Məhkəmə qərarları › İş №2-2(102)-87/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-87/2019

05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-87/2019 05.03.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-170/2017 saylı iş üzrə 13 mart 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİS SƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-817/2016 saylı, 25 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim – H.Ç.Babayeva) iddia tələbi təmin edilərək Cavabdeh MMC-dən 532.196,03 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, cəmi 532.226,03 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-170/2017 saylı, 13 mart 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Məmmədov, hakimlər – M.N.Tağızadə və S.Q.Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh t ərəfindən kassasiya şikayəti verilmişdir. Şikayətdə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, iddia tələbinin və qətnamənin əsası kimi tərəflər arasında bağlanılmış 31 may 2013-cü il tarixli malların alqı-satqısına dair müqavilə və qaimə fakturalar göstərilmişdir. Sözügedən müqavilədəki imza Cavabdeh MMC-nin direktoru Ruslan Əhmədovun imzası deyildir. Qaimə fakturalarda Cavabdeh MMC-nin möhürü yoxdur, malları təhvil almış kimi göstərilən bir qrup şəxslərin kimliyi onlara bəlli deyildir. Qaimə fakturalar iddiaçının möhürü ilə təsdiqlənsə də, qarş ı tərəfin malı təhvil alması onun möhürü ilə rəsmiləşdirilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili şikayətin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə və vəkilinə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Aşağıda göstərilənlərə əsasən kollegi ya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında 31.05.2013-cü il tarixdə SS-192 nömrəli Malların alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı malı müqavilənin bir hissəsi olan qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və şərtlərlə alıcı tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq alıcıya təhvil verməyi, alıcı isə həmin malı qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürür. Müqavilə üzrə malın qiyməti qaimə-fakturaya əsasən müəyyən olunur. İş materiallarının 64-132-ci vərəqlərində ola n qaimə-fakturalara görə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 555.796,03 manat məbləğdə mal satılmışdır. Cavabdeh həmin borcdan 532.196,03 manat məbləğini ödəmədiyindən, iddiaçı ona qarşı məhkəməyə müraciət edərək, ödənilməli olan 532.196,03 manat məbləğdə öhdəlik üzrə pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulmasını xahiş etmişdir. İddianın əsaslarına görə ümumi 555.796,03 manat məbləğdə malın dəyərindən cavabdeh tərəfindən ən son 27.08.2013-cü il tarixdə 20.000 manat əsas borc və 27.08.2013-cü il tarixdə 3.600 manat depozit borcdan ödənilmiş, lakin qalan 532.196,03 manat məbləğdə borc bu günə kimi ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xe yrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulma sı və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 və 448.1-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi göstərilən müddəaları hazırkı işin müəyyən olunmuş hallarına düzgün tətbiq edərək əsaslı olaraq iddianın təmin edilməli olduğu nəticəsinə gəlmişdir. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmaqla malların satışı həyata keçirilmişdir. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən gör ündüyü kimi, iddiaçı malların alqı-satqısı ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada icra etsə də, cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəisnəəsasən isə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Göstərilən normaların mənasına görə birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq kassasiya məhkəməsində işə mahiyyəti üzrə baxılmır, yəni sübutlar qəbul edilmir, işin faktiki halları araşdırılmır, sübutlara hüquqi qiymət verilmir. İşə kassasiya qaydasında baxan məhkəmə öz qərarında müəyyən edilməmiş və yaxud da rədd edilmiş halları müəyyən etmək və ya sübuta yetirilmiş kimi qəbul etmək, bu və ya digər sübutların mötəbərliyi və yaxud da mötəbər olmaması məsələlərinə dair, bir sübutun digər sübut üzərində üstünlüyü barədə qərar vermək hüququna malik deyildir. Kassasiya məhkəməsi əvvəlki məhkəmə instansiyalarından müəyyən edilmiş işin faktiki hallarından çıxış etməklə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. Lakin bu zaman kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməs i tərəfindən işin faktiki hallarının müəyyənləşdirilməsi zamanı sübutların toplanılmasına, yoxlanılmasına, mümkünlüyünə, aidiyyətinə və qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinəəməl edilib-edilmədiyini nəzərə alır. Qeyd edilən normaların tələblərindən çıxış etməklə kollegiya kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, şikayətdə tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu inkar edən, eləcə də cavabdeh tərəfindən həmin münasibətlər çərçivəsində öhdəliklərin tam olaraq icra edildiyinə dair hər hansı əsaslı hala və mötəbər sübutlarla istinadlar edilməmişdir. Bundan başqa, müqavilənin özünün və qaimə fakturaların etibarlılığının şübhə altına alınması ilə bağlı məsələyə cavabdeh yalnız kassasiya şikayətində ümumi qaydada istinad etmiş, da ha əvvəl nə birinci instansiya məhkəməsindəki icraat zamanı, nə də verdiyi apellyasiya şikayətində bu barədə heç nə bildirməmişdir. Belə olan halda, kollegiya həmin dəlilləri formal dəlillər kimi qəbul edir. Nəzərə almaq lazımdır ki, prosessual qanunvericiliyin tələblərinə görə işin faktiki halları ilə bağlı məsələlər bir qayda olaraq birinci instansiya məhkəməsində, istisna hallarda isə apellyasiya məhkəməsində araşdırmanın predmeti ola bilər. Cavabdeh isə bu barədə imkanın olmasına baxmayaraq işin faktiki halları ilə bağlı dəlillərini aşağı instansiya məhkəmələrinə ümumiyyətlə təqdim etməmişdir. Ona görə də, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlillər üzrə araşdırma apara bilməz. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-170/2017 saylı iş üzrə 13 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar