Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-89/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: “pul” tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli, 2-2(103)1056/2021 saylı qətnaməsindən verilmi ş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır.
1. İŞİN HALLARİ
1. Cavabdeh MMC ilə “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti arasında bağlanmış 11.03.2019-cu il tarixl satış sözləşməsinə əsasən 55712,57 ABŞ dolları dəyərində mal “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir.
2. İş verən qismində Cavabdeh ilə yüklənici qismində “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti arasında bağlanmış 24.06.2019-cu il tarixli satış sözləşməsinə əsasən 11.884 ABŞ dolları dəyərində mal “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə göndərilmişdir. 3. 21.06.2019-cu il tarixli ödəniş qəbzinə görə, Cavabdeh MMC tərəfindən “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin hesabına 23.712 ABŞ dolları məbləğində vəsait köçürülmüş dür. 4. 01.07.2019-cu il tarixli, 048278 saylı fakturaya görə, 11.529,3 ABŞ dolları dəyərində mal “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 5. 01.07.2019-cu il tarixli, 048279 saylı fakturaya görə, 13.564,20 ABŞ dolları dəyərində mal “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 6. 28.08.2019-cu il tarixli fakturaya görə, 39.678 ABŞ dolları dəyərində mal “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. 7. “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin nümayəndəsi tərəfindən Cavabdehnə ünvanlanmış 26.10.2020-ci il tarixli pretenziya məktubuna görə, 43.938 ABŞ dolları borcun üç iş günü müddətində ödənilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43.938 ABŞ dolları əsas, 3.000 ABŞ dolları zərər, ümumilikdə 46.938 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11.04.2018-ci il tarixdən inşaat sahəsində havalandırma (soyutma və isitmə) sistemlərinin satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdehlə 11.03.2019 və 24.06.2019-cu il tarixlərdə satış müqaviləsi olmuşdur. İddiaçı 2019-cu ilin yay aylarında cavabdehə ümumi dəyəri olan 67.650 ABŞ dolları məbləğində məhsullar göndərmişdir. Cavabdeh həmin məbləğdən 23.712 ABŞ dolları ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 43.938 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə cavabdehdən iddiaçıya olan borcun ödənilməsi tələb edilsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirməklə 43.938 ABŞ dolları borcunu ödəməmişdir. 26.10.2020ci il tarixdə cavabdehə 43.938 ABŞ dolları borcun 3 iş günü müddətinə ödənilməsinə dair müraciətin rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, cavabdeh borcunun ödənilməsinə dair hər hansı bir məlumat verməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 08 aprel tarixli, e-2-2(113)-595/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 43.938 (qırx üç min doqquz yüz otuz səkkiz) ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbət i ilə və ödənilmiş dövlət rüsumuna görə 28 (iyirmi səkkiz) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, dövlət rüsumunun 2 (iki) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – Z.Axundova).
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Alqı-satqı müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən, hal-hazırda iddiaçıya borcu yaranmış, ödənilməsi tələb olunan borcun olması fakturalarla öz təsdiqini tapır.
12. Cavabdeh müqavilə öhdəliklərini icra etmədiyindən, iddiaçının isə göstərilən öhdəliyin icrasını tələb etmək hüququ olduğundan, cavabdehdən 43.938 ABŞ dolları m əbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
13. İddia tələbinin bir hissəsini pul vəsaitini qanunsuz saxlamaqla 3.000 ABŞ dolları dəymiş zərərin cavabdehdən tutulması təşkil edir. İddiaçı pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitin ödənilməsini tələb etsə də, bununla bağlı heç bir sübut təqdim edilməmişdir.
14. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1, 567, 598.1, 598.2, 442, 448.1, 449.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apelyasiya Məhkəməsinin Kommers iya Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli, 2-2(103)-1056/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 08 aprel tarixli, e-2-2(113)-595/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı 43.938 ABŞ dolları dəyərində mallın dəyərinin ödənilməsi bağlı cavabdehə 2019-cu ildə hesab fakturalar göndərilmiş, lakin malların dəyərinin ödənildiyi cavabdeh tərəfindən sübut edilməmişdir.
18. Cavabdeh alınmış mallardakı qüsurlarla bağlı qarşı tərəfə pretenziya irəli sürməmiş, bu qüsurların nədən ibarət olması, qüsurlu malların dəyəri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
19. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 589.1, 589.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
1. Kassasiya şikayətinin dəlilləri
21. Tərəflər arasında bağlanmış 11.03.2019-cu il tarixli satış sözləşməsi əsasında satılmış malların bir çoxu istifadəyə yararsız vəziyyətdə olmuşdur. Həmin malların istifadəyə yararlılığının müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizanı təyin edilməsi zərurət təşkil edir. Bu malların yararsız vəziyyətdə olması səbəbindən cavabdeh tərəfindən alınmış mallara görə müvafiq ödəniş edilməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində malların yararsız vəziyyətdə olmasına görə müvafiq ekspertizanın keçirilməli olduğu qeyd edilsə də, məhkəmə bunu nəzərə almamışdır.
22. Cavabdeh ilə "xxxx" MMC arasında 11.03.2019-cu il tarixli xidmət müqaviləsi bağlanmışdır. Bu iş üzrə baş podratçı "xxxx" MMC olmuşdur. “Unistone" MMC tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən, yəni müqavilənin dəyəri olan pullar cavabdehə ödənilmədiyindən, cavabdeh müvafiq problemlər yaşamaqdadır. Bu kimi hallar Apelyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
23. Həmçinin, hazırki iş üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməmişdir.
24. Kassasiya şikayəti Mülki Məcəllənin 385, 387, 425, 436, 448, 454, 458-ci, Mülki P rosessual Məcəllənin 57, 97-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır.
30. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. “Maddə
589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli, 2-2(103)-1056/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı 43.938 ABŞ dolları dəyərində malların dəyərinin ödənilməsi bağlı cavabdehə 2019-cu ildə hesab fakturalar göndərilmiş, lakin malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Beləliklə, alqı-satqı müqaviləsinə əsa sən cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, hal-hazırda iddiaçıya borcu yaranmış və ödənilməsi tələb olunan borcun olması fakturalarla öz təsdiqini tapır.
33. Digər tərəfdən, cavabdehin qeyd olunan malların yararsız vəziyyətdə olması səbəbindən tərəfindən alınmış mallara görə müvafiq ödənişin edilməməsinə dair dəlili ilə bağlı qeyd edilməlidir ki, cavabdeh alınmış mallardakı qüsurlarla bağlı qarşı tərəfə pretenziya irəli sürməmiş, bu qüsurların nədən ibarət olması, qüsurlu malların dəyəri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. 34.Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətlə ndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli, 22(103)-1056/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
36. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 sentyabr tarixli, 2-2(103)-1056/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.