Məhkəmə qərarları › İş №2-2(102)-87/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-87/2020

04.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-87/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: dəniz sahilində torpaq sahəsinə dair icarə müqaviləsinin qismən etibarsız hesab edilməsi və özbaşına tikililərin sökülməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh2-nin nümayəndəsi X3, vəkili X1 iştirakı ilə, İddiaçı Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə (bundan sonra cavabdehlər) qarşı “cavabdehlər arasında bağlanmış x xxxxxx 2009-cu il tarixli, 07A nömrəli icarə müqaviləsinin Cavabdeh2 dənizinin 20-50 metrlik mühafizə zolağının altına düşən torpaq sahəsinin icarəyə verilməsi hissəsində qismən etibarsız hesab edilməsi və Cavabdeh1 tərəfindən dövlətin müstəsna mülkiyyətində olan Cavabdeh2 dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan torpaq sahəsində əhaliyə iaşə xidmətlərinin göstərilməsi məqsədi ilə müxtəlif tikinti materiallarından istifadə edilməklə tikilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(105)-136/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında x xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Sumqayıt şəhər X7 İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 18 saylı protokolu ilə Sumqayıt şəhər X7 İcraiyyə Komitəsinə məxsus Corat qəsəbəsi ilə Sarı-Qaya arasındakı dəniz kənarı torpaqdan 28 ha torpaq sahəsi Cavabdeh2-nin balansına verilmiş və mübahisə predmetini təşkil edən torpaq sahəsi də həmin torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh2-nin mübahisəli torpaq sahəsi ilə bağlı istifadə hüquqları dövlət qeydiyyatına alınmış və müvafiq çıxarış verilmişdir. Öz növbəsində Cavab deh2 torpaq sahəsini fərdi sahibkar Cavabdeh1 icarəsinə vermiş, sonuncu isə icarəyə götürdüyü əmlakdan “Dostluq” adı ilə istirahət mərkəzi və çimərlik kimi istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd olunanlar işin mübahisələndirilməyən halıdır. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək “cavabdehlər arasında bağlanmış x xxxxxx 2009-cu il tarixli, 07A nömrəli icarə müqaviləsinin Cavabdeh2 dənizinin 20- 50 metrlik mühafizə zolağının altına düşən torpaq sahəsinin icarəyə verilməsi hissəsində qismən etibarsız hesab edilməsi və Cavabdeh1 tərəfindən dövlətin müstəsna mülkiyyətində olan Cavabdeh2 dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan torpaq sahəsində əhaliyə iaşə xidmətlərinin göstərilməsi məqsədi ilə müxtəlif tikinti materiallarından istifadə edilməklə tikilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın hüquqi əsasını Torpaq Məcəlləsinin 46, 111-ci maddələri və Mülki Məcəllənin 180 və əlaqəli normalarına istinad təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-2(085)-284/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5məruzəçi, X6 və Babayeva Hökümə Çingiz qızı, 2-2(105)-1 36/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasınınxx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə’’nin 4.0.2-ci bəndinə uyğun olaraq dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti şöbəsi və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Cavabdeh2 dənizinin 20-50 metrlik zolağı altında olan torpaq sahəsinin istifadə vəziyyəti ilə bağlı keçirilən monitorinq zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 dənizkənarı istirahət zonasında özünün ümumi sahəsi 6300 kv. metr, tikinti sahəsi 607.8 kv. metr olan 16 nömrəli sahəsini üzərindəki əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün Cavabdeh1 icarəsinə vermiş və buna dair Cavabdeh2 ilə Cavabdeh1 arasında x xxxxxx 2009-cu il tarixli, 07A nömrəli icarə müqaviləsi bağlanmışdır. Cavabdeh həmin torpaq sahəsində tikinti aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq razıl ıq olmadığı halda torpaq sahəsində əsaslı təmirtikinti, yenidənqurma işləri həyata keçirir. Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 46, 110, 111, Mülki Məcəllənin 155, 157, 180-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli 516 Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”yə istinad edilmişdir. tərəflərin izahatı: Cavabdeh2-nin nümayəndəsi şikayətin dəlillərini qəbul etməmiş, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandıma hissəsi: İddiaçının mübahisə açdığı x xxxxxx 2009-cu il tarixli müqavilə ilə Cavabdeh2 özünün dənizkənarı istirahət zonasının ümumi sahəsi 6300 kv.m, tikinti sahəsi 607,8 kv.m olan 16A nömrəli sahəsini üzərindəki əmlakı ilə əhaliyə xidmət göstərilməsi üçün 10 il müddətinə Cavabdeh1 icarəyə vermişdir. İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış x xxxxxx 2009-cu il tarixli, 07A nömrəli icarə müqaviləsinin Cavabdeh2 dənizinin 20- 50 metrlik mühafizə zolağının altına düşən torpaq sahəsinin icarəyə verilməsi hissəsində qismən etibarsız hesab edilməsi və Cavabdeh1 tərəfindən dövlətin müstəsna mülkiyyətində olan Cavabdeh2 dənizinin sahilboyu 20-50 metrlik zolağı altında olan tor paq sahəsində əhaliyə iaşə xidmətlərinin göstərilməsi məqsədi ilə müxtəlif tikinti materiallarından istifadə edilməklə tikilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsini xahiş edir. Hazırkı iddia tələbinin bir hissəsi müqavilənin qismən etibarsız hesab olunması ilə bağlıdır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2-ci maddə). İddia predmeti olan əqd ikitərəfli müqavilə şəklində olan əqddir. Əqdlərin (müqavilələrin) etibarsızlığı Mülki Məcəllənin XİV fəslində əksini tapmışdır və etibarsız hesab edilməsi nəzərdə tutulan əqdlər (müqavilələr) Məcəll ənin XİV fəslində 339-349-cu maddələrdə təsbit olunmuşdur. Mübahisə predmeti olan müqavilənin tərəfi olmayan iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı əqdlərin (müqavilələrin) etibarsızlığını nəzərdə tutan Mülki Məcəllənin 339349-cu maddələrində nəzərdə tutulan halların hər hansı birinə əsaslanmamış, həmin halların mövcudluğu apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. İddiaçı hesab edir ki, Cavabdeh2 dövlətin mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq fiziki şəxsin icarəsinə vermişdir. Odur ki, müqavilə Cavabd eh2 dənizinin 20-50 metrlik mühafizə zolağının altına düşən torpaq sahəsinin icarəyə verilməsi hissəsində qismən etibarsız sayılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, torpaq sahəsi mülkiyyət növü dövlət olmaqla Cavabdeh2-nin qanuni istifadəsindədir. Yəni, Cavabdeh2-nin torpaq sahəsinə istifadə hüququ dövlət tərəfindən rəsmi olaraq tanınmışdır. Həmçinin torpaq sahəsi Cavabdeh2-yə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilmişdir. Cavabdeh2 də qanuni istifadəsində olan torpaq sahəsinin bir hissəsini Cavabdeh1 icarəsinə vermişdir. Mütəxəssis və ekspert rəylərinə əsasən, iddiaçı tərəfindən sökülməsi tələb olunan tikililər Cavabdeh2 dənizinin sahilboyu ərazisinin 20-50 metrlik ərazisində yerləşir. Həmin ərazilər Cavabdeh2-yə ayrılmış torpaq sahəsinin hüdu dları daxilindədir...Tikililərdən biri əsaslı (tualet), digər tikililər isə yüngül konstruksiyalı tikililərə aiddir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinin 6-cı hissəsinə görə Cavabdeh2 dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqları dövlət mülkiyyətində olan torpaqlara daxildir. Məcəllənin 46-cı maddəsinin 2-ci bəndinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Cavabdeh1 icarəyə verilən torpaq sahəsi Cavabdeh2 dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında dövlət mülkiyyətində olan torpaqlara d axildir və qanunla müəyyən edilmiş qaydada Cavabdeh2-nin istifadəsinə verilmişdir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndində birinci cümlədə qeyd edilir ki, Cavabdeh2 dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh2-nin qanuni istifadəsindədir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndində ikinci və üçüncü cümlədə qeyd edilir ki, bu maddənin birinc i cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Cavabdeh2 dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gedişgəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. İstifadədə olan torpaq sahəsi cavabdehlər tərəfindən nə hasara alınma yolu ilə, nə də digər üsullarla bağlanılmamış, yaxud gediş-gəliş məhdudlaşdırılmamışdır. Cavabdehlərin istifadəsində olan torpaq sahəsinin h ər hansı üsulla bağlanması və ya təcrid olunması iddiaçı tərəfindən ümumiyyətlə mübahisə də edilməmişdir. Cavabdehlərin Torpaq Məcəlləsinin 46-cı maddəsinin yuxarıda bəhs edilən müddəalarının pozuntusuna yol verməsi təsdiq edilməmişdir. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqay ıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(105)136/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar