Məhkəmə qərarları › İş №2-2(102)-85/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-85/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-85/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “13.675,39 manat məbləğində əsas borc, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1.367,53 manat pul, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutulması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli, 2-2(103)-814/2022 saylı qətnam əsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 31 yanvar tarixli, 236724 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 432,95 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 31 yanvar tarixli, 236725 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 3.913,35 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 31 yanvar tarixli, 236726 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 765,14 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 31 yanvar tarixli, 236727 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 693,15 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 3 fevral tarixli, 313969 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 2.043,87 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 3 fevral tarixli, 313970 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 2.470,14 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 3 fevral tarixli, 313971 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 1.455,85 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 3 fevral tarixli, 313972 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 813 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 28 fevral tarixli, 313996 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 1.455,85 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 28 fevral tarixli, 313997 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 4.038,84 manat təşkil edir. Qeyd edil ən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 28 fevral tarixli, 313998 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 2.985,35 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 28 fevral tarixli, 313999 nömrəli Qaimə-Faktura adlı sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 140,97 manat təşkil edir. Qeyd edilən sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 13 mart tarixli, 372220 nömrəli sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 134,50 manat təşkil etmişdir.

14. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 14 mart tarixli, 372221 nömrəli sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 334,7 manat təşkil etmişdir.

15. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 14 mart tarixli, 372222 nömrəli sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 1.628,01 manat təşkil etmişdir.

16. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 14 mart tarixli, 372223 nömrəli sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 1.405,23 manat təşkil etmişd ir.

17. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 17 mart tarixli, 372224 nömrəli sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 191,22 manat təşkil etmişdir.

18. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 31 mart tarixli, 372225 nömrəli sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 1.204,10 manat təşkil etmişdir.

19. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 31 mart tarixli, 372226 nömrəli sənədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 1.182,56 manat təşkil etmişdir.

20. İddiaçı MMC tərəfindən tərtib edilərək, Cavabdeh MMC-yə ünvanlanmış 2017-ci il 31 mart tarixli, 372227 nömrəli sə nədə əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu məbləğ ümumilikdə 192,28 manat təşkil etmişdir. 21. 2017-ci il 29 aprel tarixli, HN seriyalı, 718309 nömrəli elektron vergi hesab fakturasına əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6.272,67 manat təşkil etmişdir. 22. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595214 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 307,37 manat təşkil etmişdir. 23. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, ******* nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlər in ümumi məbləği 320,60 manat təşkil etmişdir. 24. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595304 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1.249,40 manat təşkil etmişdir. 25. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595347 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1.013,10 manat təşkil etmişdir. 26. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595387 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 178,50 manat təşkil etmişdir. 27. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595424 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1.014,42 manat təşkil etmişdir. 28. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595453 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1.758,15 manat təşkil etmişdir. 29. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595466 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 96,70 manat təşkil etmişdir. 30. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595471 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfi ndən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 74,50 manat təşkil etmişdir. 31. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595476 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1.174,12 manat təşkil etmişdir. 32. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595486 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 625,75 manat təşkil etmişdir. 33. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595519 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 466,80 manat təşkil etmişdir. 34. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595556 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 923,87 manat təşkil etmişdir. 35. 2017-ci il 16 may tarixli, EAAA seriyalı, 595604 nömrəli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 795,65 manat təşkil etmişdir. 36. "xxxx" QSC tərəfindən tərtib edilmiş hesabdan çıxarışlara əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 2019-cu il 18 fevral tarixində 1.382 manat, 2018-ci il 2 may tarixində 2.000 manat, 2017-ci il 25 dekabr tarixində 1.000 manat, 2017-ci il 20 no yabr tarixində 1.000 manat, 2017-ci il 5 oktyabr tarixində 1.500 manat, 2017-ci il 12 aprel tarixində 2.000 manat, 2017-ci il 7 aprel tarixində 3.000 manat, 2017-ci il 4 aprel tarixində 3.000 manat, 2017-ci il 29 mart tarixində 4.000 manat, 2017-ci il 13 mart tarixində 3.000 manat və 2017-ci il 17 fevral tarixində 1.458,29 manat olmaqla, ümumilikdə 23.340,29 manat məbləğində ödəniş edilmişdir.

37. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2021-ci il 24 dekabr tarixli pretenziya məktubuna əsasən, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

38. Elektron iş materiallarına əlavə edilmiş 2016-cı il 1 noyabr tarixli, 1 nömrəli müqaviləyə əsasən, iddiaçı müqavilənin 1 saylı əlavəsində göstərilən malları alıcıya sat mağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

39. Müqavilənin 1-ci bəndinə əsasən, müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair təhvil-qəbul aktının və ya X1nun imzalanmasından sonra həyata keçirilir.

40. Müqavilənin 2-ci bəndinə əsasən, malın miqdarı, çeşidi, vahidin qiyməti və spesifikasiyası bu müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilir.

41. İşin hallarına əsasən, cavabdeh tərəfindən iddiaçıdan müxtəlif mallar (dəftərxana ləvazimatları) alınmış və ümumilikdə 23.340,29 manat məbləğində ödəniş edilmiş, sonuncu ödəniş 2019-cu il 18 fevral tarixində həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

42. İddiaçı Məhdud Məhdud Cəmiyyəti (bundan sonra “İd diaçı”) Cavabdehnə (bundan sonra “Cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 13.675,39 manat məbləğində əsas borc, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1.367,53 manat pul, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci il 29 iyul tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ********** nömrəli VÖEN təqdim etməklə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında 2016-cı il 1 noyabr tarixli, 1 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə görə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə satıcının bu müqavilənin 1 saylı Əlavəsində göstərilən malları alıcıya satması, alıcının i sə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləği ödəməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 5-ci bəndinə görə alıcı bu müqaviləyə uyğun müddətdə və qaydada ödənişi həyata keçirməlidir. Həmin müqavilənin 6-cı bəndinə görə alıcı malları qaimə ilə təhvil verildiyi gündən 30 bank günü ərzində malın dəyərini ödəyir. Həmin müqavilənin 9-cu bəndinə görə müqavilə müddətsiz bağlanmışdır. Lakin bir ay qabaqcadan qarşılıqlı rəsmi məlumatla pozulana qədər, həmçinin bu müqavilə üzrə bütün öhdəliklərin tam və müvafiq qaydada icrasına qədər qüvvədədir. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh hazırkı müqavilə üzrə yalnız 23.340,29 manat məbləğində ödəniş etmiş, qalıq 13.675,39 manat məbləğində pulu hal-hazıradək ödəməmişdir. Belə ki, 2017-ci il 17 fevral tarixində 1.458,29 manat; 2017-ci il 13 mart tarixində 3.000 manat; 2017-ci il 29 mart tarixində 4.000 manat; 2017-ci il 4 aprel tarixində 3.000 manat; 2017-ci il 7 aprel tarixində 3.000 manat; 2017-ci il 12 aprel tarixində 2.000 manat; 2017-ci il 5 oktyabr tarixində 1.500 manat; 2017-ci il 20 noyabr tarixində 1.000 manat; 2017-ci il 25 dekabr tarixində 1.000 manat; 2018-ci il 2 may tarixində 2.000 manat və 2019-cu il 18 fevral tarixində 1.382 manat olmaqla, cavabdeh tərəfindən cəmisi 23340,29 manat ödəniş olunmuşdur. Cavabdeh bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Məcə lləsinin 445.7-ci maddəsinə əsasən, 13.675,39 manat üçün illik 5%, yəni 1.367,53 manat (13.675,39 x 5% x 3 il) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.

44. Tələbinin maddi hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 71.1-ci; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 445.1, 445.2, 445.7, 448.1-ci; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad edilmişdir.

45. Cavabdeh 2022-ci il 31 mart tarixində Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddiaçının cavabdehə qarşı iddi a tələbinin rədd edilməsini xahiş etmişdir.

46. Etiraz belə əsaslandırılmışdır ki, iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddia iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh müqavilə üzrə yalnız 23.340,29 manat məbləğində ödəniş etmiş, qalıq məbləği 13.675,39 manat pulu hal-hazıradək ödəməmişdir. Cavabdeh bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. İddia ərizəsi ilə əlaqədar məhkəmənin diqqətinə çatdırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2016-cı il 1 noyabr tarixli 1 saylı müqavilə bağlanmışdır. Müqavilənin 3-cü bəndində malın qəbulu qaydası qeyd edilmişdir. Həmin bəndə əsasən tərəflər arasında malın kəmiyyətcə qəbuluna dair təhvil-təslim aktı və ya X1 imzalanmalıdır. İddi açı tərəfindən isə məhkəməyə qaimələrdə əks olunmuş malların cavabdehə verilməsini, onların təhvil-təslimini təsdiqləyən, malların anbardan çıxmasını təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Vahid məhkəmə təcrübəsində formalaşmışdır ki, borcun təsdiqi qismində tək elektron qaimənin təqdim edilməsi həmin borcun mövcud olması üçün kifayət deyildir.

47. Cavabdeh 2022-ci il 14 aprel tarixində iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 may tarixli, e-2-2(113)-1181/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10.975,13 manat məbləğində əsas borc gecikdir ilmiş vaxt üçün illik 5 faizlə hesablanan 1.367,53 manat və 200 manat mediasiya xərci olmaqla, cəmi 12.542,66 manat məbləğində pul iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Axundova).

49. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehdən 13.675,39 manat məbləğində əsas borcun tutulması təşkil etmişdir.

50. Məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən əsas borca görə ƏDV daxil 10.975,13 manat məbləğində pul iddiaçının xe yrinə tutulmalıdır. Cavabdehin nümayəndəsi iddiaçı ilə aralarında 34.315,42 manat məbləğində dövriyyənin olduğunu və borcun tam olaraq ödənildiyini bildirmişdir. İddiaçı tərəf həmin rəqəmin 37.015,68 manat olduğunu bildirərək, həmin məbləğdən 23.340,29 manat məbləğində ödəniş edildiyi, qalıq məbləğin 13.675,39 manat təşkil etdiyini bildirmiş, bununla bağlı məhkəməyə elektron qaimələr, qaimə-fakturalar, elektron vergi hesab-faktura və s. təqdim etmişdir. Həmin sənədlərin bəziləri iddiaçı tərəfindən birtərəfli qaydada imzalanmışdır. Dövriyyənin tam olaraq 37.015,68 manat təşkil etməsi ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutların təqdim olunmamasını, cavabdehin nümayəndəsinin 34.315,42 manat məbləğində dövriyyənin olduğunu bildirməsini, lakin həmin məbləğin tam olaraq ödənilməsi barədə süb ut təqdim etməməsini, eyni zamanda 23.340,29 manat məbləğində ödənişin edildiyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehdən 10.975,13 manat (34.315,42-23.340,29=10.975,13) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.

51. Məhkəmə qeyd etmişdir ki, cavabdeh icranı gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur və gecikdirilmiş vaxt nəzərə alınaraq, həmin hissədə iddia təmin olunmalı və cavabdehdən 1.367,53 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Məhkəmə mediasiyaya görə ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini bildirmişdir.

52. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə yazılı ərizəsinə münasibətdə bildirmişdir k i, tərəflər arasında müqavilə 2016-cı il 1 noyabr tarixində bağlansa da, cavabdeh tərəfindən 2019-cu il 18 fevral tarixində 1.382 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Hazırkı tələblə bağlı isə iddiaçı 2022-ci il 3 fevral tarixində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının məzmunundan göründüyü kimi, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, fasilədən sonra iddia müddəti yenidən başlanır və fasiləyə qədər keçmiş vaxt isə yeni müddətə daxil edilmir. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Bunlardan biri kimi borcun qismən ödənilməsi təşkil edir. Cavabdeh tərəfindən isə qeyd edildiyi kimi, 20 19-cu il 18 fevral tarixində iddiaçının hesabına ödənişin edilməsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilmiş, ona görə də hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.

53. Məhkəmə öz mövqeyini MM-in 372.1, 373.1, 373.2, 374.1, 374.2, 375.2, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 567, 598.1, 598.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 28 noyabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

54. Cavabdeh tərəfindən 2022-ci il 18 iyul tarixində apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinine 2-2(113)-1181/2022 saylı, 2022-ci il 27 may tarixli qətnaməsinin ləğv - iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsind əki icraat

55. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli e-2-2(103)-814/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 27 may tarixli e- 2-2(113)-1181/2022 saylı qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə ləğv edilmiş, iddia Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 12.452,66 manat pulun tutulması hissəsində rədd edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

56. Cavabdehin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi üçün iki əsas qeyd olunmuşdur: alqı-satqı müqaviləsi üzrə dəyəri tələb edilən malların cavabdehə təhvil verilməsinin sübut edilməməsi və iddia müddətinin keçməsinin məhkəmə tərəfindən nəzərə alınmaması.

57. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçıya təhvil alınmış mallar üzrə 34.000 manatdan artıq ödəniş etdiyini bildirməklə həmin dəyərdə malların cavabdehə təhvil verilməsi faktını dolayısı ilə etiraf etdiyindən, iddiaçı tərəfindən təhvil verilmiş mallarla bağlı məhkəməyə sübut qismində təqdim edilmiş elektron qaimələrə və qaimə fakturalara cavabdeh tərəfindən etiraz bildirilmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasibətlər araşdırılarkən dəyəri ödənilmiş mallarla bağlı təhvil-təslim aktı və ya X1 tərtib edildiyi müəyyən edilmədiyindən malların cavabdehə təhvil verildiyinin mötəbər sübutlarla təsdiq edilmədiyinə dair cavabdehin mülahizələri əsassız hesab edilmişdir.

58. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyinə dair birinci instan siya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Belə ki, hazırkı halda iddiaçının məhkəməyə təqdim etdiyi 2016-cı il 1 noyabr tarixli, 1 saylı yazılı müqavilə formasında tərtib edilmiş sənəddə alqı-satqı müqaviləsinin mühüm şərtləri-satılacaq məhsulların nədən ibarət olması, qiyməti, ödəniş qaydası nəzərdə tutulmadığından MM-in 405-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, həmin sənəd yazılı alqısatqı müqaviləsi deyildir, müqavilənin mühüm şərtlərinin öz əksini tapmadığı ilkin müqavilə hesab edilə bilər.

59. Qeyd edilən ilkin müqavilənin 2-ci bəndində malın miqdarı, çeşidi, vahidin qiyməti və spesifikasiyasının bu müqavilənin 1 saylı əlavəsi ilə müəyyənləşdiriləcəyi nəzərdə tutulsa da tərəflərin nümayəndələrinin izahatlarına əsasən, belə bir əlavə tərtib edilməmişdir. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında bildirmişdir ki, mallar cavabdeh tərəfindən şifahi olaraq sifariş verilmiş, bütün şərtlər şifahi olaraq razılaşdırılmış, malların qiyməti elektron qaimələrdə qeyd edilmişdir.

60. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab etmişdir ki, hazırkı halda tərəflər arasında alqı-satqı müqaviləsinin mühüm şərtlərinin (məhsulun növü, miqdarı, qiyməti) şifahi olaraq hər bir sifariş üzrə ayrıca razılaşdırıldığı müəyyən edildiyindən iddia müddətinin axımı hər bir qaimə üzrə ayrı-ayrılıqda hesablanmalıdır.

61. Tərəflər arasında bağlanmış ilkin müqavilənin 6-cı bəndində tərəflər arasında bağlanacaq alqı-satqı müqavilələri üzrə öhdəliklərin icra müddəti razılaşdırılmış və qeyd edilmişdir ki, malların dəyəri qaimə il ə təhvil verildiyi vaxtdan 30 bank günü ərzində ödənilməlidir. Belə olan halda cavabdehə göndərilmiş elektron qaimələr üzrə malların dəyərinin ödənilməsi ilə bağlı cavabdehin öhdəliyi qaimənin alındığı vaxtdan 30 bank günü ərzində icra edilməli olduğundan iddia müddətinin axımı da bu müddət bitdikdən sonra başlamışdır.

62. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyindən müəyyən olunmuşdur ki, MM-in 432.3-cü maddəsinin tələbi nəzərə alınaraq iddiaçı tərəfindən ödənilmiş vəsait öhdəliyin yaranma ardıcıllığı üzrə (malların təhvil verilməsi ilə bağlı qaimələrin göndərilmə ardıcıllığı üzrə) borclara silinmiş, sonuncu qaimələr üzrə (əsasən 2017-ci ilin may ayında göndərilmiş) borc ödənilməmişdir. İddia müddətinin axımı hər bir elektron qaimə üzrə ayrıca hesablanmalı olduğu halda birinci instansiya məhkəməsi isə MM-in 377-ci maddəsinin tələbini nəzərə almayaraq hesab etmişdir ki, üç illik iddia müddətinin axımı 2016-cı il 1 noyabr tarixli müqavilə bağlandığı tarixdən başlamış, 2019-cu il 18 fevral tarixində kəsilmişdir.

63. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab etmişdir ki, cavabdehə sonuncu elektron qaimələrin 2017-ci il 16 may tarixində göndərildiyi nəzərə alınarsa iddiaçının təqdim etdiyi bütün qaimələr üzrə üç illik iddia müddəti 2020-ci il 16 iyul ayında bitmişdir. İddiaçı hazırkı mübahisə ilə bağlı 2022-ci ilin yanvar ayında mediasiya təşkilatına, fevral ayında isə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Əsas tələb üzrə iddia müddəti keçdiyindən əlavə tələblər üzrə də iddia müddətinin keçdiyini nəzərə alaraq məhk əmə hesab etmişdir ki, iddia müddəti ötürüldüyü üçün iddiaçının tələbi tam rədd edilməlidir.

64. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 405.1, 405.2, 432.3, 442, 445.1, 445.2.1, 445.7, 448.1, 567, 598.1-ci; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci; MPM-in 106.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

65. Həmin qətnamə 2022-ci il 11 noyabr tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

66. İddiaçı 2022-ci il 28 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnaməni ləğv – iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

67. Azərbaycan Respublikas ı Konstitusiyasının 71.1-ci maddəsinin, MM-in 385.1, 386.1-ci maddələrinin tələbləri pozulmuşdur – apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində “cavabdeh 2022-ci il 17 may tarixli məhkəmə iclasında iddiaçıya təhvil alınmış mallar üzrə 34.000 manatdan artıq ödəniş etdiyini bildirməklə həmin dəyərdə malların cavabdehə təhvil verilməsi faktını dolayısı ilə etiraf etdiyindən, iddiaçı tərəfindən təhvil verilmiş mallarla bağlı məhkəməyə sübut qismində təqdim edilmiş elektron qaimələrə və qaimə fakturalara cavabdeh tərəfindən etiraz bildirilmədiyindən, tərəflər arasında formalaşmış işgüzar münasibətlər araşdırılarkən dəyəri ödənilmiş mallarla bağlı təhvil-təslim aktı və ya X1 tərtib edildiyi müəyyən edilmədiyindən malların cavabdehə təhvil verildiyinin mötəbər sübutlarla təsdiq edilmədiyinə dair cavabdehin mülahizələri əsassız hesab edilmişdir” faktorunu təsdiq etməsinə baxmayaraq, iş üzrə tamamilə ziddiyyətli mövqe nümayiş etdirməklə iddiaçının hüquqlarını pozmuşdur.

68. MM-in 372.1, 373.1, 374.1, 375.2-ci maddələrinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli Qərarının, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MM-in 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarının tələbləri pozulmuşdur – cavabdeh tərəfindən qeyd edildiyi kimi, 2019-cu il 18 fevral tarixində iddiaçının hesabına ödənişin edilməsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkət kimi qəbul edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Bununla da, hər bir qaim ə üzrə iddia müddətinin axımının ayrı-ayrılıqda hesablanması mülki qanunvericiliyə ziddir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi göstərilənləri nəzərə almayaraq əsassız nəticəyə gəlmişdir.

69. MPM-in 14.1-ci maddəsinin tələbi pozulmuşdur – apellyasiya instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən iddia tələbini sübuta yetirəcək bütün sübutlar təqdim edildiyi halda, əsassız olaraq iddia təmin edilməmişdir.

70. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur – apellyasiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar araşdırılmadan, cavabdehin etirafı nəzərə alınmadan əsassız qətnamə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

71. MPM-in 106.3-cü maddəsinin tələbi pozulmuşdur – cavabdeh 2022-ci il 17 may tarixli məhkəmə icl asında iddiaçıya təhvil alınmış mallar üzrə 34.000 manatdan artıq ödəniş etdiyini bildirməklə həmin dəyərdə malların cavabdehə təhvil verilməsi faktını dolayısı ilə etiraf etməsi faktı apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən təhvil verilmiş mallarla bağlı məhkəməyə sübut qismində təqdim edilmiş elektron qaimələrə və qaimə fakturalara cavabdeh tərəfindən etiraz bildirilməklə qaimələr qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

72. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

73. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

74. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

75. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdı rılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır “Maddə

432. Öhdəliyin hissə-hissə icrası... 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öh dəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir...” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbl əğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir...” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir...” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan ə vvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....”

77. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

78. İş materiallarını hərətərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli e-2-2(103)-814/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilm əli, kassasiya şikayəti qismən təmin edilməlidir.

79. İddia tələbini 12.542,66 manat hissəsində də rədd edən apelyasiya məhkəməsi ona istinad etmişdir ki, hazırkı halda tərəflər arasında alqı-satqı müqaviləsinin mühüm şərtlərinin (məhsulun növü, miqdarı, qiyməti) şifahi olaraq hər bir sifariş üzrə ayrıca razılaşdırıldığı müəyyən edildiyindən, iddia müddətinin axımı hər bir qaimə üzrə ayrıayrılıqda hesablanmalı, tərəflər arasında bağlanmış ilkin müqavilənin 6-cı bəndinə əsasən malların dəyəri qaimə ilə təhvil verildiyi vaxtdan 30 bank günü ərzində ödənilməlidir. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyindən müəyyən olunmuşdur ki, MM-in 432.3-cü maddəsinin tələbi nəzərə alınaraq iddiaçı tərəfindən ödənilmiş vəsait öhdəliyin yaranma ardıcıllığı üzrə (malların tə hvil verilməsi ilə bağlı qaimələrin göndərilmə ardıcıllığı üzrə) borclara silinmiş, sonuncu qaimələr üzrə (əsasən 2017-ci ilin may ayında göndərilmiş) borc ödənilməmişdir. Cavabdehə sonuncu elektron qaimələrin 2017-ci il 16 may tarixində göndərildiyi nəzərə alınarsa, iddiaçının təqdim etdiyi bütün qaimələr üzrə üç illik iddia müddəti 2020-ci il 16 iyul ayında bitmişdir. İddiaçı hazırkı mübahisə ilə bağlı 2022-ci ilin yanvar ayında mediasiya təşkilatına, fevral ayında isə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Əsas tələb üzrə iddia müddəti keçdiyindən, əlavə tələblər üzrə də iddia müddətinin keçdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia müddəti ötürüldüyü üçün iddiaçının tələbi tam rədd edilməlidir.

80. İşə kassasiya qydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sübutların düzgün qiymətləndirilməməsi, iddia müddətinin axımının düz hesablanmaması ilə gəldiyi nəticəni qanunsuz və əsasız hesab edir.

81. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərdə təyinat göstərilmədiyini qeyd etsə də, sonradan bu halı iddiaçının ziyanına qiymətləndirməklə həmçinin öz mövqeyinə zidd nəticəyə gəlmişdir. Belə ki, həmin ödənişlərdə ödənişin təyinatının göstərilməməsi bu ödənişlərin konkret olaraq hansı qaimə faktura üzrə həyata keçirildiyini müəyyən etməyə imkan vermir və belə olan halda da bu ödəniş konkret hər hansı qaimə-faktura üzrə deyil, ümumilikdə borcun bir hissəsinin ödənişinin həyata keçirildiyini təsdiq edir. Məhkəmə kollegiyası hər qaimə faktura üzrə ayrıca ödənişin həyata keçirilməli olduğunu da səhvən vaxtaşırı ödənişlərə aid etməklə MM-in 373.3-cü maddəsinin tətbiqində də səhvə yol verilmişdir. Halbuki, alqı-satqı müqaviləsi üzrə yaranmış vahid borc vaxtaşırı icra edilməli olan öhdəliklərə aid edilə bilməz və bu zaman məhz MM-in 373.2-ci maddəsi tətbiq edilməli idi. Bu isə öz növbəsində həmin norma ilə bərabər MM-in 432.3-cü maddəsinin səhv tətbiqinə, MPM-in isə 88-ci maddəsinin pozulmasına səbəb olmuşdur. İş materiallarından isə kreditorun, borclu tərəfindən öhdəliyin hissə-hissə icrasına razılıq verdiyi görünmür və bu məsələ ümumiyyətlə müzakirə predmeti olmamışdır.

82. Malların dəyərinin, qaimə ilə təhvil verildiyi vaxtdan 30 bank günü ərzində ödənilməli olduğu barədə müqavilədə qeyd edilənlər isə yalnız tərəflərə, öhdəliklərini icra etmədikləri təqdirdə cərimə və s. tətbiq edilməs i, hesablanması üçün əhəmiyyət kəsb edə bilərdi.

83. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən isə tərəflər arasında müqavilə 2016-cı il 1 noyabr tarixində bağlansa da, cavabdeh tərəfindən sonuncu dəfə 2019-cu il 18 fevral tarixində 1.382 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmiş, hazırkı tələblə bağlı isə iddiaçı 2022-ci il 3 fevral tarixində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında vurğulanmış hüquqi mövqelərə uyğun olaraq borcun qismən ödənilməsi borcun etirafı olaraq dəyərləndirilir, cavabdeh tərəfindən isə qeyd edildiyi kimi, 2019-cu il 18 fevral tarixində iddiaçının hesabına ödənişin edilməsi, cavabdehin borcu etiraf etməsini göstərən və təsdiqləyən, beləliklə də iddia müddətinin axı mını kəsən hərəkət kimi qəbul edilməlidir.

84. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir...... iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayca n Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).

85. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009cu il tarixli və s. qərarlar). MM-in 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.

86. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köç ürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənilməsi və digər mühüm hallar aid edilə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarı)

87. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işdəki sübutların düzgün qiymətləndirilməsi həyata keçirilməklə, mübahisənin qanuni həlli təmin edilməlidir.

88. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli e-22(103)-814/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

89. Qeyd edilənlərə əsasən və MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı

90. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 oktyabr tarixli e-2-2(103)-814/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar