Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-87/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-50/2022 saylı qətnaməsindən ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi İ. İŞİN HALLARİ
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2020-ci il 25 dekabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və sonradan “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə müraciət edərək, cavabdehdən 3.436.735,58 manat qalıq borcun, gecikdirilmiş müddət üçün 343.673,55 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 3.780.439,13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 29 dekabr tarixində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2017-ci il 1 fevral tarixli HGC-SB 001/0217 saylı beton alqı-satqısı müqaviləsi və malların satışı üzrə “Distribüter" hüquqlarının verilməsinə dair" 2018-cı il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilə üzrə avans olaraq iddia çıya ödənilmiş 2.206.509,00 manat əsas və 397.171,62 manat ƏDV məbləği olmaqla, cəmi 2.603.680,62 manat məbləğin, 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsasən 1.271.632,66 manat məbləğin uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən çıxan uduş kartları üzrə 110.000 manat məbləğin, istehsalçı günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək daşlaşmasına görə zavoda geri qaytarılmış sement üzrə 158.000 manat məbləğin iddiaçı tərəfindən cavabdehə qaimə vurulmasına baxmayaraq, müştəriyə çatdırılmayan 369.000 manat məbləğin 2019-2020-ci illər üçün iddiaçının əsassız olaraq özündə saxlamaqla istifadə etdiyi məbləğə Mərkəzi Bankın orta uçot dərəcəsi 8%-lə hesablanmaqla 721.970,12 manat dəbbə pulunun, ümumilikdə 5.234.283,4 manat məbləğin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 iyun tarixli e-2-2(113)-780/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir (hakim – Z.Axundova).
4. Cavabdeh 2021-ci il 26 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin qismən - yəni qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı 2021-ci il 30 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) A pellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-50/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddianın rədd edildiyi hissədə ləğv edilmiş, ilk iddia təmin edilərək cavabdehdən 3.436.735,58 manat qalıq borc, gecikdirilmiş müddət üçün 343.673,55 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 3.780.439,13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi; 162 manat ekspertiza xərcinin cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması; qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlan ılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).
7. Qətnamə 2022-ci il 16 noyabr tarixdə proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
8. Cavabdeh 2022-ci il 28 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsi və ilk iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında ba xmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:...” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ ol mayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” İİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
10. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
11. Hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü MPM-in 404-1.1-ci maddəsinə (bax yuxarıda § 9) uyğun olaraq yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət MPM ilə müəyyən edilmiş formada tərtib edilməmişdir.
12. Halbuki MPM-in 407.1-ci maddəsində (bax yuxarıda § 9) kassasiya şikayətinin MPM ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma MPM-ə 3 saylı Əlavədə göstərilmişdir.
13. Belə ki, həmin Əlavədə qeyd edilir ki, kassasiya şikayətinin 5-ci bəndində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
14. Lakin hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğu iddia edilən hüquq normaları sadalansa da, onların qarşısındakı qrafada həmin pozuntulara dair dəlillərin ayrı-ayrılıqda göstərilməsi, bununla bağlı kassatorun mövqeyinin əsaslandırılması əvəzinə, yalnız qanunun müddəalarının mətni qeyd edilmişdir.
15. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 9) tələblərinə uyğun olaraq, kassasiya şik ayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.
16. Göstərilənlərə əsasən cavabdehin kassasiya şikayəti MPM-in 404-1.2-ci maddəsinə (bax yuxarıda § 9) uyğun olaraq, qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
17. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.