Məhkəmə qərarları › İş №2-2(102)-89/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-89/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-89/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı-nın Cavabdeh İB-nə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-89/21 Bakı şəhəri 18 may 2021-ci il 18.05.2021 Açar sözlər: hesablanmış borcun silinməsi və dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Bəhmən Qəribov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, Cavabdeh İB-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı-nın vəkili Fuad Şirinov və Cavabdeh İB-nin nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 sentyabr 2020-ci il tarix li, 2-2(105)-140/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh İB-nə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz və əsassız olaraq hesablanmış 459.986 manat borc pulun silinməsi və dəymiş zərərin əvəzi olaraq 100.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 2017-ci ilin yanvar ayında cavabdehin əməkdaşları tərəfindən xəbərdarlıq edilmədən və hər-hansı akt tərtib edilmədən iddiaçıya məxsus sayğac çıxarılmış, iki aydan sonra yerinə qaytarıldıqda isə sayğac düzgün işləməmiş, ziddiyyətli və düzgün olmayan formada borc hesablanmışdır. İddiaçıya 201 7-ci ilin yanvar və aprel aylarında və 2018-ci ilin aprel ayınadək 459,986 manat borc hesablanmış, lakin həmin borcun hesablanma qaydası barədə məlumat verilməmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçıya məxsus sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılaraq İTRİ-yə göndərilmiş, sayğacın olmadığı dövr üçün qaz sərfiyyatı tərəflərin razılığı əsasında əvvəlki ilin eyni dövrünü əhatə edən sərfiyyata uyğun hesablanmışdır. Belə ki, idiaçı tərəfindən 2016-cı il ərzində 3.704.237 kub metr qaz istifadə olunmuş, istifadə olunmuş qazın dəyəri 447.763,40 manat təşkil etmişdir. 2017-ci ildə 3.963.017 kub metr qazdan istifadə edildiyi kimi müəyyən olunmuşdur. 2017-ci il ərzində istifadə olunmuş qazın dəyəri isə Tarif şurasının qərarına əsasən, qeyri-əhali abonentləri üçün qazın hər kub metrinə görə hesablamanın 0,10 qəpikdən 0,20 qəpiyə artırılması səbəbindən 792.403,40 manat təşkil etmişdir. 2018-ci ilə münasibətdə iddiaçıya məxsus sayğacın göstəriciləri onun nümayəndələrinin iştirakı ilə götürülərək aktlaşdırıldıqdan sonra hesab vərəqəsinə işlənilmiş və iddiaçının buna etirazı olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2-2(82)93/2019 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi qismən – qanunsuz və əsassız olaraq hesablanmış 317.476,02 manat borcun silinməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, qazdan istifadə qaydalarının tələblərinə görə sayğacın olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sa yğacın çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması təsbit edildiyi halda, cavabdeh tərəfindən hesablamalar əvvəlki ayın deyil, əvvəlki ilin müvafiq dövrünə əsasən aparılmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında hesab faktura təqdim edərək borcun bir hissəsini etiraf edib qəbul etmiş, 317476,02 manat borcun silinməsini xahiş edtmişdir. İddiaçı ona zərərin dəydiyini bildirsə də, bunu sübuta yetirə bilməmişdir, həmin zərərin nə ilə ifadə olunmasını göstərə bilməmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2-2(103)-228/2019 saylı qətnaməsi ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə T ağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmaqla iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2019-cu il tarixli, 2-2(102)-512/2019 saylı qərarı ilə (sədrlik edən Zakir Quliyev, hakimlər Azər Hüseynov və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məkhəməsi qətnamədə mübahisələndirilən borcun hansı dövrə görə hesablandığının müəyyən edilmədiyini göstərmiş. Lakin, həmin borcun hansı dövrə görə hesablanması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış, iddiaçı tərəfindən olunan ödənişlərin apellyasiya məhkəməsi tərəfindən nəzərə alınıb-alınmaması bəlli olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı qaz sayğacının 2017-ci ilin yanvar ayında heç bir səbəb olmadan cavabdeh tərəfindən götürülüb aparıldığını, 2017-ci ilin yanvar-fevral aylarında müəssisədə sayğacın olmadığını və yalnız 2017-ci ilin mart ayında yerinə qoyulduğunu bildirmiş, apellyasiya məhkəməsi isə mübahisənin düzgün həll edilməsi üçün böyük əhəmiyyət kəsb edən bu halı araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2-2(103)-140/2020 saylı qətnaməsi ilə ( sədrlik edən Vüsalə Baxışova, hakimlər Cahangir Yusifov və Raqib Qurbanov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edildiyi hissədə dəyişdirilmiş, iddia tələbi qismən – qanunsuz və əsassız hesablanmış 257.405,58 manat məbləğində borcun silinməsi hissəsində təmin edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilmiş məktəb binasının, idman kompleksinin qazanxanasına və “Qurtuluş 93” yaşayış kompleksinə qaz təchizatı üçün texniki şərtlər verilmişdir. İddiaçının abunə haqqında saldosundan görünür ki, 01 yanvar 2014-cü il tarixədək qazdan istifa dəyə görə ödənilməmiş borcu olmamış, 01 yanvar 2015-ci il tarixə 7000 manat qalıq borcu olmuş, sonradan hər il həmin məbləğ artaraq 2018-ci ilin dekabr ayının sonuna olan borc 364.358 manat təşkil etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən borcun bir hissəsi 31 oktyabr 2016 – 06 fevral 2017-ci il tarixlərdə iddiaçının G-1000 markalı 83045291 zavod nömrəli qaz sayğacının dövlət yoxlamasında olduğu dövrdə hesablanmış borc məbləği, bir hissəsi isə 2017-ci ilin fevral ayında yeni sayğac quraşdırıldıqdan sonra hesablanmış borcdur. “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın hesablanması haqqında” aktlardan görünür ki, 31 oktyabr 2016-cı il tarixdə iddiaçının dövlət yoxlamasına göndərilmiş sayğacında qüsurlar olduğu müəyyən edilmiş, lakin bu qüsurların yaranmasında istehlakçını n təqsiri müəyyən edilməmişdir. Əlavə qeyd edilənlərə əsasən, 31 oktyabr 2016-cı il tarixdən 06 fevral 2017-ci il tarixədək iddiaçının qaz sayğacı dövlət yoxlamasında olduğu müddət üçün istifadə edilmiş təbii qaza görə sərfiyyat aşağıdakı kimi hesablanmışdır: 1. 31 oktyabr 2016 – 30 noyabr 2016-cı il ərzində - 387212 m3 qaz sərfi (2016-cı ilin oktyabr ayının sərfiyyatına uyğun hesablanmış)-38721,2 manat, 2. 01 dekabr 2016 – 31 dekabr 2016-cı il ərzində-773397 m3 qaz sərfi (2016-cı ilin fevral ayının sərfiyyatına uyğun hesablanmış) 154679,4 manat, 3. 01 yanvar 2017 – 31 yanvar 2017-ci il ərzində - 727094 m3 qaz sərfi (2016-cı ilin mart ayı üzrə sərfiyyata uyğun hesablanmış) 145418,8 manat, 4. 01 fevral 2017 – 06 fevral 2017 ərzində - 198730 m3 qaz sərfi (sayğac quraşdırıldıqdan sonra 2017-c i ilin fevral ayının sərfiyyatına uyğun hesablanmış) - 39746 manat. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçıya məxsus obyektin qaz sayğacının onun təqsiri olmadan yararsız vəziyyətə düşdüyü və sayğaca müdaxilə edilmədiyi işin mübahisəsiz halı olduğundan 01 dekabr 2016-cı il tarixdən 06 fevral 2017-ci il tarixədək olan dövr üçün istifadə edilmiş təbii qaza görə sərfiyyatın əvvəlki ilin və ya yeni sayğacdan sonrakı ayın sərfiyyatına uyğun hesablanması qazdan istifadə qaydalarının tələblərinə uyğun olmamışdır. Borc qaydalarda nəzərdə tutulduğu kimi 2016-cı ilin oktyabr ayının orta gündəlik sərfiyyatına uyğun hesablandıqda qeyd edilən dövr üçün iddiaçıya cəmi 82.438,62 manat borc hesablanmalı idi. Cavabdeh tərəfindən isə 339.844,2 manat borc he sablandığından bunun 257.405,58 manat hissəsi artıq hesablama olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 06 fevral 2017-ci il tarixdə iddiaçıya məxsus obyektdə yeni sayğac quraşdırılılandan sonra sərfiyyat sayğac göstəricilərinə uyğun, həmin dövrdə qüvvədə olmuş tariflə hesablandığından və yeni sayğacın qüsurla işləməsi və sərfiyyatı artıq qeyd etməsi barədə mötəbər sübutlar təqdim edilmədiyindən həmin borcların silinməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə ə saslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı kassasiya şikayətində iddia tələbində göstərilən əsasları təkrarlamış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi sübutlar və işin faktiki hallarına əsasən düzgün qətnamə qəbul etmiş, apellyasiy məhkəməsi isə silinməli olan borc məbləğini düzgün müəyyən etməmişdir. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 72, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli, 4 saylı Qərarının 2.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 88-ci addələrinə is tinad olunmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsindən həmçinin cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən borc 28 noyabr 2016-cı il tarixli ******* saylı, 20 dekabr 2016-cı il tarixli ******* saylı, 31 yanvar 2017-ci il tarixli ******* saylı, 06 fevral 2017-ci il tarixli ******* saylı və 31 mart 2017-ci il tarixli 000253 saylı aktlara əsasən “xxxx” MTK kimi vergi uçotuna alınmış istehlakçının abonent hesabına yazılmışdır. İddiaçı və “xxxx” MTK fərqli istehlakçılar və fərqli vergi ödəyiciləri olmasına baxmayaraq, məhkəmə iddiaçının hazırki iddia tələbi ilə çıxış etmək hüququnun olmamasını nəzərə almamış və iddiaçının tələbi əsasın da digər istehlakçının abonent hesabına yazılmış borcu qanunsuz şəkildə silmişdir. Digər bir dəlillə bildirilmişdir ki, “xxxx” MTK-nın nümayəndəsi Bəhruz Abbasovun iştirakı ilə tərtib olunmuş 31 mart 2017-ci il tarixli, 000253 saylı aktda həmin MTK-nın 2017-ci ilin mart ayı üçün sayğacsız istehlak etdiyi 81.442 kub metr qaz sərfinin məbləğini 16.288,40 manat məbləğində müəyyən edilərkən həmin akt MTK-nın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla müəssisənin dairəvi möhürü ilə təsdiq olunaraq etiraf edilmişdir. Məhkəmə borcun silinməsi zamanı 31 mart 2017-ci il tarixli aktla hesablanmış borcun əslində tərəflər arasında razlaşdırılmış olduğunu da nəzərə almamışdır. Şikayətin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.3, 218.1, 418-ci m addələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdirlər. İddiaçının kassasiya şikayətini qəbul etməyərək onun dəlillərinə etiraz etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi borc məbləğinin bir hissəsi qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq əvvəlki ilin və ya yeni sayğacdan sonrakı ayın sərfiyyatına uyğun olaraq hesablandığından, yenidən həmin qaydalara əsasən əvvəlki ayın orta gündəlik sərfiyyatına uyğun hesablanmalıdır. Borc məbləğinin digər hissəsi isə iddi açıya məxsus obyektdə yeni sayğac quraşdırılılandan sonra sərfiyyat sayğac göstəricilərinə uyğun, həmin dövrdə qüvvədə olmuş tariflə hesablandığından və yeni sayğacın qüsurla işləməsi və sərfiyyatı artıq qeyd etməsi barədə mötəbər sübutlar təqdim edilmədiyindən həmin borcların silinməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, istifadələrində olan qaz sayğaçı qanuni əsaslar olmadan çıxarılmış, qazın verilməsi dayamdırılmış və həmin dövr üzrə əsassız borc məbləği hesablanmışdır. Cavabdeh tərəfindən apellyasiya məhkəməsinin mövqeyi o əsasla mübahisələndirilmişdir ki, silinməsi xahiş olunan borc məbləği həmin müəssisəyə aid təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmamış, çünki apellyasiya məhkəməsinin istinad etdiyi sənədlər digər hüquq i şəxsə aid olmuşdur. Məhkəmə kollegiyası dəlillər üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İddiaçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyaisya şikayəti verməyərək, iddia tələbinin qismən təmin olunduğu hissəsi ilə razılaşmış, yəni bocun mövcud olmasını qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin: - 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; - 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkə məsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən birinci instnasiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən apellyasiya məhkəməsinin qətnaməsi onun tərəfindən yalnız silinməsi qət edilmiş borcun məbləği hissəsində mübahisələndirilə bilər. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının dəlillərinin istifadələrində olan qaz sayğaçının qanuni əsaslar olmadan çıxarılması, qazın verilməsinin dayandırılması hissəsində yoxlanılmasını mümkün hesab etmir. Tərəflər arasında yaranmış münasibətlər qazdan istifadə ilə bağlı olmuşdur. Belə mün asibətlərin tənzimlənmə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nda (bundan sonra mətndə Qaydalar) və həmin Qaydalara uyğun olaraq bağlanmış müqavilədə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halına görə iddiaçı qaz sayğacı olmadığı müddətdə təbii qazdan istifadə etmişdir. Bu hala münasibətə istinad edilmiş Qaydaların (zamana görə qüvvədə olmuş): - 5.4-ci bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır; - 4.9-ci bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. (...). Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, qaz sayğacı müvafiq yoxlama keçirilməsi məqsədilə çıxarıldıqda, təbii qazdan istifadə davam etdirilməklə, dəyərinin ödə nilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Həmin qaydaya görə, hesablama sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun olaraq aparılmalıdır. Cavabdeh bu qaydada hesablamanın aparıldlğını tərəflərin razılığı əsasında əvvəlki ilin eyni dövrünü əhatə edən və yenidən quraşdırılmış sayğaçın sərfiyyatına uyğun hesablandığına əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasya məhkəməsinin bu hissədə apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq bildirir ki, cavabdehin istinad etdiyi qayda üzrə hesablaşmaların aparılması istinad edilən Qaydalarda nəzərdə tutulmamışdır. Lakin məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlillərlə qismən razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq düzgün olsa da, lakin onların tətbiqini zəruri edən işin halları p rosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 80-ci maddəyə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən e dən faktlarla və hallarla əlaqədardır. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, belə sübutların siyahısına həmçinin yazılı sübutlar da daxildir. Yalnız sübutetmə predmeti ilə bağlı olan sübutlar mübahisəyə aid olan sübut kimi məhkəmə tərəfindən qəbul edilməlidir, çünki onlar mübahisəni tənzimləyən maddi-hüquqi və prosessual xarakterli halları təsdiq və ya inkar edir. İşə aid olmayan sübutun araşdırılan halla heç bir əlaqəsi olmadığından məhkəmənin yekun qərarında belə sübuta istinad edilməsi prosessual qanunvericiliyin tələbinə zidd hesab ol unmalıdır. Apellyasiya məhkəməsi tərəfindən işin yuxarıda müəyyən edilmiş hallarından göründüyü kimi, məhkəmə istinad edilən Qaydalarda müəyyən edilmiş sayğacın çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfini müəyyən edərkən “Abonentin saldosuna” və “Qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın hesablanması haqqında” aktlar adlı sənədlərə istinad etmişdir. “Abonentin saldosu” adla sənədlər işin 1-ci cildin 168-170-ci səhifələrində və 2cildin 56-59-ci səhifələrində mövcuddur ki, onlarda əks olunmuş borc göstəriciləri müxtəlifdir. Lakin hər iki sənəddən və təqdim edilmiş aktlardan göründüyü kimi, “Abonent” qismində “**********00700 01/15920 “xxxx” MTK qeyd olunmuşdur. İşin halları ilə isə “xxxx” MTK ilə iddiaçı müəssisə arasında hər hansı hüquqi bağlılığı, onlara məxsus abonen t kodlarına dair məlumatlar müəyyən edilməmişdir. Göstərilənlər isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, apellyasiya məhkəməsinin istinad etdiyi sübuta prosessual qanunvericiliyin tələblərinə əsasən qiymət verilməmişdir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “qeyd olunmalıdır ki, faktiki halların prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması məhkəmə aktları ilə məhkəmə müdafiəsi (ədalətli məhkəmə araşdırılması) hüququnun pozulmasına dəlalət etməklə məhkəmədə baxılan mübahisənin hüquqi hallarına təsir göstərə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004- cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarı).” Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş maddi-hüquq normalarının tətbiqini zəruri edən şərtlər kimi müəyyən edilməli olan işin halları prosessual qanunvericliyin tələblərinə zidd olaraq müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin aşağıdakı müddəalarının tətbiq edilməsini zəruri hesab: - 417.1.3-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; - 418.3-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Bu maddələrə əsaslanmaqla məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsi bilavasitə iddiaçıya aid olan sübutlar əsasında işin müvafiq hallarını müəyyən etməli və bundan sonra apellyasiya şikayətinin dəlillərinə qiymət verməlidir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan pr osessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və cavabdehin kassasiya şikayətində göstərilmiş dəlillər və iddiaçının kassasiya şikayəti qətnamənin ləğv olunması üçün əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı-nın vəkili Fuad Şirinov tərəfindən və Cavabdeh İB-nin nümayəndəsi Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2-2(105)-140/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar