Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-85/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı x1 Cavabdeh2 qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli, 2-2(103)-398/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ İddiaçı x1 ( bundan sonra- iddiaçı “) Cavabdeh2 (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, 2016-cı il 9 iyun tarixli 1788-GL/16 nömrəli müqavilə üzrə 4.480 manat gecikdirilmiş əsas borcun və 2.746,24 manat cərimə məbləği, 2016-cı il xx.xx tarixli x1 nömrəli müqavilə üzrə 41.068 manat gecikdirilmiş əsas borcun və 26.870,28 manat cərimə məbləği və 2016-cı il xx.xx tarixli x2 nömrəli müqavilə üzrə 467 manat gecikdirilmiş əsas borcun və 547,23 manat cərimə məbləği, 2017-ci il xx.xx tarixli x3 nömrəli müqavilə üzrə 390 manat gecikdirilmiş əsas borcun və 464,79 manat cərimə məbləği, 2017-ci il xx.x tarixli x4 nömrəli müqavilə üzrə 420 manat gecikdirilmiş əsas borcun və 508,02 manat cərimə məbləği, 2017-ci il xx.xx tarixli x5 nömrəli müqavilə üzrə 1.370 manat gecikdirilmiş əsas borcun və 1.250,75 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın, cəmi 80. 931,31 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 7 yanvar tarixli, e-2-2(113)-372/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 2016-cı il xx.xx tarixli x1 saylı müqavilə üzrə 4.480 (dörd min dörd yüz səksən) manat məbləğində əsas borcun, 200 (iki yüz) manat məbləğində dəbbə pulunun; 2016-cı il xx.xx tarixli x2 saylı müqavilə üzrə 41.068 (qırx bir min altmış səkkiz) manat məbləğində əsas borcun, 2000 (iki min) manat məbləğində dəbbə pulunun; 2016-cı il xx.xx tarixli x3 saylı müqavilə üzrə 467 (dörd yüz altmış yeddi) manat məbləğində əsas borcun, 25 (iyirmi beş) manat məbləğində dəbbə pulunun; 2017-ci il xx.xx tarixli x4 saylı müqavilə üzrə 390 (üç yüz doxsan) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində dəbbə pulunun; 2017-ci il xx.xx tarixli x5 saylı müqavilə üzrə 420 (dörd yüz iyirmi) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində dəbbə pulunun; 2017-cı il xx.xx tarixli x6 saylı müqavilə üzrə 1370 (bir min yüz yüz yetmiş) manat məbləğində əsas borcun, 70 (yetmiş) manat məbləğində dəbbə pulunun; cəmi 50.530 (əlli min beş yüz otuz) manat məbləğində pulun, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 (iki yüz əlli) və mediasiya xərclərinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir ( hakim L.Əliyeva) Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddian ın rədd edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli, 2-2(103)-398/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-372/2022 saylı, 07 yanvar 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən - iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər V.Baxışova və R.Qurbanov). Qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki kassasiya şikayətində MPM-nin 407.4-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Baxılan iş üzrə, iddianın qiyməti 80.93 1,31 manat təşkil etdiyindən, istinad olunan normaların tələbləri baxımından cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 166,40 manat təşkil etməlidir. Lakin kassasiya şikayəti verilərkən, dövlət rüsumu qanunla müəyyən edilən məbləğdə deyil, cəmi 122,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 408.1, 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qayt arılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli, 2-2(103)-398/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2-2(102)-85/2024
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-85/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver