Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-88/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı xxx1 MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: proqram təminatı üzrə xidmət müqaviləsi, öhdəliklərin icrası, təhviltəslim, borc Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, cavabdeh "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-1028/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 17 sentyabr tarixdə satıcı İddiaç ı2 MMC (bundan sonra – iddiaçı) və alıcı Cavabdeh MMC (bundan sonra – cavabdeh) arasında M-AdpMil-0919 saylı alğı-satqı müqaviləsi (bundan sonra– Müqavilə) bağlanmışdır. Müqavilənin predmetini iddiaçı tərəfindən biznes proseslərin avtomatlaşdırılması, anbarın və sənəd dövriyyəsinin idarə edilməsi, proqram təminatının cavabdehin istifadəsinə verilməsi, tətbiqi və gələcəkdə həmin proqram təminatları ilə bağlı dəstəyin təmin olunması, cavabdeh tərəfindən isə həmin proqram təminatına və xidmətə görə müəyyənləşdirilmiş pul məbləğinin razılaşdırılmış müddətlərdə satıcıya ödənilməsi təşkil etmişdir.
2. Müqavilənin 2-ci bəndinə əsasən, biznes proseslərin avtomatlaşdırılması proqram təminatının dəyəri vergilər daxil olmaqla 60.000 manat, anbarın idarə edilməsi proqram təminatının dəyəri vergilər da xil olmaqla 25.000 manat, sənəd dövriyyəsinin idarə edilməsi proqram təminatının dəyəri vergilər daxil olmaqla 95.000 manat müəyyən edilmiş, Müqavilə üzrə görüləcək işlərin ümumi razılaşdırılmış dəyəri 180.000 manat təşkil etmişdir. 3. 2019-cu il 27 noyabr tarixli, 070212 nömrəli elektron qaimə fakturaya görə Müqavilə əsasın iddiaçı tərəfindən cavabdehə 45.000 manat dəyərinə xidmət göstərilmişdir. 4. 2020-ci il 20 fevral tarixli, EBAG seriyalı, 649738 saylı elektron qaimə fakturaya görə Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 45.000 manat dəyərində xidmət göstərilmişdir.
5. Tərəflər arasında 2019-2020-ci illər ərzində müxtəlif tarixlərdə müqavilənin predmeti üzrə xidmətlərin göstərilməsi və testlərin uğurla keçirilməsinə dair, habelə digər texniki dəstəklə bağlı danışıqlar aparılmış dır (iş.v 90-113). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı 2020-ci il 3 noyabr tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 90.000 manat əsas, 6300 manat cərimə borcunun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 96.330 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Müqavilədə nəzərdə tutulmuş ödəniş qrafikinə uyğun olaraq görüləcək işlər üçün ümumi 180.000 manat məbləğdən cavabdeh avans olaraq 90.000 manat ödəniş etmiş, işlərin təhvil verilməsinə dair aktın ikitərəfli qaydada imzalanmasından sonra ödənilməsi nəzərdə tutulmuş 90.000 manatı isə ödəməmişdir. Halbuki, keyfiyyə tlə tamamlanmış işlərin təhvil-təslim edilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı məlumat verilməklə 2020-ci il 24 aprel tarixli təhvil-təslim aktı da təqdim olunmuşdur.
8. Daha sonra, ilk iddia tələbi üzrə cavabdeh məhkəməyə 2021-ci il 12 fevral tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edərək Müqavilənin ləğv edilməsi və ilk iddia tələbi üzrə iddiaçıya ödənilmiş 90.000 manat vəsaitin vurulmuş zərər hesab edilərək ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi üzrə iddiaçı Müqavilə üzrə görməli olduğu proqram təminatı işlərini keyfiyyətli formada hazırlamamış, işlərin hər dəfə təhvili zamanı problemlər meydana çıxmış, işin keyfiyyətli formada hazırlanması üçün şərait yaradılsa da, Müqavi lə üzrə öhdəliklərini şərtləşdirilmiş formadaki səviyyədə yerinə yetirməmişdir. Bu isə, cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqəli biznesin avtomatlaşdırılması işlərinin ləngiməsinə gətirib çıxarmışdır. İddiaçıya Müqavilənin ləğvi ilə bağlı pretenziya göndərilsə də, iddiaçı Müqavilənin ləğvindən imtina, habelə lazımi səviyyədə icra etmədiyi işlərə görə də ödəniş olunmasını tələb etmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 may tarixli, e-2-2(113)-418/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən – cavabdehdən 90.000 manat əsas borcun, 630 manat cərimə pulunun və 20 manat dövlət rüsumunun, cəmi 90.650 manat vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, ilk iddia tələbi qalan hissədə, qarşılıqlı iddia tələbi isə tam olaraq rədd olunmuşdur.
11. Həmin məhkə mə bildirmişdir ki, məhkəmə araşdırması zamanı Müqavilə üzrə satıcı olan ilk iddia tələbi üzrə iddiaçı tərəfindən yararsız və keyfiyyətsiz xidmətin göstərilməsi və müqavilə predmetinin işlək vəziyyətdə olmaması öz təsdiqini tapmamış, ilk iddia tələbi üzrə cavabdeh Müqavilə predmetinin təhvil alınmamasına dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu isə, cavabdehin Müqavilə üzrə üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsindən qəsdən boyun qaçırılması kimi qiymətləndirilmişdir. Məhkəmə hesab etmişdir ki, borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan ilk iddia tələbi üzrə iddiaçı cərimənin ödənilməsini tələb etməkdə də haqlı olmuşdur. Məhkəmə büt ün əsaslı mənafeləri və cərimənin əsas borc məbləğinə nisbətini nəzərə alaraq tənasübsüz surətdə yüksək cəriməni azaldaraq 630 manat məbləğində müəyyən etmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 443.1, 445.2.1, 448.1, 587.2.1, 462.1, 467, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-1028/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov, V.Baxışova).
15. Apellyasiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş əsaslara istinad etməklə onun gəldiyi nəticə ilə razılaşmış və bildirmişdir ki, mübahisəli borcun yaranması və məbləği alğı-satqı müqaviləsi, elektron qaimələr, avansın ödənilməsi və sonradan mübahisə edilməməsi tərəflər arasında aparılmış elektron yazışmalarla təsdiqini tapmışdır. Cavabdeh apellyasiya şikayətində Müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini, iddiaçıya borcunun yaranmadığını, 630 manat cərimə borcunu mübahisələndirməmiş, yalnız ümumi sözlərlə malın qüs urlarına istinad etməyə çalışmışdır. Lakin, cavabdeh qüsurların konkret olaraq nədən ibarət olduğunu konkretləşdirməmiş, bununla bağlı mötəbər sübutlarını təqdim etməmişdir. Cavabdehin bu dəlili həmçinin birinci instansiya məhkəməsində dinlənilmiş mütəxəssisin həmin məsələyə dair bildirdiyi münasibəti ilə tam təkzib olunmuşdur.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 421.1, 421.2, 427.3, 442, 448.1, 448.2, 567, 581.1, 588.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 3.9-cu bəndinə, MPM-in 14.2, 77.1-ci maddələrinə instinad etməklə əsaslandırmışdır.
17. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 27 sentyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə iddiaçı və cavabdehin nümayəndə və vəkillərinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
18. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin mövcud sübutlara və hallara qiymət verilərək düzgün və obyektiv araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh iddiaçıya işlərin qəbul edilməsinin mümkünsüz olduğunu bildirmişdir. Belə ki, iddiaçı cavabdehin ondan gözlədiyi işi hazırlaya bilməmişdir. Məhkəmə isə mütəxəssisin fikrinə əsaslanmaqla iddiaçının işində olan qüsu rların digər xidmət müqaviləsi çərçivəsində həll oluna biləcəyi nəticəsinə gəlmişdir. Halbuki, hər bir müqavilənin öz məqsədi və təyinatı olur və iddiaçı Müqavilə üzrə işlərini qüsursuz yekunlaşdırmalı idi. Əgər cavabdeh proqram təminatının onun tələbinə uyğun icra olunmayacağını qabaqcadan bilsəydi Müqaviləni imzalamaqdan imtina edərdi. İddiaçı tərəfindən cavabdeh üçün müəyyən elektron virtual platformalar yığılsa da, həmin görülmüş işlərin təhvil təslimi zamanı hər dəfə müəyyən qüsurlar meydana gəlmişdir. Ortaya çıxan qüsurlar hər dəfə cavabdehin xəbərdarlığı ilə aradan qaldırılır, lakin bu uzun müddət çəkdiyindən narazılığa səbəb olurdu. Bu səbəbdən, məhkəmə tərəflərin görülmüş işlərlə bağlı apardığı testlərin uğursuz nəticələrini məhz şəraitin dəyişməsi kimi nəzərə almalı idi. Belə ki, testlərin nəticələri uğursuz olduğundan cavabdeh Müqavilənin ləğvi tələbi ilə çıxış etmişdir. Cavabdeh hesab edir ki, o Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
20. Cavabdeh hesab edir ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Belə ki, cavabdehin təhvil-təslim aktını imzalamayıb Müqavilənin ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi verməsi də işlərin lazımi səviyyədə olmadığının göstəricisidir. İddiaçı tərəfindən Müqavilə üzrə öhdəlikləri lazmi səviyyədə icra olunsaydı cavabdeh təhvil-təslim aktını imzalayaraq işləri təhvil alardı.
21. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 421, 422, 441.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazında bildirmişdir ki, cavabdeh kassasiya şikayətinin dəlillərini sübut edən hər hansı sənədlərə, yazışmalara və digər sübutlara istinad etmədən həqiqəti əks etdirməyən fərziyyələr irəli sürmüşdür. Belə ki, iddiaçı tərəfindən Müqavilə üzrə öhdəlikləri lazımi səviyyədə icra olunmuş və cavabdehin əməkdaşlarına bununla bağlı məlumatlar verilmiş, cavabdehin əməkdaşları proqram təminatı xidmətinin sonlanmasını etiraf etmiş, proqram təminatı xidmətinin təhvil verilməməsinin səbəbi kimi cavabdeh tərəfindən serverlərin alınmaması müəyyən edilmiş və tez bir zamanda bu məsələnin cavabdeh tərəfindən həll ediləcəyi razılaşdırılmışdır. Lakin, cavabdeh Müqavilə üzrə öhdəliklərinin icrasından yayınmışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlə rdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə
445. Borclunun icranı gecikdirməsi 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi anda n tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyas ı məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
28. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
29. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdeh üçün müəyyən elektron virtual platformalar yığılsa da, həmin görülmüş işl ərin təhvil təslimi zamanı hər dəfə müəyyən qüsurlar meydana gəlmiş, cavabdeh müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdeh hesab etmişdir ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından tərəflər arasında 2019-cu il 17 sentyabr tarixli, M-AdpMil-0919 saylı alğı-satqı müqaviləsinin bağlandığı müəyyən olunmuşdur (bax §1). 31. 2019-cu il 27 noyabr tarixli EBAD 070212 nömrəli elektron qaiməyə görə, iddiaçı tərəfindən cavabdehə M-AdpMil-0919 nömrəli müqavilə əsasında 45.000 manat, 2020-ci il 20 fevral tarixli EBAG 649738 nömrəli elektron qaiməyə əsasən eyni müqavilə əsasında 45.000 manat dəyərində xidmət göstərilmişdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin görülmüş işləri qəbul edərək iddiaçı tər əfindən işlərin tam və ya natamam görülməsinə hər-hansı irad bildirmədiyinə dəlalət edir.
33. Həmçinin, tərəflər arasında bağlanmış alğı-satqı müqavilənin 9.1-ci bəndinə əsasən, müqavilənin icrası müddətində “alıcı” aşkar olunmuş qüsurlar haqqında “satıcı”ya dərhal bildiriş verməlidir. Hazırki halda isə, cavabdeh tərəfindən belə bildiriş elektron qaimələr göndərildikdən sonra dərhal deyil, işin icrası yekunlaşdıqdan sonra 2021-ci il 25 yanvar tarixdə iddiaçıya göndərilmişdir.
34. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılan zaman Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisi E.N.Talıbov işlərin görülməsinin vəziyyəti barədə aparmış olduğu araşdırmanın nəticəsi olaraq öz izahatında iddiaçının qarşısına qoyulmuş texniki tapşırıq üzrə ümumi şərtlə rin tam yerinə yetirildiyini, yerdə qalan xırda məsələlərin yoxlanış müddəti ərzində aradan qaldırıla biləcəyini qeyd etmişdir (iş.v 140).
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehə müqaviləyə uyğun gəlməyən xidmət göstərməsi və iddiaçının müqaviləni əhəmiyyətli dərəcədə pozaraq cavabdehə zərər vurması və onu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.
36. MPM-in tələblərinə görə cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verməyə haqlıdır (MPM-in 154.1, 155.1-ci maddələri). Qanunvericilik qarşılıqlı iddia ərizəsinin verilməsini hüququn müdafiəsi vasitəsi kimi müəyyən etsə də, cavabdeh qarşılıqlı iddia ərizəsinin iddia çının iddia tələbinin dəlillərini təkzib edən sübut kimi qəbul olunmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik qarşılıqlı iddia ərizəsinin sübut qismində nəzərə alınmasını müəyyən etmədiyindən, aşağı instansiya məhkəmələri qarşılıqlı iddia ərizəsini sübut qismində qiymətləndirməməkdə haqlı olmuşdurlar. Cavabdehin hüququnun pozulduğunu zənn etdiyi təqdirdə hüquqlarının bərpası məqsədilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ da mövcud olmuş, lakin cavabdeh yalnız iddiaçı tərəfindən məhkəməyə müraciət olunduqdan sonra qarşılıqlı iddia ərizəsini təqdim etmişdir.
37. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəy yən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
38. Bu maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
39. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabə rlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
40. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
41. Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəm ə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə dəlillərinin əsasını təşkil edən mötəbər sübutları aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.
43. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
44. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)1028/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
45. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas2iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 sentyabr tarixli, 2-2(103)-1028/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q