli, 006-ATL/AGRC-A saylı müqaviləyə görə, tərəflər arasında 584.640,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 5. xx.xx.2016-cı il tarixli, AL-AT/16 saylı müqav iləyə görə, tərəflər arasında 40.320,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 6. xx.xx.2016-cı il tarixli, 009-ALF-ATL-A saylı müqaviləyə görə, tərəflər arasında 540,00 Avro məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 7. xx.xx.2016-cı il tarixli, 011-ATL/AGRC-A saylı müqaviləyə görə, tərəflər arasında 796,10 Avro məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 8. xx.xx.2016-cı il tarixli, 017-ATL/AGRC-A saylı müqaviləyə görə, tərəflər arasında 56.350,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 9. xx.xx.2016-cı il tarixli, 020/17-ATL-AGR-A saylı müqaviləyə görə, tərəflər arasında 74.678,80 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 10. xx.xx.2016-cı il tarixli, 0xx/xx/16208 saylı müqaviləyə görə, tərəflər arasında 94.000,00 ABŞ dolları və 15.439,50 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 11. xx.xx.2016-cı il tarixli, 11-1-16381 saylı müqaviləyə görə, tərəflər arasında 587.917,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 12. xx.xx.2016-cı il tarixli, 019/17-ATL-AGR-A saylı müqaviləyə görə, tərəflər arasında 42.750,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 13. xx.xx.2017-ci il tarixli, 038/17-ATL-AGR-A saylı müqaviləyə görə, tərəflər arasında 56.840,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 14. xx.xx.2017-ci il tarixli, 17/569-ALF-GM saylı müqaviləyə görə, tərəflər arasında 6.198,90 Avro məbləğində malın alqı-satq ısına dair razılıq əldə edilmişdir. 15. xx.xx.2017-ci il tarixli, 4/05/2017 saylı müqaviləyə görə, tərəflər arasında 8.784,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 16. xx.xx.2017-ci il tarixli, 028/17-AGRSC-ATL-A saylı müqaviləyə görə, tərəflər arasında 25.000,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 17. xx.xx.2017-ci il tarixli, BRİTEX-Cavabdeh 07-07-17 saylı müqaviləyə görə, tərəflər arasında 1.700,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 18. xx.xx.2017-ci il tarixli, 268/BBA/AGC/17-05-139 saylı müqaviləyə görə, tərəflər arasında 596.736,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 19. xx.xx.2018-ci il tarixli, AM-290118AG-AN saylı alqı-satqı müqav iləyə görə, tərəflər arasında 1.207.823,800 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 20. xx.xx.2018-ci il tarixli, 001 AGRİTEMA-Cavabdeh saylı alqı-satqı müqaviləyə görə, tərəflər arasında 1.058,00 Avro məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 21. xx.xx.2019-cu il tarixli, 19/116-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləyə görə, tərəflər arasında 20.040,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 22. xx.xx.2019-cu il tarixli, 19/117-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləyə görə, tərəflər arasında 15.600,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 23. xx.xx.2019-cu il tarixli, 19/159-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləyə görə, tərəflər arasında 31.200,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 24. xx.xx.2019-cu il tarixli, 19/153-KMPCO-ATL-AGR-A saylı alqı-satqı müqaviləyə görə, tərəflər arasında 72.000,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. 25. xx.xx.2019-cu il tarixli, 19/118-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləyə görə, tərəflər arasında 84.480,00 ABŞ dolları məbləğində malın alqı-satqısına dair razılıq əldə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı “İddiaçı” şirkəti (bundan sonra – “iddiaçı”) Cavabdehə (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.896.368,09 ABŞ dolları və 9.843,00 Avro məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, bağlanmış müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri icra etməmiş, xx.xx.2019-cu il tarixində ona pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir (bax yuxarıda §§ 1-25).

28. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 fevral tarixli, e-2-2(113)-150/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən xx.xx.2016-cı il tarixli, 268/BBA/AGC/16-05-205 saylı alqı-satqı müqaviləsinə əsasən 113.436,80 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 016ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən 36.000,00 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 007-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən 1.250,00 Avro, xx.xx.2016-cı il tarixli, 006-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən 209.274,14 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, AL-AT/16 saylı alqı-satqı müqaviləsinə əsasən 40.320,00 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 009-ALF-ATL-A saylı alqı-satqı müqaviləsinə əsasən 540,00 Avro, xx.xx.2016-cı il tarixli, 011-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən 796,10 Avro, xx.xx.2016-cı il tarixli, 017-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən 56.350,00 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 020/17-ATLAGR-A saylı alqı-satqı müqaviləsinə əsasən 74.678,80 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 0xx/xx/16208 saylı alqı-satqı müqaviləsinə əsasən 108.076,50 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 11-1-16381 saylı alqı-satqı müqaviləsinə əsasən 587.917,00 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 019/17-ATL-AGR-A saylı alqı-satqı müqav iləsinə əsasən 42.750,00 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, 038/17-ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən 56.840,00 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, 17/569-ALF-GM saylı alqı-satqı müqaviləsinə əsasən 6.198,90 Avro, xx.xx.2017-ci il tarixli, 4/05/2017 saylı alqı-satqı müqaviləsinə əsasən 8.784,00 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, 028/17-AGRSC-ATL-A saylı alqı-satqı müqaviləsinə əsasən 25.000,00 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, BRİTEX-Cavabdeh 0707-17 saylı alqı-satqı müqaviləsinə əsasən 1.700,00 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, 268/BBA/AGC/17-05-139 saylı alqı-satqı müqaviləsinə əsasən 256.737,00 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, AM-290118AG-AN saylı alqı-satqı müqaviləsinə əsasən 55.183,85 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 001 AGRİTEMACavabdeh s aylı alqı-satqı müqaviləsinə əsasən 1.058,00 Avro, xx.xx.2019-cu il tarixli, 19/116-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən 20.040,00 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 19/117-RTMATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən 15.600,00 ABŞ dolları, xx.xx.2019cu il tarixli, 19/159-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən 31.200,00 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 19/153KMPCO-ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən 72.000,00 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 19/118-RTM-ATLCavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən 84.480,00 ABŞ dolları, ümumilikdə 1.896.368,09 (bir milyon səkkiz yüz doxsan altı min üç yüz altmış səkkiz ABŞ dolları doqquz sent) ABŞ dolları və 9.843,00 (doqquz min səkkiz yüz qırx üç) Avro məbləğində vəsait tutulara q iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).

29. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqavilələri bağlanmış və iddiaçı əşyanı cavabdehə versə də, sonuncu bunun müqabilində ödəniş etməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında qeyd olunan halları cavabdehin nümayəndəsi də öz izahatında təsdiq etmişdir.

30. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1, 442, 443.1 və 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin olunan hissəsində icrasının cavabdeh tərəfindən təmin edilməsi üçün qətnamənin icra qaydasını və müddətini müəyyənləşdirən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

32. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 sentyabr tarixli, 2-2(103)-335/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 fevral tarixli, e-2-2(113)-150/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

33. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, xx.xx.2016-cı il tarixli 268/BBA/AGC/16-05-205 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 357.436,80 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 016-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən s atıcı tərəfindən alıcıya 36.000 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 007-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 1.250 Avro məbləğində mal, xx.xx.2016-cı il tarixli 006ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 584.640 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli AL-AT/16 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 40.320 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 009-ALF-ATL-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 540 Avro məbləğində mal, xx.xx.2016-cı il tarixli 011-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 796,10 Avro məbləğində mal, xx.xx.2016-cı il tarixli 017ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 56.350 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 020/17-ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 74.678,80 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 0xx/xx/16208 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 94.000 ABŞ dolları və 15.439,50 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 11-1-16381 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 587.917 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 019/17-ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 42.750 ABŞ dolları məbləğində mal, xx.xx.2017-ci il tarixli 038/17-ATLAGR-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 56.840 ABŞ dolları məbləğində mal, xx.xx.2017-ci il tarixli 17 /569-ALFGM saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 6.198,90 Avro məbləğində mal, xx.xx.2017-ci il tarixli 4/05/2017 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 8.784 ABŞ dolları məbləğində mal, xx.xx.2017-ci il tarixli 028/17AGRSC-ATL-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 25.000 ABŞ dolları məbləğində mal, xx.xx.2017-ci il tarixli BRİTEX-Cavabdeh 07-07-17 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 1.700 ABŞ dolları məbləğində mal, xx.xx.2017-ci il tarixli 268/BBA/AGC/17-05-139 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 596.736,00 ABŞ dolları məbləğində mal, xx.xx.2018-ci il tarixli AM290118AG-AN saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 1.207.823,8 ABŞ dolları m əbləğində mal, xx.xx.2018-ci il tarixli 001 AGRİTEMA-Cavabdeh saylı alqısatqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 1.058 Avro məbləğində mal, xx.xx.2019-cu il tarixli 19/116-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 20.040 ABŞ dolları məbləğində mal, xx.xx.2019-cu il tarixli 19/117RTM-ATLCavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 15.600 ABŞ dolları məbləğində mal, xx.xx.2019-cu il tarixli 19/159-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 31.200 ABŞ dolları məbləğində mal, xx.xx.2019-cu il tarixli 19/153-KMPCO-ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 72.000 ABŞ dolları məbləğində mal, xx.xx.2019-cu il tarixli 19/118RTM-ATL-Cavabdeh-A saylı al qı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 84.480 ABŞ dolları məbləğində mal satılmış, müqavilələr üzrə bütün mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir.

34. Beləliklə, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqısatqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ona görə də iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

35. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəllənin 567, 598.2, 600.4-cü maddələrinə istinad etməklə əsasl andırmışdır.

36. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

37. İddia tələbinin əsasını təşkil edən alqı-satqı müqavilələri və ümumi borc məbləği cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsə də, iddianın əsasını təşkil edən pul məbləği (1.896.368,09 ABŞ dolları və 9.843,00 Avro) çox böyük məbləğdir və həmin borcu birdəfəlik şəkildə cavabdehin ödəməsi və qətnaməni icra etməsi qeyrimümkündür.

38. Cavabdeh apelyasiya şikayətində qətnamənin birdəfəlik qaydada icrasının mümkünsüzlüyünü məhkəmənin diqqətinə çatdırmış və məhkəmədən qətnamənin icra qaydasını və müddətini müəyyən etməsini, qətnamənin icrası üçün cavabdehə 24 ay müddət verilməsini xahiş etmişdir. Lakin, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən apelyasiya şikayətində göstərilən məsələlərə formal mülahizə kimi yanaşmışdır.

39. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 220.6-cı maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə iddiaçı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yer i haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. İş üzrə cavabdeh apellyasiya instansiyası m əhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

44. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instans iyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

231. Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

45. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditoru n) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa dü şülür”. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur”. “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur”. “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 sentyabr tarixli, 2-2(103)-335/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

47. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, iddia tələbinin əsasını təşkil edən alqı-satqı müqavilələri və ümumi borc məbləği cavabdeh tərəfindən mə hkəmə qaydasında mübahisələndirilməsə də, iddianın əsasını təşkil edən pul məbləği (1.896.368,09 ABŞ dolları və 9.843,00 Avro) çox böyük məbləğdir və həmin borcu birdəfəlik şəkildə cavabdehin ödəməsi və qətnaməni icra etməsi qeyri-mümkündür, apelyasiya şikayətində qətnamənin birdəfəlik qaydada icrasının mümkünsüzlüyü məhkəmənin diqqətinə çatdırılaraq qətnamənin icra qaydasının və müddətinin müəyyən edilməsini, qətnamənin icrası üçün cavabdehə 24 ay müddət verilməsini xahiş etmişdir.

48. Kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini, həmin müqavilələr üzrə yaranmış ümumi borc məbləğini, mübahisəyə tətbiq edilmiş maddi hüquq normalarını mübahisələndirmir, yalnız bu məbləğin böyük olduğunu, birdəfəlik ödənilməsinin mümkün olmadığına istinad edir. Apelyasiya məhkəməsi cavabdehin şikayətinin bu dəlili ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, onun maddi vəziyyətinin ağırlığı iddianın rədd edilməsi üçün əsas ola bilməz və borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Digər tərəfdən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Beləliklə, mülki prosessual qanunvericilik qətnamənin icrasına möhlət verilməsi və ya onu hissə-hissə icra etdirməyi, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyi məhkəmənin vəzifəsi deyil, onun hüququ olaraq müəyyən etmişdir v ə bu məsələlər bir qayda olaraq qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası mərhələsində həll edilir.

49. Qeyd edilənlərə əsasən qətnamənin birdəfəlik qaydada icrasının mümkünsüzlüyü və məhkəmə tərəfindən qətnamənin icra qaydasının və müddətinin müəyyən edilməməsi barədə cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

50. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 20-ci il 08 sentyabr tarixli, 2-2(103)-335/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

52. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 08 sentyabr tarixli, 2-2(103)-335/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar