Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-87/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Nümayəndə Anonim Şirkətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi, podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı Nümayəndə Anonim Şirkətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya M əhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-872/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı Nümayəndə Anonim Şirkəti (bundan sonra-“iddiaçı”) ilə alıcı Cavabdeh QSC (bundan sonra-“cavabdeh”) arasında 2023-cü il 16 fevral tarixində BMAST xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanaraq, iddiaçı tərəfindən müqaviləyə 1 nömrəli əlavədə nəzərdə tutulmuş malın cavabdehin sifarişi əsasında təchiz edilməsi, cavabdehin malın dəyərini ödəməsi, alıcı bu müqavilə üzrə ödənişi vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,15% həcmdə cərimə ödəməsi (lakin müqavilənin 10%-dən artıq olmamaq şərtilə) razılaşdırılmışdır. Həmin müqaviləyə 1 nömrəli əlavə ilə ƏDV da xil dəyəri 52.156 manat olan 1 ədəd “H130GC” qırıcının satılması təsdiq olunmuş, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə EBCP 041613 nömrəli elektron qaimə göndərilmiş, 2023-cü il 20 fevral tarixində iddiaçı tərəfindən 1 ədəd “H130GC” qırıcı cavabdehə təhvil verilmişdir.
2. İş üzrə olan tərəflər arasında 2023-cü il 23 fevral tarixində BMA-0006/23 nömrəli xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi əsasında və ya qiymət razılaşdırma protokoluna əsasən cavabdehə məxsus müvafiq texnikalara xidmət göstərməyi və ehtiyat hissələri ilə təmin etməyi, cavabdeh isə xidmət və malların haqqını müqavilə üzrə nəzərdə tutulmuş müddətdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşdür.
3. İş üzrə olan tərəflər arasında bağlanmış 2023-cü il 21 fevral tarixli BMA-0006/23 nömrəli xidmət və ehtiyat hissələrinin alqı-satqısı müqaviləsi ilə sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəməyi öhdəsinə götürmüşdür (lakin müqavilənin 10%-dən artıq olmamaq şərtilə).
4. İşdəki elektron qaimələr və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlara əsasən: - 2023-cü il 28 fevral tarixli EBDA 737509 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 915,12 manat, EBDA 738422 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 915,13 manat; - 2023-cü il 2 mart tarixli EBDA 902988 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 144,01 manat, EBDA 903008 nömrəli elektron qaimə ƏDV daxil olm aqla 859,96 manat; - 2023-cü il 14 mart tarixli EBDB 689187 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 912,61 manat, EBDB 687543 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.057,01 manat, - 2023-cü il 28 mart tarixli EBDC 307963 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 566,01 manat; - 2023-cü il 29 mart tarixli EBDC 416290 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.433,68 manat; - 2023-cü il 30 mart tarixli EBDC 601414 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2.494,70 manat; - 2023-cü il 31 mart tarixli EBDC 694933 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.064,37 manat, EBDC 695502 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.064,37 manat; - 2023-cü il 7 aprel tarixli EBDD 070231 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 908,74 manat, EBDD 093059 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 967,36 m anat; - 2023-cü il 16 aprel tarixli EBDD 706700 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 908,74 manat; - 2023-cü il 28 aprel tarixli EBDE 497288 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.124,37 manat; - 2023-cü il 19 may tarixli EBDF 945473 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.064,37 manat, EBDF 965938 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.064,37 manat, EBDF 965542 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.064,37 manat; - 2023-cü il 5 iyun tarixli EBDH 134220 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.468,23 manat, EBDH 149135 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.064,37 manat; - 2023-cü il 12 iyun tarixli EBDH 637120 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 896,97 manat; - 2023-cü il 23 iyun tarixli EBDİ 533114 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.487 manat; - 20 23-cü il 30 iyul tarixli EBDK 966919 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.345,46 manat, EBDK 966914 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.345,45 manat, EBDK 968634 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2.793,16 manat; - 2023-cü il 11 avqust tarixli EBDL 918885 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.064,37 manat; - 2023-cü il 31 avqust tarixli EBDN 281521 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 356,37 manat; - 2023-cü il 4 sentyabr tarixli EBDN 568576 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1.064,36 manat, EBDN 568536 nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1064,36 manat; - 2023-cü il 27 sentyabr tarixli EBDP 253278 nömrəli elektron qaimələr elektron qaimə ƏDV daxil olmaqla 1.064,37 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 33.543,76 manat dəyərində malların təqdim edi lməsi və xidmətlərin göstərilməsinin rəsmiləşdirilməsi üçün iddiaçı tərəfindən cavabdehə təqdim olunmuşdur. 5. 2023-cü il 14 mart tarixli EBDB 687543 nömrəli elektron qaiməyə düzəliş edilmiş, ƏDV daxil olmaqla 868,42 manat dəyərində malların təqdim olunması və xidmətin göstərilməsi üçün təsdiq edilmişdir. 6. 2023-cü il 14 mart tarixli EBDB 687543 nömrəli elektron qaiməyə edilən düzəlişdən sonra malların təqdim olunması və xidmətlərin göstərilməsinin rəsmiləşdirilmiş qaimələrin ümumilikdə dəyəri ƏDV daxil olmaqla, 33.355,17 manat təşkil etmişdir. 7. 2023-cü il 14 mart tarixli EBDB 687543 nömrəli elektron qaimə “düzəlişdən imtina/təsdiqlənmiş” statusunda, qalan bütün elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır. 8. 2023-cü il 13 yanvar-2023-cü il 14 fevral tarixlərdə hazı rkı mübahisənin predmetini təşkil etməyən ümumi dəyəri 894.617,06 manat olan EBCM 923258, EBCM 923456, EBCN 954131, EBCO 864615 nömrəli elektron qaimələr təqdim olunmuş, onlardan 1-i təsdiqlənmiş, 3-ü “sistem tərəfindən təsdiqlənmiş” statusundadır (mal-materialın cavabdehin adına qeydə alınan çıxış qaimələri). 9. 2023-cü ilin fevral-avqust aylarında müxtəlif çeşiddə və miqdarda mallar ad, soyad və telefon nömrələri qeyd olunan ayrı-ayrı şəxslər tərəfindən qəbul edilmişdir (malmaterialın cavabdehin adına qeydə alınan çıxış qaimələri).
10. Bank hesabı və ƏDV sub-hesabından çıxarışlardan elektron qaimələrə istinad olunaraq ödənişlər edildiyi müəyyən olunmuşdur.
11. İddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubu ünvanlanaraq, 2023-cü il 16 fevral-2023-cü il 4 sentyabr tarixləri əha tə edən elektron qaimələr üzrə 84.635,46 manat borcun ödənilməsi tələb olunmuşdur. Onlayn kargüzarlıq sistemindən çıxarışdan pretenziya məktubunun 2023-cü il 19 dekabr tarixində cavabdehə göndərildiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən X1 Sistemi vasitəsilə 2023-cü il 20 dekabr tarixində iddiaçıya ünvanlanmış cavab məktubundan cavabdehin rəhbərliyinin iddiaçıya olan borcu qısa zamanda ödəniləcəyini bildirdiyi müəyyən edilmişdir.
12. İddiaçının əməkdaşı ilə “X2/Ofeliya” arasında “whatsapp” yazışmaları mövcud olmuş, iddiaçı tərəfindən 2024-cü il 1 mart tarixində müraciət olunaraq borcun üzləşdirilməsinə hansı şəxsin baxdığı dəqiqləşdirilmiş, 2024-cü il 5 mart tarixində təsdiq cavabından sonra iddiaçının əməkdaşı tərəfindən il sonuna qalıq borcun 85.699,83 manat olduğunun dəqiqləşdiril məsi üçün müraciət olunmuş, “baş mühasibimizə bildirdim, 85.511,15 manat ƏDV daxil” cavabı verilmiş, üzləşmə aktının təqdim olunması üçün elektron poçt ünvanı tələb olunmuş, cavab olaraq “Elektron ünvan ” elektron poçtu təqdim olunmuşdur.
13. İddiaçının məhkəməyə təqdim etdiyi elektron poçtdan çıxarışdan 2024-cü il 12 mart tarixində “Elektron ünvan ” ünvanına üzləşmə aktının göndərildiyi müəyyən edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı 2024-cü il 10 yanvar tarixində cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, 13.044,09 manat ƏDV daxil 85.511,24 manat əsas borc və 7.172 manat cərimə borcu olmaqla, ümumilikdə 92.683,24 manat pul və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, qeyd olunan qaimələr üzrə 72.467,15 manat əsas borc və 13.044,09 manat ƏDV borcu olmaqla, ümumilikdə 85.511,24 manat borc cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Tərəflər arasında imzalanmış 2023-cü il 16 fevral tarixli BMAST 16/02/23 nömrəli alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən, alıcı bu müqavilə üzrə ödənişi vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,15% həcmdə cərimə ödəyir (lakin müqavilənin 10%-dən artıq olmamaq şərtilə). 2023-cü il 21 fevral tarixli BMA-0006/23 nömrəli xidmət və ehtiyat hissələrinin alqı-satqısı müqaviləsinin 7.1-ci bəndinə əsasən, sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə, hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində cərimə ödəyir (lakin müqavilənin 10%-dən artıq olmamaq şərtilə). Hər iki müqavilə üzrə gecikmə müddəti 275 gün təşkil etmişdir. Bu da gecikmə cəriməsi olaraq müqavilənin 10%-dən artıq edir. Belə olan halda gecikmə cəriməsi yuxarıda qeyd olunan qaimələr üzrə əsas borc məbləğinin 10%-ni təşkil edəcəkdir. Beləliklə, gecikmə cəriməsi 7.172 manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı həm onlayn kargüzarlıq vasitəsilə, həm də rəsmi poçt vasitəsilə pretenziya göndərilmiş, cavabdeh tərəfindən qəbul edilmiş, lakin borc ödənilməmişdir. Cavabdehə 2023-cü il 2 oktyabr tarixində mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmi ş, cavabdeh tərəfindən qəbul olunmuş, 2023-cü il 19 oktyabr tarixində mediasiya təşkilatına müraciət edilmiş, mediasiyaya dəvət məktubu göndərilmiş, 2023-cü il 7 noyabr tarixinə təyin olunmuş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, mediator tərəfindən 2023-cü il 7 noyabr tarixli MŞB/2-03784 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuş, 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
16. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsində 2023-cü il 13 yanvar və 2023-cü il 21 fevral tarixli müqavilələrə istinad olunsa da, 2023-cü il 13 yanvar tarixli müqavilə işə əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış və işdə olan 2023-cü il 16 fevral və 2023-cü il 21 fevral tarixli müqavilələrin 1.1-ci bəndinə görə, mal lar sifariş və qiymət razılaşması əsasında verilir. Müqavilələrin 2.2 və 3.1-ci bəndlərinə görə, mallar təhvil-təslim aktına əsasən təhvil verilir. İddiaya elektron qaimələr əlavə olunsa da, malların təhvili və qiymət razılaşması barədə 52.156 manat dəyərində qırıcıya aid sənəd mövcud olmuş, qalan malların təhvili və qiymət razılaşması barədə sənəd işdə mövcud olmamışdır. Eyni məbləğə, eyni mallara dair bəzi qaimələr təkrar gəlmişdir. Məhkəmə icraatında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin cavabdehlə hər hansı əlaqəsi mövcud olmamaqla, mötəbər sənədlər olmamışlar.
17. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 8 aprel tarixli e-2-2(113)-1014/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 13.044,08 manat ƏDV daxil olmaqla 85.511,17 manat əsas borc, 4.000 m anat cərimə borcu olmaqla, ümumilikdə 89.511,17 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim N.Əhmədova).
18. Birinci instansiya məhkəməsi, məhkəmənin hazırki iş üzrə beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı qeyd etmişdir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi normalardan irəli gəlmişdir. Belə ki, həmin normalara əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli o lan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır.
19. Tərəflər arasında bağlanmış 2023-cü il 16 fevral tarixli müqavilənin 2023-cü il 11 və 21 fevral tarixli müqavilənin 8-ci bəndlərində tərəflər tətbiq ediləcək maddi hüquq normaları barədə razılığa gələrək Azərbaycan Respublikasının qanunvericiliyini seçmişlər. İddiaçı da iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – “MM”) istinad etmişdir. Odur ki, məhkəmə hazırkı işə baxmağa səlahiyyətli olmuş və mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunması qənaətinə gəlmişdir.
20. Məhkəmə alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı iddianı əsas borcun tutulması hissəsində qismən- 85.511,17 manat pulun tutulması hissəsində ə saslı hesab edərək qeyd etmişdir ki, cavabdeh elektron iddia ərizəsində 2023-cü il 13 yanvar tarixli müqaviləyə istinad olunduğunu etirazının əsaslarından biri olaraq qeyd etmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının elektron kabinet vasitəsi ilə iddia ərizəsinin kağız daşıyıcıda olan formatda təqdim olunan surətində 2023-cü il 16 fevral tarixli müqaviləyə istinad olunmuşdur. İddiaçının nümayəndəsi də elektron iddia ərizəsində texniki yanlışlığa yol verildiyini bildirmişdir. 21. 2023-cü il 16 fevral tarixli BMAST xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən 52.156 manat dəyərində malın təqdim olunması işin sübutlarla və tərəflərin izahatı ilə təsdiq olunan mübahisəsiz halı olmuşdur. İşin mübahisəli halı 2023-cü il 23 fevral tarixli BMA-0006/23 nömrəli xidmət və ehtiy at hissələrinin alqı-satqı müqaviləsi üzrə malların təqdim edilməsi və xidmətlərin göstərilməsi ilə bağlı olmuşdur. Belə olan halda məhkəmə tərəfindən müəyyən edilməli olan hal 2023-cü il 23 fevral tarixli BMA-0006/23 nömrəli xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə malların təqdim olunubolunmaması və xidmətlərin göstərilib-göstərilməməsindən ibarət olmuşdur.
22. Məhkəmə göstərmişdir ki, işin müəyyən edilməli olan halları üzrə sübutlara qiymət verilərkən, tərəflərin müqavilədə razılaşdırdıqları şərtlərə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla qiymət veriləcəkdir.
23. Təqdim olunan sənədlərdən görünür ki, tərəflər arasında hazırkı mübahisənin predmetini təşkil edən müqavilələrdən əvvəl başqa müqavilə üzrə işgüzar münasibətlər olmuş, tərəflər arasında dövriyyə hazırkı mübahisə üzrə tələb olunan məbləğdən dəfələrlə artıq olmuşdur. Müqavilə üzrə təqdim olunan və dəyəri ödənilən elektron qaimələrin əsaslı hissəsinin “sistem tərəfindən təsdiqlənmiş” statusunda olması, həmçinin hazırkı iş üzrə tələb olunan məbləğin əsas hissəsini təşkil edən 2023-cü il 16 fevral tarixli BMAST xx/xx/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən təqdim olunan 52.156 manat mala dair təqdim olunan elektron qaimənin də “sistem tərəfindən təsdiqlənmiş” statusunda olduğu müəyyən edilmişdir.
24. Cavabdehin 2023-cü il 16 fevral tarixli müqavilə üzrə malın təhvil-təslim aktı əsasında təqdim olunmasına istinad edərək, 2023-cü il 21 fevral tarixli müqavilə üzrə malın təqdim edilməməsinə dair mövqeyi əsassı z olmuşdur. Belə ki, 2023-cü il 16 fevral tarixli müqavilə 1 malın təqdim olunması üçün bağlansa da, 2023-cü il 21 fevral tarixli müqavilə texnikalara xidmətlərin göstərilməsi və ehtiyat hissələrinin təqdim olunması üçün bağlanmışdır. Ayrı-ayrı texnikalara müxtəlif vaxtlarda xidmətlərin göstərildiyini, ehtiyat hissələrinin müxtəlif vaxtlarda təqdim edildiyini, hüquqi şəxsin möhürünün anbardan çıxış sənədlərində adları qeyd olunan bütün əməkdaşlarda olmaq ehtimalının həm say etibarilə, həm də möhürün məsul şəxslərdə saxlanılmalı olması səbəbindən mümkün olmadığı nəzərə alındıqda, bütün təhvil-təslim sənədlərinin cavabdehin möhürü ilə təsdiq edilməsi ağlabatan olmamışdır. İddiaçının anbar çıxış sənədlərindən görünür ki, təhvil-təslim adi qaydada həyata keçirilmişdir. Cavabdeh anbar çıxış s ənədlərində adları qeyd olunan şəxslərin əməkdaşı (nümayəndəsi) olmadığına dair əsaslı etiraz təqdim etməmişdir.
25. Digər tərəfdən, 2023-cü il 14 mart tarixli EBDB 687543 nömrəli elektron qaimə 1.057,01 manat mal və xidmət üçün rəsmiləşdirilmiş, daha sonra düzəliş edilərək 868,42 manat kimi təsdiqlənmişdir. Göründüyü kimi, məhkəmə icraatında bildirdiklərinin əksinə olaraq cavabdeh elektron vergi sistemini sayıq nəzarətində saxlamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, 2023-cü il 21 fevral tarixli müqavilə üzrə malların təqdim edilməsi və xidmətlərin göstərilməsi malların anbardan çıxış sənədinin tərəflərin əməkdaşları tərəfindən imzalanması və elektron qaimələrin təqdim olunması ilə rəsmiləşdirilmişdir.
26. İddiaçı tərəfindən cavabdehə göndərilən pretenziya məktubundan görünür ki, 2023-c ü il 16 fevral-2023-cü il 4 sentyabr tarixləri əhatə edən elektron qaimələr üzrə 84.635,46 manat borcun ödənilməsi tələb olunmuş, cavabdeh tərəfindən X1 Sistemi vasitəsilə 2023-cü il 20 dekabr tarixində iddiaçıya ünvanlanmış cavab məktubundan cavabdehin rəhbərliyinin iddiaçıya olan borcu qısa zamanda ödəniləcəyini bildirdiyi görünür. Məhkəmənin cavabdehin qeyd olunan cavab məktubu üzrə dəqiqləşdirici suallarına cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, qeyd olunan cavab ümumi xarakterlidir. İddiaçının pretenziya məktubunda elektron qaimələrə istinad edərək (2023-cü il 23 sentyabr tarixli elektron qaimə istisna olmaqla) borc məbləğlərini ayrı-ayrılıqda qeyd etdiyi nəzərə alındıqda, cavabdehin nümayəndəsi və vəkilinin qeyd olunan mövqeyi əsassız olmuşdur.
27. Məhkəmə iddiaçının təqdi m etdiyi “whatsapp” yazışmaları və elektron poçtdan çıxarışa münasibət bildirilməsini (etirazın olub-olmaması) cavabdeh tərəfə təklif etmiş, nümayəndə və vəkil vaxt qısa olduğundan aydınlaşdıra bilmədiyini qeyd etmişdir. Halbuki, qeyd olunan sənədlər 2024-cü il 12 mart tarixindən elektron kabinet vasitəsi ilə təqdim edilmiş, cavabdeh tərəfin həmin sübutlara münasibət bildirməsi üçün kifayət qədər vaxtı olmuşdur. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən etmişdir ki, iddiaçı tərəfindən 2023-cü il 23 fevral tarixli BMA-0006/23 nömrəli xidmət və ehtiyat hissələrinin alqı-satqı müqaviləsi üzrə cavabdehə ƏDV daxil olmaqla 33.355,17 manat dəyərində mallar təqdim olunmuş və xidmətlər göstər ilmişdir.
28. İddiaçı alqı-satqı və xidmət müqaviləsinə əsasən pulun tutulmasını xahiş etmişdir. Mülki qanunvericilikdə alqı-satqı müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən konkret normalar olsa da, “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə hesab etmişdir ki, MM-in 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyil. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Qeyd olunanlara əsasl anan və işin hallarını nəzərə alan məhkəmə xidmət müqaviləsi üzrə pulun tutulması ilə bağlı hissədə MM-in podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılması qənaətinə gəlmişdir. Bu baxımdan iddia tələblərinin qanuni əsasını MM-in 600.4 və 752.1-ci maddələri təşkil etmişdir.
29. İddiaçı müqavilələr üzrə öz üzərinə düşən öhdəliyi icra edərək, malları təqdim etmiş, xidmətləri həyata keçirmiş, cavabdeh isə həmin malların və xidmətlərin dəyərini ona ödəməmişdir. İddiaçı isə qanunvericiliyin tələblərinə uyğun olaraq hüququnu realizə etmiş, təqdim etdiyi malların və göstərdiyi xidmətlərin dəyərini tələb etmişdir. Beləliklə, məhkəmə alqı-satqı və xidmət müqavilələri üzrə əşyanın və xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdehin müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməsi qənaətinə gəlmişdir.
30. Göstərilənləri nəzərə alan məhkəmə iddia tələbinin əsas borcun tutulması hissəsində qismən təmin olunması, 13.044,08 manat ƏDV daxil 85.511,17 manat (2023-cü il 16 fevral tarixli müqavilə üzrə 7.956 ƏDV daxil 52.156 manat və 2023-cü il 23 fevral tarixli müqavilə üzrə 5.088,08 manat ƏDV daxil 33.355,17) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
31. Məhkəmə alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbində 7.172 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir. Borcu n lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin mübahisə məhkəməyəqədər mərhələsində və yaxud mediasiya mərhələsində həll olunmamışdır. Eyni zamanda məhkəmə nəzərə almışdır ki, alqı-satqı müqaviləsi üzrə mallar 2023-cü ilin fevral ayından başlayaraq təhvil verilməsinə və cavabdeh tərəfindən ödəniş edilməməsinə baxmayaraq, iddiaçı da uzun müddət sonra, yəni 2024-cü il 10 yanvar tarixində məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındıqda, məhkəmə cərimə məbləğinin 4.000 manat müəyyən olunmasını ağlabatan və ədalətli hesab etmişdir.
32. Məhkəmə gəldiyi nəticəni MM-in 425, 442, 448.1, 448.2, 462.1, 467, 600.4 və 752.1 maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2021-ci il 28 iyul tarixli Qərarına, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2023cü il 14 dekabr tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5 və 5.10-cu bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM ”) 14.1, 14.2, 77.1, 439.1, 443.0.2 və 443.0.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
33. Cavabdeh həmin qətnamə dən verdiyi apellyasiya şikayətində, onun cavabdehdən 52.156 manat borcun tutulmasından başqa qalan hissədə ləğv olunması, iddianın qalan hissədə rədd olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 2-2(103)-872/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər R.Qurbanov və V.Baxışova).
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeləri ilə razılaşaraq bildirmişdir ki, iddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmiş, belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən c avabdehin üzərində olmuşdur. Hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Məhkəmə şikayətdə qeyd olunan dəlillər üzrə xüsusatların öz təsdiqini tapmadığından, əsassız hesab edilməsi qənaətinə gəlmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiaya etirazda irəli sürdüyündən, birinci instansiya məhkəməsi həmin dəlillərə münasibət bildirdiyindən, yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görməmişdir.
37. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 443.1, 448.1, 567, 568.1, 579.1 və 600.4-cü maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
38. Cavabdeh tərəfindən həmin qətnamədən verilən kassasiya şikayətində, cavabdehdən 52.156 manat borcun tutulmasından başqa qalan hissədə ləğv olunması, iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. MM-in 385.1-ci maddəsi üzrə - İddia tələbi üzrə 85.511,24 manat əsas borca dair olsa və elektron qaimələr əlavə edilsə də, malların təhvili və qiymət razılaşması barədə 52.156,0 manat dəyərində qırıcıya aid sənəd mövcuddur. Qalan malların təhvili və qiymət razılaşması barədə sənəd isə işdə mövcud deyil. Eyni məbləğə, eyni mallara dair bəzi qaimələr təkrar gəlmişdir. İşdə olan tərəflər arasında bağlanmış 2023-cü il 16 fevral və 2023-cü il 21 fevral tarixli müqavilələrin 1.1-ci bəndinə görə, mallar sifariş və qiymət razılaşması əsasında verilir. Mall ar təhvil-təslim aktına əsasən təhvil verilir (müqavilələrin 2.2-ci və 3.1-ci bəndləri). İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər də cavabdehlə hər hansı əlaqəsi mövcud olmamaqla, mötəbər təsdiq edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktını mübahisələndirilən hissədə yoxlamışdır. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq n ormalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... ” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı m üqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
44. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 46. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
47. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir.
48. Məhkəmə kollegiyası iddiaçı tərəfindən hazırkı kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda §20-30, 35-36). Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mül ki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
50. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 3 oktyabr tarixli 22(103)-872/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv