Məhkəmə qərarları › İş №2-2(102)-85/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-85/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-85/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 noyabr tarixli, 2-2(103)-1391/2021 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra – cavabdeh) arasında bağlanmış 2020-ci il 1 aprel tarixli 14/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdeh) Əlavə Razılaşma Protokolunda göstərilən malları (mərmər və qranit) bu müqavilənin şərtlərinə əsasən satır. Alıcı isə həmin malları alır və razılaşdırılmış məbləği müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir.

2. Həmin müqavilənin 2-ci bəndinə əsasən satıcı malları müvafiq sənədlərlə, elektron – qaimə faktura və hesab-faktura ilə birgə alıcıya təhvil verir. Təhvil-təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədlərlə imzalamaqla rəsmiləşdirilir. Çatdırılma mal sifariş verildikdən sonra 15 gün ərzində həyata keçirilir. Müqavilənin 4-cü bəndinə əsasən müqavilənin ümumi məbləği Əlavə Raz ılaşma Protokolunda göstərilib. Müqavilə üzrə ödənişlər Əlavə Razılaşma Protokolu alıcıya təqdim edildikdən sonra 70 % avans formasında, qalan məbləğ mal təhvil verildikdən sonra 5 iş günü ərzində satıcının bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

3. Müqavilənin tərkib hissələri olan 2020-ci il 18 may tarixli Müqaviləyə 1 nömrəli əlavə razılaşmaya əsasən tərəflər 7080 manat, 2020-ci il 5 iyun tarixli Müqaviləyə 2 nömrəli əlavə razılaşmaya əsasən 51718,90 manat, 27.11.2020-ci il tarixli Müqaviləyə 3 nömrəli əlavə razılaşmaya əsasən 51712,23 manat, 2020-ci il 30 sentyabr tarixli Müqaviləyə 5 nömrəli əlavə razılaşmaya əsasən 14160 manat, 2020-ci il 7 oktyabr tarixli Müqaviləyə 6 nömrəli əlavə razılaşmaya əsasən 12981,18 manat 2020-ci il 7 oktyabr tarixli Müqav iləyə 7 nömrəli əlavə razılaşmaya əsasən 2160,49 manat, 2020-ci il 27 noyabr tarixli Müqaviləyə 8 nömrəli əlavə razılaşmaya əsasən 49889.36 manat, 2021-ci il 3 fevral tarixli Müqaviləyə 9 nömrəli əlavə razılaşmaya əsasən 42159,72 manat, 2021-ci il 3 fevral tarixli Müqaviləyə 10 nömrəli əlavə razılaşmaya əsasən 1822,86 manat, 2021-ci il 26 aprel tarixli Müqaviləyə 11 nömrəli əlavə razılaşmaya əsasən 820,81 manat məbləğində malın alqısatqısı barədə razılığa gəlmişlər. 4. 2020-ci il 18 may tarixli 1 nömrəli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən 2020-ci il 1 aprel tarixli 14/20 saylı müqavilənin şərtlərinə uyğun olaraq EBAK 057304 saylı elektron qaiməyə əsasən 7080 manat, 2020-ci il 10 iyun tarixli 2 nömrəli təhvil-təslim aktına əsasən EBAK 962570 saylı elektron qaiməyə əsasən 24120,6 2 manat, 2020-ci il 10 iyun tarixli 3 nömrəli təhvil-təslim aktına əsasən EBAK 963172 saylı elektron qaiməyə əsasən 5087,22 manat, 2020-ci il 30 sentyabr tarixli 4 nömrəli təhvil-təslim aktına əsasən EBAQ 646009 saylı elektron qaiməyə əsasən 5900 manat, 2020-ci il 30 sentyabr tarixli 5 nömrəli təhvil-təslim aktına əsasən EBAQ 645916 saylı elektron qaiməyə əsasən 14160 manat, 2020-ci il 7 oktyabr tarixli 6 nömrəli təhvil-təslim aktına əsasən EBAQ 12981,18 saylı elektron qaiməyə əsasən 12981,18 manat, 2020-ci il 7 oktyabr tarixli 7 nömrəli təhviltəslim aktına əsasən EBAQ 925404 saylı elektron qaiməyə əsasən 2160,49 manat, 2020ci il 27 noyabr tarixli 8 nömrəli təhvil-təslim aktına əsasən EBAK 172095 saylı elektron qaiməyə əsasən 49889,36 manat, 2021-ci il 3 fevral tarixli 9 nömrəli təhvil-təs lim aktına əsasən EBAW 978688 saylı elektron qaiməyə əsasən 42159,72 manat, 2021-ci il 3 fevral tarixli 10 nömrəli təhvil-təslim aktına əsasən EBAW 979022 saylı elektron qaiməyə əsasən 1822,86 manat, 2021-ci il 26 aprel tarixli 11 nömrəli təhvil-təslim aktına əsasən EBBA 751115 saylı elektron qaiməyə əsasən 820,81 manat məbləğində mallar cavabdehə təhvil verilmişdir. 5. 2021-ci il 21 iyun tarixli Rabitəbank tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçı alqı-satqı müqaviləsi üzrə 2020-ci il 8 may tarixdə 6000 manat, 2020-ci il 8 iyun tarixdə 5000 manat, 2020-ci il 15 iyul tarixdə 13000 manat, 2020ci il 17 avqust tarixdə 10000 manat, 2020-ci il 20 avqust tarixdə 5000 manat, 2020-ci il 22 sentyabr tarixdə 12000 manat, 2020-ci il 4 dekabr tarixdə 27966,44 manat, 20 20-ci il 30 dekabr tarixdə 5000 manat, 2021-ci il 5 fevral tarixdə 5000 manat, 2020-ci il 1 iyun tarixdə 4000 manat məbləğində pul ödənilmişdir.

6. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubunda 14/20 saylı, 2020-ci il 1 aprel tarixli “Alqı-satqı” Müqaviləsinə əsasən cavabdehin iddiaçıya 47.866,50 manat əsas və 8615,97 manat ƏDV borcunun olduğu bildirilərək borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı 2021-ci il 30 iyun tarixində “borcun tutulması” tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 14/20 saylı, 2020-ci il 1 aprel tarixli “Alqı-Satqı Müqaviləsi”nin 08 saylı, 202 0-ci il 27 oktyabr tarixli, 09 saylı, 2021-ci il 3 fevral tarixli, 10 saylı, 2021-ci il 3 fevral tarixli və 11 saylı, 2021-ci il 26 aprel tarixli “Əlavə Razılaşma”ları üzrə ödənilməli olan 56.481,86 manat borcun (ƏDV məbləği daxil olmaqla), 14/20 saylı, 2020-ci il 1 aprel tarixli “Alqı-Satqı Müqaviləsi”nin 08 saylı, 2020-ci il 27 oktyabr tarixli, 09 saylı, 2021-ci il 3 fevral tarixli, 10 saylı, 2021-ci il 3 fevral tarixli və 11 saylı, 2021-ci il 26 aprel tarixli “Əlavə Razılaşma”ları üzrə gecikdirilmiş müddət ərzində 2.090,77 manat faiz borcun və dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 58.603,03 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ar asında 14/20 saylı, 2020-ci il 1 aprel tarixli “Alqı-Satqı Müqaviləsi” bağlanmışdır. Tərəflər arasında bağlanmış 14/20 saylı, 2020-ci il 1 aprel tarixli “Alqı-Satqı Müqaviləsi”nin 1.1, 2.1, 2.2, 4.1, 4.2, 5.1,5.2 və 8-ci bəndlərinə əsasən bu Müqavilə üzrə “Satıcı” “Alıcı”ya Əlavə Razılaşma Protokolunda göstərilən Malları (mərmər və qranit) bu Müqavilənin şərtlərinə əsasən satır, “Alıcı” isə həmin Malları alır və razılaşdırılmış məbləği Müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. “Satıcı” Malları müvafiq sənədlərlə, elektron-qaimə faktura və hesab faktura ilə birgə “Alıcı”ya təhvil verir. Təhvil-təslim tərəflərin səlahiyyətli şəxsləri tərəfindən müvafiq sənədləri imzalanmaqla rəsmiləşdirilir. Çatdırılma mal sifarişi verildikdən sonra 15 gün ərzində həyata keçirilir. Müqavilənin ümumi məblə ği Əlavə Razılaşma Protokolunda göstərilir. Müqavilə üzrə ödənişlər Əlavə Razılaşma Protokolu “Alıcı”ya təqdim edildikdən sonra 70% avans formasında, qalan məbləğ mal təhvil verildikdən sonra 5 iş günü ərzində “Satıcı”-nın bu Müqavilədə göstərilən bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Bu Müqavilədə nəzərdə tutulmuş öhdələklərin yerinə yetirilməməsi və lazımınca yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, zəzərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır. Cavabdehin iddaçıya borcu 56.481,86 manat təşkil edir.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 avqust tarixli, 2-2(113)-3396/2021 qətnaməsi ilə iddia qismən təmin olunaraq, cav abdehdən əsas borc üzrə 56481,86 manat məbləğində əsas borc və 25 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – Ülkər Həsənova).

10. Qətnamənin surəti tərəflərə 2021-ci il 23 avqust tarixində göndərilmiş, poçt xəbərnaməsinə əsasən cavabdeh qətnamənin surətini 2021-ci il 30 avqust tarixində təhvil almışdır.

11. Cavabdeh 2021-ci il 30 sentyabr tarixində (poçt qəbzinə əsasən) həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 avqust tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş həmin şikayət 2021-ci il 18 oktyabr tarixdə Bakı Kommersiya Məhkəməsinin dəftərxanasına daxil olmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 oktyabr tarixli, 2-2(113)-3396/2021 qərardadı ilə cavabdehin apellyasiya şikayəti geri qaytarılmışdır.

13. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 10-1.3, 10-1.4 və 10-1.5-ci maddələrinə istinad olunaraq göstərilmişdir ki, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, apellyasiya şikayətinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Cavabdeh isə prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, Bakı Kommersiya Məhkəməsinin 2021ci i l 23 avqust tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətini elektron kabinet vasitəsilə göndərməmiş, kağız daşıyıcıda təqdim etmişdir.

14. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin bu qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş, sonradan məhkəmə iclasında cavabdehin nümayəndəsi yazılı ərizə təqdim edərək Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 18 oktyabr tarixli, 2-2(113)-3396/2021 saylı qərardadından verdiyi şikayətin geri qaytarılmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 20 oktyabr tarixli, 22(113)-3396/2021 saylı qərardadı ilə ərizə təmin olunaraq həmin şikayət geri qaytarılmışdır.

15. Eyni zamanda cavabdeh 2021-ci il 18 oktyabr tarixdə elektron kabinet vasitəsilə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 avqust tarixli qətnaməsindən apelly asiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Ərizə onunla əsaslandırılmışdır ki, 2021-ci il 22 sentyabr tarixdə cavabdehin elektron kabinetində nasazlıq olduğu səbəbindən apellyasiya şikayətini elektron qaydada yerləşdirmək mümkün olmamış, bu səbəbdən müddəti ötürməmək üçün poçt vasitəsi ilə göndərilmiş və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ötürülmüşdür.

17. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3396/2021 saylı, 2021-ci il 29 oktyabr tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3396/2021 saylı, 2021-ci il 23 avqust tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmi ş və apellyasiya şikayəti baxılması üçün materiallarla birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim – Ülkər Həsənova). Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 noyabr tarixli, 2-2(103)-1391/2021 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (sədrlik edən R.Qurbanov, hakimlər -Məmməd Məmmədov, Şeyda Məhərrəmova).

19. Qərardadda MPM-in 361.1-ci maddəsinə istinad olunaraq göstərilmişdir ki, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin ayrıayrılıqda həm maddi hüquq normalarının həm də prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli olması müəyyən edilmişdir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

20. Qərardad 2021-ci il 1 dekabr (saat 12:33) tarixində cavabdehin direktoruna məxsus şəxsi elektron kabinetində yerləşdirilməkə çatdırılmışdır.

21. Həmin qərard ad ilə razılaşmayan cavabdeh 2021-ci il 9 dekabr tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən verilmiş 22(103)- 1391/2021 saylı, 2021-ci il 19 noyabr tarixli qərardadı əsassızdır. İş üçün əhəmiyyətli olan hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununa əsasən, apellyasiya şikayətinin yeni formada verilməsi 2021-ci il 1 oktyabr tar ixdən qüvvəyə minir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3396/2021 saylı, 2021-ci il 23 avqust tarixli qətnaməsindən apellyasiya şikayəti 2021-ci il 22 sentyabr tarixdə verilmişdir. Digər tərəfdən bununla bağlı işə cavabdehin iştirakı olmadan baxılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qərardad qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, habelə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və bu səbəbdən məhkəmə qərardadının kassasiya qaydasında ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının verildiyi gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəm ənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə Əlavə 2 - Apellyasiya şikayətinin forması “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununu Maddə

2. Keçid müddəaları 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 22-23) işin materialları ilə birgə araşdıraraq kassasiya şikayətini aşağıdakı səbəblərdən əsassız hesab edir, apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

27. İşdən görünür ki, cavabdehin birinci ins tansiya məhkəməsinin 2021-ci il 23 avqust tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin göndərilməsi mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməmiş, kağız daşıyıcıda təqdim edilmiş və bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmış, bundan sonra cavabdeh qeyd olunan nöqsanı aradan qaldıraraq 2021-ci il 18 oktyabr tarixində həmin apellyasiya şikayətini elektron kabinet vasitəsilə yenidən göndərmiş, eyni zamanda şikayət verilməsi üçün həmin məhkəmədən buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edərək şikayəti baxılması üçün materiallarla birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir (bax yuxarıda §§11-17).

28. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2021-ci il 18 oktyabr tarixində elektron qaydada verilmiş apellyasiya şikayəti MPM ilə müəyyənləşdirilmiş formada verilməmişdir.

29. MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin məhz bu Məcəllə ilə müəyyən edilmiş formada tərtib olunmaqla verilməsi nəzərdə tutulmuş, həmin forma isə MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli, № 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş “Əlavə 2”də göstərilmişdir.

30. MPM-in “Apellyasiya şikayətinin forması” adlı həmin 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apell yasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə e dən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

31. Göründüyü kimi apellyasiya şikayəti verilərkən şikayət yalnız formanın özünə deyil, həmçinin onun məzmununa uyğun olmalı və vəhdətlik təşkil etməlidir.

32. Apellyasiya instansiyası məhkəməsinin də göstərdiyi kimi, cavabdeh prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, apellyasiya şikayətini həmin formaya uyğun tərtib etməmişdir. Belə ki, apellyasiya şikayəti yuxarıda qeyd olunan formada verilməmişdir (şikayətin formada göstərilmiş cədvəllərə u yğun tərtib olunması, pozulmuş və ya düzgün tətbiq edilməmiş maddi və prosessual hüquq normalarının formaya uyğun sıralanması və digər tələblərə uyğunluq).

33. Cavabdehin kassasiya şikayətində göstərdiyi 2021-ci il 22 sentyabr tarixli apellyasiya şikayətinin yuxarıda göstərilən qanunun tətbiq dairəsinə düşməməsi ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarına əsasən cavabdehin nümayəndəsi “Azemis” elektron məhkəmə informasiya sistemində şəxsi elektron kabineti 2021-ci il 17 iyun (saat 10:20) tarixindən, yəni birinci instansiya məhkəməsinin qətnaməsi çıxmazdan əvvəl mövcud olmuş, beləliklə onun apellyasiya şikayətini elektron qaydada göndərmək imkanı olsa da, qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq apellyasiya şikayətini kağız daşıyıcıda vermişdir. Sonradan cavabdehin elektron qaydada yenidən vermiş olduğu apellyasiya şikayəti isə 2021-ci il 18 oktyabr tarixində göndərilmişdir. Belə olan halda isə apellyasiya şikayəti MPM-in 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyasının (bax §29) təsir dairəsinə düşməklə ona uyğun olaraq müəyyən olunmuş formada verilməli idi. Belə ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır (MPM-in 3.1-ci maddəsi). Hazırki halda isə müəyyən olunur ki, 2021-ci il 18 oktyabr tarixində cavabdeh tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti MPM-in 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (2 saylı Əlavə) tərtib olunmamışdır.

34. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün hüquqi əsas(lar) yoxdur.

35. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 19 noyabr tarixli, 2-2(103)-1391/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar